Məhkəmə qərarları › İş №2(3-9)-629/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-629/2026

23.06.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-629/2026 23.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə və cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdeh1 və cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışının surətindən görünür ki, Biləsuvar rayonu Əmənkənd kəndi (yeni qaydalarla: AZ 1311 Biləsuvar rayonu Amankənd kəndi) Eyvaz Kərimov küçəsi giriş 28-də olan 103.2 kv m. olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışıdır. Biləsuvar Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh1 ilə cavabdeh2 arasında bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahlarından doğulmuş Qurbanlı İsmayıl Elvər oğlu və X1 anaları cavabdeh2 yanında qalmaları qət edilmişdir. Biləsuvar rayon Amankənd bələdiyyəsinin ##.##.2022-ci il tarixli *** saylı arayışından görünür ki, cavabdeh1 özünə məxsus 0,08 ha torpaq sahəsində iki mərtəbəli dörd otaqlı bir mətbəx bir zal olmaqla ev tikmişdir. Biləsuvar RİHB-nin Amankənd KİƏD nümayəndəliyinin ##.##.2022-ci il tarixli *** saylı arayışından görünür ki, cavabdeh1 özünə məxsus 0,08 ha torpaq sahəsində iki mərtəbəli dörd otaqlı bir mətbəx bir zal olmaqla ev tikmişdir. Biləsuvar RİHB-nin Amankənd KİƏD nümayəndəliyinin ## ###### 2026-cı il tarixli *- **-**/*-***/**** saylı arayışından görünür ki, ##.##.2025-ci il tarixdə verilmiş reyestr nömrəsi 808013052982-10301 qeydiyyat nömrəsi 2325009219 olan çıxarışa əsasən İddiaçı məxsus evdə qardaşı cavabdeh1 və cavabdeh2 uşaqları ilə birlikdə yaşayırlar. İDDİA TƏLƏBİ: İddiaçı cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, ************- ***** saylı Çıxarışa əsasən mülkiyyətində olan Biləsuvar rayonu Amankənd kəndi Eyvaz Kərimov küçəsi giriş 28-də yerləşən evindən cavabdehlərin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanda özünə məxsus yaşayış evi vardır. Evə dair hüquqları dövlət qeydiyyatından keçməklə adına ************-***** saylı Çıxarış da vardır. Cavabdehlər qardaşı və qardaşının keçmiş arvadıdır. Müvəqqəti yaşamaq üçün evini onlara versə də, hazırda cavabdehlər onun evindən çıxmırlar. O, özü evli olmaqla himayəsində arvadı və 2 nəfər azyaşlı uşağı vardır. O, dəfələrlə cavabdehlərdən evindən çıxmasını tələb etsə də, bundan imtina etmişlər. Hazırda ailəsi ilə bərabər mülkiyyətindən istifadə belə edə bilmir. Ona görə də o, qanunla təsbit olunmuş mülkiyyət hüquqlarından cavabdehlərin təqsiri üzündən məhrum olmuşdur. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Biləsuvar Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Nüsrət Mirazəyev) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh2 cavabdeh1 ilə 2010-cu ildə ailə qurmuş, Elvərlə ailə qurduqdan sonra qayınatası Mehmanın Biləsuvar rayonu Amankənd kəndində olan evinə gəlin köçmüşdür. Daha sonra həmin evin həyətində 2021-ci ildə qayınatası yaşayış evi tikmiş və o, əri ilə birlikdə həmin evə köçmüşdür. Həmin vaxtdan hal-hazıra kimi həmin evdə yaşayır. cavabdeh2 və cavabdeh1 Biləsuvar rayonu Amankənd kəndi Eyvaz Kərimov küçəsi giriş 28-də yerləşən fərdi yaşayış evinə 2021-ci ildə köçərkən mübahisə olunan ev mülkiyyət hüququ ilə iddiaçının adına dövlət reyestrində qeydə alınmadığından qanunun analogiyası qaydasında mövcud münasibətlərə ## ####### 2009-cu il tarixdən sonra qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsi tətbiq edilməlidir. Məhkəmə işin müəyyən edilmiş faktiki halları və həmin münasibətlərə yarandığı zaman qüvvədə olan qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, cavabdeh2 və cavabdeh1 Biləsuvar rayonu Amankənd kəndi Eyvaz Kərimov küçəsi giriş 28-də yerləşən fərdi yaşayış evinə 2021-ci il tarixdə köçərək mübahisəli evdə yaşamaq hüquqlarına müdaxilə baş verənə qədər orada yaşadıqlarına görə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin (MM) 228.1-ci, 228.2-ci, 158.1-ci, 11.1-ci, Mənzil Məcəlləsinin 68.1-ci, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda özünə məxsus yaşayış evi vardır. Evə dair hüquqları dövlət qeydiyyatından keçməklə adına ************- ***** saylı Çıxarışı da vardır. Cavabdehlər qardaşı və onun keçmiş arvadıdır. Müvəqqəti yaşamaq üçün evini onlara versə də, hazırda evindən çıxmırlar. Özü evli olmaqla himayəsində arvadı və 2 nəfər azyaşlı uşağı vardır. Dəfələrlə cavabdehlərdən evindən çıxmasını tələb etsə də, bundan imtina etmişlər. Məhkəmə qətnamədə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” konvensiyanın 8-ci maddəsinə istinad edərək göstərir ki, “iddiaçının tələbi əsaslı hesab edilə bilməz”. Məhkəmənin qənaətinə görə o, cavabdehlərin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət qoymaqla mülkiyyətindən imtina etməlidir. Qətnamədən belə çıxır ki, ümumiyyətlə mübahisənin predmeti olan evinə heç bir hüququ yoxdur və ola da bilməz. cavabdeh2 məhkəmədə iddianı qəbul etmədiyini göstərmədi. O, sadəcə uşaqlarının haqqını ərindən tələb edir. Məhkəmə isə onun izahatını təhrif edərək göstərir ki, guya cavabdeh iddianı qəbul etmir. Məhkəmə qətnamədə iddianı rədd etmək üçün Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun ## ######## 2007-ci il tarixli qərarına istinad edir. Daha sonra həmin qərara istinad edərək göstərir ki, “məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir”. Əvvəla, mənzil mübahisəsi etmir və mülkiyyət hüququnun müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İkincisi, həmin qərara belə istinad edilsə, həmin qərarda göstərilir ki, iddia rədd edilə bilməz. Məhkəmə maddi və ya prosessual hüquq normalarının pozulmaqla düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan halların sübut edilməmişdir. Məhkəmə qətnamadə Konstitusiyanın 43-cü maddəsinə istinad edərək göstəırir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə bu normanı iddianı rədd etmək üçün istinad edir. Lakin həmin qanundan görünür ki, həmin normada qanunsuz mərhumluqdan söhbət gedir. Cavabdehlər isə ona məxsus evdə qanunsuz yaşayırlar. Məhkəmə iclasının audio və video yazısına baxılarsa, cavabdehin iddianın qəbul edilib-edilməməsi ilə bağlı mövqeyini bilmək olar. Çünki cavabdeh iddianı qəbul etmədiyini məhkəmədə bildirmədi, yalnız harada yaşayacağını soruşdu. TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh1 iddiaçının qardaşı, cavabdeh2 isə Elvərin keçmiş arvadı olmuşdur. İddiaçı ## #### 2025-ci il tarixdə ünvan 3 ünvanında olan ümumi sahəsi 103 kv.m olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Cavabdehlər nikah münasibətlərinə xitam verilməmişdən əvvəl mübahisəli evdə yaşamış, iddiaçı isə həmin şəxslərin evdə yaşamasına icazə vermişdir. Lakin nikaha xitam verildikdən sonra iddiaçı tərəfindən cavabdehlərin evdən çıxması tələb olunmuş, lakin onlar bu tələbi yerinə yetirməkdən imtina etmişlər. Bu səbəbdən məhkəməyə iddia ərizəsi verilmiş, lakin məhkəmə tərəfindən mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul edilmişdir. cavabdeh1 birinci instansiya məhkəməsi zamanı teleqram vasitəsilə iddianı qəbul etdiyini və evdən çıxması üçün ona vaxt verilməsini xahiş etdiyini bildirmişdir. Hazırda mübahisəli ev iddiaçı tərəfindən inşa edilmişdir. Ev müəyyən müddət ərzində tikilmişdir. Evə dair çıxarış şəhadətnamə əsasında əldə edilmişdir. Evin yerləşdiyi torpaq sahəsi ümumi mülkiyyətdə olmuşdur. Cavabdehlər daha əvvəl həmin həyətdə yerləşən ata evində yaşamışlar. Həmin evin mülkiyyət sənədi mövcud deyildir. Cavabdehlərin qaynata evində yaşamasına etiraz edilmir. Onlar 2023-cü ildən həmin evdə yaşayırlar. Cavabdehlərin nikahı # ####### 2025-ci il tarixdə pozulmuşdur. Mübahisəli evə dair çıxarış isə ## #### 2025-ci il tarixdə alınmışdır. Çıxarışın verildiyi vaxt cavabdehlər rəsmi nikah münasibətlərində olmuşlar. Torpaq sahəsinin ümumi sahəsi 0,12 ha təşkil edir. cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh1lə 2010-cu ildə nikaha daxil olmuş, uzun müddət qaynatasının evində yaşamışlar. 2021-ci ildə mübahisə predmeti olan evə köçmüşlər. Uşaqların dünyaya gəlməsindən sonra həmin ev ailənin ayrı yaşaması məqsədilə tikilmişdir. Boşanma prosesindən sonra mübahisə olunan ev üzərində hər hansı hüququ olmasın deyə həmin ev ərinin qardaşının adına rəsmiləşdirilmişdir. Həmin evə köçdüyü zaman ev yarımçıq tikili vəziyyətdə idi. Evin tikintisində özü, atası, Elvər və qayınatası tərəfindən köməklik göstərilmişdir. Ev iki mərtəbəlidir, ikinci mərtəbəsi hazırda yaşayış üçün istifadə olunmur. Nikah 2025-ci ildə pozulmuşdur. Elvər 2024-cü ildən etibarən evdən çıxmış və onlarla birlikdə yaşamamışdır. Hazırda iki uşağı ilə birlikdə mübahisəli evdə yaşamağa davam edir. Qayınatasının evinə köçməsinə imkan verilmir, ona atasının evinə getməsi bildirilir. Mübahisə evin kommunal xidmətləri üzrə sənədlər və ödəniş qəbzləri Elvərin adına olmuşdur. cavabdeh1 qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdeh1 iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 217-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Diqqətə çatdırılmalıdır ki, dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin İddiaçı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Ailə Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə əsasən ailə üzvləri ərarvad, valideynlər və uşaqlar sayılır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi apellyasiya qaydasında yoxlanılarkən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması müəyyən edilmişdir. Məhkəmə tərkibi bütün iş materiallarını araşdıraraq və sübutlara hərtərəfli qiymət verərək hesab edir ki, iddia əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi tərəflər arasında cərəyan edən mövcud münasibətlərə yanlış qiymət verərək iddianı rədd etmişdir. Belə ki, iş materialları əsasında işin mübahisəsiz halı olaraq ##.##.2025-ci il tarixdə verilmiş reyestr nömrəsi 808013052982-10301 qeydiyyat nömrəsi 2325009219 olan çıxarışa əsasən İddiaçı adına Biləsuvar rayonu Əmənkənd kəndi (yeni qaydalarla: AZ 1311 Biləsuvar rayonu Amankənd kəndi) Eyvaz Kərimov küçəsi giriş 28-də olan 103.2 kv m. olan fərdi yaşayış evinin qeydə alındığı, habelə həmin fərdi yaşayış evində qardaşı cavabdeh1 və cavabdeh2 uşaqları ilə birlikdə yaşadığı təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2010-cu il tarixli və “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Habelə diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi yekun qənaətə gələrək bildirir ki, mülki qanunvericiliyin tələblərinə əsasən mülkiyyətçi öz əmlakına sahiblik, ondan istifadə və sərəncam vermək hüquqlarını sərbəst və maneəsiz həyata keçirməlidir və bu hüquqlar yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. cavabdeh1 İddiaçı məxsus həyətyanı torpaq sahəsində mübahisəli yaşayış evini inşa etməsi, mülkiyyətçinin razılığı olmadan həmin yaşayış evində qalmaqda davam etməsi, həmin əmlaka dair hər hansı hüquqi əsasının (kirayə, istifadə hüququ və s.) mövcudluğu sübuta yetirilmədiyi halda, mülkiyyətçinin öz əmlakından sərbəst istifadə və sərəncam vermək imkanını faktiki olaraq aradan qaldırır. Bu isə mülkiyyət hüququnun məzmununa daxil olan səlahiyyətlərin qanunsuz məhdudlaşdırılması olmaqla yanaşı, mülkiyyətçinin əmlak üzərində tam hüquqi hakimiyyətinin və faktiki ağalığının pozulması kimi qiymətləndirilməlidir. Bütün bunlarla bərabər, məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də Dürüstlük qaydasıdır. Bir hüquqdan Dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Odur ki, işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alaraq İddiaçı apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, mülki iş üzrə cavabdeh1 və cavabdeh2 mübahisəli mənzildən çıxmamaqla mülkiyyətçi İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsini qanunsuz olaraq məhdudlaşdırır. Bu zaman kollegiya diqqətə çatdırır ki, mülkiyyətçinin üstün hüquqlarının müdafiəsini təmin etməyə yönəlik İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi qərarlarını da xatırlatmağı zəruri bilir. Belə ki, “Broniovski Polşaya qarşı” iş üzrə Böyük Palatanın 2004-cü il ## #### tarixli qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, dövlət rüsumu qismində iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 50 (əlli) manat, ümumilikdə 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti cavabdeh1 və cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutuub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilsin. Cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaçı İddiaçı mülkiyyətində olan Biləsuvar rayonu Əmənkənd kəndi (yeni qaydalarla: AZ 1311 Biləsuvar rayonu Amankənd kəndi) Eyvaz Kərimov küçəsi giriş 28-də olan 103.2 kv m fərdi yaşayış evindən çıxarılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 50 (əlli) manat, ümumilikdə 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti cavabdeh1 və cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar