Məhkəmə qərarları › İş №2(3-9)-633/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-633/2026

06.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-633/2026 06.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X10 ibarət tərkibdə, Əliyev Orxan Ismayıl oğlunun katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞnin nümayəndəsi nümayəndə2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” X9ə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs “Azərbaycan Respublikası xxxx” PHŞ) “məzuniyyət pulunun və gecikdirilmiş dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Imişli Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh “xxxx” PHŞ tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Şirvan Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları: Iddiaçı İddiaçı cavabdeh “xxxx” X9ə qarşı “məzuniyyət pulunun və gecikdirilmiş dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Publik hüquqi şəxsdən ona çatacaq 33 000 (otuz üç min) manat pul məbləğində məzuniyyət pulunun və gecikdirilmiş dəbbə pulunun dərhal ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2006-cı ildən ##.##.2020-ci ilədək xxxxnda həkim terapevt-ordinator vəzifəsində, ##.##.2020-ci ildən ##.##.2022-ci ilədək Xəstəxananın Poliklinka şöbəsinin müdürü və ##.##.2022-ci ildən etibarən “xxxx” Publik hüquqi şəxsdə direktor müavini-baş həkim vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən işçiyə istifadə etmədiyi məzuniyyət günlərinə görə məzuniyyət haqqının ödənilməsini tələb edir. 175-ci maddəyə əsasən isə ödənişin gecikdirilməsi halında gecikdirilmiş dəbbə pulu (cərimə faizi) hesablanmalıdır. Lakin, onun 2008, 2010, 2012-2016, 2018-2019 və 2021-ci illər üçün məzuniyyət haqqı ödənilməmiş, gecikmiş ödənişlər üçün isə dəbbə pulu 3 (üç) il 6 (altı) ay müddətinə hesablanmamışdır. Ümumi məbləğ 33 000 (otuz üç min) manat və gecikdirilmiş dəbbə pulu təşkil edir. Iddia ərizəsinə mediatorun verdiyi arayışı da əlavə edir. Sonradan iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh xxxx PHŞ-dən 37411.56 manat məbləğində məzuniyət pulunun və gecikdiririlmiş hər günə görə 1% olmaqla 35166.86 manat dəbbə pulunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh xxxx PHŞnə qarşı məzuniyyət pulunun və gecikdirilmiş dəbbə pulunun ödənilməsi tələbi barədə iddia ərizəsi vardır. Hazırda o, iddia ərizəsinə dəqiqləşmə verir. Qeyd edir ki, X33 Xidmətinin X35 tərəfindən aparılmış araşdırma nəticəsində onun istifadə edilməmiş 306 gün məzuniyət günlərinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə məzuniyyət vaxtı üçün orta əmək haqqı aşağıdakı kimi hesablanır. Maddə 140 məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş, bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Bildirir ki, son 12 ayda onun əmək haqqısı aşağıdakı kimi olmuşdur. 2024-cü il iyun ayı 3560.30 manat, iyul ayı 2986.0 manat, avqust ayı 4018.21 manat, sentyabr ayı 5473.50 manat, oktyabr ayı 8916.65 manat, noyabr ayı 88 manat, dekabr ayı 1916.72 manat; 2025ci il yanvar ayı 6672.85 manat, fevral ayı 0.00, mart ayı 2441.25 manat, aprel ayı 2823.20 manat və may ayı 5704.38 manat, cəmi 44601.06 manat. 44601.06:12=3716.76: 30.4 =122.26 x 306 =37411.56 məzuniyyət pulu. Qeyd edir ki, cavabdeh onun məzuniyyət pulunu ödəməyi 94 gün gecikdirib. 37411.56 x 94 =35166.86 hər gecikdirilmiş günə görə 1%. Iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi nümayəndə1 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “xxxx” X9 direktoru X12 vəsatət verərək bildirmişdir ki, İddiaçı “xxxx” publik hüquqi şəxsə (Xəstəxana) qarşı əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi üzrə № *(036)-2915/2025 saylı iş vardır. Bildirir ki, “xxxx" X9 TƏBIB) nizamnaməsinə əsasən tabeliyində olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirmək, tibbi xidmətlər sahəsində dövlət siyasətinə və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək, əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaratmaq və tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun formalaşdırmaq TƏBIB-in fəaliyyət istiqamətlərinə aid edilmiş, həmçinin tabeliyində olan tibb müəssisələrinin əmr və sərəncamlarını ləğv etrnək, digər təşkilatların qanunvericiliyə zidd olan və əhalinin sağlamlığına mənfi təsir göstərən qərarların icrasının dayandırılması və ləğv edilməsi haqqında müvafiq orqanlar qarşısında vəsatət qaldırmaq hüququ müəyyən edilmişdir. TƏBIB-in icraçı direktorunun ## ###### 2023-cü il tarixli **-**-*-****/**** nömrəli əmri ilə təsdiq edilmiş “xxxx” X9 Hüquq Departamentinin Əsasnaməsində (Əsasnamə) tabeli müəssisələrə hüquqi yardım və qanunvericiliyin tətbiqi sahəsində metodiki köməklik göstərmək, məhkəmə işlərinin təşkili və təhlili sahəsində funksional fəaliyyəti həyata keçirmək TƏBIB-in Hüquq departamentinin fəaliyyət istiqaməti kimi nəzərdə tutulmuşdur. Əsasnamənin 7-ci bəndində tabeli müəssisələrdə məhkəmə işinin aparılmasına nəzarəti həyata keçirmək, məhkəmə və hüquq mühafizə orqanları ilə əlaqələndirməni və qarşılıqlı işin təşkilini həyata keçirmək, məhkəmə işlərini təşkil etmək, TƏBIBin iddiaçı, cavabdeh, zərərçəkmiş, üçüncü şəxs, maraqlı şəxs və xüsusi ittihamçı qismində məhkəmə, təhqiqat və istintaq orqanlarında təmsil etmək TƏBIB-in Hüquq departamentinin vəzifələri kimi müəyyən edilmişdir. Mülki Prossesual Məcəllənin 57-ci maddəsinin 1-ci bəndinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə iştirak etməyə cəlb oluna bilərlər. Qeyd edilənləri və Xəstəxananın təsisçisinin, yəni tabe olduğu qurumun TƏBIB-in həmçinin Xəstəxananın kadr məsələlərinin həllində bir çox qərarlar və tənzimləmələr TƏBIB tərəfindən icra edildiyini nəzərə alaraq xahiş edir ki, “xxxx” X9 (VÖEN: **********, faktiki ünvan: Bakı şəhəri, N.Nərimanov 206A, “Capital Towsrs” Biznes Mərkəzi) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi barədə qərardad qəbul edəsiniz. Cavabdeh “xxxx” X9 nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Cavabdehn (Imişli RMX) sabiq əməkdaşının “Istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməsi” tələbinə dair *(***)-****/**** saylı mülki işi vardır. Hesab edirik ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə bağlı əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyi halda, iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Iddiaçı A. Cəfərov ##.##.2006-cı il tarixində xəstəxananın həkimterapevt ordinator vəzifəsinə qəbul edilmiş, ##.##.2010-cu il tarixində poliklinika şöbəsinin həkimkardioloq vəzifəsinə, ##.##.2020- ci il tarixində isə poliklinika şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, ##.##.2022-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yəni, A. Cəfərovla Imişli RMX arasında yaranmış əmək münasibətləri ##.##.2022-ci il tarixində başa çatmışdır. ##.##.2022-ci il tarixindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 (TƏBIB) müşahidə şurasının müvafiq qərarı və icraçı direktorun əmri əsasında A. Cəfərov Imişli RMX-yə direktor müavini – baş həkim vəzifəsinə təyin edilmişdir. Yəni, qeyd edilən tarixdən A. Cəfərovun Imişli RMX ilə əmək münasibətləri tamamilə başa çatmış, TƏBIB-lə yeni əmək münasibətləri yaranmışdır. A. Cəfərovun əmək funksiyasını icra etdiyi yer Imişli RMX olsa da, işəgötürəni Imişli RMX deyil, TƏBIB olmuşdur. A. Cəfərov əmək müqaviləsinə ##.##.2022-ci il tarixində xitam verildiyini və elə həmin gün hüququnun pozulduğunu bildiyini nəzərə alsaq, Əmək Məcəlləsində nəzərdə tutulan iddia müddətinin (1 il) ötürüldüyü məlum olur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinə iddia müddəti tətbiq edilməklə, İddiaçı Imişli RMX-yə qarşı “istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməsi” barədə iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin nümayəndəsi nümayəndə2 cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə əsasən izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh xxxx” publik hüquqi şəxsi nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim Orxan Mahmud) iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” X9dən iddiaçı tərəfindən istifadə edilməyən məzuniyyət illərinə görə 28148,21 (iyirmi səkkiz min bir yüz qırx səkkiz manat iyirmi bir qəpik) manat və gecikdiririlmiş 94 gün üçün hər günə görə 1% olmaqla 26459.31 (iyirmi altı min dörd yüz əlli doqquz manat otuz bir qəpik) manat olmaqla, ümumilikdə 54607.52 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, cavabdeh “xxxx” X9dən 253.82 (iki yüz əlli üç manat səksən iki qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi, “xxxx” MMC tərəfindən aparılmış tədqiqatının dəyəri 500 (beş yüz) manat məbləğində pul vəsaitinin 376,19 manat hissəsinin cavabdeh “xxxx” X9dən, qalan 123.80 manat hissəsinin isə iddiaçı İddiaçı tutularaq “xxxx” MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh “xxxx” PHŞ apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Işin hallarından göründüyü kimi cavabdeh iddia müddətinin ötürülməsini məhkəməyə bildirməklə iddianın rədd edilməsi xahiş etmişdir. Lakin bu halı formal tələblər baxımından qiymətləndirərək qanunsuz olaraq iddia təmin edilmişdir. Aydındır ki, qanunvericilik cavabdehə iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə müraciət etmək hüququ vermiş və bu hüququ onun iradəsindən asılı etmişdir. Başqa sözlə, cavabdehin iddia müddətinin tətbiqi barədə iradəsini bildirməsi həmin müddətin tətbiqi üçün kifayət hesab olunur. Indiki halda da bu baş vermiş, cavabdeh belə iradəsinin mövcudluğunu məhkəməyə bildirmiş, məhkəmə isə yanlış mövqe sərgiləməklə hüququ formal qaydada tətbiq edib iddianı təmin etmiş, bununla da cavabdehin hüquqlarını pozmuşdur. Belə olan halda qeyd edilənlərdən aydın olur ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Iddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya icraatı zamanı izahatında şikayətin dəlillərinə etiraz edərək, hazırkı iş üzrə iddia müddətinin ötmədiyini, iddianın əsaslı olduğunu bildirmiş, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin nümayəndəsi nümayəndə2 apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, iddia müddətinin ötürüldüyünü bildirərək Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” PHŞ-ə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, kollegiya cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası cavabdeh “xxxx” PHŞ-nin apellyasiya şikayətinin dəlilləri həddində, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin; Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: x) hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək. Maddə 143. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi:

1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin “a” və “ç” bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

2. Işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilir. Maddə 143. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi:

2. Işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilir. Maddə 172. Əmək haqqının verilməsi müddətləri:

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 144. Istifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsi:

2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir. Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakları müəyyən etmişdir. Iş materiallarında olan ## ######## 2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin “xxxx” publik hüquqi şəxs ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Iş materiallarında olan ## #### 2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X33 Xidmətinin X35 tərəfindən iddiaçıya ünvanlanmış məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X33 Xidmətinin X35nə ünvanlanmış “xxxx” publik hüquqi şəxsdə əmək hüquqlarınızın pozulması barədə müraciətə tərəflərindən baxılmışdır. “xxxx” publik hüquqi şəxsi tərəfindən X33 Xidmətinin X35nə daxil olmuş ##.##.2025-ci il tarixli 181-46 *-***/**** nömrəli məktubdan və əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, siz ##.##.2006-cı il tarixdə Xəstəxanada həkim-terapevtordinator vəzifəsinə qəbul edilmisiniz, ##.##.2020-ci il tarixdə Xəstəxananın Poliklinka şöbəsinin müdiri vəzifəsinə keçirilmisiniz, sizinlə bağlanmış əmək müqaviləsinə xəstəxananın işəgötürəni tərəfindən ərizənizə əsasən ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə uyğun olaraq xitam verilmiş, ##.##.2022-ci il tarixdə sizinlə “TƏBIB” PHŞ arasında bağlanmış əmək müqaviləsinə əsasən “xxxx” publik hüquqi şəxsdə direktor müavini-baş həkim vəzifəsinə qəbul edilmisiniz və hazırda həmin vəzifə üzrə əmək münasibətlərindəsiniz. Araşdırma zamanı müraciətinizə aydınlıq gətirilməsi məqsədilə ##.##.2025-ci il tarixli AR –III ****** nömrəli etibarnamə ilə təyin edilmiş səlahiyyətli nümayəndəniz nümayəndə1 Cəfər oğlunun X33 Xidmətinin X35nə təqdim etdiyi ##.##.2025-ci il tarixli izahatında əsas tələbinizin Xəstəxanada işlədiyiniz 2006-2022-ci il ərzində istifadə etmədiyiniz məzuniyyət günlərinin müəyyən edilməsi və son hesabınızın ödənilməsinə köməklik göstərilməsi ilə bağlı olduğunu bildirmişdir. Təqdim edilmiş sənədlərdən 2008, 2010, 2012-2016, 2018-2019 və 2021-ci illər üzrə əmək məzuniyyətinə buraxılmağınıza dair məzuniyyət əmrləri olsa da, həmin əmrlərin verilməsi ilə bağlı ərizələriniz mövcud olmamışdır. Həmçinin, istifadə etmədiyiniz məzuniyyət illərinə görə son hesabınızın hesablanmadığı və ödənilmədiyi müəyyən edilmişdir. Bildirilir ki, Xəstəxananın işəgötürəni tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135.2-ci (Işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir) və 172.4-cü (Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) maddələrinin tələbləri pozularaq inzibati xətaya yol verilmişdir. Lakin Xəstəxananın həmin dövrdə direktoru vəzifəsində işləmiş X2 ##.##.2024-cü il tarixdə vəfat etdiyi üçün tərəfimizdən inzibati tənbeh tədbiri görülməmişdir. ##.##.2006 - ##.##.2022-ci illər üzrə istifadə etmədiyiniz məzuniyyət günlərinin müəyyən edilməsi və son hesabınızın qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanıb qısa müddət ərzində ödənilməsinin təmin edilməsi məqsədilə tərəfimizdən “xxxx” X9 yeni təyin edilmiş rəhbərliyinə göstəriş məktubu göndərilmişdir. Iş materiallarında olan Azərbaycan vətəndaşının AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1981-ci il tarixdə Imişli şəhərində anadan olmuşdur. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin ## ### 2025- ci il tarixli **-*/*-C-*-*****/**** nömrəli iddiaçıya ünvanlanmış məktubunun surətindən görünür ki, İddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs publik hüquqi şəxs arasında bağlanmış əmək müqaviləsinə ## ### 2025ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Əmək müqavilənizə xitam verildiyi gün (son iş günü) əmək kitabçasını götürmədiyinizi nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il ## ###### tarixli *** nömrəli Qərarının 6.2-ci bəndinə əsasən əmək kitabçasının poçt vasitəsilə sizə göndərilməsinə razılığınızın olub-olmaması barədə məlumat verməyiniz xahiş olunur. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin ## ### 2025- ci il tarixli **-*/*-*-***/**** nömrəli əmrin surətindən görünür ki, əmr edilmişdir ki, “xxxx” X9 direktorun müavini - baş həkim İddiaçı ##.##.2024 - ##.##.2025-ci iş ili üzrə 36 (30 gün əsas, 6 gün əmək stajına görə əlavə) təqvim günündən 10 (on) təqvim günü müddətinə ## ### 2025-ci il tarixindən ## ### 2025-ci il tarixi daxil olmaqla əmək məzuniyyəti verilsin. Işçi ## ### 2025-ci il tarixində işə başlasın. Əmrin icrası ilə bağlı maliyyə və digər məsələlərin həlli “xxxx” publik hüquqi şəxsə tapşırılsın. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin ## ###### 2025- ci il tarixli **-*/*-*-**/**** nömrəli əmrin surətindən görünür ki, əmr edilmişdir ki, “xxxx” X9 direktorun müavini-baş həkim İddiaçı ##.##.2023 - ##.##.2024-cü iş ili üzrə 36 (30 gün əsas, 6 gün əmək stajına görə əlavə) təqvim günü müddətinə ## ###### 2025-ci il tarixindən ## #### 2025-ci il tarixi daxil olmaqla əmək məzuniyyəti verilsin. Əmək məzuniyyəti dövrünə təsadüf edən ## ###### 2025-ci il tarixi səsvermə günü olduğu üçün məzuniyyətin təqvim günlərinə daxil edilməsin və ödənilməsin. Işçi ## #### 2025-ci il tarixində işə başlasın. Əmrin icrası ilə bağlı maliyyə və digər məsələlərin həlli “Imişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə tapşırılsın. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin ## ####### 2024-cü il tarixli **-*/*-*-****/**** nömrəli əmrin surətindən görünür ki, əmr edilmişdir ki, “xxxx” X9 direktorun müavini-baş həkim İddiaçı ##.##.2022-##.##.2023-cü iş ili üzrə 36 (30 gün əsas, 6 gün əmək stajına görə əlavə) təqvim günü müddətinə ## ###### 2024-cü il tarixindən ## ###### 2024-cü il tarixi daxil olmaqla əmək məzuniyyəti verilsin. 8-# ###### 2024-cü il tarixləri iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdiyi üçün işçi ## ###### 2024-cü il tarixində işə başlasın. Əmrin icrası ilə bağlı maliyyə və digər məsələlərin həlli “xxxx” publik hüquqi şəxsə tapşırılsın. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin ## ###### 2024- cü il tarixli **-*/*-*-***/**** nömrəli əmrin surətindən görünür ki, əmr edilmişdir ki, “xxxx” X9 direktorun müavini-baş həkimi Anar Nəcəf oğlu Cəfərova töhmət verilsin. Əmr işçinin şəxsi işinə tikilsin. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. Əsas: TƏBIB-in Daxili nəzarət və monitorinq departamentinin ## ###### 2024-cü il tarixli **-*/*-**/**** nömrəli xidməti məruzəsi və işçinin izahatı. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin ## ###### 2022- ci il tarixli **-** nömrəli əmrin surətindən görünür ki, əmr edilmişdir ki, İddiaçı ## ###### 2022-ci il tarixindən “xxxx” X9ə direktorun müavini-baş həkim vəzifəsinə təyin edilsin. Əmrin icrası ilə bağlı digər məsələlərin həlli “xxxx" X9ə tapşırılsın. Əsas: İddiaçı oğlu ilə bağlanmış ## ###### 2022-ci il tarixli əmək müqaviləsi. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin ## ### 2025- ci il tarixli **-*/*-*-***/**** nömrəli əmrin surətindən görünür ki, əmr edilmişdir ki, xxxx" X9 direktorun müavini-baş həkim – İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) ## ### 2025-ci il tarixindən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış ## ###### 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. Əmrin icrası və son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin təmin edilməsi "xxxx" publik hüquqi şəxsə tapşırılsın. Əsas: Müşahidə Şurasının **-*/**-Q/**** nömrəli ##.##.2025-cü il tarixli qərarı və əmək müqaviləsi. Iş materiallarında olan İddiaçı tərəfindən yazılmış ##.##.2022-ci il tarixli ərizədən görünür ki, xxxxnın X9ə direktorun müavini – baş həkim vəifəsinə işə qəbul edilməsini xahiş etmişdir. Iş materiallarında olan ##.##.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-lə arasında direktorun müavini – baş həkim vəifəsinə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsi bağlanmışdır. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin ##.##.2022-ci il tarixli töhmət verilməsi haqqında əmrin surətindən görünür ki, əmr edilmişdir ki, xxxx" X9 direktorun müavini - baş həkim İddiaçı töhmət verilsin. Əmr işçinin şəxsi işinə tikilsin. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin ##.##.2022-ci il tarixli “xxxx” PHŞ-də aparılmış monitorinqin nəticələri haqqında xidməti məruzədən monitorinq şöbəsinin koordinatorunun xidməti məruzəsindən görünür ki, sizin ##.##.2022-ci il tarixli PHŞ/6-3.*-****-*** nömrəli əmrinizə əsasən yaradılmış komissiya tərəfindən “xxxx" X9də xəstəxana) ##.##.2022- ##.##.2022-ci il tarixlərdə tibbi xidmətin təşkili yoxlanılmış, klinik fəaliyyət, insan resursları və maliyyə məsələlərinin təşkili üzrə fəaliyyət, mətbəx, əczaçılıq xidmətlərinin monitorinqi aparılmışdır. Monitorinq zamanı Təcili yardım bölməsində qırmızı sahədə oksigen xətti, crash card və defibriliyatorun olmadığı aşkarlanmışdır. Xəstəxananın Əməliyyatxana bölməsinin içərisində təşkil edilmiş sterilizasiya bölməsində materialların sterilizasiyası prosesində çirkli, təmiz və steril ardıcıllığına riayət olunmur, indikatorlardan istifadə olunmur. Yoxlama zamanı Terapiya və Uşaq şöbələrində oksigen çıxışının olmadığı, Terapiya şöbəsinin crash card və CPR avadanlıqları ilə təchiz edilmədiyi, Doğum və ginekologiya şöbəsinin qəbul otağının təlimatda nəzərdə tutulmuş avadanlıqlarla (təcili doğuş və pedikulyoz dəstlər təchiz edilmədiyi, doğuş zalında qızdırıcı və neonatal CPR dəstlərinin mövcud olmadığı, kiçik ginekoloji cərrahi müdaxilələrin icra edildiyi kabinetin oksigenlə təchiz edilmədiyi aşkarlanmışdır. Poliklinika şöbəsinin fəaliyyəti yalnız Oftalmoloq, QQB, Dermatoveneroloq ixtisaslı mütəxəssisləri ilə tənzimlənir. Həmçinin monitorinq zamanı Hemodializ şöbəsində Osmos sistemində ciddi nasazlığın olduğu, sözügedən şöbədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, Xəstəxana laborator reaktivlərlə təmin olunmadığı üçün məhdud klinik sınaqların aparıldığı məlum olmuşdur. Radiologiya şöbəsində rentgen, flüoroqrafiya nasaz vəziyyətdədir, USM cihazlarının texniki vəziyyətində problemlər mövcuddur. Yoxlama nəticəsində Xəstəxananın bir sıra tibbi qeydiyyat sənədlərində ciddi nöqsanların olduğu aşkarlanmışdır. Mətbəxdə havalandırma sistemi mövcud deyildir. Gündəlik bişən yeməklərdən qida nümunələri götürülmür. Emal lövhələri yoxdur. Açılmış məhsulların üzərində açılma və son istifadə tarixləri qeyd olunmur. Insan resursları üzrə aparılan yoxlama zamanı işçilərin şəxsi işlərinə baxış keçirilmiş, bəzi əməkdaşlar ilə bağlanılmış əmək müqavilələrinin işçilər tərəfindən imzalanmadığı, yeni işçilər ilə bağlanılmış əmək müqavilələrinin TƏBIB-in müvəqqəti prosedur qaydalarına zidd şəkildə olaraq müdaətsiz bağlanıldığı, işçilərin aylıq davamiyyət tabeiiərinin Insan resursları şöbəsi tərəfindən deyil, müvafiq struktur bölmələr tərəfindən tərtib olunduğu, praktiki tibbi fəaliyyətlə məşğul olan 86 əməkdaşın müvafiq orqan tərəfindən təsdiq edilmiş sertifikatlarının müddətinin bitdiyi məlum olmuşdur. Maliyyə məsələlərinin təşkili üzrə aparılmış yoxlama zamanı bəzi əməkdaşlara işe gəlmədikləri halda əmək haqqı ödənilməsi faktları aşkarlanmışdır. Xəstəxananın Aptek bölməsinin dərman və tibb vasitələrinin saxlanılması və buraxılmas rələblərinə cavab vermədiyi, şöbələrin əczaçılıq xidmətlərinin monitorinqi zamanı bütün şöbəiərde havalandırma sisteminin və kondisionerin, dərman saxlanılan otaqlarda termohiqrometrin soyuducularda termometrin olmadığı, dərman və tibb vasitələrinin mədaxil məxaricinə dat hesabatın düzgün aparılmadığı məlum olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, müvafiq tədbirlərin görülməsi üçün Tibbi fəaliyyətin təşkili, Strateji Inkişaf, Inzibati idarəetmə, Maliyyə, Insan resursları və Tibbi təminat və koordinasiya departamentlərinə aidiyyəti üzrə göstərişlər verməsini xahiş edilmişdir. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin ##.##.2022-ci il tarixli “xxxx” PHŞ-in əməkdaşlarına intizam tənbeh tədbirinin verilməsi barədə xidməti məruzədən görünür ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 Idarə Heyətinin sədrinin ## ##.2022-ci il tarixli PHŞ/6-3.*-****-*** nömrəli və ##.##.2022-ci il tarixli **-*** nömrəli əmrləri əsasında “xxxx” X9də yoxlama həyata keçirilmişdir. Araşdırma zamanı tibbi xidmətin təşkili yoxlanılmış, kliniki fəaliyyət, insan resursları və maliyyə məsələlərinin təşkili üzrə fəaliyyət, mətbəx, əczaçılıq xidmətlərinin monitorinqi keçirilmişdir. Aparılmış yoxlamanın və monitorinqin nəticəsi ilə əlaqədar ## ######## 2022-ci il tarixli tərtib edilmiş aktda xəstəxananın həm tibbi xidmətin həmdə inzibati işin təşkilində bir çox nöqsanlara yol verilmə halları aşkar edildiyi qeyd edilmişdir. Odurki aktda qeyd olunanları nəzərə alaraq “xxxx" X9 aşağıda adları qeyd olunan əməkdaşlarına müvafiq olaraq intizam tənbehinin verilməsi təklif edilir. Direktor v.m.i.e. X3 yazılı xəbərdarlıq, direktor müavini-baş həkim Cəfərov Anar Nəcəf oğlu töhmət, uşaq şöbəsini müdiri X26 töhmət, laboratoriya şöbəsinin müdiri X19 yazılı xəbərdarlıq, insan Resursları şöbəsinin müdiri v.m.i.e X36 şiddətli töhmət, maliyyə şöbənin müdiri X13 şiddətli töhmət, böyük Tibb bacısı (Terapiya şöbəsi) X20 töhmət, böyük tibb bacısı (Cərrahiyə şöbəsi) X5 töhmət, böyük tibb bacısı (Reanimasiya şöbəsi) X54 töhmət, böyük tibb bacısı (TTTYS şöbəsi) X37 töhmət, ISX (ASM) şöbəsi bölmə müdiri X14 yazılı xəbərdarlıq, ISX (ASM) şöbəsi tibb qardaşı X27 töhmət, böyük tibb bacısı (Hemodializ şöbəsi) X38 töhmət, anbar bölməsinin müdiri Babaşov Müşfiq Abduləzim oğlu yazılı xəbərdarlıq və təsərrüfat bölməsinin müdiri X21 yazılı xəbərdarlıq edilmişdir. Intizam tənbeh tədbirlərinin görülməsi ilə bağlı yuxarıda qeyd olunanlara münasibət bildirməyinizi, məqsəduyğun hesab etdiyiniz təqdirdə sizin adınızdan müəssisə rəhbərinə yazılı xəbərdarlıq, direktor müavini-baş həkimə töhmət verilməsinə və digər adları qeyd edilən əməkdaşlara isə müəssisə rəhbəri tərəfindən intizam tənbeh tədbirlərinin tətbiq edilməsi üçün göstəriş verilməsinə razılıq bildirilməsi xahiş edilmişdir. Iş materiallarında olan X22, X4, X23, X28, X6, X15 və X16 tərəflərindən tərtib edilmiş aktdan görünür ki;

1. Stomatologiya bölməsinin müdiri X7 hərbi komissarlığın həkim məsləhət komissiyasından iş vaxtının uçotu cədvəli təqdim edilmədən ##.##.2021-ci il tarixdən ##.##.2022-ci il tarixədək cəmi 3500 manat olmaqla həvəsləndirici əlavə ödənilib;

2. ##.##.2021 -ci il tarixdən ##.##.2022-ci il tarixədək işə gəlmədikləri halda həkimstomatoloq X29 4704 manat, həkim-stomatoloq X1 5520 manat və X24 4896 manat əmək haqqı ödənilmişdir. (Mirzəyev Elşən Yasəf oğlunun izahatı əlavə olunur);

3. Qazanxanaçı Ismayılov ibrahim Təyyar oğluna iş vaxtının uçotu cədvəlində gündüz 7 iş saatı qeyd edilməsinə baxmayaraq, ##.##.2021 -ci il tarixdən ##.##.2022-ci il tarixədək gecə növbəsi kimi 596,95 manat, bayram günləri iş norması çərçivəsində çalışdığı halda ödəniş ikiqat ödənilmiş, 58 manat əlavə ödəniş edilmişdir;

4. X58 iş vaxtının uçotu cədvəlində gündüz 7 iş saatı qeyd edilməsinə baxmayaraq, ##.##.2021-ci il tarixdən ##.##.2022-ci ii tarixədək gecə növbəsi kimi 596,95 manat, bayram günləri iş norması çərçivəsində çalışdığı halda ödəniş ikiqat ödənilmiş, 58 manat əlavə ödəniş edilmişdir.

5. Mama vəzifəsində çalışan X25ma 2022-ci ilin avqust ayı ərzində tam olaraq işdə olmadığı halda gecə növbəsi üçün 112 azn olmaqla cəmi 579 manat əmək haqqı hesablanaraq ödənilmişdir. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ “xxxx” PHŞ-in direktoru Şahin Qurbanovun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-yə ünvanlanmış ##.##.2025-ci il tarixli **-*-**/*-***/**** nömrəli məktubu ilə bildirilmişdir ki, Məlumat olaraq bildiririk ki, hal-hazırda müəssisənin Direktorun müavini-baş həkim vəzifəsində çalışan İddiaçı sonuncu vəzifəyə təyin edilməmişdən öncə Poliklinika şöbəsinin şöbə müdiri vəzifəsində çalışmış və ##.##.2022-ci il tarixdə *** nömrəli əmr ilə müəssisənin sabiq direktoru Azər Kazımov tərəfindən onunla bağlanmış əmək müqaviləsinə ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. ##.##.2022-ci il tarixdə “xxxx” X9 Direktorun müavini-baş həkim vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ##.##.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verildiyi halda (xitam əmri keçmiş Insan resursları şöbəsinin şöbə müdirinin əmək fəaliyyəti dövrünə təsadüf edilir) son hesabın ödənilməsi üçün istifadə etmədiyi məzuniyyət günlərinə görə son hesab ödənilməmişdir. Maliyyə şöbəsi tərəfindən son hesabın ödənilməsi üçün Insan resurslarının heç bir rəsmi məlumat vermədiyini, bu səbəbdən İddiaçı son haqqhesab ödənilərkən yalnız Poliklinika şöbəsi tərəfindən Maliyyə şöbəsinə təqdim edilmiş 2022-ci il Fevral ayının iş vaxtının uçotu tabelində qeyd edilmiş fevral ayı üzrə çalışdığı iş günlərin əmək haqqı ödənildiyi bildirilmişdir. Əlavə olaraq qeyd edirəm ki, mən X17 bu vəzifəyə təyin olunan dövrədək xəstəxananın direktor vəzifəsini ##.##.2024- ##.##.2024-cü il tarixə qədər müvəqqəti olaraq İddiaçı icra etmişdir. İddiaçı direktorun müavinibaş həkim vəzifəsində işlədiyi dövrdə əmək məzuniyyəti hüququndan istifadə etmişdir. Lakin Poliklinika şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrdə istifadə etmədiyi məzuniyyət günlərinə görə son hesabının ödənilməsi tələbi ilə bağlı həmin vəzifədən azad edildikdən xəstəxananın sabiq rəhbərliyinə yazılı və şifahi müraciəti daxil olmamış, ##.##.2024-cü il tarixdən ##.##.2024- cü il tarixinədək özünün direktor vəzifəsini icra etdiyi dövrdə həmin vəsaitin ödənilməsi ilə bağlı müəssisənin Insan resursları və Maliyyə şöbəsinə kompensasiyası haqqında məlumat vermişdir. Insan resursları şöbəsinin müdiri Təbəssüm Səmədova xitam tarixinin onun əmək fəaliyyəti dövrünə təsadüf etmədiyini bildirmiş və bu səbəbdən Insan resursları şöbəsi tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs publik hüquqi şəxsə (TƏBIB) ##.##.2024- cü il tarixdə 18- *-**/*-***/**** nömrəli məktub ilə məsələyə münasibət bildirilməsi və kompensasiyanın ödənilməsi haqqında məktub göndərilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 Maliyyə departamenti tərəfindən göndərilmiş cavab məktubunda prosesinin xitam əmri ilə deyil, müəsisədaxili başqa işə keçmə əmri ilə rəsmiləşdirilməsinin məqsədəuyğun hesab edilməsi və İddiaçı məzuniyyət hüququndan istifadə etməsinin tövsiyyə edildiyi bildirilmişdir. Lakin əmr xitam əmri olduğu üçün yerdəyişmə əmri olaraq nəzərə alınması qeyri-mümkün olduğuna görə icrası təmin edilməmişdir. Daha sonra ## ###### 2024-cü il tarixdə **-*-**/*-****/**** nömrəli məktub ilə yenidən TƏBIB-ə müraciət edilmiş, lakin halhazıradək həmin məktuba rəsmi cavab verilməmişdir. İddiaçı X33 Xidmətinin X35nə müraciət etmiş, məsələ araşdırılmış və müəssisənin əmr kitablarında bütün əmrlər araşdırılmış, həmin rəsmi əmrlərə əsasən əməkdaşın 162 (yüz altmış iki) gün istifadə etmədiyi məzuniyyət günlərinin olduğu məlum olmuşdur. Lakin əmrlər üzrə Maliyyə şöbəsinin ödəniş cədvəllərinə baxılmış, bəzi məzuniyyət əmrləri olduğu halda ödənişlərin təmin edilməsi həmin cədvəllərdə öz əksini tapmamışdır. Bu səbəbdən X33 Xidmətinin X35 tərəfindən ödəniş cədvəllərində öz əksini tapmamış həmin rəsmi əmrlərin əsassız hesab edilərək, 306 (üç yüz altı) gün istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsini bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı ##.##.2006- ##.##.2022-ci illər üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə qanunvericiliyə uyğun olaraq kompensasiyanın ödənilməsinə münasibət bildirməyinizi Sizdən xahiş edirik.” Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ “xxxx” PHŞ-in direktoru Şahin Qurbanovun Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-yə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “məlumat olaraq bildiririk ki, hal-hazırda müəssisədə Direktorun müavini-baş həkim vəzifəsində çalışan İddiaçı sonuncu vəzifəyə (Direktorun müavini-baş həkim vəzifəsi) təyin edilməmişdən öncə Poliklinika şöbəsinin şöbə müdiri vəzifəsi üzrə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı kompensasiyasının ödənilməsi haqqında TƏBIB-ə müraciət edilmişdir. Daha sonra TƏBIB tərəfindən göndərilmiş ##.##.2024-cü il tarixli **-*/*-*****/**** nömrəli məktubda İddiaçı ##.##.2022-ci il tarixinədək “xxxx” X9 struktur vahidi olan Poliklinika şöbəsində şöbə müdiri vəzifəsində çalışması, sonra isə eyni adlı hüquqi şəxsin direktor müavini-baş həkim vəzifəsinə təyin edilməsi ilə bağlı xitam əmri ilə deyil, müəsisədaxili başqa işə keçmə əmri ilə rəsmiləşdirilməsi məqsədəuyğun hesab edildiyi və İddiaçı məzuniyyət hüququndan istifadəsinin tövsiyyə edildiyi qeyd edilmişdir. Lakin İddiaçı haqqında verilmiş ##.##.2022- ci il tarixli əmrin yerdəyişmə əmri olaraq deyil, AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar xitam əmri olaraq rəsmiləşdirilməsi səbəbi ilə həmin məktubun əsasında kompensasiyanın ödənilməsi mümkün olmamışdır. İddiaçı qanunvericiliyə uyğun olaraq istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsinə yenidən münasibət bildirməyi xahiş etmişdir. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ “xxxx” PHŞ-in direktorun müavini – baş həkim İddiaçı tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-yə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “məlumat olaraq bildiririk ki, hal-hazırda müəssisənin Direktor vəzifəsini müvəqqəti icra edən-baş həkim vəzifəsində çalışan İddiaçı sonuncu vəzifəyə (Direktorun müavinibaş həkim vəzifəsi) təyin edilməmişdən öncə Poliklinika şöbəsinin şöbə müdiri vəzifəsində çalışmış və ##.##.2022-ci il tarixdə K-**** nömrəli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2022-ci il tarixdə “xxxx” X9 Direktorun müavini-baş həkim vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı ##.##.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verildiyi halda (xitam əmri keçmiş Insan resursları şöbəsinin şöbə müdirinin əmək fəaliyyəti dövrünə təsadüf edilir) son hesabın ödənilməsi üçün istifadə etmədiyi məzuniyyət günləri barədə müəssisənin Maliyyə şöbəsinə heç bir rəsmi məlumat verilməmişdir. Bu səbəbdən İddiaçı son haqq-hesab ödənilərkən yalnız Poliklinika şöbəsi tərəfindən Maliyyə şöbəsinə təqdim edilmiş 2022-ci il fevral ayının iş vaxtının uçotu tabelində qeyd edilmiş fevral ayı üzrə çalışdığı iş günlərin əmək haqqı ödənilmişdir. Odur ki, bütün bu sadalanan halları nəzərə alaraq İddiaçı qanunvericiliyə uyğun olaraq istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi barədə rəsmi məlumat verməyinizi sizdən xahiş edirik.” Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsxxxx” X9ə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xxxx” X9 direktor müavinibaş həkim vəzifəsində işləyən İddiaçı istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi barədə ## ######## 2024-cü il tarixli 18-1-46/2- ***/**** nömrəli məktubunuza Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs publik hüquqi şəxsdə (TƏBIB) aidiyyəti üzrə baxılmışdır. Müraciətinizdə bildirdiyiniz kimi, İddiaçı ##.##.2022-ci il tarixinədək “xxxx” X9 struktur vahidi olan Poliklinika şöbəsində şöbə müdiri vəzifəsində çalışmış və sonra isə eyni adlı hüquqi şəxsin direktor müavini-baş həkim vəzifəsinə təyin edilmişdir. Qeyd edilən yerdəyişmə prosesinin xitam əmri ilə deyil, müəsisədaxili başqa işə keçmə əmri ilə rəsmiləşdirilməsi məqsədəuyğun hesab edilir. Yuxanda göstərilənləri nəzərə alaraq İddiaçı oğlunun məzuniyyət hüququndan istifadə etməsini tövsiyyə edilmişdir. Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ “xxxx” PHŞ-in ##.##.2022-ci il tarixli əmrin surətindən görünür ki, əmr edilmişdir ki, “xxxx” X9in Poliklinika şöbəsində şöbə müdiri vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə ## ###### 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağiaması ilə əlaqədar xitam verilsin. Iş materiallarında olan “xxxx” MMC-nin ** nömrəli müşayiət məktubu ilə gönsərilmiş ##.##.2026-cı il tarixli **/Ə-H/** saylı rəyindən görünür ki, İddiaçı ödənilməmiş məzuniyyət pulunun məbləği 2710,72 (iki min yeddi yüz on manat yetmiş iki qəpik) manat müəyyən edilmişdir. Iş materiallarında olan “xxxx” MMC-nin ** nömrəli müşaiət məktubundan görünür ki, Azərbaycan Respublikası adından Imişli Rayon Məhkəməsinin iş № *(036)- 2915/2025 üzrə ##.##.2025-ci il tarixli qərardadına əsasən aparılmış qiymətləndirmə ilə bağlı tərəfimizdən əvvəlcədən № ** müşayiət məktubu ilə təqdim edilmiş (№ **/Ə-H/26, ##.##.2026- cı il tarixli) hesabatda texniki xarakterli səhv aşkar edilmişdir. Aşkar olunmuş texniki səhvin aradan qaldırılması məqsədilə hesabat yenidən yoxlanılmış və müvafiq düzəlişlər edilərək yenilənmiş hesabat hazırlanmışdır. Bu səbəbdən əvvəl təqdim olunmuş hesabatın nəzərə alınmaması, hazırki məktubla təqdim edilən və düzəlişlər edilmiş hesabatın isə əsas götürülməsi xahiş olunur. Qeyd olunanları nəzərə almaq və müvafiq qaydada istifadə eedilməsi rica edilmişdir. Iş materiallarında olan “xxxx” MMC-nin ** nömrəli müşayiət məktubu göndərilmiş ##.##.2026-cı il tarixli **/Ə-H/** saylı rəyindən görünür ki, İddiaçı istifadə edilməmiş 308 məzuniyyət günü üçün ödənilməli olan məzuniyyət pulunun məbləği 28148,21 (iyirmi səkkiz min bir yüz qırx səkkiz manat iyirmi bir qəpik) manat müəyyən edilmişdir. Aylıq əmək haqqı 3290.05 manat, gecikmə günü 94 gün olduğu müəyyən edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya mübahisəyə hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ####### tarixli Qərarı). Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və başa düşülən qaydada müəyyən edilməsi üçün həm iddiaçı tərəfin həm də cavabdeh tərəfin təqdim etdiyi sübutları məhkəmənin müəyyən etdiyi işin həqiqi halları iiə müqayisəli tədqiq edərək aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. İ Iddiaçının təlblərinin əsası kimi göstərdiyi hallar, təqdim etdiyi sübutları, məhkəmənin müəyyən etdiyi işin həqiqi halları və hüquqi dəyərləndirməsi: Iddiaçının iddia tələbinin əsasını istifadə etmədiyi məzuniyyət illərinə görə əmək haqqının, eyni zamanda gecikdirməyə görə dəbbə pulunun ödənilməsi təşkil edir Iddiaçı iddia edir ki, ##.##.2006-cı ildən ##.##.2020-ci ilədək xxxxnda həkim terapevtordinator vəzifəsində, ##.##.2020-ci ildən ##.##.2022-ci ilədək Xəstəxananın Poliklinka şöbəsinin müdürü və ##.##.2022-ci ildən etibarən “xxxx” Publik hüquqi şəxsdə direktor müavini-baş həkim vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinə əsasən işçiyə istifadə etmədiyi məzuniyyət günlərinə görə məzuniyyət haqqının ödənilməsini tələb edir. 175-ci maddəyə əsasən isə ödənişin gecikdirilməsi halında gecikdirilmiş dəbbə pulu (cərimə faizi) hesablanmalıdır. Lakin, onun 2008, 2010, 2012-2016, 2018-2019 və 2021-ci illər üçün məzuniyyət haqqı ödənilməmiş, gecikmiş ödənişlər üçün isə dəbbə pulu 3 (üç) il 6 (altı) ay müddətinə hesablanmamışdır. Beləliklə iddiaçı cavabdeh xxxx PHŞ-dən 37411.56 manat məbləğində məzuniyət pulunun və gecikdiririlmiş hər günə görə 1% olmaqla 35166.86 manat dəbbə pulunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Iddiaçı A. Cəfərov ##.##.2006-cı il tarixində xəstəxananın həkim-terapevt ordinator vəzifəsinə qəbul edilmiş, ##.##.2010-cu il tarixində poliklinika şöbəsinin həkim-kardioloq vəzifəsinə, ##.##.2020-ci il tarixində isə poliklinika şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, ##.##.2022-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yəni, A. Cəfərovla Imişli RMX arasında yaranmış əmək münasibətləri ##.##.2022-ci il tarixində başa çatmışdır. ##.##.2022-ci il tarixindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 (TƏBIB) müşahidə şurasının müvafiq qərarı və icraçı direktorun əmri əsasında A. Cəfərov Imişli RMX-yə direktor müavini – baş həkim vəzifəsinə təyin edilmişdir. Yəni, qeyd edilən tarixdən A. Cəfərovun Imişli RMX ilə əmək münasibətləri tamamilə başa çatmış, TƏBIB-lə yeni əmək münasibətləri yaranmışdır. A. Cəfərovun əmək funksiyasını icra etdiyi yer Imişli RMX olsa da, işəgötürəni Imişli RMX deyil, TƏBIB olmuşdur. A. Cəfərov əmək müqaviləsinə ##.##.2022-ci il tarixində xitam verildiyini və elə həmin gün hüququnun pozulduğunu bildiyini nəzərə alsaq, Əmək Məcəlləsində nəzərdə tutulan iddia müddətinin (1 il) ötürüldüyü məlum olur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinə iddia müddəti tətbiq edilməklə, İddiaçı Imişli RMX-yə qarşı “istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməsi” barədə iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya iş materiallarını tədqiq edərək işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, iddiaçı İddiaçı xxxxnda işlədiyi 2008, 2010, 2012-2016, 2018-2019 və 2021-ci iş illərində ona məzuniyyət haqqı ödənilməmişdir. Belə ki, Iş materiallarında olan ## #### 2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X33 Xidmətinin X35 tərəfindən iddiaçıya ünvanlanmış məktubun surətindən görünür ki, “təqdim edilmiş sənədlərdən 2008, 2010, 2012-2016, 2018-2019 və 2021-ci illər üzrə əmək məzuniyyətinə buraxılmağınıza dair məzuniyyət əmrləri olsa da, həmin əmrlərin verilməsi ilə bağlı ərizələriniz mövcud olmamışdır. Həmçinin, istifadə etmədiyiniz məzuniyyət illərinə görə son hesabınızın hesablanmadığı və ödənilmədiyi müəyyən edilmişdir. Bildirilir ki, Xəstəxananın işəgötürəni tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135.2-ci (Işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir) və 172.4-cü (Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) maddələrinin tələbləri pozularaq inzibati xətaya yol verilmişdir. Lakin Xəstəxananın həmin dövrdə direktoru vəzifəsində işləmiş X2 ##.##.2024-cü il tarixdə vəfat etdiyi üçün tərəfimizdən inzibati tənbeh tədbiri görülməmişdir. ##.##.2006 - ##.##.2022-ci illər üzrə istifadə etmədiyiniz məzuniyyət günlərinin müəyyən edilməsi və son hesabınızın qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanıb qısa müddət ərzində ödənilməsinin təmin edilməsi məqsədilə tərəfimizdən “xxxx” X9 yeni təyin edilmiş rəhbərliyinə göstəriş məktubu göndərilmişdir.” Bundan başqa apellyasiya icraatı zamanı “xxxx” PHŞ-yə İddiaçı ilə bağlanmış ## ###### 2022-ci il tarixli, ***-K saylı əmrin icrası ilə əlaqədar onun işdən azad edilməsi ilə bağlı son haqqhesabın aparılıb-aparılmamısı, aparıldığı halda isə son haqq-hesabın “hesablanma cədvəli”nin surətinin verilməsi barədə sorğu verilmiş, “xxxx” PHŞ tərəfindən təqdim edilmiş cavabdan və son haqq-hesab cədvəlindən müəyyən edilmişdir ki, ## ###### 2022-ci il tarixli, ***-K saylı əmrin icrası ilə bağlı son haqq-hesab aparılan zaman İddiaçı əvvəlki iş illəri üzrə məzuniyyət pulu ödənilməmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçının faktiki olaraq, əmək müaviləsinə xitam verilməmiş və sadəcə olaraq müəssisə daxili başqa işə keçirildiyi müəyyən edilmişdir. Belə ki, Iş materiallarında olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsxxxx” X9ə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2022-ci il tarixinədək “xxxx” X9 struktur vahidi olan Poliklinika şöbəsində şöbə müdiri vəzifəsində çalışmış və sonra isə eyni adlı hüquqi şəxsin direktor müavini-baş həkim vəzifəsinə təyin edilmişdir. Qeyd edilən yerdəyişmə prosesinin xitam əmri ilə deyil, müəsisədaxili başqa işə keçmə əmri ilə rəsmiləşdirilməsi məqsədəuyğun hesab edilir. Yuxanda göstərilənləri nəzərə alaraq İddiaçı məzuniyyət hüququndan istifadə etməsini tövsiyə edilmişdir.” Göründüyü kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsxxxx” X9ə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubunda iddiaçı ilə xxxx” X9 struktur vahidi olan Poliklinika şöbəsində şöbə müdiri vəzifəsində çalışmış və sonra isə eyni adlı hüquqi şəxsin direktor müavini-baş həkim vəzifəsinə təyin edilməsi əmək müqaviləsinə xitam verilməsi kimi deyil, yalnız müəsisədaxili başqa işə keçmə kimi qiymətləndirilmişdir. Iddiaçı məhkəmə iclasında məhz buna görə məzuniyyət pulunun ödənilməsi ilə bağlı onunla sonuncu bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinə ##.##.2025-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verildikdən sonra müraciət etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi yekun olaraq qeyd etmişdir ki, işəgötürən tərəfindən iddiaçının yeni vəzifəyə təyin edilməsinin səhv rəsmiləşdirilməsində işçinin - iddiaçının heç bir təqsiri olmamışdır. Bu iş materialları ilə, xüsusən də Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞnin “xxxx” X9ə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı eyni işəgötürünlə yəni Imişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi ilə faktiki əmək münasibətlərində olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı İddiaçı “xxxx” PHŞ-də 2008-ci ildən müxtəlif vəzifələrdə çalışmış, uzun müddət eyni tibb müəssisəsində əmək fəaliyyətini davam etdirmiş, 2022-ci ildə həmin xəstəxananın Poliklinika şöbəsində şöbə müdiri vəzifəsində çalışmış, ##.##.2022-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, ##.##.2022-ci il tarixindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 (TƏBIB) müşahidə şurasının müvafiq qərarı və icraçı direktorun əmri əsasında A. Cəfərov Imişli RMX-yə direktor müavini – baş həkim vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il # ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş xxxxnin Nizamnaməsinə əsasən, xxxx (bundan sonra – TƏBIB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin (bundan sonra – tibb müəssisələri) idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. TƏBIB-in fəaliyyət istiqamətlərinə tibb müəssisələrinin idarə edilməsini və fəaliyyətinə nəzarəti həyata keçirmək, tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını təmin etmək, tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini təmin etmək, tibb müəssisələrində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasını və bu xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək daxildir. TƏBIB-in idarəetmə orqanları Müşahidə Şurası (bundan sonra – Şura) və Icraçı direktordur. X8 müəssisələrinin rəhbərlərini və onların müalicə işləri üzrə müavinlərini (tibb müəssisəsinin icra orqanı təkbaşçı olduqda), habelə kollegial icra orqanının bütün üzvlərini Icraçı direktorun təqdimatı əsasında vəzifəyə təyin və vəzifədən azad edir. Göründüyü kimi iddiaçı İddiaçıla əmək müqaviləsinin tərəfi kimi işəgötürən qismində ##.##.2022-ci il tarixə qədər xxxx” PHŞ çıxış etmiş, daha sonra TƏBIB-in fəaliyyət istiqamətlərinə və səlahiyyətlərinə əsasən iddiaçı İddiaçı Imişli RMX-yə direktor müavini – baş həkim vəzifəsinə təyin edilməsi üçün (həmin səlahiyyət xxxx” PHŞ-yə aid deyildir) onunla xəstəxana arasında bağlanmış əmək münasibətlərinə xitam verilmiş, 2 gün sonra, yəni əmək münasibətlərinin fasiləsizliyi təmin edilməklə TƏBIB işə götürən qismində çıxış etməklə yeni əmək müqaviləsi bağlanmaqla iddiaçı həmin xəstəxanada başqa vəzifədə əmək fəaliyyətinə davam etmişdir. Apellyasiya icraatı zamanı da üçüncü şəxs qismində izahat verən TƏBIB-in nümayəndəsi nümayəndə2 da bildirmişdir ki, iddiaçı İddiaçı Imişli RMX-yə direktor müavini – baş həkim vəzifəsinə təyin edilməsi üçün ilk öncə onunla xəstəxana arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli olduğunu, daha sonra TƏBIB-lə yeni əmək müqaviləsinin bağlandığını bildirmişdir. Ümumiyyətlə əmək münasibətinin fasiləsizliyi dedikdə işçinin əmək stajının və əmək hüquqi münasibətlərinin faktiki olaraq davam etməsi, yəni iş fəaliyyətində hüquqi baxımdan fasilənin yaranmaması nəzərdə tutulur. Bu anlayışın qiymətləndirilməsi isə konkret olaraq əmək müqaviləsinin necə başa çatdırılmasından və yeni əmək münasibətinin hansı əsaslarla yaranmasından asılıdır. Hazırki iş üzrə 2 əmr mövcud olmaqla, həmin əmrlərdən birincisi, yəni ##.##.2022-ci il tarixlə əmrlə İddiaçı əmək münasibətlərinə xitam verilmiş, ##.##.2022-ci il tarixlə əmrlə isə yenidən əmək müqaviləsi bağlanmaqla işəgötürən qismində TƏBIB çıxış etmişdir. Formal olaraq iddiaçının iki ayrı əmək münasibətinin tərəfi olduğu görünsə də, iddiaçının eyni müəssisədə işləməyə davam etməsi, onun Xəstəxanın direktor müavini-baş həkim vəzifəsinə təyin edilməsinin yeganə yolunun TƏBIB-lə yeni əmək münasibətinə daxil olması olduğunun və dəyişikliyin yalnız işəgötürənin dəyişməsi ilə əlaqədar olduğunu (məsələn, səhiyyə müəssisələrinin TƏBIB-in tabeliyinə verilməsi və ya kadrların TƏBIB-ə keçirilməsi), bunun TƏBIB tərəfindən başqa yolla həyata keçirilə bilmədiyini nəzərə alan kollegiya belə qənaətə gəlir ki, iddiaçının əmək fəaliyyəti faktiki olaraq fasiləsiz davam etmiş, onun əmək funksiyası eyni müəssisədə həyata keçirilmiş, iş yerindən ayrılması baş verməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, həmin dövrdə səhiyyə müəssisələrinin idarə edilməsində institusional dəyişikliklər baş vermiş, müəssisələrin idarə olunması funksiyaları TƏBIB tərəfindən həyata keçirilməyə başlanmışdır. Bu dəyişikliklərin məqsədi səhiyyə müəssisələrinin fəaliyyətinin yeni idarəetmə mexanizmi əsasında təşkil edilməsindən ibarət olmuşdur. Əmək qanunvericiliyinin ümumi prinsiplərinə görə müəssisənin tabeliyinin, idarəetmə strukturunun və ya təsisçi səlahiyyətlərini həyata keçirən subyektin dəyişməsi özlüyündə işçinin əmək hüquqlarının itirilməsinə səbəb olmur. Iş materiallarından da görünmür ki, iddiaçı ilə əmək münasibətləri faktiki olaraq dayandırılmış, əmək stajı kəsilmiş və ya onun müəssisə ilə hüquqi əlaqəsi tamamilə sona çatmışdır. Əksinə müəyyən olunur ki, iddiaçı eyni müəssisədə fasiləsiz işləməyə davam etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, ##.##.2022-ci il tarixli əmr əmək münasibətlərinin tam başa çatdırılması deyil, həmin dövrdə aparılmış təşkilati və struktur dəyişiklikləri ilə əlaqədar əmək münasibətlərinin yenidən rəsmiləşdirilməsi xarakteri daşımışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “xxxx” Publik Hüquqi şəxs “xxxx” X9 direktoru Şahin Qurbanov tərəfindən məhkəyə ünvanlanmış məktubda qeyd olunur ki, iddiaçı İddiaçı ## ###### 2022-ci il tarixdə ***-K saylı əmrlə əmək müqaviləsinə xitam verilmidir. Xitam əmri rəsmiləşdirildikdən sonra İddiaçı qalıq əmək haqqı ödənilmiş, lakin istifadə etmədiyi məzuniyyət günləri müəyyən olunmadığı üçün heç bir ödəniş (məktuba ödəniş cədvəli əlavə edilmiş, həmin cədvəldə İddiaçı son haqq-hesab aparılmadığı müəyyən edilir.) ödənilməmişdir. Belə olan halda iddiaçının istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququnun qəti şəkildə yarandığı tarix onun həmin müəssisə ilə əmək münasibətlərinin faktiki və hüquqi baxımdan sona çatdığı ##.##.2025-ci il tarix hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin başlanğıcını düzgün müəyyən etmişdir. Apellyasiya şikayətində göstərilən hallar qətnamənin ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Digər tərəfdən 3-cü şəxs qismində izahat verən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ-nin nümayəndəsi nümayəndə2 iddia müddətinin tətbiq edilməyəcəyi halda, yenidən ekspertiza təyin edilməklə ödənilməmiş məzuniyyət illərinə görə məzuniyyət pulununun və dəbbə pulunun düzgün müəyyən edilməsini xahiş etsə də, kollegiya yenidən eskpertiza təyin edilməsinə zərurət görmür. Belə ki, mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). Iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh həm iddia tələbinə etirazda həm də, apellyasiya şikayətinin dəlillərində yalnız iddia müddətinin tətbiq edilməsi məsələsini mübahisələndirmiş, iş üzrə yenidən ekspertiza təyin edilməsini, ekspert rəyi ilə hansı əsaslara görə razılaşmadığını göstərməmişdir. Digər tərəfdən cavabdehin birinci instansiya məhkəməsində yenidən ekspertiza təyin edilməsi barədə vəsatət verməsi üçün kifayət qədər vaxt və imkanı olmuşdur. Belə olan halda vəsatətin (təkrar ekspertiza təyin edilməsi barədə) təmin edilərək hüquqi qiymət verilməsi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddiaçı tərəfindən istifadə edilməyən məzuniyyət illərinə görə 28148,21 (iyirmi səkkiz min bir yüz qırx səkkiz manat iyirmi bir qəpik) manat və gecikdiririlmiş 94 gün üçün hər günə görə 1% olmaqla 26459.31 (iyirmi altı min dörd yüz əlli doqquz manat otuz bir qəpik) manat olmaqla, ümumilikdə 54607.52 manat cavabdeh “xxxx” X9dən tutularaq, iddiaçı İddiaçı ödənilməlidir” mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur. Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh “xxxx” PHŞ tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar