Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-458/2026 30.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı «torpaq sahəsindən çıxarılma» tələbi barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (reyestr nömrəsi: 909013071360, qeydiyyat nömrəsi: 1324020487, qeydiyyat tarixi: ##.##.2024-cü il) əsasında onlara ümumi birgə mülkiyyət hüququ ilə məxsus Sabirabad rayonu, Sarxanbəyli kəndində yerləşən 3.8086 ha torpaq sahəsinin 1.24 ha hissəsindən cavabdeh Cavabdeh çıxarılaraq, torpağın həmin hissəsindən istifadənin dayandırılması və həmin hissənin onlara qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, həmçinin, apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini belə əsaslandırmışdır ki, qətnamə ona rəsmi qaydada göndərilməmişdir. Qətnamənin mövcudluğundan və məzmunundan yalnız iş icraya yönəldikdən sonra xəbər tutmuşdur. Qətnamənin surəti ona ##.##.2026-cı il tarixdə Sabirabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim edilmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə (hakim Nurəddin Bağırov) apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə iş üzrə cavabdeh Cavabdeh ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh şikayət verərək Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birincisi, yaş və texnoloji imkansızlıq əsasdır. O, 1953cü il təvəllüdlü, 73 yaşlı təqaüdçüdür. Müasir informasiya texnologiyalarından, o cümlədən kompüter və internetdən istifadə etmək bacarığı yoxdur. "Elektron Məhkəmə" sisteminin nə olduğunu, orada adına kabinet açıldığını və ora sənəd yerləşdirildiyini bilmək onun üçün qeyrimümkündür. İkincisi, məlumatın çatdırılmamasıdır. Onun adına elektron kabinetin kim tərəfindən açıldığı və hansı nömrəyə bağlı olduğu ona məlum deyil. Ona bu barədə heç bir SMS və ya rəsmi bildiriş gəlməmişdir. Üçüncüsü, həqiqi xəbərdar olma tarixidir. Məhkəmə qətnaməsi ona poçt vasitəsilə kağız daşıyıcısında göndərilməmişdir. O, qətnamənin mövcudluğundan və məzmunundan ilk dəfə ##.##.2026-cı il tarixdə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə çağırılarkən xəbər tutmuşdur. Həmin gün sənədin surəti ona icra məmuru tərəfindən fiziki olaraq təqdim edilmişdir. Bu fakt sübut edir ki, o sənədi elektron kabinetdən deyil, rəsmi orqandan fiziki qaydada almışdır. Həmin vaxtdan dərhal sonra-qanunla müəyyən edilmiş müddət daxilində məhkəməyə müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Bu, onun məhkəmə qərarından yayınmaq yox, əksinə, qanuni hüquqlarını qorumaq niyyətini və müddəti ondan asılı olmayan səbəblərdən buraxdığını sübut edir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə tərkibi hesab edir ki, cavabdeh Cavabdeh Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Cavabdeh Cavabdeh Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən üzürlü səbəblərdən vaxtında şikayət verməməsinə dair mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Barəsində apellyasiya şikayəti verilən qətnamə ##.##.2026cı il tarixdə cavabdeh Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetində yerləşdirilmişdir. Belə ki, Cavabdeh məxsus EMS-də olan şəxsi kabinetə müvafiq nəzarətin edilməsi bilavasitə Cavabdeh vəzifəsidir və o tərəf olduğu mülki işdə maraqlı olmalı idi. İşdə maraqlı olmaq o deməkdir ki, məhkəmənin qəbul edəcəyi qətnamə və ya qərardad həmin şəxsin hüquq və vəzifələrinə birbaşa təsir göstərir. Yəni tərəf məhkəmə işində iştirak etməklə öz subyektiv hüququnu müdafiə etməkdə maraqlıdır. Cavabdeh işdə maraqlı olmalı, yəni: -Öz hüquqlarını qorumaq üçün prosesi diqqətlə izləməli, -Prosessual müddətləri qaçırmamalı, -Zamanında şikayət, vəsatətlər verməli, -Sübutları təqdim etməli idi. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh prosessual müddəti üzrlü səbəblərdən ötürməsini hər hansı mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Onun qeyd etdiyi hallar formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, qanunvericilikdə şikayətlərin verilməsi müddəti və şikayətin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi halı konkret şəkildə göstərilmiş, habelə müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. Həmçinin iş materiallarından görünür ki, cavabdeh ## ##### 2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, işin gedişatı ilə bağlı etirazlarını bildirmiş və məhkəməyə yazılı etiraz ərizəsi ünvanlamışdır. Bu hallar onun iş üzrə maraqlı tərəf olduğunu və prosesdən xəbərdar şəkildə iştirak etdiyini göstərir. Buna görə də, qətnamədən vaxtında xəbər tutmadığına dair dəlillər prosessual müddətin ötürülməsinə üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Belə ki, o, xəbərdar olduğu işlə maraqlanmalı, prosessual hərəkətləri vaxtında yerinə yetirməli, icraatın gedişatını izləməli idi. Bundan başqa, şikayətdə göstərilən hallar prosessual müddətin ötürülməsinin üzrlü səbəbi kimi çıxış edə biləcək konkret, mötəbər və təsdiqləyici sübutlarla əsaslandırılmamışdır. Sadəcə ümumi və subyektiv izahatlar isə hüquqi nəticə doğuran fakt kimi qəbul edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, «X2rşı» iş üzrə qərarında (1985-ci il) qeyd etmişdir ki, vaxt məhdudiyyətləri ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və vaxtı keçmiş iddiaların qarşısının alınması məqsədilə qoyula bilər. Presessual hüquq qabiliyyəti üzrə məhdudiyyətlər, məsələn, müvafiq hüquqa malik olmayan iddiaçıları məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək üçün qoyula bilər. Digər məhdudiyyətlərə hökümət nazirlərinin, parlament üzvlərinin, mülki dövlət qulluqçularının və digər şəxslərin immunitet və imtiyazları aid edilə bilər. Lakin tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirən dərəcədə olmamalıdır. Bundan başqa, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» ## #### 2003cü il tarixli işi üzrə qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi
qərara aldı:
Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.