Məhkəmə qərarları › İş №2(3-9)-375/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-375/2026

01.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-375/2026 01.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun nümayəndəsi-vəkili Əsədullayev İrfan İlyas oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Hənifəyev İsmət Feyzulla oğluna qarşı “torpaq sahəsinə gediş-gəliş yolunun açılması (servitut) və hasarın sökülməsi ilə maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun nümayəndəsi-vəkili Əsədullayev İrfan İlyas oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Hənifəyev İsmət Feyzulla oğluna qarşı “torpaq sahəsinə gediş-gəliş yolunun açılması (servitut) və hasarın sökülməsi ilə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı qərarına və JN – ***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən ailə üzvləri ilə birgə mülkiyyətinə verilmiş və Astara rayonunun Rüdəkənar kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması və cavabdeh tərəfindən gedişgəliş yolunda tikilmiş hasarın cavabdehin hesabına sökülməsi ilə torpaqdan istifadə ilə bağlı yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Hənifəyev İsmət Feyzulla (Feyzi) oğluna qarşı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş piyada və avtomobil yolunun zəbtindən azad edilməsi, gediş-gəliş yolunda inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi, habelə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçının məhkəməyə hazırkı iddia ilə müraciət etməsinin əsas səbəbi onun piyada və avtomobil yolunun olmamasıdır. Son iki il ərzində iddiaçı piyada olaraq qonşunun həyətyanı sahəsindən istifadə etməklə öz həyətinə daxil olur, avtomobil yolu isə ümumiyyətlə mövcud deyildir. Bundan sonra iddiaçı alqı-satqı müqaviləsinin, qərarın, ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın və ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin etibarsız hesab edilməsi, bələdiyyə tərəfindən qanunsuz olaraq satılmış torpaq sahəsinin geri alınması və torpaqdan istifadə ilə bağlı maneələrin aradan qaldırılması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasına qədər verilmiş sorğulara daxil olmuş cavab məktubları və onlara əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, cavabdeh Hənifəyev İsmət Feyzulla (Feyzi) oğlu Astara rayonunun Rüdəkənar kəndində yerləşən 0,116 ha həyətyanı torpaq sahəsini bələdiyyədən deyil, Babayev İlham Əyyub oğlu ilə bağladığı alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Bu səbəbdən Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2- *(***)-****/**** saylı qərardadı ilə iş üzrə icraata xitam verilmiş və sənədlər iddiaçıya geri qaytarılmışdır. İzah edilmişdir ki, Astara rayon Babək adına sovxozun ##.##.1990-cı il tarixli *** nömrəli əmri ilə Astara rayonunun Rüdəkənar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin inşası üçün iddiaçının mülkiyyətinə verilmişdir. 1992-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və hal-hazıradək iddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. ##.##.1996-cı il tarixli “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilməlidir. Astara Rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı qərarı ilə iddiaçının istifadəsində olan 0,06 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş və bu barədə JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” təqdim edilmişdir. Həmin şəhadətnamədə və torpaq sahəsinin təhkim aktında mülkiyyətə verilən torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulduğu göstərilmişdir. Sözügedən yol əvvəllər Babək adına sovxoz tərəfindən inşa edilmiş hamamın ərazisindən keçmiş, sonradan həmin hamam əvvəlcə Mərhəmət Dadaşov, daha sonra isə cavabdeh Hənifəyev İsmət Feyzulla (Feyzi) oğlu tərəfindən satın alınmışdır. Təxminən iki il əvvələ qədər iddiaçı və ailə üzvləri həmin torpaq sahəsindən avtomobil yolu kimi istifadə etmişlər. Lakin cavabdeh tərəfindən torpaq sahəsinin hasarlanması nəticəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu bağlanmışdır. Hazırda iddiaçının torpaq sahəsinə avtomobil yolu mövcud deyildir. Astara Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsində, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** saylı rəyində göstərilmişdir ki, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə şimal istiqamətindən gediş-gəliş yolunun nəzərdə tutulduğu müəyyən edilmişdir. Lakin həmin yol faktiki vəziyyətdə mövcud deyildir və cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Odur ki, Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı qərarına və JN – ***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən ailə üzvləri ilə birgə mülkiyyətinə verilmiş və Astara rayonunun Rüdəkənar kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunda tikilmiş hasarın cavabdehin hesabına sökülməsi ilə torpaqdan istifadə ilə bağlı yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili vəkil1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Hənifəyev İsmət Feyzulla oğlu izahatında bildirir ki, iddiaçının qanuni öz həyətinə aid yolu var sadəcə prinsipə düşüb ondan yol istəyir. İddiaçı tərəf zəbt etdiyini bildirir, onun ərazisi isə tam qanunidir. Odur ki, verilən iddianı qəbul etmir. İddiaçının ona aid olmayan yolunun açılması (servitut) və hasarın sökülməsi ilə maneələrin aradan qaldırılmasına dair iddiasının rədd olunması və iddiaçının barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Lənkaran Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mühəndisi Qiyas Quliyev bildirmişdir ki, tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, müvafiq mütəxəssis rəyi tərtib edilərək məhkəməyə göndərilmişdir. Vermiş olduğu rəyi müdafiə etdiyini, rəydə də qeyd etdiyi kimi Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı əsasında JN-088A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və digərlərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün əsas yolun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" ilə cavabdeh Hənifəyev ismət Feyzulla oğlunun mülkiyyətində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,116 ha həyətyanı torpaq sahəsindən kənardan keçməklə faktiki olaraq mövcud olmaması müəyyən olunmuşdur. Yerində araşdırma zamanı JN-088A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə faktiki vəziyyətdə gediş-gəliş yolu kimi həmin torpaq sahəsinin qərb istiqamətindən, qonşu torpaq sahəsindən kanal üstü körpü vasitəsilə istifadə edilməsi müəyyən olunmuşdur. İddia edilən (servitut hüququ ilə tələb edilən keçid) torpaq sahəsinin koordinatlarının cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun faktiki istifadəsində olan 0,116 ha torpaq sahəsinin sərhəd hüdudları daxilinə düşməsi müəyyən olunmuşdur. İddiaçı İddiaçı tərəfindən gedişgəliş yolu kimi iddia edilən (iddia edilən torpaq sahəsinin ölçüsünün 0,015 ha olması müəyyən edilmiş) torpaq sahəsinin bir hissəsinin (0,005 ha hissəsinin) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021- ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" ilə cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə, qalan hissəsinin (0,01 ha hissəsinin) isə Hənifəyev İsmət Feyzulla oğlunun istifadəsində (mülkiyyətdən kənar) olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı Hənifəyev ismət Feyzulla oğlunun mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki istifadədə olan torpaq sahəsinin koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi, istifadədə olan torpaq sahəsinin ölçüsünün isə sənəd üzrə ölçüsünə uyğun olması müəyyən edilmişdir. Həmçrnin araşdırma zamanı iddiaçının yol kimi iddia etdiyi torpaq sahəsinin kəndin əsas yoluna bitişik hissəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikilinin (sarayın) mövcud olması müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Şəfiqə Meybullayeva), iddia tələbinin təmin edilməsi, cavabdeh Hənifəyev İsmət Feyzulla oğluna məxsus olan Astara rayonu Rüdəkənar kəndi ərazisində yerləşən 0.116 ha həyətyanı torpaq sahəsinin iddiaçı İddiaçı və digərlərinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən istifadəsində olan Astara rayonu Rüdəkənar kəndi ərazisində yerləşən torpaq sahəsinə gediş-gəliş üçün keçən hissəsinin iddiaçı İddiaçı xeyrinə servitutla yüklü edilməsi, cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun üzərinə ona məxsus və faktiki istifadəsində olan torpaq sahəsindən iddiaçı İddiaçı istifadəsinə verilmiş Astara rayonu Rüdəkənar kəndi ərazisində yerləşən torpaq sahəsinə gediş-gəliş üçün zəruri keçid yolunun verilməsi vəzifəsinin qoyulması, cavabdeh Hənifəyev İsmət Feyzulla oğluna məxsus torpaq sahəsinin İddiaçı torpaq sahəsinə gediş-gəliş üçün keçən hissəsi üzərində yerləşən hasarın cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun hesabına sökülməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun nümayəndəsi-vəkili Əsədullayev İrfan İlyas oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı yazılı etiraz göndərərək, şikayətin təmin edilməməsini xahiş etdi. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun nümayəndəsi-vəkili Əsədullayev İrfan İlyas oğlu apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı İddiaçı və cavabdeh Hənifəyev İsmət Feyzulla oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun nümayəndəsi-vəkili Əsədullayev İrfan İlyas oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri həddində Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153-cü maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.4.-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 54-cü maddəsinin 1-ci bəndinə əsasən servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. 54-cü maddəsinin 2-ci bəndinə əsasən servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. 84-cü maddəsinin 1-ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Astara rayon İHB-nin Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ## ######## 2024-cü il tarixli, *** saylı arayışdan görünür ki, İddiaçı Astara rayonunun Rüdəkənar kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Astara rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Hənifəyev İsmət Feyzulla oğluna qarşı “piyada və maşın yolunun açılması, yolda tikilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş JN-088A Kod ******** nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının ## ##### 1999-cu il tarixli ** saylı Qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi İddiaçı, X6, X3, X5, X4 birgə mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il tarixli ********** nömrəli Çıxarışdan görünür ki, Astara rayonu, Rüdəkənar kəndi ərazisində yerləşən 0.116 ha torpaq sahəsi Hənifəyev İsmət Feyzulla oğlunun xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Lənkaran Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı əsasında JN-088A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və digərlərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün əsas yolun Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" ilə cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun mülkiyyətində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,116 ha həyətyanı torpaq sahəsindən kənardan keçməklə faktiki olaraq mövcud olmaması müəyyən olunmuşdur. Yerində araşdırma zamanı JN088A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə faktiki vəziyyətdə gediş-gəliş yolu kimi həmin torpaq sahəsinin qərb istiqamətindən, qonşu torpaq sahəsindən kanal üstü körpü vasitəsilə istifadə edilməsi müəyyən olunmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı əsasında JN-088A (KOD ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə İddiaçı və digərlərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə iddiaçı İddiaçı tərəfindən faktiki vəziyyətdə gediş-gəliş yolu kimi iddia edilən (servitut hüququ ilə tələb edilən keçid) torpaq sahəsinin koordinatlarının cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun faktiki istifadəsində olan 0,116 ha torpaq sahəsinin sərhəd hüdudları daxilinə düşməsi müəyyən olunmuşdur. İddiaçı İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən (iddia edilən torpaq sahəsinin ölçüsünün 0,015 ha olması müəyyən edilmiş) torpaq sahəsinin bir hissəsinin (0,005 ha hissəsinin) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021- ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" ilə cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə, qalan hissəsinin (0,01 ha hissəsinin) isə Hənifəyev İsmət Feyzulla oğlunun istifadəsində (mülkiyyətdən kənar) olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Eyni zamanda araşdırma zamanı Hənifəyev ismət Feyzulla oğlunun mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə koordinatlarının faktiki istifadədə olan torpaq sahəsinin koordinatları ilə tam həcmdə üst-üstə düşməməsi, istifadədə olan torpaq sahəsinin ölçüsünün isə sənəd üzrə ölçüsünə uyğun olması müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı iddiaçının yol kimi iddia etdiyi torpaq sahəsinin kəndin əsas yoluna bitişik hissəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikilinin (sarayın) mövcud olması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Hənifəyev İsmət Feyzulla oğlu qonşu torpaq sahələrinin mülkiyyətçiləridir. JN-088A Kod ******** nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsinə əsasən Astara rayon Aqrar İslahat Komissiyasının ## ##### 1999cu il tarixli ** saylı Qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi İddiaçı, X6, X3, X5, X4 birgə mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Astara rayonu, Rüdəkənar kəndi ərazisində yerləşən 0.116 ha torpaq sahəsi cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun mülkiyyətindədir. İddiaçı və qeyrilərinin mülkiyyətlərində olan Astara rayonu, Rüdəkənar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə faktiki vəziyyətdə gediş-gəliş yolu kimi həmin torpaq sahəsinin qərb istiqamətindən, qonşu torpaq sahəsindən kanal üstü körpü vasitəsilə istifadə edilir. İddiaçı İddiaçı tərəfindən gedişgəliş yolu kimi iddia edilən torpaq sahəsinin ölçüsünün 0,015 ha olması müəyyən edilmişdir. Gedişgəliş yolu kimi iddia edilən torpaq sahəsinin bir hissəsinin (0,005 ha hissəsinin) cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun mülkiyyətində olan torpaq sahəsi ilə, qalan hissəsinin (0,01 ha hissəsinin) isə Hənifəyev İsmət Feyzulla oğlunun istifadəsində (mülkiyyətdən kənar) olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Həmçinin araşdırma zamanı iddiaçının yol kimi iddia etdiyi torpaq sahəsinin kəndin əsas yoluna bitişik hissəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş köməkçi tikilinin (sarayın) mövcud olması müəyyən olunmuşdur. İddiaçı iddia tələbində qeyd edir ki, əvvəlki məhkəmə qətnamələri onun cavabdeh Hənifəyev İsmət Feyzulla (Feyzi) oğluna qarşı cavabdeh tərəfindən zəbt edilmiş piyada və avtomobil yolunun zəbtindən azad edilməsi, gediş-gəliş yolunda inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası təmin edilməmiş, bundan başqa alqı-satqı müqaviləsinin, qərarın, ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın və ************ reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin etibarsız hesab edilməsi, bələdiyyə tərəfindən qanunsuz olaraq satılmış torpaq sahəsinin geri alınması və torpaqdan istifadə ilə bağlı maneələrin aradan qaldırılması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, məlum olmuşdur ki, cavabdeh Hənifəyev İsmət Feyzulla (Feyzi) oğlu Astara rayonunun Rüdəkənar kəndində yerləşən 0,116 ha həyətyanı torpaq sahəsini bələdiyyədən deyil, Babayev İlham Əyyub oğlu ilə bağladığı alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Bu səbəbdən Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2- *(***)-****/**** saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Astara Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı qətnaməsində, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** saylı rəyində göstərilmişdir ki, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə şimal istiqamətindən gediş-gəliş yolunun nəzərdə tutulduğu müəyyən edilmişdir. Lakin həmin yol faktiki vəziyyətdə mövcud deyildir və cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Astara rayon Babək adına sovxozun ##.##.1990-cı il tarixli *** nömrəli əmri ilə Astara rayonunun Rüdəkənar kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin inşası üçün iddiaçının mülkiyyətinə verilmişdir. 1992-ci ildə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və halhazıradək iddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. ##.##.1996-cı il tarixli “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri əvəzsiz olaraq onların mülkiyyətinə verilməlidir. Astara Rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli ** saylı qərarı ilə iddiaçının istifadəsində olan 0,06 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş və bu barədə JN-***A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” təqdim edilmişdir. Həmin şəhadətnamədə və torpaq sahəsinin təhkim aktında mülkiyyətə verilən torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulduğu göstərilmişdir. Sözügedən yol əvvəllər Babək adına sovxoz tərəfindən inşa edilmiş hamamın ərazisindən keçmiş, sonradan həmin hamam əvvəlcə Mərhəmət Dadaşov, daha sonra isə cavabdeh Hənifəyev İsmət Feyzulla (Feyzi) oğlu tərəfindən satın alınmışdır. Təxminən iki il əvvələ qədər iddiaçı və ailə üzvləri həmin torpaq sahəsindən avtomobil yolu kimi istifadə etmişlər. Lakin cavabdeh tərəfindən torpaq sahəsinin hasarlanması nəticəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolu bağlanmışdır. Hazırda iddiaçının torpaq sahəsinə avtomobil yolu mövcud deyildir. Cavabdeh isə iddiaya etirazında və apellyasiya şikayətinin dəlillərində iddiaçının başqa gedişgəliş yolunun olmasını bildirir. Kollegiya qeyd edir ki, Servitut mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanunla müəyyən edilmiş əsaslarından biridir. Mülki Məcəllənin 255.4-cü maddəsinin məzmunundan aydın olur ki, daşınmaz əmlak mülkiyyətçisi digər mülkiyyətçinin əşyası üzərində aşağıdakı hallarda servitut təyin edilməsini tələb edə bilər: -torpaq sahəsindən piyada və avtomobillə keçid üçün; - elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişi və istismarı, su təchizatı və meliorasiya məqsədləri üçün; -daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin servitutun təyin edilməsi əsaslarını müəyyən edən 255.4-cü maddəsində əsas şərtlərdən biri torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə digər keçidinin olmaması və yüklü edilməsi tələb edilən torpaq sahəsindən istifadə etmədən mülkiyyətçinin ehtiyaclarının təmin edilməsinin mümkün olmamasıdır. İddia tələbinin qanuniliyi bu norma əsasında yoxlanılarkən digər keçidin mövcud olması dedikdə, yalnız servitut tələb edən şəxsin torpağının yaxınlığından keçən digər yolun olması kifayət deyil, eyni zamanda şəxsin mövcud vəziyyətdə bu yola çıxış imkanı olması da nəzərdə tutulur. Məsələn: fərdi yaşayış evinin həm ön, həm də arxa tərəfindən yol keçirsə, lakin arxa tərəfdən evə giriş yoxdursa və evin divarları ilə bağlanmışsa, yalnız ön tərəfdəki yol keçid yolu sayılır. Belə olan halda əgər mülkiyyətçinin yola çıxışı mövcud tikililər sökülmədən mümkün deyilsə, bu hal digər yolun mövcudluğu kimi qiymətləndirilərək servitut verilməsindən imtina üçün əsas ola bilməz. İstər Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, istərsə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ictimai yola keçidlə bağlı tələbin irəli sürülməsi üçün iki şərtin ayrı-ayrılıqda deyil, paralel şəkildə mövcud olmalı olduğunu şərtləndirir: birincisi, servitut tələbi qonşu, yəni özgə torpaq sahələrinin mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə qarşı verilməlidir, ikincisi, servitut tələb edən torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola keçidi olmamalıdır. Servitut yalnız servitut qoyulmadan təmin edilə bilinməyən ehtiyacların təmin edilməsi üçün təyin oluna bilər. Hazırki mülki işdə belə bir hal öz əksini tapmışdır. Belə ki, hazırki işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı istifadəsində olan torpaq sahəsinə gedişgəliş yolu kimi iddia edilən torpaq sahəsi məhz cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun mülkiyyətindəki torpaq sahəsinin bir hissəsindən keçir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində başqa alternetiv yolun olub-olmaması məsələsinin araşdırlmadığını bildirsə də, iş materiallarında olan əvvəlki məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə şimal istiqamətindən gediş-gəliş yolunun nəzərdə tutulduğu müəyyən edilmişdir. Lakin həmin yol faktiki vəziyyətdə mövcud deyildir və cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşür. Bu isə onu göstərir ki, yeganə gediş-gəliş yolu cavabdehin mülkiyyətində olan torpaq sahəsindən keçməklə təmin edilə bilər. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin “iddia təmin olunmalı, cavabdeh Hənifəyev İsmət Feyzulla oğluna məxsus olan Astara rayonu Rüdəkənar kəndi ərazisində yerləşən 0.116 ha həyətyanı torpaq sahəsinin iddiaçı İddiaçı və digərlərinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən istifadəsində olan Astara rayonu Rüdəkənar kəndi ərazisində yerləşən torpaq sahəsinə gediş-gəliş üçün keçən hissəsi üzərində iddiaçı İddiaçı xeyrinə yüklülük (servitut) müəyyən edilməli, cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun üzərinə ona məxsus və faktiki istifadəsində olan torpaq sahəsindən iddiaçı İddiaçı istifadəsinə verilmiş Astara rayonu Rüdəkənar kəndi ərazisində yerləşən torpaq sahəsinə gediş-gəliş üçün zəruri keçid yolu verilməsi vəzifəsi qoyulmalı, cavabdeh Hənifəyev İsmət Feyzulla oğluna məxsus torpaq sahəsinin İddiaçı torpaq sahəsinə gediş-gəliş üçün keçən hissəsi üzərində yerləşən hasar cavabdehin hesabına sökülməlidir” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiq olunmayan formal mülahizələrdən ibarət olmuşdur Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh Hənifəyev İsmət Feyzulla oğlunun nümayəndəsi-vəkili Əsədullayev İrfan İlyas oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar