Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-28/2026 13.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh İmişli Regional Cavabdehndə Notariat Kontoruna qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" ASC, X8, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsi olmaqla, “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2(036)-2124/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İmişli Regional Cavabdehndə Notariat Kontorunun xx.xx.2024-cü il tarixli icra qeydinin təsdiq edilmiş surətindən görünür ki, İmişli regional "xxxx" mərkəzində notariat ofisinin Xüsusi notariusu X6 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edilir həmin sənədlər üzrə Az1078, ünvan 1 ünvanında yerləşən "xxxx" AÇİQ SƏHMDAR CƏMİYYƏTİNİN /VÖEN:9900QQ6111 xeyrinə İmişli rayonu, Aranlı kəndi ünvanında qeydiyyatda olan X3 (AZE16219518, xx.xx.2016 - İmişli; FİN: 5DQCHNH; d/t: xx.xx.1991), Bakı şəhəri, Buzovna qəsəbəsi 1163 -Lİ bağ evi ünvanında qeydiyyatda olan İddiaçı (AZE********, xx.xx.2017 - Xəzər; FİN: xxxxxxx; d/t: xx.xx.1962) ******* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 15790 manat 64 qəpik (on beş min yeddi yüz doxsan manat altmış dörd qəpik) tutulsun. Bundan əlavə təklif edir borcludan X3 və İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 15815 manat 64 qəpik (on beş min səkkiz yüz on beş manat altmış dörd qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır. Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli 13602/2025-12-24 nömrəli məktubundan görünür ki, Bakı şəhəri 25 saylı Notariat Kontorunin 8İ-9855 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu İddiaçı 15815.64 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borclu İddiaçı 15815.64 manat məbləğində pul tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair Bakı şəhəri 25 saylı Notariat Kontorunun 8İ-9855 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu İddiaçı əmək haqqından 50% tutulması üçün məktub və aidiyyəti sənədlər göndərilmişdir. Zərurət yarandığına görə xahiş olunmuşdur ki, İddiaçı əmək haqqından 50% tutulmanı dayandırıb, borc tutulub qurtarana qədər hər ay 25% tutub "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi üçün baş mühasibə göstəriş verilmişdir. xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, X5 xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 14796.72 manat, faiz borcu 993.92 manat təşkil edir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 05 sentyabr 2023-cü il tarixli 1121164/32332/1 saylı zaminlik müqaviləsindən görünür ki, X8 xx.xx.2023-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, "xxxx" ASC-nin Rəqəmsal 6 (bundan sonra Bank) ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən şəxsi məqsədlər üçün 48 (qırx səkkiz) ay müddətinə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti verilmişdir. Siz, Bank tərəfindən kredit müqaviləsi üzrə verilən pul vəsaitindən istifadə etmisiniz, lakin kredit müqaviləsinin şərtləri ilə müəyyən edilən öhdəliklərinizi icra etməməklə qüvvədə olan mülki qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq müqavilə üzrə müəyyən edilən ödənişlərin vaxtında aparılmasını təmin etməmisiniz. Sizin müvafiq kredit müqaviləsi üzrə 18,09.2024-cü il tarixinə Banka 1326.54 (bir min uç yüz iyirmi altı manat 54 qəpik) manat məbləğini təşkil edən əsas və 380.51 (üç yüz səksən manat 51 qəpik) manat məbləğini təşkil edən faizi borcunuz mövcuddur.ödənişi həyata keçirilməyən borc məbləğini təşkil edən vəsaitə illik 15% hesablanmaqdadır. Yuxarıda göstərilənləri nəzərə alaraq xahiş edirik 5 (beş) iş günü ərzində ödənişi həyata keçirilməyən 1707.05 manat məbləğini təşkil edən vəsaitin ödənişini təmin edəsiniz. Qeyd edilən məbləği təşkil edən vəsaitin ödənişi tərəfinizdən təmin edilmədiyi təqdirdə Bank müqavilə üzrə qalıq borc məbləğini təşkil edən 14796.72 ( on dörd min yeddi yüz doxsan altı manat 72 qəpik) manat əsas, və qanunvericiliklə hesablanması müəyyən edilmiş digər məbləğləri təşkil edən vəsaitin ödənilməsi ilə bağlı notariusun icra qeydi əsasında tam olaraq ödənilməsinin tələb edilməsi üçün notariat orqanına və ya iddia ərizəsi ilə məhkəməyə müraciət olunması bildirilmişdir. “Courrier Service” poçt xidmətinin poçt göndərişinin çatdırılması barədə qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli bildirişini cavabdehin Ələkbərova soyadlı ailə üzvü imza etməklə qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh İmişli Regional Cavabdehndə Notariat Kontoruna qarşı, müstəqil tələblər irəli sürməyən üçüncü şəxs üçüncü şəxslər "xxxx" ASC, X8, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsi olmaqla, “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli regional “ASAN” xidmət mərkəzində notariat kontorunun xx.xx.2024-cü il tarixdə 8İ-9855 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X8 "xxxx" ASC-dən ******* nömrəli müqaviləyə əsasən 15790 manat 64 qəpik (on beş min yeddi yüz doxsan manat altmış dörd qəpik) pul götürmüşdür. O, həmin müqavilə üzrə zamindir. Bakı şəhəri, Xəzər rayon İcra Şöbəsinin icra məmuru Rəmziyə Quliyeva tərəfindən xx.xx.2025-ci il tarixli məktub ilə işlədiyi Azərbaycan Respublikası Dövlət Neft şirkəti “Azneft” İB-nə əmək haqqından hər ay 25% tutma aparılması ilə bağlı göstəriş verilməsini xahiş etmişdir. Araşdırma aparan zaman ona məlum olmuşdur ki, "xxxx" ASC-nin X3 və ondan ******* nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 15790 manat 64 qəpik (on beş min yeddi yüz doxsan manat altmış dörd qəpik) borc tələbinə dair İmişli Regional “ASAN” Xidmət Mərkəzinin Notariat ofisinin Xüsusi X1 reyestrdə 8İ-9855 №li ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli icra qeydi vardır. Bildirir ki, o, "xxxx" ASC-dən hər hansı məbləğdə borc götürməmiş və onun ona hər hansı borcu yoxdur. Belə olan halda hesab edir ki, icra qeydinin verilməsi qanunsuz və əsassız olmuşdur. Həmçinin notariat ofisi tərəfindən ona hər hansı formada xəbərdarlıq bildirişi göndərilmədən, İmişli regional “ASAN” Xidmət Mərkəzinin Notariat ofisi tərəfindən birbaşa Xəzər Rayon İcra Şöbəsinə xx.xx.2024-cü il tarixli, 8İ-9855 nömrəli icra qeydi göndərilmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Onun borc verənə icra qeydində göstərilən borcu yoxdur. "xxxx" ASC-nin nümayəndəsi X15 ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək “İmişli Regional” “ASAN” Xidmət mərkəzinin Notariat ofisinin xx.xx.2024-cü il 8İ-9855 nömrəli icra qeydinin ləğv edilməsini xahiş edir. Xəzər Rayon İcra Şöbəsinin 13602/2025-12-24 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, borclu İddiaçı iş yeri Azərbaycan Respublikasi Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinə məktub göndərilmişdir. Bundan sonra borclu İddiaçı əmək haqqından 50% məbləğində tutulmalar olmuşdur. İddiaçının iddia ərizəsinə əlavə etdiyi Xəzər Rayon İcra Şöbəsinin Azərbaycan Respublikasi Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinə ünvanlanmış 13602/2025-12-24 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı əmək haqqından 50 % tutulmanın dayandırılaraq borc tutulub qurtarana qədər hər ay 25% məbləğində pulun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 50% tutulması üçün baş mühasibə göstəriş verilməsi xahiş olunmuşdur. Bundan başqa iddia ərizəsində qeyd edilir ki, iddiaçının "xxxx" ASC-yə heç bir borcu yoxdur. İcra qeydi qəbul edildikdən sonra xx.xx.2025-də 534.00 manat, xx.xx.2025-ci il tarixdə 672.00 manat xx.xx.2025-ci il tarixdə 692.00 manat xx.xx.2025-ci il tarixdə 478.00 manat xx.xx.2025-ci il tarixdə 532.00 manat xx.xx.2025-ci il tarixdə 500.00 manat ödənişlər aparılmışdır. Hesabdan çıxarışdan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixə olan borc 12,403.55 manat təşkil edir. Göründüyü kimi, iddiaçının icra qeydinin mövcudluğundan məlumatı olmuşdur. İddia müddətinin bitməsinə baxmayaraq iddiaçı isə 6 (altı) ay sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 16 may 2055-ci il tarixli qərarına əsasən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X11 Regional "xxxx" Mərkəzinə qarşı və 3-cü şəxslər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Xəzər Rayon İcra və Probasiya Şöbəsinə və X7 qarşı icra qeydinin ləğv edilməsi iddia tələbi üzrə mübahisəyə iddia müddətini tətbiq etməklə iddia tələbini rədd edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2(036)-2124/2025 saylı qətnaməsi ilə (hakim: Orxan Mahmud) iddia rədd edilmişdir. Məhkəmə mövqeyini "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17, 76-cı maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4, 7-ci, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 16 may 2025-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 119.1, 14.2, 217.3 217.4cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, İmişli regional “ASAN” xidmət mərkəzində notariat kontorunun xx.xx.2024-cü il tarixdə 8İ-9855 nömrəli icra qeydinin ləğv edilməsi tələb etsə də, onun mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddəti ötürmüşdür. Belə ki, İmişli regional “ASAN” xidmət mərkəzində notariat kontorunun 8İ-9855 nömrəli icra qeydi xx.xx.2024-cü il tarixdə verilsə də, iddiaçı tərəfindən təxminən 7 aydan çox müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müddətin ötürülməsinin üzrlü səbəbi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İddiaçı icra qeydinin verilməsindən isə 2025-ci ilin aprel ayında məlumatlı olmasını bildirmişdir. Məhkəmə, iddiaçının dəlillərini, qanunvericiliyin tələbini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İmişli Regional Cavabdehndə Notariat Kontorunun xx.xx.2024-cü il tarixli icra sənədi iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddətində məhkəməyə müraciət etmədiyi üçün icra qeydinin ləğv edilməsini mümkün hesab etmir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili X9 apellyasiya şikayəti vermiş, şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı İmişli rayon məhkəməsinin sözügedən qətnaməsi ilə razı deyildir. Mahiyyəti üzrə bildirir ki, İmişli regional Cavabdehndə notariat kontoru Azər-Türk Bank ASC-nin tələbi ilə ondan və X4 müştərək qaydada müqavilə üzrə vaxtında ödənilməmiş 15790 manat 64 qəpik borc tələbinə dair reyestrdə 8İ-9855 saylı xx.xx.2024-cü il tarixli icra qeydi aparmışdır. Qeyd edir ki, onun Azər-Türk Bank ASC-nə heç bir borcu yoxdur. Hazırda icra qeydinin aparılması barədə ya İmişli regional Cavabdehndə notariat kontoru ya da tələbkar Azər-Türk Bank ASC tərəfindən ona rəsmi bildiriş göndərilmədən icra qeydi icra olunması üçün birbaşa Xəzər Rayon İcra və probasiya Şöbəsinə göndərilmişdir. Qanuna əsasən icra qeydi aparılması nəzərdə tutulan tələbin mübahisəsiz olubolmaması aydınlaşdırılmamışdır. Ona görə də hesab edir ki, sözügedən icra qeydi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq olunmuş borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısına əsasən icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: 1. Notariat qaydada təsdiq edilmiş əqdin əsli; 2. Ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş. Hazırda ona bu barədə bildiriş gəlmədən qanunsuz olaraq icra qeydi tərtib edilərək icra şöbəsinə göndərilmişdir. Onun İmişli regional Cavabdehndə notariat kontorunun xx.xx.2024-cü il tarixli 8İ-9855 nömrəli icra qeydindən məlumatı İcra Şöbəsindən iş yerinə əmək haqqından tutulma barədə sənəd göndəriləndə məlumatı olmuşdur. Birinci instansiya məhkəməsi işi hərtərəfli və qanunauyğun araşdırmadığı üçün qətnamə qəbul edərkən düzgün nəticəyə gəlməmiş və nəticədə əsassız olaraq iddia ərizəsini təmin etməmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2124/2025 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, icra qeydindən iddiaçının məlumatı olmuşdur, borclulara bu barədə bildiriş göndərilmişdir, bunu təsdiq edən sənədlər iş materiallarında mövcuddur. Borclu icra qeydinin aparılmasına 10 gün müddətindən etiraz edə bilərdi, o bu hüquqdan istifadə etməmişdir. Hətta icra qeydi aparıldıqdan sonra boocu tərəfindən öədnişlər də edilmişdir. Buna görə də, apellyasiya şikayəti əsassızdır, təmin olunmamasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və digər proses iştirakçılarına məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışlar. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin və digər proses iştirakçılarının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində iddiaçı tərəf qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya icraatı qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur.İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 78-ci maddəsinə əsasən icra qeydləri üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” 11 sentyabr 2000-ci il tarixli Təlimatın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin Təlimatın 162-ci bəndinə əsasən icra qeydi əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1.-ci bəndinə əsasən pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli Qərarı: Borcların mübahisəsiz qaydada alınmasını təmin edən notariusun icra qeydi də kreditorun xeyrinə pul məbləğinin tutulması və ya əmlakın tələb edilib alınmasına dair notarius tərəfindən verilən sərəncam olmaqla hüquqların müdafiəsinin sadələşdirilmiş üsullarından biri kimi məhkəmələrin iş yükünün azaldılmasında, mülki dövriyyənin inkişafında xüsusi əhəmiyyətə malikdir. “Notariat haqqında” Qanunun 76-cı maddəsinə uyğun olaraq, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Göründüyü kimi notariusun apardığı icra qeydi publik münasibətləri deyil, xüsusi hüquqi münasibətlərin nizama salınmasına yönəlmişdir. ... Odur ki, notariusun apardığı icra qeydi ilə Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əmr icraatı qaydasında baxılan məhkəmə əmri də müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının sadələşdirilmiş qaydası olaraq oxşar münasibətləri tənzimlədiyindən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələnin həlli məqsədilə notariusun icra qeydinin mübahisələndirilməsinə münasibətdə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsinin tətbiqi məqsədəmüvafiqdir. ... Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə, 62-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq notariusun apardığı icra qeydindən verilən şikayətlərə dair işlər üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə yenidən baxılması Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilməlidir; - göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək notariusun apardığı icra qeydindən verilən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması təcrübəsi davam etdirilməlidir; - qanunverici orqan tərəfindən “Notariat haqqında” Qanunun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə Mülki Prosessual Məcəllənin 282-ci maddəsində nəzərə tutulmuş 10 günlük müddət tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İşin hallarından görünür ki, "xxxx" ASC-nin Rəqəmsal 6 (bundan sonra Bank) ilə X8 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin şərtlərinə əsasən şəxsi məqsədlər üçün 48 (qırx səkkiz) ay müddətinə 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti verilmişdir. Bankla İddiaçı arasında bağlanmış 05 sentyabr 2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən X8 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcalanla birgə kreditor qarşısında borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borclulara xx.xx.2024-cü il tarixli bildiriş göndərilməklə xx.xx.2024-cü il tarixinə olan borc tələb edilmiş, ödənilmədiyi halda, notariat orqanına və ya məhkəməyə müraicət olunacağı barədə xəbərdar olunmuşdur. Borc öhdəliyi vaxtında icra edilmədiyi üçün İmişli Regional Cavabdehndə Notariat Kontoruna müraicət olunmuş və xx.xx.2024-cü il tarixli icra qeydi verilmişdir. İddiaçı "xxxx" ASC-dən hər hansı məbləğdə borc götürməməsi və bildirişin ona təqdim edilməməsi əsası ilə icra qeydinin ləğvini tələb etmiş, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində cavabdeh qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq olunmuş borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısına əsasən icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: 1. Notariat qaydada təsdiq edilmiş əqdin əsli 2. Ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş. Hazırda ona bu barədə bildiriş gəlmədən qanunsuz olaraq icra qeydi tərtib edilərək icra şöbəsinə göndərilmişdir. Əvvəla, Kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilən bu dəlil hüquqi baxımdan əsassızdır, çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 156 saylı Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”na istinad etməklə icra qeydi aparılması üçün mütləq şəkildə “ödəniş müddətinin keçirilməsi barədə notarius vasitəsilə borcluya göndərilmiş yazılı bildirişin” təqdim edilməli olduğunu iddia etsə də, bu arqument qüvvədə olan normativ tənzimləməyə uyğun gəlmir. Belə ki, sözügedən Siyahının bir sıra müddəaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2019-cu il tarixli 25 nömrəli Qərarı ilə dəyişdirilmiş, nəticə etibarilə “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci və 19-cu hissələrinin “b)” bəndləri, 26-cı hissəsinin “c)” bəndi, habelə 29-cu hissəsinin “a)” abzası ləğv edilmişdir. Həmin dəyişikliklərdən sonra icra qeydi aparılması üçün təqdim olunmalı sənədlər sırasında göstərilən formada yazılı bildirişin məcburi sənəd kimi tələb edilməsi artıq qüvvədə olan hüquq normalarından irəli gəlmir. Bu baxımdan iddiaçının apellyasiya şikayətində istinad etdiyi normativ əsas köhnəlmiş və tətbiq imkanını itirmiş hüquqi tənzimləməyə söykənir. Məhkəmə kollegiyası hesab edir ki, normativ hüquqi aktların zaman baxımından qüvvədə olması prinsipi nəzərə alındıqda, icra qeydi aparılan vaxt qüvvədə olan redaksiyada belə bir tələbin mövcud olmaması apellyasiya şikayətinin bu hissədə dəlil kimi qəbul edilməsini istisna edir. Odur ki, iddiaçının “bildiriş təqdim edilmədən icra qeydi aparılması qanunsuzdur” arqumenti hüquqi əsasdan məhrumdur. Birinci instansiya məhkəməsi iddia tələbinə baxarkən düzgün olaraq mübahisənin predmetini müəyyən etmiş və icra qeydinin ləğvi tələbinə mahiyyəti üzrə deyil, iddiaçı tərəfindən icra qeydinin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi faktına hüquqi qiymət verməklə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu yanaşma qüvvədə olan prosessual və maddi hüquq normalarına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə tam uyğundur. Həmin Qərarda açıq şəkildə göstərilmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76-cı maddələrində notariusun apardığı icra qeydinin mübahisələndirilməsi üçün konkret müddət müəyyən edilmədiyindən, hüquqi boşluğun aradan qaldırılması məqsədilə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddətin tətbiqi zəruridir və bu müddət hüquqi müəyyənliyin, tərəflər arasında balansın və məhkəmə müdafiəsinin səmərəliliyinin təmin edilməsinə xidmət edir. İş materiallarından görünür ki, mübahisələndirilən icra qeydi xx.xx.2024-cü il tarixdə verilmiş, iddiaçı isə məhkəməyə yalnız xx.xx.2025-ci il tarixdə müraciət etmişdir ki, bu da icra qeydinin verildiyi tarixdən etibarən xeyli müddət keçdikdən sonra iddia qaldırıldığını göstərir. Bununla yanaşı, iddiaçının öz izahatlarından aydın olur ki, o, icra qeydinin mövcudluğundan ən gec 2025-ci ilin aprel ayında məlumatlı olmuşdur və bu faktın özü belə, qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddətin aşkar şəkildə ötürüldüyünü təsdiq edir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən bu müddətin ötürülməsinin üzrlü səbəbləri təqdim edilməmiş, müddətin bərpası üçün hüquqi əsaslar müəyyən edilməmişdir. Apellyasiya şikayətində iddiaçı tərəfindən irəli sürülən banka borcun olmaması, icra qeydindən əvvəl ona bildiriş göndərilməməsi, tələbin mübahisəsizliyinin notariat tərəfindən müəyyən edilməməsi kimi arqumentlər isə mahiyyət etibarilə icra qeydinin hüquqi əsaslarına yönəlmiş olmaqla yalnız o halda hüquqi əhəmiyyət kəsb edə bilərdi ki, icra qeydi qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəmə qaydasında mübahisələndirilmiş olsun. Prosessual müddət ötürüldükdən sonra isə icra qeydinin qanuniliyinin və ya əsaslılığının mahiyyəti üzrə araşdırılması prosessual hüququn imperativ normalarına zidd olmaqla məhkəmənin bu cür mübahisəyə baxmaq səlahiyyətini istisna edir. Birinci instansiya məhkəməsi iddiaçının dəlillərini, tətbiq edilməli olan hüquq normalarını və iş üzrə müəyyən edilmiş faktiki halları düzgün qiymətləndirmiş, hüquqi müəyyənlik, prosessual intizam və müddətlərin sabitliyi prinsiplərini əsas götürməklə əsaslandırılmış və qanuni qətnamə qəbul etmişdir. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hüquqi əsas yaratmır və həmin qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı …çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, İmişli Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2(036)-2124/2025 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392, 405 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: İddiaçı nümayəndəsi və vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 2(036)-2124/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-28/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-28/2026
13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver