Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-627/2026 06.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Kosakül kəndində yerləşən mülkiyyətində olan 0.303 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə texniki pasport və çıxarış verilməsi üçün ölçmə işlərinin aparılmasına törədilən maneələrin cavabdeh Cavabdeh qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1971-ci il tarixdə Masallı rayonu, Kosakül kəndində anadan olmuş və hazırda da həmin kənddə qeydiyyatdadır. Masallı rayonu, Kosakül kəndində ona məxsus 0.303 hektar yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evi vardır. Torpaq sahəsi ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış və hazırda mülkiyyətindədir. Cavabdeh hazırda onun evində yaşayır, lakin evin texniki pasport və çıxarışının verilməsi üçün reyestr xidmətinin əməkdaşlarının ölçmə işiərini aparmasına maneələr törədir. Buna görə də Kadastr və Reyestr Xidmətinin * saylı Cəlilabad Ərazi Idarəsinin əməkdaşları ölçmə işlərini icra edə bilmirlər və nəticədə çıxarış verilməsindən imtina olunmuşdur. Cavabdehə qanunsuz hərəkətlərini dayandırması barədə dəfələrlə müraciət etmiş, lakin nəticəsi olmamış və maneələri aradan qaldırmamışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətindən məhrum olunmuş və mülkiyyətini reyestrdə qeydə aldıra bilmir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı İddiaçı ona qarşı məhkəmədə fərdi yaşayış evinə çıxarış və texniki pasport almaq üçün ölçmə işlərinin aparılmasına maneələrin qadağan olunması tələbi barədə iddia qaldırmışdır. Iddia tələbini qəbul etmir. Iddia tələbi əsassız və rədd edilməlidir. Iddiaçı tərəfindən iddia ərizəsində yazılmış bütün fikirlər uydurmadır və heç bir əsası yoxdur. Mübahisəli evə o, 2004-cü ildə X7 ilə faktiki nikaha daxil olaraq həmin evə gəlin köçmüşdür. Sonradan münasibətləri pozulduğundan ayrılmışlar. O, Masallı Rayon Məhkəməsinin (hakim: N.Musayev) *(***)-****/**** saylı, ## ###### 2016- cı il tarixli qətnaməsi ilə övladları ilə birlikdə gəlin köçdüyü evə köçrülmüşdür. Həmin qətnamədən cavabdeh Ali Məhkəməyə qədər şikayət etsədə heç bir nəticəsi olmamış və sonda o, evə köçürülmüşdür. Hal-hazırda da o, övladları ilə birlikdə həmin evdə yaşayır. Mübahisəli evdə qeydiyyatdadır, evin bütün komunal xərclərini o, ödəyir. Iddiaçı İddiaçı onun qaynı olmuş, onun təsərrüfatı ayrı olmuşdur. Iddiaçının bu evə heç bir aidiyyatı olmamışdır. Hansı yollarlasa torpaq sahəsinə çıxarış almış, hazırda isə mübahisəli evə çıxarış almaq istəyir. Mübahisəli evdə o, artıq 20 ildən çoxdur ki, yaşayır. Yaşamağa başqa evi yoxdur, verilmiş çıxarış qanunsuzdur və o, həmin çıxarışı Şirvan Inzibati Məhkəməsində artıq mübahisələndirmişdir. Hesab edir ki, hazırki mülki işin icraatı dayandırılmalıdır. Cavabdeh Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, o, X2 2004-cü ildə X7 ilə ailə həyatı qurmuşdur. Səkinə Təhməzova 2006-cı ildə, Aynur Təhməzova 2008-ci ildə Rusiyanın NijniyNovqorod şəhərində anadan olmuşlar. 2012-ci ildə Təhməz onu Azərbaycana yola salmış, atası Zaidxan onu təzədən evləndirmişdir. Masallı Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli, 2(050)-4513/2016 qətnaməsi gəlin köçdüyü və bir neçə vaxt yaşadığı evə 2 qızı ilə yaşamaq hüququ verilmişdir. Masallı Şəhər inzibati ərazi dairəsi üzrə *** saylı arayışla ev təsərrüfatının uçotu kitabında onun adına **** saylı şəxsi təsərrüfatı vardır. X4 ona çatası mülk payını qardaşı Təhməzə vermiş, Təhməz də etibarnamə ilə 0,303 ha torpaq sahəsi tərkibində olan evi qardaşları T.Mehmanın adına köçürsünlər. Faktiki həyətyanı sahəsidir. Mehmanın ayrıca təsərrüfatı var, ayrıca evi və 6 sot həyətyanı sahəsi var. Bu təsərrüfatdan çıxmış, heç bir əlaqəsi yoxdur. T.X5-Novqorod şəhərində yaşayır, evi əmlakı var. Hələ o, orada olanda 3-4 mağazası var idi. Bu oyunlar ona görədir ki, onun və 2 qız uşağını evdən çıxarıb küçəyə atsınlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı rayon Icra və probasiya şöbə rəisi R cənab Şölət Şahverdiyevin verdiyi rəsmi arayışa əsasən T.Təhməzov 5700 manat aliment ödəməlidir. O, həm də Azərbaycan vətəndaşıdır, cinayət məcəlləsinə cəlb olunmalıdır. Bundan əlavə borclu barəsində ##.##.2024-cü il tarixdə T.Təhməzov Beynəlxalq axtarışa qərar verilmişdir. X3 Təhməz qızı Bakı Avrasiya Universitetinin İ kurs tələbəsidir. Ikinci qızı Aynur 9-cu sinifdə oxuyur. Onun hazırlaşması üçün otaq şəraiti yoxdur. 3 bağlı otaqdan birini verilməsini xahiş edir. Həyət 0.303 ha, ev ilə birlikdə qalan torpaq sahəsi zəbt torpağıdır və bələdiyyə mülkiyyətinə daxildir. Bunun sotuqunu Təhməz iddia edə bilər. Onun və qızlarının bu torpaqda vərəsəlik hüquqları var. Qızlarına da bu torpaqdan pay ayrılmasını xahiş edir. Qızlarına ayrılan aliment pulun artırılmasına köməklik göstərilməsini xahiş edir. ## ###### 2024- cü il T.Mehman və qardaşı T.Hüseyn sahə müvəkkili Ramil Mirzəyev, əmlak komitəsi əməkdaşı Rufullayev Rahid evinin qapısını açmağı ondan tələb etdilər. O, sahə müvəkkili Ramil Mirzəyevdən rəsmi sənəd istəmiş, Mehman üstünə hücum edib onu vurmaq istədi. Ramil ona mane oldu. Sahə müvəkkili heç bir sənəd olmadığı üçün təqdim etmədi. Sahə müvəkkili Ramil Mirzəyev ondan izahat alarkən bunu izahatına yazmağına mane oldu. Bu hadisələr dəfələrlə təkrar olunmasına baxmayaraq faktlar və hüququ əsas olduğu halda polis əməkdaşları tərəfindən Mehmana qarşı heç bir ciddi tədbir görülməyib və onu dayandırmaq cəhdi olmayıb. Təhməzin qardaşı Hüseynin onun evinə və üstünə dəstə ilə gəlməyi heç bir hüququ əsası yoxdur. Çünki o Bakıda qeydiyyatdadır. Onun qızlarının vərəsəlik hüququndan və onun orada yaşamağına Təhməz, qardaşları Hüseyn və Mehman qadağan edə bilməz, çünki Masallı Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2017-ci il tarixli, 2(106)- ****/**** saylı qətnaməsi və Ali Məhkəmənin Mülki kollegiyasının ## ####### 2017-ci il tarixdə çıxarılan qərarları təsdiq olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı (Hakim: Zeynal Zeynalov) qətnaməsi ilə, iddianın təmin edilməsi, ##.##.2023-cü il tarixli, 2323017212 qeydiyyat, ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan Masallı rayonu, Kosakül kəndində yerləşən 0.303 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evinə texniki pasport və çıxarış verilməsi üçün ölçmə işlərinin aparılmasına törədilən maneələrin cavabdeh Cavabdeh qadağan edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd olunmasına barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçı bu barədə hər hansı məlumat verməmiş, cavabdeh isə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPMnin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Iş materialına əlavə edilmiş ##.##.2023-cü il tarixli, 2323017212 qeydiyyat, ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Kosakül kəndində yerləşən 0.303 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Iş materialına əlavə edilmiş “xxxx” publik hüquqi şəxsin * saylı Cəlilabad Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli, *-**-*-**/*-****/**** saylı məktubundan görünür ki, İddiaçı ## ###### 2023-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Masallı regional “ASAN Xidmət” Mərkəzinə Masallı rayonu, Kosakül kəndində yerləşən fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport almaq üçün müraciət etmişdir. * saylı Cəlilabad Ərazi Idarəsinin mütəxəssisləri tərəfindən aparılan müayinə baxış zamanı məlum olmuşdur ki, sözü gedən fərdi yaşayış evi üzərində mübahisə mövcuddur. Çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilərək təqdim edilmiş sənədlər qaytarılmışdır. Iş materialına əlavə edilmiş Masallı RIHB-nın Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## ##### 2024-cü il tarixli, *** saylı arayışından görünür ki, Cavabdeh Masallı şəhəri, Kosakül yaşayış massivində məhrum qayınatasına məxsus 2 mərtəbəli evdə yaşamaqla ayrı təsərrüfatdadır. Masallı şəhər inzibati ərazi dairəsi üzrə ev təsərrüfatlarının uçotu kitabındaCavabdeh adına **** saylı şəxsi təsərrüfatı vardır. Iş materialına əlavə edilmiş Masallı Rayon Icra və Probasiya şöbəsinin ## ##### 2024-cü il tarixli, *****/**-**-* saylı məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2014-cü il tarixli və Masallı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2011- ci il tarixli icra sənədləri üzrə X6nun tələbkar Cavabdeh hal-hazırda 5700 manat məbləğində aliment borcu vardır. X6 15.04.201-cı il tarixdən axtarışdadır və onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Borclu barəsində ##.##.2024-cü il tarixdə Beynalxalq axtarış qərarı verilmişdir. Iş materialına əlavə edilmiş Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarilxi, *- *(***)-****/**** saylı qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh xxxx publik hüquqi şəxsinin * saylı Cəlilabad ərazi idarəsinə qarşı “xxxx publik hüquqi şəxsinin * saylı Cəlilabad ərazi idarəsi tərəfindən İddiaçı adın verilmiş ************ reyestr nömrəli, ##.##.2023-cü il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılmasının mümkün sayılmaması qərara alınmışdır. Iş materialına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ##### 2025-ci il tarixli, 2-1 (***)-***/**** saylı qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh xxxx publik hüquqi şəxsinin * saylı Cəlilabad ərazi idarəsinə qarşı “xxxx publik hüquqi şəxsinin * saylı Cəlilabad ərazi idarəsi tərəfindən İddiaçı adına verilmiş ************ reyestr nömrəli, ##.##.2023cü il tarixli çıxarışın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2-1(120)- ****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Iş materialına əlavə edilmiş Ali Məhkəmənin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmaması qərara alınmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə çıxarışın alınması ilə bağlı ölçə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Iddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 152.1,152.5 və 157.4-cü maddələri təşkil edir. Iddiaçının iddia tələbi mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Işin hallarından müəyyən edilir ki, ##.##.2023-cü il tarixli, 2323017212 qeydiyyat, ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Masallı rayonu, Kosakül kəndində yerləşən 0.303 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi mübahisəli torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir Iddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən maneələrin yaradılıb-yaradılmamasının müəyyən edilməsindən ibarətdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı ##.##.2023-cü il tarixli, 2323017212 qeydiyyat, ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Masallı rayonu, Kosakül kəndində yerləşən 0.303 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi vardır. Iddiaçı fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport almaq üçün müraciət etmiş, lakin “xxxx” publik hüquqi şəxsin * saylı Cəlilabad Ərazi Idarəsi fərdi yaşayış evi üzərində mübahisə mövcud olması əsası ilə imtina etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Masallı rayonu, Kosakül kəndində yerləşən mülkiyyətində olan 0.303 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə texniki pasport və çıxarış verilməsi üçün ölçmə işlərinin aparılmasına törədilən maneələrin cavabdeh Cavabdeh qadağan olunmasını xahiş etmişdir. Cavabdeh isə iddiaya münasibət bildirərək göstərmişdir ki, o evə Masallı Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli, 2(050)- 4513/2016 qətnaməsi ilə gəlin köçdüyü və bir neçə vaxt yaşadığı evə 2 qızı ilə yaşamaq hüququ verilmişdir. Onun övladlarının mübahisəli əmlaka dair vərəsəlik hüquqları vardır. Bu səbəbdən də o iddiaya etiraz edir Mülki Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya qeyd edir ki, cavabdeh mübahisəli fərdi yaşayış evində uşaqları ilə birgə yaşadığını əsas gətirərək iddianın rədd edilməsini xahiş edir. Lakin iş materiallarından görünür ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmaqla həmin torpaq üzərində yerləşən fərdi yaşayış evinə çıxarış almaq istəyir. Belə olan halda cavabdehin öz övladları ilə həmin mənzildə yaşaması mülkiyyətçinin mülkiyyət hüququndan irəli gələn hərəkətlərin edilməsinə maneə ola bilməz. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “##.##.2023-cü il tarixli, 2323017212 qeydiyyat, ************ reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı tam mülkiyyətində olan Masallı rayonu, Kosakül kəndində yerləşən 0.303 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evinə texniki pasport və çıxarış verilməsi üçün ölçmə işlərinin aparılmasına törədilən maneələr cavabdeh Cavabdeh qadağan edilsin” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-**/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-627/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-627/2026
06.07.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver