Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-545/2026 08.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əhmədov Pərviz oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayil oğlunun katibliyi, İddiaçı İddiaçı, cavabdeh Sabirabad Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə, İddiaçı İddiaçı cavabdeh Sabirabad Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “X4 verilməsi barədə əmrin etibarsız sayılması, işə bərpa və s.” tələblərinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı cavabdeh Sabirabad Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “X4 verilməsi barədə əmrin etibarsız sayılması, işə bərpa və s.” tələbləri ilə məhkəməyə müraciət edərək, “X4 verilməsi” barədə ## ###### 2024-cü il tarixli əmrin qanunsuz və etibarsız sayılması, əvvəlki iş yerinə bərpa etməsi, cavabdeh Mil-Muğan RTİ-sindən hüquqlarının pozulmasını əsaslandıraraq əmək kitabçasındakı qanun pozuntusunun aradan qaldırılması, seçkidə olduğu halda onunla bağlanmış əmək müqaviləsinin pozulmasının qanunsuz sayılması, vətəndaş müraciətlərinin müvafiq qurumlar tərəfindən pozulmasına qiymət verilməsi, Mil-Muğan RTİ-nin rəhbərliyi tərəfindən işəgötürənin əməlində inzibati xəta əlamətlərinin araşdırılması, Seçki dövründə və sonrakı müddətdə ödənilməmiş orta aylıq əmək haqqının tam ödənilməsi, gecikdirilmiş ödənişlərə görə Əmək Məcəlləsinin tələbinə uyğun kompensasiya (peniya) tutulması, cavabdeh tərəfindən məhkəmə rüsumunun ödənilməsi, xərclənmiş dövlət rüsumunun və hüquqi yardım xərclərinin tutulması, intihar həddinə çatdırmaya görə CM-nin tələbinə uyğun bütün bunların nəzərə alınmasını və bunun müqabilində ona dəymiş 2000 manat maddi, sağlamlığına vurulmuş mənəvi ziyana görə isə 8000 manat, ümumilikdə 10000 manat təzminat pulunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Mil-Muğan Regional Təhsil İdarəsinə etdiyi ## ######## 2025-ci il tarixli müraciətində hüqüqlarının pozulması daha sonra vətəndaş müraciətləri haqqında Azərbaycan Respublikası qanununun pozulması İnsan hüqüqları üzrə müvəkkil ombudsman), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqını Komitəsinə və Mərkəzi Seçki Komissiyasına etdiyi eyni məzmunlu müraciətlərinə vaxtında və obyektiv baxılmamasında hüququnun bərpa tələbi ilə müraciət edir. Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad Təhsil sektorunda müddətli müqavilə ilə metodist vəzifəsində işləmişdir. ** saylı X1 Komissiyasının ** saylı məntəqəsində komissiya sədri olmuşdur. Komissiya sədri vəzifəsində olduğu müddətdə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsi və 179-cu maddənin 1-ci hissəsinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. İşçi qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta aylıq əmək haqqı ödənilməlidir. Haqqında verilən əmrlər, elektron informasiya sistemi ilə edilən xəbərdarlıqlar cavabdeh tərəfindən düzgün aparılmayıb. Bununla da hüquqları cavabdeh tərəfindən pozulub. Belə ki, onunla bağlanmış X7 ## ###### 2024 cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilib. Əslində onun əmək müqaviləsi ## ###### 2024-cü il tarixində başa çatmalı idi. Əmək kitabçasında isə tarix sutununda ##.##.2025-ci il tarixi yazılmaqla, qeyd nəyin əsasında aparılmışdır hissəsində isə Mil-Muğan RTİ üzrə əmr *-**-**/*-*-***K/**** nömrəli ## ###### 2024-cü il yazıldığı göstərilir. O, bağlanmış ## #### 2022-ci il tarixli X7 əsasında çalışmışdır. Eyni zamanda ** saylı X1 Komissiyasının ** saylı seçki məntəqəsində komissiya sədri kimi seçki prosesində rəsmi şəkildə iştirak etmiş, bu da müvafiq sənədlərlə təsdiq olunur. Seçki prosesində olduğu halda ## ###### 2024-cü il tarixdə cavabdeh tərəfindən X4 verilməsi barədə əmr verilmişdir. Xitamın əsası kimi əmək müqaviləsinin müddətinin başa çatması göstərilmişdir. Halbuki Azərbaycan Respublikasının əmək və seçki qanunvericiliyinə əsasən seçkilərin hazırlanması və keçirilməsində iştirak edən şəxslərin iş yeri və orta aylıq əmək haqqı saxlanılmalı, həmin dövrdə onların əmək münasibətlərinə xitam verilə bilməz. Bundan əlavə onun bu məsələ bağlı cavabdeh təşkilata etdiyi yazılı müraciətlərə ## ###### 2025-ci il tarixdə regional idarənin müdir müavini Rabil Şahbazov tərəfindən və ## ###### 2025-ci il tarixində Sabirabad rayon Təhsil sektorunun müdiri Mircamal Həşimov və s.-lar tərəfindən cavab məktublarında faktiki vəziyyəti əks etdirməyən reallığa uyğun olmayan və yanlış məlumatlar verilmişdir. ##.##.2025-ci il tarixdə elektron ünvan 1 elektron poçt ünvanından etdiyi müraciətə ## ###### 2025- ci il tarixdə yəni 32 iş günündən sonra cavabdeh tərəfindən cavab məktubu almışdır. Cavab məktubunda göstərilir ki, onlara 575.95 manat məbləğində əmək haqqı köçürülmüşdür, yəni 10 aydan sonra Əgər onun hüqüqları pozulmamışdırsa, niyə ona on aydan sonra müraciətinə görə əmək haqqı ödənilir? Həmin ödənilən əmək haqqı da düzgün hesablanmayıb. ## ###### 2024-cü il tarixdə ona axırıncı hesab ödənilib. Noyabr ayında ona verilen əmək haqqı onun axrıncı hesabında necə nəzərə alına bilər? Əmək kitabçası doldurularkən iş haqqında məlumat səhifəsində qeydlər işə götürən tərəfindən saxtalaşdırılıb. Qeyd nəyin əsasında yazılmışdır sütununda (sənəd, onun tarixi və nömrəsi) Mil- Muğan RTİ üzrə əmr *-**-**/*-*-***K/**** nömrəli ## ###### 2024-ci il yazıldığı halda tarix sutununda ##.##.2025-ci il tarixdə yazılmışdır. Yazılışdan göründüyü kimi əmək kitabçasının doldurulması işə götürən tərəfindən qanunu pozmaqla rəsmiləşdirilmişdir. Ona elektron informasiya sistemi ilə göndərildiyi iddia edilən xəbərdarlıq işə götürülən tərəfindən düzgün yazılmayıb. Xəbərdarlıqda göstərilir ki, onunla MilMuğan RTİ arasında bağlanmış X7 ## ###### 2024-cü ildə bitəcəkdir. Bununla əlaqədar olaraq, onunla bağlanmış X4 veriləcəkdir. Əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdə deyil ## ###### 2024-cü il tarixdə xitam verilərək son hesabı əmək haqqı kartına köçürülüb. Əslində onunla regional idarə ## ###### 2024-cü il tarixli 3- 29-41/3-1-700k/ **** nömrəli əmri ilə Əmək Məcəlləsinin 162-ci maddəsini və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin ## ###### 2024-cü il tarixli 3-29/3-2- ***F/**** nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Muğan RTİ əsasnaməsi" nin 5.5.4-cü bəndin Rəhbər tutaraq əmr vermişdir. İddiaçı Mil-Muğan RTİ-nin Sabirabad rayon Təhsil sektorunun metodisti ## ###### 2024cü il tarixdən 03.02 .2025-ci il tarixədək əmak haqqı və iş yeri saxlanmaqla ** saylı X9 ** saylı seçki məntəqəsində komissiya sədri vəzifəsinin icrasına cəlb edilmişdir. Ona yazılan xəbərdarlıqda onun seçki prosesində olmağı nəzərə alınmalı və ona edilən xəbərdarlıqda bildirməli idi ki, onunla bağlanmış əmək müqaviləsinin ## ###### 2024-cü il tarixdə bitməsinə baxmayaraq seçki prosesinə cəlb olunduğu üçün onunla başlanmış X7 işə qayıtdıqdan sonra ##.##.2025-ci il tarixdə xitam veriləcəkdir. Həmin xəbərdarlığın mənbəyini istəyir. Cavabdeh tərəf iddia edir ki, ona elektron informasiya sistemi vasitəsi ilə məlumat vermişlər. O, həmin informasiyanı görməmişdir. Cavabdeh tərəfin həmin xəbərdarlığın harada rəsmiləşdirdiyini göstərsin. Həmin informasiya kim tərəfindən yazılıb? Həmin xəbərdarlıq ekspertiziyaya verilsin. Onunla bağlanmış X7nin müddəti ## ###### 2024-ci il tarixdə bitməsinə baxmayaraq onun işinə ## ###### 2024-cü ildə xitam verilmişdir. Cavabdeh tərəf bildirir ki, elektron informasiya sistemi ilə ona xəbərdarlıq edilib. Əmək haqqının verilməsi də elektron informasiya sistemi ilə aparılır. Araşdırılsın, əgər o ##.##.2025-ci il tarixdə işdən azad olunmuşdursa niyə əmək haqqı və son haqq-hesabı elektron sistemə köçürülməyib? ##.##.2025-ci il tarixdə azad olunmağına dair əmri cavabdeh tərəfdən tələb edir. ##.##.2025-ci il tarixdə əmək müqaviləsinə sonuncu dəfə xitam verilərkən yenə ona məlumat verilmədi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2011- ci il tarixli *** nömrəli qərarı "Tərəqqi "medalı," Qabaqcıl təhsil işçisi olmağı, Birinci Qarabağ müharibəsinin 3-cü qrup əlili olmağı, (Himayəsində 2 nəfər 2-ci qrup əlil, 2 nəfər məktəb yaşlı uşağın olması) 2-ci tip şəkər xəstəsi olmağı əmək fəaliyyəti dövründə keyfiyyətli işi, qabaqcıl işçi kimi ən çətin məqamlarda təhsil sisteminə köməkləri niyə nəzərə alınmadı? Eyni zamanda ##.##.2022-ci il tarixdə də işinə xitam verilərkən nə yuxarıda göstərdiyi təltifləri nə də Sabirabad rayon Təhsil Şöbəsinin rəhbəri tərəfindən onun haqqında nazirliyə təqdim olunmuş müsbət məktub nəzərə alımayaraq 35 ildən çox dövlət qulluğunda çalışmış vətəndaşı 6 aylıq birdəfəlik yardımdan məhrum etmişlər. Bunlar işə götürənin vətəndaşa qərəzli münasibəti kimi qəbul olunmalıdır. Mil-Muğan Regional Təhsil İdarəsinə ## ######## 2025-ci il tarixdə etdiyi müraciətə 32 il iş günündən sonra, böyük çətinliklə ##.##.2025-ci il tarixdə cavab aldı, həmin cavab onu qane etmədiyi üçün ##.##.2025-ci il tarixdə təkrar müraciət etdi. ## ###### 2025-ci il tarixdə ona poçtla göndərilən cavab məktubunda fərdi əmək münasibətlərinə məhkəmələr tərəfindən baxılır, yazmaqla kifayətlənmişlər. Azərbaycan Respublikası Elm və Təhsil naziri E.Əmrullayevin ## ####### 2026-cı il tarixdə Salyan şəhərində vətəndaş qəbuluna yazılmaqla qeydə alındı. 120 km məsafəni 70 yaşında vətəndaş kimi getməyinə baxmayaraq qəbula buraxılmadı. Nazirliyin digər məmurları tərəfindən qəbul olundu və ərizəni alaraq bildirdilər ki, ona məlumat veriləcək. Bu günədək Təhsil Nazirinin adına yazılmış ərizəsinə cavab ala bilməmişdir. İnsan hüquqları üzrə Müvəkkilə ## ####### 2025 ci il tarixdə etdiyi eyni məzmunlu müraciətə araşdırılma aparılmadan ## ###### 2025 ci il tarixdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yazılmış cavab məktubunu göndərməklə işini bitmiş hesab edir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinə ##.##.2025 ci il tarixdə etdiyi eyni məzmunlu ərizəsinə ## ###### 2025-ci il tarixdə cavab verilmişdir. Lakin cavab məktubunda onun müraciətində göstərdiyi heç bir hal araşdırılmamışdır. Müraciətə cavab vermək xatirinə ümumi sözlər yazmaqla kifayətlənmişlər. ## ####### 2025 ci il tarixdə Mərkəzi Seçki Komissiyası sədrinə etdiyi müraciətinə bu günə kimi cavab verilməyib. ## ####### 2025 ci il və ## ####### 2025 ci il tarixlərdə elektron ünvan 1 elektron poçt ünvanından MilMuğan RTS idaresinin info@ sabirabad.edu.gov.az poçt ünvanına yazdığı müraciətlərə bu günə kimi rəsmi cavab ala bilməmişdir. Etdiyi müraciətlərdə Azərbaycan Respublikasının Vətəndaş müraciətləri haqqında qanunun 10.3 və 12-ci maddələrinin tələbləri kobud surətdə pozulub. Bunlara insan əsəbləri necə davam gətirsin. Hüquqlarının kobud sürətdə pozulmasına etiraz olaraq ## ###### 2025 ci il tarixdə elektron poçt ünvanından müraciət etdiyi qurumlara təkrarən intihar edəcəyinə dair məlumat ünvanladı. Heç bir qurum bu müraciətinə də əhəmiyyət vermədi. Əmək fəaliyyəti dövründə ölkə prezidentinin sərəncamı ilə "Tərəqqi medalına", Təhsil Nazirinin əmri ilə "Qabaqcıl təhsil işçisi adına layiq bilinmiş, Qarabağ müharibəsində Respublikanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Füzuli rayonun Qacar kəndində "Şaqurval yalı yüksəkliyində yaralanaraq əlil olmuş, özü ikinci tip şəkər xəstəsidir. İnsulin qəbul edərək yaşayır. Şəkərli diabet xəstələri haqqında qanunun 8-ci və 9-cu maddələri müraciət etdiyi qurumların rəhbərləri tərəfindən pozulub. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh təşkilatın nümayəndəsi X2 iddia tələbinə etiraz edib, digər əsaslarla yanaşı həmçinin iddia tələblərinə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh təşkilatın nümayəndəsi Nümayəndə iddia tələblərinə yazılı etirazını və iddia tələblərinə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı ilə ## #### 2022-ci il tarixdə Mil-Muğan Regional Təhsil İdarəsinin Metodiki kabinetin metodisti vəzifəsi üzrə X7 bağlanılmışdır. Həmin əmək müqaviləsinin müddəti ## ###### 2024-cü il tarixdə başa çatmışdır. Əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla müddətin qurtarması ilə əlaqədar ## ###### 2025ci il tarixdən xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının ** saylı X9 dairə seçki komissiyasının ## ###### 2024- cü il tarixli *-**-**/*-**-**** nömrəli məktubuna əsasən İddiaçı ## ###### 2025-ci il tarixədək məntəqə seçki komissiyasının işinə cəlb edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179- cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə X7nin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı elektron informasiya sistemi vasitəsilə ## ###### 2024-cü il tarixdə xəbərdar edilməklə əmək müqaviləsinə ## ###### 2025-ci il tarixdən (işə çıxdığı gün) xitam verilmişdir. Əlavə olaraq İddiaçı ilə Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə ## ###### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək X7 bağlanılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı ## #### 2025-ci il tarixdə elektron informasiya sistemi vasitəsilə xəbərdar edilməklə ## #### 2025- cü il tarixdən X4 verilmişdir. Bundan başqa İddiaçı tərəfindən fərdi əmək mübahisələrinə dair iddia Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələblərinə zidd olaraq müddət ötürülməklə verilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülkü Məcəlləsinin 372.1-ci maddəsinə əsasən “başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir”. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə “iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır”. Mülkü Məcəllənin 375.2- ci maddəsinə əsasən “məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar qəbul edilməsi üçün əsasdır”. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2001-ci il tarixli Qərarında iddia müddətinin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi aşağıdaki kimi müəyyəndirilmişdir: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: 1.O hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; 2. İddia müddəti institutu mülki hüquq münasibətlərdə qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; 3. İddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradırdı”. Lakin iddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq iddia müddətini ötürməklə məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzürlü səbəbdən otürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də hesab edirik ki, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərinlənlərə əsasən iddiaçının əmək mübahisəsinə dair iddiası qanunla müəyyən olunmuş iddia müddətinin keçməsi səbəbindən təmin edilməməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinə şəxsin pozulmuş hüquqlarının bərpası üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə iidia rədd edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq iddianın rədd edilməsi barədə Qətnamə çıxarılması xahiş olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim Nurəddin Bağırov) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verilmişdir. Əsasları iddia təlıəbi ilə eynilik təşkil edən şikayət onunla əsaslandırılmışdır ki mənimlə bağlanmış əmək müqaviləsinə ## ###### 2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b”bəndinə əsasən xitam verilib.Əslində isə mənimlə bağlanmış əmək müqaviləsinin müddəti ## ###### 2024-cü ildə başa çatmalı idi.Əmək kitabçamda tarix sütununda ##.##.2025-ci il tarix yazılmış, qeyd nəyin əsasında aparılmışdır hissəsində isə Mil-Muğan RTİ üzrə əmr *-**-**/*-*-***K/**** nömrəli ## ###### 2024cü il yazıldığı göstərilmişdir. Mən ## #### 2022-ci il tarixli X7 əsasında işləmişəm. Eyni zamanda ** saylı X1 Komissiyasının ** saylı seşki məntəqəsində komissiya sədri kimi seçki prosesində iştirak etmişəm. Seşki prosesində olduğum halda cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə əmək müqaviləmə xitam verilməsi barədə əmr verilmişdir. Xitamın əsası kimi əmək müqaviləsinin müddətinin başa çatması göstərilmişdir. Azərbaycan Respublikasının əmək və seçki qanunvericiliyinə əsasən seçkilərin hazırlanması və keçirilməsində iştirak edən şəxslərin iş yeri və orta aylıq əmək haqqı saxlanılmalı, həmin dövrdə onların X4 verilə bilməz.Mənimlə bağlanmış əmək müqaviləsinə sonuncu dəfə ##.##.2025-ci il tarixdə xitam verilərkən yenə mənə qabaqcadan rəsmi məlumat verilməmiş, “Tərəqqi medalı” ilə təltif olunmağım, qabaqcıl təhsil işçisi olmağım, Birinci Qarabağ müharibəsinin 3-cü qrupəlili olmağım, himayəmdə 2 nəfər 2-ci qrup əlil, 2 nəfər məktəb yaşlı uşağın olması, əmək fəaliyyətim müddətində gördüyüm işlər, qabaqcıl təhsil işçisi kimi ən çətin məqamlarda təhsil sisteminə köməkliyim nəzərə alınmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh iddiaçının apellyasiya şikayətinə etiraz göndərərək bildirmişdir ki, İddiaçı ilə ## #### 2022-ci il tarixdə Mil-Muğan Regional Təhsil İdarəsinin Metodiki kabinetin metodisti vəzifəsi üzrə X7 bağlanılmışdır. Həmin əmək müqaviləsinin müddəti ## ###### 2024-cü il tarixdə başa çatmışdır. Əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla müddətin qurtarması ilə əlaqədar ## ###### 2025-ci il tarixdən xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının ** saylı X9 dairə seçki komissiyasının ## ###### 2024-cü il tarixli *-**-**/*-**-**** nömrəli məktubuna əsasən İddiaçı ## ###### 2025-ci il tarixədək məntəqə seçki komissiyasının işinə cəlb edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə X7nin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı elektron informasiya sistemi vasitəsilə ## ###### 2024-cü il tarixdə xəbərdar edilməklə əmək müqaviləsinə ## ###### 2025-ci il tarixdən (işə çıxdığı gün) xitam verilmişdir. Əlavə olaraq İddiaçı ilə Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə ## ###### 2025-ci il tarixdən ## #### 2025ci il tarixədək X7 bağlanılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri nəzərə alınmaqla İddiaçı ## #### 2025-ci il tarixdə elektron informasiya sistemi vasitəsilə xəbərdar edilməklə ## #### 2025-cü il tarixdən X4 verilmişdir. Bundan başqa İddiaçı tərəfindən fərdi əmək mübahisələrinə dair iddia Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələblərinə zidd olaraq müddət ötürülməklə verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, “Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir”. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, “İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır”. Mülkü Məcəllənin 375.2-ci maddəsinə əsasən, “Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarıması üçün əsasdır”. “Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2001-ci il tarixli Qərarında iddia müddətinin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi aşağıdaki kimi müəyyəndirilmişdir: “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: 1. O hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; 2. İddia müddəti institutu mülki hüquq münasibətlərdə qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; 3. iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri- mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Lakin, iddiaçı qanunvericilik normalarına məhəl qoymayaraq iddia müddətini ötürməklə məhkəməyə ərizə ilə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı müddətin üzürlü səbəbdən otürməsinə dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ona görə də hesab edirik ki, müddətin buraxılması üçün heç bir üzürlü səbəb olmadığından, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərinlənlərə əsasən iddiaçının əmək mübahisəsinə dair iddiası qanunla müəyyən olunmuş iddia müddətinin keçməsi səbəbindən təmin edilməməlidir. Bundan başqa İddiaçı ödənilməli olan son haqq hesab tam həcmdə ödənilmiş və hər hansı qalıq qalmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinin təmin edilməsini, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Sabirabad Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7.2-ci maddəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanılır. 45-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə əmək müqaviləsi qabaqcadan müddət müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması X4 verilməsinin əsaslarındandır. 73-cü maddəsinin tələblərinə görə X7 müddəti bitdikdə xitam verilir. X7nin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə X7nin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. 76-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 83-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də, tərəflərin iradəsindən asılı olmayan hallarda, bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. 83.2-ci maddəsinin tələbinə görə X4 verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. 294-cü maddəsinin 1-ci bəndində qeyd olunur ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296-cı maddəsinin 2-ci hissəsində qeyd olunur ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsində qeyd edilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Müllki Məcəllənin; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə göndərilmiş ##.##.2026-cı il tarixli ərizədə qeyd olunur ki, cavabdeh tərəf iddia müddətinin keçdiyini bildirərək iddianın rədd edilməsini xahiş edir. Belə ki, əmək haqqı uzun müddət, təxminən 10 ay ərzində ödənilməmiş, dövlət qurumlarına etdiyi müraciətlər “Vətəndaş müraciətlər haqqında” Qanuna uyğun vaxtında və obyektiv cavablandırılmadığından, ən başlıcası hüquqlarının pozulması davam edən xarakter daşımışdır. Əmək haqqı müraciətlərindən sonra noyabr ayında ödənilmişdir. Hüquq pozuntusu davam etdiyi üçün məsələni sülh yolu ilə həll etməyə çalışmışdır. Bu səbəbdən hüquq pozuntusunun başa çatdığı tarix həmin dövr hesab edilməlidir. O, isə hüquqlarının pozulduğunu nəzərə alaraq ## ###### 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də iddia qanunla müəyyən edilmiş müddətdə verilmişdir. Beləliklə cavabdehin iddia müddətinin keçməsi barədə etirazı əsassızdır. Cavabdeh tərəfin iddia müddətinin keçməsi barədə etirazının təmin edilməməsini və işin mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş edir. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə göndərilmiş ##.##.2026-cı il tarixli ərizədə qeyd olunur ki, o, ƏM-nin 296-cı madəsinin 3-4 bəndlərini cavabdeh tərəf unudub. O, hüququnun pozulması ilə əlaqədar ## ######## 2025-ci il tarixdən cavabdehə ərizə ilə müraciət etməyinə baxmayaraq cavabdeh tərəf onun müraciətinə 32 iş günündən sonra yəni ##.##.2025-ci il tarixində cavab vermişdir. ##.##.2025-ci il tarixdə müraciətinə verilən cavabla əlaqədar regional idarənin qəbul otağına gələrək verilən cavabla razı olmadığını bildirsə də onu polislə hədələyirdi. Hüququnun pozulmasını təsdiq edən heç bir sənədi işəgötürəndən ala bilmirdi. Təkçə 1 vərəq xəbərdarlıqı ona təqdim etdilər. ƏM-nın 296- ci maddəsinin 3 bəndi işəgötürən tərəfindən pozulurdu. Yəni ona aid heç bir sənəd təqdim olunmadı. Digər tərəfdən həmin cavab məktubunda ona bildirilirdi ki, hüquqlarının pozulması dövrü üçün 575.95 manat məbləğində pul vəsaiti əmək haqqı karta köçürüldü. Hüquqi baxımdan bu nə deməkdir: Biz səninlə bağlı öhdəliyi vaxtında yerinə yetirməmişik. Əgər xitam qanuni olsaydı: 10 ay sonra heç bir əsas olmadan pul ödənməzdi, üstəlik iki ayrı məblə köçürmə edilməzdi. Bu qanunsuz xitamın dolayı etirafı kimi qiymətləndirilir. Bu əmək münasibətlərinin davam etdiyini və ya düzgün xitam verilmədiyini göstərir. Bu halda iddia müddəti (vaxt keçib deyə problem yaranmır?) Burada onun hüququ sönmür. Niyə? ƏM-sinə görə işə bərpa tələbi üçün ümumi müddət 3 aydır. Amma hüquq pozuntusu davam edirsə və ya işəgötürən sonradan öhdəlik icra edirsə müddət yenidən hesablanır. Onun halımda noyabr 2025-də ödəniş edilməsi hüquq pozuntusunun davam etdiyini göstərir və müddət məsələsi onun xeyrinə çevrilir. İşəgötürən sonradan ödəniş etməklə məsuliyyəti qəbul edir və Əmək Müfəttişliyinin isə işəgötürənin əməlində hüquq pozuntusu olduğunu təsdiq edərək İXM-si ilə cəzalandırılır. ƏM 296 maddəsinin 4 bəndi pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğu aşkar etdiyi gündən ehtibarən 1 il ərzində məkəməyə müraciət edə bilər. İşçinin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Bu halda noyabr 2025-ci ildə ödəniş edilməsi, hüquq pozuntusunun davam etdiyini göstərir və müddət məsələsi onun xeyrinə çevirir. Hüquqi qiymətləndirmə, bu faktlara görə, xitam qanunsuzdur, işəgötürən sonradan ödəniş etməklə məsuliyyəti qəbul edir. ƏM-nin 73,179 və 68 maddələrinin pozuntusu var. Mübahisə vaxt baxımından da aktualdır. İddia həm əsaslı, həm də vaxtında hesab olunmalıdır. İşəgötürən iddiaçının işdən azad edilməsindən təxminən 10 ay sonra əməkhaqqı kartına pul vəsaiti köçürməklə əmək münasibətlərinin düzgün rəsmiləşdirmədiyini faktiki olaraq etiraf etmişdir. Seçki prosesindən sonra, əvvəlki X4 verildikdən qısa müddət sonra, ## ###### 2025-ci il tarixdə tələsik qaydada başqa təhsil müəssisəsində direktor müavini vəzifəsinə təyin edilmişdir. Lakin faktiki olaraq həmin vəzifə üzrə fəaliyyət göstərməyərək yenidən regional idarədə işlərə cəlb olunmuşdur. Bu hal işəgötürənin əvvəlki əmək hüquqlarının pozulmasını aradan qaldırmaq deyil, formal olaraq ort-basdır etmək məqsədi daşıdığını göstərir. Bundan əlavə müraciətlərinə dövlət qurumları tərəfindən qanunla müəyyən edilmiş qaydada baxılmamış və hüquqları uzun müddət bərpa olunmamışdır. Buna görə də məhkəmədən əmək hüquqlarının pozulmasının tanınmasını və nəticələrinin aradan qaldırılmasını xahiş edir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirir ki, iddaçının iddia müddəti bitdiyi üçün iddianın rədd edilməsini tələb edir. Cavab olaraq cavabdeh tərəfə bildirir ki, noyabr 2025-ci ildə ona verilən əmək haqqı qanunsuz xitamın başlanğıcıdır və dövlət qurumu Əmək Müfəttişliyi tərəfindən hüququnun pozulmasının təsdiqi ona elektron poçtla ## ###### 2026-ci il tarixdən təqdim olunub. O, isə dekabr 2025-ci il tarixdən də məkəməyə müraciət etmişdir. ƏM-nın 296.1-ci maddəsi 3 bəndi. Hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, əmək kitabçasının, haqqhesab sənədlərinin verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür, həmin gün ## ###### 2025-ci il tarixdə regional idarənin qəbul otağında onun həyatına son qoymaq istədilər. Onun üçün iddia müddəti həmin tarixdən başladı. ## ###### 2025-ci il tarixdə hüququnun pozulmasını gizlətmək və iddia müddətinin başa çatması ötürülməsinə şərait yaratmaq məqsədi ilə ona vəzifə verilərək, regional idarədə işə cəlb etdilər. Lakin elə başa düşdülər ki, artıq hər şey bitdi. Təkrar iş üçün müraciət etdikdə artıq o bildirildi ki, vakansiya yaranarsa onlarla təkrar əmək müqaviləsi bağlanılacaqdır. Cavabdeh tərəf iddia müddətinin keçdiyini bildirsədə, əmək haqqı uzun müddət ödənilməmiş və hüquqlarının pozulması davam edən xarakter daşımışdır. Əmək haqqı yalnız 2025ci ilin noyabr ayında ödənilmişdir. Buna görə iddia müddəti həmin tarixdən hesablanmalıdır. O, isə ## ###### 2025- ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə iddia müddəti keçməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə İddiaçı arasında bağlanmış ##.##.2022ci il tarixli X7 görünür ki, İddiaçı ##.##.2024-cü il tarixinədək 2 il 5 ay 27 gün müddətinə Agentliyin Metodist vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Mil-Muğan Regional Təhsil İdarəsinin ## ###### 2024-cü il tarixli *- **-**/*-*-***K/**** nömrəli əmrindən Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162-ci maddəsini və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin ## ###### 2024-cü il tarixli *-**/*-*-***F/**** nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3 Muğan Regional Təhsil İdarəsinin Əsasnaməsi"nin 5.5.4-cü bəndini rəhbər tutaraq əmr edir. 1 Mil-Muğan Regional Təhsil İdarəsininin tabeliyində fəaliyyət göstərən müəssisələrin işçiləri (cədvəl əlavə olunur) ## ###### 2024-cü il tarixdən məktublarda qeyd edilən tarixdən əməkhaqqı və iş yeri saxlanılmaqla ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin keçirilməsi ilə əlaqədar dairə seçki komissiyasının işinə cəlb edilməsi üçün göndərilmiş hesab olunsunlar. 2. Həmin müddətdə işçilərin vəzifə fünksiyalarının icrası müvəqqəti olaraq vəzifələri göstərilən şəxslərə (cədvəl əlavə olunur) həvalə edilsin. İş materiallarında olan Xidmət üçün müraciətlə bağlı Bildirişdən görünür ki, İddiaçı ilə Mil- Muğan Regional Təhsil İdarəsi arasında bağlanmış X7nin müddətinin ## ###### 2024-cü il tarixində bitəcəyi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili tərəfindən imzalanmış ##.##.2024-cü il tarixli X4 verilməsi barədə Əmrdən görünür ki, aşağıda adları qeyd olunan Mil-Muğan Regional Təhsil İdarəsinin Metodiki kabinetin əməkdaşlarının əmək müqavilələrinin müddəti ## ###### 2024-cü il tarixdə başa çatır. Lakin həmin işçilər Bələdiyyə seçkiləri ilə əlaqədar seçki işinə cəlb olunmuşdurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə X7nin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Qeyd olunanları nəzərə alaraq, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinin Əsasnaməsinin 4.1.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən əmr edir: 1. Mil-Muğan Regional Təhsil İdarəsinin adları aşağıda göstərilən əməkdaşları ilə bağlanmış müddətli əmək müqavilələri seçkidən qayıtdığı gün, # ###### 2025-ci il tarixdən ləğv edilsin. 1.1. Metodiki kabinetin Sabirabad rayonu üzrə metodisti-İddiaçı, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev. İş materiallarında olan X4 verilməsi ilə bağlı X14 görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli X7 ƏM-nın 68.2 maddəsinin “b” bəndi əsasında (əmək müqaviləsinin müddətinin qurtarması) ##.##.2025-ci il tarixdən xitam verilməsi barədə ##.##.2024cü il tarixli *-**-**/*-*-***K/**** saylı Əmr verilmişdir. İş materiallarında olan X4 verilməsi ilə bağlı X14 görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Muğan Regional Təhsil İdarəsi ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli X7 (Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə) ƏM-nın 68.2 maddəsinin “b” bəndi əmək müqaviləsinin müddətinin qurtarması əsasında ##.##.2025-ci il tarixdən xitam verilməsi barədə ##.##.2025-ci il tarixli *-**- **/*-*-***K/**** saylı Əmr verilmişdir. İş materiallarında olan Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli X4 verilməsi barədə Əmrdən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ## ###### 2024-cü il tarixli *-**/*-*-***F/**** nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Muğan Regional Təhsil İdarəsinin Əsasnaməsi"nin 4.1.10-cu bəndini rəhbər tutaraq əmr edirəm: 1. Mil-Muğan Regional Təhsil İdarəsinə tabe olan Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) İşləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ## #### 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilsin. 2.Mil-Muğan Regional Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektoru (Rahim Hüseynov) bu əmrdən irəli gələn məsələləri həll etsin. İş materiallarında olan İddiaçı ünvanlanmış müraciətinə baxılması barədə ##.##.2025-ci il tarixli məktubdan görünür ki, onun əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə “Vətəndaşların müraciətləri haqqında” Qanuna uyğun olaraq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində baxılmışdır. Bildirirlər ki, müraciətinin araşdırılması üçün Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabirabad Rayon Komitəsinə (bundan sonraKomitə) göndərilmişdir. Komitə tərəfindən verilmiş məlumata əsasən Elm və Təhsil Nazirliyinin ##.##.2020ci il tarixli K-**** nömrəli əmri ilə yaş həddinə (65 yaş) çatdığınıza görə tutduğunuz vəzifədən azad olunduğunuz, sonradan ##.##.2021-ci il tarixli, K-*** nömrəli əmrlə ##.##.2021- ci il tarixinədək Sabirabad Rayon Təhsil Sektorunda aparıcı məsləhətçi, ##.##.2022-ci il tarixdən isə Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad rayonu üzrə Təhsil Sektorunda metodist vəzifəsində çalışması müəyyən edilmişdir. Hər iki halda əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilib. Daha sonra ##.##.2025-##.##.2025-ci il tarixlərində Sarxanbəyli kənd tam orta məktəbində təlim-tərbiyə İşləri üzrə direktor müavini vəzifəsində işləmisiniz və müqavilənizə ##.##.2025-ci il tarixdə müddətin bitməsi ilə əlaqədar xitam verilib. Nəzərinizə çatdırırıq ki, qanunvericiliyə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyən edilmişdir. 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddəti, İşçinin razılığı əsasında, müvafiq dövlət orqanının rəhbərinin qərarı ilə hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər. Bununla belə, çalışma müddətinin ümumilikdə 5 ildən çox uzadılmasına yol verilmir. Həmçinin nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 316-cı maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı işçilər və işəgötürənlər arasında yaranan fərdi və kollektiv əmək mübahisələri bu Məcəllə və Azərbaycan Respublikasının MülkiProssesual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bilavasitə məhkəmələr tərəfindən həll edilir. İş materiallarında olan İddiaçı ünvanlanmış müraciətinə baxılması barədə ##.##.2025-ci il tarixli məktubdan görünür ki, onun əmək hüquqlarının pozulması ilə bağlı MilMuğan Regional Təhsil İdarəsinə Ünvanladığı müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildirirlər ki, onunla ## #### 2022-ci il tarixdə Mil-Muğan Regional Təhsil İdarəsinin Metodiki kabinetin metodisti vəzifəsi üzrə X7 bağlanılmışdır. Həmin əmək müqaviləsinin müddəti ## ###### 2024-cü il tarixdə başa çatmışdır. Əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla müddətin qurtarması ilə əlaqədar ## ###### 2025- ci il tarixdən xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının ** saylı X9 dairə seçki komissiyasının ## ###### 2024- cü il tarixli *-**-**/*-**-**** nömrəli məktubuna əsasən o, ## ###### 2025-ci il tarixədək məntəqə seçki komissiyasının işinə cəlb edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq o, elektron informasiya sistemi vasitəsilə ## ###### 2024-cü il tarixdə xəbərdar edilməklə əmək müqaviləsinə ## ###### 2025-ci il tarixdən (işə çıxdığı gün) xitam verilmişdir. Son haqq hesab ödənilərkən qalıq 698.05 manat qalıq məbləğ üzrə məcburi tutulmalar çıxıldıqdan sonra 575.97 manat vəsaitin ## ###### 2025-ci il tarixdə plastik kart hesabına köçürülməsi təmin edilmişdir. Əlavə olaraq onunla Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə ## ###### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək X7 bağlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri nəzərə alınmaqla o, ## #### 2025-ci il tarixdə elektron informasiya sistemi vasitəsilə xəbərdar edilməklə ## #### 2025cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan X6 Xidmətinin Mil-Muğan regional şöbəsinə verilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli arayışdan görünür ki, Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad rayonu üzrə metodiki kabinetin sabiq metodisti İddiaçı 2024-cü ilin dekabr ayının 28-də 336.14 manat əlavə və dekabr ayı üzrə 698.05 manat əmək haqqı olmaqla, ümumilikdə 1034.19 manat vəsait hesablanmış və məcburi tutulmalar çıxıldıqdan sonra 839.85 manat vəsait ## ###### 2024-cü il tarixdə İddiaçı plastik kart hesabına köçürülmüşdür. Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin sabiq direktor müavini İddiaçı 2025-ci ilin iyul ayının 28-də X4 verildiyi üçün 739.18 manat son haqq hesab və iyul ayı üzrə 553.70 manat əmək haqqı olmaqla, ümumilikdə 1292.88 manat vəsait hesablanmış və məcburi tutulmalar çıxıldıqdan sonra 1042.91 manat vəsait ## #### 2025-ci il tarixdə İddiaçı plastik kart hesabına köçürülmüşdür. 2025-ci ilin yanvar ayı üçün orta aylıq əmək haqqı 698.05 manat hesablanmış, məcburi tutulmalar çıxıldıqdan sonra 575.97 manat vəsait ## ###### 2025-ci il tarixdə İddiaçı plastik kart hesabına köçürülmüşdür. 2025-ci ilin yanvar ayı üçün orta aylıq əmək haqqı 698.05 manat hesablanmış, məcburi tutulmalar çıxıldıqdan sonra 575.97 manat vəsait ## ###### 2025-ci il tarixdə İddiaçı plastik kart hesabına köçürülmüşdür. İş materiallarında olan X6 Xidmətinin Mil-Muğan Regional Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli mıəktubdan görünür ki, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mil-Muğan Regional Şöbəsinə ünvanladığı Mil-Muğan Regional Təhsil İdarəsində əmək hüquqlarının pozulması barədə müraciətinə tərəflərindən baxılmışdır. X6 Xidmətinin Mil-Muğan regional şöbəsinə təqdim etdiyi ##.##.2025-ci il tarixli izahatınızda tələbinin metodist və direktor müavini vəzifəsindən azad olunmağının araşdırılması barədə olduğunu bildirmişdir. Müraciətində qeyd edilən məsələ ilə bağlı tərəflərindən aparılmış araşdırma zamanı Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən təqdim edilmiş məktub və sənədlərdən, həmçinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminin "Əmək və Məşğulluq altsisteminə baxış keçirilərkən, Mil-Muğan Regional Təhsil idarəsi ilə aralarında metodist vəzifəsi üzrə bağlanılmış ##.##.2022-ci il tarixli X7nin ##.##.2024-cü il tarixdə müddətinin başa çatması ilə əlaqədar X4 veriləcəyi barədə işəgötürən tərəfindən ona ##.##.2024cü il tarixdə bildiriş təqdim edilmiş və bundan sonra əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2- ci (İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər) hissəsinə əsasən (bələdiyyə seçkilərinə təhkim olunmağınızla bağlı işdə olmadığınız üçün işə çıxdıqdan sonra) ##.##.2024-cü il tarixli *-**-**/*-*-***K/**** nömrəli əmrlə ##.##.2025-ci il tarixdən xitam verilmişdir. 2024-cü ilin dekabr ayında X4 verilməsi barədə əmr verilərkən ona 698.05 manat əmək haqqı və 336.14 manat son haqq-hesab olmaqla cəmi 1034 19 manat hesablanmışdır. Bundan sonra Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən onunla Sabirabad rayonu Sarxanbəyli kənd tam orta məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsi üzrə ##.##.2025-ci il tarixli X7 bağlanılmışdır. Həmin əmək müqaviləsinin ##.##.2025-ci il tarixdə müddətinin başa çatması ilə əlaqədar X4 veriləcəyi barədə işəgötürən tərəfindən ona ##.##.2025-ci il tarixdə bildiriş təqdim edilmiş və bundan sonra işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən ##.##.2025-ci il tarixli *-**-**/*-*-***K/**** nömrəli əmrlə ##.##.2025-ci il tarixdən (##.##.2025-ci il istirahət günü) xitam verilmişdir. ##.##.2025-ci il tarixli X4 verilərkən ona hesablanmış 1042.91 manat son haqq-hesabı ##.##.2025-ci il tarixdə əmək haqqı bank hesabına köçürülmüşdür. Araşdırma zamanı təqdim edilmiş əmək haqqının və son haqq-hesabının hesablanması və ödənilməsi cədvəllərindən müəyyən edilmişdir ki, 2025-ci ilin yanvar ayı üzrə 575.97 manat əmək haqqının və 197.91 manat son haqqıhesabının ödənilməsi təmin edilməmiş, nəticədə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 179- cu maddəsinin 2-ci hissəsinin "ç" (seçkilərin hazırlanması və keçirilməsi dövründə, habelə seçici siyahılarının hazırlanması dövründə dairə və məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olduqda işçinin iş yeri və orta əmək haqqı saxlanılır) bəndinin və 172.4-cü (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) hissəsinin tələbləri pozulmuşdur. Bildirirlər ki, aşkar edilmiş qanun pozuntularına əsasən tərəflərindən MilMuğan Regional Təhsil İdarəsinin vəzifəli şəxsi X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmçinin 575.97 manat qalıq əmək haqqının və 197.91 manat son haqq-hesabının işəgötürən barəsində aparılan inzibati icraat dövründə əmək haqqı bank hesabına köçürülməsi təmin edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Kollegiya mübahisəyə hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ####### tarixli Qərarı). Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən X4 verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və başa düşülən qaydada müəyyən edilməsi üçün həm iddiaçı tərəfin həm də cavabdeh tərəfin təqdim etdiyi sübutları məhkəmənin müəyyən etdiyi işin həqiqi halları iiə müqayisəli tədqiq edərək aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli X7 əsasında İddiaçı ##.##.2022-ci il tarixdən-##.##.2024-cü il tarixinədək, yəni 2 il 5 ay 27 gün müddətinə Agentliyin Metodist vəzifəsinə işə qəbul olunmuş, sonra o, Mərkəzi Seçki Komissiyasının ** saylı X9 seçki komissiyasının ## ###### 2024-cü il tarixli məktubu əsasında bələdiyyə seçkiləri ilə bağlı ## ###### 2025-ci il tarixədək məntəqə seçki komissiyasının işinə cəlb edilmiş, daha sonra X7nin müddətinin ## ###### 2024-cü il tarixdə bitəcəyi ilə əlaqədar onunla bağlanmış X4 veriləcəyi barədə İddiaçı məlumatlandırıldıqdan sonra Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili tərəfindən imzalanmış “X4 verilməsi barədə” ##.##.2024-cü il tarixli Əmri ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli X7 ƏM-nın 68.2 maddəsinin “b” bəndi əsasında (əmək müqaviləsinin müddətinin qurtarması) onun məntəqə seçki komissiyasında işi başa çataraq işə çıxdığı ##.##.2025-ci il tarixdən (Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə görə) xitam verilmiş, daha sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X3-Muğan Regional Təhsil İdarəsi ilə İddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli X7 əsasən o, ##.##.2025-ci il tarixədək Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul olunmuş və Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili tərəfindən imzalanmış “X4 verilməsi barədə” ##.##.2025-ci il tarixli Əmri ilə onlar arasında bağlanmış ##.##.2025-ci il tarixli X7 (Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi üzrə) ƏM-nın 68.2 maddəsinin “b” bəndi əmək müqaviləsinin müddətinin qurtarması əsasında ##.##.2025-ci il tarixdən xitam verilmişdir. İddiaçı ilə bağlanmış ##.##.2022-ci il tarixli X7 müddətin başa çatması əsası ilə xitam verilməsi haqqında Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili tərəfindən imzalanmış “X4 verilməsi barədə” ##.##.2024-cü il tarixli Əmr əmək qanunvericiliyinin tələblərinə tam uyğun olmuşdur. Belə ki, işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmiş, işçi İddiaçı məntəqə seçki komissiyasında işi başa çataraq işə ##.##.2025-ci il tarixdə çıxdığı üçün ƏM-nın 73-cü maddəsinin 2-ci bəndi əsasında əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilmiş, X4 verilməsi işəgötürən tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli 3- 29-41/3-1-739K/2024№-li əmrlə rəsmiləşdirilmiş, bu əmr işəgötürən tərəfindən imzalanmaqla təşkilatın möhürü ilə təsdiqlənmiş və həmin əmrdə Əmək Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olan məlumatlar əks etdirilmişdir. Eyni zamanda iddiaçı İddiaçı onunla bağlanmış X4 verilməsi barədə ##.##.2024-cü il tarixli 3-29-41/3-1-739K/2024№-li əmrlə razılaşmış və həmin əmrə dair hər hansı etiraz bildirməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərə görə iddiaçı İddiaçı onunla bağlanmış X4 verilməsi barədə ##.##.2024-cü il tarixli 3-29-41/3-1-739K/2024№-li əmrin əmək qanunvericiliyin tələblərinin kobud qaydada pozulmaqla qanunsuz və əsassız olaraq qəbul edilməsi hallarına istinad etmişdir. İddiaçı İddiaçı Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən ona qarşı hər hansı qərəzli və qanunsuz hərərəkətlər barədə məhkəməyə heç bir təsdiqedici sənəd təqdim etmədiyindən, əksinə o, həmin vaxt onunla bağlanmış X4 verilməsi barədə ##.##.2024-cü il tarixli 3-29-41/3-1-739K/2024№-li əmrlə razılaşmış və həmin əmrə dair hər hansı etiraz bildirməmiş, eyni zamanda sonradan onunla Mil-Muğan Regional Təhsil İdarəsi arasında bağlanmış ##.##.2025-ci il tarixli X7 əsasən o, ##.##.2025-ci il tarixədək Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul olunmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin bu dəlilləri əsassız olmuş və cavabdeh təşkilatın rəhbərliyi tərəfindən qəbul edilmiş ##.##.2024cü il tarixli 3-29-41/3-1-739K/2024№-li əmr əmək qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni hesab edilməlidir. Kollegiya həmçinin onu da qeyd edir ki, iddiaçı İddiaçı iddia tələbləri həm də ona görə rədd olunmalıdır ki, o, həmin tələbləri irəli sürməsi üçün müvafiq olaraq 1 aylıq və 1 illik iddia müddətini ötürmüşdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. İş materiallarından görünür ki, iddiaçı İddiaçı müddətli X4 verilməsinə dair ##.##.2024-cü il tarixli 3-29-41/3-1-739K/2024№-li əmirdən məlumatı olmuş və o, həmin əmrlə razılaşaraq əmrə dair hər hansı etiraz bildirməmiş, eyni zamanda sonradan onunla Mil-Muğan Regional Təhsil İdarəsi arasında bağlanmış ##.##.2025-ci il tarixli X7 əsasən o, ##.##.2025-ci il tarixədək Sabirabad rayonu İsmayıl Musayev adına Sarxanbəyli kənd tam orta ümumtəhsil məktəbinin tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul olunmuşdur. Yəni o, müddətli X4 verilməsinə dair ##.##.2024-cü il tarixli 3-29-41/3-1-739K/2024№-li əmrdən məlumatlı olmasına baxmayaraq, lakin o, həmin əmri mübahisələndirərək, həmçinin ümumiyyətlə əmək hüquqlarının pozulması hallarına istinad edərək, pozulmasını hesab etdiyi həmin əmək hüquqlarının müdafiəsi haqqında hazırkı iddia ərizəsi ilə məhkəməyə məhz ##.##.2025-ci il tarixdə müraciət etmiş və bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş müvafiq olaraq 1 aylıq iddia müddətini ötürmüşdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin. 294 və 296cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli qərarıda qeyd edtmişdir ki, Fərdi əmək mübahsiələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən Mülki məcəlləni 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 ve 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" 2013-cü il # #### tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtinda həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Göründüyü kimi iddiaçı işəgötürənə qarşı işə bərpa və.s tələbləri ilə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslıdır. İddia tələbinin təmin edilməməsi əsaslarından biri də müddətin ötürülməsi ilə məhkəməyə müraciət olunması, ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilməməsidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-545/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-545/2026
08.06.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver