Məhkəmə qərarları › İş №2(3-9)-346/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-346/2026

09.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-346/2026 09.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı gediş-gəliş yolunun açılması və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsindən cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: JN-291 KOD ******** №-li Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Beyləqan rayon Aqrar İslahat komissiyasının ## ###### 1997-ci il tarixli ** saylı qərarı əsasında 0,17 ha torpaq sahəsi Beyləqan rayonu Birinci Aşıqlı kənd sakini iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 mülkiyyətinə verilmişdir. Beyləqan rayon 1-ci Aşıqlı Bələdiyyəsinin ** saylı ## ###### 2024-cü il tarixli arayışından görünür ki, Beyləqan rayon Birinci Aşıqlı kənd sakini iddiaçı6 xüsusi mülkiyyətində JN ***B nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə 0,17 ha həyətyanı torpaq sahəsi vardır. Həyətyanı sahənin bir tərəfində dren kanal yerləşir. Dren kanala həyətyanı torpaq sahəsi arasında kanalın qorunma sahəsi yerləşir. Onun sağ və sol qonşuluğunda olan həyətyanı torpaq sahələri cavabdeh1 və cavabdeh2 məxsusdur. Həmin həyətyanı torpaq sahələri sahibləri kanala öz sahələri arasındakı qorunma sahələrini həyətyanı sahələrinə daxil edərək istifadə edirlər. Lakin iddiaçı6 öz həyətyanı sahəsi ilə kanal arasındakı ərazini öz torpaq sahəsinə qataraq hasarlamamışdır. Lakin həmin ərazi onun həyətyanı torpaq sahəsinə bitişik olduğundan onun nəzarətində olmalıdır. Başqa qonşuların həmin ərazini istifadə etməsi qeyriqanunidir. Buna baxmayaraq, qonşular iddiaçı6 həyətyanı torpaq sahəsinə bitişik olan kanalın qorunma sahəsində öz şəxsi təsərrüfatları üçün istifadə edir şəxsi təsərrüfatlarındakı malqaranın tullantısını tökürlər ki, bu da ümumi yaşayış qaydalarına ziddir. Birinci Aşıqlı bələdiyyəsi tərəfindən hər iki qonşuya xəbərdarlıq edilmiş, onlara öz təsərrüfatlarının tullantılarını götürərək öz torpaq sahələrinin aşağısında zəbt etdikləri kanalın qorunma sahəsinə tökmələri tələb edilmişdir. Lakin həmin şəxslər tələbi icra etməmişlər. Bu da qonşular arasında narazılığa səbəb olmuşdur. Bildirirlər ki, kanal boyu kanalın qorunma sahəsi hər bir həyətyanı torpaq sahəsi sahiblərinin istifadəsində olması məqsədəuyğundur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publiki Hüquqi Şəxsi * saylı Beyləqan Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyindən görünür ki, iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı4ə Zakir qızının və iddiaçı1 Beyləqan rayonu Birinci Aşıqlı kəndində yerləşən kodu 60700058 JN-291B olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onlara verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. iddiaçı6 və ailə üzvlərinə məxsus 0.17 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun ərazisi X3 Uçotu İnformasiya Sistemində həmin ərazidən çəkilmiş kollektorun ərazisi (mühafizə zolağı) kimi qeyd edilmişdir. iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı4ə Zakir qızının və iddiaçı1 Beyləqan rayonu Birinci Aşıqlı kəndində yerləşən kodu 607 00058, JN-291B olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onlara verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun bir hissəsi cavabdeh2 tərəfindən istifadə edilir. Qeyd edilən ərazidə cavabdeh2 tərəfindən taxtadan inşa edilmiş şifer örtüklü 18 kv.m (3m x 6m) ölçüdə tövlə (talvar) mövcuddur və həmin ərazidən iddiaçı6 məxsus həyətyanı torpaq sahəsinə gediş-gəlişə maneə yaradır. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və cavabdeh1 tərəfindən Beyləqan rayonu Birinc Aşıqlı kəndində yerləşən kodu 60700058, JN-291B olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onlara verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolunun açılması, çadırdan tikilmiş qanunsuz tikilinin, daşdan olan hasarın, bünövrənin sökülməsi, müxtəlif növ təsərrüfat tullantılarının tökülməsinin qadağan edilməsi və həyətyanı torpaq sahəsindən istifadəyə olan maneəçiliklərin - müdaxilənin aradan qaldırılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının ## ###### 1997-ci il tarixli ** saylı qərarına əsasən iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, X1, iddiaçı2 və Əliyeva (Rəhimova) Ramidə Saleh qızına fərdi yaşayış evi və həyətyanı sahə kimi 0.17 ha torpaq sahəsi verilmişdir. Bu torpaq sahəsinə kodu 60700058 JN-291 B olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Adıçəkilən Şəhadətnamə əsasında onlara verilmiş torpaq sahəsinin bir tərəfində cavabdeh2, digər tərəfində isə cavabdeh1 məxsus həyətyanı torpaq sahəsi yerləşir. Buna baxmayaraq, cavabdeh1 aid torpaq sahəsində yaşayan cavabdeh2 onların mülkiyyətlərinə verilmiş 0.17 ha həyətyanı torpaq sahələri ilə ümumi istifadədə olan yol arasındakı qorunma zolağında 7 metr uzunluğunda çadırdan tikili tikmiş, 5 metr uzunluğunda olan hissəsində isə betondan bünövrə tökmüş, qalan hissənin isə hamısında öz şəxsi təsərrüfatlarına məxsus olan tullantıları tökməklə həyətyanı torpaq sahələrinə gedən gediş-gəliş yolunu tamamilə bağlamışdır. Belə həyətyanı sahələrinin yola çıxan hissəsində 7 metr uzunluğunda çadırdan tikili tikməklə, həm çadırın tikildiyi ərazidə daxil olmaqla 12 metr uzunluğunda həm daşdan hasar kimi tikinti aparmış, həm də bünövrə tökmüş, yola çıxan digər hissənin isə qarşısına bütün növ tullantıları tökməklə həyətyanı torpaq sahələrindən istifadə etməkdən məhrum olmuşlar. Bu da nəticədə onlar mülkiyyətçilərin qanunla mülkiyyətilərinə verilmiş 0.17 ha həyətyanı torpaq sahələrindən istifadə etmələrinə maneəçilk törətməkdə davam edir. Cavabdehlərin bu cür hərəkətləri həm də ekologiya üçün çox təhlükəlidir. Cavabdehlərin bu hərəkətləri barədə Beyləqan rayonu Birinci Aşıqlı bələdiyyəsinə də müraciət olunmuş və bələdiyyə tərəfindən cavabdehlərə xəbərdarlıq olunmuşdur ki, öz təsərrüfatlarının tullantılarını götürərək öz torpaq sahələrinin aşağısında zəbt etdikləri kanalın qorunma zolağına tökmələri tələb olunmuşdur. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Beyləqan Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 xüsusi mülkiyyətində olan Beyləqan rayonu Birinci Aşıqlı kəndində yerləşən 0.17 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılaraq, cavabdeh2 tərəfindən taxtadan inşa edilmiş şifer örtüklü 18 kv.m (3m x 6m) ölçüdə tövlənin (talvar) öz hesabına sökülməsi və cavabdeh2 tərəfindən həyətyanı torpaq sahəsinə müxtəlif növ təsərrüfat tullantılarının tökülməsinin qadağan edilməklə, həyətyanı torpaq sahəsindən istifadəyə maneəçilik və müdaxilənin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi. cavabdeh2 ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun iddiaçı6 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu 1-ci Aşıqlı kəndində yerləşən 0.17 ha torpaq sahəsi iddiaçılarının xüsusi mülkiyyətindədir. İş üzrə alınmış mütəxəssis rəyi ilə isə müəyyən edilmişdir ki, Beyləqan rayonu Birinci Aşıqlı kəndində yerləşən kodu 60700058 JN-291B olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında onlara verilmiş 0.17 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun bir hissəsi cavabdeh2 tərəfindən istifadə edilir. Qeyd edilən ərazidə cavabdeh2 tərəfindən taxtadan inşa edilmiş şifer örtüklü 18 kv.m (3m x 6 m) ölçüdə tövlə (talvar) mövcuddur və həmin ərazidən iddiaçı6 və ailə üzvlərinə məxsus həyətyanı torpaq sahəsinə gedişgəlişə maneə yaradır. Göründüyü kimi, cavabdeh2 tərəfindən iddiaçılarının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun bir hissəsində taxtadan inşa edilmiş tövlə sonuncuların öz mülkiyyətlərindən istifadə hüquqlarını əsassız şəkildə pozur. Məhkəmə iddiaçının digər cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh1 iddiaçılara məxsus torpaq sahəsindən istifadə etməsinə maneçilik törətməsi faktı müəyyən edilməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyi ilə də cavabdeh1 iddiaçıların mübahisəli torpaq sahəsinə istifadə etməsinə maneəçilik törətməsi öz təsdiqini tapmamışdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 152.2-ci, 152.3-cü, 152.5-ci, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tamamilə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Beyləqan rayon X6 ** saylı ## ###### 2024-cü il tarixli arayışından görünür ki, kənd sakini iddiaçı6 xüsusi mülkiyyətində JN ***B nömrəli Torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə 0,17 ha həyətyanı torpaq sahəsi vardır. Həyətyanı sahənin bir tərəfində dren kanal yerləşir. Həmin kanalla həyətyanı torpaq sahəsi arasında kanalın qorunma sahəsi yerləşir. Onun sağ və sol qonşuluğunda olan həyətyanı torpaq sahələri cavabdeh1 və cavabdeh2 məxsusdur. Həmin həyətyanı torpaq sahələri sahibləri kanala öz sahələri arasındakı qorunma sahələrini həyətyanı sahələrinə daxil edərək istifadə edirlər. Lakin iddiaçı6 öz həyətyanı sahəsi ilə kanal arasındakı ərazini öz torpaq sahəsinə qataraq hasarlamamışdır. Lakin həmin ərazi onun həyətyanı torpaq sahəsinə bitişik olduğundan onun nəzarətində olmalıdır. Başqa qonşuların həmin ərazini istifadə etməsi qeyriqanunidir. Buna baxmayaraq, qonşular iddiaçı6 həyətyanı torpaq sahəsinə bitişik olan kanalın qorunma sahəsində öz şəxsi təsərrüfatları üçün istifadə edir və şəxsi təsərrüfatlarındakı malqaranın tullantısını tökürlər ki, bu da ümumi yaşayış qaydalarına ziddir. Birinci Aşıqlı bələdiyyəsi tərəfindən hər iki qonşuya xəbərdarlıq edilmiş, onlara öz təsərrüfatlarının tullantılarını götürərək öz torpaq sahələrinin aşağısında zəbt etdikləri kanalın qorunma sahəsinə tökmələri tələb edilmişdir. Lakin həmin şəxslər tələbi icra etməmişlər. Bu da qonşular arasında narazılığa səbəb olmuşdur. Bildirirlər ki, kanal boyu kanalın qorunma sahəsi hər bir həyətyanı torpaq sahəsi sahiblərinin istifadəsində olması məqsədəuyğundur” Aşıqlı Bələdiyyəsi tərəfindən verilmiş rəyin qərəzli və qanunsuz olması onların öz səlahiyyətini aşması ilə tam təsdiq edilir. Belə ki, iddiaçılara məxsus olmayan ərazinin onların həyatyanı torpaq sahəsinə bitişik olması əsası ilə iddiaçıların sahibliyində olması kimi bir şərh verilməsi Aşıqlı Bələdiyyəsi tərəfindən həll edilən və şərh verilməli olan bir məsələ hesab edilə bilməz. Bələdiyyənin rəyindən görünür ki, göstərilən ərazi iddiaçılara aid deyildir. Belə olduğu təqdirdə rəyin mötəbərliyi də tam şübhə altına düşür. Rəydə işin həqiqi halları ilə tam təkzib olunur. Belə ki, DƏDRX tərəfindən verilmiş rəydə ilk olaraq iddiaçılara məxsus olan ərazinin gediş-gəliş yolunun konkret ölçüsü müəyyən edilməlidir. Lakin rəydə belə bir hal müşahidə edilməmişdir. Sadəcə gediş-gəliş yolunun bir hissəsinin guya onun tərəfindən istifadə olunması əsas gətirilmişdir. Lakin məhkəmə tərəfindən həmin əraziyə yerində baxış keçirilməmiş, həqiqətən də iddiaçılara məxsus əraziyə gediş-gəliş yolunun konkret ölçüsü müəyyən edilməmişdir. Əlbəttə ki, bu da ekspert rəyi ilə təsdiq olunmalıdır. Məhkəmə isə buna maraqlı olmamışdır. Əslində isə iddiaçıların özlərinə məxsus olan həyətə girişləri həmişə var və hətta o həyətin iki böyük girişi var. Tərəfindən heç kimə maneçilik yaradılmır. iddiaçı6 təkcə onunla deyil, 6 (altı) qonşu ilə problem yaşayır. iddiaçı6 həyətinə girməsi üçün 26 (iyirmi altı) metr ərazi tam boşdur. Ümumiyyətlə, iddiaçıların hazırkı iddianı verməkdə subyektiv hüquqları da mövcud deyildir. Çünki tikili iddiaçılara məxsus ərazidə tikilməmiş, onlara məxsus olan torpaq sahəsinə maneçiliyi yoxdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Normanın mahiyyətini və məqsədini nəzərə alaraq məhkəmə tərkibi qeyd edir ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (sahiblik, istifadə və ya sərəncam) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan X3 uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında X3 uçotu işləri aparılmış və həmin məlumatlar X3 uçotu informasiya sisteminə və AZCAD-a inteqrasiya edilmişdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakı rəydə göstərilənlərə müvafiq olaraq məhkəmə tərkibi qeyd edir ki, JN-291 KOD ******** saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 mülkiyyətinə verilmiş 0,17 ha torpaq sahəsinə gediş-gəliş yolunun bir hissəsi cavabdeh2 tərəfindən istifadə edilir. Qeyd edilən ərazidə cavabdeh2 tərəfindən taxtadan inşa edilmiş şifer örtüklü 18 kv.m (3m x 6 m) ölçüdə tövlə (talvar) mövcuddur və həmin ərazidən iddiaçı6 məxsus həyətyanı torpaq sahəsinə gedişgəlişə maneə yaradır. Beləliklə, JN-291 seriyalı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2, iddiaçı1 mülkiyyətinə verilmiş 0,17 ha torpaq sahəsinə gediş-gəliş yolunun müəyyən hissəsinin cavabdeh2 tərəfindən zəbt edilməsi faktı iş materialları ilə təsdiq olunur. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün apellyasiya şikayətinin dəlillləri mötəbər deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh2 özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar