Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-364/2026 01.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh2, cavabdeh3, cavabdeh1 qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh2, cavabdeh3, cavabdeh1 qızına qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə, iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə ərizəni geri qaytararkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149.2, 152.1-ci maddələrinə istinad etmişdir. Belə ki, iddiaçı ərizəsində cavabdehlərin eyniləşdirmə məlumatlarını göstərməmişdir; nəticədə iddiaçı tərəfindən iddia ərizəsinin MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, “Elektron məhkəmə” informasiya sistemində axtarış edərkən cavabdehlər haqqında məlumatlar aşkar edilməmişdir. Qərardaddan iddiaçı İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini aşağıdakı kimi əsaslandırmışdır: cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh2, cavabdeh3, cavabdeh1, uzun müddətdir ki Azərbaycan Respublikasından çıxıb gediblər. ünvan 1 İcra Nümayəndəliyindən bu barədə arayış alıb, iddia ərizəsinə əlavə etmişdir. İddia ərizəsi məhkəmə icraata götürsəydi, cavabdehlərin Azərbaycan Respublikasında qeydiyyatda olub-olmaması barədə Daxili İşlər Nazirliyinə sorğu edilməsi üçün vəsatət vermək istəyirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.1-ci maddəsində göstərilir ki, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan baxılmışdır. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq nomalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən qərardad ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İşin hallarından görünür ki, iddiaçı məhkəməyə müraciət edərək torpaq sahəsinin alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınmasını tələb etmişdir. Məhkəmə iddia ərizəsini geri qaytararkən MPM-in 152.1.1-ci maddəsinə istinad etmişdir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddia ərizəsini mahiyyətcə ona görə geri qaytarmışdır ki, cavabdehlərin yaşayış yeri barədə məlumatlar yoxdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. MPM-in 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İddiaçının istinad etdiyi və iş materiallarına əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-0083, ******** saylı Dövlət Aktında iddiaçının iddia etdiyi Saatlı rayonu, Şirinbəy kəndində yerləşən 2.28 ha torpaq sahəsi hazırki iş üzrə cavabdehlər kimi təqdim edilən cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh2, cavabdeh3 və cavabdeh1 birgə mülkiyyəti kimi onların adlarına qeydiyyatdan keçmişdir. Sözügedən torpaq sahəsi onların ümumi birgə mülkiyyətində olmuşdur. Başqa sözlə, cavabdehlərin əmlakının olduğu yer bəllidir. Qanun tələbinə görə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Bu baxımdan məhkəmə Saatlı rayonu, Şirinbəy kəndinin cavabdehlərin əmlakının olduğu yer, yaxud onların axırıncı yaşayış yerinin olub-olmamasına qiymət verə bilərdi. İddiaçı şikayətində göstərmişdir ki, cavabdehlərin əvvəllər həmin ünvanda yaşadıqları barədə ünvan 1 İcra Nümayəndəliyindən arayış alıb iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa, iddiaçı göstərmişdir ki, cavabdehlərin Azərbaycan Respublikasında qeydiyyatda olub-olmaması barədə Daxili İşlər Nazirliyinə sorğu edilməsi üçün vəsatət vermək istəyirdi. Məhkəmə buna da şərait yaratmamışdır. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Qanunun yuxarıda göstərilən tələbləri baxımından prosessual fəallıq göstərməmiş, iddiaçının hüquqlarının həyata keçirilməsinə lazımi şərait yaratmamışdır. Bu baxımdan da prosessual hüquq normaları pozulmuşdur. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün iş üzrə materiallar birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılarkən hazırki qərarın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci madəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qanunun mənasına görə digər qərardadlardan şikayət verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı şikayəti təmin edilsin. Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılmaq üçün mülki iş Saatlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-364/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-364/2026
01.04.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver