Məhkəmə qərarları › İş №2(3-9)-503/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-503/2026

02.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-503/2026 02.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər İbadov Əzizağa Əli oğluna, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması tələbinə dair iş üzrə Masallı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən cavabdeh1 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu Göyəçöl kəndində yerləşən 0.06 ha kənd yaşayış məntəqələri torpaqları təyinatıl torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. JN-0004 kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının ## #### 1998-ci il tarixli ** nömrəli qərarı ilə Masallı rayonu Göyəçöl kəndində cavabdeh3, X5, X3, X7, X8 və X11 01 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Cəlilabad ərazi idarəsinin ## #### 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X18 uçotu informasiya sistemi baza məlumatına əsasən İbadov Əzizağa Əli oğlu, cavabdeh3 və cavabdeh2 fiziki sərhədlər daxilində faktiki istifadə etdikləri torpaq sahələri, cavabdeh1 tərəfindən istifadə olunan həyətyanı torpaq sahəsinin girişinə qoyulmuş dəmir darvaza Masallı rayonu Göyəçöl kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəl Çıxarışla İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinə heç bir maneçilik yaratmadığı müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. cavabdeh1 faktiki istifadə kimi plana alınmış 0.1554 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində (dəmir darvaza ilə birlikdə) 140.63 kv.m hissəsi X18 uçotu informasiya sistemi baza məlumatında ümumi istifadədə olan gediş-gəliş yolunun hüdudları daxilində yerləşdiyi müəyyən edildi. X18 uçotu informasiya sistemi baza məlumatına əsasən İbadov Əzizağa Əli oğlunun faktiki istifadə etdiyi 0.6741 ha torpaq sahəsi, X1 və digər ailə üzvlərinin, cavabdeh3 faktiki istifadə etdiyi 3.7984 ha torpaq sahəsi X9, X16, cavabdeh3, X6, X10, X4 və digər ailə üzvlərinin mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri, cavabdeh1 və cavabdeh2 istifadəsində olan müvafiq olaraq 0,1554 ha, 0.4920 ha torpaq sahələri isə bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahələri olduğu müəyyən edildi. İddiaçının ona yol verilməsini iddia etdiyi torpaq sahələri X18 uçotu informasiya sistemi baza məlumatına əsasən gediş-gəliş yolu kimi nəzərdə tutulmamışdır. Masallı rayonu Göyəçöl kəndinin ərazisində aparılan kompleks yerquruluşu layihəsinin yerə uyğun yerləşmə mövqeyinə görə iddiaçının mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə yol nəzərdə tutulmuşdursa da, X18 uçotu informasiya sistemi baza məlumatında həmin yol, vətəndaşların xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunduğu müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayonu Göyəçöl kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedən, iddia olunan mübahisəli yoldan (iddia olunan yol X18 uçotu informasiya sistemi baza məlumatında xüsusi mülkiyyətə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir) başqa alternativ yolun olmadığı müəyyən edildi. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli **/**** saylı ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Cəlilabad Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı mütəxəssis rəyinə əsasən, X18 uçotu informasiya sistemi baza məlumatına əsasən İbadov Əzizağa Əli oğlu, cavabdeh3 və cavabdeh2 Ənvər oğlunun fiziki sərhədlər daxilində faktiki istifadə etdikləri torpaq sahələri cavabdeh1 tərəfindən istifadə olunan həyətyanı torpaq sahəsi və həm torpaq sahəsinin girişinə qoyulmuş dəmir darvaza Masallı rayonu Göyəçöl kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinə heç bir maneçilik yaratmadığı müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. cavabdeh1 faktiki istifadə kimi plana alınmış 0,1554 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində (dəmir darvaza ilə birlikdə) 140,63 kv.m hissəsi X18 uçotu informasiya sistemi baza məlumatında ümumi istifadədə olan gediş-gəliş yolunun hüdudları daxilində yerləşdiyi müəyyən edildi. X18 uçotu informasiya sistemi baza məlumatına əsasən İbadov Əzizağa Əli oğlunun faktiki istifadə etdiyi 0,6741 ha torpaq sahəsi X2 və digər ailə üzvlərinin, cavabdeh3 faktiki istifadə etdiyi 3,7984 ha torpaq sahəsi X9, X16, cavabdeh cavabdeh3, X6, X10, X4 və digər ailə üzvlərinin mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri, cavabdeh1 və cavabdeh2 istifadəsində olan müvafiq olaraq 0,1554 ha, 0,4920 ha torpaq sahələri isə bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahələri olduğu müəyyən edildi. İddiaçının ona yol verilməsini iddia etdiyi torpaq sahələri X18 uçotu informasiya sistemi baza məlumatına əsasən gediş-gəliş yolu kimi nəzərdə tutulmamışdır. Masallı rayonu Göyəçöl kəndinin ərazisində aparılan kompleks yerquruluşu layihəsinin yerəuyğun yerləşmə mövqeyinə görə iddiaçının mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə yol nəzərdə tutulmuşdursa da, X18 uçotu informasiya sistemi baza məlumatında həmin yol, vətəndaşların xüsusi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunduğu müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Masallı rayonu Göyəçöl kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinə gedən, iddia olunan mübahisəli yoldan (iddia olunan yol X18 uçotu informasiya sistemi baza məlumatında xüsusi mülkiyyətə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir) başqa alternativ yolun olmadığı müəyyən edildi. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı İbadov Əzizağa Əli oğluna, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı rayonu Göyəçöl kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli çıxarışla mülkiyyətində olan həyətyanı torpaq sahəsinə İbadov Əzizağa Əli oğlu ilə cavabdeh3 tikanlı məftildən çəpər çəkməklə, cavabdeh1 dəmir darvaza qoyaraq yardımçı tikililər inşa etməklə, cavabdeh2 isə dəmir listlərdən ibarət hasar çəkməklə bağlanılmış gediş-gəliş yolunun həmin çəpərlərin, darvazanın və yardımçı tikililərin cavabdehlərin hesabına sökülməklə açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sovxoz tərəfindən ona yaşadıqları Göyəçöl kəndində 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla ##.##.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədləri verilmişdir. Lakin İbadov Əzizağa Əli oğlu ilə cavabdeh3 həyətinə gedən yolun onların payıbəlli torpaq sahələrinin yaxınlığından keçən hissəsində tikanlı məftildən çəpərə almaqla bağlamışlar. Həyətinə gələn digər istiqamətdən olan yolun üzərində isə cavabdeh1 dəmir darvaza qoyaraq yardımçı tikililər inşa etməklə, cavabdeh2 isə dəmir listlərdən ibarət hasar çəkməklə bağlamışlar. Cavabdehlərdən həyətinə yol verilməsini dəfələrlə tələb etsə də, nəticəsi olmamışdır. Nəticədə mülkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə hüququ pozulmuşdur. Bununla bağlı bələdiyyəyə, ərazi nümayəndəliyinə, İcra Hakimiyyətinə və daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət etsə də, məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırkı iş üzrə cavabdehlər həyətyanı torpaq sahəsinə gedən yolun üzərində dəmir listlərdən ibarət, tikanlı məftillərdən çəpər çəkməklə, dəmir darvaza qoymaqla yoldan istifadəsini tamamilə məhdudlaşdırıb mülkiyyətində olan həmin torpağa sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirməyinə imkan verməməklə mülkiyyətinə daxil olmaq hüququndan davamlı olaraq məhrum etmişlər. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT: Masallı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Zeynal Zeynalov) iddianın qismən təmin edilməsi, Masallı rayonu Göyəçöl kəndində yerləşən cavabdeh1 faktiki istifadəsi kimi plana alınmış 0,1554 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində 140,63 kv.m hissəsində qoyulmuş dəmir darvazanın cavabdeh1 hesabına sökülməklə İddiaçı həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması, iddianın qalan hissədə təmin edilməməsi, mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pulun cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat pulun cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixli ********** qeydiyyat ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Masallı rayonu Göyəçöl kəndində yerləşən 0.06 ha kənd yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Tərəflər arasında mübahisəli ərazinin istifadəsi ilə bağlı mübahisə var. Mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Lakin cavabdeh1 faktiki istifadə kimi plana alınmış 0,1554 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində (dəmir darvaza ilə birlikdə) 140,63 kv.m hissəsi X18 uçotu informasiya sistemi baza məlumatında ümumi istifadədə olan gediş-gəliş yolunun hüdudları daxilində yerləşdiyi müəyyənləşdirildi. Məhkəmə iş üzrə sübutlara və yuxarıda göstərilən maddi hüquq normalarını hazırkı mübahisəli məsələyə tətbiq etməklə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək Masallı rayonu, Gəyəçöl kəndində yerləşən cavabdeh1 faktiki istifadəsi kimi plana alınmış 0,1554 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində 140,63 kv.m hissəsində qoyulmuş dəmir darvaza cavabdeh1 hesabına sökülməklə İddiaçı həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu açılmalıdır. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məsəlləsinin (MM) 152.1-ci, 158.2-ci, 157.4-cü, 158.4-cü, 170.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 18-ci, 47-ci, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. APELYYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir araşdırma aparmadan, işin faktiki hallarına qiymət vermədən əsassız bir qətnamə çıxarmışdır. Məhkəmə iş üzrə təkrar və ya əlavə tikinti-texniki ekspertiza təyin etməmişdir. Məhkəmə iclaslarından məlumatı olmamış, onu məhkəmə iclaslarına çağırmamışlar. İş üzrə ekspertiza təyin olunanda mütəxəssislər əraziyə gəlməmiş, otaq şəraitində qanunsuz rəylərini vermişlər. Ekspert də mütəxəssislərin qanunsuz rəyinə istinad edərək guya ekspert rəyini vermişlər. Mütəxəssislər tərəfindən darvazanın olduğu yer ölçülməmiş, mübahisəli ərazinin faktiki vəziyyəti və kordinatları çıxarılmamışdır. Məhkəmə dəfələrlə məhkəmə iclasları təyin etmiş, bir dəfə də olsun iştirakı məhkəmədə təmin etməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, cavabdeh1 ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını, iş üzrə məhkəmə-tikinti ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Diqqətə çatdrılmalıdır ki, dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Normanın mahiyyətini və məqsədini nəzərə alaraq məhkəmə tərkibi qeyd edir ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin imperativ normalarının tələbinə görə Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs daşınar və daşınmaz əmlakı mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilər ki, onların bu hüquqlarının dövlət qeydiyyatına alınması vacib şərtlərdən biridir. Mülkiyyət hüququnun və eləcə də daşınmaz əmlaka digər hüquqların qeydə alınmasının vacibliyi isə həmin hüquqlara dövlət tərəfindən verilən yüksək təminatla (qanunsuz qəsdlərdən qorunma) əlaqələndirilir. Ona görə də, mülkiyyət hüququnun tərkib hissəsini təşkil edən üç ünsürdən (sahiblik, istifadə və ya sərəncam) birinin pozulması istər milli qanunvericilik, istərsə də beynəlxalq qanunvericilik baxımından (Avropa Məhkəməsinin hüquqi mövqeyi) bütünlükdə mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli *** nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında X18 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan X18 uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında X18 uçotu işləri aparılmış və həmin məlumatlar X18 uçotu informasiya sisteminə və AZCADa inteqrasiya edilmişdir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi hazırkı mülki iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə tərkibi həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan rəyə uyğun olaraq məhkəmə tərkibi müəyyən edir ki, iş materialları ilə ##.##.2024-cü il tarixli ********** qeydiyyat və ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı tam mülkiyyətində olan həyətyanı torpaq sahəsinə aparan mübahisəli yoldan başqa alternativ giriş-çıxış yolunun mövcud olmadığı təsdiq edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, iddia olunan yol X18 Uçotu İnformasiya Sistemi üzrə baza məlumatlarında xüsusi mülkiyyətə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir. Bununla yanaşı, cavabdeh1 faktiki istifadəsində olan və plana alınmış 0,1554 ha həyətyanı torpaq sahəsinin şimal-qərb istiqamətində yerləşən, dəmir darvaza ilə birlikdə 140,63 kv.m hissəsinin X18 Uçotu İnformasiya Sistemi üzrə baza məlumatlarında ümumi istifadədə olan gediş-gəliş yolunun hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Belə olan halda, həmin hissədə quraşdırılmış dəmir darvazanın cavabdeh1 hesabına sökülməsi və bununla da İddiaçı həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılmasının təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilir. Məhkəmə tərkibi mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün apellyasiya şikayətinin dəlillləri mötəbər deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar