Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-481/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı X1 nümayəndəsi X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı publik hüquqi şəxsi cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 129,17 (yüz iyirmi doqquz manat on yeddi qəpik) manat məbləğində borcun tutularaq 380********** nömrəli abonent koduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman artıq vəfat etmiş şəxsə qarşı iddia qaldırılması məhkəmə icraatı qaydasında baxılmalı olmaması səbəbindən Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadına əsasən, iddiaçı İddiaçı X1 cavabdeh Cavabdeh qarşı “pul tələbi” nə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. Iddiaçı İddiaçı X1 nümayəndəsi X4 Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı İddiaçı X1 nümayəndəsi X4 tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarını, iddia ərizəsini və “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatları araşdıraraq düzgün nəticəyə gəlmişdir ki, iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, həmin nəticə işin faktiki halları və tətbiq edilməli olan prosessual hüquq normaları ilə tam uyğunluq təşkil edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı publik hüquqi şəxsi cavabdeh Cavabdeh 129,17 manat məbləğində borcun tutulmasını tələb etmişdir. Lakin “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, cavabdeh qismində göstərilmiş şəxs ## #### 2022-ci il tarixdə vəfat etmiş, iddia ərizəsi isə onun ölümündən xeyli müddət sonra-## #### 2026-cı il tarixdə məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi yalnız həmin Məcəllənin tələblərinə uyğun verildikdə və onun məhkəmə icraatı mümkün olduqda icraata qəbul edilə bilər. Eyni zamanda, həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual münasibətlərin subyekti qismində yalnız prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik şəxslər iştirak edə bilərlər. Fiziki şəxsin ölümü isə onun hüquq subyekti kimi mövcudluğuna, o cümlədən prosessual hüquq qabiliyyətinə xitam verir. Başqa sözlə, şəxs vəfat etdikdən sonra artıq mülki prosesdə tərəf qismində iştirak edə bilməz, ona qarşı birbaşa qaydada iddia irəli sürülməsi isə hüquqi baxımdan mümkün sayılmır. Kollegiya hesab edir ki, hazırkı halda hüquqi əhəmiyyət kəsb edən əsas məsələ ondan ibarətdir ki, cavabdeh iddia qaldırıldığı tarixdə artıq ölmüşdühəyatda olmamışdır. Bu səbəbdən, iddia ərizəsi təqdim edilən anda prosessual münasibətin subyekti mövcud olmamış, nəticə etibarilə isə mübahisənin məhkəmə icraatı qaydasında baxılması üçün zəruri olan prosessual şərtlər yaranmamışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, prosessual hüquq varisliyi institutu yalnız iş məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən birinin prosessual münasibətdən çıxması hallarında tətbiq oluna bilər. Yəni şəxs əvvəlcə mülki prosesin tərəfi statusunda olmalı, sonradan ölüm və ya digər səbəblərlə həmin münasibətdən çıxmalıdır. Halbuki hazırkı işdə cavabdeh iddia qaldırılmamışdan əvvəl vəfat etmişdir. Buna görə də burada prosessual hüquq varisliyinin tətbiqindən söhbət gedə bilməz. Iddia ərizəsi ilkin olaraq hüquqi mövcudluğu olmayan şəxsə qarşı verilmişdir ki, bu da mülki məhkəmə icraatının fundamental prinsiplərinə ziddir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olması qənaətinə gəlməyə əsas vermir. Şikayətdə əsas etibarilə dövlət rüsumunun ödənilməsi və həmin məbləğin hüquqi nəticələri ilə bağlı məsələlərə istinad olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı prosessual mərhələdə araşdırılmalı olan əsas məsələ tələbin mahiyyəti üzrə əsaslılığı və ya prosessual xərclərlə bağlı hallar deyil, iddia ərizəsinin ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkün olub-olmamasıdır. Bununla yanaşı, kollegiya qeyd edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməsi iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanını istisna etmir. Lakin hazırkı formada, artıq vəfat etmiş şəxsə qarşı birbaşa iddia irəli sürülməsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Biləsuvar Rayon Məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul olunmuşdur. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün MPM-in nəzərdə tutduğu əsaslar müəyyən edilmədiyindən, şikayət təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Iddiaçı İddiaçı X1 nümayəndəsi X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-481/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-481/2026
06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver