Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-303/2026 16.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçı «xxxx» MMC-nin cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh Salyan rayonu Arbatan kənd ərazisində xxxx MMC-ə məxsus 10 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçı xxxx MMC-ə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Salyan Rayonu İcra Hakimiyyəti Başçısının 76-s ##.##.2014-cü il tarixli Sərəncamı ilə qoyunçuluğun inkişaf etdirilməsi məqsədi ilə «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə dövlət fondu qış-otlaq sahələrindən 2366 ha torpaq sahəsi uzun müddətli icarəyə verilmişdir. Həmin günü Salyan Rayon İcra Hakimiyyəti Başçısı ilə xxxx MMC arasında İcarə müqaviləsi bağlanmışdır. Bundan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin vaxtdan iddiaçı «xxxx» MMC həmin torpaq sahəsini təyinatına uyğun olaraq istifadə edib qoyunçuluğu inkişaf etdirmişdir. Torpaq sahəsi ayrılandan sonra cavabdeh Cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsinin Arbatan kənd icra nümayəndəliyinin ərazisinə düşən sahəsindən 10 ha torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə ona həmin torpaq sahəsinin icarə hüququ əsasında iddiaçıya məxsus olduğunu bildirsələrdə, cavabdeh müxtəlif bəhanələr gətirərək çıxmaq istəməmişdir. Həmin torpaq sahəsinə görə hər ay icarə haqqı ödənilmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi (hakim: Vəsilə Əliyeva) ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Salyan Rayon İcra Hakimiyyəti Başçısı ilə “xxxx” MMC arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında ##.##.2014-cü il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası Salyan Rayonu İcra Hakimiyyəti Başçısının ##.##.2014-cü il tarixli Sərəncamı ilə qoyunçuluğun inkişaf etdirilməsi məqsədi ilə «xxxx» MMC-yə dövlət fondu qışotlaq sahələrindən 2366 ha torpaq sahəsi 15 (on beş) il müddətinə icarəyə verilmişdir. Azərbaycan Respublikası Salyan Rayonu İcra Hakimiyyəti Başçısının **-s saylı, ##.##.2014-cü il tarixli Sərəncamından Çıxarışdan görünür ki, "xxxx” MMC-yə rayonun Noxudlu təsərrüfatına təhkim olunan dövlət fondu qış otlaq sahəsindən 1810.5 ha, Seyidsadıqlı təsərrüfatına təhkim olunan dövlət fondu qış-otlaq sahəsindən 61 ha, Arbalan təsərrüfatına təhkim olunan dövlət fondu qış otlaq sahəsindən 377 ha, Xurşud təsərrüfalına təhkim olunan dövlət fondu qış-otlaq sahəsindən 117.5 ha cəmi birlikdə 2366 ha torpaq sahəsinin uzunmüddətə icarəyə ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Kadastrı və Reyestri Publik Hüquqi şəxsi ** saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli mütəxəssis rəyinin təqdim olunması barədə rəydən görünür ki, elektron kadastr baza məlumatında ************** saylı Torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin kordinatlarına əsasən “xxxx” MMC-yə məxsus 11.1 ha torpaq sahəsi iddiaçının iddiası əsasında cavabdeh Cavabdeh tərəfindən istifadə olunduğu bildirilmişdir. Cavabdeh mübahisəli torpaq sahəsinə baxış keçirməsi üçün iştirak etməmiş və iddiaçının iddiası əsasında torpaq sahəsi araşdırılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində cavabdeh Cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsinin Arbatan kənd icra nümayəndəliyinin ərazisinə düşən sahəsindən 10 ha toraq sahəsini zəbt etdiyini bildirsə də, iş üzrə tərtib edilmiş mütəxəssis rəyində mübahisəli torpaq sahəsindən cavabdeh Cavabdeh istifadə etməsi faktı qəti və birmənalı şəkildə təsdiq olunmur. Belə ki, rəyin məzmunundan görünür ki, torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi faktı mütəxəssis tərəfindən deyil, yalnız iddiaçının iddiasına istinad edilməklə qeyd edilmişdir. Halbuki, iddia tələbinin təmin edilməsi üçün cavabdehin konkret olaraq mübahisəli torpaq sahəsini qanunsuz zəbt etməsi və ya istifadə etməsi faktı mötəbər və obyektiv sübutlarla təsdiq olunmalıdır. Mütəxəssis rəyində isə bu hal nə ölçmə nəticələri, nə faktiki baxış aktı, nə də digər sübutlarla əsaslandırılmamış, cavabdehin baxışda iştirak etməməsi fonunda nəticə yalnız iddiaçının subyektiv mövqeyinə əsaslanmışdır. Bu səbəbdən qeyd olunan mütəxəssis rəyi iddia tələbinin təmin edilməsi üçün kifayət qədər dəqiq və etibarlı sübut hesab edilə bilməz və bu halda qeyri-müəyyən şəxsə münasibətdə iddia tələbinin təmin edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 157.8, 700.1, 706.1, 706.2, 719.1-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51 (1), 55, 111 (1, 2, 3)-ci maddələri, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) * saylı protokolunun 1ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4, 88-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədi ilə ayrılmışdır. Bu torpaq elə bir sahədir ki, onu divarla, hasarlarla ayrılmır. Təbii vasitələrlə ayrılır. xxxx MMC-ə məxsus olan torpaq sahəsidə qonşusu Cavabdeh torpaq sahəsindən kanal vasitəsi ilə ayrılmışdır. Həmin 11.1 ha torpaq sahəsinin digər üç tərəfi isə xxxx MMC-nin əsas torpaq sahəsi ilə torpaq təpələri ilə ayrılır. Cavabdeh kanalın üzərində körpülər salır ərazi otarılan zaman iddiaçının qoyun sürülərini həmin təpələrdən keçməyə qoymur. İddiaçı Hüquq mühafizə orqanlarına müraciət etdikdə bu işin mülki iş olması bildirilmişdir. Belə bir qərar artıq fiziki və hüquqi şəxslər zəbt edilmiş torpaqlarını qanuni yolla əldə edə bilmədiklərin göstərir. Lakin birinci instansiya məhkəməsində tərəfindən təqdim edilmiş sübutlara tam, hərtərəfli və obyektiv baxılmamışdır. Nəticədə sübutlar birtərəfli qiymətləndirilmiş, işin faktiki hallarına və tətbiq edilməli hüquq normalarına uyğun olmayan şəkildə qətnamə qəbul olunmuşdur. Mülki işin hərtərəfli aparılmamasına nümunə kimi mütəxəssis rəyində olan çatışmamazlıqları aradan qaldırmaq üçün məhkəmə iclasına dəvət edilməsi olduğu halda, iclas zamanı hakim özü mütəxəssisə zəng etmiş, bəzi sualları ünvanlamışdır. Sonra üzünü proses iştirakçılarına tutaraq mütəxəssis belə demişdir ki, «ora boş sahədir, Kim tərəfindən istifadə edildiyini müəyyən etmək olmur. » yəni artıq bir iddiaçı kimi onun həqiqətən müətəxəssis olub olmaması, həqiqətən bu sözləri deyib deməməsi mümkünsüz bir hal idi. Hesab edir ki, hakim tərəfindən bu mülki hüquq normaların kobud formada pozulmaqla aparılması idi. AR Mülki prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin ** saylı Şirvan Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli Mütəxəssis Rəyinin 1-ci bəndinə görə Elektron kadastr baza malumatlarında ************** saylı Torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən "xxxx” MMC-ə məxsus 11.1 ha torpaq sahasi, iddiaçının iddası əsasında cavabdeh Cavabdeh tərəfindən istifadə olunduğu bildirilmişdir. Cavabdeh mübahisəli torpaq sahəsinə baxış keçirilməsi üçün iştirak etməmiş və iddiaçının iddiası əsasında torpaq sahəsi araşdırılmışdır. Belə görsənir ki, iddia ona görə rədd edilir ki, mütəxəssis deyir ki, həmin torpaq sahəsi zəbt edilib yaxud da edilmədiyini bilmir. İddiaçının dediyinə görə torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilir. Amma biz bilmirik həqiqətən Kim tərəfindən istifadə edilir. Torpağın təyinatına baxdıqda gərək yaz -yay aylarında mütəxəssis gəlib baxış keçirərdi. Torpağı yox, qoyunların kimə məxsus olmasın müəyyən edərdi. Orda keşiş çəkərdi ki kim həmin ərazində qoyun otarır. Normal halda qoyunçuluğun inkişafı üçün ayrılmış torpaq sahəsinin zəbt edilibedilməməsinin müəyyən edilməsinə görə mütəxəssis cəlb edilməsi özü bir cəfəngiyyatdır. Torpaq sahəsinin zəbt edilməsi, kanalla ayrılmış torpaq sahəsinin taxta körpü ilə birləşdirilməsi, oraya cavabdehin öz qoyunlarını otarması, iddiaçının sürüsü gəldikdə isə xxxx MMC-nin çobanını ora buraxmamasında, oranı öz torpağı kimi göstərməsində biruzə verir. Bir mütəxəssis gedib orda nəyi müəyyən edə bilərdiki ? Bunun üçün bir ildən artıq mülki işi dayandırıb zəbt etmənin müətəxəssis rəyi ilə təsdiq etmə istəyir. Hesab edir ki, belə bir iddianın sübut edilməsi əvvəldən bəlli idi. Iddianın əsaslılığını təsdiq edən sübutlardan biri də iddiaçının və ya onun nümayəndəsinin verdiyi izahatdır. Hesab edir ki, torpaq zəbti ilə əlaqədar hallarda iddiaçının iddia irəli sürməsi və iddia etdiyi torpaq sahəsinin sənədlərinin təqdim edilməsi kifayət edir. Bunu qeyd edilən sübutdan başqa ağlabatan düşncədə təsdiq edir. Misal üçün: Bir iddiaçı niyə özünə məxsus olan torpaq sahəsinin başqası tərəfindən zəbt edilmədiyi halda iddia irəli sürsün ki, zəbt edilib. Niyə məhkəməyə müraciət etməli, rüsum ödəməli, hüquqi yardım müqaviləsi bağlamalıdır? Özünə məxsus olan torpaq sahəsinin özünün istifadəsində ola-ola başqası tərəfindən zəbt edildiyini iddia etmək bir iddiaçıya hansı bir üstünlük və ya fayda gətirə bilər. Demək olar ki, iddianın rədd edilməsi yalnız mütəxəssis rəyinə əsaslanmışdır. Halbuki mütəxəssis rəyi yalnız onu göstərib ki, zəbt olunmanı müəyyən etmək onların işi deyil. Odur ki, Salyan Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mütəxəssis rəyinə dair yaranmış əlavə suallarla bağlı izahat vermək üçün məhkəmə iclasına dəvət olunmuş mütəxəssis Mütəxəssis bildirmişdir ki, o həmin iş üzrə mütəxəssis kimi mübahisəli əraziyə iddiaçının nümayəndəsi ilə baxış keçirmişdir. Yerli baxış zamanı cavabdehin məlumatı olsa da əraziyə baxış keçirilən zaman orada iştirak etməmişdir. İddiaçı da qeyd edir ki, həmin ərazi cavabdeh tərəfindən tutulmuşdur. Amma o nə ilə tutulduğunu bilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən, torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 719.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 51-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 4-cü hissəyə görə icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Salyan Rayon Məhkəməsinin ## ###### 2025-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(057)- 104/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almayaraq iddianı yanlış olaraq rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh Salyan rayonu Arbatan kənd ərazisində xxxx MMC-ə məxsus 10 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçı xxxx MMC-ə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində cavabdeh Cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsinin Arbatan kənd icra nümayəndəliyinin ərazisinə düşən sahəsindən 10 ha toraq sahəsini zəbt etdiyini bildirsə də, iş üzrə tərtib edilmiş mütəxəssis rəyində mübahisəli torpaq sahəsindən cavabdeh Cavabdeh istifadə etməsi faktı qəti və birmənalı şəkildə təsdiq olunmur. Belə ki, rəyin məzmunundan görünür ki, torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi faktı mütəxəssis tərəfindən deyil, yalnız iddiaçının iddiasına istinad edilməklə qeyd edilmişdir. Halbuki, iddia tələbinin təmin edilməsi üçün cavabdehin konkret olaraq mübahisəli torpaq sahəsini qanunsuz zəbt etməsi və ya istifadə etməsi faktı mötəbər və obyektiv sübutlarla təsdiq olunmalıdır. Mütəxəssis rəyində isə bu hal nə ölçmə nəticələri, nə faktiki baxış aktı, nə də digər sübutlarla əsaslandırılmamış, cavabdehin baxışda iştirak etməməsi fonunda nəticə yalnız iddiaçının subyektiv mövqeyinə əsaslanmışdır. Bu səbəbdən qeyd olunan mütəxəssis rəyi iddia tələbinin təmin edilməsi üçün kifayət qədər dəqiq və etibarlı sübut hesab edilə bilməz və bu halda qeyri-müəyyən şəxsə münasibətdə iddia tələbinin təmin edilməsi mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, hər kəsin pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiəsi hüququnun təmin edilməsi hüquqi dövlətin əsas prinsiplərindən biridir və bu hüquq formal deyil, real və effektiv olmalıdır. İş üzrə müəyyən olunur ki, iddiaçı “xxxx” MMC Salyan Rayon İcra Hakimiyyəti başçısının ##.##.2014-cü il tarixli sərəncamına və həmin tarixdə bağlanmış icarə müqaviləsinə əsasən dövlət torpaq fondundan 2366 ha torpaq sahəsini uzunmüddətli icarə hüququ ilə qanuni istifadəyə qəbul etmiş və bu hüquq çərçivəsində torpaq sahəsindən təyinatına uyğun istifadə etmişdir. İş materiallarında olan kadastr sənədləri və mütəxəssis rəyi də həmin torpaq sahəsinin koordinatlarını və iddiaçıya məxsus istifadə hüququnun mövcudluğunu təsdiq etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı qanuni icarə hüququna əsasən mübahisəli torpaq sahəsinin istifadəçisidir və həmin hüququn pozulduğunu əsaslandırılmış şəkildə irəli sürmüşdür. Cavabdeh isə nə birinci instansiya məhkəməsində (hazırkı apellyasiya mərhələsində), nə də mütəxəssis baxışı mərhələsində iştirak etməmiş, iddia olunan hallara qarşı hər hansı əsaslı etiraz, iddianın əsassızlığına dair sübut təqdim etməmişdir. Onun bu cür passiv davranışı sübutların araşdırılmasına maneə yaratmış və nəticədə işin obyektiv halları onun öz hərəkətləri səbəbindən tam müəyyən edilə bilməmişdir. Belə şəraitdə sübutların çatışmazlığının mənfi nəticələrinin iddiaçının üzərinə qoyulması yolverilməzdir. Belə ki, cavabdehin prosessual davranışını da nəzərə almalı və iddiaçının pozulmuş hüququnun real müdafiəsini təmin etməlidir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi isə sübutların qiymətləndirilməsi zamanı yalnız mütəxəssis rəyində cavabdehin istifadə faktının birbaşa təsdiq olunmamasına istinad etmiş, lakin həmin halın cavabdehin özünün baxışda iştirak etməməsi ilə bağlı olduğunu nəzərə almamışdır. Halbuki, məhkəmə sübutları formal deyil, onların qarşılıqlı əlaqəsi və tərəflərin prosessual davranışı kontekstində qiymətləndirməli idi. Mütəxəssis rəyinin natamamlığı işin obyektiv araşdırılmamasından deyil, cavabdehin bu prosesdən yayınmasından irəli gəlmişdir və bu hal iddiaçının əleyhinə yozula bilməzdi. Həmçinin iddiaçının irəli sürdüyü halların uydurma olması ehtimalı ağlabatan mülahizələrə uyğun gəlməməklə sübutların ümumi məcmusunda onun mövqeyi üstünlük təşkil edir. Bununla yanaşı, hər kəsin pozulmuş hüquqlarının məhkəmə müdafiəsi hüququnun real və effektiv təmin edilməsi tələb edir ki, məhkəmə yalnız formal sübutlarla kifayətlənməsin, işin bütün faktiki hallarını, eləcə də tərəflərin prosessual davranışını qarşılıqlı əlaqədə qiymətləndirsin. İddiaçının qanuni icarə hüququ əsasında istifadə etdiyi torpaq sahəsinə müdaxilə edilməsi onun mülki hüquqlarının məhdudlaşdırılması kimi dəyərləndirilməli və belə müdaxilənin aradan qaldırılması məhkəmə müdafiəsinin əsas məqsədi kimi təmin olunmalıdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, iddiaçı «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Cavabdeh Cavabdeh Salyan rayonu Arbatan kənd ərazisində xxxx MMC-ə məxsus 10 ha torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi boşaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı «xxxx» MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh Salyan rayonu Arbatan kənd ərazisində xxxx MMC-ə məxsus 10 ha torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-303/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-303/2026
16.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver