Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-604/2026 29.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Cavabdeh Cavabdeh, onun nümayəndəsi nümayəndə1, nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Beyləqan rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı qış otlaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin *6 aprel 2*26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2*26-cı il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; Işin halları: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh qanunsuz istifadə etdiyi Beyləqan rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 16 h saylı qış otlaq sahəsində yerləşən 12 (on iki) hektar torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı başçısının ##.##.2*18-ci il tarixli, *** nömrəli sərəncamı ilə cavabdeh Cavabdeh atası Isayev Mütalib Məhər oğlunun icarəsinə rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı dövlət fondu qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 12 ha torpaq sahəsi ayrılmışdır. Isayev Mütalib Məhər oğlu *8.*3.2*24-cü ildə vəfat etmişdir. *8.*3.2*24-cü tarixidən torpaq üzərində icarə hüququna xitam verildiyi tarixədək sözügedən torpaq sahəsinin vərəsəlik qaydasında sənədləşdirilməsi üçün mərhumun ailə üzvləri tərəfindən İddiaçı heç bir müraciət daxil olmamışdır. Həmin torpaq sahəsinin vərəsəlik qaydasında sənədləşdirilməsi üçün mərhumun oğlu Cavabdeh ##.##.2*25- ci il tarixində və ##.##.2*25-ci il tarixində yazılı surətdə bildiriş göndərilməsinə baxmayaraq varis kimi qanunvericiliklə müəyyən olunmuş qaydada Rayon Icra Hakimiyyətinə müraciət etməmişdir. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş ##.##.2*25-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubda Xidmətin Beyləqan ərazi şöbəsinin əməkdaşları tərəfindən Beyləqan rayonu **h nömrəli qış otlaq sahəsində aparılan monitorinq zamanı Cavabdeh tərəfindən torpaq qanunvericiliyinin tələblərinə zidd olaraq icarədə olan dövlət mülkiyyətindəki 12 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin təqribən 4 ha hissəsində məqsədli təyinatındankənar əkin işlərinin aparılması faktına görə Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2*12ci il # #### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli Icra Hakimiyyətləri haqqında Əsasnamə" nin 3.3.4-cü və 4.16.3-cü bəndləri ilə dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini müvafiq icra hakimiyyətləri həyata keçirdiyindən sözügedən torpaq sahəsinin təyinarı üzrə daha səmərəli istifadə olunması məqsədilə İddiaçı səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsi tövsiyə olunmuşdur. İddiaçı başçısının ##.##.2*25-ci il tarixli, 5- **/*-*-***/**** nömrəli sərəncamı ilə rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 16 h saylı qış otlağından heyvandarlığın inkişafı məqsədilə Laçın rayonu Çıraqlı kənd sakini Isayev Mütalib Məhər oğlunun icarəsinə 15 il müddətinə 12 ha torpaq sahəsinin ayrılması barədə ##.##.2*18-ci il tarixli, *** nömrəli sərəncamı ləğv edildi və bu sərəncama əsasən bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Vətəndaş Cavabdeh torpaq üzərində icarə hüququ olmadığı halda həmin torpaqdan qanunsuz istifadə edir və ona İddiaçı tərəfindən şifahi və yazılı xəbərdarlıqlar edilsədə o, könüllü olaraq torpaq sahəsini boşaltmamışlar. Hazırda dacavabdeh İddiaçı ilə icarə müqaviləsi bağlamamışlar. Icra nümayəndəliyindən alınan arayışda cavabdehin həmin əraizə yaşamadığı göstərilmişdir. Həmçinin cavabdeh 2*24-cü ildən icarə haqqını ödədməmişdir. Odur ki, cavabdeh Cavabdeh qanunsuz istifadə etdiyi Beyləqan rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 16 h saylı qış otlaq sahəsində yerləşən 12 ha torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı vəkalətli nümayəndəsini nümayəndə2 iddia tələbində göstərilənlərə uyğun izahat verdi və iddia əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən cavabdeh Cavabdeh vəkalətli nümayəndəsi nümayəndə1 izahatında göstərdi ki, İddiaçı başçısının ##.##.2*18-ci il tarixli, *** nömrəli sərəncamı ilə məhrum əri Isayev Mütalib Məhər oğlunun icarəsinə rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı dövlət fondu qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 12 ha torpaq sahəsi ayrılmışdır. Əri Mütalib *8.*3.2*24-cü ildə ölmüşdür. Onlar hazırda həmin torpaq sahəsindən istifadə edirlər. Özlərinə məxsus iri və xırdabuynuzlu heyvanları vardır. Həmin heyvanların icarəyə götürdükləri torpaq sahəsində otarmaq istəyirlər. İddiaçı ilə yeni müqavilə bağlamaq istəsələr də, lakin bunu necə etmək lazım olduğunu bilməmişlər. Onun himayəsində qızı və xəstə uşağı vardır. Həmin yerdə mal-qara saxlamaqla dolanışını təmin edir. O, torpaqdan imtina etmir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin *6 aprel 2*26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim: Ramiz Nurullayev) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh qanunsuz istifadə etdiyi Beyləqan rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 16 h saylı qış otlaq sahəsində yerləşən 12 (on iki) hektar torpaq sahəsindən çıxarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Beyləqan Rayon Məhkəməsinin *6 aprel 2*26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı cavabdehin apellyasiya şikayətinə etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin *6 aprel 2*26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh Cavabdeh, onun nümayəndəsi nümayəndə1 və nümayəndəsi-vəkili Vəkil apellyasiya icraatı zamanı eyni məzmundə izahat verərək apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış etmiş, apellyasiya şikayətinin təmin edilməsini Beyləqan Rayon Məhkəməsinin *6 aprel 2 *26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi keçirilən iclasda iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin *6 aprel 2*26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 14*-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 7*6.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 7*6.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 7*6.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. 719.6. Icarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvim ili rübünün sonu üçün qüvvəyə minməklə altı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər. etiraz barəsində bildiriş və məlumat yazılı formada tərtib edilməlidir. Razılıq əldə edilməzsə, qərarı vəsatət əsasında məhkəmə qəbul edir. 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. Icarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. 719.8. Ləğvetməyə dair bildiriş yazılı formada tərtib edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin *6 aprel 2*26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPMnin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan Beyləqan rayonu Icra hakimiyyəti başçısının *** saylı ## ######## 2*18ci il tarixli Isayev Mütalib Məhər oğlunun uzunmüddətli icarəsinə Dövlət Fondu qış otlağından torpaq sahəsi ayrılması barədə sərəncamından görünür ki, Isayev Mütalib Məhər oğlu rayon Icra hakimiyyətinə ##.##.2*17-ci il tarixdə heyvandarlığın inkişafı üçün icarəsinə 12 (on iki) hektar 14 h saylı Dövlət Fondu qış otlağından torpaq sahəsi ayrılması barədə F-*-*** nömrəli müraciəti nəzərə alınmış, Isayev Mütalib Məhər oğlunun icarəsinə Beyləqan rayonu inzibati ərazisində yerləşən 14 h saylı Dövlət Fondu qış otlağından heyvandarlığın inkişafı üçün uzun müddətə 15 (on beş) ilədək 12 (on iki) hektar torpaq sahəsi ayrılmışdır. Işdə olan torpaq sahəsinin icarəyə verilməsi haqqında ## ######## 2*18-ci il tarixli ** nömrəli müqavilədən görünür ki, İddiaçı başçısının ##.##.2*18-ci il tarixli, *** nömrəli sərəncamı ilə Isayev Mütalib Məhər oğlunun icarəsinə rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı dövlət fondu qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 12 ha torpaq sahəsi ayrılmışdır. Işdə olan İddiaçı ## ###### 2*25-ci il tarixli *-**/*-*-***/**** saylı İddiaçı başçısının ## ######## 2*18-ci il tarixli *** nömrəli Sərəncamının ləğv edilməsi və bu Sərəncama əsasən bağlanılmış icarə müqaviləsinə xitam verilməsi barədə sərəncamından görünür ki, Laçın rayonu Çıraqlı kənd sakini Isayev Mütalib Məhər oğlunun icarəsinə İddiaçı başçısının ## ######## 2*18-ci il tarixli *** nömrəli Sərəncamı ilə rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı **h saylı qış otlağından heyvandarlığın inkişafı məqsədilə 15 (on beş) il müddətinə icarəsinə 12.* (on iki) hektar torpaq sahəsi ayrılmışdır. Vətəndaş Isayev Mütalib Məhər oğlu *8 mart 2*24-cü ildə vəfat etmişdir. *8 mart 2*24-cü il tarixdən ## ###### 2*25-ci il tarixədək sözügedən torpaq sahəsinin vərəsəlik qaydasında sənədləşdirilməsi üçün İddiaçı mərhumun ailə üzvləri tərəfindən heç bir müraciət daxil olmamışdır. Həmin torpaq sahəsinin vərəsəlik qaydasında sənədələşdirilməsi üçün mərhumun oğlu Cavabdeh ## ####### 2*25-ci il tarixində və ## ####### 2*25-ci il tarixində 2 (iki) dəfə yazılı surətdə bildiriş göndərilməsinə baxmayaraq qanunvericiliklə müəyyən olunmuş varisi tərəfindən Rayon Icra Hakimiyyətinə müraciət edilməmişdir. Rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı **h saylı qış otlağından heyvandarlığın inkişafı məqsədilə Laçın rayonu Çıraqlı kənd sakini Isayev Mütalib Məhər oğlunun icarəsinə 15 (on beş) il müddətinə 12.* (on iki) hektar torpaq sahəsinin ayrılması barədə Rayon Icra hakimiyyəti başçısının ## ######## 2*18-ci il tarixli *** nömrəli Sərəncamı ləğv edilmiş və bu Sərəncama əsasən Rayon Icra hakimiyyəti ilə bağlanılmış icarə müqaviləsinə xitam verilmişdir. Işdə olan arayışdan görünür ki, Isayev Mütalib Məhər oğlu “*8” mart 2*24-cü ildə Abşeron rayonu Masazır qəsəbəsində vəfat etmişdir. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti * saylı Ərazi Vergilər Baş Idarəsinin ## ####### 2*25-ci il *-**-*-*/*-******/**** saylı məlumatından görünür ki, Isayev Mütalib Məhər oğlunun (VÖEN **********) vergi orqanında qeydiyyatı *2 sentyabr 2*24-cü il tarixdə ləğv edilmişdir. Işdə olan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-in İddiaçı ünvanladığı *-**-*/*-*****/**** saylı ## ######## 2*25 -ci il tarixli məlumatından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2***-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra-Xidmət) Beyləqan ərazi şöbəsinin əməkdaşları tərəfindən Beyləqan rayonu, **h nömrəli qış otlaq sahəsində növbəti monitorinq keçirilmişdir. Monitorinq zamanı Cavabdeh tərəfindən torpaq qanunvericiliyinin tələblərinə zidd olaraq icarədə olan dövlət mülkiyyətindəki 12,* hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin təqribən 4,* hektar hissəsində məqsədli təyinatdankənar əkin işlərinin aparılması faktları aşkar edilmiş, yol verilmiş inzibati xətaya görə vətəndaş Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Işdə olan Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti ilə bağlı keçirilmiş monitorinqin nəticəsi barədə## ######## 2*25-ci il tarixli, ## ######## 2*25-ci il tarixli aktlardan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2***-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında” Əsasnamənin və Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin tələblərini rəhbər tutaraq biz aşağıda imza edənlər Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin əməkdaşları, baş məsləhətçi vəzifəsində işləyən X4, aparıcı məsləhətçi vəzifəsində işləyən X1 və məsləhətçi-müfəttiş vəzifəsində işləyən X2 iştirakı ilə bu aktı tərtib edirik ondan ötrü ki, Beyləqan rayonu ərazisində monitorinq aparılan zaman Beyləqan rayon, **h saylı qış otlağının ərazisində (38S X-75*72*; Y-******* saylı koordinatlarda) NECAS baza məlumatlarına əsasən dövlət mülkiyyətində olan, kənd təsərrüfatı təyinatlı, örüş uqodiyalı təxminən 4.* ha torpaq sahəsində əkin işlərinin aparılması faktı aşkar edilmişdir. Araşdırma zamanı, əkin işlərinin Beyləqan rayon, Imamverdilər kənd sakini Cavabdeh tərəfindən İddiaçı ##.##.2*18-cü il tarixli, *** nömrəli Sərəncamına əsasən heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə mərhum atası Isayev Mütalib Məhər oğlunun icarəsinə ayrılmış 12 ha torpaq sahəsinin bir hissəsində aparıldığı məlum olmuşdur. Aşkar edilmiş qanun pozuntusu faktı ilə əlaqədar olaraq torpaq qanunvericiliyinin tələbləri Cavabdeh izah olunmuş və barəsində Inzibati Xətalar Məcəlləsinin 247.2-cı maddəsinin tələblərinə uyğun olaraq Inzibati xəta haqqında ##.## 2*25-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmişdir. Aşkar edilmiş fakt Inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərinə uyğun gəlir. Işdə olan Beyləqan rayon IHB-nin Cavabdeh ünvanladığı məktubdan ## ####### 2*25-ci il tarixli *-**/*-İ-**-**/**** saylı, ## ####### 2*25-ci il tarixli *-**/*-İ-**-**/**** saylı məktublardan görünür ki, ##.##.2*25-ci il tarixdə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin əməkdaşları tərəfindən Beyləqan rayonu, **h nömrəli qış otlaq sahəsində növbəti monitorinq keçirilmişdir. Monitorinq zamanı Rayon Icra Hakimiyyəti başçısının ##.##.2*18-c il tarixli *** nömrəli Sərəncamı ilə dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı qış otlağından heyvandarlığın inkişafı məqsədilə mərhum atası Isayev Mütalib Məhər oğlunun icarəsinə ayrılmış 12.* (on iki) hektar torpaq sahəsində məqsədli təyinatdankənar əkin işlərinin aparılması halı aşkar edilmişdir. Xidmət tərəfindən Rayon Icra Hakimiyyətinə məktub ünvanlanaraq sözügedən faktla bağlı səlahiyyətləri çərçivəsində müvafiq tədbirlərin görülməsi bildirilmişdir. Atası Mütalib Isayev *8.*3.2*24-cü il tarixdə vəfat etməsinə baxmayaraq bugünkü tarixədək qanunla müəyyən edilmiş vərəsəlik hüququ qaydasında torpaq sahəsinin varisinin adına sənədləşdirilməsi ilə bağlı İddiaçı rəsmi müraciəti daxil olmamışdır. Hal-hazırda həmin torpaq sahəsi üzərində icarə hüququ olmadan istifadə olunur. Azərbaycan Respublikası ‘Torpaq Məcəlləsinin, “Torpaq icarəsi haqqında” Qanununun tələblərinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”na və eləcə də Rayon Icra Hakimiyyəti ilə icarəçi arasında bağlanılmış ikitərəfli icarə müqaviləsinin şərtlərinə əməl edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, qanunla müəyyən edilmiş vərəsəlik hüququ qaydasında sözügedən torpaq sahəsinin varisinin adına sənədləşdirilməsi ilə bağlı 1* gün müddətində Rayon Icra Hakimiyyətinə müraciət daxil olmadığı təqdirdə Azərbaycan Respublikası “Torpaq Məcəlləsi” nin 73- cü maddəsinin müvafiq abzasları əsas götürülərək dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı qış otlaqlarından 12,* ha torpaq sahəsinin mərhum atası Isayev Mütalib Məhər oğlunun icarəsinə ayrılması barədə İddiaçı başçısının ##.##.2*18 - ci il tarixli *** nömrəli Sərəncamına xitam veriləcəkdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia irəli sürərək, cavabdehin əvvəllər onların icarəsinə verilmiş, hazırda isə icarə münasibətlərinə xitam verilmiş və iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını tələb edir. Iddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 152.1,152.5 və 157.2-ci maddələri və Torpaq məcəlləsinin 84, 111-ci maddələri təşkil edir. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı qış otlaq sahəsi olmaqla İddiaçı mülkiyyətindədir. Göründüyü kimi Icra Hakimiyyəti cavabdehin çıxarılmasının tələb edildiyi torpaq sahəsinin mülkiyyətçisi olmaqla onun həmin torpaq sahəsinə münasibətdə mülkiyyət hüququnun müdafiə olunmasını tələb edir. Iddiaçıların subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadəsinin qanununi yaxud qanunsuz olmasının müəyyən edilməsindən ibarətdir. Iddiaçının iddia tələbindən müəyyən edilir ki, İddiaçı başçısının ##.##.2*18-ci il tarixli, *** nömrəli sərəncamı ilə cavabdeh Cavabdeh atası Isayev Mütalib Məhər oğlunun icarəsinə rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı dövlət fondu qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 12 ha torpaq sahəsi ayrılmışdır. Isayev Mütalib Məhər oğlu *8.*3.2*24-cü ildə vəfat etmişdir. *8.*3.2*24-cü tarixidən torpaq üzərində icarə hüququna xitam verildiyi tarixədək sözügedən torpaq sahəsinin vərəsəlik qaydasında sənədləşdirilməsi üçün mərhumun ailə üzvləri tərəfindən İddiaçı heç bir müraciət daxil olmamışdır. Həmin torpaq sahəsinin vərəsəlik qaydasında sənədləşdirilməsi üçün mərhumun oğlu Cavabdeh ##.##.2*25-ci il tarixində və ##.##.2*25-ci il tarixində yazılı surətdə bildiriş göndərilməsinə baxmayaraq varis kimi qanunvericiliklə müəyyən olunmuş qaydada Rayon Icra Hakimiyyətinə müraciət etməmişdir. Qış otlaq sahəsində aparılan monitorinq zamanı Cavabdeh tərəfindən torpaq qanunvericiliyinin tələblərinə zidd olaraq icarədə olan dövlət mülkiyyətindəki 12 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin təqribən 4 ha hissəsində məqsədli təyinatındankənar əkin işlərinin aparılması faktına görə Cavabdeh Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. İddiaçı başçısının ##.##.2*25-ci il tarixli, 5- **/*-*-***/**** nömrəli sərəncamı ilə rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 16 h saylı qış otlağından heyvandarlığın inkişafı məqsədilə Laçın rayonu Çıraqlı kənd sakini Isayev Mütalib Məhər oğlunun icarəsinə 15 il müddətinə 12 ha torpaq sahəsinin ayrılması barədə ##.##.2*18-ci il tarixli, *** nömrəli sərəncamı ləğv edilmiş və bu sərəncama əsasən bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Hazırda vətəndaş Cavabdeh torpaq üzərində icarə hüququ olmadığı halda həmin torpaqdan qanunsuz istifadə edir və ona İddiaçı tərəfindən şifahi və yazılı xəbərdarlıqlar edilsə də o, könüllü olaraq torpaq sahəsini boşaltmamışdır. Hazırda da cavabdeh İddiaçı ilə icarə müqaviləsi bağlamamışlar. Icra nümayəndəliyindən alınan arayışda cavabdehin həmin ərazidə yaşamadığı göstərilmişdir. Həmçinin cavabdeh 2*24-cü ildən icarə haqqını ödədməmişdir. Odur ki, cavabdeh Cavabdeh qanunsuz istifadə etdiyi Beyləqan rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 16 h saylı qış otlaq sahəsində yerləşən 12 ha torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, İddiaçı başçısının ##.##.2*18-ci il tarixli, *** nömrəli sərəncamı ilə məhrum Isayev Mütalib Məhər oğlunun icarəsinə rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı dövlət fondu qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 12 ha torpaq sahəsi ayrılmışdır. Mütalib *8.*3.2*24-cü ildə ölmüşdür. Onlar hazırda həmin torpaq sahəsindən istifadə edirlər. Özlərinə məxsus iri və xırdabuynuzlu heyvanları vardır. Həmin heyvanların icarəyə götürdükləri torpaq sahəsində otarmaq istəyirlər. İddiaçı ilə yeni müqavilə bağlamaq istəsələr də, lakin bunu necə etmək lazım olduğunu bilməmişlər. Onun himayəsində qızı və xəstə uşağı vardır. Həmin yerdə mal-qara saxlamaqla dolanışını təmin edir. O, torpaqdan imtina etmir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Kollegiya qeyd edir ki, iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməklə cavabdehin onun torpaq sahəsindən çıxarılması və yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək hüququ üçün əsaslar da yaranmışdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Kollegiya qeyd edir ki, əşyanın geri qaytarılması və ya pozuntuya son qoyulması barədə iddialar aşağıdakı növlərdə ola bilər: a) hüquq haqqında mübahisələr – vindikasiya iddiası (MM, m.157.2), neqator iddia (MM, m.157.4) və sair; b) sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddialar – geriqaytarma tələbi (MM, m.164.2) və pozuntuya son qoyulması tələbi (MM, m. 165.1). Bu iddia növləri mahiyyəti və təyinatı etibarilə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Hüquq haqqında mübahisələrdə iddiaçı mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını - mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Bu səbəbdən vindikasiya iddiasını irəli sürən şəxs MM-in 157.2-ci maddəsinə əsasən ilk növbədə özünün mülkiyyətçi olduğunu, yaxud MM-in 288.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanı özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edən girov saxlayan özünün girov hüququnu sübut etməlidir. Əks halda həmin normalara söykənən tələblər təmin edilə bilməz. Işin hallarından müəyyən olunur ki, İddiaçı başçısının ##.##.2*18-ci il tarixli, *** nömrəli sərəncamı ilə cavabdeh Cavabdeh atası Isayev Mütalib Məhər oğlunun icarəsinə rayonun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı dövlət fondu qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 (on beş) il müddətinə 12 (on iki) hektar torpaq sahəsi ayrılmışdır. Vətəndaş Isayev Mütalib Məhər oğlu *8.*3.2*24-cü ildə vəfat etmişdir. *8.*3.2*24-cü tarixdən torpaq üzərində icarə hüququna xitam verildiyi tarixədək sözügedən torpaq sahəsinin vərəsəlik qaydasında sənədləşdirilməsi üçün mərhumun ailə üzvləri tərəfindən İddiaçı heç bir müraciət daxil olmamış, bundan sonra həmin torpaq sahəsinin vərəsəlik qaydasında sənədləşdirilməsi üçün mərhumun oğlu Cavabdeh ##.##.2*25-ci il tarixində və ##.##.2*25-ci il tarixində 2(iki) dəfə yazılı surətdə bildiriş göndərilməsinə baxmayaraq varis kimi qanunvericiliklə müəyyən olunmuş qaydada Rayon Icra Hakimiyyətinə müraciət edilmədiyindən, bundan başq torpaq qanunvericilyinin tələblərinə zidd olaraq icarədə olan dövlət mülkiyyətindəki 12.* hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin təqribən 4,* hektar hissəsində məqsədli təyinatdankənar əkin işlərinin aparıldığına görə İddiaçı ## ###### 2*25-ci il tarixli *-**/*-*-***/**** saylı Sərəncamı ilə İddiaçı başçısının ## ######## 2*18-ci il tarixli *** nömrəli Sərəncamı ləğv edilmiş və bu Sərəncama əsasən bağlanılmış icarə müqaviləsinə xitam verilmişdir. Kollegiya qeyd edir ki, cavabdehlərinin mübahisəli torpaq sahəsindən istifadənin qanuni əsasını ## ######## 2*18-ci il tarixli *** nömrəli Sərəncam təşkil etmişdir. Şəxsin torpaq sahəsindən istifadə hüququ yerli icra hakimiyyətinin 2*18-ci il tarixli sərəncamı əsasında yarandıqda, həmin sərəncam qüvvədə olduğu müddətdə hüquqi nəticələr doğurur və şəxs torpaq sahəsinin qanuni istifadəçisi hesab edilir. Inzibati akt hüquqi qüvvədə olduğu müddətdə onun əsasında yaranmış hüquq münasibətləri dövlət tərəfindən qorunur və həmin hüquqlardan istifadə qanunsuz hesab edilə bilməz. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, istifadəsinə xitam verilməsi nəzərdə tutulan sahələr başqa-başqa ünvanlardır. Belə ki, Sərəncamlarda 14h və **h nömrəli torpaq sahələrindən söhbət gedir. Torpaq sahəsinin ayrılması ilə bağlı Sərəncam Beyləqan rayonu Dövlət mülkiyyətinə aid **h saylı torpaq sahəsi olduğu halda, istifadə hüquqlarına xitamla bağlı Beyləqan Rayonu Icra Hakimiyyəti Başçısının ##.##.2*25-ci il tarixli, *-**/*-*-***/**** nömrəli Sərəncamı **h saylı ərazini nəzərdə tutur. Digər tərəfdən cavabdeh qeyd edir ki Beyləqan Rayonu Icra Hakimiyyəti Başçısının Imamverdilər Icra nümayəndəliyindən alınan arayışda Cavabdeh həmin ərazidə yaşamadığı göstərilmişdir. Lakin cavabdeh uzun illərdir həmin ərazidə yaşayır və ##.##.2*26-cı ildə Beyləqan Rayonu Icra Hakimiyyəti Başçısının Imamverdilər Icra nümayəndəliyi tərəfindən verilmiş **-** saylı arayışlarda müvafiq olaraq həmin ərazidə yaşamağı və təsərrüfatla məşğul olmağı öz təsdiqini tapmışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini hüquqi əhəmiyyət daşımayan dəlillər kimi qəbul etməklə qeyd edir ki, hazırkı məhkəmə baxışının predmeti Sərəncamın qanuniliyi deyil, mülkiyyət hüququnun müdafiəsi ilə bağlı dəlillərin araşdırılmasıdır. Başqa sözlə cavabdehin apellyasiya şikayətinin bu dəlili işin həlli üçün əhəməiyyət kəsb etməyən hüquqi baxışları kimi qəbul edilməlidir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətində verilmiş iddia tələbinə etirazının heç bir əhəmiyyəti yoxdur. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 8*-ci maddəsinin tələblərini pozmuş olardı. Yuxarı da qeyd edildiyi kimi, ## ###### 2*25-ci il tarixli Sərəncamla cavabdehlə olan icarə münasibətlərinə xitam verildiyindən hazırkı məhkəmə baxışında cavabdehin torpaq sahəsindən istifadəsinin qanuni əsaslara söykənib-söykənmədiyinin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Sərəncamda hansı ölçüdə torpaq sahəsinin nəzərdə tutulması və ya cavabdehin hazırda həmin ərazidə yaşayıbyaşamaması məhkəmə baxışının predmeti olmamaqla iddianın mahiyyətinə təsir edən hal deyildir. İddiaçı ## ###### 2*25-ci il tarixli *-**/*-*-***/**** saylı sərəncamı ilə İddiaçı başçısının ## ######## 2*18-ci il tarixli *** nömrəli Sərəncamını ləğv etmiş, həmçinin bağlanılmış icarə müqaviləsinə xitam verməklə, cavabdehin torpaq sahəsindən istifadə üçün hüquqi əsaslar aradan qalxmışdır. Göründüyü kimi iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddiasının əsasını torpaq sahəsindən çıxarılma (boşaldılma) təşkil etmiş, bu isə hüquqi baxımdan əmlak hüququnun müdafiəsi üsulu hesab olunur. Düzdür bu münasibət müqavilə münasibətindən yaransa da, sonradan müqavilə münasibətinə son qoyulmuş və hazırda məhkəmədə qaldırılan iddia faktiki istifadə hüququnun dayandırılması ilə bağlı olmuşdur. Cavabdeh tərəfindən ötən müddət ərzində İddiaçı Başçısının ## ###### 2*25-ci il tarixli *-**/*-*-***/**** saylı sərəncamı mübahisələndirilməmiş, əksinə cavabdeh birinci instansiya məhkəməsində məhkəmə bildirişini aldıqdan sonra məhkəməyə ərizə göndərərək icarə müqaviləsinə xatam verilməsinin nəzərə alınmasını, torpaqdan istifadə etmək istəmədiyini bəyan etmişdir. Məhz bu səbəbdən də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki mübahisə cavabdehin torpaq sahəsi üzərində müqavilə münasibətinə son qoyulmasından sonra torpaq sahəsindən çıxarılma ilə bağlı olduğundan cavabdehin torpaq sahəsindən çıxarılması tələbi üzrə araşdırma aparmış və iddia tələbini əsaslı hesab edərək təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddia təmin edilməli, cavabdeh Cavabdeh qanunsuz istifadə etdiyi Beyləqan rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 16 h saylı qış otlaq sahəsində yerləşən 12 (on iki) hektar torpaq sahəsindən çıxarılmalıdır” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin *6 aprel 2*26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 1*7 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.*.1, 385.2, 393 və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin *6 aprel 2*26-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-604/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-604/2026
29.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver