Məhkəmə qərarları › İş №2(3-9)-622/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-622/2026

16.06.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-622/2026 16.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X4 və X8 ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün və ailə üzvlərinin mülkiyyətində olan 1,2605 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdır ki, Ağcabədi rayon AİK-nın qərarı ilə ona və ailəsinə Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,2605 ha torpaq sahəsi verilmişdir. Torpağa dair daşınmaz əmlakın reyestr nömrəsi 608013072940, qeydiyyat nömrəsi ********** nömrəli, ##.##.2023-cü il tarixli Çıxarış almışdır. Hazırda torpaq sahəsini özləri əkib-becərmək istəyirlər. Lakin cavabdeh Cavabdeh onlara məxsus torpaq sahəsindən sərbəst istifadə etməsinə maneə olur. Torpaq sahəsinin onların mülkiyyətində olmasına baxmayaraq cavabdeh özbaşınalıq edərək torpaq sahəsindən çıxmır və həmin torpaq sahəsini əkib-becərməyə imkan vermir. Cavabdehdən hərəkətlərinə son qoymasını tələb etsə də bu mümkün olmamışdır. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin (hakim E.Quliyev) ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi 608013072940, qeydiyyat nömrəsi 1723020584) Çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Qiyaməddinli ərazi vahidinin ərazisində yerləşən 1,2605 ha torpaq sahəsindən çıxarılması, aparılmış tədqiqatın dəyərini təşkil edən 100 manat məbləğində ekspertiza (mütəxəssis) xərci və dövlət rüsumuna görə ödənilmiş 100 manatın cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini əsaslandırarkən göstərmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Şikayətə görə birinci instansiya məhkəməsi cavabdehin sübutlarını araşdırmadan sübutlara əsaslanmayaraq maddi hüquq normasını pozmuşdur. Məhkəmə işin düzgün həlli üçün işdə iştirak edən şəxslərin izahatlarına düzgün qiymət verməmişdir. Bununla da prosessual hüquq norması pozulmuşdur. Cavabdeh qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə qəti surətdə razı deyil və hesab edir ki, həmin qətnamə iş üzrə faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılmaması, sübutlara düzgün hüquqi qiymət verilməməsi və maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, belə ki, məhkəmə tərəfindən iddiaçı İddiaçı təqdim etdiyi sənədlərə və izahatlara üstünlük verilmiş, lakin onun tərəfindən təqdim olunmuş izahatlar, etirazlar və iş üçün mühüm əhəmiyyət kəsb edən hallar kifayət qədər araşdırılmamış və qiymətləndirilməmişdir, nəticə etibarilə məhkəmə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Bundan əlavə, məhkəmə tərəfindən istinad edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi təkbaşına mübahisənin bütün hallarını müəyyən etmək üçün kifayət etmədiyi halda, həmin sənədə həlledici sübut kimi yanaşılmışdır, halbuki iş üzrə digər sübutlar, o cümlədən onun təqdim etdiyi izahatlar və faktiki istifadə vəziyyəti ilə bağlı hallar kompleks şəkildə qiymətləndirilməli idi, lakin bu baş verməmişdir və nəticədə iş üzrə obyektiv həqiqət müəyyən edilməmişdir. Eyni zamanda, iş üzrə aparılmış ekspertiza və ya mütəxəssis rəyinə də məhkəmə tərəfindən birtərəfli qaydada qiymət verilmişdir Prosessual məsələlər Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Ağcabədi rayonu, Qiyaməddinli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,2605 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin- X1 və X2 ümumi birgə mülkiyyətindədir. İddiaçının və ailə üzvlərinin mülkiyyət hüququ Daşınmaz əmlakın reyestr nömrəsi 608013072940, qeydiyyat nömrəsi 1723020584 olmaqla ##.##.2023-cü il tarixdə qeydə alınmışdır. Hazırki tələbində İddiaçı mülkiyyətində olan Ağcabədi rayonu, Qiyaməddinli kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 1,2605 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılmasını tələb etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin II hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddianın təmin edilməsi üçün mübahisə edilən torpaq sahəsi iddiaçının mülkiyyətində olmalı, həmin torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində olmalı, cavabdeh torpaq sahəsini verməkdən imtina etməlidirlər. Kollegiya qeyd edir ki, iddianın təmin edilməsi üçün lazımi şərtlər ödənilir. İş üzrə tərəflərə məxsus torpaq sahələrinin sərhədlərini və koordinatlarını müəyyən etmək və iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyən etmək üçün, Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı üzrə tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi 608013072940, qeydiyyat nömrəsi 1723020584) Çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Qiyaməddinli ərazi vahidinin ərazisində yerləşən 1,2605 ha torpaq sahəsinin mövcud baza məlumatlarının əks olunduğu X6 Uçotu İnformasiya Sistemində (TEKUİS) qeyd olunan koordinatlara uyğun olaraq sərhədləri müəyyən edilmişdir. AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi 608013058008, qeydiyyat nömrəsi 1723020940) Çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Qiyaməddinli ərazi vahidinin ərazisində yerləşən 1,8167 ha torpaq sahəsinin mövcud baza məlumatlarının əks olunduğu X6 Uçotu İnformasiya Sistemində (TEKUİS) qeyd olunan koordinatlara uyğun olaraq sərhədləri müəyyən edilmişdir. AR ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi 608013072940, qeydiyyat nömrəsi 1723020584) Çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Qiyaməddinli ərazi vahidinin ərazisində yerləşən 1,2605 ha torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş (reyestr nömrəsi 608013058008, qeydiyyat nömrəsi 1723020940) Çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1,8167 ha torpaq sahəsi ilə üst-üstə düşmür. X6 Uçotu İnformasiya Sistemində (TEKUİS) Ağcabədi rayonu, Qiyaməddinli ərazi vahidinin ərazisində yerləşən İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1,2605 ha torpaq sahəsi Cavabdeh və ailə üzvləri tərəfindən istifadə olunur. Kollegiya mütəxəssis rəyində əksini tapmış məlumatları yazılı sübut olaraq qəbul edir. Təqdim edilmiş sübutlarla, o cümlədən mütəxəssis rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğu müəyyən edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Cavabdeh apellyasiya şikayətində konkret arqument göstərməmişdir. Cavabdeh apellyasiya şikayətində izahatın, etirazların və iş üçün mühüm əhəmiyyət kəsb edən halların kifayət qədər araşdırılmadığını və qiymətləndirilmədiyini qeyd etsə də konkret olaraq hansı izahatın, işin hansı hallarının nəzərə alınmadığını bildirməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya qarşı yazılı və ya şifahi etirazını bildirməmiş, apellyasiya baxışında da konkret dəlil irəli sürməmiş, bununla yanaşı, məhkəmə aktını bütövlükdə mübahisələndirmişdir. Lakin hansı əsasla qətnamənin ləğv edilməli olmasını, habelə məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları göstərməmişdir. Kollegiya hesab edir ki, qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas yoxdur. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar