Məhkəmə qərarları › İş №2(3-9)-522/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-522/2026

03.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-522/2026 03.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Əsədov Ilham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçılardan iddiaçı8 Sağı oğlu (eyni zamanda iddiaçı iddiaçı3 nümayəndəsi), iddiaçı7 Sağı oğlu, iddiaçı6, iddiaçı2, X5 nümayəndəsi nümayəndə1, cavabdehlərdən cavabdeh6, cavabdeh4, cavabdeh3 və cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsi nümayəndə2 Museyib oğlunun iştirakları ilə, Işin halları: Iddiaçılar iddiaçı8 Sağı oğlu, iddiaçı7 Sağı oğlu, iddiaçı3, iddiaçı6, iddiaçı1, iddiaçı2, iddiaçı4, X5 cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh2, cavabdeh3 və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəlləri Dövlət Xidmətinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2022-ci il tarixli, ********** nömərli çıxarışa əsasən Lerik rayonu, Lüləkəran kəndində yerləşməklə iddiaçı6 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1.416 ha, 12.05.202-ci il tarixli ********** nömərli çıxarışa əsasən Lerik rayonu, Lüləkəran kəndində yerləşməklə iddiaçı5 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.7079 ha, ##.##.2025-ci il tarixli ********** saylı çıxarışa əsasən Lerik rayonu, Lüləkəran kəndində yerləşməklə iddiaçı4 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.8893 ha, ##.##.2018-ci il tarixli ********** saylı çıxarışa əsasən Lerik rayonu, Lüləkəran kəndində yerləşməklə iddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1.239 ha, 30.03.202-ci il tarixli, ********** saylı çıxarışa əsasən Lerik rayonu, Lüləkəran kəndində yerləşməklə iddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1.239 ha, ##.##.2017-ci il tarixli ********** saylı çıxarışa əsasən Lerik rayonu, Lüləkəran kəndində yerləşməklə iddiaçı3 qıznın xüsusi mülkiyyətində olan 0.175 ha, JN-0223, KOD ******** nömrəli Dövlət Aktına əsasən Lerik rayonu, Lüləkəran kəndində yerləşməklə X1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.71 ha, JN- 0226, KOD ******** nömrəli Dövlət Aktına əsasən Lerik rayonu, Lüləkəran kəndində yerləşməklə iddiaçı8 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 0.35 ha kənd təsərüfatı təyinatlı torpaqların cavabdehlər, Lerik rayonu, Şinəband kənd sakinləri cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh2 və cavabdeh3 zəbtindən azad edilməsi, vahid torpaq fondunda saxlanılan və müvafiq qanunvericiliklə təsdiq edilmiş Lüləkəran kənd ərazi vahidi ilə Şinəband kənd ərazi vahidini ayıran sərhəd xəttinin döngə nöqtələrinin ərazidə göstərilməsi, həmin nöqtələrdə mərz nişanlarının basdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar tələblərini dəqiqləşdirərək onlara məxsus torpaq sahələrinin cavabdehlərdən alınaraq özlərinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslanmışdır ki, ##.##.2022-ci il tarixli, ********** nömərli çıxarışla Lerik rayonu, Lüləkəran kəndində yerləşən 1.416 ha torpaq sahəsi iddiaçı6 və ailə üzvlərinə, 12.05.202-ci il tarixli ********** nömərli çıxarışla Lerik rayonu, Lüləkəran kəndində yerləşən 0.7079 ha torpaq sahəsi iddiaçı5 və ailə üzvlərinə, ##.##.2025-ci il tarixli ********** saylı çıxarışla Lerik rayonu, Lüləkəran kəndində yerləşən 0.8893 ha torpaq sahəsi iddiaçı4 və ailə üzvlərinə, ##.##.2018-ci il tarixli ********** saylı çıxarışla Lerik rayonu, Lüləkəran kəndində yerləşən 1.239 ha torpaq sahəsi iddiaçı2 və ailə üzvlərinə, 30.03.202-ci il tarixli, ********** saylı çıxarışla Lerik rayonu, Lüləkəran kəndində yerləşən 1.239 ha torpaq sahəsi iddiaçı1 və ailə üzvlərinə, ##.##.2017-ci il tarixli ********** saylı çıxarışla Lerik rayonu, Lüləkəran kəndində yerləşən 0.175 ha torpaq sahəsi iddiaçı3 qızna, JN-0223, KOD ******** nömrəli Dövlət Aktına əsasən Lerik rayonu, Lüləkəran kəndi ərazisində yerləşən 0,71 ha torpaq sahəsi X1 və ailə üzvlərinə, JN-0226, KOD ******** nömrəli Dövlət Aktına əsasən Lerik rayonu, Lüləkəran kəndi ərazisində yerləşən 0,35 ha torpaq sahəsi iddiaçı8 və ailə üzvlərinə məxsusdur. Cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh2 və cavabdeh3 onlara məxsus kənd təsərüfatlı təyinatlı torpaq sahələrini zəbt etməklə, həmin topaq sahəsindən istifadə etməyə onlara imkan vermir. Bu barədə onlara şifahi olaraq deslərdə heç bir nəticəsi olmamışdır. ## ####### 2025-ci il tarixində cavabdehlər tərəfindən onlara məxsus kənd təsərüfatı təyinatlı torpaq sahəsində şum işləri aparılması müəyyən edilmişdir, bu barədə müvəqqəti təminat tədbiri ilə bağlı Lerik Rayon Məhkəməsinə müraciət etmişlər. iddiaçı8, iddiaçı7 və iddiaçı6 məxsus Lerik rayonu, Lülükəran kəndində yerləşən torpaq sahələrində cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh3 tərəfindən aparılan şum işləri dayandırılması barədə ## ####### 2025-ci il tarixli **(***)-*/**** saylı qərardad qəbul edilmişdir. Yuxanda göstərilənlərə əsasən pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Iddiaçılar iddia tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişlər. Cavabdehlər cavabdeh6, cavabdeh4 və cavabdeh3 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatlarında göstərmişlər ki, mübahisəli torpaq sahəsi iddiaçılara məxsus deyildir, həmin ərazi barədə bir neçə məhkəmə qətnaməsi vardır. Lerik Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla (JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) iddiaçı6 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Lüləkəran kəndi ərazisində yerləşən 1.416 ha torpaq sahəsinin 0.07 ha hissəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla (JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) iddiaçı5 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Lüləkəran kəndi ərazisində yerləşən 0.7079 ha torpaq sahəsinin 0.30 ha hissəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışla (JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) iddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Lüləkəran kəndi ərazisində yerləşən 1.239 ha torpaq sahəsinin 0.326 ha hissəsinin, Lerik rayon Aqrar Islahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** saylı qərarı əsasında JN-226 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə iddiaçı8 Sağı oğlunun və iddiaçı3 mülkiyyətlərinə verilmiş Lerik rayonu, Lüləkəran kəndi ərazisində yerləşən 0.35 ha torpaq sahəsinin 0.21 ha hissəsinin və Lerik rayon Aqrar Islahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** saylı qərarı əsasında JN-223 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə iddiaçı7 Sağı oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Lüləkəran kəndi ərazisində yerləşən 0.71 ha torpaq sahəsinin 0.66 ha hissəsinin cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh2 və cavabdeh3 zəbtindən azad edilməklə boşaldılması və iddiaçılar iddiaçı8 Sağı oğlu, iddiaçı7 Sağı oğlu, iddiaçı3, iddiaçı6, iddiaçı2, X5 qaytarılması, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) şikayətinin dəlilləri: Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi və iddia ərizəsinin təmin olunmaması barədə qətanmə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanunsuz və əsassızdır. Bu səbəbdən də qətnamə iddianın təmin edilməsi hissəsində ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə iddiaçıların bir qisminin mülkiyyət hüququnu təsdiq edən çıxarışlara, digər qisminin isə torpağa mülkiyyət hüququna dair dövlət aktlarına istinad edilmiş, bu sənədlər mütləq sübut kimi qəbul olunmuşdur. Lakin məhkəmə cavabdehlərin də torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən eyni hüquqi qüvvəyə malik dövlət aktlarını araşdırma predmeti etməmiş, onlara hüquqi qiymət verməmişdir. Tərəflərin mülkiyyət sənədləri arasında həm xronoloji, həm də sıra nömrəsi baxımından təkzibedilməz fərqlər mövcuddur. Cavabdehlərə məxsus 2006-cı il tarixli Dövlət Aktları (JN 0009, JN 0029, JN 0030, JN 0031, JN 0032) reyestr üzrə ilkin qeydiyyat nömrələrinə malikdir. Iddiaçıların əsaslandığı sənədlərdəki nömrələr isə (JN 0197, JN 0210, JN 0214, JN 0221, JN 0223, JN 0226 və JN 0227) rəqəmsal ardıcıllıqla cavabdehlərin sənədlərindən xeyli sonra gəlir. Bu fakt bir daha sübut edir ki, cavabdehlərin mülkiyyət hüququ iddiaçıların torpaq sahələrindən tamamilə fərqli istiqamətdədir. Belə ki, torpaq sahələri ayrılması zamanı məhz sıra ardıcıllığına uyğun olaraq verilir və dövlət aktının nömrəsi isə torpaq sahəsinin nömrəsi ilə eynilik təşkil edir. Cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən dövlət sənədi qüvvədə olduğu halda, onların hərəkətləri "zəbt" (Mülki Məcəllə 157.2) kimi qiymətləndirilə bilməz. Məhkəmə cavabdehin mülkiyyət hüququnu tanımamaqla Konstitusiyanın 29-cu maddəsini (Mülkiyyət hüququ) pozmuşdur. Bundan başqa cavabdehlər mübahisəli torpaq sahəsindən uzun illərdir ki, fasiləsiz və qanuni əsaslarla istifadə edirlər. Bu istifadənin qanuniliyi təkcə 2006-cı il tarixli Dövlət Aktları ilə deyil, həm də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər il ödənilən subsidiyalarla sübut olunur. Məlum olduğu kimi, subsidiya ayrılmazdan əvvəl dövlət orqanları torpaq sahəsinin koordinatlarını, sənədlərin həqiqiliyini və istifadəçinin hüquqi statusunu ciddi şəkildə yoxlayır. Əgər iddiaçıların iddia etdiyi kimi torpaq sahəsi “özbaşına tutulmuş” olsaydı, dövlət orqanı bu illər ərzində cavabdehlərə büdcə vəsaiti ayırmaz, əksinə qanunsuz istifadəyə görə tədbir görərdi. Beləliklə, dövlətin cavabdehləri kənd təsərrüfatı istehsalçısı kimi tanıması və onlara subsidiya verməsi, cavabdehlərin bu torpaq üzərindəki hüquqlarının dövlət tərəfindən qəbul edilməsi deməkdir. Bu fakt, iddiaçıların “özbaşına zəbt” barədə arqumentlərini tamamilə əsassız edir və cavabdehlərin vicdanlı istifadəçi olduğunu sübuta yetirir. Həmçinin Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanına əsasən torpaq islahatı zamanı verilmiş, lakin elektron xəritələrdə (kadastrda) əks olunmamış mülkiyyət sənədlərinin vahid elektron bazaya köçürülməli və dürüstləşdirilməlidir. Cavabdehlərin əlində olan 2006-cı il tarixli (JN 0009, JN 0029, JN 0030, JN 0031, JN **** nömrəli) Dövlət Aktları həmin sərəncamın tələblərinə görə fundamental sənədlərdir. Iddiaçıların (JN 0197, JN 0210, JN 0214, JN 0221,JN 0223, JN 0226 və JN 0227) əlində olanlar isə dürüstləşmə prosesi zamanı arxiv məlumatlarının elektron bazaya səhv və ya qeyri-dəqiq işlənilməsi nəticəsində ortaya çıxmış "təkrarlanan" sənədlərdir. Əvvəla, qeyd edilən Fərmanın birinci cümləsində həmin Fərmanın hansı məqsədlə qəbul edilməsi qeyd edilmişdir. Fərmanın qəbul edilməsi məqsədi kimi qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etməkdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli, *** nömrəli Fərmanı imzalanmışdır. Həmin Fərmanla “Azərbaycan RespublikasındaX20 X16nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi Fərmanla yaradılan X20 X16nin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlərlə yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında X20 uçotu işləri aparılmış və həmin məlumatlar X20 X16nə (TEKUIS)və AZCAD-a inteqrasiya edilmişdir. Iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, X20ı X16nə (TEKUIS- ## #### 2016-cı il tarixli *** saylı Fərmanınicrası məqsədilə yaradılmışdır) əsasən araşdırma zamanı iddiaçıların mülkiyyətlərinə verilmiş torpaq sahələrinin cavabdehlər tərəfindən istifadə edilməməsi, həmçinin iddiaçılara aid torpaq sahəsinin cavabdehlərə aid torpaq sahəsindən kənarda yerləşməsi müəyyən edilmişdir. Bu ifadəni daha dəqiq başa düşmək üçün həmin mütəxəssis rəyinə əlavə edilmiş 2-ci yerquruluşu planına diqqət yetirmək kifayətdir. Həmin yerquruluşu planından görünür ki, Fərmanın icrasından sonra aparılmış dürüstləşdirmə işlərindən sonra cavabdehlərin faktiki istifadə olan torpaq sahələrinin iddiaçıların sənədləri üzrə torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Bu hal iş üzrə ən əhəmiyyətli və həlledici hal olmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən bizə məlum olmayan səbəblərdən ümumiyyətlə nəzərə alınmamış, qətnamədə bu hala toxunulmamış və heç bir hüquqi qiymət verilməmişdir. Lakin hazırda formalaşmış məhkəmə təcrübəsi də onu göstərir ki, torpaq mübahisələri üzrə # #### 2016-cı il tarixli *** saylı Fərmanın icrası məqsədilə yaradılmış TEKUIS(X20 X16) olan məlumatlar üstün tutulur. Cavabdehlərin mülkiyyət hüququnu təsdiq edən dövlət aktları qüvvədə olduğu halda, onların hərəkətləri "zəbt" (Mülki Məcəllə 157.2) kimi qiymətləndirilə bilməz. Məhkəmə cavabdehin mülkiyyət hüququnu tanımamaqla Konstitusiyanın 29-cu maddəsini (Mülkiyyət hüququ) pozmuşdur. Iş materiallarına əlavə edilmiş sənədlərə nəzər yetirdikdə görürük ki, işə baxan məhkəmə tərəflərindən təqdim edilmiş heç bir dəlilə qiymət verməmişdir. Bununla da, məhkəmə MPM-in 9.3-cü maddəsinin tələblərini pozmuşdur. Birinci instansiyası məhkəməsi hazırkı iş üzrə iddiaçının tərəf olduğu başqa iş üzrə müəyyən edilmiş halların MPM-in 82.3-cü maddəsinə əsasən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olub-olmadığı barədə heç bir hüquqi dəyərləndirmə aparmamışdır. Həmin maddənin tələblərinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, 2007-ci ildə Lerik rayon Lüləkəran Bələdiyyəsi cavdehlər Lerik Rayon Aqrar Islahat Kommisiyası, Lerik Rayon Şinəband Bələdiyyəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə qarşı iddia tələbi ilə Əli Bayramlı Yerli Iqtisad Məhkəməsinə müraciət edərək, Lerik Rayon Aqrar Islahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** saylı qərarın və ##.##.2006-cı il tarixli, ** saylı buna uyğun olaraq Lerik rayonu X8 Islahat Kommisiyasımnın ##.##.2001-ci il tarixli, * saylı, Lerik rayonu X21 ##.##.2006-cı il tarixli, * saylı qərarları və həmin qırarlar nəticəsində verilmiş torpaq mülkiyyət hüququnu təsdiq edən bütün dövlət aktlarının həmin qərarların qəbul edildiyi andan etibarsız hesab edilməs, Qıjordərə və 45 ha Burzavon adlı mübahsiəli torpaq sahələrinin Lerik rayonu, Lüləkəran kəndinin ərazisi hesab edilməklə, həmin rayonun Lüləkəran və Şinəband əraziləri üzrə yenidən aqrar islahatların aparılması tələb edilmişdir. Əli Bayramlı Yerli Iqtisad Məhkəmısinin ##.##.2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, Əli Bayramlı Apellyasiya Məhkəməsinin ##.##.2007-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2008-ci il tarixli qərarı ilə iddiaçı Lerik rayon Lüləkəran Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Mübahisəli torpaq sahəsi Burzavon adlı ərazidə yerləşir. Qeyd edilən məhkəmə qərarlarından görünür ki, iddiaçının tələbinin əsasını 40 ha Qıjordərə və 45 ha Burzavon adlı torpaq sahəsinin Lerik rayonu, Lüləkəran ərazisi hesab edilməklə həmin rayonun Lüləkəran və Şinəband kəndləri üzrə yenidən aqrar islahat aparılması təşkil edir. Həmin məhkəmə qərarlarnın əsaslandırma hissəsində qeyd edilmişdir ki, iş üzrə tərflərin izahatları və təqdim edilmiş sənədlərdən görünür ki, mübahisə edilən ərazilərdə yerqurluşu işləri və topraq paylarının müəyyən edilməsi qanunun tələbləri nəzərə alınmaqla qanunda nəzərdə tutulmuş qaydada aparılmışdır (Əli Bayramlı Apellyasiya Məhkəməsinin ##.##.2007-ci il tarixli qətnaməsi, səhf 8). Göründüyü kimi cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin Lüləkəran kəndinə deyil, Şinəband kəndinin ərazisi olmasını müəyyən edən məhkəmə qətnaməsi qanunui qüvvəsini almışdır. Bununla yanaşı analoji tələb ilə Lüləkəran kəndinin 243 nəfər sakini məhkəməyə müraciət etmiş, Lerik Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2010-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, bu qətnamədən də kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin ##.##.2011-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Məhkəmələr istər iddia tələbinin rədd edilməsi, istərsə də, həmin qətnamələrdən verilmiş apellyasiya və kassasiya şikayətlərinin təmin edilməməsi barədə qətnamələrini onunla əsaslandırmışlar ki, artıq hazırki mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur, bu tələbə yenidən məhkəmələr tərəfindən baxılması mümkün deyil. Lakin buna baxmayraq birinci instansiya məhkəməsi qanuni qvvəsinin almış məhkəmə aktı olmasına baxmayaraq yenidən həmin mübahsiə ilə bağlı verilmiş iddia tələbini təmin etmişdir. Bu isə vətəndaşlarda məhkəmə hakimiyyətinə olan inam və etmadı əhəmiyyətli dərəcədə sarsıltmışdır. Halbu ki, məhkəmələr və hakim korpusu məhkəmə aktlarına etimadın artırılmasını təmin etməlidir. Hesab edirlər ki, iş materiallarında olan sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verilməmişdir. Belə ki, mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında aydın şəkildə görünür ki, yuxarıda bununla bağlı əsaslandırmalarından qeyd etdikləri kimi TEKUIS-də (X20 X16) onlara məxsus torpaq sahəsi iddiaçılara məxsus torpaq sahəsi ilə üst-üstə düşmür və tamamilə fərqli ərazilərdəddir. Lakin məhkəmə tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməmiş, hətta mütəxəsis rəyi təhrif edilmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərdə tutulan prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi və məhkəmənin qanunsuz və əsassız qətnamə çıxarması ilə nəticələnmişdir. Yəni qətnamənin qanuni və əsaslı olması üçün məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmamışdır, sübutlar düzgün qiymətləndirilməmişdir. Məhkəmə qanunsuz zəbtetmə ilə bağlı nəticəyə gəlsə də, faktiki olaraq iddiaçılara məxsus torpaq sahəsini zəbt etməməklərini, iş üzrə əvvəllər analoji tələblə bağlı qəbul edilmiş məhkəmə aktlarını nəzərə almadan, ətraflaırndakı torpaq sahələrinin yanındakı torpaq sahələridə Şinəbanda aid olmasını, bununla bağlı qonşu torpaq sahələrinin çıxarışlarının olmasını nəzərə almamış, aydınlaşdırmamışdır. Iddiaçılara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini müəyyən etsə də, bu fakt sübuta yetirilməmişdir. Əksinə Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il tarixli, *** saylı Fərmanı əsasında icra edilmiş TEKUIS nəzərəa alınmamışdır. Hansı ki, TEKUIS-də açıq-aydın şəkildə tərəflərə məxsus torpaq sahələrinin faktiki olaraq üst-üstə düşmədiyi tam sübuta yetirilir. Iddiçılara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi barədə qətnamədə göstərilmiş nəticə işin hallarına qətiyyən uyğun gəlmir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş mütəxəsis rəyinin qoşmasına əlavə edilmiş tərəflərə məxsus torpaq sahələrinin TEKUISdə olan məkanına diqqət yetirmədən, əsassız qətnamə çıxarmışdır. Həmin sənədə əsasən iddiaçı və cavabdehlərin torpaq sahəsinin üst-üstə düşməməsi açıq şəkildə göstərilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehlərin vəkili, eyni zamanda nümayəndəsi nümayəndə2 Museyib oğlu apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçılardan iddiaçı8 Sağı oğlu (eyni zamanda iddiaçı iddiaçı3 nümayəndəsi), iddiaçı7 Sağı oğlu, iddiaçı6, iddiaçı2, X5 nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinin əsassız olduunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, X20 X16 mülkiyyətlərinə verilmiş torpaq sahələrinin müəyyən olunan koordinatlarını inzibati məhkəmə müstəvisində mübahisələndirməmişlər, lakin bu barədə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəlləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Lənkəran Ərazi Idarəsinə yaxınlaşaraq şifahi şəkildə öz etirazlarını bildirmişlər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmış digər iddiaçılar üzürlü səbəbini bildirmədən məhkəmədə iştirak etməmişlər, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəlləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır və kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayəti üzrə mülki işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” ## ### 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissədə ləğvini, həmin hissədə də, iddianın rəddini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişlər. Ona görədə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən iddianın təmin olunan hissəsində yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Iş materiallarına əlavə olunan sənədlərlə aşağıdakılar müəyyən olunur. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli (reyestr nömrəsi ************) elektron çıxarışdan görünür ki, Lerik rayonu, Lüləkəran kəndində yerləşən 0.8893 ha torpaq sahəsi, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla iddiaçı4 və ailə üzüvlərinin mülkiyyətindədir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli (reyestr nömrəsi ************) çıxarışdan görünür ki, Lerik rayonu, Lüləkəran kəndində yerləşən 1.239 ha torpaq sahəsi, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla iddiaçı2 və ailə üzüvlərinin mülkiyyətindədir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli (reyestr nömrəsi ************) elektron çıxarışdan görünür ki, Lerik rayonu, Lüləkəran kəndində yerləşən 1.239 ha torpaq sahəsi, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla iddiaçı1 və ailə üzüvlərinin mülkiyyətindədir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli (reyestr nömrəsi ************) elektron çıxarışdan görünür ki, Lerik rayonu, Lüləkəran kəndində yerləşən 0.7079 ha torpaq sahəsi, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla iddiaçı5 və ailə üzüvlərinin mülkiyyətindədir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli (reyestr nömrəsi ************) elektron çıxarışdan görünür ki, Lerik rayonu, Lüləkəran kəndində yerləşən 1.416 ha torpaq sahəsi, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla X6 və iddiaçı6 mülkiyyətindədir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli (reyestr nömrəsi 803013015230) çıxarışdan görünür ki, Lerik rayonu, Lüləkəran kəndində yerləşən 0.175 ha torpaq sahəsi, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla iddiaçı3 mülkiyyətindədir. JN-223 KOD ******** nömrəli Dövlət Aktına əsasən Lerik rayon Aqrar Islahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə X1, X11, X7 və iddiaçı7 mülkiyyətinə Lerik rayonu, Lüləkəran kəndi ərazisində 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. JN-0226 KOD 80302038 olan Dövlət Aktına əsasən Lerik rayon Aqrar Islahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** saylı qərarı ilə iddiaçı8 və ailə üzvlərinin mülkiyyətinə Lerik rayonu, Lüləkəran kəndi ərazisində 0.35 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastır və Reyestri publik Hüquqi Şəxsi ** saylı Lənkaran Ərazi Idarəsi tərəfindən verilmiş # ###### 2026-cı il tarixli *-**-*-**/*-***/**** saylı mütəxəsis rəyinə əsasən: Iddiaçıların iddia tələbinə uyğun torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarış (JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) ilə iddiaçı6 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Lüləkəran kəndi ərazisində yerləşən 1.416 ha torpaq sahəsinin 0.07 ha hissəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarış (JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) ilə iddiaçı5 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Lüləkəran kəndi ərazisində yerləşən 0.7079 ha torpaq sahəsinin 0.30 ha hissəsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarış (JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) ilə iddiaçı2 və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş Lerik rayonu, Lüləkəran kəndi ərazisində yerləşən 1.239 ha torpaq sahəsinin 0.326 ha hissəsinin, Lerik rayon Aqrar Islahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** saylı qərarı əsasında JN-226 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə iddiaçı8 Sağı oğlu və iddiaçı3 mülkiyyətlərinə verilmiş Lerik rayonu, Lüləkəran kəndi ərazisində yerləşən 0.35 ha torpaq sahəsinin 0.21 ha hissəsinin və Lerik rayon Aqrar Islahat Komissiyasının ##.##.2001-ci il tarixli, ** saylı qərarı əsasında JN-223 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ilə X2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Lüləkəran kəndi ərazisində yerləşən 0.71 ha torpaq sahəsinin 0.66 ha hissəsinin cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh2 və cavabdeh3 tərəfindən istifadə edilməsi müəyyən olunmuşdur; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarış (JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) ilə iddiaçı4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Lüləkəran kəndi ərazisində yerləşən 0.8893 ha torpaq sahəsinin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli Çıxarış (JN-*** nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" əsasında) ilə iddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Lerik rayonu, Lüləkəran kəndi ərazisində yerləşən 1.239 ha torpaq sahəsinin cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh4. cavabdeh2 və cavabdeh3 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur (bütün bunlar rəyə əlavə edilmiş yerquruluşu planlarında göstərilmişdir); "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanına uyğun olaraq, Lerik rayonu, Lüləkəran kəndi ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmişdir. Lakin iddiaçıların mülkiyyətlərində olan sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin faktiki istifadə vəziyyətinə uyğun olmayaraq Lerik rayonu, Lüləkəran kəndinə aid tərtib edilmiş rəqəmsal kadastr xəritəsində həmin torpaq sahələrinin mübahisəli ərazidən kənarda kəndin başqa yerlərində öz əksini tapmamışdır. X20 X16nə əsasən araşdırma zamanı iddiaçıların mülkiyyətlərində verilmiş torpaq sahələrinin cavabdehlər tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur (bütün bunlar rəyə əlavə edilmiş yerquruluşu planlarında göstərilmişdir); Əlavə olaraq bildiririk ki, mövcud baza məlumatlarına əsasən araşdırma zamanı cavabdehlərin istifadələrində olan mübahisəli 5,1 ha torpaq sahəsinin 4,82 ha hissəsinin Lerik rayonu, Lüləkəran kəndinin ərazi vahidliyinin sərhəd hüdudları daxilində yerləşməsi, 0,28 ha hissəsinin isə X3 torpaqlarının üzərinə düşməsi müəyyən olunmuşdur (rəyə əlavə edilmiş yerquruluşu planlarında göstərilmişdir). Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. “Insan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.2. maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən # #### 2016-cı il tarixli, *** nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanla “Azərbaycan Respublikasında X20 X16nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Fərmanla yaradılan X20 X16nin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlərlə yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında X20 uçotu işləri aparılmış və həmin məlumatlar X20 X16nə (TEKUIS) və AZCADa inteqrasiya edilmişdir. Iş materiallarında olan # ###### 2026-cı il tarixli *-**-*-**/*-***/**** saylı mütəxəsis rəyindən görünür ki, torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iddiaçılardan iddiaçı6 və ailə üzvlərinin mülkiyyətində olan 1.416 ha torpaq sahəsinin 0.07 ha hissəsinin, iddiaçı5 və ailə üzvlərinin mülkiyyətində olan 0.7079 ha torpaq sahəsinin 0.30 ha hissəsinin, iddiaçı2 və ailə üzvlərinin mülkiyyətində olan 1.239 ha torpaq sahəsinin 0.326 ha hissəsinin, iddiaçı8 Sağı oğlu və iddiaçı3 mülkiyyətində olan 0.35 ha torpaq sahəsinin 0.21 ha hissəsinin, X2 və ailə üzvlərinin mülkiyyətində olan 0.71 ha torpaq sahəsinin 0.66 ha hissəsinin cavabdehlər tərəfindən istifadə edilməsi müəyyən olunsa da, X20 X16nə (TEKUIS) əsasən araşdırma zamanı iddiaçıların mülkiyyətlərində verilmiş torpaq sahələrinin cavabdehlər tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Bütün bunlar rəyə əlavə edilmiş yerquruluşu planlarında göstərilmişdir. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsiHYPERLINK "https://e-qanun.az/framework/5474" müvafiq HYPERLINK "https://eqanun.az/framework/5474"icra HYPERLINK "https://e-qanun.az/framework/5474"hakimiyyəti HYPERLINK "https://e-qanun.az/framework/5474"orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat HYPERLINK "https://e-qanun.az/framework/5474"orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirildiyindən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan, X20 X16nə (TEKUIS) əsasən araşdırma zamanı iddiaçıların mülkiyyətlərində verilmiş torpaq sahələrinin cavabdehlər tərəfindən istifadə edilməməsi müəyyən olunduğundan, X20 X16 mülkiyyətlərinə verilmiş torpaq sahələrinin müəyyən olunan koordinatları iddiaçılar tərəfindən mübahisələndirilmədiyindən, mütəxəsis rəyinin torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə istinadla verilən hissəsini əsas götürülməklə birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll etməsi düzgün və qanuni olmamışdır. Mütəxəsis rəyinə əlavə edilmiş yerquruluşu planından görünür ki, X20 X16nə (TEKUIS) əsasən iddiaçıların mülkiyyətlərinə verilən torpaq sahələri iddia etdikləri və cavabdehlərin faktiki istifadəsində olan 5.1 ha torpaq sahəsindən tamamilə başqa istiqamətlərdə, koordinatlarda yerləşir. Kollegiya hesab edir ki, mübahisə X20 X16nin (TEKUIS) məlumatlarına əsasən öz hüquqi həllini tapmalıdır. Belə olan halda isə, iddiaçıların mülkiyyətində olan torpaq sahələrinin cavabdehlər tərəfindən istifadə olunması müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Bütün yuxarıda sadalananları ümumiləşdirərək kollegiya belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri aparılan araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapdığından təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən iddianın təmin olunan hissəsində ləğv edilməli və həmin hissədə də, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.2, 385.1., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Lerik Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-***/**** saylı qətnməsi iddianın təmin olunan hissəsində ləğv edilsin və həmin hissədə də, iddia rədd edislin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid Imanov Ilham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar