Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-482/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilən şikayətə, məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə tərkibi müəyyən etdi: Iddiaçı İddiaçı X1 cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X7 101,40 (yüz bir manat qırx qəpik) manat məbləğində borcun tutularaq ************* nömrəli abonent koduna ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə (hakim Aytəkin Əliyeva) iddia ərizəsi Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM) 150.1.2 və 152.1.5-ci maddələrinə istinadla qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi əsası ilə geri qaytarılmışdır. Qəradaddan iddiaçının nümayəndəsi Nümayəndə şikayət verərək ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ““Su təchizatı və tullantı sualrı haqqında” Qanuna və“Sudan istifadə Qaydaları”na uyğun olaraq aramızda bağlanan ******** nömrəli, ##.##.2011-cı il tarixli müqaviləyə əsasən Cavabdeh və ailə üzvlərinin içməli su ilə təmin edilməsi və kanalizasiya ilə əlaqədar onlara xidmət göstərmişdirlər. ##.##.2026-cı il tarixə qədər olan müddətə onun 101.40 manat ödənilməmiş su pulu borcu qalmışdır. Borcun ödənilməsi barədə ona xəbərdarlıq təqdim edilsə də, borcu hazırkı vaxta qədər ödəməmişdir. Buna görə də Cavabdeh 101.40 manat su pulu borcunun məhkəmə vasitəsi ilə tələb etməyə zərurət yaranmışdır. Bu barədə iddia ərizəsi müvafiq sənədlərlə birlikdə Biləsuvar Rayon Məhkəməsinə təqdim edilmişdir. Lakin qəbul edilmiş qərardada əsasən guya dövlət rüsumu ödənilmədiyindən sənədlərin geri qaytarılması qərara alınmışdır. Ancaq tərəfləriindən dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, Büdcə Sistemi haqqında Azərbaycan Respublikası Qanununun 1.1.23-cu maddəsinə əsasən "X4 Xidməti” X1 büdcə təşkilatı olmaqla, həmin qanunun 1.1.30-cu maddəsinə əsasən dövlət müəssisəsidir. "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2025-ci il # ###### tarixli ***-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.9.3.1-ci bəndində qeyd edilmişdir ki, ümumi xidmətlərin göstərilməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində "X4 Xidməti X1 hesabına dövlet büdcəsindən 489998537.0 manat ayrılmışdır. Xüsusi olaraq qeyd edilməlidir ki, "X4 Xidməti" X1 səhmləri 100 faiz dövlətə məxsusdur. Qərardada Azərbayan Respublikası Rəqabət Məcəlləsinə istinad edilsə də, həmin Məcəllənin hazırkı iddia ilə yaxından və ya uzaqdan heç bir əlaqəsi yoxdur. Çünki Rəqabət Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Bu Məcəllə Azərbaycan Respublikasında iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərinin öz aralarında, onlarla dövlət orqanları (qurumları), yerli ozünüidarəetmə orqanları, tənzimləyici qurumlar və digər subyektlər, habelə müştərilər arasında yaranan və rəqabətə təsir edən münasibətləri tənzimləyir. Başqa sözlə deyilsə Rəqabət Məcəlləsi mülki və kommersiya mübahisələri ilə əlaqədar məhkəməyə verilmiş iddialarla bağlı dövlət rüsumunun ödənilməsi qaydalarını tənzimləmir. Həmin Məcəlləyə istinadən qərardad qəbul edərkən düzgün nəticəyə gəlinməmişdir. Qanun hamıdan ucadır, heç kəs qanundan uca deyil. Hamının borcu qanunun tələbinə əməl etməkdən ibarətdir. Büdcə təşkilatı maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır. "X8 Xidməti" X1 də büdcə təşkilatıdır. Yuxarıda qeyd edilmiş normalarla da mübahisəsiz qaydada təsdiq olunur ki, “X8 Xidməti" X1 büdcə təşkilatıdır. Həmin təşkilatın fəaliyyət göstərməsi üçün Prezidentin Fərmanına əsasən 2026cı ildə ona dövlət büdcəsindən 489998537.0 manat dövlət maliyyə vəsaiti ayrılmışdır. Dövlət müəssisəsi - paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyət, məhdud məsuliyyətli cəmiyyət, digər təşkilatı formada fəaliyyət göstərən hüquqi şəxslər və publik hüquqi şəxslərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Nizamnamənin 1.1-cı bəndinə əsasən İddiaçı X2. “X8 Xidməti" X1 səhmləri 100 faiz dövlətə məxsusdur. Lakin buna baxmayaraq iddia ərizəsini icraata qəbul etməmək üçün əsassız olaraq Rəqabət Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Təbbi inhisar subyektlərinin siyahısı"na istinad olunur. "X8 Xidməti" X1 təbii inhisar subyekti olub-olmamasını mübahisələndirmirlər və qanunun tələbi baxımından təbii inhisar subyekti olmasını da qəbul edirlər. Lakin, "X8 Xidməti" X1 məhkəməyə verdiyi iddialarla bağlı "Dövlət rüsumu haqqında" Qanunun 9.1.14cü maddəsinə əsasən büdcə təkilatı olduğundan dövlət rüsumu ödəməkdən azaddır. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarı). Məhkəmə tərkibi qeyd edir ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Şəxsin məhkəməyə müraciət etdiyi andan məhkəmə müdafiəsi hüququ başlanır. Ədalətli məhkəmə araşdırılması, şəxsin sonradan əsassız məhkəmə çəkişməsinə cəlb edilməsinin qarşısının alınmasından ötrü iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasını, hüquqi müəyyənlik prinsipi baxımından qaçılmaz edir. Iddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində (MPM-in 151.3-cü madd.) geri qaytarılmadıqda iddia ərizəsi icraata qəbul edilmiş hesab edilir. Iddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmadıqda, ərizədə göstərilən qüsurların aradan qaldırılmasından ötrü iddia ərizəsi geri qaytarıla bilər. Belə ki, hakim iddia ərizəsinin bu MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya MPM-in 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarır (MPM-in 152.1., 152.1.1, 152.1.2, 152.1.3, 152.1.4, 152.1.5, 152.1.6, 162.1.6-1, 152.1.7, 152.1.8, 152.1.9 və 152.10-cu maddələri). Göründüyü kimi prosessual qanunvericilikdə iddia ərizəsinin hansı hallarda geri qaytarıla bilməsi tam və müfəssəl göstərilmişdir. Həmin halların konkret göstərilməsi iddia ərizəsinin geri qaytarılmasının əsaslarının geniş təfsir edilməsini də məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda geri qaytarılmanının mümkünlüyünü təsbit edir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə iddia ərizəsinin geri qaytarılması yol verilməzdir. Həmin halların olmaması iddia ərizəsinin icraata qəbul edilməsini qaçılmaz edir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı büdcə təşkilatı olmaqla “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdıraraq, birinci instansiya məhkəməsi tərəfindən aparılan hüquqi dəyərləndirmə ilə razılaşıb hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunan qaydada və məbləğdə dövlət rüsumunun ödənilməməsi əsası ilə qaytarmaqla prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Normada nəzərdə tutulmuş güzəşt bütün publik hüquqi şəxslərə deyil, yalnız qanunvericiliklə büdcə təşkilatı sayılan subyektlərə şamil olunur. “Büdcə təşkilatı” anlayışının qanundakı tərifi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.23-cü maddəsində verilmişdir, büdcə təşkilatı dedikdə, maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Muxtar Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlar başa düşülür. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 1.1.46 və 36.2-ci maddələrinə görə isə təbii inhisar şəraitində məhsul istehsalı (satışı) ilə məşğul olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) təsdiq etdiyi siyahıya daxil edilən təsərrüfat subyekti təbii inhisar subyekti hesab olunur. Həmin Məcəllənin 1.1.49-cu maddəsinə əsasən təsərrüfat subyekti dedikdə mülkiyyət növündən, təşkilati hüquqi formasından və maliyyələşmə mənbəyindən asılı olmayaraq, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətlə məşğul olan istənilən hüquqi və ya fiziki şəxs, xarici hüquqi və ya fiziki şəxsin daimi nümayəndəliyi, filialı və digər bölməsi, habelə şəxslər qrupu, təsərrüfat subyektlərinin birlikləri, yaxud təsərrüfat subyektinə həlledici nəzarət edən bir və ya bir neçə fiziki şəxs başa düşülür. “Təbii inhisar subyektlərinin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmişdir və İddiaçı X1 təbii inhisar subyekti hesab olunur, həmçinin SOCAR-ın tabeliyindəki “Azneft” və “Azəriqaz” istehsalat birlikləri, “xxxx” ASC, “xxxx” QSC, “xxxx” QSC, “xxxx” MMC və bir sıra digər təsərrüfat subyektləri də həmin siyahıya əlavə edilmişdir. İddiaçı X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2024-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Nizamnaməsinin 1.5-ci bəndinə görə həmin publik hüquqi şəxs qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdr. Həmin Nizamnamənin 5.2 və 5.4-cü bəndlərinə görə isə İddiaçı X1 əmlakı dövlət büdcəsindən vəsait ayrılan vəsaitlə yanaşı, həmin qurumun öz fəaliyyətindən əldə etdiyi gəlir və digər mənbələr hesabına formalaşır və Xidmət öz fəaliyyətindən əldə etdiyi gəlirlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir. Göründüyü kimi İddiaçı X1 nizamnaməsinə əsasən maliyyələşdirilməsi bilavasitə dövlət büdcəsi hesabına həyata keçirilmir və qurum bazarda təbii inhisarçı kimi çıxış etməklə, meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərməklə və istehlakçıların məişət (təsərrüfat)– içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması (məhsul satışı) ilə yanaşı sahibkarlıq fəaliyyəti ilə də məşğul olmaq və gəlir etmək hüququna malikdir. Odur ki, digər təbii inhisar subyektlərində olduğu kimi, İddiaçı X1 də Azərbaycan Respublikasının dövlət büdcəsindən hər hansı vəsaitin ayrılması həmin publik hüququ şəxsin büdcə təşkilatı hesab edilməsinə əsas vermir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə tərkibi yekun olaraq hesab edir ki, iddiaçının şikayətinin dəlilləri əsassız olmaqla, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğvi üçün əsas ola bilməz. Buna görə də şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi prosessual qanunvercilikdə iddia ərizəsinin qaytarılmasına dair qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq, MPM-in 365, 263, 264, 372, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-482/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-482/2026
06.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver