Məhkəmə qərarları › İş №2(3-9)-485/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-485/2026

20.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-485/2026 20.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı “X6 Xidməti” X1in nümayəndəsi Mütəllimov Mehman İman oğlu tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı “X6 Xidməti” X1i cavabdeh Cavabdeh oğluna qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 182,28 (yüz səksən iki manat iyirmi səkkiz qəpik) manat məbləğində borcun tutularaq ************* nömrəli abonent koduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə, iddiaçı “X6 Xidməti” X1in cavabdeh Cavabdeh qarşı “borc tələbi” nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı “X6 Xidməti” X1in nümayəndəsi Mütəllimov Mehman İman oğlu Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı ilə, şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinəşikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı “X6 Xidməti” X1i cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin mümkünlüyünün yoxlanılması ilə bağlı yekun hüquqi nəticəyə gələrkən prosessual hüquq normasının tələblərinə düzgün əməl etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, gəlinmiş nəticələrin daha aydın və anlaşılan başa düşülməsi üçün birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə izah olunmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasını iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman iddia tələbinin qiymətinə uyğun dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin ərizəyə əlavə edilməməsi ilə əsaslandırmışdır. İddiaçı isə şikayət verərək, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.23-cü maddəsinə istinad edərək iddiaçının büdcə təşkilatı olmasını və dövlət rüsumunun ödənilməsindən azad olmasını bildirir. Kollegiya qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Göründüyü kimi, həmin normada nəzərdə tutulmuş güzəşt bütün X1lərə deyil, yalnız qanunvericilikdə büdcə təşkilatı sayılan subyektlərə şamil olunur. “Büdcə təşkilatı” anlayışının qanundakı tərifi Azərbaycan Respublikasının Büdcə sistemi haqqında Qanuna görə Büdcə təşkilatları fəaliyyətləri dövlət büdcəsi və ya yerli büdcə vəsaitləri hesabına maliyyələşdirilən dövlət orqanları və təşkilatlarıdır. Yəni əsas xüsusiyyətlər dövlət və ya yerli büdcədən birbaşa maliyyələşmə dövlət orqanı və ya dövlət müəssisəsi statusu gəlir əldə etmək əsas məqsəd olmur. misal kimi: nazirliklər dövlət komitələri dövlət məktəbləri dövlət xəstəxanaları. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2026-cı il tarixli sərəncamı ilə X2 Cəmiyyəti (ASC)-nin hüquqi statusu ilə bağlı dəyişiklik edilmiş və X2 Cəmiyyəti Azərbaycan Dövlət X4 Su Meliorasiya xidməti yaradlmışdır. Hazırki qurumun büdcə təşkilatı hesab oluması üçün aşağıdakılara aydınlıq gətirilməlidir. Büdcə təşkilatı sayılması üçün əsas meyarlar; 1. dövlət büdcəsindən birbaşa maliyyələşirilməli, 2. Xəzinədarlıq sistemi ilə işləməli, 3. Qeyri-kommersiya dövlət qurumu kimi fəaliyyət göstərməlidir. Burada nəzərə alınmalı məqam hüquqi status dəyişikliyi ilə bağlıdır. Yəni təşkilatın hüquqi formasının və maliyyələşmə mənbəyinin dəyişib-dəyişməməsidir. Əgər yeni yaradılmış regional xidmət Dövlət agentliyinin balansındadırsa büdcədən maliyyələşirsə, böyük ehtimalla artıq büdcə təşkilatı hesab olunur, amma bu rəsmi əsasnamə və maliyyələşmə qaydalarından asılıdır. Daha ətraflı izah edilməsi üçün ilk öncə qeyd olunmalıdır ki, ASC-nin əvvəlki status (Azərsu ASC) Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) idi, formal olaraq kommersiya hüquqi şəxs sayılırdı, dövlətə məxsus olsa da, birbaşa büdcə təşkilatı hesab olunmurdu. Öz balansı, gəlirxərc sistemi var idi, yeni status (Dövlət Agentliyi və regional xidmət) Azərbaycan Dövlət Su Agentliyi tərkibinə verilib “X6 xidməti” kimi fəaliyyət göstərir. Bu artıq o deməkdir ki, struktur icra hakimiyyəti orqanının tabeliyindədir, adətən bu tip qurumlar qeyri-kommersiya və dövlət funksiyalı olur. Bəzi hallarda belə qurumlar, qarışıq maliyyələşm (həm tarif gəlirləri, həm büdcə) ilə işləyə bilər. Bu zaman hüquqi status tam klassik büdcə təşkilatı olmaya da bilər. Bunun üçün isə Prezidentin sərəncamı, Agentliyin əsasnaməsi və maliyyələşmə qaydaları birlikdə analiz edilməlidir. Belə ki, “X6 Xidməti”nin ilkin statusu 2023-cü il fərmanına görə bu qurum: X1 (PHŞ) kimi yaradılıb, Dövlət agentliyinin tabeliyində fəaliyyət göstərib, Bu statusa görə büdcə təşkilatı deyil, lakin dövlətə məxsus qeyri-kommersiya qurumu sayılır. Yəni həm büdcədən maliyyə alır, həm də, həm də xidmət gəlirləri olur. 2026-cı il Prezident fərmanına əsasən (ən vacib dəyişiklik), “X6 Xidməti” Qapalı Səhmdar Cəmiyyətə (QSC) çevrilir. Bu dəyişiklik hüquqi baxımdan nə deməkdir. Kommersiya hüquqi şəxsdir, ASC-yə çox oxşardır (sadəcə səhmlər qapalıdır), Dövlətə məxsus ola bilər, amma büdcə təşkilatı sayılmır. Vacib incə məqam ondan ibarətdir ki, “Dövlət Agentliyi” büdcə təşkilatıdır. Lakin onun dabeliyində olan qurum X1 və ya Qapalı Səhdar Cəmiyyətidirsə bu artıq büdcə təşkilatı hesab edilmir. Bunun əmək haqqı sistemi, dövlət qulluqçusu sayılıb-sayılmaması, satınalma və tender qaydaları, maliyyə və nəzarət, işə qəbul və işdən çıxarma baxımından fərqi ayrıca izah edildikdə müəyyən edilir ki, agentliyin işçilərin statusu dövlət qulluqçusu statusuna malik deyil, çünki QSC (Qapalı Səhmdar Cəmiyyət) Kommersiya hüquqi şəxsdir və bu cəmiyyətdə işləyənlər əmək müqaviləsi ilə işləyir və dövlət qulluqçusu statusu daşımır. Müqayisə: Nazirlik dövlət qulluqçusu, Agentliyin aparatı dövlət qulluqçusu ola bilər. QSC -də isə adi işçi statusunda olur və onların əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir. Yəni Əmək haqqı sistemi QSC-də maaş, dövlət cədvəli ilə yox, şirkətin daxili qaydaları ilə müəyyən olunur. Bu o deməkdir ki, daha çevik maaş sistemi, bonus, mükafat mümkündür, lakin dövlət qulluğundakı sabitlik və dərəcələr yoxdur. Satınalma (tender) qaydaları baxımından fərq izah edildikdə müəyyən edilir ki, bu büdcə təşkilatı olaraq “xxxx” qanuna tam tabedir, QSC isə formal olaraq daha sərbəstdir. Əgər dövlətə məxsusdursa çox vaxt yenə şəffaflıq və tender mexanizmləri tətbiq olunur. Yəni, tam sərbəst deyil, lakin xxxx kimi də sərt deyil, maliyyə və nəzarət baxımından fərqlilik yoxlanıldıqda müəyyən eilir ki, 2026-cı il Prezident fərmanına əsasən (ən vacib dəyişiklik), “X6 Xidməti” Qapalı Səhmdar Cəmiyyətə (QSC) çevrilməsi nəticəsində maliyyə və nəzarət dövlətə məxsusdursa, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən yoxlana bilər bu halda dövlət nəzarəti qalır. Amma, xəzinədarlıq sistemi ilə yox, öz hesabları ilə işləyir. Bundan başqa Sosial Təminatlar baxımından da fərqlilik yoxlanldıqda müəyyən edilir ki, QSC işçisi Əmək Məcəlləsinə tabedir, məzuniyyət, xəstəlik vərəqəsi var, lakin dövlət qulluqçularına verilən xüsusi imtiyazlar (rütbə, staj lavələri, xüsusi pensiya üstünlükləri) yoxdur. İşə qəbul qaydaları da fərqli olmaqla, dödlət büdcəsindən maliyələşən büdcə təşkilatlarında işə qəbul dövlət quluğuna qəbul imtahanı ilə QSC-yə işə qəbul isə daxili müsahibə, birbaşa tanışlıq və ya tövsiyələr ilə həyata keçirilir. İşdən çıxarılma riski ən vacib fərqlərdən biri budur: QSC-də işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə qorunur. Amma, struktur dəyişiklikləri, ixtisar, rəhbərlik dəyişməsi, daha teztez işə təsir edə bilər. Dövlət qulluğunda isə işçini işdən çıxarmaq daha çox prosedur var. Ən vacib yekun fərq isə büdcə təşkilatları və QSC arasında işçi statusu, maaş, satınalma, maliyyə baxımından yeni qurum dövlətə məxsus olsa da, artıq “xxxx” deyil, daha çox dövlət şirkəti kimi fəaliyyət göstərir. Yekun olaraq qeyd olunlaıdır ki, hazırda bu qurum büdcə təşkilatı hesab olunmur. Çünki, son fərmanla QSC-yə çevrilib, QSC isə, dövlətə məxsus ola bilər, amma dövlətə məxsus olması onun fəaliyyət dairəsini dəyşməsinə səbəb olmamaqla kommersiya hüquqi şəxsdir. Belə olan halda, bu qurumu “Büdcə sistemi haqqında” Qanunun mənasında büdcə təşkilatı hesab etmək mümkün deyildir. Qanunvericiliyin sistemli təhlili də bunu təsdiq edir. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsində nəzərdə tutulmuş güzəşt istisna xarakterli normadır və buna görə də geniş deyil, dar və dəqiq təfsir edilməlidir. Həmin güzəşt yalnız birbaşa qanunda göstərilən subyektlərə tətbiq oluna bilər. İddiaçı qurum büdcə təşkilatı anlayışına daxil olmadığından, ona həmin güzəşti şamil etmək üçün hüquqi əsas mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, iddiaçının şikayətinin dəlilləri əsassız olmaqla Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 44.2.2, 263, 264, 372, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı “X6 Xidməti” X1in nümayəndəsi Mütəllimov Mehman İman oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar