Məhkəmə qərarları › İş №2(3-9)-149/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-149/2026

29.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-149/2026 29.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), X5 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli qətnaməsindən X8 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh- Sabirabad rayon Narlıq kənd sakini Cavabdeh tərəfindən Sabirabad meşəbəyliyinin 1-ci kvartalının 1-ci dolayında özbaşına tutduğu (zəbt etdiyi) 14 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkdiyi ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq İddiaçınə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin (hakim N.Bağırov) 10 iyul 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbinə dair iddiası təmin edilməmişdir. X1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası məruzəni dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Hazırki iş üzrə tərəflər İddiaçı və Cavabdehdur. Apellyasiya şikayəti xx.xx.2025-ci ildən 3 ay müddətinə Mərkəzin direktoru vəzifəsinə təyin edilmiş fiziki şəxs X8 tərəfindən verilmişdir. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 361.1.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən hüquqi şəxsin adı, digər zəruri məlumatlar, ünvanı, yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. Qanun tələbinə görə, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar, şikayətə əlavə edilən sənədlərin siyahısı da şikayətdə göstərilməlidir. MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından görünür ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2025ci il tarixli, 568/k nömrəli əmrinin 2-ci bəndi ilə X8 xx.xx.2025-ci il tarixdən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin İddiaçı direktoru vəzifəsinə 3 ay müddətinə təyin edilmişdir. R.Mehdiyev apellyasiya şikayəti ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə (xx.xx.2025-ci il tarixdən 3 aydan artıq vaxt keçdikdən sonra) müraciət etmişdir. Bundan başqa, apellyasiya şikayəti iş üzrə İddiaçı adından verilməli, apellyasiya şikayətinə Mərkəzin rekvizitləri əlavə olunmalı olduğu halda, Mərkəzin xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilə qədər müddətə (3 aylıq müddətə) direktoru vəzifəsinə təyin edilmiş X8 apellyasiya şikayətini fiziki şəxs olaraq öz adından vermiş, apellyasiya şikayətinə öz məlumatlarını əlavə etmişdir. Bu hal onu deməyə əsas verir ki, apellyasiya şikayəti hüququ olmayan şəxs tərəfindən verilmişdir. X4 AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, 568/k nömrəli əmrinə əsaslanaraq İddiaçın adından apellyasiya şikayətini imzalamaq hüququ mövcud olmamışdır. Qanunun tələbinə görə, apellyasiya imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Beləliklə, müəyyən edilir ki, apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyini nəzərə almadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırki şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur, işə apellyasiya qaydasında baxılması mümkün deyil. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Sabirabad Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli qətnaməsindən X8 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Sabirabad Rayon Məhkəməsinə qaytarılsın. X2 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar