Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-507/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, iddiaçı X7, onun nümayəndəsi nümayəndə3, nümayəndəsi vəkil nümayəndə1 İntiqam oğlunun, cavabdehlər cavabdeh1 İsgəndər oğlunun və cavabdeh7 iştirakları ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, cavabdeh7, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı və cavabdeh2 qarşı, iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şirvan Ərazi İdarəsi, cavabdeh1 İsgəndər oğlu, cavabdeh6, cavabdeh7, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı, cavabdeh2 və Saatlı Rayon Notariat Ofisinə qarşı iddiaları ilə bağlı birləşdirilmiş işlər üzrə Saatlı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsindən hüquq və mənafelərinə toxunan şəxs cavabdeh1 İsgəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh6, cavabdeh7, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı və cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN 0083 KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 1,56 ha torpaq sahəsinin hazırda faktiki olaraq iddiaçının istifadəsində olan 1,35 ha hissəsinin alğı-satqı edilməsi ilə bağlı iddiaçı ilə mərhum X1, cavabdeh6, cavabdeh7, X9 və cavabdeh2 arasında bağlanmış ##.##.2002-ci il tarixli müqavilənin bağlanmış hesab edilməsi və iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının # ####### 2000-ci il tarixli * saylı qərarı əsasında cavabdehlər cavabdeh6, cavabdeh7, X9, cavabdeh2 və mərhum X1 ümumi birgə mülkiyyətinə 1,56 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. 2002-ci ilin əvvəllərində X1 onun və ailə üzvləri-cavabdeh6, cavabdeh7, X9 və cavabdeh2 onların ümumi birgə mülkiyyətinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini satmaq istədiklərini iddiaçıya bildirmişlər. İddiaçı da həmin torpaq sahəsini almaq istədiyini bildirmiş və 1,35 hektar torpaq sahəsini cavabdehlərə ümumilikdə 2000000 manat verməklə almışdır. Həmin vaxt torpağın alğı-satqısı ilə bağlı cavabdehlərlə iddiaçı arasında # #### 2002-ci il tarixli akt tərtib edilmiş və həmin aktın doğruluğu cavabdehlər tərəfindən öz imzaları ilə təsdiq edilmişdir. Həmçinin cavabdehlər JN 0083 KOD ******** saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının əslini də həmin zaman iddiaçıya təhvil vermişlər. Bundan sonra iddiaçı cavabdehlərə həmin torpaq sahələrinin onun adına rəsmiləşdirilməsi üçün onunla birlikdə notariat kontoruna getmələrini bildirsə də, cavabdehlər könüllü olaraq notariat kontoruna getmədikləri üçün torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Torpağın mülkiyyətçilərindən biri olan X1 hazırda vəfat etmişdir. İddiaçı aldığı torpaq sahəsini iyirmi ildən artıqdır ki, öz mülkiyyəti kimi istifadə edir. Bu müddət ərzində cavabdehlər torpaq sahəsinə dair ona hər hansı etiraz bildirməmiş, heç bir tələb irəli sürməmiş, torpağın alğı-satqısına dair aktı etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Lakin yaxın vaxtlarda cavabdehlər ona heç bir məlumat vermədən torpaq sahəsini öz adına rəsmiləşdirə bilmədiyindən istifadə edərək aldığı 1,35 hektar torpaq sahəsini zəbt edərək istifadə etmək istəmişlər. Saatlı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsi ilə (hakim İxtiyar Abuşov) iddia təmin edilmiş, Saatlı rayon Aqrar İslahat Komissiyasının ##.##.2000-ci il tarixli * saylı saylı qərarı əsasında JN 0083 KOD ******** nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə cavabdeh6, cavabdeh7, X9, cavabdeh2 və mərhum X1 ümumi mülkiyyətinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,35 ha torpaq sahəsini torpaq mülkiyyətçiləri cavabdeh6, cavabdeh7, X9, cavabdeh2 və mərhum X1 İddiaçı satmaları barədə öz aralarında bağlanmış ##.##.2002-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin (iddiaçının faktiki istifadəsində olan 1,35 hektar torpaq sahəsi) üzərində İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh6, cavabdeh7, X9, cavabdeh2 və mərhum X1 mülkiyyətlərində olan torpaq sahəsini iddiaçıya ##.##.2002-ci il tarixdə satdıqlarından “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanununa və həmin qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” ## ###### 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi tətbiq edilməlidir. İddiaçı müəyyənləşdirilmiş pul məbləğini cavabdehlər cavabdeh6, cavabdeh7, X9, cavabdeh2 və mərhum X1 vermiş, yəni əqdi tam olaraq icra etmişdir. Torpaq mülkiyyətçiləri müəyyənləşdirilmiş pul məbləğini İddiaçı alsalar da, sonradan əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırmışlar. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (##.##.2005-ci il tarixədək qüvvədə olan) 335.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1, 88, 217.2. 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şirvan Ərazi idarəsi, cavabdeh1 İsgəndər oğlu, cavabdeh6, cavabdeh7, Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı, cavabdeh2 və Saatlı Rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh6, cavabdeh7, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı, cavabdeh2 ilə cavabdeh cavabdeh1 İsgəndər oğlu arasında Saatlı Rayon Notariat Ofisində bağlanmış ##.##.2023-cü il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ** saylı Şirvan Ərazi idarəsi tərəfindən cavabdeh1 İsgəndər oğlunun adına verilmiş ##.##.2023-cü il tarixli ************ nömrəli çıxarışın ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat hüquqi yardım üçün haqqın cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iddiaçı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şirvan Ərazi idarəsinə müraciət etmişdir. # ##### 2024cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şirvan Ərazi İdarəsi *-**-*-**/*-***/**** saylı bildirişlə iddiaçıya cavab göndərmişdir ki, mübahisəli torpaq sahəsi Saatlı rayon notariat ofisinin ##.##.2023-ci il tarixli *Ə-*** saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmiş və həmin şəxsin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Ona görə də, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh6, cavabdeh7, cavabdeh2 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı ümumi birgə mülkiyyətlərinə verilmiş 1,56 hektar torpaq sahəsinin 1,3207 hektar hissəsini ##.##.2023-cü il tarixli *Ə-*** saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh1 İsgəndər oğluna satmışlar. cavabdeh1 isə aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququnu ## ####### 2023-cü il tarixli ************ nömrəli çıxarışla dövlət qeydiyyatına aldırmışdır. Bu qanunsuzluqlara görə iddiaçı aldığı torpaq sahəsinə dair çıxarışı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şirvan Ərazi idarəsindən əldə edə bilmir və iddiaçının mülkiyyət hüquqları pozulur. Məhkəmənin qətnaməsi çıxana qədər bu torpağın satılması barədə rəsmi məlumat almaq üçün iddiaçı dəfələrlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şirvan ərazi idarəsinə müraciət etmişdir. Lakin, həm iddiaçının, həmçinin də məhkəmənin sorğusuna cavab olaraq həmin orqandan bildirilmişdir ki, torpaq sahəsi satılmayıb və torpaq sahəsi üzərində başqa şəxslərin mülkiyyət hüququ yoxdur. İddiaçı bu mübahisəli torpaq məsələsinə görə cavabdeh1 atası İsgəndər müəllimlə telefonla danışarkən İsgəndər müəllim bildirmişdir ki, onun torpaq almağa heç 500 manatı belə yoxdur, lakin qardaşı oğlu İsgəndər müəllimə torpaq alındıqdan sonra telefonla danışarkən bildirmişdir ki, oğlu Elşada bu torpağın mübahisəli olduğunu və bu torpağı almamasını demişdir. Saatlı Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə (hakim İxtiyar Abuşov) iddia təmin edilərək, Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,3207 ha torpaq sahəsinin alğı-satqısı ilə bağlı Saatlı rayon notariat ofisində cavabdehlər cavabdeh6, cavabdeh7, cavabdeh2 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı ilə cavabdeh1 İsgəndər oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli *Ə-*** nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şirvan ərazi idarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən cavabdeh1 İsgəndər oğlunun adına qeydə alınmış ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli qeydiyyatın çıxarılması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər cavabdeh6, cavabdeh7, X9, cavabdeh2 və X1 ümumi birgə mülkiyyətlərində olan 1,56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini öz razılıqları ilə ##.##.2002-ci ildə birdəfəlik olaraq iddiaçıya satmışlar, həmin torpaq sahəsi 20 ildən artıq müddətdə iddiaçının sahibliyində və istifadəsində olmuşdur, bu müddət ərzində cavabdehlərlə iddiaçı arasında torpağın iddiaçıdan geri qaytarılması barədə mübahisələri olmamışdır, əksinə şahidlərin ifadələri ilə birmənalı müəyyən edilmişdir ki, bütün kənd camaatına və kəndin bələdiyyəsinə məlum olmuşdur ki, həmin torpaq sahəsini iddiaçı istifadə edir və onun sahibliyindədir. Bundan başqa, iddiaçı aldığı həmin torpağı adına rəsmiləşdirmək üçün torpaq alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpağın mülkiyyətində tanınması barədə məhkəməyə müraciət etmişdir, cavabdeh6, cavabdeh7, X9, cavabdeh2 və X1 cavabdeh qismində məhkəməyə dəvət olunmuşlar, lakin onlar iddiaçının tələbindən məlumatlı olsalar da, məhkəmə iclaslarına gəlməmişlər, iddiaya qarşı etirazlarını bildirməmişlər, məhkəmənin sorğusu əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şirvan ərazi idarəsinin ##.##.2023-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli və ##.##.2023-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli məktublarında mübahisəli torpaq sahəsinin X1 və onun ailə üzvləri cavabdeh6, cavabdeh7, X9 və cavabdeh2 ümumi birgə mülkiyyətlərində olması, həmin torpaq sahəsinin ləğv edilməsi, satılıb-satılmaması, yüklü edilib-edilməməsi barədə məlumat aşkar edilməməsi barədə məlumat məhkəməyə daxil olduqdan (hazırkı məhkəmə prosesində məlum olmuşdur ki, ** saylı Şirvan Ərazi İdarəsi bu məlumatı saxta olaraq vermişdir) sonra məhkəmənin ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, həmin qətnamə cavabdehlərin ünvanlarına göndərilmiş, cavabdehlərdən apellyasiya şikayəti daxil olmamış, qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı torpağı adına rəsmiləşdirmək istəyərkən bilmişdir ki, cavabdehlər torpağın adlarında qalmalarından istifadə edərək 22 il sonra yəni, ##.##.2023-cü ildə həmin torpaq sahəsini notarial qaydada alğı-satqı yolu ilə hazırkı iş üzrə digər cavabdeh cavabdeh1 İsgəndər olğuna satmışlar. Göründüyü kimi, etibarsızlığı tələb edilən müqavilədə satıcılar, yəni cavabdeh6, cavabdeh7, X9, cavabdeh2 və X1 hərəkətləri qanunsuz olmuşdur. Hazırkı iş üzrə yeganə istisna mübahisəli torpaq sahəsini alğı-satqı yolu ilə əldə edərək adına özgəninkiləşdirmiş cavabdeh1 İsgəndər oğlunun vicdanlı əldə edən olması təşkil edə bilər. Mübahisəli torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında əldə etmiş cavabdeh1 İsgəndər oğlu həmin əmlaka münasibətdə vicdanlı olmamışdır. Çünki, sonuncunun hadisədən xəbəri olan İsgəndər Əsədovla doğma valideyn-övlad olmaqla torpaq sahəsinin necə və hansı qaydada əvvəldən və sonra kimlərə məxsus olması, sonradan həmin torpaq sahəsi üzərində iddiaçının torpaq alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün məhkəməyə müraciət etməsi, hazırkı iddiaçının, yəni faktiki əmlak mülkiyyətçisinin həmin əmlakla bağlı iddialı olması barədə tam məlumatlı olmuşdur. Torpaq sahəsini cavabdeh1 satan şəxslər, yəni cavabdeh6, cavabdeh7 Elşadın atasının direktoru olduğu məktəbdə işləməsi də bu halı sübut etmişdir və bu hallar inkar oluna bilməz. Belə ki, şahid ifadələri ilə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən uzun illər əvvəl alınması, onun istifadəsində olması və rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etməsi ictimailəşmiş, nəinki maraqlı şəxslər, hətta bütün kənd sakinləri də torpaq sahəsinin hazırkı iş üzrə iddiaçı tərəfindən alınmasından məlumatlı olmuşlar. İddiaçı Saatlı rayonunun Mollavaizli kəndində yerləşən və mübahisələndirilən torpaq sahəsindən iyirmi ildən artıq müddət ərzində öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik etmişdir. Beləliklə, məhkəmədə işin araşdırılan halları ilə sübut olunmuşdur ki, iddiaçı 20 il əvvəl mülkiyyətçilərdən razılıq əsasında aldığı və bu müddətdə sahiblik və istifadə etdiyi (bu hallar işin mübahisəsiz tərəfidir) torpaq sahəsini qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında adına rəsmiləşdirmək istəməsinə baxmayaraq, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla Saatlı rayon notariat ofisində bağlanan ##.##.2023-cü il tarixli, *Ə-*** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə gözlənilən mülkiyyət hüquqlarını həyata keçirə bilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 141.3, 149.2, 152.1, 337.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2. 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Torpağa mülkiyyət hüququna dair JN 0083 KOD ******** saylı dövlət aktının surətinə əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının # ####### 2000-ci il tarixli * saylı qərarına əsasən JN 0083 KOD ******** saylı torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə 1,56 ha torpaq sahəsi X1, cavabdeh6, cavabdeh7, X9 və cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir. X1, cavabdeh6, cavabdeh7, X9 və cavabdeh2 # #### 2002-ci il tarixdə ümumi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 1,35 hissəsini birdəfəlik olaraq 2000000 manata İddiaçı satmışlar. Həmin akt Saatlı rayon Mollavaizli kənd bələdiyyəsinin sədrinin, bələdiyyə üzvünün və Mollavaizli kənd sakinlərinin iştirakı ilə # #### 2002-ci il tarixli akt tərtib edilmiş və cavabdehlərin imzaları ilə təsdiq edilmişdir. Tədiyyə bildirişinə, ## ###### 2023-cü il tarixli mədaxil qəbzinə, şəxsi hesab vərəqəsinə əsasən İddiaçı Saatlı rayonu Mollavaizli kənində yerləşən və istifadəsində olan 1,35 ha torpaq sahəsinə görə Saatlı rayon Mollavaizli kənd bələdiyyəsinə torpaq vergisi ödəyir. X1 ## #### 2004-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şirvan ərazi idarəsinin ## ###### 2023-cü il tarixli *-**-*-**/*-****/**** saylı və ## ###### 2023-cü il tarixli *-**-*-**/*-****/**** saylı məktublarına əsasən Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Saatlı rayon AİK-nın 0# ####### 2000-ci il tarixli ** saylı qərarı ilə verilmiş JN **** saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktı sənədi ilə X1 və onun ailə üzvləri cavabdeh6, cavabdeh7, X9 və cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinin ləğv edilməsi, satılıb-satılmaması, yüklü edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir. Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,3207 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı İddiaçı ərizəsinə cavab olaraq ünvanlanmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şirvan ərazi idarəsinin Daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə # ##### 2024-cü il tarixli 3-21 *-**/*-***/**** saylı bildirişin surətinə əsasən, Saatlı rayonu Mollavaizli kəndində yerləşən 1,3207 ha torpaq sahəsi Saatlı rayon notariat ofisinin ## ######## 2023-cü il tarixli *Ə-*** saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən digər şəxsin adına özgəninkiləşdirilmiş və həmin şəxsin hüquqları dövlət qeydiyyatına alınmışdır. Göstərilən səbəbdən İddiaçı müraciətinin icrası mümkün olmamış və icrasından imtina edilmişdir. Saatlı rayon notariat ofisindən məhkəməyə daxil olmuş ## ######## 2023-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən edilmiş çıxarışın və ## ######## 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh6, cavabdeh7, cavabdeh5 və cavabdeh2 Saatlı rayonu Mollavaizli kəndində yerləşən və mülkiyyətlərində olan 1,3207 ha torpaq sahəsini cavabdeh1 İsgəndər oğluna satmışlar və ## #### 2004-cü ildə vəfat etmiş X1 vərəsələri Saatlı rayon Mollavaizli kəndində qeydiyyatda olan cavabdeh6dur və o miras əmlakdan tam hissədə pay almalıdır. Torpaq sahəsi ## ####### 2023-cü il tarixdə cavabdeh1 İsgəndər oğlunun adına qeydiyyata alınmışdır. cavabdeh6 ##.##.2024-cü il tarixdə ölmüşdür. Saatlı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## #### 2024-cü il tarixli məhkəmə baxışında şahid qismində dindirilmiş: X5 ifadəsində göstərmişdir ki, Saatlı rayon Mollavazli bələdiyyəsinin sədridir. İddiaçı və cavabdehlər arasında olan həmin torpaq sahəsi hazırda bələdiyyənin “BAMS” tətbiqində iddiaçının istifadəsində olduğunu göstərir. Uzun müddətdir ki, həmin torpağı iddiaçı tərəf əkib becərir. O, eşidəndəki həmin torpağı cavabdeh1 İsgəndər oğlu almaq istəyir, onda İsgəndərə zəng vurub həmin torpağın iddiaçının olduğunu və alarsa mübahisəli olduğunu demişdir. İsgəndər isə cavabında ona torpaq almağa pulu olmadığını demişdir. Sonradan eşitmişdir ki, həmin torpağı İsgəndərin oğlu cavabdeh1 İsgəndər oğlu alıb. Rəsmiyyət üçün torpaq aldıqdan sonra alğı-satqı barədə bələdiyyəyə sənəd təqdim edilməlidir, həmin sənəd isə İsgəndərin oğlu cavabdeh1 İsgəndər oğlu tərəfindən bələdiyyəyə təqdim edilməmişdir. X3 ifadəsində göstərmişdir ki, o, mart ayında cavabdeh1 İsgəndər oğlunun atası Əsədov İsgəndərə bu torpaq məsələsinə görə zəng edərək, həmin torpağın onlara məxsus olduğunu, bilə-bilə niyə aldıqlarını soruşmuş, İsgəndər müəllim isə oğlu cavabdeh1 İsgəndər oğlunun qeyd edilən torpağı aldığını sonradan bildiyini və ona bu barədə xəbərdarlıq etdiyini, torpağın mübahisəli olduğunu dediyini ona bildirmişdir. İsgəndər müəllim məhkəmə iclasına dəvət edilsə, o, bu danışığı təsdiq edə bilər. X4 ifadəsində göstərmişdir ki, o, bələdiyyə sədri olan zaman həmin torpağın alğı satqısında iştirak etmişdir. 2002-ci ildə iddiaçıgil o torpağı alıb və o vaxtdan onlar əkib becəriblər. Hazırda kimin əkdiyinə dair məlumatı yoxdur. 2-3 ay bundan əvvəl bilmişdir ki, torpağı İsgəndərgil alıb. Lakin, kənd camaatının hamısı bilir ki, o torpaq iddiaçıgilə məxsusdur. X8 ifadəsində göstərmişdir ki, torpağı satan cavabdeh6 onun bibisi oğludur. cavabdeh6 torpağı 22 il əvvəl iddiaçıgilə satıb və həmin vaxtdan qeyd edilən torpağı iddiaçıgil əkir. Bu torpağın satın alınması barədə söz-söhbətlər yayılan vaxtı iddiaçı onların yanında İsgəndərə zəng vurub bu məsələyə aydınlıq gətirməsini xahiş etmişdir. İsgəndər müəllim də cavabında onun torpaq almağa heç 1 qəpik də olsun artıq pulu olmadığını demişdir. İddiaçı zəng edən vaxt o, Misir müəllimin tikinti materialları mağazasının həyətində oturub çay içirmiş və iddiaçı yanında danışdığı üçün səsi eşitmişdir. Dəqiq yadında deyil, amma yaddaşı onu aldatmırsa, iddiaçının danışığı aprel ayında, ya da sentyabrda olub. X6 ifadəsində göstərmişdir ki, 20-22 il bundan əvvəl iddiaçı cavabdeh6 bu torpağı satın almışdır. Hansı formada sənədləşmə aparılmasından isə məlumatı yoxdur. Onlar iddiaçı ilə vaxtaşırı oturub çay içirlər. Bu torpağın satışa çıxarılması və İsgəndər müəllimin bu torpağı alması barədə məlumatlar dolaşdığı ərəfədə payız aylarında, ya sentyabr, ya da oktyabr ayında iddiaçının tikinti materialları mağazasının həyətində oturub yenə çay içərkən, iddiaçı şəxsən onun yanında İsgəndər müəllimə zəng vurmuş, söhbət əsnasında iddiaçı İsgəndər müəllimə irad tutaraq, bu torpağın ona məxsus olduğunu, tək o deyil, bütün kənd camaatı bildiyi halda, niyə o torpağı onun oğlunun satın alması barədə məlumatlar dolaşdığını soruşmuşdur. İddiaçı torpağın pulunun 22 il əvvəl verildiyini, bu torpağa görə aralarında mübahisə yarana biləcəyini bildirmişdir. Həmin vaxt çay içərkən X8 da onların yanında olmuşdur. Onun başa düşdüyü qədəri ilə İsgəndər müəllim cavabında torpaq almaq üçün pulunun olmadığını, heç bir torpaq almaq barədə fikirləşmədiyini iddiaçıya bildirmişdir. Əsədov İsgəndər Qurbanxan oğlu ifadəsində göstərmişdir ki, o, bu işlə son 1 həftə ərzində maraqlanmışdır. cavabdeh6 və arvadı onun direktoru olduğu məktəbdə işləyirlər. Təxminən payız aylarında iddiaçı bu torpaq məsələsinə görə ona zəng edəndə, onun bu torpağı oğlu Elşadın alması ilə əlaqədar heç bir məlumatı olmamışdır. O, iddiaçıya demişdir ki, onun “xxxx” ASC-yə 10000 manat borcu var, onun torpaq alacaq dərəcədə maddi imkanı yoxdur və bu barədə ümumiyyətlə heç bir məmulatı yoxdur. Oğlu Elşad ümumiyyətlə ailə içində öz planları barədə danışmır, hətta onlar Elşadın Bakı şəhərindən ev almasını da bir il sonra öyrənmişlər. cavabdeh6 niyə məhz onun oğluna o mübahisəli torpağı təklif etməsi barədə heç nə deyə bilmir, bu işlə bağlı onun evinə qədər getmişdir. cavabdeh6 torpağının yanında Misir müəllimin kəndçisi Qüdrətin torpağı var idi, həmin torpağı oğlu satın aldıqdan sonra cavabdeh6 onun oğlu Elşada zəng vuraraq həmin torpağın yanında onun torpaq sahəsi olduğunu və satdığını bildirmişdir. Oğlu da cavabında bütün sənədləri düzgündürsə satın ala biləcəyini demişdir. cavabdeh6 oğlundan torpağın sənədlərinin çıxarışını düzəltmək üçün əvvəlcə 1000 manat istəmiş, oğlu da həmin məbləği ona vermişdir. Oğlu həmin torpağı alana qədər onun bu barədə məlumatı olmamış, amma aldıqdan sonra bilmişdir. Əgər vaxtında bilsəydi, oğlunun o torpağı almaması üçün tədbirlər görərdi. Saatlı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsindən hüquq və mənafelərinə toxunan şəxs cavabdeh1 İsgəndər oğlu apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin satılması barədə ilk dəfə məlumatı cavabdeh6 zəng vuraraq ona demişdir. Bir müddət öncə dostundan torpaq sahəsini satın almış, həmin torpaq sahəsi də cavabdeh6 ona satdığı mübahisəli torpaq sahəsinin yanında olmuşdur. cavabdeh6 ona zəng vuraraq demişdir ki, yeni aldığı torpaq sahəsinin yanında onun torpaq sahəsi var və həmin torpaq sahəsini satır. O, cavabdeh6 torpaq sahəsinin sənədlərinin tam qaydasında olduğunu soruşmuş, cavabdeh6 isə ona bildirmişdir ki, torpağın bütün sənədləri var, amma çıxarışı yoxdur. Həmin vaxt cavabdeh6 demişdir ki, o, ancaq çıxarışı olan torpaq sahəsi satın alır, cavabdeh6 da ondan çıxarışı düzəltdirmək üçün ilkin olaraq 1000 manat pul istəmiş, o, da həmin pulu cavabdeh6 vermişdir. Çıxarış hazır olduqdan sonra isə torpağın qalan pul məbləğini cavabdeh6 vermiş və bundan sonra cavabdeh6 ailə üzvləri ilə Saatlı Rayon Notariat Ofisinə gedərək torpağı onun adına rəsmiləşdirmişlər. O, torpağı alandan sonra iddiaçı onun atasına zəng vurmamış, iddiaçının oğlu atasına zəng vurmuşdur. Atası İsgəndərin isə o, torpağı aldıqdan sonra xəbəri olmuşdur. Həmin vaxt atası ona torpağın mübahisəli olduğunu demiş, lakin onda artıq gec olmuş, torpağı almış və çıxarış da hazır olmuşdur. Bundan başqa, istinad olunan akt hansı ki, mübahisəli torpaq sahəsinin alqı-satqısı üçün nəzərdə tutulur bu qanunvericiliyə əsasən yolverilməzdir. Çünki, Mülki Məcəllənin tələblərinə əsasən daşınmaz əmlaklarla bağlı alğı-satqının yalnız notarial formada təsdiqlənməsini tələb edilir. İstinad olunan ##.##.2002-ci il tarixli akt iddia müddətini ötürməklə verilmiş əqdə yenidən baxılması Mülki Məcəllənin tələblərinin pozuntusudur (Mülki Məcəllənin 373-cü maddəsi). Yüklülük üçün DƏDRX-dən tələb olunan məktub qətiyyən həqiqəti əks etdirməmişdir, çünki müvafiq icra hakimiyyəti orqanı olaraq dövlət tərəfindən mülkiyyət hüququnu təsdiqləyən sənəd artıq alınmış olmuşdur. Saatlı Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsindən cavabdeh1 İsgəndər oğlu apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, Saatlı Rayon Məhkəməsinin ## ###### 2023cü il tarixli 2(055)-1307/2023saylı qətnaməsinə həmin vaxt ümumiyyətlə o məhkəməyə maraqlarına toxunan şəxs qismində cəlb olunmamışdır. Əgər cəlb olunsaydı, məsələlər barədə əvvəlcədən məlumat verərdi. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış birinci instansiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli *(***)- ****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ** saylı Şirvan Ərazi İdarəsi, cavabdeh1 İsgəndər oğlu, cavabdeh6, cavabdeh7, cavabdeh5, cavabdeh2 və Saatlı Rayon Notariat Ofisinə qarşı torpaq alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı mülki işin iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, cavabdeh7, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı və cavabdeh2 qarşı müqavilənin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair *(***)- ****/**** nömrəli mülki işlə birləşdirilməsi, mülki işin 2(106)-1504/2024 nömrə ilə məhkəmə baxışının davam etdirilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli 2(106)- ***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnamələrinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alğı-satqısına dair ikitərəfli razılaşma (akt) baş tutmuş, bu razılaşma yazılı müqavilə tərtib edilməsi ilə sənədləşdirilmiş, torpaq mülkiyyətçiləri həmin əqdi imzalamış, həmçinin iddiaçı ilə cavabdehlər arasında yazılı həmin əqd bələdiyyə möhürü ilə də təsdiqlənmişdir. Sonda, daşınmaz əşyanın dəyərini satıcılar qəbul etmiş, torpağa dair dövlət aktının əsli iddiaçı olan alıcıya təqdim edilmiş, alıcı sahəni təhvil almaqla hazırkı vaxtadək ona fasiləsiz və etirazsız sahiblik etmiş və hazırda da edir. Cavabdehlər cavabdeh6 və digərlərinin ümumi birgə mülkiyyətlərində olan 1,56 hektar torpaq sahəsinin 1,35 hektar hissəsini öz razılıqları ilə # #### 2002-ci ildə birdəfəlik olaraq iddiaçı İddiaçı satmışlar, həmin torpaq sahəsi 20 ildən artıq müddətdə iddiaçının sahibliyində və istifadəsində olmuşdur, bu müddət ərzində cavabdehlərlə iddiaçı arasında torpağın iddiaçıdan geri qaytarılması barədə mübahisələri olmamışdır. Əksinə, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə əsasən bütün kənd camaatına və kəndin bələdiyyəsinə məlum olmuşdur ki, həmin torpaq sahəsini iddiaçı istifadə edir və onun sahibliyindərir. Bundan başqa, iddiaçı aldığı həmin torpağı adına rəsmiləşdirmək üçün torpaq alğısatqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpağın mülkiyyətində tanınması barədə məhkəməyə müraciət etmişdir, cavabdeh6 və digər payçılar cavabdeh qismində məhkəməyə dəvət olunmuşlar. Lakin, onlar iddiaçının tələbindən məlumatlı olsalar da, məhkəmə iclaslarına gəlməmiş, iddiaya qarşı etirazlarını bildirməmişlər. Həmçinin məhkəmənin sorğusuna cavabda ** saylı Şirvan ərazi idarəsinin ## ###### 2023-cü il tarixli *-**-*-**/*-****/**** saylı və ## ###### 2023-cü il tarixli 321- *-**/*-****/**** saylı məktublarında mübahisəli torpaq sahəsinin X1 və onun ailə üzvləri ümumi birgə mülkiyyətlərində olması, həmin torpaq sahəsinin ləğv edilməsi, satılıbsatılmaması, yüklü edilib-edilməməsi barədə məlumat aşkar edilməməsi barədə məlumat məhkəməyə daxil olduqdan (hazırkı məhkəmə prosesində məlum olmuşdur ki, ** saylı Şirvan ərazi idarəsi bu məlumatı saxta olaraq vermişdir) sonra məhkəmənin ## ###### 2023cü il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, həmin qətnamə cavabdehlərin ünvanlarına göndərilmiş cavabdehlərdən apellyasiya şikayəti daxil olmamış, qətnamə qanuni qüvvəsini almışdır. Lakin, iddiaçı torpağı adına rəsmiləşdirmək istəyərkən bilmişdir ki, cavabdehlər torpağın adlarında qalmalarından istifadə edərək 22 il sonra, yəni ## ######## 2023-cü ildə həmin torpaq sahəsini notarial qaydada alğı-satqı yolu ilə cavabdeh1 İsgəndər olğuna satmışlar. Göründüyü kimi, hazırkı iş üzrə etibarsızlığı tələb edilən müqavilədə satıcılar, yəni hazırkı iş üzrə cavabdehlər cavabdeh6 digərlərinin hərəkətləri qanunsuz olmuşdur. Hazırkı iş üzrə yeganə istisna mübahisəli torpaq sahəsini alğı-satqı yolu ilə əldə edərək adına özgəninkiləşdirmiş cavabdeh1 İsgəndər oğlunun vicdanlı əldə edən olması təşkil edə bilər. Mübahisəli torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında əldə etmiş cavabdeh1 İsgəndər oğlu həmin əmlaka münasibətdə vicdanlı olmamışdır. Çünki sonuncunun hadisədən xəbəri olan İsgəndər Əsədovla doğma valideyn-övlad olmaqla torpaq sahəsinin necə və hansı qaydada kimlərə məxsus olması, sonradan həmin torpaq sahəsi üzərində İddiaçı torpaq alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün məhkəməyə müraciət etməsi, hazırkı iddiaçının faktiki əmlak mülkiyyətçisinin həmin əmlakla bağlı iddialı olması barədə tam məlumatlı olmuşdur. Torpaq sahəsini cavabdeh1 satan şəxslər, yəni cavabdeh6, cavabdeh7 Elşadın atasının direktoru olduğu məktəbdə işləməsi də bu halı sübut edir və bu hallar inkar oluna bilməz. Belə ki, şahid ifadələri ilə müəyyən edildi ki, sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən uzun illər əvvəl alınması, onun istifadəsində olması və rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etməsi ictimailəşmiş, nəinki maraqlı şəxslər, hətta bütün kənd sakinləri də torpaq sahəsinin hazırkı iş üzrə iddaçı tərəfindən alınmasından məlumatlı olmuşlar.Göründüyü kimi, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi məqsədilə yuxarıdakı iddia ərizələri ilə məhkəməyə müraciət etmiş, məhkəmə hər iki iddianı təmin etmişdir. Hər iki qətnamədən torpağı almış şəxs cavabdeh1 İsgəndər oğlu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin əsas dəlili torpağı alarkən cavabdeh1 deməsinə görə onun mübahisəli olmasını bilməməsi olmuşdur. cavabdeh1 Hacıməmmədi və Məlahəti əvvəlcədən tanımışdır. Belə ki, Elşadın atası Mollavaizli kənd orta məktəbində direktor işləyir. Hacıməmməd həmin məktəbdə mühafizəçi (qorovulçu) işləmiş, Məlahət isə xadimə işləyir. Bunu məhkəmə iclasında Elşad özü də inkar etməmişdir. Həmçinin Elşad bildirmişdir ki, Hacıməmməd özü ona zəng vuraraq torpağını satmaq istədiyini ona demişdir. Bundan başqa, cavabdeh1 qeyd edir ki, torpağı almaq istəyərkən onun çıxarışı olmamış və Hacıməmmədə 1000 manat pul vermişdir ki, sənədləşdirmə işləri aparıb Çıxarış alsın. Göründüyü kimi tərəflər bir-birlərini öncədən tanımışlar. İkincisi, Elşad qeyd edir ki, bundan əvvəl Mollavaizli kəndində həmin ərazidə başqa torpaq sahəsi almış və həmin torpaqda taxıl əkmişdir. Daha sonra qeyd etmişdir ki, Hacıməmməd torpağını ona təklif edəndə torpağı ona görə almağa razılaşmışdır ki, onun torpağı almış olduğu torpaqla qonşu torpaq sahələri olmuşdur. Deməli Elşad həmin ərazini yaxşı tanımış və ona təklif edilən torpağın mübahisəli olub-olmamasını, kimin tərəfindən istifadə edilməsindən məlumatlı olmuşdur. Çünki həmin ana qədər təxminən 21 il ərzində mübahisəli torpaq Ziyafət tərəfindən əkilməklə istifadə edilmişdir. Yəqin ki, bunu ən azından ətraf ərazidə olan qonşu torpaqların mülkiyyətçiləri və bələdiyyə bilmişdir. cavabdeh1 mübahisəli torpağı almamışdan əvvəl həmin torpağın kimin istifadəsində olmasını, həmin torpağın mübahisəli olub-olmamasını ətraf qonşulardan, bələdiyyədən və KİƏN-dən soruşmamaqla kobud ehtiyatsızlığa yol vermiş və yaxud da ki, Hacıməmmədlə sövdələşməyə gedərək torpağı almağa bilərəkdən razılaşmışdır. Mollavaizli kəndinin Elşadın yaşadığı rayon mərkəzindən 3 km-lik məsafədə yerləşməsi, Elşadın atasının həmin kənddə məktəb direktoru olması və Elşadın atası ilə birlikdə yaşamasıdır. Adıçəkilən kənd rayon mərkəzinə yaxındır, Elşadın atası kənddə məktəb direktorudur, Elşad yeganə oğul övladı olmaqla atası ilə bir evdə yaşayır, X17 də həmin məktəbdə işləmişlər. Üstəlik, Elşad bundan əvvəl həmin kənddə torpaq sahəsi almışdır. Bütün bu amillər cavabdeh1 qeyd edilən torpaq sahəsinin mübahisəli olmasından xəbərsiz olmasını istisna edir. Belə ki, Elşadın atası İsgəndər kənddə məktəb direktoru olmaqla demək olar ki, günün çox hissəsini həmin kənddə keçirir, kənd camaatını yaxından tanıyır. X17 işçisi olduğundan onları daha yaxşı tanımış, bundan başqa Elşadla İsgəndər bir evdə yaşadıqlarından ola bilməzdi ki, alınmış mübahisəli torpağı alan zaman bunu müzakirə etməsinlər. İş üzrə dindirilmiş şahidlər iddiaçının İsgəndərlə mübahisəli torpağı almaları ilə bağlı şaiyələrə aydılıq gətirməsini də təsdiq etmişlər. Yəni Elşadın xəbəri olmasa belə, İsgəndərin həmin torpağın mübahisəli olmasını bilməsi mümkünsüz olmuşdur. Torpaq sahəsinə dair Dövlət Aktının əsli iddiaçıdadır. İddiaçı kollegiyanın iclasında Dövlət Aktının əslini Kollegiyaya təqdim etmiş, baxış keçirilərək ona qaytarılmışdır. Bu onu deməyə əsas verir ki, torpaq sahəsi 20 ildən çox bir müddətdə iddiaçının sahibliyində və istifadəsində olmuşdur. Hacıməmməd və onun ailəsinin torpaq sahəsinə çıxarış alaraq həmin torpaq sahəsini tələm-tələsik daha aşağı qiymətə satmaları da xüsusi diqqət çəkməkdədir. İddiaçı bildirmişdir ki, həmin ərazidə 1 ha torpaq sahəsi 11000 manat dəyərindədir. Alğı-satqı müqaviləsinə görə mübahisəli 1.3 ha torpaq sahəsi Elşada 5400 manata satılmışdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, ##.##.2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5, 6, 139-1, 140, 144, 178, 324, 337, 339, 389, 398, 425, 560, 567, 568, 570, 646-cı maddələrinə istinadla əsaslandırmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh1 İsgəndər oğlu kassasiya şikayəti verərək onun ləğv olnmasını və iddia tələblərinin rədd edilməsini və ya mülki işin yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs, ikinci iş üzrə cavabdeh cavabdeh1 İsgəndər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin torpaq sahəsinin iddiaçıya satılması barədə akt tərtib olunan vaxt, yəni # #### 2002-ci ildə qüvvədə olmuş 335.2-ci maddəsində qeyd edilmişdi ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Birinci iş üzrə iddianın predmetinə aid olan torpaq sahəsinin alğı-satqısına dair ##.##.2002-ci il tarixdə akt imzalanarkən Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsindən məlum olur ki, notariat qaydasında təsdiqlənməmiş daşınmaz əmlakın alğı-satqısı barədə müqavilə digər şərtlərin də mövcudluğu halında məhkəmə tərəfindən etibarlı sayıla bilər. Birinci iş üzrə iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etməzdən əvvəl torpaq sahəsi notariat qaydasında təsdiqlənmiş alğı-satqı müqaviləsi əsasında birinci iş üzrə qətnamə hüquq və mənafelərinə toxunan şəxs, ikinci iş üzrə cavabdeh cavabdeh1 İsgəndər oğluna satılmış və daha sonra torpaq sahəsi ## ####### 2023-cü il tarixdə cavabdeh1 İsgəndər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında əldə etmiş cavabdeh1 İsgəndər oğlu həmin əmlaka münasibətdə vicdanlı olmamışdır. Apellyasiya məhkəməsi cavabdeh1 İsgəndər oğlunun vicdanlı olmamasını onun mübahisəli torpaq sahəsinin yerləşdiyi kənddə əvvəllər də torpaq sahəsi alması, atasının həmin kənddə məktəb direktoru işləməsi, maraqlı şəxslərin, hətta bütün kənd sakinlərinin torpaq sahəsinin hazırkı iş üzrə iddaçı tərəfindən alınmasından məlumatlı olması, Hacıməmməd və onun ailəsinin torpaq sahəsinə çıxarış alaraq həmin torpaq sahəsini tələm-tələsik daha aşağı qiymətə satmaları ilə əlaqələndirmiş və qeyd etmişdir ki, cavabdeh1 mübahisəli torpağı almamışdan əvvəl həmin torpağın kimin istifadəsində olmasını, həmin torpağın mübahisəli olub-olmamasını ətraf qonşulardan, Bələdiyyədən və KİƏN-dən soruşmamaqla kobud ehtiyatsızlığa yol vermiş və yaxud da ki, Hacıməmmədlə sövdələşməyə gedərək torpağı almağa bilərəkdən razılaşmışdır. Lakin apellyasiya məhkəməsi qeyd edilən halları kifayət qədər əsaslandıra bilməmişdir. Əvvəla, alğı-satqı müqaviləsi bağlananadək torpaq sahəsinin mübahisəli olmasının digər şəxslərin, o cümlədən cavabdeh1 atasının bilməsinin cavabdeh1 da bilməsi demək olduğu kifayət qədər əsaslandırılmamışdır. cavabdeh1 atası Əsədov İsgəndər Qurbanxan oğlu şahid kimi məhkəmədə ifadə verərkən oğlu həmin torpağı alana qədər onun bu barədə məlumatı olmadığını, amma aldıqdan sonra bildiyini göstərmişdir. cavabdeh1 özü isə atası İsgəndərin torpağı aldıqdan sonra xəbəri olduğunu, həmin vaxt atasının ona torpağın mübahisəli olduğunu dediyini, lakin onda artıq gec olduğunu, torpağı aldığını və çıxarışın da hazır olduğunu göstərmişdir. Digər tərəfdən, mübahisəli torpaq sahəsinin yerləşdiyi kənddə əvvəllər torpaq sahəsi almasının cavabdeh1 vicdanlı olmamasına dəlalət etməsini də kifayət qədər əsaslandırıla bilməmişdir. Həmçinin apellyasiya məhkəməsi torpağın tələmtələsik aşağı qiymətə satılması qənaətini, iddiaçının torpağın qiymətini yuxarı olmasına bildirməsinə istinad etməklə əsaslandırmışdır ki, iddiaçı işdə tərəf olmaqla işin həllində maraqlıdır, onun izahatının şübhədən kənar sübut standartına cavab verən sübut olması kifayət qədər əsaslandırılmamışdır. Apellyasiya məhkəməsi cavabdeh1 mübahisəli torpağı almamışdan əvvəl həmin torpağın kimin istifadəsində olmasını, həmin torpağın mübahisəli olub-olmamasını ətraf qonşulardan, bələdiyyədən və KİƏN-dən soruşmamaqla kobud ehtiyatsızlığa yol verdiyi və yaxud Hacıməmmədlə sövdələşməyə gedərək torpağı almağa bilərəkdən razılaşdığı barədə mövqeyini də cavabdeh1 müvafiq “soruşma” öhdəliyinin əsaslarını, eləcə də müvafiq şəxslə “sövdələşməyə” getməsinin konkret olaraq hansı sübutlarla təsdiq edildiyini göstərməməyi prosessual hüquq normalarının tələbinə uyğun əsaslandıra bilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ######## 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh1 İsgəndər oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi, Saatlı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli və Saatlı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnamələrinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı İddiaçı cavabdehlər cavabdeh6, cavabdeh7, X9 və cavabdeh2 qarşı torpaq alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə və iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şirvan Ərazi İdarəsinə, cavabdeh1 İsgəndər oğluna, cavabdeh6, cavabdeh7, cavabdeh5, Məcavabdeh2, Saatlı Rayon Notariat Ofisinə qarşı torpaq alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiaların təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, birinci iş üzrə iddianın predmetinə aid olan torpaq sahəsinin alğı-satqısına dair ##.##.2002-ci il tarixdə akt imzalanarkən Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsindən məlum olur ki, notariat qaydasında təsdiqlənməmiş daşınmaz əmlakın alğı-satqısı barədə müqavilə digər şərtlərin də mövcudluğu halında məhkəmə tərəfindən etibarlı sayıla bilər. Birinci iş üzrə iddiaçı müvafiq tələblə məhkəməyə müraciət etməzdən əvvəl torpaq sahəsinə dair cavabdeh6 və ailə üzvlərinin adına paylı mülkiyyətə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat tarixi ##.##.2023-cü il tarixli çıxarış verilmiş, ##.##.2023-cü il tarixdə torpaq sahəsi artıq notariat qaydasında təsdiqlənmiş alğı-satqı müqaviləsi əsasında cavabdeh1 İsgəndər oğluna satılmış, ## ####### 2023-cü il tarixdə isə sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda, birinci iş üzrə iddia tələbinin təmin edilərək torpaq alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Torpaq alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, eyni zamanda cavabdeh1 İsgəndər oğlunun vicdanlı əldə edən olub-olmamasına münasibətdə apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, vicdanlı əldə edənin qorunması qaydasındakı məqsəd əvvəlki mülkiyyətçiyə münasibətdə adına əsassız qeydiyyat aparılmış şəxsdən əşya hüquqlarını məhz dövlətin apardığı reyestr məlumatlarına güvənərək yüksüz əldə edən vicdanlı üçüncü şəxsin üstün tutulmasıdır. Başqa sözlə, qanunverici mübahisəli əmlak üzərində bu iki şəxs arasındakı mənafe toqquşmasında vicdanlı şəxsə üstünlük vermişdir. Mübahisə predmeti olan torpaq sahəsi cavabdeh1 İsgəndər oğlu tərəfindən notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi əsasında dəyəri ödənilməklə torpaq mülkiyyətçilərindən alınmış, həmin vaxt torpaq sahəsi yüklü olmamış, eyni zamanda şübhə və tərəddüd yaradan məqamlara göz yumulması ilə ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərilməməsi halları öz təsdiqini tapmamışdır ki, bu hallar da cavabdeh6, cavabdeh7, cavabdeh2 və Camalova (Məmmədova) Mələk Hacıməmməd qızı ilə cavabdeh1 İsgəndər oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli *Ə-*** saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibralı əqd, dövlətin apardığı reyestr məlumatlarına güvənərək torpaq sahəsini yüksüz əldə edən cavabdeh1 isə vicdanlı əldə edən olmasına dəlalət edir. Bundan başqa, iddiaçı tərəf cavabdeh1 torpaq sahəsini dəyərindən daha ucuz qiymətə alıdığını, bu halın da onun vicdanlı əldə edən olmadığına dəlalət etdiyini göstərsə də, apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Saatlı RİH başçısının Mollavaizli KİƏD-nin ## ######## 2025-ci il tarixli məktubundan görünür ki, Saatlı rayonunun Mollavaizli kəndinə yerləşən kənd təsərrüfatı təyinatlı 1.35 ha torpaq sahəsinin 2023-cü ildə orta bazar qiyməti 7000-9000 manat olmuşdur. Göründüyü kimi, torpaq sahəsinin alğı-satqı qiymətləri arasında da kəskin fərq olması müəyyən edilmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh1 hadisədən xəbəri olan İsgəndər Əsədovla doğma valideyn-övlad olmaqla torpaq sahəsinin necə və hansı qaydada əvvəldən və sonra kimlərə məxsus olması, sonradan həmin torpaq sahəsi üzərində İddiaçı torpaq alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün məhkəməyə müraciət etməsi, əmlakın faktiki mülkiyyətçisi olan iddiaçının həmin əmlakla bağlı iddialı olması barədə tam məlumatlı olmuşdur. Torpaq sahəsini cavabdeh1 satan şəxslər, yəni cavabdeh6, cavabdeh7 Elşadın atasının direktoru olduğu məktəbdə işləməsi də bu halı sübut edir və bu hallar inkar oluna bilməz. Birinci instansiyanın sözügedən mövqeyinə münasibətdə kollegiya qeyd etmişdir ki, birincisi, alğı-satqı müqaviləsi bağlananadək torpaq sahəsinin mübahisəli olmasının digər şəxslərin, o cümlədən cavabdeh1 atasının bilməsinin cavabdeh1 da bilməsi demək deyildir. Digər tərəfdən cavabdeh1 atası Əsədov İsgəndər Qurbanxan oğlu şahid kimi məhkəmədə ifadə verərkən oğlu torpağı alana qədər onun bu barədə məlumatı olmadığını, amma aldıqdan sonra bildiyini göstərmişdir. cavabdeh1 özü isə atası İsgəndərin torpağı aldıqdan sonra xəbəri olduğunu, həmin vaxt atasının ona torpağın mübahisəli olduğunu dediyini, lakin onda artıq gec olduğunu, torpağı aldığını və çıxarışın da hazır olduğunu göstərmişdir. Eyni zamanda cavabdeh1 mübahisəli torpaq sahəsinin yerləşdiyi kənddə əvvəllər torpaq sahəsi almasının onun vicdanlı olmamasına dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh1 İsgəndər oğlu verdiyi apellyasiya şikayətlərində iddiaçının iddia müddətlərini ötürdüyü barədə dəlillər irəli sürsə də, apellyasiya məhkəməsi tərəfindən həmin dəlillərə hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, hazırkı iş üzrə iddia tələbləri əsassız olmaqla rədd edildiyindən iddia müddətinin tətbiq olunmasına zərurət yoxdur. Qətnamədən İddiaçı kassasiya şikayəti verərək onun ləğv edilməsini, apellyasiya şikayətlərinin təmin edilməməsini və ya işin yenidən araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2025-ci il tarixli qətnaməsinin JN 0083 KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 1,56 ha torpaq sahəsinin hazırda faktiki olaraq iddiaçının istifadəsində olan 1,35 ha hissəsinin alğı-satqı edilməsi ilə bağlı iddiaçı ilə mərhum X1, cavabdeh6, cavabdeh7, X9 və cavabdeh2 arasındakı ##.##.2002-ci il tarixli müqavilənin bağlanmış hesab edilməsi tələbinə aid hissədə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, habelə ##.##.2023-cü il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh1 İsgəndər oğlunun adına verilmiş ##.##.2023-cü il tarixli ************ nömrəli çıxarışın ləğv edilməsi tələblərinə aid hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinmiş nəticə düzgün olmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun qazanılması üçün tərəflər arasında müqavilə bağlanmalı (MM, m. 144.1,394; §73,79), satıcının əşyaya sərəncam vermək səlahiyyəti olmalı (MM, m.144.2; §74), əşya alıcının adına dövlət reyestrində qeydə alınmalıdır (MM, m.139.1,178.1; §72,75). Məhkəmələr müəyyən etmişlər ki, sözügedən torpaq sahəsinə dair cavabdehlər cavabdeh6, cavabdeh7, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı, cavabdeh2 ilə cavabdeh1 İsgəndər oğlu arasında Saatlı Rayon Notariat Ofisində bağlanmış ##.##.2023-cü il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin etibarsız olması məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Satış anında torpaq sahəsinin mülkiyyət qeydi cavabdehlər cavabdeh6, cavabdeh7, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı, cavabdeh2 adına (##.##.2023- cü ildən) olduğu üçün həmin şəxslərin əşyaya sərəncam vermək səlahiyyətləri olmuşdur. Eyni zamanda həmin qeydin əsassız olması təsbit olunmamışdır. Bundan başqa, həmin müqavilə əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixdə ************ reyestr nömrəsi ilə alıcı cavabdeh1 İsgəndər oğlunun adına qeydiyyata alınmışdır. Göstərilənlər ona dəlalət edir ki, cavabdeh1 İsgəndər oğlu mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu Mülki Məcəllənin 144.1-144.2, 139.1, 178.1, 394 və 646.1-ci maddələrinə əsasən əldə etmişdir. Belə olan halda, məhkəmə tərkibi hesab edir ki, cavabdeh1 İsgəndər oğlunun vicdanlı əldə edən olmasını araşdırmağa belə zərurət yoxdur. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, habelə ##.##.2023-cü il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh1 İsgəndər oğlunun adına verilmiş ##.##.2023-cü il tarixli ************ nömrəli çıxarışın ləğv edilməsi tələblərinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. Bununla belə, kollegiya hesab edir ki, iddiaçının “JN 0083, KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 1,56 ha torpaq sahəsinin hazırda faktiki olaraq iddiaçının istifadəsində olan 1,35 ha hissəsinin alğı-satqı edilməsi ilə bağlı iddiaçı ilə mərhum X1, cavabdeh6, cavabdeh7, X9 və cavabdeh2 arasında bağlanmış ##.##.2002-ci il tarixli müqavilənin bağlanmış hesab edilməsi” barədə tələbi üzrə hüquq normaları düzgün tətbiq olunmamışdır. Məlum olduğu kimi, müqavilənin bağlanmış sayılması tələbinin qanuni əsası Mülki Məcəllənin (# ###### 2005-ci il tarixədək qüvvədə olmuş) 335.2-ci maddəsidir. Normaya əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Məhkəmələr müəyyən etmişlər ki, cavabdehlər X1, cavabdeh6, cavabdeh7, X9 və cavabdeh2 # #### 2002-ci il tarixdə ümumi birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin 1,35 hissəsini birdəfəlik olaraq 20.00.000 manata iddiaçı İddiaçı satmışlar. Bu barədə akt tərtib edilmiş və həmin akt Saatlı rayon Mollavaizli kənd bələdiyyəsinin sədrinin, bələdiyyə üzvünün və Mollavaizli kənd sakinlərinin iştirakı ilə # #### 2002-ci il tarixli akt tərtib edilmiş və cavabdehlərin imzaları ilə təsdiq edilmişdir. Eyni zamanda torpaq sahəsi iddiaçının sahibliyinə təhvil verilmişdir. Belə olan halda, mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi müqavilənin bağlanmış sayılması tələbinin Mülki Məcəllənin torpaq sahəsinin alğı-satqısına dair sadə yazılı razılaşma bağlandığı vaxt qüvvədə olan 335.2-ci maddəsinin dispozisiya şərtləri ilə uyğunluğuna dair ümumi qaydada araşdırma aparılmalı və gəlinən nəticəni əsaslandırmalı idi. Buna baxmayaraq, apellyasiya məhkəməsi göstərilən qaydada hüquqi dəyərləndirmə aparmadan müqavilənin bağlanmış sayılması tələbini ona görə rədd etmişdir ki, torpaq sahəsinə dair ##.##.2023-cü ildə dövlət reyestrində cavabdehlər cavabdeh6, cavabdeh7, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı, cavabdeh2 adına mülkiyyət qeydi aparılmış, sahə onlar tərəfindən ##.##.2023-cü ildə cavabdeh1 İsgəndər oğluna satılmış və ##.##.2023-cü ildə reyestrdə sonuncunun adına qeydiyyata alınmışdır. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının digər tələblərinin rədd edilməsi, qanuni şərtləri müəyyən edildiyi təqdirdə “##.##.2002-ci il tarixli müqavilənin bağlanmış hesab edilməsi” barədə tələbinin təmin olunmasına mane deyil. Yaxud əksinə, həmin müqavilənin bağlanmış sayılması cavabdeh Məmmədovların digər cavabdeh cavabdeh1la olan hüquq münasibətlərinə, eləcə də sonuncunun torpaq üzərində əldə etdiyi mülkiyyət hüququna təsir göstərmir. İddiaçı ilə Məmmədovlar arasında ##.##.2002-ci il tarixli müqavilənin bağlanmış sayılması, onlar arasında etibarlı müqavilə münasibətlərinin hüquqi baxımdan tanınması deməkdir. Əşyanın mülkiyyətinin sonradan bağlanmış alğı-satqı müqaviləsi əsasında üçüncü bir şəxsə keçməsi səbəbindən daha əvvəlki alıcı mülkiyyəti əldə edə bilmədikdə, mübahisə halında ilkin alıcı ilə satıcı arasında etibarlı müqavilənin bağlanması faktını təsbit etdirməkdə ilkin alıcının haqlı mənafeyi ola bilər. Çünki, etibarlı müqavilə tərəfləri üçün icrası məcburi olan öhdəliklər - hüquq və vəzifələr meydana gətirir (MM, m. 324.1, 385.1, 386.1, 389.1). Müqavilə öhdəliklərinin icrasını təqsirli şəkildə mümkünsüz etməsinə görə isə qanunvericilikdə borclunun məsuliyyəti nəzərdə tutulmuşdur. Mövcud vəziyyətdə müqavilənin bağlanmış sayılması tələbinə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan iddianın həlli barədə qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir. cavabdeh1 İsgəndər oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, mərhum cavabdeh6 ona zəng edərək torpaq sahəsini satmaq istədiyini bildirmişdir. Hələ o vaxtdan adıçəkilən satılan torpaq sahəsinin qonşuluğunda ona məxsus torpaq sahəsi var idi. Torpaq sahəsinin alğı-satqısı bütün ailə üzvlərinin iştirakı ilə notariat qaydasında rəsmiləşdirilmişdir. Əsədov İsgəndər atasıdır və məktəb direktoru vəzifəsində çalışır. Torpaq sahəsinin alınması zamanı atasının bu barədə məlumatı olmamış, o, yalnız alğı-satqı başa çatdıqdan sonra xəbər tutmuşdur. Onlar Saatlı şəhərində yaşayır. Torpaq sahəsi isə Saatlı rayonunun Mollavaizlı kəndində yerləşir. Torpaq sahəsini almamışdan əvvəl ona baxış keçirmişdir. Lakin kənd sakinlərindən torpaq sahəsinin faktiki istifadəçisinin və ya sahibinin kim olduğunu soruşmamışdır. Buna səbəb satıcının torpaq sahəsinə dair çıxarışı təqdim etməsi olmuşdur. Satıcı həmçinin torpaq sahəsini uzun müddət öncədən özü əkib-becərdiyini bildirmişdir. Buna görə də, torpaq sahəsinin ona məxsus olduğuna şübhə etməmişdir. Məhkəmələr tərəfindən qətnamələr qəbul edilən zaman mübahisəli torpaq sahəsinin mülkiyyətçisi artıq özü idi. cavabdeh7 məhkəmə iclasında izahat verərək bildirdi ki, 2002-ci ildə mübahisəli torpaq sahəsinin qarşı tərəfə satılması barədə mərhum əri tərəfindən ona heç bir məlumat verilməmişdir. Həmin alğı-satqı müqaviləsində olan imza da ona məxsus deyildir. Mübahisəli torpaq sahəsi kəndlərində yerləşsə də, yaşayış evlərindən müəyyən məsafədə yerləşir. Mərhum əri həmin dövrdə torpaq sahəsini əkib-becərə bilmədiyini və onu icarəyə verdiyini ona bildirmişdir. Həmin vaxt uşaqları azyaşlı olmuş və bu məsələnin təfərrüatları barədə məlumatı olmamışdır. Torpaq sahəsinin icarəyə verilməsindən əldə edilən vəsaitin məbləği barədə də məlumatı yoxdur. Bütün bu işlərlə mərhum əri məşğul olurdu. 2023-cü ildən etibarən torpaq sahəsini özləri əkib-becərməyə başlamışlar. Əri 2024-cü ildə vəfat etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh7 torpaq sahəsinin satılması barədə məlumatının olmaması və alğı-satqı sənədlərindəki imzaların ona məxsus olmaması barədə verdiyi izahat həqiqəti əks etdirmir. 2002-ci ildə bələdiyyə üzvləri ilə müqavilə imzalanarkən mərhum Hacıməmməd sənədləri evə apararaq ailə üzvlərinə imzalatdırmış və sonradan geri qaytarmışdır. Əgər mübahisəli torpaq sahəsi icarəyə verilmiş olsaydı, həmin torpaq sahəsinə görə bələdiyyəyə torpaq vergisi və digər məcburi ödənişləri etməz, eləcə də torpaq sahəsində aqrotexniki qulluq işlərini həyata keçirməzdi. Uzun illər ərzində həmin torpaq sahəsinin becərilməsi, saxlanılması və məhsuldarlığının artırılması üçün xeyli maddi və əmək sərf etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli torpaq sahəsinin əkilməsi, becərilməsi və suvarılması işləri ilə 2002-ci ilin mart ayından 2023cü ilin dekabr ayınadək şəxsən məşğul olmuşdur. Mübahisəli torpaq sahəsinə çıxarışın alınması barədə heç bir məlumatları olmamışdır. cavabdeh7 və mərhum cavabdeh6 mübahisəli torpaq sahəsini alan cavabdeh1 atasının direktor vəzifəsində işlədiyi məktəbin əməkdaşları olmuşlar. Bu baxımdan, cavabdeh1 atasının həmin torpaq sahəsi ilə bağlı heç bir məlumatının olmaması barədə iddia inandırıcı deyildir. Bundan əlavə, mübahisəli torpaq sahəsinə uzun illər ərzində faktiki olaraq sahiblik etdiklərini və ondan istifadə etdiklərini kənd sakinlərinin hamısı bilirdi. İddiaçı nümayəndəsi vəkil nümayəndə1 İntiqam oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, # ###### 2025-ci il tarixində qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin bağlanması zamanı ailə üzvlərindən biri tərəfindən bağlanmış əqd ailənin digər üzvlərinin imzası ilə təsdiqlənərsə, məhkəmə həmin əqdi etibarlı alğı-satqı kimi qiymətləndirə bilər. İş materiallarında olan # #### 2002-ci il tarixli akta əsasən bələdiyyənin iştirakı ilə Ziyafət və Hacıməmməd arasında mübahisəli torpaq sahəsinin satılmasına dair müqavilə bağlanmışdır. Müqavilədə Hacıməmmədin ailə üzvlərinin imzaları da əks olunmuşdur. 2002-ci ildən 2023-cü ilədək mübahisəli torpaq sahəsi Ziyafətin qardaşı Misir tərəfindən əkilib-becərilmiş, aqrotexniki qulluq göstərilmiş, torpağın münbitliyinin artırılması üçün xeyli xərc çəkilmişdir. ## ####### 2023-cü ildə məhkəmədə iddia qaldırıldıqdan sonra onun vəsatətləri əsasında məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinin qarşısının alınması məqsədilə müvəqqəti təminat tədbiri tətbiq edilmiş və torpaq sahəsinin satılması qadağan olunmuşdur. Buna baxmayaraq, cəmi dörd gün sonra daşınmaz əmlakın dövlət reyestri idarəsi məhkəmənin tətbiq etdiyi təminat tədbirini nəzərə almadan alğı-satqı müqaviləsi əsasında torpaq sahəsinə dair cavabdeh1 İsgəndər oğlunun adına çıxarış vermişdir. Həmin qanun pozuntusu ilə bağlı reyestr orqanı barəsində çıxarılmış xüsusi qərardad da iş materiallarında mövcuddur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. MM-in 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. MM-in 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. MM-in 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-in 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. MM-in 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi ilk öncə qeyd edir ki, MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 335.2-ci maddəsinə əsasən (# ###### 2005-ci il tarixədək qüvvədə olmuşdur) əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilməlidir ki, hazırkı mübahisənin predmetinə yalnız JN 0083 KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 1,56 ha torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olan 1,35 ha hissəsinin alğı-satqı edilməsi ilə bağlı İddiaçı ilə mərhum X1, cavabdeh6, cavabdeh7, X9 və cavabdeh2 arasında bağlanmış ##.##.2002-ci il tarixli müqavilənin bağlanmış hesab edilməsi tələbinə dair hissə daxildir. Buna dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilməli maddi hüquq normalarına uyğun olduğundan Saatlı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı ilə cavabdehlər arasında ##.##.2002-ci il tarixdə torpaq sahəsinin alğı-satqısına dair yazılı razılaşma əldə olunmuş, həmin razılaşmaya əsasən JN 0083 KOD ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 1,56 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan 1,35 ha hissəsinin alğı-satqısı barədə tərəflər arasında razılıq yaranmışdır. Mübahisə predmeti həmin müqavilənin bağlanmış hesab edilməsindən ibarətdir və iş üzrə toplanmış sübutlar həmin razılaşmanın real iradə ifadəsinə əsaslandığını təsdiq edir. İş materiallarında olan sübutlardan görünür ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam həcmdə yerinə yetirmiş, razılaşdırılmış pul vəsaitini torpaq mülkiyyətçilərinə ödəmiş, torpaq sahəsini faktiki qəbul edərək uzun illər ərzində istifadə etmişdir. Cavabdehlər isə pul vəsaitini qəbul etdikdən sonra müqavilədən irəli gələn əsas vəzifələrindən biri olan əmlak hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri hərəkətləri etməkdən yayınmış, bununla da iddiaçının əldə etdiyi hüququn rəsmiləşdirilməsinə mane olmuşlar. Beləliklə iş üzrə müəyyən edilmiş hallar göstərir ki, iddiaçı müqavilə üzrə öhdəliyini tam icra etmiş, satıcılar isə müqavilə qiymətini qəbul etmişlər. Belə olan halda sonradan onların dövlət qeydiyyatı prosedurunda iştirak etməkdən imtina etməsi və ya yayınması vicdanlılıq prinsipinə zidd davranış kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi xüsusi vurğulayır ki, hazırkı mübahisəli hüquq münasibətləri ##.##.2002-ci ildə yaranmış və buna görə də, onun həlli zamanı hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericiliyin müddəaları tətbiq edilməlidir. Bu baxımdan, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununa və həmin Qanunla təsdiq edilmiş, ## ###### 2005-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin tətbiqi zəruridir. Həmin normanın mahiyyətindən irəli gəlir ki, tərəflər əqdi tam və ya əhəmiyyətli hissədə icra etdikləri halda, sonradan tərəflərdən birinin müqavilənin lazımi qaydada rəsmiləşdirilməsindən və ya notarial təsdiqindən, yaxud dövlət qeydiyyatından əsassız olaraq boyun qaçırması müqavilənin hüquqi nəticələrinin tanınmasına mane olmur. Məhkəmə belə hallarda faktiki yaranmış hüquq münasibətlərini nəzərə almaqla müqaviləni bağlanmış hesab edə bilər. Apellyasiya şikayətində göstərilən dəlillərdən biri ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi ##.##.2023-cü il tarixdə dövlət reyestrində cavabdehlər cavabdeh6, cavabdeh7, Məmmədova (Camalova) Mələk Hacıməmməd qızı və cavabdeh2 adına qeydə alınmış, daha sonra isə ##.##.2023-cü il tarixdə cavabdeh1 İsgəndər oğluna satılmış və ##.##.2023cü il tarixdə onun adına dövlət qeydiyyatı aparılmışdır. Lakin məhkəmə tərkibi hesab edir ki, həmin sonrakı hüquqi əməliyyatlar ##.##.2002-ci il tarixdə yaranmış müqavilə münasibətlərinin etibarlılığına təsir göstərmir. Çünki cavabdehlər torpaq sahəsini hələ 2002ci ildə iddiaçıya satmış, müqavilə üzrə pul vəsaitini qəbul etmiş və bununla həmin əmlak barəsində sərəncam vermək hüquqlarını artıq həyata keçirmişlər. Sonradan eyni əmlak üzərində dövlət qeydiyyatı aparılması və üçüncü şəxsə özgəninkiləşdirilməsi əvvəlki müqavilədən irəli gələn hüquq münasibətlərini aradan qaldırmır və satıcıların əvvəlki öhdəliklərini ləğv etmir. Həmçinin müqavilə öhdəliklərinin icrasını təqsirli şəkildə mümkünsüz etməsinə görə qanunvericilikdə borclunun məsuliyyəti nəzərdə tutulmuşdur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Saatlı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsi hazırkı mübahisə premdeti olan – Saatlı rayon Aqrar İslahat Komissiyasının # ####### 2000-ci il tarixli * saylı qərarı əsasında JN 0083, KOD ******** nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 1,56 ha torpaq sahəsinin hazırda faktiki olaraq İddiaçı istifadəsində olan 1,35 ha hissəsinin alğı-satqı edilməsi ilə bağlı İddiaçı ilə mərhum X1, cavabdeh6, cavabdeh7, X9 və cavabdeh2 arasındakı ##.##.2002-ci il tarixli müqavilənin bağlanmış hesab edilməsinin təmin olunması hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14, 77, 217, 372, 384, 385, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Saatlı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsi hazırkı mübahisə premdeti olan – Saatlı rayon Aqrar İslahat Komissiyasının # ####### 2000-ci il tarixli * saylı qərarı əsasında JN 0083, KOD ******** nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 1,56 ha torpaq sahəsinin hazırda faktiki olaraq İddiaçı istifadəsində olan 1,35 ha hissəsinin alğı-satqı edilməsi ilə bağlı İddiaçı ilə mərhum X1, cavabdeh6, cavabdeh7, X9 və cavabdeh2 arasındakı ##.##.2002-ci il tarixli müqavilənin bağlanmış hesab edilməsinin təmin olunması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-507/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-507/2026
14.07.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver