Məhkəmə qərarları › İş №2(3-9)-598/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-598/2026

20.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-598/2026 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Beyləqan rayonun Tatalılar Bələdiyyəsi və Beyləqan rayonun Eyvazalılar Bələdiyyəsi cəlb edilməklə) qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və torpağın ona təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və torpağın ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona məxsus və mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və həmin torpağın ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən çıxarılması və torpağın ona təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh Cavabdeh JN:*** №li (KOD 60700088) "Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçı İddiaçı mülkiyyətində olan 0.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi iddiaçı İddiaçı qaytarılması qət edilmişdir. Cavabdeh Cavabdeh məhkəməyə prosessual müddətin bərpasına dair ərizə və ona əlavə edilmiş apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-**/**** saylı qərardadı ilə qətnamədən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilərək buraxılmış prosessual müddət bərpa edilmiş, cavabdeh Cavabdeh tərəfindən Beyləqan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışıdr. Beyləqan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** saylı qərardadı ilə Beyləqan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsində yol verilmiş yanlışlıq düzəldilərək, qətnamənin nəticə hissəsində qeyd edilən “İddia qismən təmin edilsin” cümləsinin “İddia təmin edilsin” cümləsi ilə əvəz edilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh həmin qərardaddan şikayət verərək, Beyləqan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə (hakimlər – X3 (sədrlik edən, məruzəçi), X1 və X2 ibarət tərkibdə), şikayət təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və Beyləqan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti ilə bağlı sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi qərara alınmışdır. Bundan sonra mülki iş materialları Beyləqan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün “Təqrir” yazılmaq yolu təsadüfi paylanmaya verilmiş, mülki işə *(*- *)***/**** saylı nömrə verilmişdir. Beyləqan Rayon Məhkəməsindən daxil olmuş ## ### 2026-cı il tarixli məktubdan görünür ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş materiallarının qaytarılması xahiş olunur. Kollegiya qeyd edir ki, Elektron məhkəmə informasiya sisteminə nəzər yetirdikdə görünür ki, işin apellyasiya baxışı üçün qətnamədən verilmiş apellyasiya şikayətinə dair məlumatlar sistemə işlənməmişdir. Belə ki, MPM-in tələblərinə əsasən mülki iş üzrə məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilərkən tərəfin verdiyi apellyasiya şikayətinə münasibət bildirilməli olduğu halda, hazırkı işdə qətnamədən verilən şikayət deyil Beyləqan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-**/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət elektron sistemə əlavə edilmiş və həmin şikayət üzrə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Ona görə də kollegiya hesab edir ki, mülki iş materialları apellyasiya baxışından çıxarılmalı, cavabdeh tərəfindən qətnamədən verilən şikayət, müvafiq dövlət rüsumu barədə məlumatlar EMİS-ə yerləşdirilməli, daha sonra prosessual tələblər yerinə yetirildikdən sonra qətnamədən verilən apellyasiya şikayətinə baxılması üçün mülki iş materialları Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDI: *(*-*)-***/**** saylı iş materialları Beyləqan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə prosessual hərəkətlərin yerinə yetirilməsi üçün baxılması üçün apellyasiya baxışından çıxarılmaqla Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar