Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № 2(3-9)-366/2026 03.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası hakimlәr Əhmәdov Pәrviz Tәrlan oğlu (sәdrlik edәn vә mәruzәçi), Əsәdov İlham Qoşunәli oğlu vә Heydәrov Tofiq Xudayar oğlundan ibarәt tәrkibdә, İmişli Rayon Mәhkәmәsinin 19 fevral 2026-cı il tarixli 2(5-131)-530/2026 saylı qәrardadından Şahvәlәdov Nadir Şahvәlәd oğlu tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Şahvәlәdov Nadir Şahvәlәd oğlu cavabdehlәr Aslanlı Elçin Heydәr oğlu, Aslanlı Lalә Yavәr qızı, Aslanlı Rafiq Elçin oğlu, Aslanlı Kәnan Elçin oğlu, Astanov Elsevәr Heydәr oğlu, Astanova Aynur Tofiq qızı, Aslanlı Heydәr Elsevәr oğlu, Aslanlı Dinara Elsevәr qızı, Astanova Əntiqә Mirzә qızına qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdehlәrdәn ona mәxsus olan İmişli rayonu Oruclu kәndindә yerlәşәn fәrdi yaşayış evindәn istifadә hüquqlarına xitam verilmәsi vә hәmin fәrdi yaşayış evindәn mәcburi qaydada çıxarılmalarını xahiş etmişdir. İmişli Rayon Mәhkәmәsinin 19 fevral 2026-cı il tarixli 2(5-131)-530/2026 saylı qәrardadı ilә iddia әrizәsinin vә ona әlavә edilmiş sәnәdlәrin geri qaytarılması, ödәnilmiş 100 (bir yüz) manat mәblәğindә dövlәt rüsumunun (Birbank ödәniş sistemi 17.02.2026-ci il tarixli 1955442418 nömrәli qәbz) dövlәt büdcәsindәn Şahvәlәdov Nadir Şahvәlәd oğluna qaytarılması qәrara alınmışdır. Qәrardaddan Şahvәlәdov Nadir Şahvәlәd oğlu şikayәt verәrәk onun lәğv edilmәsini vә iddia әrizәsinin icraata qәbul edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, әsas cavabdehin şәxsiyyәt vәsiqәsi barәdә mәlumatları mәhkәmәyә tәqdim etmiş vә hәmin şәxslә aralarında dәfәlәrlә mәhkәmә mübahisәlәri olduğu üçün hәmin mәhkәmә mübahisәlәrinin gedişindә onun şәxsiyyәt vәsiqәsi barәdә mәlumatlar ona bәlli olmuşdur. Digәr cavabdehlәr barәsindә isә İmişli rayonu Oruclu kәnd icra nümayәndәsi tәrәfindәn arayış mәhkәmәyә tәqdim edilmiş vә hәmin arayışda da cavabdehlәrin konkret yaşayış ünvanı gösәrilmişdir. Mәhkәmә tәrәfindәn işin bütün bu halları araşdırılmamış vә bunun nәticәsindә dә belә bir qәrardad qәbul olunmuşdur. Bununla da, mәhkәmә tәrәfindәn MPM-in 14-cü maddәsinin tәlәblәri pozulmuşdur. İmişli Rayon Mәhkәmәsinin 02 mart 2026-cı il tarixli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (MPM) 397.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә tәrkibi şikayәtin dәlillәrini vә iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, İmişli Rayon Mәhkәmәsinin 19 fevral 2026-cı il tarixli qәrardadı lәğv edilәrәk, iddia әrizәsinin icraata qәbul mәsәlәsinә yenidәn baxılması üçün işin materialları İmişli Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Birinci instansiya mәhkәmәsi mövqeyini onunla әsaslandırmışdır ki, iddia әrizәsindә cavabdehlәr Aslanlı Lalә Yavәr qızı, Aslanlı Rafiq Elçin oğlu, Aslanlı Kәnan Elçin oğlu, Astanov Elsevәr Heydәr oğlu, Astanova Aynur Tofiq qızı, Aslanlı Heydәr Elsevәr oğlu, Aslanlı Dinara Elsevәr qızı, Astanova Əntiqә Mirzә qızının şәxsiyyәt vәsiqәsinin seriya vә nömrәsi göstәrilmәmiş, “AZEMİS”dәn müvafiq mәlumatların әldә edilmәsi hәmin mәlumatları eyni olan şәxslәrin çoxluğu sәbәbindәn mümkün olmamışdır. Qeyd edilmәlidir ki, Azәrbaycan Respublikasının Konstitusiyası insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәmin edilmәsini dövlәtin ali mәqsәdi kimi tәsbit etmәklә yanaşı, mәhkәmәlәr tәrәfindәn onların müdafiәsinә dә tәminat verilmişdir. Belә ki, Azәrbaycan Respublikasının Konstitusiyasının 60-cı maddәsinә әsasәn hәr kәsin hüquq vә azadlıqlarının inzibati qaydada vә mәhkәmәdә müdafiәsinә tәminat verilir. Hәr kәsin hüququ var ki, onun işinә qәrәzsiz yanaşılsın, habelә inzibati icraat vә mәhkәmә prosesindә ağlabatan müddәtdә baxılsın. İş materiallarından aydın olur ki, birinci instansiya mәhkәmәsi Mülki Prosessual Mәcәllәnin normalarına istinad etmәklә formal әsaslarla hazırkı müraciәtә baxmaqdan imtina etmişdir. Halbuki, MPM-in 4.1-ci maddәsinә görә bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Hәmçinin hәmin mәcәllәnin 5.1-ci maddәsinә әsasәn hәr hansı fiziki vә yaxud hüquqi şәxs öz hüququnun vә ya qanunla qorunan mәnafeyinin müdafiәsi vә yaxud tәsdiqi üçün mәhkәmәyә müraciәt etdiyi hallarda mәhkәmәdә iş başlanılır. Mәhkәmә tәrkibi qeyd edir ki, MPM-in 135-ci maddәsinә görә bu Mәcәllәnin 135.6-cı vә 135.8-ci maddәlәrindә müәyyәn edilmiş hallar istisna olmaqla, bu Mәcәllәnin 134-cü maddәsindә sadalanan mәhkәmә sәnәdlәri “Poçt haqqında” Azәrbaycan Respublikasının Qanununda nәzәrdә tutulmuş sifarişli poçt göndәrişi (mәktubu) ilә çatdırılır; Mәhkәmә sәnәdlәrinin çatdırılması vәzifәsi üzәrinә düşәn şәxs ünvan sahibini onun yaşadığı, yaxud işlәdiyi yer üzrә tapmadıqda, hәmin sәnәdlәr ünvan sahibi ilә birlikdә yaşayan yetkinlik yaşına çatmış ailә üzvlәrindәn birinә (onların razılığı ilә), onlar olmadıqda müvafiq icra hakimiyyәti orqanına, ünvan sahibinin yaşadığı yer üzrә yerli özünüidarә orqanına, yaxud onun işlәdiyi yer üzrә müdiriyyәtә verilir. Ünvan sahibinin әvәzinә mәhkәmә sәnәdlәrini qәbul etmiş şәxs qәbzdә vә ya sәnәdin kötüyündә öz soyadını, adını, atasının adını, ünvan sahibinә münasibәtini vә ya tutduğu vәzifәni göstәrmәli vә imkan olan kimi mәhkәmә sәnәdlәrini ünvan sahibinә vermәlidir; Mәhkәmә sәnәdlәrinin çatdırılması vәzifәsi üzәrinә düşәn rabitә orqanları, yaxud mәhkәmә sәnәdlәrinin çatdırılması tapşırılmış şәxslәr bunu mәhkәmә sәnәdlәrini aldıqları tarixdәn sonra gәlәn gündәn gec olmayaraq yerinә yetirmәli vә mәhkәmә sәnәdlәrinin çatdırılması barәdә bir gün müddәtindә mәhkәmәyә xәbәr vermәlidirlәr. “Elektron mәhkәmә” informasiya sisteminin tәtbiq olunduğu mәhkәmәlәrdә mülki işlәr üzrә işdә iştirak edәn şәxslәr “Elektron mәhkәmә” informasiya sistemindә qeydiyyatdan keçmişlәrsә, mәhkәmә sәnәdlәri bu şәxslәrin hәmin sistemdә yaradılmış “elektron kabinet”lәrindә yerlәşdirilir vә onlara bu barәdә mәlumat hәmin sistem vasitәsilә elektron qaydada (elektron poçt, SMS vә s. vasitәsilә) çatdırılır. “Elektron mәhkәmә” informasiya sisteminin tәtbiq olunduğu mәhkәmәlәrdә mülki işlәr üzrә işdә iştirak edәn şәxslәr “Elektron mәhkәmә” informasiya sistemindә qeydiyyatdan keçmәmişlәrsә, onlara mәhkәmә sәnәdlәri barәdә mәlumat bu sistem vasitәsilә şәxsin tәqdim etdiyi mobil telefon nömrәsinә SMS-lә çatdırılır. Bu halda işdә iştirak edәn şәxs mәhkәmә iclasının vaxtı vә yeri haqqında lazımi qaydada xәbәrdar edilmiş hesab edilir. SMS-in işdә iştirak edәn şәxsә çatdırıldığı vaxt barәdә mәlumat “Elektron mәhkәmә” informasiya sistemindә qeyd edilir. Azәrbaycan Respublikası İmişli rayon İcra Hakimiyyәti Başçısının Oruclu kәnd İnzibati Ərazi İdarәsi üzrә nümayәndәliyinin 22 yanvar 2026-cı il tarixli arayışından görünür ki, Aslanlı Elçin Heydәr oğlu, Aslanlı Lalә Yavәr qızı, Aslanlı Rafiq Elçin oğlu, Aslanlı Kәnan Elçin oğlu, Astanov Elsevәr Heydәr oğlu, Astanova Aynur Tofiq qızı, Aslanlı Heydәr Elsevәr oğlu, Aslanlı Dinara Elsevәr qızı, Astanova Əntiqә Mirzә qızı Oruclu kәndindә qeydiyyatdadırlar vә yaşayırlar. Hәmçinin “AZEMİS”dәn Çıxarışdan müәyyәn olunur ki, Aslanlı Lalә Yavәr qızının, Aslanlı Rafiq Elçin oğlunun, Aslanlı Kәnan Elçin oğlunun, Astanov Elsevәr Heydәr oğlunun, Astanova Aynur Tofiq qızının, Aslanlı Heydәr Elsevәr oğlunun, Aslanlı Dinara Elsevәr qızının qeydiyyat ünvanları İmişli rayonunun Oruclu әrazi idarәsinin Oruclu kәndidir. Qeyd edilәnlәrdәn dә göründüyü kimi, cavabdehlәrә mәhkәmә qarşısında öz hüquq vә mәnafelәrini müdafiә etmәk üçün mәhkәmә iclasında iştiraklarının tәmin edilmәsi mәqsәdi ilә MPM-in 135-ci maddәsindә nәzәrdә tutulmuş vasitәlәrdәn real olaraq istifadә edilә bilәr. Bu baxımdan, tәrkib hesab edir ki, birinci instansiya mәhkәmәsi işi mahiyyәti üzrә araşdırmaqdan bütövlükdә imtina edәrәk formal xarakterli çatışmazlıqlara istinadla әrizәni geri qaytarmışdır ki, bu da iddiaçının mәhkәmә müdafәsi hüququnun mәhdudlaşdırılması kimi qiymәtlәndirilmәlidir. MPM-in 398.0.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. Mәhkәmә tәrkibi qeyd edir ki, MPM-in 399-cu maddәsinin tәlәbinә görә birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Mәhkәmә tәrkibi şәrh olunanlara әsasәn vә MPM-in 263, 264, 397.2, 398, 400 vә 402-ci maddәlәrinin tәlәblәrini rәhbәr tutub QƏRAR VERDİ: Şikayәt qismәn tәmin edilsin. İmişli Rayon Mәhkәmәsinin 19 fevral 2026-cı il tarixli 2(5-131)-530/2026 saylı qәrardadı lәğv edilsin. İddia әrizәsinin icraata qәbul mәsәlәsinә yenidәn baxılması üçün hazırkı mülki işin materialları İmişli Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir vә ondan şikayәt verilә bilmәz.
Məhkəmə qərarları › İş №2(3-9)-366/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-366/2026
03.04.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver