Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-859/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, hüquq və vəzifələrinə toxunan şəxs maraqlı şəxs1 nümayəndəsi X6, vəkili Vəkil iştiakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : Ərizəçi Ərizəçi qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun ##.##.2008ci il tarixdə vəfat etmiş X7 qardaşı oğlu olmağı faktının müəyyən edilməsi və miras qoyan X7 miras kütləsinə daxil olan, Qusar rayonu Haçatala kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Əli Cəlilov) iddia tələbi təmin edilmiş, ərizəçi Ərizəçi ##.##.2008-ci il tarixdə vəfat etmiş X7 qardaşı oğlu olması faktı müəyyən edilmiş, X7 miras kütləsinə daxil olan, Qusar rayonu, Haça-tala kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Hüquq və vəzifələrinə toxunan şəxs qismində maraqlı şəxs1 Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı ilə ərizə təmin edilmiş, maraqlı şəxs1 Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin üzürlü səbəbdən buraxıldığından bərpa edilməsi və Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli 2(029)- ***/**** saylı qətnamədən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun ##.##.2008-ci ildə vəfat etmiş X5 qardaşı oğlu olmağı faktı müəyyən edilməsi və miras qoyan X5 miras kütləsinə daxil olan, Qusar rayonu Haçatala kəndində yerləşən 1,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəçini miras qoyanın vərəsəsi kimi tanımaqla, iddiasını təmin etmişdir. X3 miras qalmış əmlaka dair onun vəsiyyətnaməsi olduğunu bildiyi halda notariat orqanından gizlətmiş, məhkəmədə də bildirməmişdir. Vəsiyyətnamə üzrə vərəsə də həmin əmlaka uzun müddətdir ki, miras qoyanı neçə il öz evində saxlamaqla, ona qulluq etməklə, qayğısına qalmaqla baxmış, vəfat edəndən bu günə qədər də əmlaka vəsiyyət üzrə vərəsə kimi sahiblik etmişdir. Məhkəmədən sonra isə Qaibxanov Adil həmin əmlaka sahibliyə başlamışdır. Yəni, onun vərəsə olduğunu bildikləri halda, nə notariusa, nə də ki, məhkəməyə bu barədə bildirmədən, əsassız qətnamə əldə etməklə, hazırda əmlakı ələ keçirmişdir. Birinci instansiya məhkəməsində vəsiyyət üzrə vərəsə nəzərə alınmamış, notariat işi üzrə vərəsələr məhkəmədə dindirilməmiş, vəsiyyət üzrə vərəsədən hər şey qəsdən gizlədilmişdir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Lakin iddiaçı, miras qoyanın qapı qonşuluğunda 1 ilə qədər müddətdə yaşamasını, ona qulluq etməsini, vərəsəsi olmasını, müalicə etməsini, dəfn etməsini bildiyini məhkəmədən və notariusdan gizlətmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs maraqlı şəxs1 nümayəndəsi X6 şikayəti müdafiə edərək bildirdi ki, ölmüş şəxs bibisidir, miras əmlak kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Eşitdiyinə görə torpaq sahəsi ərizəçi tərəfindən mülkiyyətinə keçirilərək satılmışdır. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs maraqlı şəxs1 nümayəndə və vəkili Vəkil bildirdi ki, təmsil etdiyi şəxsin atasının bibisi ona vəsiyyətnamə verib, xəstə olan vaxt aparıb özü saxlayıb. Onun adına vəsiyyətnamə verildiyini bildiyi halda ərizəçi məhkəməyə müraciət edib, mirası qəbul edilmə faktı müəyyən edilib. Təmsil etdiyi şəxsə demədən məhkəməyə müraciət etdiyindən mübahisə yaranmışdır. Məhkəmə iclasları barədə məlumat verilməyib. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi Ərizəçi və maraqlı şəxs Qusar rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilərindən göründüyü kimi hüquq və vəzifələrinə toxunan şəxs qismində maraqlı şəxs1 Qusar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli yalnız mərhum miras qoyan X7 miras qalmış Qusar rayonu Haçatala kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərizəçi tərəfindən miras əmlak kimi qəbul olunması faktının müəyyən olunması hissəsində mübahisələndirmişdir. Bu səbbədən birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi X7 miras kütləsinə daxil olan, Qusar rayonu, Haça-tala kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi hissəsində ləğv edilməli, ərizə həmin hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından olan ##.##.2008-ci il tarixli vəsiyyətnamədən görünür ki, Qayıbxanova X4 rayonu, Haça-tala kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini maraqlı şəxs1 vəsiyyət etmişdir. Hazırda mübahisələndirilən qətnamə ilə ərizəçi tərəfindən miras əmlak kimi faktiki qəbul olunması faktı müəyyən edilmiş, X7 miras qalmış Qusar rayonu Haçatala kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vəsiyyətnamə əsasında maraqlı şəxs1 vəsiyyət edilməsi iddia olunmaqdadır. Bu hal da mirasın qəbulu ilə bağlı hüquq haqqında mübahisə olduğunu təsdiq etməkdədir. Mülki Prosessual Məcəllənin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi X7 miras kütləsinə daxil olan, Qusar rayonu, Haça-tala kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində ləğv edilməli, ərizə həmin hissədə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.10, 384, 387, 402-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi X7 miras kütləsinə daxil olan, Qusar rayonu, Haça-tala kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində ləğv edilsin. Ərizə həmin hissədə baxılmamış saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-8)-859/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-859/2026
28.07.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver