Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-530/2026 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı İddiaçı qızının cavabdeh Sabirabad rayonu Ulacalı kənd Cavid Əhədov adına uşaq baxçasına qarşı «əmrin ləğv edilməsi və işə bərpa olunması» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən nümayəndə3 (nümayəndəsi və vəkili nümayəndə1) tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı İddiaçı cavabdeh Sabirabad rayonu Ulacalı kənd Cavid Əhədov adına uşaq baxçasına qarşı «əmrin ləğv edilməsi və işə bərpa olunması» tələbi barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə Sabirabad rayonu Ulacalı kənd Cavid Əhədov adına uşaq bağcasında aşpaz vəzifəsindən azad olunması barədə Sabirabad rayonu Ulacalı kənd Cavid Əhədov adına uşaq bağçasının müdiri nümayəndə3 ## ######## 2025-ci il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki iş yeri olan uşaq baxçasında aşpaz vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti (əmək müqaviləsinin ləğv edildiyi gündən işə bərpa olunan günədək olan dövr üzrə) üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia təmin edilmiş, iddiaçı İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə Sabirabad rayonu Ulacalı kənd Cavid Əhədov adına uşaq bağçasında aşpaz vəzifəsindən azad olunması barədə Sabirabad rayonu Ulacalı kənd Cavid Əhədov adına uşaq bağçasının müdiri nümayəndə3 ## ######## 2025-ci il tarixli ** nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki iş yeri olan uşaq baxçasında aşpaz vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti (əmək müqaviləsinin ləğv edildiyi gündən işə bərpa olunan günədək olan dövr üzrə) üçün əmək haqqının hesablanaraq İddiaçı qızına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan nümayəndə3 (nümayəndəsi və vəkili nümayəndə1) tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərkibi hesаb edir ki, nümayəndə3 (nümayəndəsi və vəkili nümayəndə1) tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Hazırkı iş üzrə tərəflər iddiaçı İddiaçı qızı və cavabdeh Sabirabad rayonu Ulacalı kənd Cavid Əhədov adına uşaq baxçasıdır. Apellyasiya şikayəti iş üzrə tərəf olmayan fiziki şəxs-baxçanın direktoru nümayəndə3 tərəfindən verilmişdir. MPM-in 364-cü maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məcəllənin 363.1.1, 363.1.1-1, 363.1.2-ci maddələrininin tələblərinə əsasən 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 361.1.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən hüquqi şəxsin adı, digər zəruri məlumatlar, ünvanı, yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. MPM-in 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. İş materialları araşdırılarkən məlum olmuşdur ki, apellyasiya şikayətində cavabdeh Sabirabad rayonu Ulacalı kənd Cavid Əhədov adına uşaq baxçası haqqında heç bir məlumat qeyd olunmamış, əksinə şikayət verən şəxsə aid hissələrdə də baxçanın direktoru nümayəndə3 haqqında məlumatlar qeyd edilmişdir. Halbuki, apellyasiya şikayətinin bu bölməsi məhz apellyasiya şikayəti verən şəxsin müəyyən olunması üçün nəzərdə tutulmuşdur. Bu hal nəticə etibarilə apellyasiya şikayətinin formasına dair Azərbaycan Respublikasının MPM-nin 361.1.2-ci maddəsinin tələblərinə əməl edilmədiyini göstərir. Göründüyü kimi, apellyasiya şikayəti iş üzrə tərəf olmayan şəxs-uşaq baxçasının direktoru nümayəndə3 tərəfindən verilmişdir. Halbuki mübahisəli hüquq münasibətlərində tərəf cavabdeh qismində məhz uşaq baxçasıdır və direktor yalnız həmin təşkilatı təmsil etmək səlahiyyətinə malikdir. İş materiallarından müəyyən olunur ki, direktor apellyasiya şikayətini baxçanın adından deyil, öz şəxsi məlumatlarını göstərməklə birbaşa öz adından təqdim etmişdir. Bununla yanaşı, şikayətdə baxçanın rekvizitləri (adı, hüquqi ünvanı və digər zəruri məlumatlar) göstərilməmiş, əvəzində fiziki şəxsə aid məlumatlar daxil edilmişdir. Eyni zamanda, şikayət prosessual nümayəndə tərəfindən verildiyi halda, onun hansı subyektin adından çıxış etdiyi düzgün müəyyən edilməmişdir. Həmçinin təqdim olunmuş etibarnamədən görünür ki, vəkil nümayəndə1 yalnız etibar edən şəxsin, yəni nümayəndə3 öz hüquqlarının müdafiəsi üçün səlahiyyətləndirilmişdir. Bu isə bir daha təsdiq edir ki, apellyasiya şikayəti cavabdeh olan baxçanın adından deyil, fiziki şəxsin maraqları çərçivəsində verilmişdir. Beləliklə, müəyyən edilir ki, apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyini nəzərə almadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Belə olan halda işə apellyasiya qaydasında baxılması mümkün deyildir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən nümayəndə3 (nümayəndəsi və vəkili nümayəndə1) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 və 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263- 264, 363, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə tərkibi Qərаrа аldı: Sabirabad Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən nümayəndə3 (nümayəndəsi və vəkili nümayəndə1) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. Mülki iş Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi üçün Sabirabad Rayon Məhkəməsinə geri qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-530/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-530/2026
29.04.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver