Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-505/2026 27.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər –Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Yardımlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon * saylı Dövlət Notariat Kontorunun notariusu Cavid Mircavadov tərəfindən təsdiqlənmiş ##.##.2012-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, mərhum atası Camalov Qağaş Ağaverdi oğlundan miras qalmış Yardımlı rayonu, Ostayır kəndində yerləşən 0.2297 ha torpaq sahəsində 1/5 hissədə və üzərində yerləşən 116.2 kv.m fərdi yaşayış evində tam, həmçinin həmin torpaq sahəsinin mərhum anası X2 məxsus 1/5 hissəsinə onun miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim: Rəşad Məmmədov) iddia təmin edilmişdir. Cavabdeh cavabdeh3 nümayəndəsi-vəkili nümayəndə1 Yardımlı rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmişdir. Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə cavabdeh cavabdeh3 nümayəndəsi-vəkili nümayəndə1 tərəfindən Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(038)- ***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh cavabdeh3 nümayəndəsi-vəkili nümayəndə1 Yardımlı rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən ##.##.2026-cı il tarixdə yenidən məhkəməyə apellyasiya şikayəti ilə müraciət etmişdir. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 360cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yardımlı rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinin Cavabdeh cavabdeh3 nümayəndəsi-vəkili nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetində yerləşdirilməsi ##.##.2026-cı il tarixdə olduğu halda, cavabdeh cavabdeh3 nümayəndəsi-vəkili nümayəndə1 tərəfindən yenidən apellyasiya şikayəti ##.##.2026-cı il tarixində “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Belə olduğu halda, cavabdeh tərəf apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Müddətin ötürülməsinə baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpasına dair ərizə də əlavə olunmamışdır. MPM-in 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Yardımlı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Yardımlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-505/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-505/2026
27.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver