Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-208/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər –Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Ərizəçinin hüquqi varisi Hüquqi varis nümayəndəsi və vəkili vəkil1, Qətnamə ilə hüquq və mənafelərinə toxunulan maraqlı şəxs2, onun nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Ərizəçi Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınması barədə ərizəsinə dair iş üzrə Masallı Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ###### 2011-ci il tarixli qətnaməsindən hüquq və mənafelərinə toxunulan maraqlı şəxs2 nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDI: Ərizəçi Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2011-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, X3 adına olan Masallı rayonu, Şərəfə kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinin və onun üzərində yerləşən 1981-ci ildə tikilmiş fərdi yaşayış evinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və bu barədə müvafiq qeydlərin aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Cəlilabad Ərazi idarəsinə tapşırılması qət edilmişdir. Qətnamədən maraqlı şəxs2 apellyasiya şikayəti vermişdir. Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin ## ###### 2011-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2011-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamənin onun hüquqlarına toxunduğunu hesab edən maraqlı şəxs2 ## ###### 2025-ci il tarixdə ərizə və apellyasiya şikayəti ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək iş üzrə onu maraqlarına toxunan şəxs kimi tanınması və verdiyi apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə ilə razı deyil, çünki həmin qətnamə onun hüquqlarını kobud şəkildə pozur. Maraqlarına toxunur. Eləcədə sübutların düzgün tətbiq olunmaması (düzgün qiymətləndirilməməsi) ilə qəbul edilmişdir. X1 ##.##.2006-cı ildə ölmüşdür. Iş materialından göründüyü kimi, miras kütləsi torpaq sahəsidir. Həmçinin görünür ki, ərizəçi mərhum atalarından qalmış miras əmlaka hüququnun tanınmasını tələb etmiş və məhkəmədə onun bu hüququnu tanımışdır. Qeyd edir ki, ərizəçi ilə yanaşı məhrumdan miras qalmış əmlakdan digər uşaqlarının da eyni dərəcədə pay almaq hüquqları var idi. Bundan ötrü isə məhkəmə mərhumun övladları olan digər birinci növbəli vərəsələri cəlb edərək onların mövqeyini müəyyən etməli idi. Lakin birinci instansiya məhkəməsi bunu etməyərək, mirasa bütünlüklə ərizəçinin hüquqlarını tanımaqla qanunvericiliyin tələblərini və digər birinci növbəli vərəsələrin hüquqlarını pozmuşdur. Bundan başqa həmin torpaq sahəsində mərhumun sağlığında ev tikilmişdir. Işdən görünür ki, birinci instansiya məhkəməsi mərhumun vərəsələrinin dairəsini müəyyənləşdirməmiş, onları prosesə cəlb etməmiş, onların mirası qəbul edib-etməmələrini, mirasdan pay istəyib-istəməmələrini müəyyənləşdirmədən bütünlüklə miras əmlaka ərizəçiyə mülkiyyət hüququ tanımış, nəticədə digər birinci növbəli vərəsələrin mirasla bağlı hüquqlarının pozulmasına dair məsələni onların iştirakı olmadan həll etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi mərhumun vərəsələrinin dairəsini müəyyənləşdirməmiş, ərizəçinin mərhumun ölümündən sonra onun əmlakını idarə etməsini araşdırmamışdır. Halbuki, bu xüsusat da nəticəyə təsir göstərirdi. Birinci instansiya məhkəməsi ərizəçinin mərhumun mirasını qəbul etməsi qənaətinə gəlsə də, qətnamədə bunun nədə ifadə edilməsini əsaslandırmamış və ərizəçinin həmin əmlakı qəbul etməsinə dair sübutların nədən ibarət olmasını qeyd etməmişdir. O, mərhum atasından qalan əmlakı onun ölümündən sonra fatkiti olaraq qəbul etmişdir. Həmin əmlakı idarə etmiş, lakin işləri ilə bağlı bir müddət Bakı şəhərində yaşamalı olmuşdur. 2-3 ay öncə Şərəfə kəndinə gəlmiş olduğu zaman atası evinə getmişdir. Lakin ##.##.2013-cü il tarixdə vəfat etmiş bacısı Ərizəçi qızı Hüquqi varis onu həmin evə buraxmayaraq bildirdi ki, “ev bizim mülkiyyətimizdədir sizə aidiyyəti yoxdur”. Bundan sonra o araşdırmış və ona məlum olmuşdir ki, mərhum bacısı 2011-ci ildə saxta sənədlərlə atalarından miras qalmış əmlakı qanunsuz olaraq vəsəlik qaydasında öz adına rəsmiləşdirmişdir. Yuxarıdada qeyd etmiş olduğu kimi, məhkəmə heç bir araşdırma aparmamışdır. Qanunsuz qətnamə qəbul etməklə onun vərəsəlik və mülkiyyət hüquqularını kobud şəkildə pozmuşdur. Məhkəmə heç bir araşdırma aparmadan vərəsələrin dairəsini müəyyən etmədən bir yeganə vərəsə kimi bacısı Sonanı götürməklə ona üstünlük vermiş, bununlada digər vərəsələri vərəsəlik hüququndan məhrum etmişdir. Vərəsələri dairəsi müəyyən olunmadığına görə bir vərəsə olaraq onun miras əmlakla bağlı hüquqlarım kobud şəkildə pozulmuşdur. Mirasdan pay almaqla əmlak əldə edəcəkdi ki, bu hüquqdan məhrum olunduğuna görə onun əmlak hüquqları kobudcasına pozulmuşdur. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə maraqlı şəxs2 Masallı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2011-ci il tarixli qətnaməsinə münasibətdə hüquqlarına toxunan şəxs hesab edilməsi və onun tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya baxışı mərhələsində iş materialları ilə müəyyən olunmuşdur ki, ərizəçi Ərizəçi vəfat etmişdir. Bu hal mülki prosessual hüquq baxımından tərəfin prosesdə iştirak imkanının aradan qalxması ilə nəticələndiyindən, məhkəmə tərəfindən hüquqi varislik məsələsinin həlli zəruri olmuşdur. Mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəfin vəfatı halında onun mübahisəli hüquq və vəzifələri hüquqi varisə keçir və həmin şəxs iş üzrə prosessual hüquq varisi qismində iştirak etməlidir. Bu baxımdan, məhkəmə kollegiyası işin xarakterini, mübahisənin predmetini və miras hüquq münasibətlərinin spesifikasını nəzərə alaraq müəyyən etmişdir ki, ərizəçinin hüquq və vəzifələri miras qaydasında onun hüquqi varisinə keçmişdir. Iş materiallarından göründüyü kimi, Ərizəçi vəfatından sonra onun hüquqi varisi qismində Hüquqi varis çıxış edir və mübahisəli hüquq münasibətləri üzrə hüquq və vəzifələrin davamçısıdır. Bu səbəbdən, məhkəmə kollegiyası prosessual hüquq varisliyinin təmin olunması məqsədilə Hüquqi varis mülki iş üzrə ərizəçinin prosessual hüquq varisi kimi cəlb edilməsini zəruri və qanunauyğun hesab etmişdir. Apellyasiya baxışında iştirak edən maraqlı şəxs2 izahatında bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Torpaq sahəsi babasından qalıb, atası Maqsud Zamanovun mülkiyyətində olmuşdur. Bacısı icra nümayəndəliyindən arayış alıb, özünü tək varis olaraq qeyd etdirib. 2023-cü ildə bacısı öləndən sonra qızı iddia qaldırmış, bundan sonra məlumatları olmuşdur. Bacısının dəfn mərasimində iştirak etmişdir. Həmin vaxtlar onlar əmlakın kimin mülkiyyətinə keçməsi ilə maraqlanmamışlar. Yay aylarında gəlib qalmışlar. Həmin ev ata yurdu kimi istifadə edilmişdir. Heç kim daimi yaşamamışdır. Indi heç kim yaşamır. Həyətdə ağaclar var. Onu ildə bir neçə dəfə gedib sulamışlar.. Ata mülkünə o və vəfat etmiş qardaşı da varis olaraq pay hüquqlarına sahibdirlər. Ərizəçinin prosessual hüquq varisinin mülki iş üzrə cəlb edilməsinə etiraz etmir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən qətnamə ilə hüquq və mənafelərinə toxunulan maraqlı şəxs2, onun nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən ərizəçinin hüquqi varisi Hüquqi varis nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, ərizəçi vəfat etdikdən sonra onun qızı Sona xanım məhkəməyə müraciət edərək yeganə vərəsə kimi tanınmış və mübahisəli əmlakı faktiki qəbul etmişdir. O, vərəsəlik qaydasında həmin əmlakdan istifadə edərək uzun illər ərzində ona sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmişdir. Əmlakın köhnə vəziyyətdə olması səbəbilə həmin daşınmaz əmlak təmir etdirilmiş, bu hal isə təqdim olunmuş disk və fləşkart materialları ilə təsdiq edilir. Qeyd edir ki, prosessual müddətlər ötürülmüşdür və bu baxımdan apellyasiya şikayəti əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 384.0.5.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və tətbiq edilməli maddi və prosessual hüquq normalarını hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mülki prosessual qanunvericiliyin tələbləri tam və düzgün tətbiq edilməmiş, bu isə qəbul olunmuş qətnamənin ləğvini zəruri edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: ... 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhk əmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2019-cu il tarixli Qərarının: 1.2.-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.5.-ci bəndinə əsasən Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Mövcud mülki iş materiallarının, apellyasiya şikayətinin dəlillərinin, tərəflərin izahatlarının və tətbiq edilməli maddi-prosessual hüquq normalarının sistemli, qarşılıqlı əlaqədə və hüquqi qiymətləndirilməsi nəticəsində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə ləğv olunaraq ərizə baxılmamış saxlanılmalıdır. Ilk növbədə qeyd edilməlidir ki, iş üzrə ərizəçi tərəfindən irəli sürülmüş tələb formal olaraq hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, yəni miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması və bunun nəticəsi kimi mülkiyyət hüququnun tanınması ilə bağlı olmuşdur. Bu kateqoriya işlər mülki prosessual hüquqda xüsusi icraat qaydasında baxılan işlərə aid olmaqla, onların hüquqi təbiəti iddia icraatından fərqli olaraq mübahisəsiz hüquqi faktların müəyyən edilməsinə yönəlmişdir. Lakin bu cür işlərin xüsusi icraat qaydasında baxılması üçün qanunvericilik bir sıra kumulyativ şərtlərin mövcudluğunu tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında ərizəyə baxılarkən hüquq haqqında mübahisənin mövcudluğu aşkar edilərsə, məhkəmə həmin ərizəni baxılmamış saxlamalıdır. Bu norma imperativ xarakter daşıyır və məhkəməyə seçim imkanı vermir. Eyni yanaşma Ali Məhkəmənin Plenumunun ## ##### 2019-cu il tarixli qərarının 1.2-ci bəndində də təsbit olunmuşdur. Həmin bəndə görə, hüquqi fakt yalnız o halda məhkəmə qaydasında müəyyən edilə bilər ki, digər şərtlərlə yanaşı hüquq haqqında mübahisə mövcud olmasın. Bu şərtlərin hər hansı birinin olmaması isə xüsusi icraatın tətbiqini istisna edir. Plenum qərarının 1.5-ci bəndində “hüquq haqqında mübahisə” anlayışı konkretləşdirilərək göstərilmişdir ki, bu, eyni predmet üzərində bir neçə şəxsin hüquq iddia etməsi, hüququn kimə məxsus olması və ya onun həcmi barədə fikir ayrılığı kimi təzahür edir. Bu mənada, hüquqi mübahisənin mövcudluğu üçün formal iddia ərizəsinin verilməsi zəruri deyil; faktiki olaraq hüquqların toqquşması kifayətdir. Iş materiallarından açıq şəkildə görünür ki, mübahisəli miras əmlak üzərində yalnız ərizəçi deyil, digər birinci növbəli vərəsələr, o cümlədən apellyasiya şikayəti vermiş maraqlı şəxs2 da hüquq iddiası irəli sürür. O, mərhumun övladı kimi qanun üzrə vərəsə olduğunu, miras əmlakı faktiki qəbul etdiyini və həmin əmlak üzərində pay hüququnun pozulduğunu əsaslandırılmış şəkildə bildirmişdir. Bununla yanaşı, onun izahatlarından görünür ki, miras əmlakdan istifadə, idarəetmə və faktiki sahiblik elementləri mövcud olmuşdur ki, bu da mirasın qəbulunun hüquqi nəticələri baxımından əhəmiyyətlidir. Digər tərəfdən, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən ən mühüm prosessual pozuntu ondan ibarət olmuşdur ki, mərhumun bütün mümkün vərəsələrinin dairəsi müəyyən edilməmiş, onlar işə cəlb olunmamış və onların hüquqi mövqeləri araşdırılmamışdır. Halbuki, miras hüququ üzrə münasibətlərdə bu hal həlledici əhəmiyyət kəsb edir. Çünki miras əmlakı üzrə hüquqlar kollektiv xarakter daşıyır və bir vərəsənin hüququnun tanınması digər vərəsələrin hüquqlarına birbaşa təsir edir. Birinci instansiya məhkəməsi bu zəruri prosessual hərəkətləri etmədən, yalnız ərizəçinin təqdim etdiyi məlumatlara əsaslanaraq onu faktiki olaraq yeganə vərəsə kimi qəbul etmiş və bütün miras əmlaka mülkiyyət hüququnu tanımışdır. Bu isə həm maddi hüquq normalarının, həm də prosessual təminatların, xüsusilə tərəflərin bərabərliyi və çəkişmə prinsipinin kobud pozuntusu kimi qiymətləndirilməlidir. Bundan əlavə, məhkəmə ərizəçinin mirası qəbul etməsi faktına gəlsə də, həmin nəticənin hansı konkret sübutlara əsaslandığını, bu qəbulun hansı hərəkətlərdə ifadə olunduğunu və digər vərəsələrin davranışlarının necə qiymətləndirildiyini əsaslandırmamışdır. Bu isə qətnamənin əsaslandırılmışlıq tələbinə cavab vermədiyini göstərir. Bütün bu hallar birlikdə onu göstərir ki, iş üzrə faktiki olaraq hüquq haqqında mübahisə mövcuddur. Tərəflər arasında miras əmlak üzərində hüququn kimə məxsus olması və hansı həcmdə olması barədə ciddi fikir ayrılığı vardır. Belə olan halda, işə xüsusi icraat qaydasında baxılması hüquqi cəhətdən yolverilməzdir. Eyni zamanda xüsusi vurğulanmalıdır ki, bu nəticə ərizəçinin hüquqlarının inkar edilməsi kimi qiymətləndirilə bilməz. Əksinə, ona və digər maraqlı şəxslərə mübahisəni düzgün prosessual formada, yəni iddia qaydasında həll etmək imkanı yaradılır. Bu isə həm maddi hüquqların, həm də ədalətli məhkəmə araşdırması hüququnun təmin olunması baxımından zəruridir. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular qətnamənin ləğvini və iş üzrə ərizənin baxılmamış saxlanılmasını şərtləndirir. MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması barədə məhkəmə qərardad çıxarır. Eyni zamanda, MPM-in 260.3-cü maddəsinə görə həmin qərardadda məhkəmə xərclərinin bölüşdürülməsi və dövlət rüsumunun qaytarılması məsələləri də həll edilməlidir. Nəzərə alınmalıdır ki, hazırki ərizə baxılmamış saxlanıldığından ərizə tərəfindən iddia ərizəsinin verilməsi zamanı ödənilmiş 3 (üç) manat dövlət rüsumu ərizəşinin hüquqi varisinə geri qaytarılmalıdır. Beləliklə, iş üzrə prosessual qanunvericiliyin tələblərinin pozulması birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini və iddianın baxılmamış saxlanılmasını şərtləndirir. Bundan əlavə məhkəmə kollegiyası izah edir ki, ərizənin baxılmamış saxlanılması mübahisənin mahiyyəti üzrə həll edilməsi demək olmadığından, bu cür qərardadlar tərəflərin maddi hüquqlarını qəti şəkildə müəyyən etmir və iş üzrə son nəticə hesab edilmir. Bu səbəbdən də qanunverici tərəfindən həmin qərardadlardan kassasiya qaydasında şikayət verilməsi hüququ nəzərdə tutulmamışdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli, * nömrəli Qərarının 1.1-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması MPM-də müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Həmin Qərarın 1.3.-cü bəndinə əsasən ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı, xüsusi iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir. Qarşılıqlı iddia ərizəsinin, iddia ərizəsində birləşən ayrı-ayrı tələblər üzrə ərizələrin, habelə müstəqil iddia tələbi irəli sürən üçüncü şəxslərin ərizələrinin baxılmamış saxlanılması istisna edilmir. Həmin Qərarın 3-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikasının MPM-də ərizənin baxılmamış saxlanılmasının əsasları dəqiq müəyyən olunmuşdur. Digər əsaslarla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Həmin 13-cü bəndinə əsasən Məhkəmələrə xatırladılır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. MPM 402.2.-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi, hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyasında şikayət vermə imkanlarını tənzimləyən normalarına əsasən yalnız qanunda birbaşa göstərilmiş məhkəmə aktlarından kassasiya qaydasında şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 384.0.5, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Masallı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2011-ci il tarixli qətnaməsindən hüquq və mənafelərinə toxunulan maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2011-ci il tarixli qətnaməsi tamamilə ləğv edilsin. Ərizə baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ##.##.2011-ci il tarixdə ödənilmiş 03 manat dövlət rüsumu ərizə ərizəçi Ərizəçi hüquqi varisi Hüquqi varis geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-208/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-208/2026
29.04.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver