Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-550/2026 02.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, Cəlilabad Rayon Məhkəməsinin *8 dekabr 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı ərizəsinin təmin olunmaması barədə Cəlilabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinin *5 aprel 2025-ci il tarixli *2 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və boşdayanmaya görə ödənilməmiş əmək haqqının ödənilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin *8 dekabr 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı tərəfindən ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin *8 dekabr 2025-ci il tarixli qətnaməsi ona rəsmi olaraq 28.0*.2026-cı il tarixdə təqdim edildiyi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş edir. Cəlilabad Rayon Məhkəməsinin 6 mart 2026-cı il tarixli qərardadı ilə İddiaçı Cəlilabad Rayon Məhkəməsinin *8 dekabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsinə dair vəsatətinin əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin *8 dekabr 2025-ci il tarixli qətnaməsi 2* yanvar 2026-cı il tarixdə İddiaçı poçt xəbərnaməsinə imza etməklə verilmiş, lakin İddiaçı ## ###### 2026-cı il tarixdə qətnamədən apellyasiya şikayəti verməklə müddəti ötürmüşdür. İddiaçı *8 aprel 2026-cı il tarixdə qərardaddan şikayət verərək, onun ləğv edilməsini və mülki işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə iddiaçıya ## ###### 2026-cı il tarixdə rəsmi olaraq poçt vasitəsi ilə verildiyi və apellyasiya şikayətinin isə ## ###### 2026-cı il tarixdə, yəni hələ şikayət vermə müddətinə üç gün qaldığı halda verilməsinə baxmayaraq Cəlilabad Rayon Məhkəməsi apellyasiya şikayəti vermə müddətinin ötürülmüş hesab edilməsi barədə qərardad çıxarmışdır. Cəlilabad Rayon Məhkəməsi qətnamənin iddiaçıya ## ###### 2026-cı il tarixdə deyil, 2* yanvar 2026-cı il tarixdə təqdim edilməsini təsdiq etməmişdir. Hansı ki, poçt qəbzinin üzərində olan izləmə kodundan da təsdiq edilir ki, qətnamə iddiaçıya 2* yanvar 2026-cı il tarixdə deyil, ## ###### 2026-cı il tarixdə təqdim edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *8 may 2026-cı il tarixli qərardadı ilə şikayətə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun verilmişdir və onun qaytarılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı sayıla bilməz. Belə ki, iş materiallarında olan bildiriş və 22.*2.2025-ci il tarixli xəbərnaməli məktubların poçt reyestr məlumatlarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin *8 dekabr 2025-ci il tarixli qətnaməsi İddiaçı *8 dekabr 2025ci il tarixdə göndərilmişdir (səh. *66-*67). Digər tərəfdən poçt göndərişinin izlənmə məlumatından (izləmə kodu SX055937848AZ) müəyyən olunur ki, mübahisəli qətnamə İddiaçı rəsmi qaydada yalnız ## ###### 2026-cı il tarixdə çatdırılmış (səh. 2*5), apellyasiya şikayəti isə ## ###### 2026-cı il tarixdə verilmişdir. MPM-in apellyasiya şikayətinin verilməsi müddətini tənzimləyən 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən * ay müddətində verilə bilər. Bu baxımdan, şikayətin təqdim edilmə tarixi ilə qətnamənin İddiaçı çatdırıldığı tarix müqayisə edildikdə müəyyən edilir ki, apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddət ötürülmədən təqdim edilmişdir. Buna görə də, apellyasiya şikayətinin müddətin ötürülməsi əsası ilə qaytarılması üçün hüquqi əsas mövcud olmamışdır. Beləcə, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin Cəlilabad Rayon Məhkəməsinin *8 dekabr 2025-ci il tarixli qətnaməsinin 2* yanvar 2026-cı il tarixdə İddiaçı təqdim edilməsi barədə mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarına əlavə edilmiş poçt xəbərnaməsində olan imzanın İddiaçı məxsus olması hər hansı sübutla təsdiq edilməmişdir. Digər tərəfdən, iş materiallarında olan poçt xəbərnaməsində və poçt göndərişinin izlənmə məlumatlarında eyni izləmə kodu (SX055937848AZ) göstərilsə də, həmin sənədlərdə əks olunan tarixlər arasında ziddiyyət mövcuddur. Belə ki, poçt xəbərnaməsində göndərişin 2* yanvar 2026-cı il tarixdə təqdim edildiyi (qaralanmış vəziyyətdə) göstərildiyi halda, poçt göndərişinin izlənmə məlumatlarında təqdim edilmə tarixi ## ###### 2026-cı il kimi qeyd olunmuşdur. Bu ziddiyyət göndərişin təqdim edilmə tarixi ilə bağlı əsaslı şübhələr yaradır və belə olan halda poçt göndərişlərinin izlənmə məlumatı daha əsaslı və mötəbər sübut hesab olunur. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, qərardad ləğv edilməli, ərizə təmin olunaraq qətnamədən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilərək, baxılmasından ötrü sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutub Q Ə R A R V E R D İ: Şikayət təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ləğv olunsun. Ərizə təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin *8 dekabr 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilsin və sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və onda şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-550/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-550/2026
02.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver