Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-418/2026 09.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətin mümkünlüyünü yazılı icraat qaydasında yoxlayaraq m ü ə y y ə n e t d i: İddiaçı X2 cavabdeh X1 qarşı “mülkiyyətin müdafiəsi, tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 tərəfindən istifadə edilən mülkiyyətlərində olan 0.4203 hektar torpaq sahəsinin zəbtdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadına əsasən, iddiaçı X2 cavabdeh X1 qarşı “mülkiyyətin müdafiəsi, tutulmuş torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun X2 geri qaytarılması qərara alınmışdır. İddiaçı X2 məhkəməyə elektron qaydada şikayət ilə müraciət edərək, Astara Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərardadının əsassız olduğundan ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayət qeyri-mümkün hesab edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən icraat xitam verilməsi barədə qərardaddan şikayət verilən zaman rüsum ödəməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə isə məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi zamanı dövlət rüsumu ödənilməlidir. Həmin qanunun 8.5-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Qanunun 9.1.17-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin: 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; 363.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı X2 şikayətin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, ümumiyyətlə, hər hansı məbləğdə dövlət rüsumu ödəməmiş və ya şikayətinə ödədiyini təsdiq edən hər hansı sübut əlavə etməmişdir. Məhkəmə tərkibi yekun dəyərləndirmə apararaq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Çünki hazırki şikayət Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən verilmiş şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, qərardaddan verilmiş şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, şikayət qeyri-mümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Şikayətin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərara aldİ: Astara Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-418/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-418/2026
09.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver