Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-452/2026 01.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadından İddiaçı publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı publik hüquqi şəxsi Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2014-cü il tarixli ******** saylı müqaviləyə əsasən ödənilməmiş borc qismində 152 manat 15 qəpik məbləğdə pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı publik hüquqi şəxsinin nümayəndəsi Ə.S.Həsənov iddia ərizəsində həmin publik hüquqi şəxsin hansı normativ-hüquqi akta əsasən büdcə təşkilatı hesab olunduğunu əsaslandırmamış və bu barədə hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı publik hüquqi şəxsi büdcə təşkilatı deyil, təbii inhisar subyekti olduğuna, mülkiprosessual qanunvericiliyə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təbii inhisar subyektlərinin məhkəməyə verilən iddia ərizələri üzrə dövlət rüsumundan azad edilməsi nəzərdə tutulmadığına görə iddiaçı publik hüquqi şəxs məhkəməyə verdiyi iddia ərizəsi üzrə dövlət rüsumu ödəməli idi. İddiaçı publik hüquqi şəxsinin qeyd edilən Nizamnaməsindən görünür ki, həmin publik hüquqi şəxsinin maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilmir və həmin qürum bazarda təbii inhisarçı kimi çıxış etməklə, meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərməklə və istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması (məhsul satışı) ilə yanaşı sahibkarlıq fəaliyyəti ilə də məşğul olmaq və gəlir etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin mümkün olmadığı, habelə iqtisadi baxımdan əlverişli və ya məqsədəuyğun hesab edilmədiyi şəraitdə dövlət və ya ictimai maraqlar səbəbindən ödənilməsi zəruri olan, lakin istehlakda başqa məhsul ilə əvəz edilə bilməyən məhsula tələbatın təmin edilməsi üçün digər təbii inhisar subyektlərinə olduğu kimi, İddiaçı publik hüquqi şəxsinə də Azərbaycan Respublikasının dövlət büdcəsindən hər hansı vəsaitin ayrılması həmin publik hüququ şəxsin büdcə təşkilatı hesab edilməsinə əsas vermir. İddiaçı publik hüquqi şəxsi qərardaddan şikayət verərək, onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “X3 Xidməti” PHŞ-nin səhmləri 100 faiz dövlətə məxsusdur. Lakin buna baxmayaraq iddia ərizəsini icraata qəbul etməmək üçün əsassız olaraq Azərbaycan Respublikasının Rəqabət Məcəllsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin siyahısı”na istinad edilmişdir. Adıçəkilən publik hüquqi şəxsin təbii inhisar subyekti olub-olmaması mübahisələndirilmir. Publik hüquqi şəxsin qanunun tələbi baxımından təbii inhisar subyekti olmasını qəbul edilir. Lakin “X3 Xidməti” PHŞ məhkəməyə verdiyi iddialarla bağlı “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təkilatı olduğundan dövlət rüsumu ödəməkdən azaddır. İddiaçı PHŞ dövlət büdcəsindən maliyyələşdirilən təşkilat olmasaydı, 2026-cı ildə öz fəaliyyətini həyata keçirmək üçün ona dövlət büdcəsindən Prezidentin fərmanına əsasən 489998,537,0 manat pul vəsaiti ayrılmazdı. “X1 Xidməti” PHŞ dövlət büdcasindən maliyyələşdirilən təşkilat kimi qəbul edilərək ona 2026-cı ildə fəaliyyətini həyata keçirmək üçün dövlət büdcəsindən 489998 537.0 manat pul ayılması barəda fərman verilmişdir. Biləsuvar Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə tərkibi iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə, dövlət rüsumu ödənilir. MPM-in 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, Qanunun tələbinə görə büdcə təşkilatları iddia ərizələri verilərkən dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı publik hüquqi şəxsin büdcə təşkilatı olub-olmadığına qiymət vermək üçün aşağıdakı qanunvericilik aktlarının nəzərdən keçirilməsi zəruridir. Belə ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.23-cü bəndinə əsasən büdcə təşkilatı - maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Əsasnaməsinə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təmin edilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlər göstərilməsinin təşkili, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları, onların saxlanılmasını və qorunmasını təmin edən əsas və köməkçi avadanlıq istisna olmaqla), su təchizatı sistemlərinin monitorinqinin aparılması sahələrində vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. İddiaçı publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il Fərmanı ilə yaradılmışdır. X2 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. İddiaçı publik hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, Xidmət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərir. Xidmət ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Xidmət Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Xidmət qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Xidmətin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Xidmətin mənfəəti Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Agentliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər. Xidmətin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. Bununla yanaşı, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İddiaçı və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2026-cı il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İddiaçı publik hüquqi şəxsi yenidən təşkil edilərək Agentliyin tabeliyində “X2” Qapalı Səhmdar Cəmiyyətinə çevrilməsi qərara alınmışdır. Göstərilənlər onu deməyə əsas verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanı, İddiaçı publik hüquqi şəxs isə qapalı səhmdar cəmiyyətinə çevrilməklə mahiyyət etibari ilə kommersiya hüquqi şəxs hesab olunur, əsas məqsədi mənfəət əldə etməkdir. Bu cür müəssisələr bir qayda olaraq, dövlət büdcəsindən maliyyələşmir, iri dövlət layihələrinin sifarişləri istisna olmaqla, səhmdarların vəsaiti, gəlirləri hesabına maliyyələşir. Bu baxımdan, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi mərkəzi icra hakimiyyəti orqanı hesab olunduğundan, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə, habelə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azad olunurlar. İddiaçı publik hüquqi şəxs (“X2” Qapalı Səhmdar Cəmiyyəti) isə bu halda dövlət rüsumu ödəməlidirlər. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci bəndinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Qanunun 7.1-ci və 7.2-ci bəndlərinə əsasən publik hüquqi şəxsin nizamnamə fondu təsisçi (təsisçilər) tərəfindən verilmiş əmlak hesabına formalaşdırılır. Publik hüquqi şəxsin əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2024-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş İddiaçı publik hüquqi şəxsin nizamnaməsinin 1.1-ci bəndinə əsasən X2 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. Həmçinin nizamnamənin 5.2-ci bəndinə əsasən Xidmətin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. Məhkəmə tərkibi iş materiallarını yazılı icraat qaydasında nəzərdən keçirib hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, İddiaçı publik hüquqi şəxsinin şikayətində qeyd etdiyi formal dəlillər mövcud qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, məhkəmə tərkibi yuxarıda sadalanan əsaslara görə birinci instansiya məhkəməsinin iddia ərizəsini geri qaytarılması ilə bağlı hazırkı mövqeyi ilə razıdır və birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsini aşkar etmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Şikayət təmin edilməsin və Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-452/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-452/2026
01.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver