Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-474/2026 07.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Imanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı publik hüquqi şəxsin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyən etdi: Iddiaçı İddiaçı publik hüquqi şəxsi cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 198,63 (yüz doxsan səkkiz manat altmış üç qəpik) manat məbləğində borcun tutularaq ************* nömrəli abonent koduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman iddia tələbinin qiymətinə uyğun dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz ərizəyə əlavə edilmədiyindən Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadına əsasən, iddiaçı İddiaçı publik hüquqi şəxsin cavabdeh Cavabdeh qarşı “pul tələbi”-nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Iddiaçı İddiaçı publik hüquqi şəxsin nümayəndəsi X2 Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Su təchizatı və tullantı suları haqqında” Qanuna və “Sudan istifadə Qaydaları”na uyğun olaraq aralarında bağlanmış ******** nömrəli, ##.##.2011-ci il tarixli müqaviləyə əsasən Cavabdeh və ailə üzvlərinin içməli su ilə təmin edilməsi və kanalizasiya ilə əlaqədar olaraq xidmət göstərilmiş, ##.##.2026-cı il tarixə qədər olan müddətdə onun 198.63 manat ödənilməmiş su pulu borcu qalmışdır, borcun ödənilməsi barədə ona xəbərdarlıq təqdim edilsə də, borcu hazırki vaxta qədər ödəməmiş, buna görə də Cavabdeh 198.63 manat su pulu borcunun məhkəmə vasitəsilə tələb olunması zərurəti yaranmışdır. Bu barədə iddia ərizəsi müvafiq sənədlərlə birlikdə Biləsuvar rayon məhkəməsinə təqdim edilmiş, lakin məhkəmə tərəfindən qəbul edilmiş qərardada əsasən guya iddiaçının dövlət rüsumunu ödəmədiyinə görə sənədlər geri qaytarılmışdır. Halbuki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi qanuna uyğun olaraq tələb olunmur, belə ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.23-cü maddəsinə əsasən “X3 Xidməti” publik hüquqi şəxs büdcə təşkilatıdır və həmin Qanunun 1.1.30-cu maddəsinə əsasən dövlət müəssisəsidir, eyni zamanda “Azərbaycan Respublikasının 2026cı il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Fərmanının preambula hissəsində qeyd edilmişdir ki, funksional təsnifat üzrə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlara və tədbirlərə ayrılan vəsaitlər müəyyən edilmiş qaydada təsdiq edilir və həmin Fərmanın 1.9.3.1-ci bəndinə əsasən “X3 Xidməti” X1 dövlət büdcəsindən 489.998.537,0 manat vəsait ayrılmışdır. Bununla yanaşı, “X3 Xidməti” X4 səhmlərinin 100 faizinin dövlətə məxsus olması Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2024-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Nizamnamə ilə müəyyən edilmiş, lakin buna baxmayaraq məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbul edilməməsi üçün əsas kimi təbii inhisar subyekti olması ilə bağlı müddəalara istinad edilmişdir, halbuki iddiaçı tərəf təbii inhisar subyekti olmasını mübahisələndirmir, lakin bildirir ki, “X3 Xidməti” publik hüquqi şəxsin məhkəməyə verdiyi iddialarla bağlı “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olduğu nəzərə alınmalıdır. Buna baxmayaraq məhkəmə qəbul etdiyi qərardadda birbaşa qanunun tələblərinin əksinə nəticəyə gəlmiş və nəticədə iddiaçının qanunla qorunan hüquqları pozulmuş, əsassız olaraq dövlət rüsumu ödəməyə məcbur edilmişdir. Eyni zamanda şikayətdə qeyd edilir ki, məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi də düzgün aparılmamışdır, halbuki Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verməlidir, lakin iş üzrə təqdim edilmiş sənədlərlə “X3 Xidməti” publik hüquqi şəxsin büdcə təşkilatı olması və dövlət büdcəsindən maliyyələşdirilməsi sübuta yetirilsə də, bu hallar nəzərə alınmamışdır. Həmçinin iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar, yəni həmin qurumun büdcə təşkilatı olması və bu səbəbdən dövlət rüsumundan azad edilməsi məsələsi məhkəmə tərəfindən tam araşdırılmamış, nəticədə iş üçün əhəmiyyətli hallar aydınlaşdırılmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin hallarına uyğun gəlmədiyi göstərilərək qeyd olunmuşdur ki, məhkəmə “X3 Xidməti” publik hüquqi şəxsin büdcə təşkilatı olmadığını və iddia ərizəsi ilə bağlı dövlət rüsumu ödəməli olduğunu əsassız şəkildə qəbul etmiş, halbuki həmin qurumun fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilir və bu səbəbdən dövlət rüsumundan azad edilməlidir. Nəticə etibarilə, göstərilən hallara əsasən şikayət verən şəxs Biləsuvar rayon məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadının ləğv edilərək iddia ərizəsinin icraata qəbul olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış və şikayət, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. Iddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində (MPM-in 151.3-cü mad) geri qaytarılmadıqda iddia ərizəsi icraata qəbul edilmiş hesab edilir. Iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmadıqda, ərizədə göstərilən qüsurların aradan qaldırılmasından ötrü iddia ərizəsi geri qaytarıla bilər. Hakim iddia ərizəsinin MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya MPM-in 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarır (MPM-in 152.1., 152.1.1, 152.1.2, 152.1.3, 152.1.4, 152.1.5, 152.1.6, 162.1.6-1, 152.1.7, 152.1.8, 152.1.9 və 152.10-cu maddələri). Göründüyü kimi prosessual qanunvericilikdə iddia ərizəsinin hansı hallarda geri qaytarıla bilməsi tam və müfəssəl göstərilmişdir. Həmin halların konkret göstərilməsi iddia ərizəsinin geri qaytarılmasının əsaslarının geniş təfsir edilməsini də məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda geri qaytarılmanının mümkünlüyünü təsbit edir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə iddia ərizəsinin geri qaytarılması yol verilməzdir. Həmin halların olmaması iddia ərizəsinin icraata qəbul edilməsini qaçılmaz edir. Işin hallarından görünür ki, iddiaçı İddiaçı publik hüquqi şəxs cavabdeh Cavabdeh qarşı 198,63 manat məbləğində borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi təqdim edilərkən həmin tələbin qiymətinə uyğun dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Birinci instansiya məhkəməsi bu prosessual çatışmazlığı MPM-in 152.1.5-ci maddəsinin birbaşa tələbi kimi qiymətləndirərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı büdcə təşkilatı olmaqla “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə dövlət rüsumunu ödəməkdən azaddır. İddiaçı publik hüquqi şəxs dövlət büdcəsindən maliyyələşdirildiyinə görə dövlət rüsumu ödəməkdən azaddır, bu səbəbdən də iddia ərizəsinin geri qaytarılması əsassızdır. Şikayətin məzmunundan görünür ki, nümayəndə bu mövqeyini “Büdcə sistemi haqqında” Qanunun müddəalarına, 2026-cı il dövlət büdcəsi haqqında qanuna və Prezident fərmanına istinad etməklə əsaslandırmağa çalışmış, həmin quruma dövlət büdcəsindən vəsait ayrılmasını onun büdcə təşkilatı olması kimi təqdim etmişdir. Kollegiya şikayətin dəlillərini araşdıraraq, birinci instansiya məhkəməsi tərəfindən aparılan hüquqi dəyərləndirmə ilə razılaşıb hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi əsası ilə qaytarmaqla prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Normada nəzərdə tutulmuş güzəşt bütün publik hüquqi şəxslərə deyil, yalnız qanunvericiliklə büdcə təşkilatı sayılan subyektlərə şamil olunur. “Büdcə təşkilatı” anlayışının qanundakı tərifi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.23-cü maddəsində verilmişdir. Belə ki, büdcə təşkilatı dedikdə, maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar başa düşülür. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 1.1.46 və 36.2-ci maddələrinə görə isə təbii inhisar şəraitində məhsul istehsalı (satışı) ilə məşğul olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) təsdiq etdiyi siyahıya daxil edilən təsərrüfat subyekti təbii inhisar subyekti hesab olunur. Həmin Məcəllənin 1.1.49-cu maddəsinə əsasən təsərrüfat subyekti dedikdə mülkiyyət növündən, təşkilati hüquqi formasından və maliyyələşmə mənbəyindən asılı olmayaraq, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətlə məşğul olan istənilən hüquqi və ya fiziki şəxs, xarici hüquqi və ya fiziki şəxsin daimi nümayəndəliyi, filialı və digər bölməsi, habelə şəxslər qrupu, təsərrüfat subyektlərinin birlikləri, yaxud təsərrüfat subyektinə həlledici nəzarət edən bir və ya bir neçə fiziki şəxs başa düşülür. “Təbii inhisar subyektlərinin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmişdir və İddiaçı publik hüquqi şəxsi təbii inhisar subyekti hesab olunur, həmçinin SOCAR-ın tabeliyindəki “Azneft” və “Azəriqaz” istehsalat birlikləri, “xxxx” ASC, “xxxx” QSC, “xxxx” QSC, “xxxx” MMC və bir sıra digər təsərrüfat subyektləri də həmin siyahıya əlavə edilmişdir. İddiaçı X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2024-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnaməsinin 1.5-ci bəndinə görə həmin publik hüquqi şəxs qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Həmin Nizamnamənin 5.2 və 5.4-cü bəndlərinə görə isə İddiaçı X4 əmlakı dövlət büdcəsindən vəsait ayrılan vəsaitlə yanaşı, həmin qurumun öz fəaliyyətindən əldə etdiyi gəlir və digər mənbələr hesabına formalaşır və Xidmət öz fəaliyyətindən əldə etdiyi gəlirlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Göründüyü kimi İddiaçı X4 nizamnaməsinə əsasən maliyyələşdirilməsi bilavasitə dövlət büdcəsi hesabına həyata keçirilmir və qurum bazarda təbii inhisarçı kimi çıxış etməklə, meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərməklə və istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması (məhsul satışı) ilə yanaşı sahibkarlıq fəaliyyəti ilə də məşğul olmaq və gəlir etmək hüququna malikdir. Şikayətdə dövlət büdcəsindən vəsait ayrılması faktının xüsusi vurğulanması isə hüquqi nəticə üçün kifayət deyil. Dövlət büdcəsindən maliyyələşmənin mövcudluğu hər bir halda qurumun büdcə təşkilatı statusunu avtomatik müəyyən etmir. Əksinə, hüquqi statusun müəyyən edilməsi üçün maliyyələşmənin xarakteri, yəni əsas və yeganə mənbənin dövlət büdcəsi olub-olmaması həlledici meyardır. Birinci instansiya məhkəməsi bu meyarı düzgün tətbiq edərək nəticəyə gəlmişdir ki, iddiaçı publik hüquqi şəxs olsa da, büdcə təşkilatı hesab edilə bilməz və buna görə də dövlət rüsumundan azad olunması üçün hüquqi əsas mövcud deyil. Odur ki, digər təbii inhisar subyektlərində olduğu kimi, İddiaçı X1 də Azərbaycan Respublikasının dövlət büdcəsindən hər hansı vəsaitin ayrılması həmin publik hüququ şəxsin büdcə təşkilatı hesab edilməsinə əsas vermir. Kollegiya həmçinin nəzərə alır ki, iddia ərizəsinin geri qaytarılması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Birinci instansiya məhkəməsi də qərardadında bunu açıq şəkildə izah etmişdir ki, göstərilən nöqsan, yəni dövlət rüsumunun ödənilməsi aradan qaldırıldıqdan sonra iddiaçı yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Kollegiya hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 2(5-115)-352/2026 saylı, ## #### 2026-cı il tarixli qərardadı qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Şikayətin dəlilləri formal mülahizələrdən ibarətdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-474/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-474/2026
07.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver