Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-322/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əsədov Ilham oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər cavabdeh1, cavabdeh4, Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh2 və cavabdeh3 qarşı qanuni istifadədə olan həyət evinə və onun yerləşdiyi torpaq sahəsinə mövcud giriş-çıxış yolu üzərində servitut hüququnun tanınması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları : Işdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-****A nömrəli kod ******* saylı şəhadətnamənin surətindən görünür ki, Saatlı rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli ** saylı qərarı ilə Saatlı şəhərində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi X2, X1, İddiaçı, X3 mülkiyyətinə verilmişdir. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Saatlı şəhəri, Həsən bəy ünvan 3 ünvanında yerləşən 0,0371 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 168,7 kv.m, yaşayış sahəsi 55,7 kv.m, yardımçı sahəsi 113 kv.m olan 3 yaşayış otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Çıxarışın “Hüquq sahibləri” bölməsinə əsasən, cavabdeh1 fərdi yaşayış evi və 0,01 ha torpaq sahəsi üzərində, X5, cavabdeh2 və cavabdeh4 isə hər birinin 0,01 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları ##.##.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən mütəxəssis rəyi alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin # ###### 2026-cı il tarixli mütəxəssis rəyində müəyyən edilmişdir ki: “İddiaçı, X2, X1, X3 mülkiyyətində olan Saatlı rayon AIK-nin ## ### 1998-ci il tarixli, ** saylı qərarı ilə verilmiş JN-1222A, KOD ******** saylı Şəhadətnaməyə əsasən Saatlı şəhərində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsinin ictimai yola hər hansı bir keçid və ya gediş-gəliş yolu (piyada və avtomobil yolu) elektron xəritə (dwg) materiallarında heç bir tərəfdən nəzərdə tutulmamışdır. Lakin yuxarıda qeyd edilən və DƏDRX-i tərəfindən mülkiyyət hüququ üzrə qeydiyyata alınan 371 kv.m torpaq sahəsindən əlavə göstərilən 17 kv.m torpaq sahəsi mövcuddur və piyada yolu kimi nəzərdə tutulmuşdur. Iddiaçı İddiaçı və digər ailə üzvlərinin Saatlı şəhərində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsindən ictimai yola çıxışı və ya gediş-gəliş yolu, DƏDRXnin ******* saylı, ##.##.2013-cü il tarixli çıxarışına əsasən cavabdeh1, cavabdeh4, cavabdeh2 və cavabdeh3 mülkiyyətində olan Saatlı şəhəri, H.ünvan 2 ünvanında yerləşən 0.0371 ha və ya 371 kv.m torpaq sahəsindən 15 kv.m verilərsə (17+15=32 kv.m) servitut hüququ ilə 2 metr enində, 16 metr uzunluğunda (2*16=32) 32 kv.m ölçüdə gediş-gəliş yolu verilə bilər. cavabdeh1 və digər ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsindən istifadə etməklə ayrıla biləcək keçiddən (yoldan) başqa iddiaçı İddiaçı və digər ailə üzvlərinin torpaq sahəsindən ictimai yola ən səmərəli keçidin (gediş-gəliş yolunun) ayrılması üçün alternativ imkan mövcud deyil. Ona görə ki, iddiaçının həyətyanı torpaq sahəsinin dörd bir tərəfi həyətyanı torpaq sahəsidir. Qonşunun həyətyanı sahəsinə müdaxilə etmədən iddiaçı İddiaçı və digər ailə üzvlərinin torpaq sahəsindən ictimai yola keçidin (gediş-gəliş yolunun) ayrılması mümkün deyil”. Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı şəhəri, Həsən bəy ünvan 1 ünvanında yerləşən həyət evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə yeganə giriş-çıxış yolu kimi istifadə etdiyi cavabdehlərə məxsus eni 4,5 metr, uzunluğu isə 16 metr olan torpaq sahəsi üzərində onun servitut hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Vüqar Qasımov) iddia təmin edilmiş, DƏDRX-in ******* saylı, ##.##.2013-cü il tarixli çıxarışına əsasən, cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh2 və cavabdeh3 məxsus Saatlı şəhəri, H.ünvan 2 ünvanında yerləşən 0.0371 ha torpaq sahəsindən iddiaçı İddiaçı üçün keçid məqsədilə daimi servitut müəyyən edilməsi, servitut torpaq sahəsinin şimal hissəsindən darvazadan başlayaraq eni 4,5 metr, uzunluğu 16 metr olmaqla sxem üzrə müəyyən edilməsi, servitutun əvəzsiz müəyyən edilməsi, qətnamənin müvafiq dövlət orqanında qeydin aparılması üçün əsas olması, iddiaçı İddiaçı ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə AR Mülki Məcəlləsinin 169.1, 175.1, 175.2, 255.1, 255.2, 255.4-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə, «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində yerləşən darvazadan həyətə doğru 4,5 metr enində, 16 metr uzununda yol iddiaçının torpaq sahəsi və onun üzərində yerləşən evinə yeganə gediş-gəliş yoludur. Saatlı Rayon Məhkəməsinin icraatında olmuş *(***)-***/**** saylı mülki iş üzrə keçirilmiş ekspert rəyləri ilə də müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinin ümumi istifadədə olan yola başqa çıxışı yoxdur və alternativ keçid yolu mövcud deyildir. Məhkəmə hesab edir ki, bu hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255-ci maddəsinə uyğun olaraq servitut müəyyən edilməsini zəruri edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermiş, şikayətini aşağıdakı kimi əsaslandırmışdır: “Saatlı rayon məhkəməsinin ## ###### 2026-cı il, e-*(***)-****/**** saylı qətnaməsi ilə mənim mülkiyyət hüquqlarım kobud surətdə pozulmuşdur. Məhkəmə işi obyektiv, hər tərəfli və düzgün araşdırmadığından nəticədə ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, əvvəla mülki qanunvericilik servitut verilməsi barədə birbaşa məhkəməyə müraciət etmək hüququnu istisna edir. Bu barədə tərəflər öz aralarında azad surətdə müqavilə bağlamalıdırlar və müqavilə notarial qaydada təsdiq olunmalıdır. Hər hansı şəxsin servitut verilməsi ilə bağlı müqavilə bağlamağa məcbur edilməsi isə mülki qanunvericiliyin prinsiplərinə, ən əsası isə müqavilə azadlığı prinsipinə ziddir. Bundan başqa məlum edirəm ki, Saatlı rayon Aqrar Islahat Komissiyasının ## ### 1998-ci il tarixli ** saylı qərarı əsasında verilmiş JN-1222A, KOD 90801004 olan şəhadətnamə ilə iddiaçı İddiaçı və digərlərinin mülkiyyətinə Saatlı şəhərində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda mənim və ailə üzvlərimin mülkiyyətinə də JN-1221A, KOD 90801004 olan şəhadətnaməyə (sonradan həmin şəhadətnamə əsasında verilmiş RX ******* saylı reyestrdən çıxarışa) əsasən Saatlı şəhərində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir. Nəzərinizə çatdırıram ki, JN-1222A, KOD 90801004 olan şəhadətnamə ilə iddiaçının və digərlərinin mülkiyyətinə verilmiş 0,04 ha həyətyani torpaq sahəsinə ictimai yola (H.B.Zəradabi küçəsinə) piyada yolu (ictimai yol tərəfdən eni 2,20 metr, həyət tərəfdən isə eni 0,80 metr, uzunluğu isə 16 metr olan) nəzərdə tutulmuşdur. Bu onu göstərir ki, iddiaçının ictimai yola zəruri keçid kimi piyada yolu vardır. Lakin iddiaçı istəyir ki, onun həyətinə avtomobil yolu da olsun və buna görə də mənim və ailə üzvlərimin mülkiyyətində olan həyətyanı torpaq sahəsindən eni 4,5 metr, uzunluğu isə 16 metr olan yol istəyir. Məhkəmə isə iddiaçının Saatlı şəhərinə aid xəritə materiallarında və eyni zamanda iddiaçının JN-1222A, KOD 90801004 şəhadətnaməsində olan piyada yolunu (ictimai yol tərəfdən eni 2,20 metr, həyət tərəfdən isə eni 0,80 metr, uzunluğu isə 16 metr) nəzərə almadan iddiaçının əsassız iddiasını təmin edərək mənim və ailə üzvlərimin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsindən iddiaçıya eni 4,5 metr, uzunluğu isə 16 metr olan yol vermiş və həmin hissədə daimi və əvəzsiz servitut müəyyən etmişdir. Əslində məhkəmə iddiaçının mövcud olan piyada yolunun (ictimai yol tərəfdən eni 2,20 metr, həyət tərəfdən isə eni 0,80 metr, uzunluğu isə 16 metr) enini və uzunluğunu nəzərə almaqla ona zəruri keçid verməli idi. Məhkəmə isə iddiaçının piyada yolunun olmasını nəzərə almadan mülkiyyətimizdə olan həyətyanı torpaq sahəsindən iddiaçının istədiyi endə zəruri keçid müəyyən etmişdir. Məhkəmə iddiaçıya zəruri endə yox, məhz iddiaçının iddia ərizəsində göstərdiyi ölçüdə zəruri keçid verməsi qanuni deyildir. Belə ki, mülki qanunvericiliyin mülkiyyət hüququnun məhdudlaşdırılması və servitutla bağlı olan normalarında ictimai yola zəruri keçiddən bəhs edilir. Yəni adından da göründüyü kimi bu keçid ictimai yola zəruri keçid kimi ayrılır. Məsələn ictimai yola avtomobil yolu olmayan şəxsə zəruri endə avtomobil yolunun verilməsi kimi. Hamıya məlumdur ki, 3 metr eni olan (qeyd edim ki, mənim hazırda darvazamın eni 3 metrdir) yoldan avtomobillərin keçməsi mümkündür və eyni zamanda iddiaçının istifadə etdiyi darvazanın eni də 3,70 metrdir. Belə olduğu halda məhkəmə tərəfindən iddiaçıya eni nəzərə alınmadan, məhz iddiaçının tələbində göstərildiyi ölçüdə, yəni 4,5 metr enində zəruri keçid verilməsi də qanunsuzdur. Bundan başqa məhkəmə iddanı təmin edərkən qətnamədə heç bir maddi hüquq normasına əsaslanmadan servitutu əvəzsiz və daimi olaraq müəyyən etmişdir. Halbuki, mülkiyyət hüququnun məhdudlaşdırılmasından bəhs edən Mülki Məcəllənin 175-ci maddəsinə və servitutdan bəhs edən Mülki Məcəllənin 261-ci maddəsinə görə zəruri keçidin əvəzi tam ödənilməklə, kompensasiya verilməklə və servitut üçün haqq alınmaqla müəyyən edilməsi nəzərdə tutulmuşdur. Buna görə də məhkəmənin bu normaların tələblərini pozaraq servitutu əvəzsiz müəyyən etməsi qanunsuzdur. Eyni zamanda nəzərinizə çatdırıram ki, mülki qanunvericilkdə zərur keçidin və ya servitutun daimi olaraq müəyyən edilməsi anlayışı yoxdur və məhkəmə də bunu qətnaməsində əsaslandıra bilməmişdir. Məhkəmənin servitutu heç bir maddi hüquq normasına əsaslanmadan, yalnız öz mülahizələrinə əsasən daimi olaraq müəyyən etməsi qanunsuzdur. Göründüyü kimi iddiaçının ictimai yola zəruri keçidi olsa da, mənim və ailəmin həyətyanı torpaq sahəsi hesabına öz torpağını genişləndirmək istəyir. Bu isə qanunsuzdur və yol verilən deyildir”. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri b) Iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə etiraz göndərmiş, etirazını aşağıdakı kimi əsaslandırmışdır: “Iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsassızlığı hazırki iş üzrə cavabdeh cavabdeh1 hazırki mübahisədən əvvəlki “Darvazanın həyətyanı torpaq sahəsindən götürülməsi və cavabdehə qanunsuz hərəkətlər etməsinin qadağan edilməsi” tələbi ilə bağlı iddiası üzrə tərəflər arasında olmuş məhkəmə çəkişməsi üzrə yekun məhkəmə aktlarında öz əksini tapmış hüquqi mövqeyə zidd olmasından irəli gəlir. Belə ki, iddiaçı tərəfə məxsus yaşayış ünvanına, yəni Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsi, 40 ünvanında yerləşən həyət evinə küçədən giriş-çıxış üçün istifadə edilən yol və dəmir darvaza hələ 1960-cı illərdən mövcud olmuş, yəni vaxtilə ataları tərəfindən qoyulmuş və bütün ailə üzvləri tərəfindən istifadə edilmişdir. Lakin “ata yurdu” Saatlı rayon Aqrar-Islahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarı ilə bölündükdən sonra məlum olmuşdur ki, iddiaçı tərəfin payına aid edilən həyət evinə və onun yerləşdiyi torpaq sahəsinə yeganə giriş-çıxış yolu kimi istifadə edilən eni 4,5 metr, uzunluğu isə 16 metrdən ibarət olan torpaq sahəsi cavabdeh tərəfin payına düşmüşdur. Göstərilən fakt, eləcə də iddiaçı tərəfə məxsus həyətə və onun üzərindəki yaşayış evinə başqa heç bir giriş-çıxış yolunun olmadığı cavabdehlərə uzun illər əvvəl məlum olsa da, onlar 21 il sonra, yəni 2019-cu ildə hazırki iş üzrə iddiaçıya və onun ailə üzvlərinə qarşı Saatlı Rayon Məhkəməsində“Darvazanın həyətyanı torpaq sahəsindən götürülməsi və cavabdehə qanunsuz hərəkətlər etməsinin qadağan edilməsi tələbinə dair” iddia tələbi irəli sürmüş və həmin məhkəmənin ## ####### 2019-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin MK-nın (iş üzrə sədrlik edən Samir Mayılov, hakimlər Tofiq Heydərov, Pərviz Əhmədov) ##.##.2024-cü il tarixli, *(***)-*/**** saylı iş üzrə qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin yuxarıda göstərilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə göstərilən qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın ##.##.2024-cü il tarixli qərarı ilə qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2024-cü il tarixli *(***)-*/**** saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin MK-nın iş üzrə preyudisial əhəmiyyətə malik yuxarıda göstərilən qərarının əsaslandırıcı hissəsində göstərilmişdir ki, “.... işdən görünür ki, mübahisəli darvaza və darvazadan həyətə doğru 4,5 m enində 16 metr uzununda yol cavabdehin torpaq sahəsi və onun üzərində yerləşən evinə yeganə gediş-gəliş yoludur və işdə olan sənədlərdən görünür ki, Aqrar islahat zamanı iddiaçıların mülkiyyətinə torpaq sahəsi verilərkən onun üzərində bu darvaza və arxa sahəyə yol mövcud olmuşdur. Iddiaçı apellyasiya məhkəməsində veridyi izahatında bu faktı təsdiq edərək, darvazanın atası tərəfindən 1971-ci ildə qoyulduğunu və hamının istifadəsində olduğunu, 1998-ci ildə isə həmin hissənin onun mülkiyyətinə keçdiyini, lakin darvaza bağlansa, kənarda cavabdehin 1,2 metr piyada yolu qalacağını və bunun ona kifayət etdiyini bildirib. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilən zaman həmin torpaq sahəsindən arxada yerləşən cavabdehin ailəsinə məxsus torpaq sahəsinə keçid mövcud olmuş, iddiaçı 1998-ci ildən bəri darvaza və yoldan istifadəyə heç bir etiraz etməmişdir. Belə olan halda isə məhkəmələr tərəfindən iddia tələbinə Mülki Məcəllənin 560-cı maddəsinin (yəni hüquqdan suiistifadə-id.) tələbləri baxımından hüquqi qiymət verilməmişdir. Həmçinin həm iddiaçılara məxsus JN-****A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə, həm ##.##.2013-cü ildə iddiaçıların əmlakına dair tərtib edilmiş texniki pasportdakı situasiya planında iddiaçının torpaq sahəsinin yan tərəfindən iddiaçının torpaq sahəsinin arxasında yerləşən, hazırda cavabdehin istifadəsində olan torpaq sahəsinə keçid olduğu sxematik planlardan görünür... Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, sadəcə həmin yol və darvazanın yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatları daxilində yerləşməsinə istinad edərək cavabdehin qeydə alınmış servitut hüququnun olmamasına görə mövcud yolun bağlanması qənaətinə gəlinməsi və bu zaman cavabdehin öz mülkiyyətindən istifadəsinə maneə yaranacağı ilə yanaşı, həmçinin hər hansı fövqəladə hal (yanğın və s.) zamanı insanların həyat və sağlamlığı üçün təhlükə yaratmış olacağı ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, darvazanın və yolun iddiaçıların mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi müəyyən edildiyi təqdirdə belə cavabdehin başqa yolu olmadığına görə servitut müəyyən edilənə qədər onun Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan qaydada zəruri keçidlə təmin edilməsi məsələsinin məhkəmələr tərəfindən müzakirə edilməsi zəruri olmuşdur. Göstərilən normaya və kassasiya instansiyasının qərarında yuxarıda əks olunmuş mövqeyə rəğmən qeyd edilməlidir ki, iddiaçı tərəf göstərilən yeganə giriş-çıxış yolundan və darvazadan Saatlı rayon Aqrar-Islahat Komissiyasının ## ### 1998-ci il tarixli, ** saylı qərarından (yəni paylar müəyyən edildikdən sonra) 21 il ərzində maneəsiz istifadə etdiyi halda, hazırki iddia tələbi üzrə cavabdehlər yalnız 2019-cu ildə yuxarıda göstərilən iddianı qaldırmaqla hüquqdan sui-istifadə etmişlər. Belə ki, onlar 21 il ərzində susmuş, mənə qətiyyən öz etirazlarını bildirməmişlər ki, mən onların həmin mövqeyinə, yəni rəftarına güvənmişəm. Yuxarıda göstərilən qərar əsasında işə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası kassasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qərarındakı hüquqi mövqenin mahiyyəti baxımından hüquqi araşdırma apardıqdan sonra ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnamə ilə tərəfimdən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək Iddiaçılar cavabdeh1, cavabdeh4, cavabdeh2, Zeynalova (Şahbazova) Ayşən Mirxəlil qızının mənə qarşı “Darvazanın həyətyanı torpaq sahəsindən götürülməsi və cavabdehə qanunsuz hərəkətlər etməsinin qadağan edilməsi tələbinə dair” iddialarının təmin edilməməsi barədə qətnamə qət etmişdir (həmin qətnamədən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir). Yuxarıda göstərilənlər, yəni preyudisial qüvvəsi olan kassasiya və apellyasiya instansiyaları məhkəmələrinin aktlarında əks olunan hüquqi mövqe baxımından hesab edirik ki, 1998-ci ildən bəri iddiaçı tərəfindən həyət evinə yeganə giriş-çıxış yolu kimi istifadə etdiyi eni 4,5 metr, uzunluğu isə 16 metr olan torpaq sahəsi üzərində servitut hüququnun birinci instansiya məhkəməsi tərəfindən tanınması bütünlüklə qanuni və əsaslıdır. Lakin hazırki mübahisə halında servitut, faktiki olaraq uzun illərdir ki, “de-fakto” mövcuddur və bu hal qüvvədə olan preyudisial əhəmiyyətli məhkəmə aktları ilə təsdiq edilir. Hazırki iddia tələbi isə “de-fakto” mövcud olan servititun “de-yure”, yəni hüquqi cəhətdən rəsmiləşdirilməsi məqsədi ilə qaldırılmışdır. Ona görə də hesab edirik ki, cavabdehin apellyasiya şikayətində göstərilənlər subyektiv və formal mülahizələr olmaqla mübahisənin premetindən yayınmaq məqsədi ilə verilmişdir. Bütün yuxarıda qeyd edilənlərə əsaslanaraq Saatlı rayon Məhkəməsinin e-*(***)- ****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin rədd edilməsi və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirik”. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, qarşı tərəfin həmin yolun bağlanması, darvazanın qaldırlması barədə iddiaları olub. Həmin iddia ilə bağlı Ali Məhkəmənin qərarı var. Qərarda mövqe budur ki, həmin yolun bağlanması evə giriş-çıxış üçün məhdudiyyət yaradır. Buna görə də, yol bağlana bilməz. Ali Məhkəmənin qərarında Aqrar Islahat Komissiyasının qərarı ilə həmin yolun bir hissəsinin İddiaçı payına düşməsi müəyyən edilir. Tərəf uzun müddət ərzində susub, mübahisələndirməyib, servitututla bağlı mübahisə açmayıb. Uzun müddət sonra iddia qaldırılıb, iddia təmin edilsə də, Ali Məhkəmənin göstərişi ilə qətnamə ləğv edilib iddia rədd edilib. 2022-ci ilə qədər tərəf həmin yoldan istifadə edib. 2022-ci ildən sonra qarşı tərəf iddia qaldırıb, mübahisələndirib. Mütəxəssis rəyi doğru deyil, mütəxəssis qarşısında qoyulmuş sual da işə aid qoyulmayıb. Əgər şəxsin yolu olmasa, gəlib elan etsəydi servitut imkanı verilsin onda nə qədər yol verilə bilər sualı doğru olardı. Ali Məhkəmənin qərarı darvazanın götürülməsi, bağlanması barədə preyudisial əhəmiyyət daşıyır. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə oğlu əlavə olaraq bildirmişdir ki, 4,5 m enində və 16 m uzunluğunda olan yol əvvəldən istifadədədir və həmin sahənin mülkiyyətçisi cavabdehdir. O, servitutun əvəzsiz olaraq tanınmasını tələb etdiklərini, həmin yoldan özlərinin istifadə etdiyini və qarşı tərəfin bununla bağlı iddia qaldırmadığını qeyd etmişdir. Həmçinin bildirmişdir ki, servitutun əvəzli olması barədə qarşı tərəf iddia qaldırmamış və tələb irəli sürməmiş, onlar da belə bir təklif verməmişlər. Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir. Vəkilin bildirdikləri ilə razıdır. Əlavəsi yoxdur. Apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh1 izahatında bildirdi ki, apellyasiya şikayətini müdafiə edir, əlavə olaraq qeyd etmişdir ki, servitut olaraq torpaq sahəsini dəyişməyə də, qarşılığında ödəniş edilməsinə də razıdır. Birinci instansiya məhkəməsində də bunu təklif etmiş, lakin qarşı tərəf razı olmamışdır. Həmçinin qiymətin bazar qiymətlərinə uyğun olaraq müəyyən edilməsini təklif etmişdir. Lakin razılıq əldə edilməmişdir. Apellyasiya baxışında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, apellyasiya şikayətini müdafiə edir. Tərəflər qardaşdır, onların qonşu həyətyanı torpaq sahələri var. Əvvəl bir həyət olsa da, hal-hazırda ayırıblar. Iddiaçı 20 ildir və hazırda həmin torpaq sahəsində yaşamır. Həyətdən istifadə edilməmisini təsdiq edən fotoşəkillər var. 4,5 m enində 16 m uzunluğunda hüquqlarını müdafiə etdiyim şəxsin torpaq sahəsini qarşı tərəf qanunsuz istifadə edirdi, özünə məxsus olmasını iddia edirdi. Bununla bağlı iddiaları, məhkəmə mübahisələri olub. Sonunda İddiaçı qəbul etdi ki, torpaq sahəsi cavabdeh1 məxsusdur, servutut tələbini qoymaqla da bunu etiraf edir. Iddiaçı topraq sahəsinə giriş-çıxış yolu əldə etmək üçün tələb irəli sürüb. cavabdeh1 380 m2 torpaq sahəsi var, onun yarısını fərdi yaşayış evi tutur. Iddiaçı tərəf şəxsin özünə məxsus torpaq sahəsində abadlaşdırma işləri aparmasına maneə olur, gediş-gəliş yolu olduğunu bildirir. Mütəxəssis rəyindən də məlum olur ki, 371 m2 –dən əlavə də 17 m2 torpaq sahədə sanitar qovşaq var, həmin hissə istifadə edilmir. Həmin tikilinin sökülüb cavabdeh tərəfindən istifadə edilməsi mümkündür. Bildirilən tikililər söküləndən sonra 17 m2 sahə istifadə edilə bilər əlavə olaraq 15 m2 sahə də servitut qaydasında istifadə edilə bilər. Mütəxəssis rəyində də göstərilən kimi 2 m enində 16 m uzunluğunda ümumilikdə 32 m2 yol verilə bilər. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Vəkil sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, müdafiə etdiyi tərəf özü də torpaq sahəsini əvəzli olaraq verməyə razıdır. Torpaq sahəsinin başqa torpaq sahəsi qarşılığında dəyişdirilməsi və ya bazar qiymətlərinə uyğun ödəniş müqabilində razılığa gələ bilərlər. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, hədlərə qiymət verməmişdən öncə ilk növbədə apelyasiya qaydasında verilən şikayətin obyekti və predmeti aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair **/**** saylı, ## ####### 2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, apelyasiya və kassasiyanın hədlərini tənzimləyən yuxarıda istinad edilən mülki prosessual hüquq normalarından və Konstitusiya Məhkəməsi Plenumunun apelyasiyanın və kassasiyanın hədləri ilə bağlı müəyyən etdiyi hüquqi mövqelərdən göründüyü kimi, prosessual doktrina məhkəmələrin qətnamənin yoxlanılmasını şikayəti verən şəxsə (in personum) münasibətdə deyil, mübahisələndirilən hissədə (in rem) həyata keçirilməsini müəyyən etmişdir. Beləliklə, məhkəmə tərkibi həm prosessual qanunvericiliyin tələblərini, həm də həmin tələblərə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə aktları şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissəyə münasibətdə yoxlanılmalıdır. Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətçi qətnamənin yalnız öz ideal payına aid hissəsini deyil, iddianın təmin edilməsini və cavabdehlərin ümumi mülkiyyətində olan torpaq sahəsinin konkret hissəsində servitutun müəyyən edilməsini bütövlükdə mübahisələndirmişdir. Qətnamə ilə ayrı-ayrı həmmülkiyyətçilərin paylarına uyğun müstəqil servitutlar deyil, ümumi mülkiyyətdə olan torpaq sahəsinin konkret hissəsinə vahid yüklülük yaradılmışdır. Ideal pay fiziki olaraq müəyyən edilmiş torpaq hissəsi olmadığından servitutun bir həmmülkiyyətçiyə münasibətdə aradan qaldırılıb digər birgə mülkiyyətçilərə münasibətdə saxlanılması mümkün deyildir. Bu səbəbdən mübahisənin predmeti bölünməz hesab edilməli və qətnamə MPM-in 372.6-cı maddəsinə əsasən bütövlükdə yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Maddə 138.1. Əşyanın yüklülüyü- qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır. Maddə 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Maddə 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Maddə 175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Maddə 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Maddə 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Maddə 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Maddə 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Maddə 261.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Maddə 261.2. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4.-cü maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə qiymətləndirmə apararaq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə qiymətləndirməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmadan maddi və prosessual hüquq normalarını yanlış tətbiq və təfsir etmişdir. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə ## ###### 1992-ci il tarixli Qərarı; X4rşı iş üzrə ## ###### 1999-cu il tarixli Qərarı). Kollegiya ilk növbədə servitut institutunun hüquqi mahiyyətini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Servitut özgə daşınmaz əşyasından məhdud istifadə hüququ verən əşya hüququdur. Onun mahiyyəti ondan ibarətdir ki, bir daşınmaz əşyanın mülkiyyətçisinə digər daşınmaz əşyanın müəyyən və məhdud hissəsindən konkret məqsədlə istifadə etmək imkanı verilir. Servitut mülkiyyət hüququnu aradan qaldırmır və yüklü olan daşınmaz əşyanın mülkiyyətçisini sahiblik, istifadə və sərəncam hüquqlarından məhrum etmir. Lakin servitut həmin mülkiyyətçinin əmlakından istifadə imkanlarını müəyyən həddə məhdudlaşdırır. Servitut adi razılıq, icazə və ya faktiki dözümlülükdən fərqlənir. Uzun müddət ərzində qonşunun torpaq sahəsindən faktiki istifadə edilməsi hələ öz-özlüyündə servitutun yaranması demək deyildir. Servitut konkret daşınmaz əşya ilə bağlı olan, onun məzmunu, yeri, hüdudları, istifadə qaydası və müddəti müəyyən edilməli olan hüquqi yüklülükdür. Mülki Məcəllənin 258.1–258.3-cü maddələrinin tələblərinə görə servitutun müddəti və şərtləri müəyyən edilməli, servitutun yeri daşınmaz əmlakın planında göstərilməli və onun məzmunu dövlət reyestrində qeyd olunmalıdır. Hazırkı mübahisədə iddiaçının tələb etdiyi hüquq şəxsin sırf şəxsi istifadəsinə deyil, iddiaçıya məxsus daşınmaz əşyanın istifadəsinin təmin edilməsinə yönəldiyindən, söhbət əşya xarakterli servitutdan gedir. Belə servitut şəxsin özündən daha çox, faydalanan daşınmaz əşya ilə bağlı olur və həmin əşyanın sonrakı mülkiyyətçisinə də keçə bilir. Bu səbəbdən servitutun müəyyən edilməsi yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi üçün davamlı hüquqi nəticələr yaradır və onun şərtləri məhkəmə tərəfindən xüsusilə dəqiq müəyyən edilməlidir. Servitutun əsas prinsiplərindən biri onun zərurilik və mütənasiblik xarakteridir. Servitut yalnız o halda müəyyən edilə bilər ki, faydalanan daşınmaz əşyanın istifadəsi başqa üsulla təmin olunmasın və servitut həmin əşyanın istifadəsi üçün real və zəruri imkan yaratsın. Lakin daşınmaz əşyanın istifadəsinin müəyyən formada çətinləşməsi mülkiyyətçiyə qonşunun torpaq sahəsindən istənilən ölçüdə və istənilən şərtlərlə istifadə etmək hüququ vermir. Servitutun hüdudları faydalanan şəxsin real ehtiyacları ilə məhdudlaşmalıdır. Bu zaman yüklü olan daşınmaz əşyanın mülkiyyətçisinin hüquqları, əmlakdan istifadə imkanları və ona dəyən məhdudiyyətin həcmi də nəzərə alınmalıdır. Mülki Məcəllənin 257.1-ci maddəsində servitutdan faydalanan şəxsin öz hüququndan elə istifadə etməli olduğu təsbit edilmişdir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. Qeyd olunan baxımdan servitutun müəyyən edilməsi zamanı məhkəmə yalnız “keçidə ehtiyacın olub-olmaması” məsələsini deyil, həm də aşağıdakı halları müəyyən etməlidir: keçidin hansı hissədən keçməsi, onun zəruri eni və uzunluğu, piyadaların və ya nəqliyyat vasitələrinin istifadəsinin mümkün olub-olmaması, həmin keçidin yüklü olan sahəyə vurduğu məhdudiyyət, alternativ keçidin mövcudluğu, servitutun müddəti, istifadə şərtləri və mülkiyyətçiyə ödənilməli əvəz. Iş üzrə apellyasiya icraatında alınmış mütəxəssis rəyindən görünür ki, iddiaçıya məxsus JN- ****A nömrəli torpaq sahəsinin ictimai yola çıxışı elektron kadastr məlumatlarında hər hansı tərəfdən əks olunmamışdır. Bununla yanaşı, qeydiyyatda olan 371 kvadratmetr sahədən əlavə 17 kvadratmetr sahənin mövcud olduğu və həmin sahənin keçid kimi istifadə edilə biləcəyi müəyyən edilmişdir. Mütəxəssis rəyində həmçinin göstərilmişdir ki, cavabdehin torpaq sahəsindən 15 kvadratmetr sahə əlavə edilməklə ümumilikdə 32 kvadratmetr ölçüdə, 2 metr enində və 16 metr uzunluğunda keçid təşkil etmək mümkündür. Rəydə iddiaçıya məxsus sahənin digər tərəflərdən qonşu həyətyanı sahələrlə əhatə olunduğu, cavabdehin sahəsindən keçid olmadan başqa səmərəli keçidin təşkilinin mümkün olmadığı və qonşu sahəyə müdaxilə edilmədən keçidin ayrılmasının mümkün olmadığı qeyd edilmişdir. Kollegiya həmin mütəxəssis rəyini əsaslı və mötəbər hesab edir. Rəy yerində aparılmış ölçmələrə, elektron kadastr məlumatlarına, ortofoto materiallara və torpaq sahələrinin planlarına əsasən hazırlanmışdır. Rəydə göstərilən nəticələr sxemlə əyani şəkildə təsdiq edilmiş, mümkün keçidin konkret ölçüləri müəyyən olunmuşdur. Iddiaçı tərəfin rəyə etirazı isə ümumi xarakter daşımış, rəyin hansı hissəsinin faktiki və ya texniki baxımdan səhv olduğu göstərilməmiş və onun nəticələrini təkzib edən mötəbər sübut təqdim olunmamışdır. Mülki Məcəllənin 175.1-ci maddəsinə əsasən, torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola keçidi olmadıqda, o, qonşularından tam əvəz ödənilməklə zəruri keçid ayrılmasını tələb edə bilər. Həmin maddədə zəruri keçid müəyyən edilərkən qarşılıqlı mənafelərin nəzərə alınması da nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 175.2-ci maddəsinə görə isə sahəsindən zəruri yol keçən qonşulara müvafiq kompensasiya ödənilməlidir. Bu normalardan aydın olur ki, zəruri keçid institutu yalnız qonşu torpaq sahəsinin mülkiyyətçisinin əmlakından istifadə edilməsini deyil, həmin istifadəyə görə mülkiyyətçiyə tam və ya müvafiq əvəz verilməsini də nəzərdə tutur. Kompensasiya bu münasibətlərdə könüllü xarakter daşıyan əlavə ödəniş deyil, yüklü olan mülkiyyətçinin əmlak hüquqlarının məhdudlaşdırılması ilə bağlı hüquqi tarazlığın təmin edilməsinə xidmət edən əsas elementdir. Kompensasiyanın məqsədi servitutla yüklü olan mülkiyyətçiyə dəyən məhdudiyyətin əvəzini ödəmək, onun əmlakından üçüncü şəxsin istifadəsi nəticəsində yaranan itkiləri və məhdudiyyətləri tarazlaşdırmaqdır. Kompensasiya cəza, zərər əvəzi və ya torpaq sahəsinin alqı-satqı qiyməti ilə eyniləşdirilməməlidir. Lakin bu, onun ödənilməməsi demək deyildir. Kompensasiyanın konkret məbləği servitutun sahəsinə, müddətinə, istifadə formasına, mülkiyyətçinin əmlakdan istifadə imkanlarının nə dərəcədə məhdudlaşmasına və digər konkret hallara uyğun müəyyən edilməlidir. Mülki Məcəllənin 261.1-ci maddəsinə əsasən, müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi servitutdan faydalanan şəxsdən sahədən istifadə üçün haqq tələb edə bilər. Məcəllənin 261.2-ci maddəsində isə haqqın miqdarının tərəflərin razılığı ilə, razılığa gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. Bu normaların birlikdə təhlili göstərir ki, servitutun əvəzsiz olması yalnız tərəflər arasında belə razılaşma olduqda və ya işin konkret hallarından belə nəticə çıxarmağa imkan verən hüquqi əsas mövcud olduqda mümkün ola bilər. Hazırkı işdə isə tərəflər arasında cavabdehin torpaq sahəsindən əvəzsiz istifadə barədə hər hansı müqavilənin mövcudluğu müəyyən edilməmişdir. Əksinə, apellyasiya baxışı zamanı cavabdeh cavabdeh1 vermiş olduğu izahatla müəyyən olunur ki, cavabdeh cavabdeh1 keçidin verilməsinə prinsip etibarilə qarşı çıxmamış, lakin bunun yalnız kompensasiya müqabilində mümkün olduğunu bildirmişdir. Cavabdeh torpaq sahəsinin dəyişdirilməsinə və ya torpaq sahəsindən istifadə üçün bazar dəyərinə uyğun ödəniş edilməsinə razı olduğunu qeyd etmişdir. Cavabdehin nümayəndəsi də eyni mövqeni müdafiə etmişdir. Cavabdeh tərəfindən bu mövqe birinci instansiya məhkəməsində də ifadə edilmiş, lakin iddiaçı tərəf həmin təklifi qəbul etməmişdir. Iddiaçı və onun nümayəndəsi apellyasiya iclasında servitutun yalnız əvəzsiz müəyyən edilməsini tələb etdiklərini, kompensasiya ödəməyə razı olmadıqlarını açıq şəkildə bildirmişlər. Iddiaçı tərəf həmçinin keçidin cavabdehin mülkiyyətində olan sahədən keçdiyini təsdiq etmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cavabdehin mövqeyi keçidin tamamilə bağlanmasına və ya iddiaçının sahəsinə çıxışının mümkünsüzləşdirilməsinə yönəlməmişdir. Cavabdeh faktiki olaraq keçidin müəyyən şərtlərlə verilməsinə hazır olduğunu bildirmiş, lakin öz mülkiyyət hüququnun məhdudlaşdırılmasına görə kompensasiya tələb etmişdir. Mübahisənin əsasını da məhz bu məsələ servitutun əvəzsiz, yoxsa kompensasiya müqabilində müəyyən edilməsi təşkil edir. Birinci instansiya məhkəməsi isə cavabdehin kompensasiya tələbini və iddiaçının kompensasiya ödəməkdən imtinasını ümumiyyətlə hüquqi baxımdan qiymətləndirməmişdir. Qətnamədə servitutun nə üçün əvəzsiz müəyyən edildiyi, cavabdehin haqq tələb etmək hüququnun hansı əsasla aradan qaldırıldığı və tərəflər arasında kompensasiya ilə bağlı razılaşmanın olmamasının nəticələrinin nədən ibarət olduğu göstərilməmişdir. Birinci instansiya məhkəməsi 4,5 metr enində və 16 metr uzunluğunda, yəni 72 kvadratmetr sahəni əhatə edən keçid müəyyən etmişdir. Halbuki mütəxəssis rəyində iddiaçının ehtiyacının 2 metr enində və 16 metr uzunluğunda, ümumilikdə 32 kvadratmetr sahəni əhatə edən keçidlə təmin edilə biləcəyi göstərilmişdir. Birinci instansiya məhkəməsi daha geniş keçidin zəruri olduğunu əsaslandırmamış, 4,5 metr enin hansı texniki və ya hüquqi zərurətdən irəli gəldiyini müəyyən etməmişdir. Iddiaçı tərəfin əvvəllər həmin keçiddən faktiki istifadə etməsi də 4,5 metr enində sahənin daimi və əvəzsiz servitutla yüklü edilməsinə əsas vermir. Məhkəmə kollegiyası bununla qeyd edir ki, faktiki istifadə ilə hüquqi servitut arasında fərq vardır. Faktiki istifadə müəyyən dövr ərzində qonşunun etiraz etməməsi və ya mövcud keçiddən istifadə edilməsi ilə bağlı ola bilər. Hüquqi servitut isə mülkiyyətçinin əmlakına konkret məzmunlu və davamlı yüklülük gətirir. Bu yüklülüyün hüdudları yalnız faktiki istifadə ilə deyil, zərurilik, mütənasiblik və kompensasiya prinsipləri ilə müəyyən edilməlidir. Əvvəlki məhkəmə işləri üzrə qəbul edilmiş məhkəmə aktları tərəflər arasında əvvəlki dövrdə darvaza və keçidin mövcudluğunu, habelə həmin keçidin iddiaçının sahəsinə çıxış baxımından əhəmiyyətini təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Lakin həmin işlərin predmetindən görünür ki, orada iddiaçıya daimi, əvəzsiz və konkret ölçüdə servitut hüququ verilməmişdir. Əvvəlki məhkəmə aktları ilə hazırkı işdə mübahisələndirilən servitutun hüquqi statusu, onun əvəzli və ya əvəzsiz olması, keçidin dəqiq eni və sahəsi, kompensasiyanın məbləği və ödənilmə qaydası həll edilməmişdir. Buna görə əvvəlki iş üzrə müəyyən edilmiş faktiki halların hazırkı işə preyudisial təsiri servitutun bütün şərtlərinin avtomatik müəyyən edilməsi kimi başa düşülə bilməz. Belə ki, əvvəlki məhkəmə işləri üzrə qəbul edilmiş məhkəmə aktları iddiaçıya əvəzsiz servitut verilməsi barədə artıq müəyyən olunmuş halın mövcdud olması kimi qiymətləndirilə bilməz. Həmin hallar zəruri keçid məsələsinin araşdırılmasına aid olmuşdur. Zəruri keçid məsələsi araşdırılarkən isə Mülki Məcəllənin 175.1 və 175.2-ci maddələrinin tələblərinə uyğun olaraq kompensasiya məsələsi də mütləq həll edilməlidir. Mülki Məcəllənin 261.2-ci maddəsinə əsasən razılıq əldə edilmədikdə haqqın məhkəmə tərəfindən müəyyən edilə bilməsi kollegiyanın bu nəticəsinə zidd deyildir. Həmin norma məhkəməyə kompensasiyanın məbləğini müəyyən etmək səlahiyyəti verir, lakin servitutun əvəzsiz müəyyən edilməsinə əsas vermir. Əksinə, tərəflər arasında razılaşma olmadıqda məhkəmə kompensasiyanın məbləğini və ödənilmə qaydasını sübutlar əsasında müəyyən etməlidir. Hazırkı iş üzrə isə iddiaçı tərəf kompensasiya müqabilində servitut müəyyən edilməsini istəməmiş, əksinə, ödənişsiz və daimi servitut tələb etmişdir. Bu halda məhkəmənin öz təşəbbüsü ilə iddiaçının tələb etmədiyi ödənişli servitut yaratması, kompensasiyanın konkret məbləğini müəyyən etməsi və iddianın məzmununu dəyişdirməsi mümkün deyildir. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddiaçının açıq şəkildə imtina etdiyi ödənişli servitutu onun əvəzinə müəyyən edə bilməz. Iddiaçının tələb etdiyi servitut üç əsas elementlə xarakterizə olunur: servitutun daimi olması, əvəzsiz olması və 4,5 metr enində, 16 metr uzunluğunda keçidi əhatə etməsi. Bu elementlərdən hər hansı birinin dəyişdirilməsi iddianın sadəcə texniki dəqiqləşdirilməsi deyil, tələb olunan hüququn məzmununun dəyişdirilməsi deməkdir. 4,5 metr enində əvəzsiz servitutun əvəzinə 2 metr enində ödənişli servitut müəyyən edilməsi məhkəmənin iddianı qismən təmin etməsi deyil, başqa məzmunlu hüquqi nəticə yaratması olardı. Servitutun daimi xarakter daşıması da kompensasiya öhdəliyini aradan qaldırmır. Əksinə, daimi servitut mülkiyyətçinin əmlakına daha uzunmüddətli və davamlı məhdudiyyət gətirdiyindən, onun şərtləri, hüdudları və kompensasiya məsələsi daha əsaslı şəkildə müəyyən edilməlidir. Mülki Məcəllənin 258.1-ci maddəsinə əsasən servitutun məzmununa onun qüvvədə olma müddəti və şərtləri daxildir. Birinci instansiya məhkəməsi isə daimi servitut müəyyən etməsinin səbəblərini, bunun cavabdehin mülkiyyət hüququna təsirini və kompensasiyanın nə üçün nəzərdə tutulmadığını əsaslandırmamışdır. Mülki Məcəllənin 257.1-ci maddəsində nəzərdə tutulan yüklü olan mülkiyyətçinin mənafelərinin qorunması prinsipi də birinci instansiya məhkəməsinin nəticəsi ilə uzlaşmır. Mütəxəssis rəyinə əsasən iddiaçının keçid ehtiyacı 32 kvadratmetr sahə ilə təmin edilə bildiyi halda, cavabdehin 371 kvadratmetr qeydiyyatda olan sahəsinin 72 kvadratmetr hissəsinin daimi və əvəzsiz yüklü edilməsi zəruri minimum həddi aşır. Bu cür yüklülük həm sahənin ölçüsü, həm də kompensasiyanın nəzərdə tutulmaması baxımından cavabdehin mülkiyyət hüququna əsassız və mütənasibsiz müdaxilə yaradır. Iddiaçının öz əmlakından istifadə imkanının təmin edilməsi cavabdehin mülkiyyət hüququnun tamamilə nəzərə alınmaması hesabına həyata keçirilə bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Iddiaçı 4,5 metr enində keçidin zəruri olduğunu, həmin ölçünün daha kiçik keçidlə əvəz edilə bilməyəcəyini və servitutun əvəzsiz müəyyən edilməsinə hüquqi əsasların mövcudluğunu sübut etməli idi. Lakin iş üzrə alınmış mütəxəssis rəyi əksinə, daha az sahəni əhatə edən keçidin mümkün və kifayət olduğunu göstərmişdir. Birinci instansiya məhkəməsi MPM-in 220.4-cü maddəsinin tələblərinə uyğun olaraq tərəflərin dəlillərini, xüsusilə cavabdehin kompensasiya tələbini və iddiaçının bu tələbdən imtinasını əsaslandırılmış şəkildə qiymətləndirməmişdir. Qətnamədə kompensasiyanın ödənilməməsinin hüquqi nəticələri göstərilməmiş, servitutun əvəzsiz müəyyən edilməsinin hansı normaya əsaslandığı izah edilməmişdir. Apellyasiya icraatında alınmış mütəxəssis rəyi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığını göstərir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları tam yoxlamaq və əlavə təqdim olunmuş sübutları qiymətləndirmək səlahiyyətinə malikdir. Kollegiya həmin səlahiyyət çərçivəsində mütəxəssis rəyini, tərəflərin izahatlarını, əvvəlki məhkəmə aktlarını və daşınmaz əmlakın mülkiyyət sənədlərini birlikdə qiymətləndirir. Beləliklə, iş üzrə iddiaçının keçidə ehtiyacı müəyyən olunsa da, onun tələb etdiyi daimi, əvəzsiz və 4,5 metr enində servitutun müəyyən edilməsi üçün qanuni və faktiki əsaslar mövcud deyildir. Cavabdeh keçidin verilməsinə yalnız kompensasiya müqabilində razı olduğunu bildirmiş, iddiaçı isə kompensasiya ödəməkdən imtina etmişdir. Bu vəziyyətdə birinci instansiya məhkəməsinin cavabdehin mülkiyyətində olan sahəni əvəzsiz olaraq servitutla yüklü etməsi Mülki Məcəllənin 175.1, 175.2, 255.6, 257.1, 258.1, 261.1 və 261.2-ci maddələrinin tələblərinə uyğun deyildir. Kollegiya qeyd edir ki, hazırkı nəticə iddiaçının zəruri keçidə olan ehtiyacının ümumiyyətlə mövcud olmadığını deyil, məhz onun irəli sürdüyü əvəzsiz, daimi və 4,5 metr enində servitut tələbinin bu iş üzrə təmin edilə bilməməsini ifadə edir. Iddiaçının keçid ehtiyacı kompensasiya məsələsi, keçidin zəruri minimum ölçüsü və digər hüquqi şərtlər nəzərə alınmaqla ayrıca qiymətləndirilə bilərdi. Lakin məhkəmə iddiaçının irəli sürmədiyi ödənişli servitutu onun əvəzinə müəyyən edə bilməz. MPM-in 385.1.1–385.1.4-cü maddələrində nəzərdə tutulan əsaslar, yəni maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların tam aydınlaşdırılmaması, məhkəmənin müəyyən etdiyi halların sübut edilməməsi və qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi mövcuddur. Bu səbəbdən MPM-in 384.0.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya həmçinin qeyd edir ki, məhkəmədə iddia qaldırmaq və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları və digər xərclər tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 405 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh4, cavabdeh2 və cavabdeh3 qarşı qanuni istifadədə olan həyət evinə və onun yerləşdiyi torpaq sahəsinə mövcud giriş-çıxış yolu üzərində servitut hüququnun tanınması tələbinə dair iddiası rədd edilsin. Iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onu ödəmiş tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-322/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-322/2026
02.09.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver