Məhkəmə qərarları › İş №2(3-8)-976/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-976/2026

11.08.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-976/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehlər cavabdeh2, cavabdeh1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbinin təmin edilməsi, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 ünvan 1 ünvanında yerləşən * saylı mənzildən əmlakları ilə birlikdə çıxarılmaları, bu qətnamənin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsas olması qət edilmişdir. Cavabdeh cavabdeh2 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi cəlb edilməklə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh cavabdeh2 tərəfindən həmin qərardaddan şikayət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh cavabdeh2 tərəfindən həmin qərardaddan şikayət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh cavabdeh2 tərəfindən ##.##.2026-cı il tarixli qərardaddan şikayət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, cavabdeh cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunması, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Sonuncu ##.##.2026-cı il tarixdə qərardad çıxarılaraq şikayəti geri qaytarılmışdır. Səbəb kimi mübahisələndirilən hissələrin və düzgün hesab etmədiyi konkret əsasların göstərilməməsidir. mübahisələndirdiyi və düzgün hesab etmədiyi əsasları nəzərə çatdırılır: ##.##.2026-cı il tarixli qətnamənin əsaslandırıcı hissəsinin "c" bəndinin 34-cü hissəsində məhkəmə qeyd edir, "Mənzilin hüquqi statusunu müəyyən edən sənədin kirayə müqaviləsi olması göstərilmişdir." 08.04.26 tarixli qətnamənin əsaslandırıcı hissəsinin "c" bəndinin 39-cu hissəsində məhkəmə qeyd edir, "cavabdehlərin həmin mənzildə qalması üçün hüquqi əsas aşkar edilməmiş və cavabdehlər bu barədə sübutu məhkəməyə təqdim etməmişdir." 08.04.26 tarixli qətnamənin "c" bəndinin 22-ci hissəsində məhkəmə göstərir ki, "bəzi digər hüquqlar və maraqlar mülkiyyət hüququ kimi qiymətləndirilə bilər. Həmçinin orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARI Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh cavabdeh2 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh cavabdeh1 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmanın əsası kimi cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətdə hansı məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutların qeyd edilməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 361.1., 361.1.1., 361.1.2., 361.1.3., 361.1.4. və 361.1.5. maddələri). Oktyabrın 1-dən qüvvəyə minmiş MPM-yə edilmiş dəyişikliyə əsasən apellyasiya şikayətinin forması * saylı Əlavədə müəyyən olunmuşdur. Göründüyü kimi hazırki şikayət onun forma və məzmununa uyğun verilməmişdir. Bu mənada məhkəmə kollegiyası şikayətin geri qaytarılması ilə bağlı birinci instansiya məhkəməsinin müəyyən etdiyi nəticə ilə razılaşaraq hesab edir ki, şikayət qanunvericiliyin tələbinə uyğun olaraq verilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq şikayətin geri qaytarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Cavabdeh cavabdeh2 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar