Məhkəmə qərarları › İş №2(3-9)-312/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-312/2026

03.03.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-312/2026 03.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-160)-178/2026 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölünməsi, naturada bölünməsi mümkün olmadıqda, mənzilin dəyərinin payına uyğun hissədə nağd şəkildə ödənilməsi, bu mümkün olmadıqda paylarının dəyərinin digər mülkiyyətçilərdən alınıb ona verilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, paylı mülkiyyətdə olan Rusiya Federasiyası, Komi Respublikası, Sıktıvkar şəhəri Salvı küçəsi 29 saylı evin 8 saylı mənzilinə olan onun və uşaqlarının paylarının naturada ayrılıb verilməsi, əgər payların naturada ayrılıb verilməsi mümkün olmadıqda paylarının dəyərinin digər mülkiyyətçilərdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-160)-178/2026 saylı qərardadı ilə (hakim Aydan Məmmədli) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan xx.xx.2026-cı il tarixində İddiaçı tərəfindən şikayət verilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-160)-178/2026 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərkibi hesаb edir ki, İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-160)-178/2026 saylı qərardadı iddiaçının elektron kabinetinə xx.xx.2026-ci il tarixdə yerləşdirilmişdir. İddiaçı həmin qərardaddan yalnız 22 fevral 2026-cı il tarixində şikayət vermişdir. Birinci instansiya məhkəməsi iddiaçıya qərardadın surətinin xx.xx.2026-cı il tarixdə çatdırılmasına dair xəbərnaməni əsas götürərək şikayətə mahiyyəti üzrə baxmış, lakin qərardadın iddiaçıya daha əvvəl-xx.xx.2026-ci il tarixdə elektron kabinet vasitəsilə rəsmi qaydada təqdim edilməsinə diqqət yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-160)-178/2026 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərаrа аldı: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-160)-178/2026 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesаb edilsin. İş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Şirvan Şəhər Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar