Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-321/2026 13.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X5 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı İddiaçı Səlim oğlunun iştirakı ilə, İddiaçı İddiaçı Səlim oğlunun cavabdeh Mil-X18 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı Səlim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı Səlim oğlunun cavabdeh Mil-X18 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Mil-X18 İdarəsinin İmişli şəhər Uşaq Musiqi məktəbinin ##.##.2025-ci il tarixli ** saylı əmrinin ləğv edilməsi, İmişli şəhər Uşaq Musiqi məktəbinin tar müəllimi vəzifəsinə bərpa olunmağı və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1982-ci ildən bu vaxta kimi İmişli rayon Musiqi məktəbində tar müəllimi vəzifəsində işləmişdir. Ümumi olaraq bu peşə üzrə 40 (qırx) il 5 (beş) ay iş stajı vardır. ## #### 2025-ci il tarixdə o, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bakı şəhərində təşkil edərək keçirdiyi attestasiya imtahanından keçmək üçün iştirak etmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bakı şəhərində təşkil etdiyi həmin imtahanda ona verilən sualların 70%-nə mükəmməl səviyyədə cavab verməyinə baxmayaraq, komissiya üzvlərinin hamısı, çox təəccüblü də olsa, ona sıfır bal vermişlər. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bakı şəhərində təşkil etdiyi həmin imtahanın müddəti 25 dəqiqə olduğu halda, imtahan faktiki olaraq 1 saatdan çox davam etmişdir. O, imtahan müddətinin ilk 15 dəqiqəsini tarda, 10 dəqiqəsini isə fortepianoda ifa edərək sualları cavablandırmışdır. İmtahanın çox qərəzli tərəfi ondan ibarət olmuşdur ki, o, tar müəllimi olduğu halda, heç bir aidiyyəti olmamasına baxmayaraq, hansı səbəbdənsə, imtahan götürən şəxslər heç bir əsas və səbəb olmadan ona fortepiano üzrə suallara cavab verməyini və fortepianoda ifa etməyini tələb etmişlər. Bütün imtahan müddətində bütün proseslər video-kamera vasitəsilə qeydə alınmışdır. Heç gözlənilmədiyi halda, imtahanın nəticəsi kimi onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən (Əmək müqaviləsinin (c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən ləğv edilməsi) işdən azad etmişlər. Halbuki Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-ci maddəsinin 4cü bəndinə əsasən iş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Ancaq İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən İşçilərin əmək müqavilələri ləğv edilə bilməz. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Eyni zamanda, Attestasiya komissiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə komissiyasının üzvləri tərəfindən bu tələb pozularaq, ona tutduğu vəzifəyə, alınır. Lakin Attestasiya ixtisasına uyğun suallar verilməmişdir. Bildirir ki, onun 59 yaşı var. 40 il 5 ay ərzində işlədiyi müddətdə bir çox şagirdlərin orta ixtisas musiqi məktəblərinə qəbul olunmuşlar. O, X1 Mədəniyyət İdarəsinin İmişli rayon Uşaq Musiqi Məktəbində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət etmiş və Xidmətinin Mil-Muğan regional şöbəsində müraciətinə baxılaraq bildirilmişdir ki, “komissiya üzvləri tərəfindən ##.##.2025-ci il tarixdə attestasiya keçrilərkən Sizə ixtisasınız üzrə verilmiş on doqquz sualdan altısını tam, altısını cox zəif və yeddisini isə cavablandırmamısınız. Nəticədə attetasiya komissiyası barənizdə tutuğunuz vəzifəyə uyğun gəlmədiyiniz ilə bağlı ##.##.2025-ci il tarixli * nömrəli protokol təsdiq edilmiş və bunun əsasında işəgötürən sizinlə tar müəllimi vəzifəsi üzrə bağlanmış əmək müqavilənizə ##.##.2025-ci il tarixli ** nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutuğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) bəndi ilə ##.##.2025-ci il tarixdən xitam verildiyi, istifadə etmədiyiniz əmək məzuniyyətinə görə konpensasiya və 2025-ci ilin iyun ayının iş günlərinə görə əmək haqqınızla birlikdə hesablanmış 825,62 manat məbləğində son haqqhesabınızın ##.##.2025-ci il tarixdə sizin əmək haqqı bank hesabınıza köçürüldüyü müəyyən edilmişdir.” Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.Bununla da, onun Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsində göstərilən "bərabərlik hüququ və 38-ci maddəsində təsbit olunmuş "sosial təminat hüququ" pozulmuşdur. Tərəflərin arasında olan mübahisənin mediasiya prosesində həlli ilə əlaqədar müraciət olunsada mediasiya prosesində razılıq əldə edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı Səlim oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Mil-X18 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Mil-X18 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. a) Birinci instansiya məhkəməsində icraat; İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Orxan Mahmud) iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçı İddiaçı Səlim oğlu apellyasiya şikayəti vermiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı İddiaçı Səlim oğlu İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı İddiaçı Səlim oğlu apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada cavabdeh Mil-X18 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinin nümayəndəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini iddiaçı İddiaçı Səlim oğlunun apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır.
51. Hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməməsini, əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli ** saylı əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq çıxarılması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün qiymətləndirməyərək maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməyərək, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarının pozuntusu ilə iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmiş, bununla da iddia tələbi üzrə gəlinən nəticənin apelyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə ## ###### 1992-ci il tarixli Qərarı; Garsiya Ruiz İspaniyaya qarşı iş üzrə ## ###### 1999-cu il tarixli Qərarı). Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir (Avropa Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə ## ######## 2001-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası hazırki mübahisənin işin həqiqi hallarının, apelyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli ** nömrəli əmrin surətindən görünür ki, Mil-X18 İdarasi İmişli rayonu Uşaq Musiqi Məktəbi" bölməsində tar müəllimi vəzifəsində işləyən İddiaçı Səlim oğlu ilə bağlanılmış *AWV********* nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70."c" - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən ##.##.2025-ci il tarixindan xitam verilmiş və işçinin ##.##.2023 tarixindan ##.##.2025 tarixinə qədər istifadə edilməmiş 47 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə departamentinə həvalə edilmişdir. İş materiallarında olan Mil-X18 İdarasi İmişli şəhər Uşaq Musiqi Məktəbinin ##.##.2025-ci il tarixli ** nömrəli əmrin surətindən görünür ki, İmişli şəhər Uşaq Musiqi Məktəbinin tar müəllimi X25 ## #### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Mil-Muğan regional şöbəsinin ##.##.2025-ci il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Sizin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanlanmış Mil-X18 İdarəsinin İmişli rayon Uşaq Musiqi Məktəbində əmək hüquqlarının pozulması barədə müraciətinizə Xidmətinin MilMuğan regional şöbəsində baxılmışdır. Müraciət ilə əlaqədar izahatınızın alınması və əmək haqqı bank çıxarışının təqdim edilməsi məqsədilə ünvanınıza *-**-*/*-Q*****/**** nömrəli ##.##.2025-ci il tarixli məktub göndərilmiş, X14 Xidmətinin Mil-Muğan regional şöbəsinə dəvət olunsanız da, gəlməmisiniz və əmək haqqı üzrə bank çıxarışı təqdim etməmisiniz. Müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi üçün tərəflərindən Mil-X18 İdarəsinin İmişli rayon Uşaq Musiqi Məktəbinin rəhbərliyinə göndərilmiş sorğuya verilmiş ##.##.2025-ci tarixli 3-24- **/*-**/**** nömrəli cavab məktubundan və əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçrilməsi Qaydaları"na uyğun olaraq Məktəb rəhbərliyi tərəfindən İşçilərin attestasiyadan keçrilməsi məqsədi ilə ##.##.2024-cü il tarixli ** nömrəli və ##.##.2025-ci il tarixli ** nömrəli əmrlərlə fortepiano musiqi nəzəriyyəsi ixtisasları və digər bütün ixtisaslar üzrə müəllimlərin attestasiyasının keçrilməsi məqsədi ilə komissiya yaradılmışdır. Təqdim olunmuş sənədlərə əsasən bildirilir ki, komissiya üzvüləri tərəfindən ##.##.2025-ci il tarixdə attestasiya keçrilərkən sizə ixtisasınız üzrə verilmiş on doqquz sualdan altısını tam, altısını cox zəif və yeddisini isə cavablandırmamısınız. Nəticədə attetasiya komissiyası barənizdə tutuğunuz vəzifəyə uyğun gəlmədiyiniz ilə bağlı ##.##.2025-ci il tarixli * nömrəli protokol təsdiq edilmiş və bunun əsasında işəgötürən sizinlə tar müəllimi vəzifəsi üzrə bağlanmış əmək müqavilənizə ##.##.2025-ci il tarixli ** nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutuğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) bəndi ilə ##.##.2025-ci il tarixdən xitam verildiyi, istifadə etmədiyiniz əmək məzuniyyətinə görə konpensasiya və 2025-ci ilin iyun ayının iş günlərinə görə əmək haqqınızla birlikdə hesablanmış 825,62 manat məbləğində son haqq-hesabınızın ##.##.2025-ci il tarixdə sizin əmək haqqı bank hesabınıza köçürüldüyü müəyyən edilmişdir.” İş materiallarında olan Attestasiya vərəqəsinin surətindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar bğlməsində qeyd edilmişdir ki, “Not ifaçılığı: T.Quliyev "İlk bahar" -cox zəif ifa edildi. 2. P.İ. Çaykovski "Neopolitan"- çox zəif ifa edildi. 3. Y.Brams "Macar rəqsi - çox zəif ifa edildi. 4. Do major qamması ifa edildi. 5. Septakkord nədir? Cavabladı. 6. Lya majorda dominant septakkordun quruluşu? Düzgün cavablamadı. 7. Təsnif nədir? Cavabladı. 8. Rəng nədir? Cavabladı. 9. Üzdən oxu: D.Şostakoviç * №-li Vals - çox zəif ifa edildi; təhlili -şox zəif təhlil edildi. 10. "Şur" muğamının ifası çox zəif ifa edildi. 11. Şur muğamının söbələri? Cavabladı. 12. Şur muğamından Bayatı Kürdə keçid etmək? ifa edə bilmədi. 13. Zərbi muğam "Qarabağ şikəstəsi"- Orta səviyyədə ifa edildi. 14. Şur muğamına aid Zərbi muğam? Cavablamadı. 15. Simayi şəms muğamını ifa edin - ifa edə bilmədi. 16. Xasiyyətli intervallar hansılardır? Düzgün cavablamadı. 17. Üçtonlu intervallar? Cavablamadı. 18. Si bemol major neçə işarəlidir? Cavablamadı. 19. Tar məktəbi kitabının neçə nəşri var? düzgün cavablamadı.” İş materiallarında olan ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı Səlim oğlu ##.##.1991-ci il tarixdə İmişli şəhər İncəsənət məktəbinə müəllim vəzifəsində olaraq işə başlamışdır, ##.##.1999-cu il tarixdə həmin vəzifədən azad edilmişdir. ##.##.1999-cu ildə “Ulduz KFT”-də Baş mühasib vəzifəsində işə başlamışdır, ##.##.2002- ci ildə həmin vəzifədən azad edilmişdir. ##.##.2002-ci ildə Musiqi məktəbində tar müəllimi vəzifəsində işə başlamışdır, ##.##.2016-cı il tarixdə həmin vəzifədən azad edilmişdir. ##.##.2023-cü ildə Mil-X18 idarəsinin tabeliyində fəayilyyət göstərən uşaq musiqi məktəbində tar müəllimi vəzifəsində işə başlamışdır, ##.##.2025-ci il tarixdə həmin vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən azad edilmişdir. İş materiallarında olan - Mil-X18 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinin ** nömrəli, ##.##.2024-cü il tarixli əmrindən görünür ki, 1. İmişli şəhər Uşaq Musiqi məktəbinin attestasiya komissiyasının Əsasnaməsi təsdiq edilsin.
2. İmişli şəhər Uşaq Musiqi məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin attestasiyasını həyata keçirmək məqsədilə hər biri 5 (beş) nəfərdən ibarət 2 (iki) attestasiya komissiyası yaradılsın və tərkibləri təsdiq edilsin (1 və * nömrəli əlavələr).
3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, İmişli şəhər Uşaq Musiqi məktəbinin əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na uyğun olaraq 2025-ci il ######ın #-dən iyunun 5-dək attestasiyadan keçirilsinlər.
4. Komissiyaya tapşırılsın ki: 4.1. attestasiya prosesini aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və Azərbaycan Respublikası əmək qanunvericiliyinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001- ci il 23 may tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"nın tələblərinə əməl edilməklə aparsın və nəticələrini rəsmiləşdirsin. 4.2. attestasiyadan keçən işçilərin fəaliyyətinin obyektiv qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsi üçün yalnız işgüzar mənafelərə əsaslanan prinsipial yanaşmanı təmin etsin. 4.3. attestasiyanın yalnız təqdim olunmuş proqrarn, habelə müvafiq yaradıcılıq tapşırıqları və işçinin gördüyü işlər haqqında məlumatlar əsasında keçirilməsini təmin etsin. 4.4. attestasiyadan keçən işçilərə yalnız tutduğu vəzifələrə, əmək funksiyalarına, ixtisaslarına dair, yerinə yetirdikləri işlər və onların nəticələri barədə, habelə əmək müqavilələri ilə müəyyən edilmiş hüquqlar və vəzifələr dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilməsini təmin etsin.
5. Bu əmrin tələblərinin pozulması müəssisədaxili intizam qaydalarının ciddi pozulması hesab edilsin və təqsirli işçilərin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas sayılsın.
6. Bu əmrlə aidiyyəti şəxslər tanış edilsin.
7. Attestasiyadan keçən işçilərin attestasiyanın keçirilməsinə azı 1 (bir) ay qalmış attestasiyanın tarixi, vaxtı və attestasiyanın keçirilməsi qaydaları barədə məlumatlandırılmasını və əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. İş materiallarında olan Mil-X18 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinin ** nömrəli, ##.##.2025-ci il tarixli əmrindən görünür ki, 1. İmişli şəhər Uşaq Musiqi məktəbinin ##.##.2024-cü il tarixli ** nömrəli əmrinə aşağıdakı dəyişikliklər edilmişdir: 1.1. Əmrin 2-ci hissəsində "fortepiano və musiqi nəzəriyyəsi ixtisasları" sözlərindən sonra "və digər bütün ixtisaslar" sözləri əlavə edilsin; 1.2. "2 (iki)" sözləri çıxarılsın; 1.3. "Komissiyası" sözü "Komissiyaları" sözü ilə, "(1 və * nömrəli əlavələr)" sözləri "(əlavə olunur)" sözləri ilə əvəz edilsin; 1.4. Əmrin 3-cü hissəsi aşağıdakı yeni redaksiyada verilsin: "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na uyğun olaraq İmişli şəhər Uşaq Musiqi məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimləri 2025-ci il ######ın #-dən iyunun 5-dək, digər bütün ixtisaslar üzrə müəllimlər isə həmin ilin aprelin 1-dən dekabrın 30dək attestasiyadan keçirilsinlər."
2. Əmrin surətinin aidiyyəti üzrə çatdırılması təmin edilsin.
3. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. İş materiallarında olan İmişli şəhər Uşaq Musiqi Məktəbinin işçilərinin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair * nömrəli, ##.##.2025-ci il tarixli protokolundan görünür ki, 1.İmişli şəhər Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə müəllimləri X6, X4, X7, X11 X8, X12 tutduqları vəzifəyə uyğun hesab edilmiş, 2. İmişli şəhər Uşaq Musiqi Məktəbinin tar ixtisası üzrə muəllimləri X2 İddiaçı Səlim oğlu, X9, Əliyev Fikrət İmran oğlu tutduqları vəzifəyə uyğun hesab edilməmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İş materiallarından görünür ki, iddiaçı İddiaçı Səlim oğlu iddia tələbini Mil-X18 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinə o əsasla yönəldir ki, əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmamış, attestasiya qaydaları pozulmaqla attestasiya keçirilmiş, nəticədə vəzifəsinə xitam verilmişdir. Kollegiya ilk əvvəl qeyd edir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterik haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür. Məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı İddiaçı Səlim oğlu cavabdeh Mil-X18 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinin hüquqi əsasını “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi təşkil etsə də, iddia tələbinin yönəldiyi cavabdeh iddiaya cavab verməli olan təşkilat deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə uyğun olaraq, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, işdə iştirak mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilməklə fiziki şəxslərdə yetkinlik yaşına çatma halında yaranmış hesab olunur. Hüquqi şəxslərə gəldikdə isə onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yaranır. Yəni, hüquqi şəxsin mülki prosessual hüquq qabiliyyəti onun maddi hüququn subyekti olduğu andan əmələ gəlir. Hüquqi şəxsin struktur vahidlərinə münasibətdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 53.1 və 53.2-ci maddələrinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi isə filial sayılır. Mülki Məcəllənin 53.3 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Beləliklə, hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də Mülki Məcəllənin 54.3 və 54.4-cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Qeyd edilməlidir ki, hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır. Yuxarıda da qeyd olunduğu kimi, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. İş materiallarına əlavə edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mil-X18 İdarəsi haqqında” Əsasnamədən müəyyən edilir ki: 1.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) MilX18 İdarəsi (bundan sonra – Regional İdarə) Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarında (bundan sonra - regionda) mədəniyyət sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsində iştirak edən Nazirliyin struktur qurumudur. 1.2. Regional İdarə Nazirliyin qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, regionda fəaliyyət göstərən Nazirliyin tabeliyində olan təhsil müəssisələrinin, muzeylərin, Heydər Əliyev mərkəzlərinin, kitabxanaların, mədəniyyət mərkəzləri, evləri və klublarının, rəsm qalereyalarının, teatr və konsert müəssisələrinin (bundan sonra - mədəniyyət müəssisələri) fəaliyyətinin əlaqələndirilməsi, əhalinin mədəniyyət müəssisələrindən istifadəsi, mədəni həyatda iştirakçılıq imkanlarının genişləndirilməsi və mədəniyyət müəssisələrinin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılmışdır. 1.3. Regional İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, habelə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kollegiyasının qərarlarını, mədəniyyət nazirinin əmr və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur. 1.4.Regional İdarə səlahiyyətləri daxilində bu Əsasnamədə nəzərdə tutulan vəzifələri yerinə yetirərkən və hüquqları həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, qeyrihökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 1.5.Regional İdarənin saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsindən və ya qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. 1.6. Regional İdarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin adı və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. 2.1. Regional İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. regionda müvafiq sahədə vahid dövlət siyasətinin həyata keçirilməsində iştirak edir; 2.1.2. regionda Nazirliyin tabeliyində olan mədəniyyət müəssisələrinin işini əlaqələndirir, koordinasiyasını təmin edir və onların idarə olunmasına nəzarət edir; 2.1.3. regionda əhalinin Nazirliyin tabeliyində olan mədəniyyət müəssisələrinə müraciət etmə imkanlarının asanlaşdırılması istiqamətində tədbirlər görür; 2.1.4. səlahiyyətləri çərçivəsində regionda müvafiq sahədə maarifləndirmə işini həyata keçirir; 2.1.5. Nazirliklə razılaşdırmaqla regionda müvafiq sahənin inkişafına yönəldilmiş müxtəlif proqramlar işləyib hazırlayır və həyata keçirir; 2.1.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. 5.5.4. Regional İdarənin vəzifələr nomenklaturasına aid mədəniyyət müəssisələrinin direktorlarını Nazirliklə razılaşdırmaqla, digər işçiləri və Nazirliyin vəzifələr nomenklaturasına aid olmayan işçiləri işə təyin və azad edir, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür,müvafiq sahədə fərqlənən işçilərin Nazirlik tərəfindən təsis olunmuş döş nişanları və fəxri fərmanlarla təltif edilməsi ilə bağlı təkliflər verir Yuxarıda qeyd olunanlardan görünür ki, hazırki iddia üzrə Mil-X18 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbi cavabdeh qismində cəlb edilsə də, iddiaya cavab verməli olan orqan qismində həmin məktəb yox, onu yaratmış hüquqi şəxs, yəni Mil-X18 İdarəsi çıxış edə bilər. Birinci instansiya məhkəməsi tərəfindən bu hal araşdırılmamış və cavabdehi əsl cavabdehlə əvəz etməyi iddiaçıya təklif edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən prosessual hüquq normasının mənasından da göründüyü kimi, birinci instansiya məhkəməsi ona verilmiş hüququndan istifadə etməməklə, mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehlərin iştirakı ilə davam etdirmiş, nəticədə də iddiaçının məhkəmə müdafiəsi hüququnu pozmaqla əsl cavabdehi işə cəlb etmədən faktiki halları müəyyən etmiş iddia tələblərini rədd etmişdir. Azərbaycan Respublikası MPM-nin 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Prosessual hüquq normasının mənasından da göründüyü kimi, qanunverici hətta birinci instansiya məhkəməsində əsl olmayan tərəfin iştirakı olmadan aparılmış hər hansı bir prosessual hərəkətin nəticələrini də tanımadan, əsl tərəf əvəz edildikdən sonra mülki icraatın yenidən başlanmalı olmasını nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyasında əsl cavabdehin əvəz edilməsinin iddiaçıya təklif edilməsi və bu barədə qərar qəbul edilməsi onun birinci instansiya məhkəməsində özünü müdafiə - iddiaya qarşı etiraz vermək, qarşılıqlı iddia vermək, məhkəmə aktını mübahisələndirmək və.s hüququnun pozulması nəticələndiyi üçün qanunsuzdur. Beləliklə məhkəmə kollegiyasının iddiaçının iddia tələbi ilə bağlı yekun hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı tələblərini cavabdeh Mil-X18 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinə yönəltməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi də maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə iddia ərizəsini öz icraatına qəbul edərkən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçıya cavabadehin əsl cavabdehin əvəz edilməsi təklifi etməli idi. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərində qeyd edildiyi kimi maddə və prosessual məcəllənin pozulması ilə çıxarıldığından ləğv edilməli, məhz yuxarıda qeyd edilən əsasa görə - yəni iddia ona cavab verməli olmayan şəxsə qarşı yönəldiyi əsasına görə təmin olunmamalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, iddiaçı İddiaçı Səlim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı Səlim oğlunun cavabdeh Mil-X18 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi: İddiaçı İddiaçı Səlim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı Səlim oğlunun cavabdeh Mil-X18 İdarəsinin İmişli şəhər Uşaq Musiqi Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.