Məhkəmə qərarları › İş №2(3-9)-501/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-501/2026

25.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-501/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh17, cavabdeh16 Mirzağa qızına, cavabdeh15, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, X18 və Hüseynova İradə Ehtibar qızına qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: miras əmlakdan payların müəyyən edilməsi tələbi. Şirvan şəhəri, ## #### 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı İddiaçı, cavabdehlər cavabdeh13, cavabdeh15 və cavabdeh17 nümayəndəsi (vəkili) vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh17, cavabdeh16 Mirzağa qızına, cavabdeh15, cavabdeh14, cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, X18 və Hüseynova İradə Ehtibar qızına qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən (hakim. Z.Zeynalov) iddiaçı İddiaçı və cavabdeh cavabdeh13 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər cavabdeh17, cavabdeh16 Mirzağa qızına, cavabdeh15, cavabdeh14 Əhməf oğluna, cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, X18 və Hüseynova İradə Ehtibar qızına qarşı miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət üzrə ##.##.2004cü il tarixdə ölmüş X68 miras qalmış (Masallı rayonu, Türkoba kəndində 73.1 m2 fərdi yaşayış evi və 0.09 ha yaşayış məntəqələrinin torpaq sahəsi olmuş (hazırkı miras əmlak kütləsi) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri (805013092320-***** reyesrt nömrəli, ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli) payın ##.##.2020-ci il tarixdə ölmüş X3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, ##.##.2020-ci il tarixdə ölmüş X3 miras qalmış Masallı rayonu, Türkoba kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış (805013092320-***** reyesrt nömrəli, ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli) 0.09 ha fərdi yaşayış evinin inşa olunması üçün ayrılmış torpaq sahəsinə və həmin torpaq sahəsində inşa olunmuş 73.1 m2 fərdi yaşayış evinə digər vərəslərlə birgə vərəsəlik hüquqları tanınmaqla mirasın qəbul edilmənin müəyyən edilməsi və hər bir vərəsənin həmin mirasda payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2020-ci il tarixdə ölmüş X3 onun əmisidir və ##.##.2004-cü il tarixdə ölmüş X68 isə əmisi X3 arvadı olmuşdur. Əmisi Qiyas və arvadı Balaxanım sağ ikən onların ümumi birgə mülkiyyətində Masallı rayonu, Türkoba kəndində 73.1 m2 fərdi yaşayış evi və 0.09 ha yaşayış məntəqələrinin torpaq sahəsi olmuşdur (hazırkı miras əmlak kütləsi) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri (805013092320-***** reyesrt nömrəli, ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli) X68 öldüyü zaman onun birinci növbə vərəsəsi kimi əmisi X3 olmuş və arvadından qalmış miras əmlakı faktiki olaraq qəbul etmiş və həmin miras əmlakı öldüyü günədək idarə etmişdir. Lakin mirasın qəbulunu rəsmiləşdirməmişdir. Əmisi vəfat edənə qədər isə onun qanun üzrə birinci növbəli vərəsəsi qalmamışdır və o, sağlığında vəsiyyətnamə qoymuşdur. Onun ikinci növbəli vərəsəsi kimi o, cavabdeh olan bibisi Şövkət və əmi və digər bibi uşaqları qalmışdır. Vərəsələrin dairəsi aşağıdakı kimidir; Rzayev Əhməd Mirağa oğlu qardaşı ölüb, cavabdeh14, cavabdeh15, cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh10, X57 ölüb, Mirxanımın oğlu cavabdeh9, X58 ölüb, Gülçöhrənin oğlu cavabdeh8, cavabdeh17, X10 qardaşı ölüb, İddiaçı, X59 qardaşı ölüb, cavabdeh7, cavabdeh6, X11 qardaşı ölüb, cavabdeh5, X89 bacısı ölüb, cavabdeh4, X60 bacısı ölüb, cavabdeh3, X18, Hüseynova İradə Ehtibar qızı, cavabdeh16 (ögəy bacısı). Hazırda əmisi Qiyas və arvadı Balaxanımdan miras qalmış Masallı rayonu, Türkoba kəndində 73.1 m2 fərdi yaşayış evi və 0.09 ha yaşayış məntəqələrinin torpaq sahəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri (805013092320- ***** reyesrt nömrəli, ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyat nömrəli) onun istifadəsindədir. Miras əmlak əvvəllər bibisi cavabdeh16 tərəfindən miras əmlak olaraq Notariat Kontorunda qəbul edilmiş və onun adına qanun üzrə vərəsəlik işi açılmış vərəsəlik şəhadətnaməsi verilmiş və həmin şəhadətnamə əsasında Dövlət Reyestrindən çıxarışda verilmişdir. Lakin ötən il həmin Vərəsəlik haqqında Şəhadətnamə və onun əsasında verilmiş digər hüquq müəyyənedici sənədlər məhkəmə qaydasında etibarsız hesab edilərək ləğv edilmişdir. Səbəb isə vərəsələrin dairəsinin tam şəkildə müəyyən edilməməsi və vərəsələr arasında mövcud miras əmlakla bağlı mübahisənin olması, vərəsələrin miras əmlakdan pay istəmələri olmuşdur. Verilmiş Vərəsəlik haqqında Şəhadətnamə və onun əsasında verilmiş digər hüquq müəyyənedici sənədlər məhkəmə qaydasında etibarsız hesab edilərək ləğv edildikdən sonra miras əmlak əvvəlki vəziyyətinə qayıtmişdır. Bundan sonra o, həmin miras əmlakdan payının müəyyən edilməsindən ötrü Notariat kontoruna müraciət etsə də, vərəsələr arasında mübahisə olmasını və qohumluq əlaqələrini təsdiq edən sənədlərin olmamasını əsas gətirərək Notariat kontorunda miras əmlakın qəbulu və vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Odur ki, miras əmlakdan payların müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iddiaçı İddiaçı vəkili və nümayəndəsi vəkil4 İbrahim oğlu iddianı müdafiə edərək bildirmişdir ki, ərazi nümayəndəliyi tərəfindən verilmiş şəhv arayışa görə vərəsəlik apellyasiya və kasassiya qaydasında ləğv edilmişdir. Təmsil etdiyi şəxs İddiaçı miras əmlakı faktiki qəbul etməsə idi qarşı tərəf məhkəmədən kənar barışıq təklif etməzdi. Belə ki, onlar 10000 manat pul və başqa yerdə 0.06 ha torpaq sahəsi təklif etmişlər. Miras əmlakın bütün ikinci növbə vərəsələr arasında bölünməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh cavabdeh17 vəkili və nümayəndəsi vəkil1 iddianı qəbul etməyərək bildirdi ki, iddia ərizəsində qeyd edilir ki, miras əmlakı iddiaçı qəbul edib və bu səbəbdən də miras əmlakdan pay istəyir. Buna apellyasiya məhkəməsində baxılmışdır. Belə ki, İddiaçı torpaq sahəsini cavabdeh16 alqı-satqı qaydasında almışdır və miras əmlakda payının olmasını heç bilməmişdir. Cavabdehlərlə miras qoyan arasında qohumluq münasibətləri müəyyən edilmir. Onların anaları ayrı, ataları bir olsa da cavabdeh16 atalığı müəyyən edilməmişdir. cavabdeh16 qanunsuz vərəsəliyi ləğv edilmişdir. cavabdeh17 Rusiya Federasiyasında yaşadığından pandemiya dövründə ölkəyə gələ bilməmişdir. Lakin sonradan torpaq sahələrinə çıxarış almışdır. Qanunvericilikdə qeyd edilir ki, vərəsələr miras əmlakla bağlı mübahisə etdikdə, miras əmlak onlar tərəfindən qəbul edilmiş hesab edilir. İddia əsassızdır. İddia paylara bölünmə hissəsində təmin edilməsini və cavabdeh17 miras əmlakı qəbul etmə faktının müəyyən edilməsini xahiş etmişdir. Cavabdehlər cavabdeh16 Mirzağa qızı, cavabdeh15, cavabdeh14 Əhməf oğlu, cavabdeh13, cavabdeh12, cavabdeh11, cavabdeh10, cavabdeh9, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, X18 və Hüseynova İradə Ehtibar qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 805013092320-***** reyestr nömrəli çıxarışa əsasən ünvan 1ndə X3 və X68 ümumbirgə mülkiyyətində olan 0.09 ha torpaq sahəsi və onun üzərində olan 73.10 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin üzərində X3 1/2 hissədə və X68 1/2 hissədə paylarının müəyyən edilməsi, X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 805013092320-***** reyestr nömrəli çıxarışa əsasən ünvan 1ndə X3 və X68 ümumbirgə mülkiyyətində olan 0.09 ha torpaq sahəsi və onun üzərində olan 73.10 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin X68 düşən 1/2 hissəsi X3 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və əmlak üzərində X3 tam mülkiyyət hüququnun müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 805013092320-***** reyesrt nömrəli çıxarışa əsasən Masallı rayonu, Türkoba kəndində yerləşən 0.09 ha fərdi yaşayış evi inşa olunması üçün ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa olunmuş 73.1 m2 fərdi yaşayış evi İddiaçı və cavabdeh17 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 805013092320- ***** reyesrt nömrəli çıxarışa əsasən Masallı rayonu, Türkoba kəndində yerləşən 0.09 ha fərdi yaşayış evinin inşa olunması üçün ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa olunmuş 73.1 m2 fərdi yaşayış evinin üzərində cavabdeh17 1/2 hissədə və İddiaçı 1/2 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan qanunsuz və əsassızdır. Şikayət verən qeyd etmişdir ki, mərhum X3 onun əmisi olmuş, ##.##.2020-ci il tarixdə vəfat etmiş, ondan Masallı rayonu, Türkoba kəndində yerləşən 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 73,1 kv.m fərdi yaşayış evi miras qalmışdır. O, əmisi xəstə olduğu dövrdə yoldaşı ilə birlikdə ona qulluq etdiyini, yas mərasimini, baş daşının qoyulmasını və digər mərasim xərclərini vərəsələrlə birlikdə qarşıladığını, cavabdeh16 isə onun xəbəri olmadan miras əmlakı öz adına rəsmiləşdirərək sonradan həmin əmlakı 8000 manat müqabilində satdığını, sonradan cavabdeh17 iddiası əsasında vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilərək ləğv olunduğunu və miras kütləsinin əvvəlki vəziyyətinə qaytarıldığını göstərmişdir. Bundan sonra vərəsələr arasında fikir ayrılığı yarandığından mirasın notariat qaydasında bölünməsi mümkün olmamış, bu səbəbdən o, ərazi nümayəndəliyinin arayışı əsasında miras kütləsinin bütün vərəsələr arasında bərabər bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi işə təxminən bir il baxmasına baxmayaraq mübahisənin faktiki hallarını araşdırmamış, miras kütləsini qanunsuz olaraq yalnız İddiaçı ilə cavabdeh17 arasında bölmüş, halbuki cavabdeh17 uzun illərdir xarici dövlətdə yaşadığından mirası faktiki qəbul etməmiş, məhkəmə iclaslarının heç birində iştirak etməmiş və faktiki qəbul edilməni təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmə qətnaməsində cavabdeh17 mirası faktiki qəbul etməsi barədə hansı sübuta istinad olunduğu əsaslandırılmamış, əksinə mərhumun qardaşları olan Yəhya, Hüseyn, Vaqif, Vasif, Qasım və digər şəxslərin miras əmlakından istifadə etmələrinə baxmayaraq onların miras hüququ nəzərə alınmamışdır. Bildirilmişdir ki, bütün vərəsələr müxtəlif vaxtlarda miras əmlakından istifadə etmiş, Sumqayıt şəhərində yaşamasına baxmayaraq İddiaçı da bayram və yay aylarında həmin evdə qalmış, digər vərəsələr də eyni qaydada miras əmlakından istifadə etmişlər və heç bir vərəsəyə istifadəyə qadağa qoyulmamışdır. Şikayət verən həmçinin göstərmişdir ki, cavabdeh17 məhkəmədən kənar ona 0,6 sot torpaq sahəsi və 10.000 manat pul təklif etmiş, lakin o, digər vərəsələrin də mənafeyini nəzərə alaraq bu təkliflə razılaşmamışdır. Onun mövqeyinə görə, iş üzrə heç bir vərəsənin miras kütləsini tam şəkildə qəbul etdiyi müəyyən edilmədiyi halda, məhkəmə yalnız iki şəxs arasında bölgü aparmaqla maddi və prosessual hüquq normalarını pozmuş, qətnamədə faktiki halları və sübutları qiymətləndirmədən formal nəticəyə gəlmişdir. Buna görə də Masallı Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qətnamədən həmçinin cavabdeh cavabdeh13 apellyasiya şikayəti verərək Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsini ləğv edib, miras kütləsinin vərəsələr arasında bərabər bölünməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz hesab edilməli və ləğv olunmalıdır. Şikayətçi bildirmişdir ki, mərhum X3 onların əmisi olmuş, ##.##.2020-ci il tarixdə vəfat etmiş, ondan Masallı rayonu, Türkoba kəndində yerləşən 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 73,1 kv.m fərdi yaşayış evi miras qalmışdır. Onlar mərhumun xəstə olduğu dövrdə ona qulluq etdiklərini, yas mərasimini, baş daşının qoyulmasını və digər dəfn mərasimi ilə bağlı xərcləri vərəsələrlə birlikdə qarşıladıqlarını, cavabdeh16 isə onların xəbəri və razılığı olmadan miras əmlakı öz adına rəsmiləşdirərək sonradan satdığını, daha sonra cavabdeh17 tərəfindən vərəsəlik şəhadətnaməsinin mübahisələndirilməsi nəticəsində həmin şəhadətnamənin etibarsız hesab edilərək ləğv olunduğunu və miras kütləsinin əvvəlki vəziyyətinə qaytarıldığını göstərmişlər. Vərəsələr arasında fikir ayrılığı yarandığından mirasın notariat qaydasında bölünməsinin mümkün olmadığını, bu səbəbdən miras kütləsinin bütün vərəsələr arasında bərabər qaydada bölünməsi tələbi ilə məhkəməyə müraciət etdiklərini qeyd etmişlər. Birinci instansiya məhkəməsi işə uzun müddət baxmasına baxmayaraq mübahisənin faktiki hallarını tam araşdırmamış, qətnamədə yalnız qanun normalarını və iş materiallarını sadalamaqla kifayətlənmiş, cavabdeh17 mirası faktiki qəbul etməsini təsdiq edən heç bir sübuta istinad etməmişdir. Şikayətdə göstərilmişdir ki, cavabdeh17 uzun illərdir xarici dövlətdə yaşayır, məhkəmə iclaslarında iştirak etməmiş, faktiki qəbulla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki digər vərəsələr müxtəlif vaxtlarda miras əmlakından istifadə etmiş, yay aylarında, bayram və tətillərdə həmin evdə qalmış, miras əmlakından istifadə bütün vərəsələr üçün açıq olmuş və heç kimin istifadəsinə qadağa qoyulmamışdır. Onların fikrincə, məhkəmə hansı sübuta əsasən yalnız iki şəxsin mirası qəbul etməsi nəticəsinə gəldiyini əsaslandırmamış, digər vərəsələrin miras əmlakından faktiki istifadə etmələrinə hüquqi qiymət verməmiş, nəticədə miras kütləsini yalnız iki nəfər arasında bölməklə işin faktiki hallarına uyğun olmayan və maddi hüquq normalarının tələblərinə zidd qətnamə qəbul etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək miras kütləsinin vərəsələr arasında bərabər qaydada bölünməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat verərək mübahisəli miras əmlakı üzərində yalnız onun və cavabdeh Daşdəmirin deyil, bütün vərəsələrin paylarının müəyyən edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh Şövkətdən başqa bütün cavabdehlər doğma əmioğlu, əmiqızıdırlar. Hazırda cavabdeh cavabdeh15 əmisioğlu olmaqla həm də onun həyat yoldaşıdır. cavabdeh13 və cavabdeh17 onun əmisioğlu olmaqla həm də onun qaynıdırlar. Bildirmişdir ki, hələ əmisi sağ ikən o, və qaynı cavabdeh13 hər zaman əmisigilin kənddə yerləşən evinə baş çəkmişlər. Əmisinin heç bir övladı olmamışdır. Amma hər zaman əmisi onların bütün yığıncaqlarında, məclislərində ağsaqqal kimi iştirak etmişdir. Əmisi vəfat edəndən sonra onun bütün yasını onlar təşkil etmişlər. Daşdəmir ümumiyyətlə əmisinin yasında iştirak etməyib. O, RF-nın Surqut şəhərində yaşayıb və hazırda da orada yaşayır. O, miras əmlakı qəbul etməmişdir. Bildirmişdir ki, miras əmlakın açarları Hüseyndə olub, hazırda da Hüseyndədir. Çünki Hüseynin rayondakı evi əmisinin evi ilə divar-divara qonşudur. Onlar Yəhya ilə özləri ayda 2-3 dəfə əmisigilə gedib onu ziyarət etmişlər. Əmisinin yasında əmiuşaqlarının hamısı (Daşdəmirdən başqa) iştirak etmişdir. Həmçinin qeyd etmişdir ki, Daşdəmirin nümayəndəsinin güya “əmisinin torpaq sənədinin Daşdəmirə verməsini” deməsi həqiqəti əks etdirmir. Çünki Daşdəmir bir dəfə kəndə gələndə əmisinin torpaq sənədini oğurlamışdı. Əmisi heç vaxt torpaq sənədini Daşdəmirə könüllü verməmişdir. Hətta Daşdəmirin yoldaşı Mir-Banu əmisinin mis qazanını götürmüş və sonradan əmisi “Mir-Banu kimdir ki, onun mis qazanını götürüb” deyərək qazanı ondan geri almışdır. Apellyasiya şikayəti verməkdə əsas niyyəti Daşdəmir də daxil olmaqla bütün ikinci növ vərəsələrin miras əmlakdan pay alamsını təmin etməkdir. Belə olduqda onun 1\2 hissədə miras payının azalmasını dərk edir və qəbul edir. Kollegiyanın iclasında iştirak edən cavabdeh cavabdeh13 vermiş olduğu apellyasiya şikayətini müdafiə etmiş və onun dəlillərinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, Sumqayıt şəhərində yaşasa da daima rayonla əlaqəsi olmuşdur. Onun kənddə də evi var və həmin ev əmisi ilə divardivara qonşudur. Kəndə gedəndə daima əmisi ilə maraqlanmış, onun qayğısına qalmışdır. Əmisi həmin evi və torpaq sahəsini şifahi olaraq ona vəsiyyət etmişdir. Buna görədir ki, hazırda da evin və çöl darvazanın açarları ondadır. Əmisi vəfat edən zaman onun bütün yas məclislərini onlar vermiş, qəbirüstü abidəsini götürmüşlər. Daşdəmir isə əmisinin yasında iştirak etməmişdir. Həmçinin qeyd etmişdir ki, Daşdəmirin nümayəndəsinin güya “əmisinin torpaq sənədinin Daşdəmirə verməsini” deməsi həqiqəti əks etdirmir. Çünki Daşdəmir bir dəfə kəndə gələndə əmisinin torpaq sənədini oğurlamışdı. Əmisi heç vaxt torpaq sənədini Daşdəmirə könüllü verməmişdir. Hətta Daşdəmirin yoldaşı Mir-Banu əmisinin mis qazanını götürmüş və sonradan əmisi “Mir-Banu kimdir ki, onun mis qazanını götürüb” deyərək qazanı ondan geri almışdır. Apellyasiya şikayəti verməkdə əsas niyyəti Daşdəmir də daxil olmaqla bütün vərəsələrin miras əmlakdan pay alamsını təmin etməkdir. Kollegiyanın iclasında iştirak edən cavabdeh cavabdeh15 göstərmişdir ki, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qeyd etmişdir ki, Daşdəmir 30 ildir Rusiyasda yaşayır və əmisi sağ olanda qapısını bircə dəfə də döyməmişdir. Onunla ümumiyyətlə münasibəti olmayıb. Axı niyə ona pay düşməlidir. Kollegiyanın iclasında iştirak edən cavabdeh cavabdeh17 nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayətlərini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Göstərmişdir ki, cavabdeh17 RF-da yaşasa da Masallıya gələndə həmişə əmisini ziyarət etmişdir. Hələ sağlığında əmisi evin torpaq sənədini Daşdəmirə təqdim etmişdir. Bundan başqa əmisi Daşdəmirə həmçinin mis qazan və yaylıq da vermişdir. Evə dair bəzi sənədlər və həmin evə aid mis qazan hal-hazırda Daşdəmirdədir. Daşdəmir mərhum vəfat etdikdə onun yasına gəlmişdir. Qeyd etmişdir ki, Daşdəmir miras əmlakı faktiki olaraq qəbul etmişdir. Həmçinin qeyd etmişdir ki, müvəkkilinin həyat yoldaşının miras qoyanla şəkilləri var, yəni o (Daşdəmirin həyat yoldaşı) tez-tez gedib mirasqoyanı ziyarət etmişdir. Bundan başqa qarşı tərəf və onun qayını əslində mülkdən pay götürmək üçün əmilərinin ölümündə maraqlı idilər. İndi həmin ev çox baxımsız vəziyyətdədir, bunu sübut edən şəkillərdə mövcuddur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı İddiaçı apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini, cavabdeh cavabdeh13 da Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsini ləğv edib, miras kütləsinin vərəsələr arasında bərabər bölünməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə qətnaməni mahiyyətcə tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 3-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsində qeyd edilmişdir ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələrölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 223.1, 223.2 və 223.2-ci maddələrinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2012-ci il tarixli Plenum Qərarında göstəririlir ki, “...Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli Plenum Qərarının əsaslandırıcı hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Qərarın nəticə hissəsində isə göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia qismən təmin edilməlidir. İş materiallarında olan; Nikah haqqında arayışdan görünür ki, X3 ilə X80 arasında ## ###### 1958-ci il tarixdə, Masallı rayon Mahmudavar kəndində ** nömrəli nikah bağlanmışdır. Nikah bağlanandan sonra ərə (arvada) Rzayev(a) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, ## ### 1935-ci il təvəllüdlü X3 atası X1, anası X42r. Ölüm haqqında arayışdan görünür ki, X68 ## #### 2004- cü il tarixdə ölmüşdür. ölüm haqqında arayışdan görünür ki, X3 ## ####### 2020-ci il tarixdə ölmüşdür. Doğum haqqında şəhadətnamədən görünür ki, ## ##### 1946-cı il təvəllüdlü X12 atası X1, anası X43r. doğum haqqında şəhadətnamədən görünür ki, ## ###### 1936-cı il təvəllüdlü X10 atası X1, anası X42r. Doğum haqqında şəhadətnamədən görünür ki, ## ### 1968-ci il təvəllüdlü İddiaçı atası X10, anası Novruzova Şahzadə İlqar qızıdır. doğum haqqında şəhadətnamədən görünür ki, ## ##### 1946-cı il təvəllüdlü cavabdeh16 atası X1, anası X43r. Ölüm haqqında arayışdan görünür ki, Rzayev Əhməd Mirağa oğlu ## ####### 2009cu il tarixdə ölmüşdür. Ölüm haqqında arayışdan görünür ki, Rzayev Xeybər Mirağa oğlu ## ###### 1985-ci il tarixdə ölmüşdür. Doğum haqqında arayışdan görünür ki, ## ####### 1947-ci il təvəllüdlü cavabdeh4 atası X69, anası X90r. Doğum haqqında arayışdan görünür ki, ## ### 1977-ci il təvəllüdlü cavabdeh5 atası X11, anası X19r. Doğum haqqında arayışdan görünür ki, ## ####### 1976-cı il təvəllüdlü cavabdeh8 atası Əkbərov Xosrov İzzət oğlu, anası X58r. Doğum haqqında arayışdan görünür ki, ## #### 1976-cı il təvəllüdlü cavabdeh3 atası X20, anası X60r. Doğum haqqında arayışdan görünür ki, ## ###### 1975-ci il təvəllüdlü Abbasova İradə Ehtibar qızının atası X20, anası X60r. Doğum haqqında arayışdan görünür ki, ## ######## 1973-cü il təvəllüdlü X18 atası X20, anası X60r. Doğum haqqında arayışdan görünür ki, ## ###### 1974-cü il təvəllüdlü X62 atası X59, anası X45r. Doğum haqqında arayışdan görünür ki, ## ###### 1982-ci il təvəllüdlü cavabdeh9 atası X21, anası X57r. Doğum haqqında arayışdan görünür ki, ## ###### 1968-ci il təvəllüdlü cavabdeh13 atası Rzayev Əhməd Mirağa oğlu, anası X46r. Doğum haqqında arayışdan görünür ki, ## ###### 1973-cü il təvəllüdlü cavabdeh11 atası Rzayev Əhməd Mirağa oğlu, anası X46r. doğum haqqında arayışdan görünür ki, ## ###### 1967-ci il təvəllüdlü cavabdeh15 atası Rzayev Əhməd Mirağa oğlu, anası X46r. Doğum haqqında arayışdan görünür ki, ## ###### 1959-cu il təvəllüdlü cavabdeh17 anası X46r. Doğum haqqında arayışdan görünür ki, ## ##### 1946-cı il təvəllüdlü X22 atası X1, anası X43r. Doğum haqqında şəhadətnamədən görünür ki, ## #### 1971-ci il təvəllüdlü cavabdeh12 atası Rzayev Əhməd Mirağa oğlu, anası X46r. Ölüm haqqında arayışdan görünür ki, X60 ## ### 2020-ci il tarixdə ölmüşdür. Doğum haqqında arayışdan görünür ki, ## ######## 1943-cü il təvəllüdlü X47 atası X1, anası X43r. Ölüm haqqında arayışdan görünür ki, X91 ## #### 1991- ci il tarixdə ölmüşdür. Doğum haqqında arayışdan görünür ki, ## ###### 1962-ci il təvəllüdlü X63 atası Rzayev Əhməd Mirağa oğlu, anası X46r. Ölüm haqqında arayışdan görünür ki, X10 ## ##### 1993-cü il tarixdə ölmüşdür. Doğum haqqında arayışdan görünür ki, ## #### 1939-cu il təvəllüdlü X59 atası X1, anası X23r. Doğum haqqında arayışdan görünür ki, ## ### 1935-ci il təvəllüdlü X11 atası X1, anası X43r. Ölüm haqqında arayışdan görünür ki, X11 ## #### 2019-cu il tarixdə ölmüşdür. ölüm haqqında arayışdan görünür ki, X59 ## #### 2006-cı il tarixdə ölmüşdür. Masallı Rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ərizəçi cavabdeh17 atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinin təmin edilməsi, ## ####### 2009-cu ildə vəfat etmiş Rzayev Əhməd Mirağa oğlunun ## ###### 1959-cu ildə anadan olmuş cavabdeh17 atası olmasını etiraf etməsi faktının müəyyən edilməsi, Masallı Rayon Qeydiyyat Şöbəsinə doğum haqqında akt qeydləri kitabında ərizəçinin adı «Daşdəmir», soyadı «Rzayev», atasının adı «Əhməd», anasının adı «Mədinə», valideynləri-atası Rzayev Əhməd Mirağa oğlu, anası X46, doğulduğu tarix «## ###### 1959-cu il», doğulduğu yer «Masallı rayonu, Türkoba kəndi» yazılmaqla müvafiq qeyd aparılması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddiaçı cavabdeh17 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, Masallı rayon İHB-nin Türkoba ərazi nümayəndəliyinə, cavabdeh16, maraqlı şəxs İddiaçı qarşı «miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsinin, miras əmlaka dair daşınmaz əmlaklara çıxarışların etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı cavabdeh17 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın qismən təmin edilməsi, Masallı Regional "ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X22 adına verilmiş ## #### 2021-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə, X22 adına verilmiş ## #### 2021-ci il tarixli, 2V*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və X22 adına verilmiş ## #### 2021-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, ünvan 1ndə 0.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh16 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, ünvan 1ndə 73.1 ha torpaq sahəsinin 0.09 ha hissəsində yerləşən fərdi yaşayış evinin cavabdeh16 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ali Məhkəmənin mülki kollegiyasının ## #### 2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2024-cü il tarixli qətnaməsindən iddiaçı cavabdeh17 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı cavabdeh17 nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, 2(050)- ***/**** saylı qətnaməsi iddianın təmin olunmayan hissəsində yəni, İddiaçı ilə cavabdeh16 arasında bağlanmış AN-İ № ******* saylı ## ###### 2021-ci il tarixli Daşınmaz Əmakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında İddiaçı adına ********** qeydiyyat nömrəli qeydiyyata alınmış ##.##.2022-ci il tarixli çıxarışın ləğv edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi, İddiaçı ilə cavabdeh16 arasında bağlanmış AN-İ № ******* saylı ## ###### 2021-ci il tarixli Daşınmaz Əmakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına ********** qeydiyyat nömrəli qeydiyyata alınmış ##.##.2022-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. ## #### 2021-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, ##.##.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri cavabdeh16dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-DA DƏDRX-İN Ərazi İdarəsi tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş 805013092320-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evindən X3 düşən paydan ibarətdir. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-DA DƏDRX- İN Ərazi İdarəsi tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş 805013092320-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.09 ha olan torpaq sahəsindən X3 düşən paydan ibarətdir. ## #### 2021-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, ##.##.2004-cü il tarixdə vəfat etmiş X68 vərəsələri vərəsəliyi qəbul etmiş, lakin vərəsəliyi rəsmiləşdirmədən ##.##.2020-ci ildə vəfat etmiş əri X3 vərəsəsi cavabdeh16dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-DA DƏDRX-İN Ərazi İdarəsi tərəfindən ##.##.2021-ci il tarixdə X68 verilmiş 805013092320-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evindən X68 düşən paydan ibarətdir. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-DA DƏDRX-İN Ərazi İdarəsi tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş 805013092320-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.09 ha olan torpaq sahəsindən X68 düşən paydan ibarətdir. ## #### 2021-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, ##.##.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri cavabdeh16dır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDKY-DA DƏDRX-İN Ərazi İdarəsi tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.15 ha olan torpaq sahəsindən X3 düşən paydan ibarətdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 805013092320-***** reyestr nömrəli çıxarışla ünvan 1 ünvanında X3 və X68 mülkiyyətində olan 0.09 ha torpaq sahəsi və onun üzərində olan 73.10 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X3 və X68 ünvan 1ndə xüsusi mülkiyyətə 0.15 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, ##.##.2021-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin ## ###### 2025-ci il tarixli, *** saylı məktubundan görünür ki, ## ####### 2020-ci ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə nəzərdən keçirilərkən faktiki qəbul barədə sənədin olmaması, vərəsələr arasında mübahisə olduğu və qohumluq əlaqələrini təsdiq edən sənədlərin olmaması səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar qaytarılmışdır. Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin ## ###### 2025-ci il tarixli, *** saylı məktubundan görünür ki, ## #### 2004-cü ildə vəfat etmiş X68 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə nəzərdən keçirilərkən faktiki qəbul barədə sənədin olmaması, vərəsələr arasında mübahisə olduğu və qohumluq əlaqələrini təsdiq edən sənədlərin olmaması səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər məhkəməyə müraciət olunması ilə əlaqədar qaytarılmışdır. Masallı RİHB-nın Türkoba kənd İƏD üzrə nümayəndəliyinin ## #### 2025-ci il tarixli, *** saylı arayışından görünür ki, mərhum X3 aşağıdakı qardaş bacıları olmuşdur. X24 vəfat edib. Onun övladları: oğlu X25, oğlu X26, oğlu X48, qızı X27, qızı X64, qızı X14, oğlu X4, oğlu X49, oğlu X28 vəfat edib, qızı X65r. Qardaşı Rzayev Əhməd Mirağa oğlu vəfat edib. Övladları: oğlu cavabdeh14, oğlu X29, oğlu cavabdeh15, oğlu cavabdeh12, oğlu cavabdeh13, qızı X58 vəfat edib, qızı X63, qızı X30 vəfat edib, qızı X5, oğlu cavabdeh11dur. Qardaşı X59 vəfat edib. Övladları: oğlu cavabdeh7, qızı X66, oğlu X31, qızı X50r. Qardaşı Rzayev Xeybər Mirağa oğlu vəfat edib. Övladları oğlu X6, oğlu X7, oğlu Rzayev Hicran Xeybər oğlu, oğlu Rzayev İsmayıl Xeybər oğlu, qızı X33, qızı X34, qızı X51, oğlu X15, oğlu X8, oğlu X9, Qardaşı X10 vəfat edib. Övladları: qızı X52, qızı X36, qızı İddiaçı, qızı X53, qızı X37r. X92 vəfat edib. Övladları: oğlu cavabdeh4, qızı X38, qızı X81, qızı X82 vəfat edib, oğlu X39 vəfat edib, oğlu X93, oğlu X114r vəfat edib. X71 vəfat edib. Övladları: qızı X40 vəfat edib, qızı X67 vəfat edib, qızı X54r vəfat edib. Bacısı cavabdeh16dır. Bacısı X47 vəfat edib. Övladları: oğlu Abbasov İlqar Etiram oğlu vəfat edib, qızı Abbasova İradə Etiram qızı, oğlu cavabdeh3 Etiram oğlu, oğlu X17r. Göründüyü kimi iddia qismən təmin edilmiş, qətnamədən iddiaçı İddiaçı və cavabdeh cavabdeh13 narazı qalmış və apellyasiya şikayətləri vermişdir. İddiaçı İddiaçı apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilsə də, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan qanunsuz və əsassızdır. Şikayət verən qeyd etmişdir ki, mərhum X3 onun əmisi olmuş, ##.##.2020-ci il tarixdə vəfat etmiş, ondan Masallı rayonu, Türkoba kəndində yerləşən 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 73,1 kv.m fərdi yaşayış evi miras qalmışdır. O, əmisi xəstə olduğu dövrdə yoldaşı ilə birlikdə ona qulluq etdiyini, yas mərasimini, baş daşının qoyulmasını və digər mərasim xərclərini vərəsələrlə birlikdə qarşıladığını, cavabdeh16 isə onun xəbəri olmadan miras əmlakı öz adına rəsmiləşdirərək sonradan həmin əmlakı 8000 manat müqabilində satdığını, sonradan cavabdeh17 iddiası əsasında vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilərək ləğv olunduğunu və miras kütləsinin əvvəlki vəziyyətinə qaytarıldığını göstərmişdir. Bundan sonra vərəsələr arasında fikir ayrılığı yarandığından mirasın notariat qaydasında bölünməsi mümkün olmamış, bu səbəbdən o, ərazi nümayəndəliyinin arayışı əsasında miras kütləsinin bütün vərəsələr arasında bərabər bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. birinci instansiya məhkəməsi işə təxminən bir il baxmasına baxmayaraq mübahisənin faktiki hallarını araşdırmamış, miras kütləsini qanunsuz olaraq yalnız İddiaçı ilə cavabdeh17 arasında bölmüş, halbuki cavabdeh17 uzun illərdir xarici dövlətdə yaşadığından mirası faktiki qəbul etməmiş, məhkəmə iclaslarının heç birində iştirak etməmiş və faktiki qəbul edilməni təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmə qətnaməsində cavabdeh17 mirası faktiki qəbul etməsi barədə hansı sübuta istinad olunduğu əsaslandırılmamış, əksinə mərhumun qardaşları olan Yəhya, Hüseyn, Vaqif, Vasif, Qasım və digər şəxslərin miras əmlakından istifadə etmələrinə baxmayaraq onların miras hüququ nəzərə alınmamışdır. Bildirilmişdir ki, bütün vərəsələr müxtəlif vaxtlarda miras əmlakından istifadə etmiş, Sumqayıt şəhərində yaşamasına baxmayaraq İddiaçı da bayram və yay aylarında həmin evdə qalmış, digər vərəsələr də eyni qaydada miras əmlakından istifadə etmişlər və heç bir vərəsəyə istifadəyə qadağa qoyulmamışdır. Şikayət verən həmçinin göstərmişdir ki, cavabdeh17 məhkəmədən kənar ona 0,6 sot torpaq sahəsi və 10.000 manat pul təklif etmiş, lakin o, digər vərəsələrin də mənafeyini nəzərə alaraq bu təkliflə razılaşmamışdır. Onun mövqeyinə görə, iş üzrə heç bir vərəsənin miras kütləsini tam şəkildə qəbul etdiyi müəyyən edilmədiyi halda, məhkəmə yalnız iki şəxs arasında bölgü aparmaqla maddi və prosessual hüquq normalarını pozmuş, qətnamədə faktiki halları və sübutları qiymətləndirmədən formal nəticəyə gəlmişdir. Buna görə də Masallı Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh cavabdeh13 apellyasiya şikayətinin dəlilləri iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kollegiya apellyasiya şikayətlərinin dəlilləri üzrə aşağıdakıları qeyd edir.

1. İş materiallarından müəyyən edilir ki, ##.##.2004-cü il tarixdə vəfat etmiş X68 miras payı onun sağ qalmış həyat yoldaşı X3 tərəfindən faktiki qəbul edilmiş, sonuncu həmin əmlaka sahiblik və idarəetmə həyata keçirmiş, lakin miras hüququnu rəsmiləşdirməmişdir. Sonradan ##.##.2020-ci il tarixdə X3 vəfat etməsi ilə həmin miras əmlakı onun miras kütləsinə daxil olmuşdur. Bu hal iş materiallarında olan sənədlərlə, habelə tərəflərin izahatları ilə təsdiq olunur.

2. Kollegiya qeyd edir ki, X3 ölümü zamanı onun Mülki Məcəllənin 1159.1-ci maddəsində nəzərdə tutulmuş birinci növbə qanun üzrə vərəsələri mövcud olmamışdır. Belə olan halda miras hüququ ikinci növbə vərəsələrinə keçmişdir. Buna baxmayaraq, miras hüququnun yaranması təkcə qohumluq əlaqəsi ilə deyil, həm də Mülki Məcəllənin 1243-cü maddəsinin tələblərinə uyğun olaraq mirasın qəbul edilməsi ilə şərtlənir. Birinci instansiya məhkəməsi isə hər bir vərəsənin mirası qəbul edib-etməməsinə ayrıca hüquqi qiymət vermədən nəticəyə gəlmişdir.

3. Müəyyən edilir ki, İddiaçı, cavabdeh13 və cavabdeh17 miras qoyanın əvvəl vəfat etmiş qardaşlarının övladları olmaqla eyni hüquqi vəziyyətdə olan ikinci növbə vərəsələr hesab edilirlər. Birinci instansiya məhkəməsi isə həmin şəxslərin hüquqi vəziyyətini tam araşdırmadan, yalnız İddiaçı və cavabdeh17 arasında miras paydan bölgü aparmış, cavabdeh13 faktiki qəbul etmə ilə bağlı mövqeyini və iş üzrə mövcud digər sübutları lazımi qaydada qiymətləndirməmişdir. Halbuki, Mülki Məcəllənin 1243.2 və 1243.3-cü maddələrinə görə mirasın faktiki qəbul edilməsi yalnız notariat orqanına ərizə verməklə deyil, həm də əmlaka sahiblik etməyə, onu idarə etməyə və onun üzərində faktiki hakimiyyət həyata keçirməyə yönəlmiş davranışlarla təsdiq oluna bilər.

4. Apellyasiya baxışı zamanı tərəflərin izahatlarından görünür ki, iddiaçı İddiaçı izahatında cavabdeh15 onun həm əmisi oğlu, həm də həyat yoldaşı olduğunu bildirmişdir. Bu hal həmin şəxslərin ailə münasibətlərində və miras əmlakından birlikdə istifadə etmələrində davamlı əlaqənin mövcud olduğunu göstərir. Eyni izahatda İddiaçı mübahisəli əmlak üzərində faktiki istifadə imkanlarının mövcud olduğunu, ata-baba yurdunu abadlaşdırmaq istədiklərini, lakin mübahisəyə görə bundan istifadə edə bilmədiklərini bildirmişdir.

5. Kollegiya həmçinin nəzərə alır ki, tərəflərin izahatlarına əsasən İddiaçı Yəhya ilə ailə münasibətlərində olması, həmin ailənin miras əmlakı ilə bağlı faktiki münasibətlərdə iştirak etməsi, həmçinin əvvəlki dövrdə miras əmlakının cavabdeh16 adına rəsmiləşdirilərək sonradan Tərgülün ailəsinə verilməsi barədə göstərilən hallar birlikdə qiymətləndirildikdə Tərgülün miras əmlakını faktiki qəbul etmiş şəxslərdən biri olmasını təsdiq edən sübutlar kimi qiymətləndirilə bilər.

6. cavabdeh13 də apellyasiya baxışı zamanı verdiyi izahatlarda və apellyasiya şikayətində göstərmişdir ki, miras əmlakından istifadə etmiş, yaşayış evinin açarı onda olmuş, yay aylarında həmin evdə yaşamış, əmlakı faktiki idarə etmişdir. Bu hallar onun mirasın faktiki qəbulunda iştirak etdiyini göstərən mühüm sübutlardır. Birinci instansiya məhkəməsi həmin sübutlara hüquqi qiymət verməmişdir.

7. Həmçinin iddiaçı İddiaçı, cavabdehlər cavabdeh13 və cavabdeh15 izahatları ilə müyyən olunur ki, miras qoyan cavabdeh cavabdeh13lə qonşu olmuş, ölümündən sonra mübahisəli əmlakın açarları Hüseyndə qalmışdır və hazırda da ondadır. Həmçinin müəyyən olunur ki, iddiaçı İddiaçı mirasqoyanı mütamadi ziyarət etmiş, digər cavabdehlərlə birlikdə miras qoyanın dəfnində iştirak etmiş, yas mərasiminin keçirilməsində və qəbirüstü abidənin götürülməsində birlikdə iştirak etmişlər. Bu hallar da miras əmlakın İddiaçı və cavabdeh13 tərəfindən faktiki olaraq qəbul edilməsinə dəlalət edir.

8. Digər tərəfdən, İddiaçı və cavabdeh13 izahatı ilə müəyyən edilir ki, mirasa dair hüquqmüəyyənedici sənəd Daşdəmir tərəfindən oğurlanmışdır. Tərəflərin izahatları və iş üzrə əvvəlki mübahisələrin nəticələri göstərir ki, məhz həmin sənəd əsasında sonradan vərəsəlik şəhadətnaməsi mübahisələndirilmiş və etibarsız hesab edilmişdir. Bundan əlavə, cavabdeh17 məhz həmin sənədlərə əsaslanaraq vərəsəlik hüququnun bərpası üçün iddia qaldırmış, nəticədə əvvəl verilmiş vərəsəlik şəhadətnaməsi ləğv edilmişdir. Bu hallar da göstərir ki, Daşdəmir də miras əmlakı ilə bağlı hüquqlarını həyata keçirmək üçün faktiki hərəkətlər etmiş və bu baxımdan onun da mirası faktiki qəbul etdiyi nəticəsinə gəlmək mümkündür.

9. Bundan başqa iddiaçı həm də cavabdeh cavabdeh13 özləri apellyasiya şikayətlərində cavabdeh17 də daxil olmaqla bütün ikinci növbə vərəsələrin miras əmlakdan paylarının müəyyən edilməsini xahiş etmişlər. Belə olduğu halda onlar da Daşdəmirin miras əmlakı faktiki qəbul etməsini nümayiş etdirmiş olurlar.

10. Beləliklə, kollegiya hesab edir ki, iş üzrə toplanmış sübutlar birlikdə qiymətləndirildikdə yalnız İddiaçı və ya yalnız cavabdeh17 deyil, həmçinin cavabdeh13 də miras əmlakını faktiki qəbul etməsi müəyyən olunur. Birinci instansiya məhkəməsinin yalnız iki eyni statuslu şəxs arasında bölgü aparması digər eyni hüquqi vəziyyətdə olan vərəsənin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnmişdir.

11. Kollegiya həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Qərarını da qiymətləndirmişdir. Həmin qərarda mirasın qəbul edilməməsi, vərəsənin susmasının hüquqi nəticələri və məcburi payla bağlı yeni hüquqi mövqelər formalaşdırılmışdır. Lakin hazırkı mübahisə üzrə miras hüquq münasibətləri X3 ##.##.2020-ci il tarixdə vəfat etməsi ilə yaranmışdır. Buna görə də, sonradan qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri həmin qərardan əvvəl yaranmış miras münasibətlərinə tətbiq edilə bilməz və hazırkı iş mirasın açıldığı tarixdə qüvvədə olan maddi hüquq normaları əsasında həll edilməlidir.

12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 805013092320-***** reyestr nömrəli çıxarışa əsasən ünvan 1ndə X3 və X68 ümumbirgə mülkiyyətində olan 0.09 ha torpaq sahəsi və onun üzərində olan 73.10 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin üzərində X3 ½ hissədə və X68 1/2 hissədə payları müəyyən edilməli, X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 805013092320-***** reyestr nömrəli çıxarışa əsasən ünvan 1ndə X3 və X68 ümumbirgə mülkiyyətində olan 0.09 ha torpaq sahəsi və onun üzərində olan 73.10 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin X68 düşən 1/2 hissəsi X3 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin və əmlak üzərində X3 tam mülkiyyət hüququ müəyyən edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 805013092320-***** reyesrt nömrəli çıxarışa əsasən Masallı rayonu, Türkoba kəndində yerləşən 0.09 ha fərdi yaşayış evi inşa olunması üçün ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa olunmuş 73.1 m2 fərdi yaşayış evi İddiaçı, cavabdeh13 və cavabdeh17 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 805013092320-***** reyesrt nömrəli çıxarışa əsasən Masallı rayonu, Türkoba kəndində yerləşən 0.09 ha fərdi yaşayış evinin inşa olunması üçün ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa olunmuş 73.1 m2 fərdi yaşayış evinin üzərində İddiaçı 1/3, cavabdeh13 1/3 və cavabdeh17 1/3 hissədə payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.2-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin.

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 805013092320-***** reyestr nömrəli çıxarışa əsasən ünvan 1ndə X3 və X68 ümumbirgə mülkiyyətində olan 0.09 ha torpaq sahəsi və onun üzərində olan 73.10 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin üzərində X3 ½ hissədə və X68 1/2 hissədə payları müəyyən edilsin.

2. X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 805013092320-***** reyestr nömrəli çıxarışa əsasən ünvan 1ndə X3 və X68 ümumbirgə mülkiyyətində olan 0.09 ha torpaq sahəsi və onun üzərində olan 73.10 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin X68 düşən 1/2 hissəsi X3 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin və əmlak üzərində X3 tam mülkiyyət hüququ müəyyən edilsin.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 805013092320-***** reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Türkoba kəndində yerləşən 0.09 ha fərdi yaşayış evi inşa olunması üçün ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa olunmuş 73.1 m2 fərdi yaşayış evinin İddiaçı, cavabdeh13 və cavabdeh17 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, 805013092320-***** reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Türkoba kəndində yerləşən 0.09 ha fərdi yaşayış evinin inşa olunması üçün ayrılmış torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa olunmuş 73.1 m2 fərdi yaşayış evinin üzərində İddiaçı 1/3, cavabdeh13 1/3 və cavabdeh17 1/3 hissədə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar