Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-363/2026 01.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI xxxxbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh Yusifov İlham Mikayıl oğlunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı Füzuli Rayon İcra Hakimiyyətinin cavabdeh Yusifov İlham Mikayıl oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Yusifov İlham Mikayıl oğlu tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə məxsus olan 1049 ha torpaq sahəsindən cavabdeh Yusifov İlham Mikayıl oğlunun çıxarılaraq daşınmaz əmlakın iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxxbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqi dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş qeydiyyat tarixi ##.##.2023-cü il olan, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış əsasında Füzuli Rayon İcra Hakimiyyətinin üzərində mülkiyyyət hüququ təsdiqlənən 1049 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən istifadə edən Füzuli rayon Gecəgözlü kənd sakini Yusifov İlham Mikayıl oğlu ilə Beyləqan rayon * saylı notariat ofisində ## ######## 2023-cü il tarixdə, informasiya sistemində 3M-470 reyestr nömrəsilə qeydə alınmış kompensasiya müqaviləsi bağlanaraq ona 49590 (qırx doqquz min beş yüz doxsan) manat kompensasiya ödənilmişdir. Müqavilənin 1.1-ci yarımbəndinə əsasən müqavilənin predmetini Füzuli Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan sözügedən 1049 ha torpaq sahəsində yerləşən daşınmaz əmlak və həmin torpaq sahəsi üzərində yerləşən tikili və qurğuların, avadanlıqların, invertarların və çox illik əkmələrin təhvil verilməsi, boşaldılması və s. müqabilində ödənilməli olan kompensasiya təşkil edir. Müqavilələrin 2.1-ci yarımbəndində, borclu müqaviləni imzaladığı və notarial qaydada təsdiq olunduğu gündən 30 (otuz) gün ərzində Kompensasiya alan müqavilənin 1.1-ci yarım bəndində göstərilən torpaq sahəsində yerləşən tikililərin ona aid hissəsini öz hesabına daşınması şərti ilə boşaldaraq Füzuli Rayon İcra Hakimiyyətinə təhfil verməsini nəzərdə tutulmuşdur. Ərizəyə əlavə edilmiş ##.##.2023-cü il tarixli, *** reyestr nömrəli kassa məxaric sənədindən də görünür ki, sözügedən notariusun “xxxx” ASC-nin Beyləqan rayon filialında olan AZ84AIIB41040029440353499140 hesab nömrəsindən cavabdeh İlham Yusifova müqavilədə nəzərdə tutulmuş 49590 (qırx doqquz min beş yüz doxsan) manat məbləğdə kompensasiya ödənilmişdir. Ərizəyə əlavə edilmiş ##.##.2025-ci il tarixli, 096/2025-ci il tarixli bildiriş (pretenziya) məktubunda borclunun ##.##.2025-ci il tarixə kimi müqavilə öhdəliklərini icra etməsi və əmlakı təhvil verməsi xahiş olunmuşdur (çatdırma barədə qəbz və SX054001358AZ kod). İddiaçının nümayəndəsi nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borclu müqaviləni imzaladığı və notarial qaydada təsdiq olunduğu gündən 30 (otuz) gün ərzində torpaq sahəsində yerləşən tikililərin ona aid hissəsini öz hesabına daşınması şərti ilə boşaldaraq Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verməlidir. Cavabdeh İlham Yusifova müqavilədə nəzərdə tutulmuş 49590 (qırx doqquz min beş yüz doxsan) manat məbləğdə kompensasiya ödənilmişdir. Lakin cavabdehə ünvanlanmış bildirişlərə baxmayaraq o, müqavilə şərtlərinə əməl etməmiş, müqavilədə nəzərdə tutulan müddətdə torpaq sahəsini boşaldaraq iddiaçıya təhvil verməmişdir. Cavabdeh Yusifov İlham Mikayıl oğlu izahat verərək bildirdi ki, onunla kompensasiya müqaviləsi bağlanaraq ona 49590 (qırx doqquz min beş yüz doxsan) manat kompensasiya ödənilmişdir. Sözügedən torpaq sahəsini zəbt etməsilə bağlı iddia tələbini mübahisələndirmir, halhazırda həmin torpaq sahəsini zəbt edib, lakin həmin kompensasiya müqaviləsi bağlanan zaman Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-nin Şəhriyar adlı hüquqşünası onunla müqavilə bağlayaraq torpaq sahəsinin yalnız bir qisminin boşaldılması barədə onunla razılığa gəlib. Həmçinin iddiaçının nümayəndəsindən torpaq sahəsindən çıxması üçün növbəti ilin aprel-may ayına kimi ona möhlət verilməsini xahiş etdi. Mülki iş üzrə iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində icraata cəlb edilmiş Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Elmir İsmayılov), iddia tələbinin təmin edilməsi, cavabdeh Yusifov İlham Mikayıl oğlunun iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinın ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan Füzuli rayon, Qayıdış qəsəbəsində yerləşən 1049 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Yusifov İlham Mikayıl oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Yusifov İlham Mikayıl oğlu apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında apellyasiya şikayətinin təmin edilməsini, Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMCnin nümayəndəsi nümayəndə1 apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası xxxxbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: xxxxbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsini cavabdeh Yusifov İlham Mikayıl oğlunun apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: xxxxbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. xxxxbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. xxxxbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə xxxxbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. xxxxbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: xxxxbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini, cavabdehin müqavilə üzrə öhdəliklərini pozması, torpaq sahəsini boşaldacağına dair üzərinə öhdəlik götürməsinə və torpaq sahəsinə görə ona kompensasiya ödənilməsinə baxmayaraq razılaşdırılmış müddət ərzində torpaq sahəsini iddiaçıya təhvil verməməsi ilə əlaqələndirmişdir. Qətnamədən cavabdeh Yusifov İlham Mikayıl oğlu apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozmaqla iş üzrə yanlış nəticəyə gələrək qanunsuz qətnamə qəbul etmiş və qətnamənin apellyasiya qaydasında ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan xxxxbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ************ reyestr nömrəli çıxarış əsasında müəyyən olunur ki, Füzuli rayonu ərazisində yerləşən ümumi sahəsi 1049 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Füzuli Rayon İcra Hakimiyyətinın mülkiyyətindədir. İşdə olan Beyləqan rayonu * saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş ##.##.2023-cü il tarixli kompensasiya haqqında müqavilədən görünür ki, müqavilənin predmetini xxxxbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşinmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2023-çü il tarixli reyestr nömrəsi 608011001178, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Füzuli rayon icra Hakimyyolinin mülkiyyətində olan Füzuli şahəri, Füzuli rayon ərazisində yerləşən, icarədə (istifadədə) olan 1049.0 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən tikili və qurğuların, avadanlıqların, inventarların və çox illik əkmələrin təhvil verilməsi, boşaldılması və s. müqabilində ödənilməli olan kompensasiya təşkil edir. Bu Müqavilənin 1.1-ci bəndində qeyd edilən 1049.0 ha torpaq sahəsində boşaldılıb tam təhvil verilməli hissə xxxxbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyəti tərəfindən "xxxx” MMC-yə ünvanlanmış ##.##.2023-cü il tarixli 5-43/2-214İ/2023 saylı məktubuna əsasən birinci tərəfin İstifadəsində olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən “REC-İNVEST” MMC tərəfindən verilmiş ekspert rəyinə əsasən tikililər, qurğular, avadanlıqlar, inventarlar və çoxillik əkmələr və s.-dir. Bu Müqavilədə birinci tərəf kimi icarə (istifadə) hüququ əsasında kompensasiya alan, ikinci tərəfi kimi kompensasiya verən, üçüncü tərəfi hüquq sahibi olan Füzuli Rayon İcra Hakimiyyətidir. Müqavilələrin 2.1-ci yarımbəndində, borclu müqaviləni imzaladığı və notarial qaydada təsdiq olunduğu gündən 30 (otuz) gün ərzində Kompensasiya alan müqavilənin 1.1-ci yarım bəndində göstərilən torpaq sahəsində yerləşən tikililərin ona aid hissəsini öz hesabına daşınması şərti ilə boşaldaraq Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verməsini nəzərdə tutulmuşdur. Kompensasiyanın məbləği 49590 manat müəyyən edilir. İşdə olan "xxxx” MMC tərəfindən cavabdehə ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, Füzuli rayon İcra Hakimiyyəti, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC və kompensasiya alanın iştirakı ilə notariat qaydasında ##.##.2023cü il tarixli *M-*** saylı üçtərəfli kompensasiya müqaviləsi imzalanmışdır Müqaviləyə əsasən kompensasiya verən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC müqavilədə təsbit olunan qaydada öhdəliklərini yerinə yetirərək ##.##.2023-cü il tarixində kompensasiya məbləğinin tam həcmdə ödənişini həyata keçirmişdir. Müqaviləyə əsasən kompensasiya alan 30 günlük müddətində ona məxsus tikililəri sökmək, ərazidən daşımaq, torpaq sahəsini tam boşaldaraq ərazini tərk etmək üçün öhdəlik götürmüşdür. Həmin müddət ərzində, yəni ## ####### 2023-cü il tarixinədək müqavilə öhdəlikləri tam icra edilməmiş, müqavilə tələbləri üzrə kompensasiya vəsaiti alınmış torpaq sahəsinin tam boşaldılması, həmin torpaqda olan tikililərin ərazidən təmizlənməsi, bütün təsərrüfat fəaliyyətinin dayandırılması daxil olmaqla müqavilə öhdəliklərinin ## #### 2025-ci il tarixədək icra edilməli olduğu bildirilmişdir. İşdə olan ##.##.2023-cü il tarixli, *** reyestr nömrəli kassa məxaric sənədindən də görünür ki, Beyləqan rayonu * saylı notariat ofisinin “xxxx” ASC-nin Beyləqan rayon filialında olan AZ84AIIB41040029440353499140 hesab nömrəsindən cavabdeh İlham Yusifova müqavilədə nəzərdə tutulmuş 49590 (qırx doqquz min beş yüz doxsan) manat məbləğdə kompensasiya ödənilmişdir. İşdə olan ##.##.2023-cü il tarixli kompensasiya ödənişləri üzrə "xxxx” MMC tərəfindən tərtib olunmuş aktdan görünür ki, Yusifov İlham Mikayıl oğlu ##.##.2023-cü il tarixli kompensasiya müqaviləsi çərçivəsində ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, reyestr nömrəsi ************, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Füzuli rayon İcra Hakimiyyətinə aid dövlət mülkiyyətində olan Füzuli rayonu, Qayıdış qəsəbəsi ərazisində yerləşən, istifadədə olan 1049 ha torpaq sahəsi və üzərində yerləşən tikili, qurğu, avadanlıq, inventar və çoxillik əkmələrin Füzuli rayon İcra Hakimiyyətinə təhvil verilib ərazinin boşaldılması və 49590 (qırx doqquz min beş yüz doxsan) manat məbləğdə kompensasiya barədə razılığa gəlmişlər. İşdə olan Yusifov İlham Mikayıl oğlunun notarial qaydada verdiyi ərizədən görünür ki, İmanov X4 rayon, Qayıdış qəsəbəsi ünvanında yerləşən, istifadəsində olan torpaq sahəsindən imtina etmişdir. İşdə olan Torpaq sahəsinin əvəzsiz istifadəyə verilməsinə dair ##.##.2023-cü il tarixli sazişdən görünür ki, Füzuli rayon, Qayıdış qəsəbəsi ünvanında yerləşən, dövlət mülkiyyətində olan 1049 ha olan torpaq sahəsinin 6,5 ha hissəsindən Yusifov İlham Mikayıl oğlunun əvəzsiz istifadəsinə təminat verilir. Lakin həmin saziş yalnız Yusifov İlham Mikayıl oğlu tərəfindən imzalanmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı Füzuli Rayon İcra Hakimiyyətinin cavabdeh Yusifov İlham Mikayıl oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiasının əsası ondan ibarətdir ki, hazırda cavabdehin istifadəsində olan Füzuli rayon, Qayıdış qəsəbəsi ünvanında yerləşən, dövlət mülkiyyətində olan 1049 ha olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh Beyləqan rayon * saylı notariat ofisində ## ######## 2023-cü il tarixdə, informasiya sistemində 3M-470 reyestr nömrəsilə qeydə alınmış kompensasiya müqaviləsi bağlanaraq ona 49590 (qırx doqquz min beş yüz doğsan) manat kompensasiya ödənilməklə sözügedən torpaq sahəsindən imtina etmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh müqaviləni imzaladığı və notarial qaydada təsdiq olunduğu gündən 30 (otuz) gün ərzində müqavilənin 1.1-ci yarım bəndində göstərilən torpaq sahəsində yerləşən tikililərin ona aid hissəsini öz hesabına daşınması şərti ilə boşaldaraq Füzuli Rayon İcra Hakimiyyətinə təhvil verməsi qeyd edilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini pozmuş, torpaq sahəsini boşaldacağına dair üzərinə öhdəlik götürməsinə və torpaq sahəsinə görə ona kompensasiya ödənilməsinə baxmayaraq razılaşdırılmış müddət ərzində torpaq sahəsini iddiaçıya təhvil verməmişdir. İş materiallarına əlavə edilmiş Füzuli Rayon İcra Hakimiyyəti Başçısının ## ####### 1996-cı il tarixli ** saylı Sərəncamından çıxarışdan görünür ki, Füzuli rayon Aqrar İslahat Komissiyasının ## ######## 1996-cı il tarixli iclas protokolunun təsdiq edilməsi və “xxxx” kəndli (fermer) təsərrüfatının Nizamnaməsinin qeydiyyata götürülməsi qərara alınmışdır. Həmin qərarla “xxxx” kəndli (fermer) təsərrüfatına “balıqçılıq” adlanan yerin yaxınlığında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar 100 (yüz) hektar torpaq sahəsi ayrılıb verilməsi və onun yerquruluşu sənədlərinin hazırlanmasının təmin etmək rayon torpaq şöbəsinə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə ##.##.2006-cı il tarixli, */*** saylı Çıxarışdan görünür ki, “xxxx” kəndli (fermer) təsərrüfatının qanuni təmsilçisi Yusifov İlham Mikayıl oğludur. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, VÖEN nömrəsi 7500150861 olan xxxx” kəndli (fermer) təsərrüfatı ##.##.2006-cı il tarixdə Dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi Yusifov İlham Mikayıl oğludur. Passiv vergi ödəyicisidir. İş materiallarında olan “xxxx” kəndli (fermer) təsərrüfatı MMC-nin nizamnaməsindən görünür ki, cəmiyyətin təsisçisi Yusifov İlham Mikayıl oğludur. Apellyasiya icraatı zamanı cavabdeh Yusifov İlham Mikayıl oğlunun təqdim etdiyi sənədlərdən və verdiyi izahatlardan məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan və cavabdehin çıxarılmasını tələb etdiyi 1049 ha torpaq sahəsi “xxxx” kəndli (fermer) təsərrüfatı MMC-nin istifadəsində olmuşdur. Beyləqan rayonu * saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş ##.##.2023-cü il tarixli kompensasiya haqqında müqavilə Füzuli Rayon İcra Hakimiyyəti ilə Yusifov İlham Mikayıl oğlu arasında bağlansa da, mübahisəli ərazi Yusifov İlham Mikayıl oğlunun deyil, təmsilçisi olduğu “xxxx” kəndli (fermer) təsərrüfatı MMC -nin qanuni istifadəsində olmuşdur. Belə olan halda iddia tələbi Yusifov İlham Mikayıl oğluna qarşı deyil “xxxx” kəndli (fermer) təsərrüfatı MMC-yə qarşı yönəlməli idi. İddiaçı iddia tələbində Füzuli Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan 1049 ha olan torpaq sahəsinin cavabdeh Yusifov İlham Mikayıl oğlunun qanuni təmsilçisi olduğu “xxxx” kəndli (fermer) təsərrüfatı MMC-yə ayrıldığını, cavabdeh İlham Yusifovla torpaq sahəsindən çıxması üçün müqavilə bağlanaraq kompensasiya ödənilməklə cavabdehin istifadə etdiyi həmin torpaq sahəsindən çıxarılmasını tələb edir. Lakin yuxarıda qeyd edilən işin hallarından müəyyən edilir ki, həmin mübahisəli torpaq sahəsinin 100 ha hissəsi Füzuli Rayon İcra Hakimiyyəti Başçısının ## ####### 1996-cı il tarixli ** saylı Sərəncamı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar “xxxx” kəndli (fermer) təsərrüfatı MMC-yə ayrılmış və həmin MMC-nin qanuni təmsilçisi kimi də İlham Yusifov çıxış etmiş, torpaq sahəsi “xxxx” kəndli (fermer) təsərrüfatı MMC-nin qanuni istifadəsində olmuşdur. Başqa sözlə cavabdeh Yusifov İlham Mikayıl oğlunun iddia olunan torpaq sahəsi ilə heç bir hüquqi bağlılığı olmamaqla, “xxxx” kəndli (fermer) təsərrüfatı MMC-yə aid olmuşdur. Burdan belə qənaətə gəlmək olur ki, iddiaçının tələb hüququ iddiaya cavab verməli olan şəxs olan, yəni torpaq sahəsinin qanuni istifadəçisi olan “xxxx” kəndli (fermer) təsərrüfatı MMC-yə qaldırılmalı olduğu halda, həmin müəssisənin qanuni təmsilçisi Yusifov İlham Mikayıl oğluna qarşı qaldırılmışdır. Hazırkı işdə birinci instansiya məhkəməsi cavabdeh Yusifov İlham Mikayıl oğlunun əsl cavabdeh, yəni iddiaya cavab verməli olan şəxs olub-olmamasını araşdırmamış, bununla bağlı prosessual qanunvericiliyin tələblərinə əməl etmədən, cavabdehin əsl cavabdeh ilə əvəz edilməsini təklif etməmişdir. Halbuki, xxxxbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən prosessual hüquq normasının mənasından da göründüyü kimi, birinci instansiya məhkəməsi ona verilmiş hüququndan istifadə etməməklə, mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehin iştirakı ilə davam etdirmiş, nəticədə də əsl cavabdehin məhkəmə müdafiəsi hüququnu pozmaqla onun iştirakı olmadan faktiki halları müəyyən etmiş və iddia tələbini əsaslı saymışdır. xxxxbaycan Respublikası MPM-nin 54.4-cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Prosessual hüquq normasının mənasından da göründüyü kimi, qanunverici hətta birinci instansiya məhkəməsində əsl olmayan tərəfin iştirakı olmadan aparılmış hər hansı bir prosessual hərəkətin nəticələrini də tanımadan, əsl tərəf əvəz edildikdən sonra mülki icraatın yenidən başlanmalı olmasını nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyasında cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinin təklif edilməsi və bu barədə qərar qəbul edilməsi cavabdehin birinci instansiya məhkəməsində özünü müdafiə - iddiaya qarşı etiraz vermək, qarşılıqlı iddia vermək, məhkəmə aktını mübahisələndirmək və.s hüququnun pozulması nəticələndiyi üçün qanunsuzdur. Beləliklə məhkəmə kollegiyasının yuxarıda qeyd olunan cavabdehin xahişi ilə bağlı yekun hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdehin əsl cavabdeh ilə əvəz etməməklə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsassız olmuş, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli, yalnız yuxarıda qeyd edilən əsasa görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verilməsi əsasına görə təmin olunmamalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). xxxxbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. xxxxbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. xxxxbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara, maddi və prosessual hüquq normalarına əsasən yekun nəticəyə gəlir ki, cavabdeh Yusifov İlham Mikayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Füzuli Rayon İcra Hakimiyyətinin cavabdeh Yusifov İlham Mikayıl oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və xxxxbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Yusifov İlham Mikayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Füzuli Rayon İcra Hakimiyyətinin cavabdeh Yusifov İlham Mikayıl oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə xxxxbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-363/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-363/2026
01.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver