Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-163/2026 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Lənkəran Dövlət Universitetinin nəznində Sosial və Aqrar- Texnoloji Kollecinə qarşı “##.##.2022-ci və ##.##.2023-cü il tarixli ərizələr əsasında verilmiş ##.##.2023-cü il tarixli 01/158 №li əmrin ləğv edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Lənkəran Dövlət Universitetin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova tərəfindən onunla qarşılıqlı şəkildə saxta ərizə əsasında, onun imzası olmadığı halda ## ######## 2022-ci il və ## ###### 2023 cü il tarixlərdə bağlanmış müqavilə əsasında qəbul edilmiş ##.##.2023-cü il tarixli **/*** №-li əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və cavabdeh tərəfindən məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanmaqla alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ## ######## 2007-ci il tarixdə onunla X6 Kolleci arasında əmək müqaviləsi bağlanaraq o, hərbi rəhbər ixtisası üzrə müəllim təyin edilmişdir. Bununla bağlı X6 Kollecinin direktoru C.İbrahimov ##.##.2007-ci il tarixli, *** nömrəli əmr imzalamışdır. Həmin vaxtdan ##.##.2011-ci il tarixə kimi həmin işdə fasiləsiz işləmiş, həmin tarixdə onunla X6 Kolleci arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə kollecin direktoru C.İbrahimovun əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra Kollecin direktoru C.İbrahimovun ##.##.2011-ci il tarixli, ** nömrəli əmri ilə onunla müddətsiz əmək müqaviləsi bağlanılmış və o, daimi ixtisası üzrə müəllim və hərbi rəhbər vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən ##.##.2018-ci il tarixə kimi təyin edildiyi vəzifələrdə qüsursuz işləmişdir. Kollecin direktorunun ##.##.2018-ci il tarixli, **/** nömrəli əmri ilə guya o, əmək funksiyanı düzgün yerinə yetirmədiyinə görə qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ## #### 2018-ci il tarixdə, Q/** saylı əmrlə qanunsuz xitam verilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilərək işdən azad edildiyi üçün o, kollecə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə iddiası tələbim təmin edilmişdir. Kollecin direktorunun ## #### 2019-cu il tarixli, **/*** saylı əmri ilə məhkəmənin qətnaməsinə əsasən yenidən həmin vəzifələrdə işləməyə başlamışdır. Kollecin direktoru R.Həmidovun ## #### 2021-ci il tarixli, **/** saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən ## #### 2021-ci il tarixindən xitam verilmişdir. Səbəb kimi də qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** saylı qərarı ilə X6 X5 Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevirilmə yolu ilə yenidən təşkil edilmişdir. Yeni təşkil edilmiş kollecin ştat cədvəlində ''Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri" və "Fiziki tərbiyə rəhbəri" ştatları ixtisar edilərək "Gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbəri" ştatı yaradılmışdır. Bu səbəbdən "Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri" olan onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən xitam verilməsi məsələsi yaranmışdır. Bu zaman kollec rəhbərliyi tərəfindən guya ona qanunvericiliyə uyğun olaraq əmək haqqı azalmamaqla digər vəzifəyə keçmək təklif ediləsə də, o, etiraz etmişdir. Əslində belə bir təklif almamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkərlıq səviyyəsinin işəgötürən müəyyən edir. Ona görə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun olaraq o, ## #### 2021-ci il tarixli, M ****/** saylı məktubla onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsini b) bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdar edilmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq Kollecin Həmkərlar İttifaqı Komitəsinə bu məsələ ilə əlaqədar qərar bildirmək xahişi ilə ## ### 2021-ci il tarixli, M-****/*** saylı məktub göndərilmişdir. Kollec Həmkərlar İttifaqı Komitəsi Məclis heyət üzvlərinin ## #### 2021-ci il tarixli iclasının (protokol № **) qərarı ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin b) bəndinə əsasən xitam verilməsi qanuna uyğun hesab edilmişdir. Baxmayaraq ki, işlədiyi 14 ilə yaxın dövr ərzində o, həmişə işdə olmuş və heç vaxt xəbərdarlıq belə almamışdır. Ona tapşırılan işləri layiqincə və vicdanla yerinə yetirmiş, işində heç vaxt heç bir qüsur olmamışdır. Ona görə də qeyd olunan iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsində işə baxılarkən məhkəmə ona bildirmişdir ki, o, öncə ilkin mediasiya prossesini keçməli, ondan sonra ümumi qaydada məhkəmə müraciət edə bilər. Ona görə də o, ərizə verib, işə baxılmamış saxlamaq şərti ilə razılaşıb iddia ərizəsini geri götürmüşdür. Bundan sonra o, mediasiyaya müraciət etmiş, mediasiya prosesini keçəndən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. O, işlədiyi dövrdə əsassız olaraq ondan hər ay 50 manat məbləğində pul tutulmaqla ümumilikdə 846 manat məbləğində pul tutulmuşdur. Bundan əlavə onunla qanunsuz əmək müqaviləsi bağlanmış, kadrlar şöbəsinin rəhbəri ali təhsilli olmadığı üçün onların onunla bağladığı əmək müqaviləsini qanunsuz sayır. Çünki, həmin əmək müqaviləsində onun adının qarşısında onun adından icra edilən imza ona məxsus deyildir. Həmçinin cavabdehin qeyd olunan hərəkətləri onda əsəb və stres yaratmış və o, xəstəlik tapmış və buna görə də müalicə almışdır. Bununla da cavabdeh öz hərəkətləri ilə ona mənəvi ziyan vurmuşdur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli, *** saylı qərarı ilə X6 X4 Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar- Texnoloji Kollecə çevirmə yolu ilə yenidən təşkil edilmişdir. Yeni təşkil edilmiş kollecin ştat cədvəlində bir neçə ştat, o cümlədən "Gənclərin şağırışaqədər hazırlıq rəhbəri" ştatı ixtisar edilmişdir. Lakin qeyd olunan qərarla həmin ştat ixtisar edilməmişdir, bunu ona Universisetinin rəhbəri, rektor Natiq İbrahimov onu qəbul edərək görüş zamanı bildirmişdir. Ona görə də hesab edir ki, qeyd olunan əmr əsassızdır və ləğv edilməlidir. GÇH-nin rəhbəri vəzifəsi gizlədilmişdir. Birinci instansiya məhkəməsində icraat Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Muradağa Qasımov) iddia təmin edilməmiş, 100 manat dövlət rüsumunun cavabdehə aid edilməsi və 60 manat mediasiya xərci olaraq ödənildiyindən, 40 manat məbləğində dövlət rüsumunun iddiaçı İddiaçı alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: İddiaçının ##.##.2022-ci il tarixli ərizəsinin surətindən və həmin ərizə əsasında onunla cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı 0,5 ştat üzrə müəllim vəzifəsinə qəbul edilməklə onunla ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında ##.##.2022-ci il tarixdə 01/214 №li əmr də verilmişdir. Daha sonra imzalanmış ##.##.2023-cü il tarixli ərizəsinin surətindən və həmin ərizə əsasında onunla cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı 0,5 ştat üzrə müəllim vəzifəsinə qəbul edilməklə onunla ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında ##.##.2023-cü il tarixdə 01/47 №li əmr də verilmişdir. Bundan sonra işəgötürənlə onun arasında hər hansı bir əmək müqaviləsi bağlanmamış, işəgötürən özünün ##.##.2023-cü il tarixli, 01/158 №li əmri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən ##.##.2023-cü il tarixdən əmək müqaviləsinə xitam vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk əvvəl işəgötürənlə iddiaçı arasında hansı növ əmək münasibətlərinin olduğu müəyyən edilməlidir. Mübahisələndirilməyən hal ondan ibarətdir ki, iddiaçının da həqiqiqliyini mübahisələndirmədiyi ##.##.2021-ci il tarixli ərizəsinin surətindən və həmin ərizə əsasında onunla cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı ixtisası üzrə müəllim vəzifəsinə qəbul edilməklə ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında ##.##.2021-ci il tarixdə 01/140 №li əmr də verilmişdir. Mübahisələndirilən hallar isə ondan ibarətdir ki, iddiaçı surətlərini iddia ərizəsinə əlavə etdiyi ##.##.2022 və ##.##.2023-cü il tarixli ərizələrdəki imzaların onun tərəfindən icra edilmədiyini, bu səbəbdən də, həmin ərizələr əsasında bağlanmış müddətli əmək müqavilələrinin hüquqi qüvvəyə malik olmadığını bildirmişdir. Həmin ərizələrdəki imzaların iddiaçı tərəfindən icra edilib-edilməsi məsələsinə qiymət verərək məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Lənkəran rayon prokurorluğunun ##.##.2024-cü il tarixli ”Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, İddiaçı ##.##.2022 və ##.##.2023-cü il tarixli ərizələrdəki imzaların onun tərəfindən icra edilməsi ilə bağlı şikayəti araşdırılmış və material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda qeyd olunan həmin qərar ləğv edilməmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, surətlərini iddia ərizəsinə əlavə etdiyi ##.##.2022 və ##.##.2023-cü il tarixli ərizələrdəki imzaların onun tərəfindən icra edilmədiyinə dair iddiaçının tələbi əsassızdır. Belə olan halda, məhkəmə həmin ərizələrin legitim olduğunu qəbul edib onlrın hüquqi nəticələrinin araşdırılmasını vacib sayır. İddiaçının ##.##.2022-ci il tarixli ərizəsinin surətindən və həmin ərizə əsasında onunla cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı 0,5 ştat üzrə müəllim vəzifəsinə qəbul edilməklə onunla ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında ##.##.2022-ci il tarixdə 01/214 №li əmr də verilmişdir. Daha sonra imzalanmış ##.##.2023-cü il tarixli ərizəsinin surətindən və həmin ərizə əsasında onunla cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı 0,5 ştat üzrə müəllim vəzifəsinə qəbul edilməklə onunla ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında ##.##.2023-cü il tarixdə 01/47 №li əmr də verilmişdir. Bundan sonra işəgötürənlə onun arasında hər hansı bir əmək müqaviləsi bağlanmamış, işəgötürən özünün ##.##.2023-cü il tarixli, 01/158 №li əmri ilə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən ##.##.2023-cü il tarixdən əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Yəni, qeyd olunan normanın tələbinə əsasən iddiaçının müddətli əmək müqaviləsinin müddəti bitmiş və buna görə də işə götürən həmin müqaviləyə xitam verilmişdir. İddiaçıla bağlanmış əmək müqaviləsi ləğv edilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin norması düzgün tətbiq olunmuş, İddiaçı ilə Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollec arasında müddətli əmək müqaviləsinin bağlanılması tam qanuna uyğun formada aparılmış, həmçinin iddiaçının işdən azad olunması prosesində Əmək Məcəlləsinin hər hansı normasının pozulmasına yol verilməmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, hətta müddətsiz olsaydı belə, əmək müqaviləsinə xitam verildiyi zaman işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərini pozulmuş olsaydı belə, iddia müddətinin ötürülməsi ilə bağlı iddia təmin olunmayacaqdı. Belə ki, məhkəmə tərəfindən tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 2(049) ****/**** saylı mülki işindən görünür ki, iddiaçı qeyd olunan əmrin ləğvi ilə əlaqədar Lənkəran Dövlət Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə ##.##.2024-cü il tarixdə müraciət etmiş, məhkəmə onun iddiasını təmin etməmiş, Şirvan Apellyasiya Məhkəməsi, iddia əsl olmayan cavabdehə qarşı verildiyindən qətnaməni ləğv etmiş və yeni qətnamə qəbul edərək iddianı təmin etməmişdir. Göründüyü kimi, iddiaçının hazırkı tələblə bağlı məhkəməyə əmr çıxarıldığı gündən 03 aya yaxın müddət ötdükdən sonra müraciət etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı işdən çıxarıldığı gündən başlayaraq 1 təqvim ayı müddətində məhkəməyə müraciət etməli olduğu halda, müraciət etməmiş, ondan 03 aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Lakin məhkəmə iddia tələbini bu əsasla deyil, işəgötürən tərəfindən düzgün olaraq əmək müqaviləsinə xitam verdiyi əsası ilə iddianı təmin etməməyi əsaslı sayır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair ## ###### 2001-ci il tarixli qərarı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296 (1,2), 377.1, 375.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 218.3, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin *(***)****/**** saylı, ##.##.**** saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, onunla Kollecin direktoru Leyla İbrahimova ## ######## 2022-ci il və ## ###### 2023-cü il tarixli ##.##.2023-cü il müqavilələri qanunsuz olduğuna görə imza etməmiş, əsasda müddətsiz müqavilə ilə işlədiyi halda onunla müddətli müqavilə bağlanılmasıda razılığı olması idi. Razılığı olmadığından müddətli əmək müqavilələrinə və ərizələrə imza etməmişdir. Müqavilədə və ərizələrdə imzaları tərəfində icra edilib-edilməməsinə məhkəmə tərəfindən ekspertiza təyin edilməmiş, ekspertiza təyin edilməsinə dair vəsatəti təmin edilməmişdir. Lənkəran Rayon Prokurorluğu tərəfindən təyin edilmiş ekspertiza qərarına əsaslanmışdır. Lənkəran Rayon Prokurorluğunun ## ### 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilir ki, araşdırma zamanın izahatı alınmış İbrahimova Leyla Tofiq qızı göstərmişdir ki, 2020-2022-ci illərdə LDU-nin nəzdində Sosial və Aqrar Texnoloji kollecində direktor müavini, 2022-ci il oktyabr ayından hazırkı vaxtadək kolecin direktoru vəzifəsində işləyir. 2022-ci ilin sentyabr ayının 7-dən direktor vəzifəsini icra etdiyi dövrdə İddiaçı müqaviləsi müddət keçdiyinə görə xitam verilmişdir. Materiala əlavə edilmiş məhkəmə xətşünaslıq ekspertizasının ## ### 2024-cü il tarixli, **-**/*-*/*** nömrəli rəyindən görünür ki, ## ###### 2023-cü il tarixli ərizədə İddiaçı yazısının qarşısındakı imza və ## ###### 2022-ci il tarixli ərizədə İddiaçı Oruz oğlunun yazısının imza İddiaçı tərəfindən icra edilmiş, ## ###### 2023-cü il tarixli əmək müqaviləsinin son səhifəsində İddiaçı yazısının qarşısında imza İmrahimova X3 tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. ## ###### 2023-cü il tarixli əmək müqaviləsinin son səhifəsinin İddiaçı yazısının aşağısındakı imzanın İddiaçı və baıqa şəxs tərəfindən icra olunub–olunmamasını müəyyən etmək mümkün olmamışdır. Prokurorluq tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi ## ###### 2023-cü il tarixli müqavilədə onun imzasının olub-olmaması təsdiq olmadığı halda, ## ###### 2023-cü il tarixli müqavilənin ona münasibətdə hüquqi nəticə doğurmadığından həmin müqavilə ilə bağlı hüquqi nəticələri ona şamil edilməsi qanunsuz və əsassız hesab edilməlidir. Bunlara əsasən müddətli əmək müqaviləsi üzrə prosessual müddətinin buraxılmasını qanuni hesab edilməməlidir. Onunla əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Lənkəran Rayon Məhkəməsi qeyd edilən hallar üzrə araşdırma aparmamış, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki ha ları arasındakı uyğunluğu (uyğunsuzluğu) əsaslandırmamışdır. Əmək Məcələsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Bundan başqa, işçi ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Onun ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırkı əmək müqaviləsinin məzmunu baxımından da əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən müddətsiz olması mübahisə olunmur. Belə olan halda, hesab edir ki, cavabdeh təşkilatın onun ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. Təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquqbərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək onunla müddətli əmək müqaviləsi bağlamışdır. Məlum olduğu kimi, işçinin uzun ilər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Eyni strukturda iş stajına (15 ildən çox) malik kifayət qədər ixtisaslı işçi ilə müddətli əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin *(***)****/**** saylı, ##.##.**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin *(***)****/**** saylı, ##.##.**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər. 43.3-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsi onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilməlidir. 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddəsinin 4-cü bəndində göstərilir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinə əsasən 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76- cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və.i.a) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzürlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Lənkəran Rayon Məhkəməsinin *(***)****/**** saylı, ##.##.**** saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddia tələbinin təmin edilməmiş ##.##.2022-ci və ##.##.2023-cü il tarixli ərizələr əsasında verilmiş ##.##.2023-cü il tarixli 01/158 №li əmrin ləğv edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqı hissəsində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia rədd etməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamaqla səhv qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı İddiaçı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Lənkəran Dövlət Universitetin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova tərəfindən onunla qarşılıqlı şəkildə saxta ərizə əsasında, onun imzası olmadığı halda ## ######## 2022-ci il və ## ###### 2023 cü il tarixlərdə bağlanmış müqavilə əsasında qəbul edilmiş ##.##.2023-cü il tarixli **/*** №-li əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və cavabdeh tərəfindən məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanmaqla alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı işdən çıxarıldığı gündən başlayaraq 1 təqvim ayı müddətində məhkəməyə müraciət etməli olduğu halda, müraciət etməmiş, ondan 03 aya yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Lakin məhkəmə iddia tələbini bu əsasla deyil, işəgötürən tərəfindən düzgün olaraq əmək müqaviləsinə xitam verdiyi əsası ilə iddianı təmin etməməyi əsaslı sayır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, işin hallarından görünür ki, iddiaçı ##.##.2007-ci il tarixdə X6 Kolleci ilə əmək müqaviləsi bağlayaraq hərbi rəhbər vəzifəsinə qəbul edilmiş və həmin tarixdən əmək fəaliyyətinə başlamışdır. Daha sonra ##.##.2011-ci il tarixli əmrlə onunla müddətsiz əmək müqaviləsi bağlanmış və iddiaçı daimi əsaslarla müəllim və hərbi rəhbər vəzifəsində çalışmışdır. İddiaçı uzun müddət, 2018-ci ilədək fasiləsiz olaraq həmin vəzifədə fəaliyyət göstərmişdir. ##.##.2018-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, lakin məhkəmə qaydasında həmin xitam qanunsuz hesab edilərək iddiaçı əvvəlki işinə bərpa olunmuş və ##.##.2019-cu il tarixdən yenidən əmək fəaliyyətini davam etdirmişdir. ##.##.2021-ci il tarixli əmrlə struktur dəyişiklikləri əsası ilə onunla bağlanmış əmək müqaviləsinə yenidən xitam verilmişdir. Bundan sonra iddiaçı ilə ##.##.2021-ci il tarixdən müddətli əmək müqaviləsi bağlanmış, həmin müqavilənin müddəti bitdikdən sonra isə ##.##.2022-ci il və ##.##.2023-cü il tarixlərdə yenidən müddətli əmək müqavilələrinin bağlandığı iddia edilmişdir. İddiaçı qeyd edir ki, qeyd olunan tarixli ərizələrdəki imzalar ona məxsus deyildir və həmin müqavilələr onun iradəsini əks etdirmir. Son olaraq, ##.##.2023-cü il tarixli əmrlə iddiaçı ilə əmək münasibətlərinə xitam verilmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, imza nümunələri ilə bağlı xətşünaslıq ekspertizasının keçirilməsi məsələsi hazırkı mübahisənin həlli baxımından həlledici əhəmiyyət kəsb etmir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən ##.##.2022-ci il və ##.##.2023-cü il tarixli ərizələrdəki imzaların ona məxsus olub-olmamasından asılı olmayaraq, tərəflər arasında bağlanmış sonuncu müddətli əmək müqaviləsinin müddəti başa çatmış və işəgötürən tərəfindən bu əsasla ##.##.2023-cü il tarixli əmrlə əmək münasibətlərinə xitam verilmişdir. Halbuki, işin hallarından görünür ki, iddiaçı 5 ildən artıq müddətdə eyni müəssisədə fasiləsiz olaraq çalışmış, yerinə yetirdiyi əmək funksiyası daimi xarakter daşımışdır. Bu səbəbdən işəgötürənin iddiaçı ilə müddətli əmək müqaviləsi bağlaması üçün qanuni əsas mövcud olmamışdır. Əmək münasibətlərinin mahiyyəti və işin daimi xarakteri nəzərə alınmaqla, iddiaçı ilə əmək müqaviləsi müddətsiz bağlanmalı idi. Sonradan onunla müddətli əmək müqavilələrinin bağlanması əmək qanunvericiliyinin tələblərinə zidd olmaqla, işəgötürənin hüquqdan sui-istifadəsi kimi nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin II, IV, VI hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və II hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qanunvericiliyimizə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir (ƏM-nin 45-ci maddəsi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 40-cı maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Hazırkı mülki iş üzrə işəgötürənin Əmək Məcəlləsinin 40-cı maddəsi ilə tanınmış əmək müqaviləsini ləğv etmək hüququ mövcud olsa da, hal-hazırda iddiaçının vəziyyətində bu hüquq tətbiq oluna bilməzdi. Çünki müddətli müqavilənin bağlanması və xitam verilməsi işçinin hüquqlarına zidd, qanunsuz və sui-istifadə xarakteri daşıyan addım olmuşdur. Göründüyü kimi iddiaçı uzun müddət-5 ildən artıq fasiləsiz olaraq eyni müəssisədə çalışmış, yerinə yetirdiyi əmək funksiyası daimi xarakter daşımışdır. Bu halda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərinə əsasən onunla əmək müqaviləsi müddətsiz bağlanmalı idi. Lakin işəgötürən tərəfindən heç bir qanuni əsas olmadan əmək münasibətləri müddətli müqavilələrlə əvəz edilmiş, bu isə işçinin hüquqlarının məhdudlaşdırılmasına və əmək münasibətlərinə asanlıqla xitam verilməsinə şərait yaratmışdır. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olmuşdur, lakin hazırkı halda iddianın rədd edilməsinə əsas olacaq hal iddia müddətinin ötürülmüş olmasıdır. Belə ki, əmək qanunvericiliyi fərdi əmək mübahisəsinin həll edilməsi məqsədilə işçinin məhkəməyə müraciət etməsi üçün onun hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 aylıq qısaldılmış iddia müddəti müəyyən etmişdir. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Baxılan iş üzrə Lənkəran Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki işindən görünür ki, iddiaçı qeyd olunan əmrin ləğvi ilə əlaqədar Lənkəran Dövlət Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə ##.##.2024-cü il tarixdə müraciət etmiş, məhkəmə onun iddiasını təmin etməmiş, Şirvan Apellyasiya Məhkəməsi, iddia əsl olmayan cavabdehə qarşı verildiyindən qətnaməni ləğv etmiş və yeni qətnamə qəbul edərək iddianı təmin etməmişdir. Göründüyü kimi, iddiaçının hazırkı tələblə bağlı məhkəməyə əmr çıxarıldığı gündən 03 aya yaxın müddət ötdükdən sonra müraciət etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən “mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır. Ona görə də həmin ifadənin əksi, yəni “mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırması) əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub olmadığı və pozulubpozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həll zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilir. Belə ərizələri tərəflər öz iradələrini ifadə etmək üçün verir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırki işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, iddiaçı hazırkı iddiayla məhkəməyə müraciət etməkdə iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbi təmin edilə bilməz. İddia tələbi əmrin ləğvi hissəsində rədd edildiyindən iddia tələbinin ilkin iddiadan asılı olan “cavabdeh tərəfindən məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanmaqla alınıb ona verilməsi” hissəsində də iddia tələbi rədd edilməlidir. Beləliklə yekunda məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. 100 manat dövlət rüsumu cavabdehə aid edilməli, 60 manat mediasiya xərci olaraq ödənildiyindən, 40 manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı alınaraq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. 100 manat dövlət rüsumu cavabdehə aid edilsin. 60 manat mediasiya xərci olaraq ödənildiyindən, 40 manat məbləğində dövlət rüsumu iddiaçı İddiaçı alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-163/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-163/2026
16.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver