Məhkəmə qərarları › İş №2(3-9)-360/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-360/2026

17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-360/2026 17.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 17 fevral 2026-cı il tarixli qərardadından Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan Şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 64.10 kv.m ümumi sahədən ibarət 11 saylı fərdi yaşayış evindən çıxarılmaları və cavabdehlərdən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 08 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən 64.10 kv.m ümumi sahədən ibarət 11 saylı fərdi yaşayış evindən çıxarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş 10 manat dövlət rüsumu İddiaçıASC-nin xeyrinə tutulması qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 08 dekabr 2018-ci il tarixli qətnaməsinin surəti poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən 19 dekabr 2018-ci il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olduğu ünvana çatdırılmışdır Cavabdeh3 nümayəndəsi və vəkili X5 tərəfindən Şirvan Şəhər Məhkəməsinin 2(032)- 1964/2018 saylı, 08 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti 29 oktyabr 2025-ci il tarixdə elektron qaydada məhkəməyə daxil olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 30 oktyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3, nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması, Cavabdeh3 buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Daha sonra Cavabdeh1 tərəfindən Şirvan Şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 08 dekabr 2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti 07 noyabr 2025-ci il tarixdə elektron qaydada məhkəməyə daxil olmuşdur. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 10 noyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarımış və Cavabdeh1 buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil Şirvan Şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə ərizə məhkəməyə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 17 fevral 2026-cı il tarixli qərardadı ilə Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməyərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil məhkəmənin həmin qərardadından şikayət verərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 17 fevral 2026-cı il tarixli qərardadının ləğv edilməsini və prosessual müddətin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir Şirvan Şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 27 fevral 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası Cavabdeh3 Şirvan Şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsinin (vəsatətin) dəlillərini araşdıraraq və işi nəzərdən keçirərək hesab edir ki, qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilməsinə dair ərizə (vəsatət) rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 08 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən 64.10 kv.m ümumi sahədən ibarət 11 saylı fərdi yaşayış evindən çıxarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödənilmiş 10 manat dövlət rüsumu İddiaçıASC-nin xeyrinə tutulması qət edilmişdir. “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 08 dekabr 2018-ci il tarixli qətnaməsinin surəti 10 dekabr 2018-ci il tarixdə cavabdehlərin ünvanına göndərilmiş və cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə poçt xəbərnaməsinə imza etməklə qəbul edilmişdir. Şirvan şəhər Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli məktubundan görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 08 dekabr 2018-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün həmin tarixdə Şirvan şəhəri üzrə İcra şöbəsinə göndərilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin 06 fevral 2019-cu il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1964/2018 saylı, 08 dekabr 2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sərhəd nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli 3-38-33/2-433/26 nömrəli məktubda xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında son olaraq xx.xx.2014-cü il tarixdə çıxış, xx.xx.2014-cü il tarixdə giriş, xx.xx.2021-ci il tarixdə çıxış, xx.xx.2022-ci il tarixdə giriş, xx.xx.2022-ci il tarixdə çıxış, xx.xx.2023-cü il tarixdə giriş, xx.xx.2023-cü il tarixdə çıxış, xx.xx.2023-cü il tarixdə giriş, xx.xx.2023-cü il tarixdə çıxış, xx.xx.2024-cü il tarixdə giriş, xx.xx.2024-cü il tarixdə çıxış, xx.xx.2025-ci il tarixdə giriş, xx.xx.2025-ci il tarixdə giriş, xx.xx.2025-ci il tarixdə çıxış, xx.xx.2025-ci il tarixdə giriş, xx.xx.2025-ci il tarixdə çıxış etdiyi qeydə alınmışdır. İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 ünvanlanmış xx.xx.2018-ci il tarixli, 001/007/3783/2018 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərin bildirişi aldıqları gündən sonrakı 5 iş günü ərzində fərdi yaşayış evindən çıxmaları və evi boşaltmaları tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdirlər. “Atlas” Express sürətli poçt xidməti tərəfindən tərtib edilmiş 015209 nömrəli qaimədən görünür ki, xəbərdarlıq məktubu Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Cavabdehin nümayəndəsi (vəkili) ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etsə də, ərizəsinə ötürülmüş prosessual müddətin üzürlü səbəblərdən buraxılmış olmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Cavabdeh sonuncu şikayətinin dəlillərində iddia tələbi üzrə işə mahiyyəti üzrə baxılarkən nə ona, nə də digər cavabdeh sayılan ailə üzvlərinə məhkəmənin yeri və vaxtı barədə heç bir məlumat verilmədiyini, məhkəmənin qəbul etmiş olduğu qətnamədən uzun müddət xəbərsiz olduğunu, Şirvan İcra və probasiya tərəfindən onlara məlumat verilərkən məhkəmənin qətnaməsindən xəbər tutduqlarını göstərmişdir. Lakin iş materiallarından görünür ki, sözügedən iddia tələbi üzrə işə baxılarkən Cavabdeh1 məhkəmə iclasında iştirak etmiş və ona, həmçinin mülki iş üzrə digər cavabdehlərə çatdırılması ilə bağlı bildiriş təqdim edilmişdir (s. 62-64). Eyni zamanda mülki iş üzrə məhkəmə qətnaməsi tərəflərin yaşayış ünvanı üzrə göndərilmiş və xx.xx.2018-ci il tarixdə imza edilməklə tərəflərə çatdırılmışdır (s. 74). Həmçinin iş materiallarında olan pretenziya məktubundan görünür ki, tərəflərə iddia tələbi üzrə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xx.xx.2018-ci il tarixdə xəbərdarlıq ünvanlanmış, həmin xəbərdarlıq mülki iş üzrə cavabdeh olan Cavabdeh2 tərəfindən imza edilməklə qəbul edilmişdir (s. 25-26). Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil mülki iş üzrə Cavabdeh2 ölkə hüdudlarından kənarda olmasına istinad etsə də, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sərhəd nəzarətinin təqdim edilmiş sərhədkeçmə məlumatlarında sonuncunun mübahisəli ildə, yəni 2018-ci ilə münasibətdə ölkə hüdudlarını tərk etmədiyi aşkar edilmişdir. Bunla yanaşı mülki iş materiallarına əlavə edilmiş icra işindən görünür ki, icra sənədi icra edilməsi üçün aidiyyəti üzrə göndərilmiş və Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlama haqqında qərar və tələbin könüllü icrasi ilə bağlı bildiriş tərəflərə ünvanlanmışdır. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyindən də göründüyü kimi müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılı hesab edilsə də, üzürlülük inkarolunmaz səbəblərlə məhdudlaşdırılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. Göründüyü kimi, qətnamədən vaxtında xəbərdar olmuş və onu almış şəxs tərəfindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayətinin verilməməsi, bunun isə heç də məqbul hesab edilməyən səbəblərlə əlaqələndirməsi, müddət keçdikdən sonra apellyasiya şikayətini verməsi halları yalnız həmin şəxsin iradəsindən asılı olan məsələ kimi təzahür edir. Ərizəçinin göstərmiş olduğu hallar qətnamədən qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verilməməsinin üzrlü hesab olunması üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdehin ərizəsi təmin edilməklə qanunsuz olaraq qətnaməyə münasibətdə buraxılmış müddətin bərpa edilməsi iş üzrə digər tərəfin hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb olar. Kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətini təmin etməməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunla müəyyən edilmiş prosessual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə bərpa edir. MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətin təmin edilməməsi qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1964/2018 saylı, 17 fevral 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar