Məhkəmə qərarları › İş №2(3-9)-454/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-454/2026

29.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-454/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı X2 Cavabdeh qarşı ## ###### 2013-cü il tarixli, ******** saylı müqaviləyə əsasən ödənilməmiş borc qismində 205 manat 50 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim: Rəfayil Əliyev) iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı X2 nümayəndəsi Nümayəndə şikayət vermişdir. Biləsuvar Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, “Büdcə sistemi haqqında” AR Qanununun 1.1.23-cü maddəsinə əsasən İddiaçı PHŞ büdcə təşkilatı olmaqla, həmin qanunun 1.1.30-cu maddəsinə əsasən dövlət müəssisəsidir. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il # ###### tarixli ***-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikasi Prezidentinin Fərmanının preambula hiss\sində qeyd edilmişdir: “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il # ###### tarixli ***-VIIQ nömrəli Qanununun 7-ci maddəsi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə aşağıdakı qaydada təsdiq edilsin.Həmin fərmanın 1.9.3.* nömrəli sırasında qeyd edilmişdir ki, ümumi xidmətlərin göstərilməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İddiaçı PHŞ-in hesabına dövlət büdcəsindən 489,998,537.0 manat ayrılmışdır.Xüsusi olaraq qeyd edilməlidir ki, İddiaçı PHŞ-in səhmləri 100 faiz dövlətə məxsusdur, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrdə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatı olduğundan dövlət rüsumundan azaddır. Qərardadın ləğv edilməsini, iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kollegiya şikayətin dəlilləri ilə razılaşmır və qeyd edir ki, X3 Xidməti” publik hüquqi şəxsin büdcə təşkilatı kimi qiymətləndirilməsi üçün yalnız dövlət büdcəsindən maliyyələşmə faktı kifayət etmir. “Büdcə sistemi haqqında” Qanunda nəzərdə tutulan büdcə təşkilatı anlayışı təşkilatın hüquqi statusu, fəaliyyətinin maliyyələşmə mexanizmi və büdcə təsnifatında yeri ilə müəyyən edilir. Halbuki qeyd olunan publik hüquqi şəxs ayrıca balansı, müstəqil təsərrüfat fəaliyyəti və publik hüquqi şəxs statusu ilə fəaliyyət göstərir ki, bu da onu klassik mənada büdcə təşkilatlarından fərqləndirir. Dövlət büdcəsindən vəsait ayrılması həmin qurumun hüquqi statusunu dəyişdirmir və avtomatik olaraq onu dövlət rüsumundan azad edilən subyektlər sırasına daxil etmir. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən büdcə təşkilatları məhkəməyə verdikləri iddialar üzrə dövlət rüsumundan azaddır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, İddiaçı publik hüquqi şəxs hüquqi mahiyyəti etibarilə büdcə təşkilatı deyil, təbii inhisar subyekti kimi fəaliyyət göstərir. Mülki-prosessual qanunvericiliyin tələblərinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən isə təbii inhisar subyektlərinin məhkəməyə təqdim etdikləri iddia ərizələri üzrə dövlət rüsumundan azad edilməsi nəzərdə tutulmamışdır. Qeyd olunan səbəbdən, iddiaçı publik hüquqi şəxs tərəfindən məhkəməyə verilmiş iddia ərizəsi üzrə dövlət rüsumunun ödənilməsi zəruri olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısından” görünür ki, İddiaçı publik hüquqi şəxsi təbii inhisar subyekti hesab olunur və təbii inhisar subyektlərinə həmçinin SOCAR-ın tabeliyindəki “Azneft” və “Azəriqaz” istehsalat birlikləri, “Azərişıq” səhmdar cəmiyyəti, “xxxx” qapalı səhmdar cəmiyyəti, “xxxx” qapalı səhmdar cəmiyyəti, “Aztelekom” məhdud məsuliyyəti cəmiyyəti və bir sıra digər təsərrüfat subyektləri aid edilmişdir. Həmin Nizamnamənin 5.2 və 5.4-cü bəndlərinə görə isə İddiaçı X2 əmlakı dövlət büdcəsindən vəsait ayrılan vəsaitlə yanaşı, həmin qurumun öz fəaliyyətindən əldə etdiyi gəlir və digər mənbələr hesabına formalaşır və Xidmət öz fəaliyyətindən əldə etdiyi gəlirlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.23- cü maddəsinə əsasən büdcə təşkilatı dedikdə, maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar başa düşülür İddiaçı X2 qeyd edilən Nizamnaməsindən görünür ki, həmin X2 maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilmir və həmin qürum bazarda təbii inhisarçı kimi çıxış etməklə, meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərməklə və istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması (məhsul satışı) ilə yanaşı sahibkarlıq fəaliyyəti ilə də məşğul olmaq və gəlir etmək hüququna malikdir. Məhkəmə haqlı olaraq qeyd edir ki, istehsalın texnoloji xüsusiyyətləri səbəbindən rəqabətin mümkün olmadığı, eləcə də iqtisadi baxımdan məqsədəuyğun hesab edilmədiyi şəraitdə, dövlət və ictimai maraqlar naminə istehlakda əvəzolunmaz olan məhsullara tələbatın təmin edilməsi məqsədilə təbii inhisar subyektlərinə dövlət büdcəsindən vəsait ayrılması həmin subyektlərin hüquqi statusunu dəyişdirmir. Bu baxımdan, digər təbii inhisar subyektlərində olduğu kimi, İddiaçı publik hüquqi şəxsə dövlət büdcəsindən vəsait ayrılması da onun büdcə təşkilatı kimi qiymətləndirilməsi üçün hüquqi əsas yaratmır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinə görə isə iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini qaytarmaqda haqlı olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Iddiaçı İddiaçı X2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar