Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-804/2026 27.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X3 cavabdeh Cavabdeh qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh cavabdeh X3 qarşı fərdi yaşayış evinin alınması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması, sübutların qiymətləndirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı-cavabdeh X3, onun nümayəndəsi və vəkili İsmayılov Mehman Malik oğlunun, Cavabdeh-iddiaçı Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. Bakı şəhəri * saylı notariat ofisinin xüsusi notariusu Z.H.Abdullayeva tərəfindən təsdiq edilmiş Cavabdeh ilə X3 arasında bağlanmış ##.##.2020-ci il tarixli “İlkin müqavilə”nin surətindən görünür ki, Cavabdeh ünvan 1 ö/t ünvanda yerləşən fərdi yaşayış evini razılaşdıqları məbləğə, yəni 24200 (iyirmi dörd min iki yüz) manata X3.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, iddiaçı X3 Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ** saylı evə köçürülməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh Məmmədova İlhamə Əlimirzə qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı X3 cavabdeh Məmmədova İlhamə Əlimirzə qızına qarşı “evə köçürülmə” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Məmmədova İlhamə Əlimirzə qızının apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, ünvan 1 19A ünvanında yerləşən 175 kv.m torpaq sahəsinin üzərində ümumi sahəsi 107.68 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin alqı-satqısı haqqında Cavabdeh ilə X3 arasında bağlanmış ## ###### 2020-ci il tarixli, *M-** saylı “ilkin müqavilə”nin etibarsız hesab edilməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024cü il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, 3-cü şəxs Süleymanov Elşad Firudin oğlunun kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ## #### 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamentinin * saylı XTMKTB-nin *** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2021-ci il tarixli, **** saylı arayışın surətindən görünür ki, X3 rayonu, G.Əliyev küçəsi, ev ö/t, mənzil 19 ünvanında qeydiyyatsız yaşayır.
7. Azərbaycan Respublikası Səbail Bələdiyyəsinin ##.##.2019-cu il tarixli arayışın surətindən görünür ki, Cavabdeh Gülbala Əliyev, ev 19 özünəməxsus ünvanında qeydiyyatsız yaşayır.
8. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində yerləşən ** saylı (ö/t) evin təmirinə və tikintisinə çəkilmiş xərclər 31500 (otuz bir min beş yüz) manat (fərdi yaşayış evi 25078,67 manat, həyətyanı tikili 6497,40 manat) təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı X3 cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2020-ci il tarixində ilkin müqavilə əsasında cavabdeh Cavabdeh ünvan 1 19 ö/t ünvanında yerləşən, fərdi yaşayış evini 24200 manat ödəniş edərək almışdır. Beh olaraq isə cavabdeh Cavabdeh 300 (üç yüz) manat məbləğində ödəniş etmişdir. Həmin evə dair bütün kommunal xətləri də iddiaçının adına qeydiyyata alınmışdır. Eyni zamanda, mübahisəli fərdi yaşayış evi üzrə Səbail Bələdiyyəsində bələdiyyə vergi ödəyicisi kimi qeydiyyata alınaraq bələdiyyə əmlak vergiləri ödəyirdi. İddiaçı sözügedən evdə cəmi 1 il 3 ay müddətinə yaşamışdır. Yaşadığı müddət ərzində həmin evə əlavə olaraq 7 metr uzunluğunda 1 otaq və mətbəxt inşa etdirmişdir. Otağın və mətbəxtin tikinti təmirinə isə ümumilikdə 10000 (on min) manat məbləğində pul xərcləmişdir. Daha sonra cavabdeh Cavabdeh qardaşının keçmiş həyat yoldaşı Məmmədova İlhamə Əlimirzə qızı iddiaçıya məxsus evə daxil olmuş, orada yaşamağına manelər yaratmış, özü orada yaşamağa başlamış və bu günədək həmin evdə yaşamaqdadır. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh Cavabdeh qardaşının keçmiş həyat yoldaşı Məmmədova İlhamə Əlimirzə qızı 2005-ci ildə öz vəsaiti hesabına ünvan 1 19A ünvanında yerləşən 175.00 m2 torpaq sahəsinin üzərində ümumi sahəsi 107.68 m2 olan bir mərtəbəli fərdi yaşayış evini tikdirmiş və həmin vaxtdan 16 il müddətinə sözügedən fərdi yaşayış evində yaşamışdır. Cavabdeh Cavabdeh isə 16 ildir Məmmədova İlhamə Əlimirzə qızının qanuni sahibliyi və istifadəsində olmuş fərdi yaşayış evinin alqı-satqısı haqqında qanunsuz və əsassız “İlkin müqavilə” hazırlamış və yalandan özünü guya həmin fərdi yaşayış evinin satıcısı qismində təqdim edərək n evi 24200 (iyrimi dörd min iki yüz) manata iddiaçıya satmışdır. Beləliklə, Məmmədova İlhamə Əlimirzə qızı iddiaçının sözügedən evdə yaşamağına maneələr yaratmış, onu aldığı əmlakdan məhrum etmişdir. Sonra iddiaçı “evə köçürülmə” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir və sözügedən məhkəmənin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin olunmuşdur. Daha sonra Məmmədova İlhamə Əlimirzə qızı “İlkin müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. Cavabdeh Cavabdeh iddiaçını aldadaraq başqasının evini ona satması nəticəsində o, 34700 (otuz dörd min yeddi yüz) manat məbləğində ziyana düşmüşdür. Hazırda həmin məbləğ cavabdeh Cavabdeh tutularaq iddiçıya ödənilməlidir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
11. Cavabdeh X3 qarşı "fərdi yaşayış evinin alınması tələbi"nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh qardaşı Elşad Süleymanov İlhamə Məmmədova ilə 1993-cü ildə ailə həyatı qurmuşdur. 2005-ci ilə kimi onlar kirayə əsaslarla 5-ci Bayıl, Lütvi Babayev küçəsi, ev 39 ünvanında yaşamışlar. 2005-ci ildə qardaşı Elşad maşın alqı-satqısı ilə məşğul olmaq üçün Mətanətdən pul alaraq Rusiya Federasiyasına getmişdir. 2006-cı ildə Elşad Bakıya qayıdaraq əlində olan pul məbləğləri ilə evin tikintisi ilə məşğul olmağa başlamışdır. Evlə bağlı 4000 manat torpağa pul ödənilmişdir. Fərdi yaşayış evi isə Mətanətin qardaşının tapşırığı ilə inşa edilmişdir. İlhamə iddiaçının qardaşının razılığı ilə işıq və qaz kommunallarını adına keçirdiyindən, hal-hazırda həmin qəbzlərdən istifadə etməklə haqqı olmayan fərdi yaşayış evini öz mülkiyyəti kimi əldə etmək istəyir. 2010-cu ildə tərəflər arasında nikahın pozulması qeydə alınmışdır. İlhamə fərdi yaşayış evinin ona qalması şərti ilə Mətanətə pul ödəyəcəyini, özünün Lənkəranda qeydiyyatda olmasını, Bakı şəhərində yaşayış yerinin olmamasını əsas gətirərək evin ona verilməsini xahiş edib. 2013-cü ildə İlhamə evin kommunal ödənişlərini öz adına dəyişdirmişdir. Bu hal aşkarlandıqdan sonra narazılıq yaranmış, razılaşmanın əvəzi olaraq pul ondan tələb edilmişdir. Dəfələrlə ondan pul tələb edilməsinə baxmayaraq, İlhamə həmin evdə yaşamış, lakin hər hansı məbləğdə pul ödəməmişdir. Artıq pulun İlhamə tərəfindən ödənilmədiyini gördükdən sonra, 2017-ci ildə iddiaçının qardaşı Rusiyadan Mətanətə etibarnamə göndərmiş, Mətanətin və qardaşının birgə vəsaiti hesabına tikilmiş ev barəsində sərəncam verməyi Mətanətə tapşırmışdır. Bundan sonra İlhamə evin açarlarını Mətanətə təhvil verməklə evi tərk etmişdir. Daha sonra isə İlhamə guya evi satdığını iddia etdiyi X4 ilə əlbir olub Mətanəti məhkəməyə vermiş, Mətanəti qanunvericiliyə uyğun əsaslarla məskunlaşdığı və yaşadığı mənzildən çıxarmağa cəhd etmişdir. Səbail Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli qətnaməsi ilə iddia əsassız olduğundan rədd edilmişdir. Həmin ərəfədə Mətanət səhhəti ilə əlaqədar evi satmaq qərarına gəlmiş, evə dair X3 ilə qanunvericilyin tələblərinə müvafiq olaraq ilkin müqavilə imzalamışdır. Bunu eşidən İlhamə yenidən Ağasəmədlə əlbir olub Səbail Rayon Məhkəməsinə Mətanəti 3-cü şəxs qismində cəlb etməklə X3 cavabdeh qoymaqla müraciət etmiş, növbəti dəfə iddia əsassız olduğundan təmin edilməmişdir. Ağasəməd tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə proseslərində uduzan İlhamə çarəni qapını qıraraq özgəsinin mülkiyyətində olan evə daxil olmaqda görmüşdür. Halbuki, X3 aldığı evi təmir etmək məqsədilə tikinti materialları alıb həyətə gətirmişdir. Hal-hazırda həmin materialları İlhamə özününkü kimi təqdim edir. Belə ki, Pünhan Kürdəmir rayonuna üz tutduqda İlhamə evin qapısını açaraq içəri daxil olmuş və dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, evi tərk etməmişdir. Bundan sonra Pünhan tərəfindən məhkəməyə müraciət edilmiş, Pünhanın qanuni əsaslarla mənzilə köçürülməsi barədə qətnamə qəbul edilmişdir. Pünhan tərəfindən məhkəməyə müraciət edilən ərəfədə Pünhanla Mətanət arasında imzalanmış müqavilənin etibarsız hesab edilməsi üçün İlhamə tərəfindən məhkəməyə müraciət edilmişdir. Artıq il yarımdan artıq müddətdir ki, fərdi yaşayış evi tam olaraq X3 mülkiyyətindədir. Dəfələrlə tərəflər arasında baş vermiş məhkəmə çəkişmələrində Cavabdeh istər cavabdeh, istərsə də 3-cü şəxs qismində iclaslarda iştirak etmişdir. Qeyd olunan hallar İlhamənin mübahisəli fərdi yaşayış evinə hər hansı hüququnun olmamasını sübut edir. Cavabdeh ilkin alqı-satqı zamanı P.Cavadova evi bütünlüklə təhvil vermişdir. Əgər P.Cavadova pul qaytarılmalıdırsa düşünür ki, ona həmin mənzil təhvil verilməlidir. Göstərilənlərə əsasən, ünvan 1 19A ünvanında yerləşən 175 kv.m torpaq sahəsinin üzərində ümumi sahəsi 107.68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Ş.Həxiyeva) ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, - ilk iddia üzrə cavabdeh Cavabdeh ünvan 1 19 ö/t ünvanında yerləşən fərdi yaşayış evinin əldə olunması ödənilmiş 300 (üç yüz) manat avans və 24200 (iyirmi dörd min iki yüz) manat, habelə təmir-tikinti xərcinə görə 6497,40 (altı min dörd yüz doxsan yeddi manat, qırx qəpik) manat məbləğində pul və ödənilmiş 182 (bir yüz səksən iki) manat dövlət rüsumunun əvəzinin alınaraq ilk iddia üzrə iddiaçı X3 ödənilməsi, «xxxx» MMC tərəfindən aparılmış tədqiqat rəyinin haqqı olan 200 (iki yüz) manat məbləğində pulun X3 və Cavabdeh müştərək qaydada tutularaq «xxxx» MMC-nin “xxxx” ASC “Mərkəz” filialı, Kod 200026, Müxbir hesab AZ37NABZ01350100000000001944, VÖEN N, H/Hesab AZ74AIIB400600F9443401807112, S.W.İ.F.T. AIIBAZ2XXXX hesabına köçürülməsi təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia tələbi ev alınarkən ödənmiş 24200 (iyrimi dörd min iki yüz) manat pulun tutulması” hissəsində təmin edilməlidir. Çünki, qanuni qüvvəsini almış məhkəmə aktı əsasında ünvan 1 19A ünvanında yerləşən 175 kv.m torpaq sahəsinin üzərində ümumi sahəsi 107.68 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin alqı-satqısı haqqında Cavabdeh ilə X3 arasında bağlanmış ## ###### 2020-ci il tarixli, *M-** saylı ilkin müqavilə etibarsız hesab edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə ümumilikdə 24 200 (iyirmi dörd min iki yüz) manat pul vəsaiti ödənmişdir. Müqavilə bağlandığı andan etibarsız sayıldığı və heç bir hüquqi nəticə yaratmadığı üçün, cavabdehin bu vəsaiti özündə saxlaması hüquqi əsasdan məhrumdur. Ona görə də məhkəmə hesab edib ki, tərəflər arasında bağlanmış ## ###### 2020-ci il tarixli, *M-** saylı ilkin müqavilə etibarsız hesab edildiyindən hüquqi nəticə olaraq iddiaçı tərəfindən ödənilmiş 24 200 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.
15. Məhkəmə ilk iddia tələbinin evin əlavə təmir-tikintisi üçün xərclədiyi 10000 (on min) manat pulun tutulması hissəsi ilə bağlı qeyd edib ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. İddiaçı həmin evdə həyətyanı tikili inşa edilmişdir. İş üzrə əldə edilmiş mütəxəssis rəyində həmin xərclərin 31500 (otuz bir min beş yüz) manat (fərdi yaşayış evi 25078,67 manat, həyətyanı tikili 6497,40 manat) təşkil etdiyi qeyd olunub. Ona görə də məhkəmə evin təmirinə və tikintisinə çəkilmiş xərclərin həyətyanı tikiliyə münasibətdə 6497,40 manat məbləğində hesablanmasını məqsədəmüvafiq hesab edib. İlk iddia tələbinin fərdi yaşayış evinin əldə olunması üçün beh kimi verilən 300 (üç yüz) manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edib ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
16. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı isə qeyd edib ki, qarşılıqlı iddia üzrə iddiaçı ünvan 1 19A ünvanında yerləşən 175 kv.m torpaq sahəsinin üzərində ümumi sahəsi 107.68 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin cavabdehdən alınaraq ona təhvil verilməsini tələb etsə də, bu halları təsdiq edən sübutları, yəni sözügedən əmlakın qarşılıqlı iddia üzrə cavabdehin istifadəsində olmasını, habelə sözügedən əmlakın ona məxsus olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh ünvan 1 19A ünvanında yerləşən 175 kv.m torpaq sahəsinin üzərində ümumi sahəsi 107.68 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evini qarşılıqlı iddia üzrə cavabdeh X3 tələb etməyə subyektiv hüquqa malik deyildir. Ona görə də məhkəmə qarşılıqlı iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 337.1, 337.4, 337.5, 402.1, 402.2, 402.3, 404.1, 425.1, 491.1, 491.2, 1091, 1092, 1092.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayəti vermişdir.
19. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə analoji məzmunda əsaslandırılmışdır. Apellyator şikayətində qeyd edir ki, evin kommunal xidmətləri üzrə abonent qeydiyyatlarını öz adından çıxartdıraraq X3 adına qeyd etdirmiş və alqı-satqı predmeti olan evi ona təhvil vermişdir. Bundan başqa həmin evi Səbail Rayon Bələdiyyəsində və Səbail Rayon *** saylı Mənzil Komunal Təsarrüfat Birliyində də ilk iddia üzrə iddiaçının adına rəsmiləşdirmişdir. X3 bir il ərzində üç ay orada yaşayır və qalan vaxtı isə Kürdəmir rayonunda yerləşən evində kənd təsərrüfatı ilə məşğul olurdu. X3 uzun müddət mənzildə yaşamadığını görən İlhamə Məmmədova evi tərk etdikdən 3 il sonra qeyri rəsmi yaşadığı X5 (İlhamə Məmmədovanı cinayət törətməyə Arif Tahirov təhrik edir) ilə birlikdə Pünhan Cavadovun evinin pəncərəsini–qapısını qırıb evə daxil olmuş və evdən çıxmamışlar. İlhamə Məmmədovanın qeyri qanuni yolla Pünhan Cavadovun evinə girməsindən sonra ##.##.2021-ci il tarixdə X3 özünün mənzilə köçürülməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İlhamə Məmmədova qeyri qanuni şəkildə evin kommunal xidmətlərini öz adına yazdırmış və X3 uzun müddət evə girə bilməməsindən və orada yaşamamasından istifadə edərək evi 47. 500 (qırx yeddi min beş yüz) manata İsababayev Eldar Əhməd oğluna satmışdır. X3 təmir üçün satın alaraq evə yığdığı tikinti materallarını da ev qarışıq satmışdır. Uzun müddət evini geri tələb edən X3 İsababayevdən onun evindən çıxmasını tələb etdikdə isə o qarşı tərəfə bildirmişdir ki, sənin mal-materiallarının pulu da daxil olmaqla pulun İlhamə Məmmədovun bank kartındadır, o özü həmin pulları sənə ödəyəcək. İddiaçı digər şəxslərdən evi və ya pulu ala bilmədiyi üçün ona qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Qətnamə nəticəsində o zərər çəkmiş vəziyyətinə düşmüşdür. Tərəflər arasında mübahisəli daşınmaz əmlaka dair "İlkin müqavilə" ## ###### 2020-ci il tarixində bağlanmışdır. İlkin iddiaçı X3 məhkəmədə və iddia ərizəsində açıq şəkildə etiraf etmişdir ki, o, həmin evdə cəmi 1 il 3 ay yaşamış, daha sonra isə əmlakdan faktiki olaraq məhrum edilmişdir. P.Cavadov hüquqlarının pozulduğunu real olaraq bildiyi üçün hələ 2021-ci ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə "evə köçürülmə" tələbi ilə müraciət etmişdir. Bu fakt sübut edir ki, iddiaçı üçün zərərin yarandığı və hüququnun pozulmasını bildiyi real tarix 2021-ci ilin aprel ayıdır. Qanunla müəyyən edilmiş 3 illik iddia müddəti məhz bu tarixdən hesablanmalı və 2024-cü ilin aprel ayında başa çatmalı idi. İddiaçı isə Sumqayıt Şəhər Məhkəməsinə pul tələbi ilə yalnız ##.##.2024-cü ildə (müddət bitdikdən sonra) müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasındakı alqı-satqı müqaviləsinin etibarsızlığının hüquqi nəticələrini tətbiq edərkən maddi hüquq normalarını birtərəfli qaydada şərh etmişdir. Məhkəmə qətnaməsi ilə cavabdeh Cavabdeh üzərinə pulu tam qaytarmaq öhdəliyi qoyulsa da, P.Cavadovun aldığı əmlakı (mənzili) eyni vəziyyətdə satıcıya qaytarmaq imkanı yoxdur. İkitərəfli restitusiya şərtləri təmin edilmədən, iddiaçının öz səhlənkarlığı və əmlakı qoruya bilməməsi nəticəsində vurduğu zərərin tamamilə cavabdehin üzərinə qoyulması mülki hüququn ədalət və vicdanlılıq prinsiplərinə tamamilə ziddir. X3 mübahisəli evə 10 min manat əlavə xərc çəkdiyini iddia edir. Məhkəmə evə nə qədər xərc çəkdiyini müəyyən etmək üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin etmişdir, ekspertlər əraziyə yerli baxış keçirə bilməmişlər. Belə olan halda məhkəmənin tikintiyə çəkilən xərcin 6497,40 manat təşkil etdiyini hansı əsasla müəyyən etdiyi aydın deyildir. Məhkəmə cavabdehin təqdim etdiyi sübutları hərtərəfli və tam araşdıraraq qiymət verməmiş, cavabdeh tərəfindən bir nəfərin şahid qismində dəvəti istənilsə də dəvət edilməmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına. iddianın dəlillərinə, məhkəməyə təqdim edilən sübutlara düzgün qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmişdir. X13 iddiası üzrə gəlinmiş nəticələr ümumiyyətlə işin hallarına uyğun deyildir və bu səbəbdən ilk iddia üzrə iddiaçının iddiasının rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı ilk iddia üzrə iddiaçı tərəf yazılı etiraz vermişdir.
21. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin hüquqi əsası yoxdur. Belə ki, cavabdeh özü iddiaçı ilə aralarında evin alqı-satqısına dair münasibətlərin mövcudluğunu, iddiaçıdan evə görə 24.200 manat məbləğində pulu qəbul etdiyini etiraf etmişdir. Məsələ ondan ibarətdir ki, satıcı olaraq əmlakı satan cavabdeh Cavabdeh mülkiyyətçi kimi əmlaka hüquqi təminat verə bilməmişdir. Nəticədə iddiaçı maddi itkiylə üzləşməli olmuşdur. Cavabdeh bütün məsuliyyəti Eldar İsababayev, İlhamə Məmmədova, Arif Tahirov kimi şəxslərə aid etməklə, özünü məsuliyyətdən yayındarmağa çalışır. Şikayətdə iddia müddəti ilə bağlı qeyd edilənlər isə cavabdehin mülahizələridir. Belə ki, iddiaçı cavabdehlə aralarında bağlanmış mənzilə dair ilkin müqavilənin etibarsız hesab edilməsi anından artıq pozulmuş hüququnun məhkəmə müdafiəsindən istifadə etmişdir. Belə olan halda onun iddia müddətini ötürməsi barədə dəlillər əsassızdır. Göstərilən halları işə baxan birinci instansiya məhkəməsi tam və hərtərəfli araşdırmış və qanuni qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, o, notarial təsdiqli müqavilə ilə evi yaşayış üçün yararlı vəziyyətdə ilk iddiaçıya satmış və faktiki olaraq evi ona təhvil vermişdir. Yəni müqavilə üzrə o vicdanlı şəkildə evi satmışdır. İlk iddiaçı 1 il 3 ay ərzində o evdə yaşayıb və orada yaşadığı müddətdə evlə bağlı 2 məhkəmə mübahisəsi olub. Məhkəmə qətnaməsi əsasında ilk iddiaçının evə hüququ tanınmışdır. Mübahisəli evdə kimsənin olmamasından istifadə edərək qardaşının keçmiş arvadı İlhamə Məmmədova evə daxil olmuşdur. Onun iddiası əsasında ilk iddiaçı ilə onun arasında fərdi yaşayış evinə dair bağlanmış ilkin müqavilə etibarsız sayılmışdır. İlk iddiaçı isə evə daxil olan şəxsləri evdən çıxarmaq əvəzinə ona qarşı hazırkı iddianı qaldırmışdır. Əgər onunla ilk iddiaçı arasında bağlanmış evə dair ilkin müqavilə etibarsız sayılıbsa, həmin ev ona qaytarılmalıdır. Məhkəmə göstərilən halları düzgün araşdırmamış və birtərəfli qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddiaçı X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, əgər sözügedən ev qanuni əsasla ona satılıbsa, evlə bağlı sonrakı problemlər yaşanmamalı və ev onun sahibliyində olmalı idi. Evi ala bilmək üçün bankdan kredit götürərək 1 otaq artırmışdır. O, Kürdəmirə getdikdən sonra ona məlumat vermişlər ki, evə kənar şəxs daxil olub. Gəlib evə daxil olduqda İlhamə adlı şəxs evin ona məxsus olduğunu bildirmişdir. Sonradan məlum olub ki, eyni evi həm ona, həm də başqa şəxslərə satmışlar. Hazırda onun hərbçi övladları kirayədə yaşayırlar. Bütün bunlar isə onun maddi vəziyyətini ağırlaşdıran hallardır. Ona görə də, cavabdehdən evə görə ödənilmiş pulu tələb edir. Göstərilənlərə əsasən ilk iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddiaçının nümayəndəsi və vəkili İsmayılov Mehman Malik oğlu apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, işə baxan birinci instansiya məhkəməsi prosessual hüquq normaları çərçivəsində düzgün araşdırma aparıb, maddi hüquq normalarını düzgün tətbiq edib. Apellyasiya şikayətində apellyator özü də etiraf edir ki, evə görə iddiaçıdan razılaşdırılmış məbləğdə pulu qəbul edib, lakin o, öhdəliyini yerinə yetirə bilməyib. Faktiki vəziyyətdə özünü evin mülkiyyətçisi və satıcısı qismində təqdim edən cavabdeh Cavabdeh kənar mübahisələrdən uzaq olmayan evi iddiaçıya satmaqla, sonuncunun hüquqlarını pozmuş və onun maddi itkiylə üzləşməsinə şərait yaratmışdır. Buna görə də iddiaçı evə görə ödədiyi pulu tələb etməkdə haqlıdır. Məhkəməyə təqdim edilən sübutlar əsasında qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən ilk iddiaçının nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh-iddiaçı Cavabdeh qətnamənin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mübahisələndirilən hissələrdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Baxılan işdən göründüyü kimi iş üzrə ilk və qarşılıqlı iddia tələbləri mövcuddur.
31. İlk iddia tələbi fərdi yaşayış evinə dair bağlanmış ilkin müqavilə üzrə ödənilmiş pulun və cavabdehin hərəkətləri nəticəsində dəymiş ziyanın qaytarılması barədədir. Qarşılıqlı iddia tələbi isə mübahisələndirilən müqavilə üzrə fərdi yaşayış evinin ilk iddiaçı tərəfindən ona təhvil verilməsindən ibarətdir.
32. Araşdırılan işin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri * saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh ilə X3 arasında bağlanmış ##.##.2020-ci il tarixli ilkin müqaviləyə əsasən ki, Cavabdeh ünvan 1 ö/t ünvanda yerləşən fərdi yaşayış evini razılaşdıqları məbləğə, yəni 24200 (iyirmi dörd min iki yüz) manata X3.
33. İşin faktiki hallarından müəyyən edilir ki, sözügedən fərdi yaşayış evi Pünhan Cavadova təhvil verilmiş, lakin sonradan ilk iddiaçının evdə olmamasından istifadə edərək evin əvvəlki sakini İlhamə Məmmədova evə daxil olaraq, evdən çıxmamışdır.
34. İş üzrə tədqiq edilən sənədlərin təhlilindən müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi ilə bağlı tərəflər arasında müxtəlif məhkəmə çəkişmələri davam etmiş, konkret olaraq iddiaçı Pünhan Cavadov İlhamə Məmmədovaya qarşı fərdi yaşayış evinə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmiş, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə onun iddiası təmin edilməmişdir.
35. Yenə iş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Məmmədova İlhamə Əlimirzə qızının apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilmiş, ünvan 1 19A ünvanında yerləşən 175 kv.m torpaq sahəsinin üzərində ümumi sahəsi 107.68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin alqı-satqısı haqqında Cavabdeh ilə X3 arasında bağlanmış ## ###### 2020-ci il tarixli, *M-** saylı “ilkin müqavilə”nin etibarsız hesab edilməsi qət edilmişdir. Bu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır.
36. Göründüyü kimi ünvan 1 19A ünvanında yerləşən 175 kv.m. torpaq sahəsinin üzərində ümumi sahəsi 107.68 kv.m. olan 1 mərtəbəli fərdi yaşayış evinin alqı-satqısı haqqında Cavabdeh ilə X3 arasında bağlanmış ## ###### 2020-ci il tarixli, *M-** saylı ilkin müqavilə məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilmişdir.
37. Kollegiya ilk olaraq qeyd edir ki, etibarsız əqdlər üzrə əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə, əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlı olmuşdur. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar etibarsız əqd üzrə verilmiş olsa belə, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu baxımdan iddiaçı tərəfin cavabdehə qarşı tələb hüququnu reallaşdıraraq, hazırkı iddia tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin “əsassız varlanma və onun nəticələri”ni tənzimləyən 1091-1095-ci maddələrinin tələbləri nəzərdə keçirilə bilər.
39. Həmin normalara görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
40. Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi; bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır.
41. Bu kontekstdən yanaşan kollegiya qeyd edir ki, nə qədər ki, cavabdeh (qarşılıqlı iddiaçı) sözügedən evin ona məxsus olmasını və mübahisələndirilən pulun məhz özünə məxsus əmlakın satışından əldə etdiyini sübut edə bilməyib, onda hazırkı işdə iddianın əsaslı sayılması üçün cavabdehin iddiaçının hesabına müvafiq əsas olmadan varlandığı müəyyən edilməlidir.
42. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli,
2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
43. Kollegiya tələb olunan zərərlə bağlı mövqeyini onunla əsaslandırır ki, iddiaçı P.Cavadov məhz cavabdehin hərəkətləri nəticəsində ona dəymiş ziyanı tələb edir. Belə ki, iddiaçı cavabdehlə ilkin müqavilə bağladıqdan sonra cavabdehin hərəkətlərinə etimad edərək vicdanlı sahib kimi fərdi yaşayış evində ayrılması mümkün olmayan yaxşılaşdırmalar etməklə xeyli məbləğ israf etmişdir.
44. Qeyd edilir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilmədiyi əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
45. Göründüyü kimi birinci instansiya məhkəməsi də göstərilən istiqamətdə araşdırma aparmaqla müvafiq qiymətləndirmə təyin etmiş və verilmiş rəyə uyğun ziyanı müəyyən etmişdir.
46. Apellyasiya şikayətinin qarşılıqlı iddia ilə bağlı dəlillərinə gəlincə kollegiya bildirir ki, apellyator (qarşılıqlı iddia üzrə iddiaçı) mübahisəli fərdi yaşayış evinin cavabdehdən alınaraq ona təhvil verilməsini tələb etsə də, bu halları təsdiq edən sübutları, yəni sözügedən əmlakın qarşılıqlı iddia üzrə cavabdehin istifadəsində olmasını, habelə sözügedən əmlakın ona məxsus olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
47. Bundan əlavə, araşdırılan işdən müəyyən edilir ki, mübahisəsi gedən fərdi yaşayış evi hazırda iddiaçının yox, tamamilə digər (dediklərinə görə, həmin ev İlhamə Məmmədova tərəfindən artıq digər şəxsə satılıb) şəxsin sahiblik və istifadəsindədir. Belə olan halda, iddiaçı (qarşılıqlı tələb üzrə cavabdeh) P.Cavadov istəsə belə, həmin evi qaytarmaq ixtiyarına malik olmayan şəxsdir.
48. Yuxarıda istinad olunan halları ümumiləşdirərək kollegiya bir daha qeyd edir ki, tərəflər arasında bağlanmış ## ###### 2020-ci il tarixli, *M-** saylı ilkin müqavilə etibarsız hesab edildiyindən hüquqi nəticə olaraq iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti, eləcə də əmalakın yaxşılaşdırılmasına çəkilmiş xərc cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.
49. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbinin müqavilə üzrə ödənilmiş pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində əsaslı və işin hallarına uyğun mövqedən çıxış etmişdir. Məhkəmə işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh-iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilərlər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.