Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-983/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, müəyyən etdi: Iddiaçı İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək işdən azad edilmə ilə bağlı *7.*7.2*25-ci il tarixli, ** saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi, işə bərpa olunana qədər *7.*7.2*25-ci il tarixdən başlayaraq məcburi iş buraxdığı günlər üçün orta əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və hesablanmış əmək haqqı və əmək haqqının gecikdirildiyi hər gün üçün *7.*7.2*25-ci il tarixdən başlayaraq 1 faiz məbləğində ödənişin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *5.*3.2*26-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin *7.*7.2*25-ci il tarixli, ** saylı əmri və Attestasiya Komissiyasının iddiaçı barəsində verdiyi rəyin ləğv edilməsi, iddiaçı İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin kamança müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı, hesablanmış əmək haqqı və əmək haqqının gecikdirildiyi hər gün üçün *7.*7.2*25-ci il tarixdən başlayaraq 1 faiz məbləğində ödənişin cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 Idarəsi tabeli Sumqayıt şəhəri * saylı Uşaq Incəsənət Məktəbindən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verərək qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2*26-cı il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin *5.*3.2*26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iş üzrə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin nümayəndəsi nümayəndə2 tərəfindən tərəfindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət rədd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin nümayəndəsi nümayəndə2 Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2*26-cı il tarixli qərardadından ##.##.2*26-cı il tarixdə elektron kabinet vasitəsilə şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2*26-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2*26-cı il tarixli qərardadından cavabdehin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş şikayət ilə əlaqədar qeyd edir ki, aşağıdakı əsaslara görə şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllə: Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 361.1 və 361.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.2. apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 384.*.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. HYPERLINK "http://eqanun.az/framework/46945" \l "_edn491" \o "" Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2*26-cı il tarixli qərardadından cavabdehin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş şikayətdə birinci instansiya məhkəməsinin hansı aktının, hansı hissədə mübahisələndirildiyi, ümumiyyətlə şikayəti verən şəxsin tələbinin nədən ibarət olduğu göstərilməmişdir. Birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən tələbinə əməl etməmiş, şikayəti təmin etməyərək mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsi nümayəndə2 apellyasiya şikayəti adlı sənəddə tələbini, şikayəti birinci instansiya məhkəməsinin hansı qərarından verdiyini, hansı hissədə mübahisələndirdiyini (şikayətdə ümumiyyətlə əsaslandırma aparılmamışdır) göstərmədiyindən, həmin şikayətin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, *6.*8.2*26-cı il tarixli qərardadı ləğv edilməli və Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2*26-cı il tarixli qərardadından cavabdehin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Həmin Məcəllənin 4*2.2.5-ci maddəsinə əsasən, bu Məcəllənin 384.*.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.*.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-in 384, 4*2 və 4*5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2*26-cı il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X3 Idarəsi Bülbül adına * nömrəli Uşaq Incəsənət Məktəbinin nümayəndəsi nümayəndə2 tərəfindən verilmiş şikayətin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, *6.*8.2*26-cı il tarixli qərardadı ləğv edilsin, şikayət qeyrimümkün hesab edilsin və mülki iş məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-8)-983/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-983/2026
13.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver