Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-830/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, cavabdeh Cavabdeh vəkili vəkil1 İsa oğlunun iştirakı ilə, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mükiyyətində olan 0,06 ha torpaq sahəsindən onun və qonşularının sərbəst şəkildə istifadə etməsinə qarşı törədilən bütün maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu, Timiryazev kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi RX seriyalı saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən onun mülkiyyətindədir. O və onun qoşuları – Allahverdiyev Elmar, Sultanov Teyfur, Balakişiyev Azər, Balakişiyev İslam, Fərzəlizadə Bəhruz, Camoyev Bəhlul, Əliyev Rəhman, Əliyeva Solmaz, Dayanova Lalənin mütəmadi olaraq istifadə etdiyi gediş-gəliş yolunu cavabdeh Cavabdeh zəbt edərək, mülkiyyətinə, təsərrüfatına külli miqdarda ziyan vurur. Əmlak Komitəsinə şikayət olunmasına baxmayaraq, cavabdeh öz əməllərindən əl çəkmir. Cavabdeh özü də bilərəkdən onlar gediş-gəliş və kənd sakinlərin istifadə etdiyi öz istifadə etdiyi bağın yaxınlığında olduğu üçün cavabdehin bağına qədər yol gəlsə də cavabdeh özündən sonraya yol verməyərək onların yolunu kəsmişdir. Cavabdehin bu hərəkəti kənd sakinlərin ev və təsərrüfatına ciddi ziyan dəyməklə yanaşı onların yollarını uzatmaq məqsədinə nail olur. Cavabdehə bir kənd sakini kimi kənd sakinləri və qonşuları onların yolunu zəbt edilməməsini bildirsələr də cavadeh öz əməllindən əl çəkmir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, iddia təbinin əsassız olmasını təsdiq edən iş üzrə sonuncu müayinə aktıdır. Həmçinin iddiaçının iddia etdiyi ərazi cavabdehin və onun ailə üzvlərinin çıxarışlarına əsasən torpaq sahəsidir. İddiaçının onun qonşularının əsassız iddiaları üzündən cavabdeh torpaq sahəsinə mülkiyyət hüququnu həyata keçirməkdə çətinliklər yaşayır. Hər dəfə torpaq sahəsinin həmin hissəsinə gedib iş görmək istəyəndə iddiaçı və qonşular cavabdehə maneə yaradırlar. Təbii ki, cavabdehdə də mülkiyyət hüququ ilə özünə məxsus torpaq sahəsində cavabdehlər tərəfindən yaradılmış maneələr nəticəsində dəymiş ziyanla bağlı məhkəməyə müraciət edəcəkdir. Artıq iş üzrə təyin edilmiş məhkəmə iclaslarının keçirilməsindən yəni işin uzadılmasından cavabdeh narazıdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini Sizdən xahiş edir.
4. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Günel Kamilli) iddia tələbi təmin edilməmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, məhkəməyə təqdim edilmiş ekspert və mütəxəssis rəyində DWJ və bələdiyyə xəritələrinə əsasən iddia olunan torpaq sahəsinin bir hissəsinin ümumi istifadə, bir hissəsinin isə cavabdehin xüsusi mülkiyyətində olması müəyyən edilməklə, iddiaçının evinin arxasında olan torpaq sahəsinin konkret olaraq hansı hissəyə düşdüyü göstərilməmiş, rəy həmin hissədə qeyri-müəyyən xarakter daşımışdır. Göründüyü kimi sonradan məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində iddia olunan torpaq sahəsinin TEKUİS xəritələrinə əsasən cavabdehin xüsusi mülkiyyətində olduğu və həmin hissədə gediş-gəliş yolunun olmadığı bildirilmişdir. Belə ki, cavabdeh və onun ailə üzvlərinə ## #### 2024-cü il tarixdə çıxarış məhz həmin xəritə əsasında verilmişdir. Məhkəmə iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi də verdiyi izahatda qeyd edilən halı təsdiq etmiş, DWJ və TEKUİS xəritələrinin göstəricilərində fərqlərin mövcud olmasını bildirmişdir. Beləliklə də məhkəməyə təqdim edilmiş mütəxəssis rəylərinin hər birində ayrı-ayrı xəritələrə istinad edilməklə, ilkin rəydə DWJ xəritələrinə əsasən iddia olunan torpaq sahəsinin 0.0935 ha hissəsinin cavabdehin mülkiyyətində, 0.10 ha hissəsinin isə ümumi istifadə üçün nəzərdə tutulmuş torpaq sahəsi olması göstərilsə də sonradan təqdim edilmiş rəydə TEKUİS xəritələrinə istinad edilməklə, ümumiyyətlə gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsinin cavabdehin mülkiyyətində olduğu və sonuncu hüquqlarının qeydə alındığı məlum olmuşdur. Məhkəmə yaranmış ziddiyyətlə bağlı isə bildirir ki, yuxarıda göstərilən xəritələrlə müəyyən fərqli nəticələr əldə edilsə də qeyd edilməlidir ki, əldə edilmiş nəticələrə uyğun olaraq bir tərəfdə cavabdehin mülkiyyət hüququnun pozulması, onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən məhrum olması, digər tərəfdən isə iddiaçıya məxsus torpaq sahəsinə başqa gediş-gəliş yolu mövcud olduğu halda, digər gediş-gəliş yolunun mövcudluğu qəbul edilməklə, cavabdeh tərəfindən yaranmış maneənin aradan qaldırılması çıxış edir. Hansı ki, ilkin rəydə də iddia olunan gediş-gəliş yolunun 0.0935 ha hissəsinin cavabdehin mülkiyyətində olması müəyyən olunmuşdur. Bundan əlavə işin mübahisə edilməyən halı ondan ibarətdir ki, cavabdehin həmin torpaq sahəsi üzərində hüquqları qeydiyyata alınmaqla, ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Odur ki, məhkəmə hazırki iş üzrə sonuncu rəyin nəticələrinin nəzərə alınmasını daha məqsədəmüvafiq hesab edir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 146.1, 146.2, 152.1, 152.5, 157.1, 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və məhkəmə prosesində onu təmsil edən nümayəndənin izahatında qeyd olunduğu kimi, hazırda mübahisələndirilən ərazidə həmişə gediş-gəliş yolu olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət adastrı və Reyestri publik hüquqi şəxsinin baza məlumatlarına, DWJ xəritələrinə və bələdiyyə xəritələrinə əsasən də iddia olunan torpaq sahəsinin bir hissəsinin ümumi istifadədə olması öz əksini tapmışdır. Həmin gediş-gəliş yolu cavabdeh tərəfindən bağlanaraq, qanunsuz istifadə edilir. Bu fakt Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli, **/*** nömrəli ekspert rəyində də öz əksini tapmışdır. Rəyin nəticə hissəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cənub şərq tərəfində gediş-gəliş yolunun mövcud olması, iddiaçı tərəfindən istifadə olunan torpaq sahəsinin faktiki olaraq cavabdeh tərəfindən istifadə olunmasıvə iddia olunan torpaq sahəsinin 0,10 ha hissəsi baza məlumatlarında DWJ xəritələrinə və blədiyyə xəritələrinə əsasən bələdiyyə mülkiyyəti kimi, ümumi istifadədə olan torpaq sahəsi kimi göstərilmişdir. Yalnız iddia olunan torpaq sahəsinin 0,0935 ha hissəsi cavabdehin xüsusi mülkiyyəti altında olması qeyd olunmuşdur. Buna baxmayaraq işə baxan məhkəmə ekspert rəyini deyi, mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edərək iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir ki, bununla da razılaşmaq olmaz. Niyə məhz həmin ikinci rəyin əsas götürülərək qərar qəbul edilməsi əsaslandırılmır. Qətnamədə baza məlumataları ilə TEKEUS arasında ziddiyətin olması və cavabdehin elektron kadastr sistemindən sonra müvafiq sənəd alması göstərilir. Torpaq sahələrinin sərhədlərinin ayrılması qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən baza məlumatlarına əsasən aparılır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il tarixli, *** saylı Fərmanının icrası ilə bağlı bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X11 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin edilməsi və eyni zamanda X11 uçotu informasiya sisyeminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyitorpaqlarda və torpaq islahatı zamanı verilmişpay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasınad mövcud olan uyğunsuzluqlar (sərhəd,yerləşmə və konfiqurasiya fərqləri) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Əmlak Məsələləri Dövlət Xidmətinə və onun struktur bölmələrinə tapşırılmışıdır. Maddənin tələbinə görə məlum Fərmanın icrası zamanı Reyestr Xidmətinə xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özbaşına yerinin dəyişdirilməsi səlahiyyəti verilməmişdir. Buna görə də mübahisəli torpaq sahələri ilə bağlı tədqiqat apararkən ilkin torpaq ayırma sənədlərinə deyil, yalnız elektron uçot məlumatlarına əsasən özlərinin formalaşdırdığı elektron baza məlumatlarına istinad edilməsi yolverilməzdir. Mülkiyyətində olan torpaq sahəsindən öz istədiyi kimi istifadə edə bilmir. İddia tələbinin təmin edilməməsi ilə mülkiyyətindən istifadə etmək hüququndan faktiki olaraq məhrum olmuşdur. Halbuki mübahisəli ərazi gediş-gəliş yoludur. Digər gedişgəliş yolunun olması heç də həmin yolun cavabdeh tərəfindən bağlanması üçün əsas ola bilməz. Məhkəmədə işə baxılarkən təqdim edilən sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025ci il tarixli, **/*** nömrəli ekspert rəyinə əsassız olaraq əhəmiyyət verilməmişdir. İkinci mütəxəssis rəyi sübut kimi qiymətləndirilərək iddi tələbi təmin edilməmişdir. Halbuki X11 uçotu sistemi də baza məlumatlarına uyğun verilməlidir. Ziddiyyət olduqda baza məlumatları mötəbər hesab edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh vəkili vəkil1 İsa oğlu apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının torpaq sahəsinin qabağından yolu var, iddiaçı torpağın arxasından da yol istəyir. İddiaçının yol kimi iddia etdiyi ərazi cavabdehin mülkiyyətindədir. Hətta cavabdeh də yolun olmasını istəyir, çünki onun da yolu torpaq sahəsinin yuxarı hissəsindədir, lakin yolun onun torpağından istifadə edilməklə verilməsini istəmir. Yol istənilən hissədə ağaclar zəif olub, cavabdeh yeni ağaclar əkilməsi üçün köhnə ağacları çıxaran zaman iddiaçı həmin hissədə yol istəyib. Həmin hissədə yol verilsə cavabdehin torpaq sahəsi azalacaqdır. Cavabdehdə TEKEUS ilə çıxarış verilib. Buna görə də apellyasiya şikayətinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Onunla telefon əlaqəsi saxlanılan zaman səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən, reyestr nömrəsi 303013080371-10301, qeydiyyat nömrəsi 2820023258 olan ##.##.2020-ci il tarixli çıxarışa əsasən Quba rayonu, Timiryazev kəndində yerləşən 0,6 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.
13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Timiryazev kəndində yerləşən 0.0674 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasən ##.##.2024cü il tarixdə Cavabdeh, X3, X2, X4 və X5 adına qeydə alınmışdır.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ##.##.2024cü il tarixli mütəxəssis rəyinindən görünür ki, iddiaçı İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi. (sxem tərtib edilmişdir, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir). İddiaçının mülkiyyətində olan torpaq sahəsinin cənub şərq tərəfində gediş-gəliş yolu mövcuddur. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia olunan torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur (şumlama işləri aparılmışdır) və həmin iddia olunan torpaq sahəsinin 0.10 ha hissəsi baza melumatlarında DWJ xəritələrinə və bələdiyyə xəritələrinə əsasən bələdiyyə mülkiyyəti kimi, ümumi istifadədə olan torpaq sahəsi kimi göstərilmişdir. Onu da qeyd edək ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin 0.0935 ha hissəsi cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsidir.
15. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı İddiaçı məxsus 0.06 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi, (sxem tərtib edilmişdir, koordinatlar ve ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin cənub şərq tərəfində gediş-gəliş yolu mövcuddur. İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur (şumlama işləri aparılmışdır) və həmin iddia olunan torpaq sahəsinin 0.10 ha hissəsi baza məlumatlarında DWJ xəritələrinə və bələdiyyə xəritələrinə əsasən bələdiyyə mülkiyyəti kimi, ümumi istifadədə olan torpaq sahəsi kimi göstərilmişdir. Onu da qedir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin 0.0935 ha hissəsi cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsidir.
16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ##.##.2024cü il tarixli mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısına qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçılar və cavabdehlərin iştirakı ilə mübahisəli torpaq sahəsinin mövqeyi, ölçüləri və mübahisələndirilən ərazinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. İddiaçinin mülkiyyətində olan torpaq sahəsinin cənub-şərq istiqamətində gedişgəliş yolu mövcuddur və faktiki eni 8 m-dir (xəritədə göstərilməklə) Məhkəmənin ekspertiziya təyin edilməsi barədə qərardadında göstərilən suallara cavab verərkən TEKUİS-ə əsasən xəritələrə istinad edilməmişdir, istinad edilməməsinə səbəb isə DVJ elektron xəritələri ilə X11 Uçot İnformasiya Sistemində (TEKUİS)-də uyğunsuzluğun olmasıdır. İddiaçının iddia etdiyi torpaq sahəsi yəni yol cavabdeh və ailə üzvlərinə məxsus Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən 0.674 ha torpaq sahəsi ilə X11 Uçot İnformasiya Sistemində (TEKUIS)də üst-üstə düşür, ümumilkdə cavabdehin mülkiyyətidir (xəritədə göstərməklə). İş üzrə rəy verən vaxtı cavabdeh və ailə üzvlərinə məxsus Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışda göstərilən koordinatlarla əlaqəli təhlil aparılmışdır, lakin DVJ xəritələri ilə uyğunsuzluq təşkil etdiyindən məlumat qeyd edilməmişdir. İddiaçının hazırda istifadə etdiyi torpaq sahəsinə iddia olunan torpaq sahəsi gediş- gəliş yolu deyil, iddiaçının hazırda istifadə etdiyi torpaq sahəsinə gediş-gəliş yolu cənub-şərq istiqamətində mövcuddur. İddiaçının iddia etdiyi torpaq sahəsi (yol) cavabdeh və ailə üzvlərinə məxsus Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2024- cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışda göstərilən 0.674 ha torpaq sahəsi ilə üst-üstə düşürsə cavabdehin torpaq sahəsinin 0.20 ha hissəsində azalma olacaq. Cavabdeh və digər ailə üzvlərinə məxsus Torpaq Mülkiyyəti Hüququna dair Dövlət Aktı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış alarkən cavabdehin azalma ilə bağlı imtina etdiyi ərazi hazırda mübahisə olunan ərazi ilə qonşu hissədəndir. Cavabdeh və digər ailə üzvlərinə məxsus Torpaq Mülkiyyəti Hüququna dair Dövlət Aktı əsasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış və həmin çıxarış əlavə olan torpaq sahəsinin plan və ölçüsündə göstərilmiş koordinatlardan kənara (yəni Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2024-cü ıl qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nomrəli çıxarışda göstərilmiş torpaq sahəsindən kənarda) iddiaçıya məxsus torpaq sahəsi arasında gediş-gəliş yolu yoxdur.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 47-ci maddənin 3-cü hissəsi. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işdə olan sübutlarla müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə maneəsiz şəkildə gediş-gəliş yolu olmaqla, o, iddia etdiyi torpaq sahəsindən yol qismində hansı məqsədlə istifadə etmək niyyətində olmasını, ümumiyyətlə bununla əlaqədar hüquqlarının hansı formada pozulmasını əsaslandırmamışdır.
23. Bunula yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və gəldiyi nəticəni əsaslandırması ilə tam razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməsində tərəfindən əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ##.##.2024-cü il tarixli mütəxəssis rəyininin və buna müvafiq olaraq verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyinin hansı əsasla mötəbər sübut qismində qəbul etməməsini, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ##.##.2024-cü il tarixli mütəxəssis rəyini isə mötəbər hesab etməsini əsaslandırmışdır.
24. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən isə görünür ki, iddiaçının yol kimi istifadə etmək istədiyi torpaq sahəsi X12 Uçot İnformasiya Sistemində ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu Timiryazev kəndində yerləşən Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 0.674 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının iddia etdiyi torpaq sahəsi yol kimi nəzərə alındığı halda isə cavabdehin torpaq sahəsində 0,2 ha azalma baş verir. Həmçinin, mütəxəssis rəyində iddiaçıya məxsus torpaq sahəsi ilə cavabdehə məxsus torpaq sahəsi arasında yolun olmadığı qeyd olunmuşdur ki, bu hal cavabdehin özünə məxsus fərdi yaşayış evinin texniki pasportunda əks olunan torpaq sahəsinin planı sənədində də əks olunmuşdur. Belə ki, həmin plandan görünür ki, iddiaçının fərdi yaşayış evinin, o cümlədən torpaq sahəsinin arxa hissəsində, qonşu torpaq sahəsi qeyd olunmaqla, yol yalnız fərdi yaşayış evinin, o cümlədən torpaq sahəsinin qarşı tərəf hissəsində nəzərdə tutulmuşdur.
25. Məhkəmə kollegiyası “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il tarixli, *** saylı Fərmanının icrası ilə bağlı daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın torpaq sahələrinin koordinatlarının yerinin əsassız dəyişdirməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın inzibati funksiyalarını həyata keçiriməsi nəticəsində yaranmış mübahisəyə hazırkı icraatın predmeti olmamaqla, həmin mübahisələrə ümumiyətlə mülki məhkəmə icraatı qaydasında baxılması da yolverilməzdir.
26. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.