Məhkəmə qərarları › İş №2(3-9)-595/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-595/2026

01.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-595/2026 01.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə, eyni zamanda iddiaçı Cavabdeh cavabdeh İddiaçı və başqasına qarşı torpaq sahəsinə kadastr planının hazırlanması barədə qarşılıqlı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, Cavabdeh istifadəsində olan Boradigah qəsəbəsində yerləşən torpaq sahəsinə dair kadastr planı hazırlanması DT və XK nin Masallı rayon şöbəsinə həvalə olunması qət edilmişdir. Masallı Rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsindən üçüncü şəxs X1 apellyasiya şikayəti vermiş, Masallı Rayon Məhkəməsinin ## ####### 2012-ci il tarixli *(***)-***/**** saylı qərardadına əsasən həmin məhkəmənin ## #### 2010-cu il tarixli *(***)-***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Üçüncü şəxs X1 ##.##.2012-ci il tarixdə Masallı Rayon Məhkəməsinə müraciət edərək Masallı Rayon Məhkəməsinin ## ####### 2012-ci il tarixli 2(050) ***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən üçüncü şəxs X1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin ## ####### 2012-ci il tarixli *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2013-cü il tarixli qərardadına əsasən X1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin ## ####### 2012-ci il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsindən Masallı rayon Boradigah Bələdiyyəsinin sədri maraqlı şəxs2 İzzət oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Masallı rayon Boradigah Bələdiyyəsinin sədri maraqlı şəxs2 İzzət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Masallı rayon Boradigah Bələdiyyəsinin sədri maraqlı şəxs2 İzzət oğlu Masallı Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-***/**** saylı qərardadından şikayət vermişdir. Masallı Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-***/**** saylı qərardadından Masallı rayon Boradigah Bələdiyyəsinin sədri maraqlı şəxs2 İzzət oğlunun şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin ## ####### 2012-ci il tarixli, 2(050) ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Masallı rayon Boradigah Bələdiyyəsi tərəfindən verilmiş şikayət qismən təmin edilərək Masallı Rayon Məhkəməsinin ## ####### 2023-cü il tarixli *(***)-***/**** saylı qərardadı ləğv edilmiş, Masallı Rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli *(***)-***/**** saylı qətnaməsinin Masallı rayon Boradigah Bələdiyyəsinin hüquq və vəzifələrinə toxunub toxunmaması məsələsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla hüquqi qiymət verilməsi üçün mülki iş materialları Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə Masallı Rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsindən Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Masallı Rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsindən Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada verilmədiyindən qeyri-mümkün hesab edilmiş və mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsindən Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən yenidən apellyasiya şikayəti verilmiş, məhkəmənin ## ######## 2024-cü il tarixli və ## ###### 2024-cü il tarixli qərardadları ilə apellyasiya şikayəti verilməsi üçün müddət bərpa edilmiş və mülki iş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə *(***)****/**** saylı, ## ###### 2024cü il tarixli qərardadının ləğv edilməsi, mülki iş apellyasiya baxışından çıxarılması və apellyasiya şikayətinin qeyri-mümkün hesab olunmaqla Masallı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli, *(***)***/**** saylı qətnaməsindən Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən Masallı Rayon Məhkəməsinin ## #### 2010cu il tarixli, *(***)***/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti ## ###### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Apellyasiya şikayəti ilə yanaşı Masallı rayon Boradigah bələdiyyəsi prosessual müddətin bərpa edilməsi barədə vəsatət ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli, *(***)***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə (hakim Zeynal Zeynalov) vəsatət təmin edilməmişdir. Həmin qərardaddan Masallı rayon Boradigah bələdiyyəsi şikayət verərək Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadının ləğv edilməsini və müddətin bərpa olunaraq apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin torpaq sahəsi Masalı rayon Boradigah bələdiyyəsinin mülkiyyətindədir, lakin məhkəmə həmin torpaq sahəsini qanunsuz olaraq Cavabdeh mülkiyyətinə vermişdir. Məhkəmə Nazirlər Kabinetinin səlahiyyətini həyata keçirərək bələdiyyə mülkiyyətin xüsusi mülkiyyətə vermişdir. Masalı rayon Boradigah bələdiyyəsi iş üzrə tərəf olaraq cəlb olunmamışdır. Boradigah bələdiyyəsi 2024-cü ildə həmin qətnamədən şikayət vermiş, lakin ##.##.2025-ci il tarixdə yenidən bələdiyyə seçkiləri keçirilmiş və əvvəlki bələdiyyə sədri seçilməmişdir. Seçkilər vaxtı olduğuna görə də həmin bələdiyyə sədri şikayəti yenidən verə bilməmişdir. O, ##.##.2025-ci il tarixdə yeni bələdiyyə sədri seçilmiş, daha sonra onun sənədlərlə və bələdiyyə mülkiyyəti ilə maraqlanmağı xeyli vaxt aparmışdır. Onun artıq 2026-cı ilin əvvələrində xəbəri olmuşdur ki, bələdiyyənin mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə dair Masalı Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi var. Bundan sonra bələdiyyə üzvlərinin iclası keçirilmiş və ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət olunması ümumi qərara alınmışdır. Bundan sonra məhkəməyə müraciət edərək ##.##.2026-cı il tarixdə həmin qətnamənin surətini rəsmi qaydada almış və şikayəti hazırda təqdim etmişdir. Bildirir ki, Masalı Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddət üzrlü səbəbdən ötürülmüşdür. Belə ki, məhkəmənin qətnaməsi 2010-cu ildə Bələdiyyəyə təqdim olunmamış və ümumiyyətlə bələdiyyə tərəf olmadığı üçün qətnamədən məlumatı olmamışdır. Boradigah bələdiyyəsi 2024-cü ildə həmin qətnamədən şikayət vermiş, daha sonra şikayət apellyasiya məhkəməsi tərəfindən geri qaytarılmış, lakin ##.##.2025-ci il tarixdə yenidən bələdiyyə seçkiləri keçirilmiş və əvvəlki bələdiyyə sədri seçilməmişdir. Seçkilər vaxtı olduğuna görə də həmin bələdiyyə sədri şikayəti yenidən verə bilməmişdir. O, ##.##.2025-ci il tarixdə yeni bələdiyyə sədri seçilmiş, daha sonra onun sənədlərlə və bələdiyyə mülkiyyəti ilə maraqlanmağı, həmçinin bələdiyyənin asan imzasının dəyişdirilməsi xeyli vaxt aparmışdır. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadının qüvvədə saxlanılması və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi Masallı Rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsindən Masalı rayon Boradigah bələdiyyəsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, Masalı rayon Boradigah bələdiyyəsi prosessual müddəti üzrlü səbəblərdən ötürməsini hər hansı mötəbər sübutlarla əsaslandıra bilməmişdir. Onun qeyd etdiyi hallar formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, ilk növbədə bələdiyyənin iş üzrə tərəf kimi cəlb olunmaması faktı birbaşa olaraq prosessual müddətin qeyri-məhdud qaydada bərpasına əsas verməmişdir. Qanunvericiliyin tələbinə görə, hüququnun pozulduğunu iddia edən şəxs həmin pozuntu barədə bildiyi və ya bilməli olduğu andan etibarən müəyyən edilmiş müddətdə şikayət verməlidir. İş materiallarından isə görünür ki, bələdiyyə ən azı 2024-cü ildə mübahisəli qətnamədən xəbərdar olmuş və apellyasiya şikayəti vermişdir. Bu isə o deməkdir ki, artıq həmin tarixdən etibarən onun apellyasiya hüququndan istifadə etmək imkanı olmuşdur.Digər tərəfdən, bələdiyyə sədrinin dəyişməsi (yeni bələdiyyə sədrinin ##.##.2025-ci il tarixdə seçilməsi, lakin onun yalnız 2026-cı ilin əvvəllərində mübahisəli qətnamədən xəbərdar olması), seçkilərin keçirilməsi, sənədlərlə tanışlıq prosesinin uzun çəkməsi və ya “ASAN imza”nın dəyişdirilməsi kimi hallar daxili təşkilati məsələlər olmaqla obyektiv və aradan qaldırılması mümkün olmayan səbəblər kimi qiymətləndirilə bilməz. Bu kimi hallar prosessual müddətin bərpası üçün üzrlü səbəb hesab olunmamaqla hüquqi praktikada da bu cür əsaslandırmalar qəbul edilə bilməz. İşdən görünür ki, mübahisəli qətnamədən 16 ilə yaxın müddət keçdikdən sonra verilən apellyasiya şikayəti, Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarlarında şərh olunan hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipinin tələblərinə cavab verib-verməməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulan müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının həmin prinsipin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirib-gətirməməsi, ən əsası isə mülki məhkəmə icraatında iştirakı təmin olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsi məsələləri iş üzrə xüsusi əhəmiyyət kəsb edir. Belə ki, həmin şəxs mübahisəli hüquq münasibətindən xəbərdar olduğu andan etibarən qanunvericiliklə müəyyən edilmiş prosessual müddətlər çərçivəsində öz hüquqlarını müdafiə etməli idi. Lakin iş materialları ilə təsdiq olunmur ki, Masallı rayon Boradigah bələdiyyəsi bu müddət ərzində obyektiv səbəblərdən belə imkandan məhrum olmuşdur. Əksinə, uzun müddət ərzində heç bir hüquqi təşəbbüs göstərilməməsi, yalnız illər sonra formal əsaslarla müddətin bərpasının tələb edilməsi hüquqi müəyyənlik prinsipinə zidd olmaqla yanaşı, artıq qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyini və hüquqi münasibətlərin davamlılığını pozur. Buna görə də prosessual müddətin bərpası üçün əsaslar mövcud hesab edilmir. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi məhkəmə aktlarından şikayət vermək yolu ilə mülki-hüquq münasibətlərinin apellyasiya və yaxud kassasiya qaydasında yenidən araşdırılmasını şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun mühüm elementi kimi təsbit edir. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş, bir çox hallarda icraya yönədilmiş və ya icra olunmuş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, MPM-in 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları icra olunmuş məhkəmə aktının istənilən vaxt, hətta onun icrasından illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülkiprosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə «hüquqi müəyyənlik» prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, MPM-in məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 2 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzibedilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Qanuni qüvvəsini almış məhkəmə aktına uzun illər keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozmuş olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə elmişdir: «qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır». Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. Bu cür yanaşma, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» ## ####### 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirmişdir ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddə daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnrz fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü hənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əiaqələndirərək, qeyd etmişdir ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı “Brumaresku Rumıniyaya qarşı” işi üzrə ## ####### 1999-cu il tarixli, “X5rşı” ## #### 2002-ci il tarixli, “Ryabıx Rusiyaya qarşı” ## #### 2003-cü il tarixli, “X3rşı” ## ####### 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. İstinad edilən presedentlərə söykənərək, məhkəmə tərkibi qüvvədə olan məhkəmə aktının icraya yönəlməsindən uzun müddətdən sonra MPM-in 133-cü maddəsini, prosessual müddətin bərpa edilməsinə və bu yolla məhkəmə aktına onun qanuni qüvvəyə minməsindən qeyri-müəyyən vaxt ötdükdən sonra da təkrar baxmaq imkanı qazandıran norma kimi təfsir etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

qərara aldı:

Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından Masallı rayon Boradigah bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar