Məhkəmə qərarları › İş №2(3-8)-838/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-838/2026

21.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-838/2026 21.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair ilk, Cavabdeh cavabdehlər İddiaçı və Nümayəndə qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi ərazisi 0,20 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılması və boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh öz növbəsində ##.##.2025-ci il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1ndə yerləşən 0.20 ha torpaq sahəsi üzərində inşa olunmuş iki fərdi yaşayış evlərinin inşasına çəkilmiş xərclərə görə 105000 manat, hasarların inşasına çəkilmiş xərcə görə 7430 manat, hovuzun inşasına çəkilmiş xərcə görə 5400 manat, tövlənin inşasına çəkilmiş xərcə görə 3300 manat, üç ədəd istixanaya çəkilmiş xərcə görə 35742 manat və darvazaya çəkilmiş xərcə görə 1000 manat olmaqla ümumilikdə 157872 manat pulun və ödənilmiş 448 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Nümayəndə onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1ndə yerləşən 0.20 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa olunmuş iki fərdi yaşayış evinin, hasarların, hovuzun, tövlənin inşasına, üç ədəd istixananın quraşdırılmasına və darvazaya çəkilən xərcə görə 221560,25 manat pulun və ödənilmiş 512 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Nümayəndə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbini azaldılması dair ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsində cavabdeh Nümayəndə cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən, ilkin iddia tələbi təmin edilmiş, Cavabdeh, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi ərazisi 0,20 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və boşaldılaraq İddiaçı təhvil verilməsi, ilkin iddiaya görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməsi və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1ndə yerləşən 0.20 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa olunmuş iki fərdi yaşayış evinin, hasarların, hovuzun, tövlənin inşasına və darvazaya çəkilən xərcə görə 124763,25 (yüz iyirmi dörd min yeddi yüz altmış üç manat iyirmi beş qəpik) manat pul və qarşılıqlı iddiaya görə ödənilmiş 288 (iki yüz səksən səkkiz) manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə ödənilmiş 281 (iki yüz səksən bir) manat pul İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən ##.##.2026-cı il tarixində apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən, Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)****/**** saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti ilə yanaşı, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(012)-****/**** №-li qətnaməsi ilə razılaşmadığı üçün həmin ## ###### 2026-cı il tarixli qətnamədən apellyasiya şikayət vermişdir. Elektron kabinetdə baş verən nasasızlıqlar ucbatından ## #### 2026-cı il tarixdə tərtib olunmuş apellyasiya şikayətini səyyar poçt vasitəsi ilə məhkəməyə göndərmiş və ona təqdim olunan qəbz təsdiq edir ki, apellyasiya şikayəti məhkəməyə təqdim olunmuşdur. Eləcə də şikayətini təqdim edən səyyar poçtalyon ona bildirmişdir ki, dəftərxanadan ona məlumat verilərək bildirilmişdir ki, apellyasiya şikayətlərinin elektron kabinet vasitəsi ilə verilməsi mütləqdir. Ona görə də o, məhkəməyə səyyar poçt vasitəsi ilə göndərdiyi apellyasiya şikayətinin bir nüsxəsini də elektron kabineti vasitəsi ilə məhkəməyə göndərir. Lakin belə olduğu təqdirdə qanunla nəzərdə tutulan, “qətnamədən apellyasiya şikayətinin verilməsi” üçün 30 günlük müddət tərəfindən ötürülmüş olur. Hesab edir ki, səyyar poçt vasitəsi ilə apellyasiya şikayətinin müddətə riayət edilməklə verildiyi nəzərə alınmaqla ötürülmüş müddəti üzrlü saymalı və bərpa etməlidir. Şərh olunanlardan çıxış edərək Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün MPM-də nəzərdə tutulmuş 30 günlük müddətin ötürülməmiş hesab edilməsini və bərpa edilərək apellyasiya şikayətimin aidiyyəti üzrə apellyasiya instansiyasına göndərilməsini xahiş edir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsinə dair buraxılmış müddətin bərpa edilməsi və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini və ilk iddia üzrə iddiaçı İddiaçı buraxılmış müddətin bərpa edilməsi tələbinə dair ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, müddətin bərpası barədə ərizədə göstərilən hallar iş materialları ilə təsdiq olunmur və prosessual müddətin üzrlü səbəbdən buraxıldığı sübut edilmir. Belə ki, iş materiallarından da göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə yalnız ##.##.2026-cı il tarixdə dəftərxana vasitəsilə daxil olmuşdur. İddiaçı müddətin bərpası barədə ərizəsində bildirmişdir ki, guya ##.##.2026-cı il tarixdə tərtib edilmiş apellyasiya şikayətini elektron kabinetdə yaranmış nasazlıq səbəbindən elektron qaydada təqdim edə bilməmiş və bu səbəbdən ##.##.2026-cı il tarixdə onu poçt vasitəsilə göndərməyə məcbur olmuşdur. Bunu təsdiq edən sübut qismində məhkəməyə “xxxx” MMC-yə məxsus A****** nömrəli qaimə təqdim edilmişdir. Həmin qaimədən görünür ki, guya poçt göndərişi ##.##.2026-cı il tarixdə qəbul edilmiş və yalnız ##.##.2026-cı il tarixdə Abşeron Rayon Məhkəməsinə çatdırılmışdır. Məhkəmə də məhz iddiaçının təqdim etdiyi qaiməyə əsaslanaraq müddəti bərpa etmişdir. Cavabdeh hesab edir ki, sözügedən qaimənin həqiqiliyini şübhə altına alan ciddi əsaslar olduğu üçün, o, mötəbər sübut hesab edilə bilməz. İlk növbədə qeyd edilməlidir ki, “xxxx” MMC sürətli poçt daşımaları həyata keçirən şirkətdir. Belə olan halda, Abşeron rayonu ərazisində qəbul edilmiş poçt göndərişinin eyni rayon ərazisində yerləşən məhkəməyə 42 gün sonra çatdırılması həyatın təbii axarına və məntiqə uyğun gəlmir. Bundan əlavə, qaimədə göndərişi qəbul etmiş və ya təhvil vermiş kuryerə dair hər hansı məlumat, imza və ya identifikasiya məlumatları göstərilməmişdir. Həmçinin göndərən şəxs olan İddiaçı da imzası qaimədə əks olunmamışdır. Cavabdeh hesab edir ki, bu kimi məlumatların daxil edilməməsi və qaimənin imzalanmaması məhz gələcəkdə yarana biləcək məsuliyyətdən yayınmaq məqsədi daşımışdır. Qeyd olunan hallar cavabdehdə əsaslı şübhələr yaratdığı üçün cavabdeh tərəfindən “xxxx” MMC-yə rəsmi sorğu ünvanlanmış və A****** nömrəli qaimə üzrə daşınmanın həyata keçirilib-keçirilmədiyi barədə məlumat tələb edilmişdir. Şirkətin ##.##.2026-cı il tarixli cavab məktubunda bildirilmişdir ki, müraciətdə qeyd olunan A****** nömrəli qaimə şirkətin elektron sistemində mövcud deyildir və həmin nömrə üzrə hər hansı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi qaimə üzrə poçt göndərişinin həyata keçirilməsi təsdiq olunmur. Əksinə, əldə edilmiş rəsmi məlumat əsasında daşıyıcı şirkət tərəfindən belə bir sifarişin icra olunmadığı qeyd olunur. Belə olan halda, bu qaimə həqiqi sənəd kimi qəbul oluna bilməz. Apellyasiya şikayətinin faktiki olaraq sonradan təqdim edildiyini göstərən digər mühüm hal dövlət rüsumunun ödənilməsi ilə bağlıdır. Belə ki, ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuş apellyasiya şikayətinin qoşmalar siyahısında dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əlavə olunduğu qeyd edilsə də, iş materiallarında ##.##.2026-cı il tarixli hər hansı ödəniş sənədi mövcud deyildir. Əksinə, işdə yalnız ##.##.2026-cı il tarixli dövlət rüsumu qəbzi vardır. Bu hal da şikayətin iddia edilən tarixdə göndərilmədiyini göstərən mühüm sübutlardan biridir. Həmçinin, iddiaçı elektron məhkəmə sistemində nasazlığın mövcud olduğunu bildirmişdir. Lakin bu hal da hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. İddiaçı elektron kabinetdə nasazlığın baş verdiyini göstərən hər hansı texniki arayış və ya bununla bağlı onun Məhkəmə-Hüquq Şurasına etdiyi müraciəti məhkəməyə təqdim etməmişdir. Əksinə, məlum olduğu kimi, həmin dövrdə elektron məhkəmə sistemində hər hansı ümumi nasazlıq qeydə alınmamışdır (elektron məhkəmə sistemində nasazlıq ##.##.2026-cı il tarixdən başlamışdır). Bunun təsdiqi kimi cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti təqdim etməsi göstərilə bilər. Nəhayət, göründüyü kimi, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddət 42 gün ötürülmüş və bu, üzrlü səbəbdən baş verməmişdir. Bundan əlavə, cavabdeh hesab edir ki, məhkəmə yuxarıda qeyd olunan hallarla bağlı xüsusi qərardad məsələsini də nəzərdən keçirməlidir. Belə ki, buraxılmış prosessual müddətin bərpasına nail olmaq üçün məhkəməyə təqdim edilmiş A ****** nömrəli qaimənin ümumiyyətlə “xxxx” MMC-nin sistemində olmaması onu göstərir ki, qaiməyə həqiqətə uyğun olmayan məlumatlar daxil edilərək ondan qanunsuz istifadə edilmişdir ki, bu halın mövcudluğu həmin hərəkətə yol vermiş şəxslərin əməllərində Cinayət Məcəlləsinin 320.1, 320.2 və 294.1-ci maddələrinin əlamətlərini istisna etmir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonra şikayətə əlavə verərək bildirmişdir ki, iş materiallarında olan “xxxx” MMC-yə məxsus A****** nömrəli qaimənin həqiqiliyinin, habelə həmin qaimə üzrə daşınmanın faktiki olaraq həyata keçirilib-keçirilməməsinin müəyyən edilməsi məqsədilə vəkil tərəfindən “xxxx” MMC-yə sorğu göndərilmişdir. “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli məktubu ilə sorğu cavablandırılaraq bildirilmişdir ki, müraciətdə qeyd olunan A****** nömrəli qaimə hazırda şirkətin elektron sistemində mövcud deyildir və həmin nömrə üzrə hər hansı məlumat aşkar edilməmişdir. Eyni zamanda, məktubda göstərilmişdir ki, qaimənin tərtib edildiyi və ya istifadə olunduğu təxmini tarix, göndərişin ünvanı və digər eyniləşdirici məlumatlar təqdim ediləcəyi təqdirdə əlavə və daha ətraflı araşdırmanın aparılması mümkün olacaqdır. Bundan sonra yeni vəkil sorğusu əsasında A****** nömrəli qaimənin surəti “xxxx” MMC-yə təqdim edilmiş və həmin qaimə üzrə daşınmanın həyata keçirilib-keçirilməməsi barədə ətraflı məlumat verilməsi xahiş olunmuşdur. “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli cavab məktubunda qeyd edilmişdir ki, müraciətdə göstərilən A****** nömrəli qaimə hazırda şirkətin elektron sistemində mövcud deyildir və həmin nömrə üzrə hər hansı məlumat aşkar edilməmişdir. Bununla yanaşı, məktubda xüsusi olaraq bildirilmişdir ki, sözügedən qaimə nömrəsi şirkətə məxsus olsa da, həmin qaimə üzrə daşınma xidməti şirkətin kuryerləri tərəfindən həyata keçirilməmişdir. Bu səbəbdən qeyd olunan göndərişlə bağlı şirkətdə hər hansı məlumat mövcud deyildir. “xxxx” MMC-nin sonuncu məktubundan da aydın şəkildə görünür ki, A****** nömrəli qaimə həmin şirkətə məxsus olsa da, bu qaimə şirkət tərəfindən istifadə edilməmiş, eləcə də həmin qaimə üzrə daşınma xidməti şirkətin kuryerləri tərəfindən həyata keçirilməmişdir. Bu hal İddiaçı və digər şəxslər tərəfindən “xxxx” MMC-yə məxsus qaimədən qanunsuz istifadə edilməklə həmin qaiməyə həqiqətə uyğun olmayan məlumatların daxil edildiyini, bu yolla rəsmi sənəd görüntüsünün yaradılaraq buraxılmış prosessual müddətin bərpasına nail olmağa cəhd edildiyini təsdiq edir. Bundan əlavə, İddiaçı vəsatətində mart ayının əvvəllərində guya “Elektron məhkəmə” informasiya sistemində texniki nasazlığın olması barədə dəlil irəli sürmüşdür. Bununla əlaqədar vəkil sorğusu ilə Məhkəmə-Hüquq Şurasına da müraciət edilmişdir. Məhkəmə-Hüquq Şurasının ## #### 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, # #### 2026-cı il tarixdən ## #### 2026-cı il tarixədək “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetlərdə ümumi xarakter daşıyan hər hansı texniki nasazlıq müəyyən edilməmişdir. Bu isə onu göstərir ki, ilk iddia üzrə iddiaçı apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə elektron kabinet vasitəsilə təqdim etmək imkanına malik olmuşdur. Məhkəmə- Hüquq Şurasının qeyd olunan məktubunda həmçinin bildirilmişdir ki, konkret elektron kabinetdə fərdi texniki nasazlığın olduğu iddia edildiyi halda, bununla bağlı müvafiq məhkəmə işinin nömrəsi, fərdi identifikasiya məlumatları və ekran görüntüləri təqdim edilməlidir. Lakin ilk iddia üzrə iddiaçı tərəfindən konkret iş üzrə elektron kabinetə daxilolma və sənəd yükləmə cəhdlərini, sistem tərəfindən verilmiş xəta bildirişlərini, ekran görüntülərini, elektron kabinetə giriş tarixçəsini, texniki dəstək xidmətinə edilmiş müraciətləri və ya sistemdə fərdi texniki nasazlığın mövcudluğunu təsdiq edə biləcək hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının vəsatətdə irəli sürdüyü dəlillər yalnız apellyasiya şikayətinin geri tarixlə verilməsinə hüquqi zəmin yaratmaq məqsədi daşımışdır. Qeyd olunanlarla yanaşı, onu da nəzərə almaq lazımdır ki, ## #### 2026-cı il tarixdə məhkəməyə təqdim edilmiş şikayətdə qaimənin həqiqiliyi mübahisələndirilmiş və onun saxta olmasını təsdiq edən sübutlar təqdim edilmişdir. Buna baxmayaraq, bu günədək ilk iddia üzrə iddiaçı tərəfindən həmin qaimənin mötəbərliyi, yəni həqiqi və ya saxta olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, ümumiyyətlə, bu məsələyə münasibət bildirilməmişdir. İlk iddiaçı tərəfindən qeyd olunan məsələyə aydınlıq gətirilməməsi, sifarişin və poçt daşınmasının təfərrüatları barədə məlumat verilməməsi, habelə qaimədən qanunsuz istifadə olunması və ona yalan məlumatların daxil edilməsi halının inkar edilməməsi öz-özlüyündə həmin halların doğruluğunu bir daha təsdiq edir. Odur ki, şikayətə baxılarkən qeyd olunan halların nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini və etirazı müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilməli və prosessual müddətin bərpa edilməməsinə dair yeni qərardad qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti prosessual müddət ötürülərək verilmişdir. Lakin sonradan apellyasiya şikayətinin verilməsi üşün buraxılmış müddət birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq bərpa olunmuşdur. Belə ki, məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla iş materiallarından görünür ki, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli məktubundan aydındır ki, A****** nömrəli qaimə şirkətin elektron sistemində mövcud deyildir və həmin nömrə üzrə hər hansı məlumat aşkar edilməmişdir. Digər tərəfdən, apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, dövlət rüsumu ##.##.2026-cı il tarixdə ödənilmişdir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətinin həqiqətən ##.##.2026-cı il tarixində verilməsi öz təsdiqini tapmır. Nəhayət ki, iş materiallarında olan Məhkəmə-Hüquq Şurasının ##.##.2026-cı il tarixli məktubunun məzmunundan aydın olur ki, ##.##.2026-##.##.2026-cı ilədək olan müddətdə “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetlərdə ümum xarakter daşıyan hər hansı texniki nasazlıq müəyyən edilməmişdir. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulan prosessual müddət üzrsüz səbəbdən ötürülmüşdür. Belə olan halda kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair prosessual əsaslar mövcud olmadığından, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilməli və prosessual müddətin bərpa edilməməsinə dair yeni qərardad qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ## ###### 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2007-ci il tarixli qərarında göstərmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində verilə bilər. Bu müddət şəxsin qətnaməni rəsmi qaydada aldığı vaxtdan hesablanır. Əgər şəxs məhkəmə aktını aldığı vaxtdan bir ay müddətində apellyasiya şikayəti vermirsə, məhkəmə aktı qanuni qüvvəyə minir. Kollegiya eyni zamanda qeyd edir ki, X5 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müddətin bərpası barədə ərizəsi təmin edilməməli, mülki iş Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar