Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-453/2026 12.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə, iddiaçı İddiaçı publik hüquqi şəxsin cavabdeh Cavabdeh qarşı müqaviləyə əsasən ödənilməmiş borcun tutulması tələbinə dair mülki iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı publik hüquqi şəxs pul tələbi barədə sadələşdirilmiş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2011-ci il tarixli, ******** saylı müqaviləyə əsasən ödənilməmiş borc qismində 336 manat 54 qəpik məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin (hakim R.Əliyev) ## #### 2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermir, ərizəyə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməmişdir. Qərardaddan iddiaçı şikayət vermiş, qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Şikayətə görə iddiaçı İddiaçı PHŞ büdcə təşkilatıdır və iddia verilərkən dövlət rüsumunu ödəməkdən azaddır. Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Iddiaçı ## ###### 2011-ci il tarixli, ******** saylı müqaviləyə əsasən ödənilməmiş borc qismində 336 manat 54 qəpik məbləğində pul vəsaitinin ona ödənilməsinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Müəyyən edilir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən büdcə təşkilatları məhkəməyə verdikləri iddialar üzrə dövlət rüsumundan azaddır. Şikayətin dəlilləri ilə bağlı Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qanunun tələbinə görə büdcə təşkilatları iddia ərizələri verilərkən dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı publik hüquqi şəxsin büdcə təşkilatı olub-olmadığına qiymət vermək üçün bəzi qanunvericilik aktlarının nəzərdən keçirilməsini zəruri hesab edirik. Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanununa görə - büdcə təşkilatı maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar hesab olunur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Əsasnaməsinə uyğun olaraq - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təmin edilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlər göstərilməsinin təşkili, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları, onların saxlanılmasını və qorunmasını təmin edən əsas və köməkçi avadanlıq istisna olmaqla), su təchizatı sistemlərinin monitorinqinin aparılması sahələrində vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. İddiaçı publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il Fərmanı ilə yaradılmışdır. X1 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (iri şəhərlər istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir. İddiaçı publik hüquqi şəxsin nizamnaməsinə uyğun olaraq, Xidmət Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərir. Xidmət ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Xidmət Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Xidmət qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra Xidmətin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Xidmətin mənfəəti Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Agentliyin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər. Xidmətin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır. Bununla yanaşı, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İddiaçı və “xxxx” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2026-cı il tarixli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İddiaçı publik hüquqi şəxsi yenidən təşkil edilərək Agentliyin tabeliyində “X1” Qapalı Səhmdar Cəmiyyətinə çevrilməsi qərara alınmışdır. Göstərilənlər onu deməyə əsas verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır; İddiaçı publik hüquqi şəxs isə qapalı səhmdar cəmiyyətinə çevrilməklə mahiyyət etibari ilə kommersiya hüquqi şəxs hesab olunur, əsas məqsədi mənfəət əldə etməkdir. Bu cür müəssisələr bir qayda olaraq, dövlət büdcəsindən maliyyələşmir, iri dövlət layihələrinin sifarişləri istisna olmaqla, səhmdarların vəsaiti, gəlirləri hesabına maliyyələşir. Bu baxımdan, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi mərkəzi icra hakimiyyəti orqanı hesab olunduğundan, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə, habelə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azad olunurlar. İddiaçı publik hüquqi şəxs (“X1” Qapalı Səhmdar Cəmiyyəti) isə bu halda dövlət rüsumu ödəməlidirlər. MPM-in 152.1.5-ci maddəsinin tələbinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya hesab edir ki, məhkəmə iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Iddiaçı İddiaçı publik hüquqi şəxsin şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-453/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-453/2026
12.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver