Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-390/2026 05.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər X5 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Cavabdeh X1in nümayəndəsi vəkil Vəkil, İddiaçı və onun nümayəndəsi vəkil Vəkil/Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh X1ə qarşı əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbi barədə iddiasına dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)- ****/**** saylı qətnaməsindən Cavabdeh X1in nümayəndəsi vəkil Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X1ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1in ##.##.2025-ci il tarixli **-*-**/*-*-****/**** saylı əmrinin ləğv edilməsi öz vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, uzun illər Salyan Rayon Mərkəzi Xəstəxanasının vərəm şöbəsində əvvəlcə tibb bacısı, daha sonra böyük tibb bacısı vəzifəsində çalışmışdır. 2021-ci ildən etibarən bu vəzifədə işləmiş, həmin qurumun struktur dəyişikliyinə qədər fasiləsiz fəaliyyət göstərmişdir. Sonradan eyni binada, eyni xəstələrlə, eyni iş şəraitində fəaliyyətini davam etdirən yeni qurum - Cavabdeh X1 yaradılmışdır. Bu qurumda ona baş tibb bacısı vəzifəsi verilmiş, ##.##.2025-ci il tarixində 6 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Lakin ##.##.2025-ci il tarixində müqavilə müddətinin bitməsi əsas göstərilərək, Əmək Məcəlləsinin 68.2(b) bəndinə istinadla əmək münasibətlərimə xitam verilmişdir. Bu barədə ona əvvəlcədən məlumat verilməmişdir. O, beş oğlan anasıdır. Onlardan ikisi ali məktəbdə təhsil alır, üçü isə ümumtəhsil məktəbində oxuyur. Ailənin yeganə gəlir mənbəyi onun əmək fəaliyyəti olmuşdur. Əmək münasibətlərinə əsassız xitam verilməsi ailəsinin sosial vəziyyətinə ciddi mənfi təsir göstərmişdir. Bu barədə dəfələrlə müvafiq dövlət qurumlara müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə etməmişdir. Odur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli №**-1-93/3-1- ****/**** saylı əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və onun Cavabdeh X1də baş tibb bacısı vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 0# ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 Cavabdeh X1i tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli 18-1-93/3-1-****/**** №-li əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh X1 X6 İdarəetmə aparatının baş tibb bacısı vəzifəsinə bərpa edilməsi, İddiaçı ##.##.2025-ci il tarixdən işə çıxdığı günə qədər məcburi işburaxma müddəti üçün hesablanmış əmək haqqının ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh X1in nümayəndəsi vəkil Vəkil apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məxsus Əmək kitabçasından görünür ki, İddiaçı ##.##.2010-cı il tarixdə Salyan RMX Rayonlararası ağciyər xəstəlikləri xəstəxanasına tibb bacısı vəzifəsinə işə qəbul olunmuş, ##.##.2020-ci il tarixdə həmin idarəyə rayonlararası vərəm əleyhinə xəstəxanasının stasionarın böyük tibb bacısı vəzifəsinə, ##.##.2021-ci il tarixdə həmin idarəyə tibb bacıları şöbəsinə böyük tibbi bacısı vəzifəsinə keçirilmiş, ##.##.2025-ci il tarixində isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində əsasən işçinin təsəbüsü ilə xitam verilmişdir. İddiaçı Cavabdeh PHŞ-in direktoru Nəhmət Rəhmanova ünvanlanmış ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh RHŞ-də ona təklif edilən X6 İdarəetmə aparatının baş tibb bacısı (qardaşı) vəzifəsinə işə qəbul olunması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh PHŞ-nin direktoru X4 ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh PHŞ-in “X6” baş tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. ##.##.2025-ci il tarixli 18-1-93/3-1-****/**** №-li əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X1 X6 İdarəetmə aparatının baş tibb bacısı vəzifəsində işləyən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin başa çatması ilə) ## ####### 2025-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış ##.##.2025-ci il tarixli *******000200 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh X1in nümayəndəsi vəkil Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, qarşı tərəflə əmək müqaviləsi 6 aylıq müddətə bağlanmış müddətli əmək müqaviləsidir. Həmin əmək müqaviləsi Cavabdeh PHŞ ilə bağlanmışdır. Əvvəllər “Ağciyər Xəstəlikləri” bölməsi Salyan Rayon Xəstəxanasının struktur tərkibində fəaliyyət göstərmiş, sonradan isə həmin xəstəxananın tərkibindən ayrılaraq müstəqil X1 kimi fəaliyyətini Cavabdeh adı altında davam etdirmişdir. Bu səbəbdən, təşkilati-hüquqi formasının dəyişməsi ilə əlaqədar qarşı tərəflə yeni əmək müqaviləsi bağlanmışdır. Qarşı tərəf əvvəllər Salyan Rayon Xəstəxanasında tibb bacısı vəzifəsində çalışmış, sonradan isə Cavabdeh PHŞ-də baş tibb bacısı vəzifəsinə qəbul olunmuşdur. Cavabdeh PHŞ-nin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu ərazisində yerləşir. 2015-ci ildə qəbul edilmiş müvafiq qərara əsasən, regionlarda fəaliyyət göstərən X1lərin ayrıca hüquqi şəxs statusu ləğv edilmiş və onların səlahiyyətləri mərkəzi qurumda cəmləşdirilmişdir. Bu isə o deməkdir ki, işə qəbul, işdən azad etmə, maliyyələşmə və digər idarəetmə səlahiyyətləri mərkəzi qurum tərəfindən həyata keçirilir. X6 hüquqi şəxs statusuna malik olsa da, “Ağciyər Xəstəlikləri” bölməsi tabelik baxımından Cavabdeh PHŞ-yə verilmişdir. ## #### 2025-ci il tarixində əmək müqaviləsi bağlandıqdan sonra qarşı tərəfə intizam tənbehi qaydasında töhmət verilmişdir. Müddətli əmək müqaviləsinin 6 aylıq müddəti başa çatdıqdan sonra həmin əsasla müqavilənin müddəti uzadılmamış və əmək münasibətlərinə xitam verilmişdir. X7 tibb bacısı vəzifəsi ştat cədvəlində nəzərdə tutulduğu müddətdə mövcud olacaqdır. Həmin qurum TƏBİB-ə tabedir və idarəetmə funksiyaları TƏBİB tərəfindən həyata keçirilsə də, mərkəz tabeliyində olan qurum kimi ayrıca fəaliyyət göstərir. İddiaçı nümayəndəsi vəkil Vəkil/Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia ərizəsi Cavabdeh PHŞ-nin regional qurumu ilə əlaqəli olaraq X6rşı qaldırılmış və Salyan Rayon Məhkəməsinə təqdim edilmişdir. Cavabdehin baş ofisi Bakı şəhəri Səbail rayonu ərazisində qeydiyyatda olsa da, mübahisə predmeti olan əmək münasibətləri faktiki olaraq Salyan rayonu ərazisində yerləşən xəstəxanada yarandığından, iddia Salyan Rayon Məhkəməsinə verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli xarakter daşısa da, iddiaçı tərəfindən icra edilən tibb bacısı vəzifəsi öz mahiyyətinə görə daimi xarakterli olub, müəssisənin fasiləsiz fəaliyyətini təmin edən ştat vahidinə aiddir. Bu səbəbdən, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin vəzifə üzrə əmək müqaviləsi müddətsiz bağlanılmalı idi. Bununla yanaşı, hətta müqavilənin müddətli hesab edilməsi halında belə, onun xitamı zamanı qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, müddətli əmək müqaviləsinin başa çatmasına azı 1 həftə qalmış işçiyə yazılı qaydada xəbərdarlıq edilməli olduğu halda, iddiaçıya hər hansı rəsmi xəbərdarlıq təqdim olunmamışdır. Cavabdeh tərəfindən SMS vasitəsilə məlumat verildiyi iddia edilsə də, əmək qanunvericiliyində belə bir bildiriş üsulu nəzərdə tutulmamışdır. İşçi iş yerində olduğu müddətdə ona yazılı xəbərdarlıq təqdim edilərək imza etdirilməsi mümkün olduğu halda, bu prosedura əməl edilməmişdir. Beləliklə, əmək müqaviləsinin müddətsiz hesab edilməməsi fərz edilsə belə, onun müddətli müqavilə kimi xitam verilməsi zamanı da qanunvericiliyin tələbləri pozulmuşdur. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçının yeganə gəlir mənbəyi məhz həmin iş yeri olmuş, o, 5 övladını təkbaşına böyüdən şəxsdir. Cavabdeh PHŞ-də 6 ay müddətində fasiləsiz çalışmışdır. Müqavilənin müddəti bitən gün dərhal işdən azad edilmişdir. İddiaçı məhkəmədə nümayəndəsinin izahatı ilə razı olduğunu bildirdi. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə tərkibi mülki işin materiallarını hərtərəfli və tam tədqiq edərək, tərəflərin izahatlarını dinləyərək, qanunvericilik normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi mülki işə mahiyyəti üzrə baxarkən qanunverciliyin tələblərini pozmuş və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək işi icraata götürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. MPM-in 32.3-32.4-cü maddələrinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Bu baxımdan, məhkəmə tərkibi qeyd edir ki, cavabdeh Cavabdeh X1 Bakı şəhəri Səbail rayonu X3 küçəsi ev 120 ünvanında yerləşir. Qanunvericiliyin yuxarıda göstərilən normalarından da göründüyü kimi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yer üzrə müvafiq məhkəməyə verilməlidir. Odur ki, hazırkı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilməli idi. MPM-in 387.2-ci maddəsinə tələbinə görə işə buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, hazırkı iddia ərizəsi cavabdehin rəsmi qeydiyyata alındığı yerin məhkəməsinə verilməli olduğundan aidiyyəti üzrə Səbail Rayon Məhkəməsində baxılmalıdır. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, İddiaçı Cavabdeh X1ə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 31, 32, 385, 387, 387-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh X1ə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardadan həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-390/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-390/2026
05.05.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver