Məhkəmə qərarları › İş №2(3-8)-972/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-972/2026

11.08.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-972/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı yaşayış sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı yaşayış sahəsinin naturada bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı İddiaçı 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ01360100000000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE00000000000002088501) hesabına keçirilməsi, iddiaçı İddiaçı müstəqil qiymətləndirici tədqiqatının dəyəri qismində 300 (üç yüz) manat tutularaq “xxxx” MMC-nin (H/h:AZ66AİİB38030019443905478109, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi 1500136221, S.W.İ.F.T AIIBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ01350100000000001944) hesabına keçirilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması, iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına ödəmiş olduğu 50 (əlli) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı İddiaçı qaytarılması, qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı İddiaçı həmin qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından verdiyi şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı yaşayış sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 21/4, ** saylı mənzilin payçılar İddiaçı və Cavabdeh arasında naturada bölünməsi, naturada bölgü mümkün olmadığı təqdirdə İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 21/4, ** saylı mənzildəki payının dəyəri real bazar qiymətinə uyğun olaraq qiymətləndirilərək pul məbləği şəklində Cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, Cavabdeh kompensasiya vermək imkanının olmadığı və ya imtina etdiyi təqdirdə Sumqayıt şəhəri, 9- cu mikrorayon (köhnə), ev 21/4, ** saylı mənzilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin payçılar İddiaçı və Cavabdeh arasında paylarına mütənasib qaydada bərabər bölünməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edərək mülki iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnamə qəbul edilmişdir. Ümumilikdə hamıya bəlli olan haldır ki, elektron məhkəmə sistemi mart ayından yenilənmişdir və yeni sistemin tətbiqi qaydası bir müddət elektron məhkəmə sistemində problemlərin olmasına gətirib çıxarmışdır. Mülki işlə qəbul bağlı edilmiş *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnamə məhkəmənin bildiriyinə görə ##.##.2026-cı il tarixdə elektron məhkəmə sistemi vasitəsilə onun elektron kabinetinə əlavə edilmişdir. Bununla bağlı Mülki-Prosessual Məcəllənin 135.6-cı və “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq bu barədə ona hər hansı formada (məhkəmələrdə fərqli olaraq sms, elektron bildiriş və ya email ünvanına hər hansı bir təsdiq bildirişi) məlumat verilməmişdir. İcraatında olan işlərin çoxluğu ilə bağlı hər gün həmin işin sənədlərinə daxil olub baxmaq mümkünsüzdür. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 227.2-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 iş günü müddətinədək başa çatdırılmalıdır. İş günlərini nəzərə alsa, qətnamə qanunverciliyə uyğun olaraq ##.##.2026-cı il tarixədək yüklənməli olmasına baxmayaraq çox uzun bir müddətdən sonra yüklənmişdir. Mülki- Prosessual Məcəllənin tələblərinə uyğun olaraq o, may ayının əvvəllərində bir neçə dəfə elektron kabinetini yoxlasa da, heç bir məlumata rast gəlməmiş və bütün bunların yenilənmiş elektron məhkəmə sistemi ilə əlaqəli olması qənaətinə gəlmişdir. Göründüyü kimi, ##.##.2026cı il tarixdən ##.##.2026-cı il tarixədək olan tarix aralığında qətnamənin sistemə yüklənməsi barədə heç bir bildiriş gəlməmişdir. Elektron Məhkəmə sistemin yeni yaradılması və hamıya bəlli olan haldır ki, elektron kabinetdə bildirişlər gec gec və ya ümumiyyətlə gəlmirdi belə ki, bu işlə bağlı ümumiyyətlə heç bir bildiriş gəlməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını cavabdeh tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ## ### 2026-cı il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti isə ## #### 2026-cı il tarixdə verilmişdir. Azərbaycan Respublikası MPM-nin 357-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Mülki Prosessual Məcəllənin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinə aiddir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə isə 135.6-cı maddədə nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 135.6-cı maddəsində müəyyən edilmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxs həmin sistemdə qeydiyyatdan keçmişdirsə, məhkəmə sənədləri onun elektron kabinetində yerləşdirilir və bu barədə məlumat elektron poçt, SMS və digər elektron vasitələrlə çatdırılır. Beləliklə, qanunverici “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilən işlər üzrə məhkəmə sənədinin elektron kabinetdə yerləşdirilməsini məhkəmə sənədinin rəsmi qaydada verilməsinin qanuni formalarından biri kimi müəyyən etmişdir. Bu baxımdan qətnamənin ## ### 2026-cı il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilməsi iş materialları ilə təsdiq edildiyi halda, həmin tarix qətnamənin rəsmi qaydada verildiyi tarix kimi qəbul edilməlidir. Hazırkı işdə qətnamə ## ### 2026-cı il tarixdə rəsmi qaydada verilmiş hesab edildiyindən apellyasiya şikayətinin verilməsi üçün bir aylıq müddətin axımı ## ### 2026-cı il tarixdən başlamış və ## #### 2026-cı il tarixdə başa çatmışdır. Lakin cavabdeh apellyasiya şikayətini ## #### 2026-cı il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətin bitməsindən bir gün sonra vermişdir. Bununla əlaqədar cavabdehin qətnamənin elektron kabinetinə ## ### 2026-cı ildə yerləşdirilməsi barədə SMS, elektron poçt və ya digər elektron bildiriş almadığına dair dəlilləri də məhkəmə tərəfindən qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, elektron bildirişin göndərilməsi məhkəmə sənədinin elektron kabinetdə yerləşdirilməsi ilə bağlı məlumatlandırma vasitəsi olmaqla, MPM-in 135.5 və 135.6-cı maddələrində nəzərdə tutulmuş rəsmi təqdimetmə mexanizmi ilə birlikdə tətbiq olunur. Qanunun açıq məzmunundan elektron kabinetdə yerləşdirilmiş məhkəmə sənədinin ayrıca kağız daşıyıcıda və ya başqa üsulla yenidən təqdim edilməsinin zəruri olduğu nəticəsi irəli gəlmir. Əksinə, qanunverici elektron kabinetdə yerləşdirməni məhkəmə sənədinin rəsmi qaydada verilməsi hallarından biri kimi müəyyən etmişdir. Eyni zamanda, cavabdehin “icraatında olan işlərin çoxluğu ilə əlaqədar hər gün elektron kabinetə daxil olaraq iş üzrə sənədləri yoxlamağın mümkün olmaması” barədə arqumenti də prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. İşdə iştirak edən şəxsin prosessual hüquqlarından vaxtında istifadə etməsi üçün qanunla müəyyən edilmiş elektron kabinet mexanizmindən istifadə etməsi onun öz prosessual davranışı ilə bağlı məsələdir. İşlərin çoxluğu və ya elektron kabinetin hər gün yoxlanılmaması qanunla müəyyən edilmiş müddətin avtomatik olaraq uzadılması və ya onun axımının dayandırılması üçün əsas təşkil etmir. Cavabdehin elektron məhkəmə sisteminin yenilənməsi ilə əlaqədar ümumi xarakterli texniki problemlərin mövcud olması barədə mülahizələri də konkret olaraq həmin iş üzrə qətnamənin elektron kabinetdə yerləşdirilməsinə mane olan texniki nasazlığın mövcudluğunu təsdiq edən sübutlarla əsaslandırılmamışdır. Yalnız sistemin ümumilikdə yenilənməsi və digər işlər üzrə bildirişlərin gecikməsi barədə ehtimal konkret iş üzrə prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət keçdikdə prosessual hərəkəti etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən isə məhkəmə yalnız qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edə bilər. MPM-in 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə ilə eyni zamanda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Bu baxımdan cavabdehin apellyasiya şikayətinin verilməsi müddətini buraxması müəyyən edilməklə yanaşı, müddətin bərpasına əsas verən konkret və sübut edilmiş üzrlü səbəbin mövcudluğu da müəyyən edilməlidir. İddiaçının istinad etdiyi elektron bildirişin alınmaması, işlərin çoxluğu və elektron məhkəmə sisteminin yenilənməsi ilə əlaqədar ümumi xarakterli problemlər isə hazırkı iş üzrə qətnamənin ## ### 2026-cı il tarixdə elektron kabinetdə yerləşdirilməsini və həmin tarixdən etibarən qanunda nəzərdə tutulmuş müddətin axımını aradan qaldıran və ya dayandıran hallar kimi qiymətləndirilə bilməz. Bu mənada məhkəmə kollegiyası iddiaçı İddiaçı tərəfindən prosessual müddətin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı İddiaçı tərəfindən ##.##.2025-ci il tarixli məhkəmə qətnaməsindən apellyasiya şikayəti prosessual müddət buraxıldığından, birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI İddiaçı İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar