Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-486/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və torpağın ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona məxsus və mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və həmin torpağın ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və torpağın ona təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh Cavabdeh JN:*** №-li (KOD 60700088) "Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi iddiaçı İddiaçı qaytarılması qət edilmişdir. Cavabdeh Cavabdeh məhkəməyə prosessual müddətin bərpasına dair ərizə və ona əlavə edilmiş apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** saylı qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilmiş və buraxılmış prosessual müddət bərpa edilmiş, cavabdeh Cavabdeh tərəfindən Beyləqan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** saylı qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsində yol verilmiş yanlışlıq düzəldilərək, qətnamənin nəticə hissəsində qeyd edilən “Iddia qismən təmin edilsin” cümləsinin “Iddia təmin edilsin” cümləsi ilə əvəz edilməsi qərara alınmışdır. Hazırda cavabdeh Cavabdeh həmin qərardaddan şikayət verərək, Beyləqan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və torpağın ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona məxsus və mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və həmin torpağın ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və torpağın ona təhvil verilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh Cavabdeh"Torpağa mülkiyyət hüququna dair” JN:*** №-li (KOD 60700088) Dövlət aktına əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçı İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış, qətnamə icra edilməsi üçün göndərilmiş, lakin icra mərhələsində cavabdeh həmin qətnamənin ona göndərilmədiyini bildirərək, qətnaməni Beyləqan Rayon Məhkəməsindən almaq üçün ərizə yazmış, lakin qətnamə ona göndərilməmiş, nümayəndə vaitəsi ilə qətnamə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinetdən götürülmüş, qətnamədən apelyasiya şikayəti verilmiş, eyni zamanda apelyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə əlavə edilmişdir. Apelyasiya şikayətinin əsas dəlillərindən biri məhkəmənin iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlsə də, iddianın hansı hissəsinin təmin edilməsi, hansı hissəsinin isə rədd edilməsi barədə qətnamənin nəticə hissəsində göstərməməsi olmuşdur. Beyləqan Rayon Məhkəməsində apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılmış, müddət bərpa edilmiş, apelyasiya şikayətinin baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilmişdir. Bundan sonra Beyləqan Rayon Məhkəməsi qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi məsələsinə baxılmaı üçün “öz təşəbbüsü ilə” məhkəmə iclası təyin etmişdir. Halbuki həmin məsələni hakim öz təşəbbüsü ilə həll etmiş olsaydı, qətnamə çıxarıldığı vaxtdan indiyədək aradan qaldırardı. Eyni zamanda həmin məsələ artıq apelyasiya şikayətinin dəlillərindən biri olduğuna görə, həmin məsələyə hüquqi qiymət vermək apelyasiya instansiyasının səlahiyyətində olmuşdur. Məhkəmə qanunsuz olaraq həmin məsələyə baxaraq, öz səlahiyyət həddini aşmışdır. Belə ki Azərbaycan Respublikaı Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinin tələbinə görə qətnamənin əsaslandırıcı hissəsinin nəticə hissəsinə uyğun olmaması, məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğvi üçün əsasdır. Beyləqan Rayon Məhkəməsi apelyasiya şikayəti verildikdən sonra, həmin şikayətin dəlillərindən birini gördükdən sonra, qətnamənin ləğv edilməsi üçün əsası görərək, qətnamədə olan yanlışlığın düzəldilməsi məsələsinə baxmışdır. Belə çıxır ki, məhkəmələr bundan sonra, apelyasiya şikayətində göstərilən dəlilləri mülki iş apelyasiya məhkəməsinə göndərmədən elə birinci instansiya məhkəməsində düzəldə bilər. Belə olan halda sual yaranır: apelyasiya şikayəti hansı əsasla apelyasiya məhkəməsinə göndəriləcək və apelyasiya məhkəmələri birinci instansiya məhkəmələrinin hansı səhvlərini aradan qaldıracaq? Hesab edir ki Beyləqan Rayon Məhkəməsinin apelyasiya şikayətinin dəlillərindən biri olan səhvi öz qərardadı ilə aradan qaldırması, apelyasiya instansiyası məhkəməsinin səlahiyyətinə müdaxilədir və qəbul edilmiş qərardad qanunsuz olmaqla, ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** saylı qərardadını ləğv edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beyləqan rayonun Tatalılar Bələdiyyəsi və Beyləqan rayonun Eyvazalılar Bələdiyyəsi cəlb edilməklə) qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və torpağın ona təhvil verilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməsi və şikayət mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini və tətbiq edilməli prosessual hüquq normalarını araşdıraraq hesab edir ki, cavabdeh Cavabdeh şikayətində göstərilən hallar Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** saylı qərardadının ləğvi üçün əsas yaratmır. Belə ki, iş materiallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsinin həm əsaslandırıcı hissəsində, həm də məhkəmə iclasında qətnamənin nəticə hissəsi elan edilərkən iddianın təmin edildiyi açıq şəkildə göstərilmişdir. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemində də qətnamənin elan edilmiş nəticəsi “iddia təmin edilsin” kimi əks olunmuşdur. Qətnamənin nəticə hissəsində “iddia qismən təmin edilsin” ifadəsinin göstərilməsi isə işin faktiki hallarına, qətnamənin məzmununa və məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə uyğun olmayan texniki xarakterli yanlışlıq olmuşdur. Bu yanlışlıq qətnamənin ümumi məzmunundan və hüquqi nəticəsindən aşkar şəkildə müəyyən edilə bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad qətnamənin mahiyyətini dəyişdirməmiş, tərəflərin hüquq və vəzifələrini yenidən müəyyən etməmiş, yalnız qətnamənin mətnində yol verilmiş aşkar texniki uyğunsuzluğun aradan qaldırılmasına yönəlmişdir. Belə düzəliş nəticəsində qətnamənin əvvəlki hüquqi nəticəsi dəyişməmiş, əksinə, qətnamənin əsaslandırıcı və nəticə hissələri arasında mövcud olan formal uyğunsuzluq aradan qaldırılmışdır. Şikayətdə qeyd olunan “məhkəmənin apellyasiya instansiyasının səlahiyyətinə müdaxilə etməsi” barədə dəlillər də əsaslı hesab edilə bilməz. Çünki birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardad apellyasiya instansiyasının mahiyyət üzrə araşdırma aparmaq səlahiyyətini məhdudlaşdırmamış, apellyasiya baxışının predmetini aradan qaldırmamışdır. Birinci instansiya məhkəməsi yalnız qətnamənin mətnində olan açıq texniki yanlışlığı aradan qaldırmışdır ki, belə prosessual hərəkət məhkəmənin öz qəbul etdiyi məhkəmə aktında aşkar yazı, hesab və ya texniki xətaların düzəldilməsi ilə bağlı səlahiyyətlərinə uyğundur. Kollegiya nəzərə alır ki, məhkəmə aktının əsaslandırıcı hissəsi ilə nəticə hissəsi arasında ziddiyyətin mövcudluğu müəyyən hallarda məhkəmə aktının ləğvi üçün əsas ola bilər. Lakin hazırkı iş üzrə həmin uyğunsuzluq məhkəmənin iradəsinin qeyri-müəyyənliyi ilə deyil, sırf texniki xarakterli ifadə səhvi ilə bağlı olmuşdur. Belə ki, qətnamənin bütün məzmunundan, iddia tələbinin həcmindən, tətbiq edilən hüquqi əsaslandırmadan və elan olunmuş nəticədən məhkəmənin iddianı tam təmin etmək nəticəsinə gəldiyi birmənalı şəkildə görünmüşdür. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən həmin texniki yanlışlığın aradan qaldırılması prosessual qanunvericiliyin məqsəd və mahiyyətinə uyğun olmuşdur. Şikayət verən tərəfin “apellyasiya şikayətində göstərilən dəlilin sonradan aradan qaldırıldığı üçün bunun apellyasiya instansiyasının səlahiyyətinə müdaxilə təşkil etməsi” barədə mövqeyi də hüquqi baxımdan əsaslı sayıla bilməz. Çünki apellyasiya instansiyası məhkəməsinin vəzifəsi yalnız tərəflərin göstərdiyi dəlillərlə məhdudlaşmır və MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq maddi və prosessual hüquq normalarına riayət olunmasını tam həcmdə yoxlayır. Bu səbəbdən, birinci instansiya məhkəməsi tərəfindən texniki yanlışlığın aradan qaldırılması apellyasiya instansiyasının işə mahiyyət üzrə hüquqi qiymət vermək səlahiyyətini istisna etməmişdir. Əksinə, məhkəmə kollegiyası hesab edir ki, aşkar texniki uyğunsuzluğun aradan qaldırılması məhkəmə aktının aydınlığının, hüquqi müəyyənliyin və icra imkanının təmin edilməsinə xidmət etmişdir. Çünki məhkəmə aktında məhkəmənin həqiqi iradəsini əks etdirməyən texniki ifadələrin saxlanılması gələcəkdə həm icra mərhələsində, həm də məhkəmə aktının hüquqi nəticələrinin müəyyən edilməsində əsassız mübahisələrə səbəb ola bilərdi. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** saylı qərardadı qanuni və əsaslı olmuş, həmin qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Cavabdehin şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas yaratmadığından şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** saylı qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzrlü hesab edilmiş və buraxılmış prosessual müddət bərpa olunmuş, həmçinin cavabdeh Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bu səbəbdən qeyd olunan apellyasiya şikayəti ilə bağlı mülki iş üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Beyləqan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti ilə bağlı sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-486/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-486/2026
06.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver