Məhkəmə qərarları › İş №2(3-9)-685/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-685/2026

31.07.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-685/2026 31.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İmanova Aynurə Rəftar qızının cavabdeh Beyləqan şəhəri, N.Allahverdiyev adına * saylı orta məktəbinə və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qarşı "sonuncu xəbərdarlıqla şiddətli töhmət" əmrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: sonuncu xəbərdarlıqla şiddətli töhmət əmrinin ləğv edilməsi tələbi. Şirvan şəhəri, 31 iyul 2*26-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı İmanova Aynurə Rəftar qızının və maraqlı şəxs Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X3 (cavabdeh Beyləqan şəhəri, N.Allahverdiyev adına * saylı orta məktəbinin direktoru nümayəndə1 əvvəlki məhkəmə iclaslarında iştirak etmişdir) iştirakı ilə, İddiaçı İmanova Aynurə Rəftar qızının cavabdeh Beyləqan şəhəri, N.Allahverdiyev adına * saylı orta məktəbinə və üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qarşı "sonuncu xəbərdarlıqla şiddətli töhmət" əmrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2*26-cı il tarixli, 2(*2*)- 2235/2*25 saylı qətnaməsindən (hakim. R.Nurullayev) iddiaçı İmanova Aynurə Rəftar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İmanova Aynurə Rəftar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Beyləqan şəhəri, N.Allahverdiyev adına * nömrəli tam orta məktəbin direktor tərəfindən verilmiş 14 noyabr 2*25-ci il tarixli, *** nömrəli “sonucu xəbərdarlıqla şiddətli töhmət” əmrinin ləğv edilməsi və mediasiya prosesi üçün ödənilmiş 6* manat mediasiya xərcinin cavabdeh Beyləqan şəhəri, N.Allahverdiyev adına * nömrəli tam orta məktəbində tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı İmanova Aynurə Rəftar qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Beyləqan şəhər Namiq Allahverdiyev adına * saylı tam orta məktəbində 2*2*-ci ildən Pedoqoji fəaliyyətlə məşğul olur, həmin məktəbə 6* üzrə 54 bal ilə müəllim təyin edilmişdir. Məktəbə getdiyi gündən nümayəndə1 və onun sabiq müavini Lətafət Məmmədova onun yerinə başqa müəllimin təyin olunacağını gözlədiklərini bildirərək həmin gündən ona işləməyə imkan verməmişlər. Sonuncu dəfə 2*23-cü ildə Beyləqan Rayon Şəfəq qəsəbəsində yaşayan məktəbin 5c sinif şagirdləri Günel Rəhimova və onun bacısının 5 il ərzində məktəbə gəlmədikləri halda onlarla direktorun maraqlanmaması, uşaqlara dərs deyən müəllimlərin yalançı qiymətlər yazaraq üzlərini görmədiyi 2 qız uşağının taleyini məhv etmələrinə göz yummadığı üçün etdiyi müraciətlərə cavab olaraq məktəbdə manitorinq təşkil edilmiş, direktor nümayəndə1 və digər maddi-məsul şəxslərə, yalançı qiymət yazan müəllimlərə intizam tənbehi verilmişdir. nümayəndə1 tərəfindən ona *2 iyun tarixində keçrilmiş Pedoqoji Şurada verilmiş ** nömrəli əmrə əsasən əmək funksiyasını guya kobud surətdə pozmağına görə töhmət və həmin gün 6* nömrəli əmrlə Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndini rəhbər tutaraq *6 may 2*25-ci il tarixdə bütün gün üzürsüz səbəbdən işə gəlmədiyini göstərərək yazılı xəbərdarlıq elan edilmişdir. 3* iyun 88 N-li 2*25-ci tarixli əmirlə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 158 N-li 14 noyabr 2*25-ci il tarixli “sonuncu xəbərdarlıqla şiddətli töhmət”, 17* N-li 4 dekabr 2*25-ci il tarixli qəsdən sistematik formalı qanunsuz əmrlər verərək onun min bir zəhmətlə qazandığı müəllim adını ondan almışdır. Qeyd edilən əmrlər məhkəmə qaydasında mübahisələndirilmiş və Beləyəqan Rayon Məhkəməsinin 3 sentyabr 2*25-ci il tarixli, 2(*2*)1319-2*25 nömrəli qətnaməsi ilə ona verilmiş 2 iyun ** nömrəli “töhmət” intizam tənbehi əmri ləğv edilmişdir. 3* iyun 88 N-li “sonuncu xəbərdarlıqla şiddətli töhmət “əmri isə hazırda Apellyasiya məhkəməsində mübahisələndirilməkdədir. Bütün bunların hər biri qərəzli olaraq, qisas almaq məqsədi ilə verilmişdir. Müraciəti əsasında xəsarəti ilə bağlı təhqiqat aparılarkən Beyləqan şəhəri N.Allahverdiyev adına * nömrəli tam orta maktəbinin direktoru nümayəndə1 baisində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci, 198.1.7-ci maddələri ilə tətbiq edilmiş *5.*3.2*25-ci il tarixli MN ******* nömrəli və *7.*4.2*25ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarları ilə cərimə etdikdən sonra direktor ona qarşı qərəzli münasibət sərgiləməyə başlamışdır. Həmçinin, nümayəndə1 Beyləqan Rayon Məhkəməsinə müraciət edərək onun tərəfindən nümayəndə1 fəaliyyətinin araşdırılması üçün DƏMX-nə, Elm və Təhsil Nazirliyinə, AR Baş Prokurorluğuna, AR Baş Prokurorluğu yanında X11 Baş İdarəsinə etdiyi müraciətlərə görə ondan 81** manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun iddiası əssasız olduğundan Beyləqan Rayon Məhkəməsinin 2(*2*)- 1435/2*25 nömrəli 2*.1*.2*25-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. 14 noyabr 2*25-ci il tarixində isə 2 oktyabr 2*25-ci il tarixində guya şagidlərə qarşı kobud davrandığı üçün ona aşkar edildiyi gündən 44 gün sonra “Sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehin əmri vermişdir. Təhsil məzuniyyətində olduğu dövrdə araşdırma aparılmış 21 aprel 2*25-ci il tarixində poçtla göndərdiyi məktubu ilə 14 noyabr 2*25-ci il tarixli verdiyi intizam tənbeh əmrində nömrə qoyulmadığı üçün əmri köhnə tarixlə, lakin yenidən tərtib edərək 158 N-li nömrəli yeni əmr göndərmişdir. Həmçinin, təhsil məzuniyyətində olduğu dövrdə ondan izahat tələb etmiş, bir iş günü ərzində ona cavab verməyini tələb etmişdir. 17 noyabr-1 dekabr 2*25-ci il tarixləri təhsil məzuniyyəti dövrünə düşmüş, həmçinin 2 dekabr 2*25-ci il Şirvan Apellyasiya Məhkəməsində nümayəndə1 ilə bağlı AR CM -nin 147.1-ci maddəsi təqsirləndirilən şəxs qismində məhkəmə icraatı aparılmışdır. Direktor məhkəməyə getməyə ona şərait yaratmadığı üçün MÜTDA-nə müraciət etmək məcburiyyətində qalmış, ondan sonra onu əmək funksiyasının icraatından həmin gün azad etmişdir. Bir neçə dəfə özü iclasa getmiş, lakin ona iclasa getmək üçün icazə verməmişdir. nümayəndə1 yazdığı ərizədən və MÜTDA-ya etdiyi müraciətdən sonra məhkəməyə gedə bilmişdir. Məhkəmənin səhəri günü 3 dekabr 2*25-ci il tarixində onun iştrakı və xəbəri olmadan Pedoqoji Şura onu işdən azad etmişdir. Barəsində verilmiş 14 noyabr 2*25-ci il tarixli, *** nömrəli əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qanunvericiliyin tələbinə görə əgər pozuntu faktı müəyyən edilirsə akt tərtib edilməlidir. Cavabdeh tərəfindən belə bir akt tərtib edilməmiş, əgər tərtib edilmişsə də onun işitrakı olmadan tərtib edilmiş və aktın surəti ona təqdim edilməmişdir. İşin halları ilə tam təsdiq edilir ki, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmrin verilməsinə əsas onunla cavabdeh qurumun rəhbər şəxsi arasında mövcud olan şəxsi münasibətlər zəmnində, işəgötürənin səlahiyyətlərindən sui-istifadə etməsi olmuşdur. Görülən tədbirlər də işçiyə həm maddi, həm mənəvi ziyan vurur. Yəni, töhmət alan şəxs ən azı mükafatlardan və karyera yüksəlişindən məhrum olur”. İşdən çıxmaq üçün zəmin yaranır. İşəgötürən onu işdən çıxarmaq üçün qəsdən sistematik töhmətlər vermiş, sonda onun əmək müqaviləsinə qanunsuz şəkildə xitam vermişdir. X8 Xidmətinə etdiyi müraciətdən sonra əmək haqqının düzgün hesablanıb ödənilməməsinə görə nümayəndə1 əməlində inzibati xətanın əlamətləri olduğundan inzbati xəta haqqında icraat başlanılmışdır. Mil-Muğan Regironalın müdiri Bəhruz Nəbili barəsində AR İXM -nin 192.4 maddəsi ilə şərti cəza müəyyən edildi, yalnız bundan sonra əmək haqqından tutulan 488 manat geri qaytarılmışdır. Bütün bunlardan sonra ona qarşı məktəbdə mobinq və təziqlər artmışdır. Həmçinin, 18 sentyabr tarxili əmək müqaviləsinə dəyişikliklə bağlı tərəfindən heç bir müqavilə imzalanmamış, qəsdən müqavilənin şərtlərini birtərəfli qaydada dəyişmişlər. Bununla bağlı DƏMX-nə müraciət etmişdir. Ona görə də, cavabdeh Beyləqan şəhəri, N.Allahverdiyev adına * nömrəli tam orta məktəbin direktor tərəfindən verilmiş 14 noyabr 2*25-ci il tarixli, *** nömrəli “sonucu xəbərdarlıqla şiddətli töhmət” əmrinin ləğv edilməsi və Mediasiya prosesi üçün ödənilmiş 6* manat mediyasiya xərci cavabdeh Beyləqan şəhəri, N.Allahverdiyev adma * nömrəli tam orta məktəbində tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iddiaçı İmanova Aynurə Rəftar qızı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, 18.1*.2*25-ci il tarixdə * nömrəli tam orta məktəbin direktor nümayəndə1 məktub ünvanlayaraq 2*.1*.2*25-ci il tarixdə məhkəmədə iştirak etməyi üçün icazə verilməsini xahiş etmişdir. nümayəndə1 da ona Whatsapp vasitəsi ilə həmin günə icazə vermişdir. nümayəndə1 ona yazılı şəkildə məktub ünvanlamış, o, həmin məktubla tanış olmuşdur. Lakin nümayəndə1 ona 18.1*.2*25-ci il tarixdə Whatsapp vasitəsi ilə mesaj göndərərək ona məhkəməyə hazırlaşması üçün 2*.1*.2*25-ci il tarixdə işdən azad olduğunu bildirmişdir. O, 2*.1*.2*25-ci il tarixdə işdə olmamışdır. Bunu onun telefonunun anten dairələrini yoxladıqda onun həmin günü Füzuli rayonunda olduğunu və sonra isə Beyləqan Rayon Məhkəməsində olduğunu sübut edə bilər. Həmçinin həmin günü məktəbdə olmadığına görə məktəbin jurnallarını da işləməmişdir. Sonradan jurnal boş qalmasın deyə işləmişdir. Belə ki, həmin günü məktəbdə olmadığına görə başqa müəllim çağırılmış, həmin müəllim jurnalı işləməmişdir. Sonradan ona jurnal boş qalmasın deyə həmin jurnalı doldurmasını demişlər. Həmin vaxtı müvəqqəti jurnal verilmişdir. Sonradan Təhsil Nazirliyi tərəfindən verilən jurnalları hər bir müəllim doldurmuşdur. Məktəb direktoru ona demişdir ki, “2*.1*.2*25-ci il tarixdə işdə olmadığıma görə Almaz müəllim həmin günü jurnalı yazmayıb”. Ona görə sonradan həmin günü yazmışdır. O, “Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə məktəb direktorunun qanunsuz fəaliyyəti ilə bağlı şikayət etmiş, X11 Baş İdarəsi Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Ona sonucu xəbərdarlıqla şiddətli töhmət əmri *2.1*.2*25-ci il tarixdə olan hadisə ilə bağlı verilmişdir. Lakin o, *2.1*.2*25-ci il tarixdə nə hadisəsi baş verdiyini bilmir. O, 28.1*.2*25-ci il tarixdə təşkil olunan pedoqoji şurada iştirak etməmiş və pedoqoji şurasının təşkil olunmasından xəbəri olmamışdır. 28.1*.2*25-ci il tarixdə təşkil olunan pedoqoji şuraya dəvət olunmamış, sonradan, yəni 29.1*.2*25-ci il tarixdə müəllim yoldaşlarından eşitmişdir ki, pedoqoji şura keçirilmişdir. *3.1*.2*25-ci il tarixdə izahat verməsi üçün ona məktub ünvanlanmış, lakin o, həmin məktubu *6.1*.2*25-ci il tarixdə almışdır. *6.1*.2*25-ci il tarixdə xəstəlik vərəqəsində olduğuna görə izahat verə bilməmişdir. Xəstəlik vərəqəsindən 21.1*.2*25-ci il tarixdə qayıtmışdır. Əslində o, 2*.1*.2*25-ci il tarixdə qayıtmalı idi, lakin məktəbin direktoru ona 2*.1*.2*25-ci il tarixə icazə verdiyinə görə məktəbdə olmamışdır. Həmçinin Mil-Muğan Regional Təhsil idarəsinin rəsmi məktubuna əsasən də müəyyən olunur ki, o, 2* oktyabr 2*25-ci il tarixdə iş yerində olmamış, həmin gün üçün onun əmək haqqı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 179-cu maddəsinin tələblərinə uyğun saxlanılmışdır. Onun 2* oktyabr 2*25-ci il tarixdə izahat verməkdən imtina etməsinə dair Lətafət Məmmədova, Dəyanət Namazov və Elvin Abbaslı tərəfindən həqiqətə uyğun olmayan akt tərtib edilmişdir. Bundan əlavə məktəbin şagirdlərinin qanunsuz olaraq səs yazıları yazılmış, onların həmin səs yazıları sübut kimi qəbul edilə bilməz. Həmin səs yazılarının nə vaxta aid olması məlum deyildir. Həmin videoda uşaqların iradə ifadəsi yoxdur, uşaqları video çəkməyə görə valideynlərindən icazə almalıdırlar. Həmin çəkilişə etiraz edir, uşaqlara təzyiq göstərilmişdir. Ona verilən təhmət tam əsassızdır. Ona görə də iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən maraqlı şəxs Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Beyləqan şəhər Namiq Allahverdiyev adına * nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi İmanova Aynurə Rəftar qızı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ona 14 noyabr 2*25-ci il tarixli *** nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi barədə əmri mübahisələndirir. Aynurə İmanova tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində sözügedən əmrin guya qanunsuz verildiyi, intizam tənbehinin tətbiqi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl olunmadığı iddia edilərək həmin əmrin ləğv edilməsi xahiş olunmuşdur. İmanova Aynurə Rəftar qızı əvvəllər fəaliyyət göstərdiyi Beyləqan şəhər Namiq Allahverdiyev adına * nömrəli tam orta ümumtəhsil məktəbində əmək fəaliyyəti dövründə dəfələrlə əmək və icra intizamını pozmuş, bu hallara görə ona müvafiq qaydada intizam tənbehləri tətbiq edilmişdir. İmanovaya 14 noyabr 2*25ci il tarixində intizam tənbehinin verilməsinə səbəb onun üzərinə düşən vəzifə öhdəliklərini təkrarən və əsassız olaraq yerinə yetirməməsi, tədris prosesinin normal gedişinə mane olan hərəkətlərə yol verməsi və bu barədə ona edilmiş əvvəlki xəbərdarlıqlara baxmayaraq davranışında müsbət dəyişiklik olmamasıdır. Belə ki, intizam tənbehi tətbiq olunmazdan əvvəl İmanova Aynurə Rəftar qızından yazılı izahat tələb edilmiş, lakin o, izahat verməkdən imtina etmişdir. Yol verilmiş intizam pozuntusu ilə bağlı faktlar müvafiq aktlar və sübutedici sənədlərlə təsdiq edilmiş, həmçinin intizam tənbehinin seçilməsi zamanı əmək qanunvericiliyinin tələbləri, törədilmiş pozuntunun xarakteri və təkrarlanması halları nəzərə alınmışdır. Müəyyən edilmişdir ki, Aynurə İmanova *2 oktyabr 2*25-ci il tarixində şagirdlərə qarşı təhsil qanunvericiliyinin tələblərinə zidd hərəkətlərə yol vermişdir. Belə ki, həmin tarixdə onun davranışı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2*24-cü il tarixli KQ-*7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”nın 2.4.1-ci bəndinin (təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır) tələblərinin kobud şəkildə pozulması ilə xarakterizə olunmuşdur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq İmanova Aynurə Rəftar qızına “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi tətbiq edilmişdir. Sözügedən intizam tənbehi qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud olduqda, müəyyən edilmiş qaydada və səlahiyyətli şəxs tərəfindən verilmişdir. Beləliklə, iddia ərizəsində göstərilənlərin əksinə olaraq 14 noyabr 2*25-ci il tarixli *** nömrəli əmr qanuni, əsaslı və prosedur tələblərinə tam uyğun şəkildə qəbul edilmişdir. İş üzrə iddiaçı iddia ərizəsində həmin əmrin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq, guya intizam tənbehinin 1 ay müddətində deyil, 44 gün sonra tətbiq edildiyini göstərmişdir. Lakin bu iddia əsassızdır. Belə ki, iddiaçının törətdiyi intizam pozuntusu aidiyyəti üzrə *7 oktyabr 2*25-ci il tarixində məktəbin tədris işləri üzrə direktor müavini Lətafət Məmmədovanın apardığı xidməti araşdırma nəticəsində aşkar edilmişdir. İmanova *6 oktyabr 2*25-ci il tarixində əmək qabiliyyətini müvəqqəti itirmiş, xəstəlik vərəqəsi almış və 13 təqvim günü müddətində işdə olmamışdır. Aynurə İmanova *6 oktyabr 2*25- ci il tarixindən 18 oktyabr 2*25-ci il tarixinədək əmək qabiliyyətsiz olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən işçinin müvəqqəti əmək qabiliyyətsiz olduğu dövr intizam tənbehinin tətbiqi üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. Bu baxımdan, intizam tənbehinin tətbiq edilməsi qanunvericiliklə müəyyən edilmiş müddət çərçivəsində həyata keçirilmişdir. İşin hüquqi halları *2 iyun 2*25-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə əsasən “töhmət” elan edilmişdir. Daha sonra 24 iyun 2*25-cı il tarixində isə işə üzürsüz səbəbdən gəlmədiyinə əsasən 3* iyun 2*25-ci il tarixində Əmək Məcəlləsinin tələblərinə əsasən “sonuncu xəbardarlıq ilə şiddətli töhmət” elan edilmişdir. “Təhsilverənlərin Etik Davranış Qaydaları”nın 2.4.1-ci bəndinə əsasən təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır. *7 oktyabr 2*25-ci il tarixində müəyyən edilmişdir ki, İmanova Aynurə məktəbin şagirdlərinə qarşı kobud surətdə etik olmayan hərəkət və ifadələr işlədərək həmin qaydaları ciddi şəkildə pozmuşdur. Buna istinadən yenə də Əmək Məcəlləsinin tələblərinə əsasən “sonuncu xəbardarlıq ilə şiddətli töhmət” elan edilmişdir. Belə ki, “2*” dekabr 2*17-ci il tarixli “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiya qərarının VII hissəsində (Ümumi təhsil müəssisələri) müəllim vəzifəsi mütəxəssis kateqoriyasına aid edilmiş, müəllimin funksional vəzifələri konkret olaraq müəyyən edilmişdir. Beləliklə, göstərilən normativ hüquqi aktdan da göründüyü kimi, İmanovanın tutduğu müəllim vəzifəsi təhsilverən kimi peşəkar fəaliyyətin həyata keçirilməsini nəzərdə tutan mütəxəssis vəzifəsidir. Bu səbəbdən, onun əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tənzimlənməlidir. Bu baxımdan, Əmək Məcəlləsində nəzərdə tutulmuş normalar, o cümlədən əmək funksiyasının mahiyyəti, vəzifə öhdəlikləri və hüquqi status nəzərə alınmaqla, İmanovaya münasibətdə tətbiq edilən hüquqi yanaşma qanunvericiliyin tələblərinə uyğundur. *2.1*.2*25-ci il tarixdə şagirdlər gəlib şifahi olaraq məktəbin direktoruna Aynurə İmanovanın qanunsuz hərəkətləri barədə məlumat vermişlər. Bundan sonra Aynurə İmanovanı ittiham etməkdənsə hadisənin daha da obyektiv araşdırılması üçün vaxt sərf olunmuş, valideyinlərlə görüşlər keçirimişdir. Aynurə İmanova 2*.1*.2*25-ci il tarixdə izahat alınması üçün dəvət edilməmişdir. Sadəcə dərsdən sonra Aynurə İmanova müəllimlər otağına daxil olanda məktəbin direktoru və orada olan digər müəllimlər və direktor müavini ondan soruşmuşlar ki, “Aynurə İmanova niyə Siz izahat vermirsiniz?” o, cavabında izahat verməyəcəyini bildirmişdir. Həmçinin onun izahat verməsi barədə rəsmi məktubda ünvanlanmış və həmin məktub mülki işin materiallarına əlavə olunması üçün təqdim edilmişdir. 2*.1*.2*25-ci il tarixli intizam tənbehində olan əmri Aynurə İmanovaya 21.1*.2*25-ci il tarixdə verməmişlər, səbəb isə həmin müddətə kimi həmin intizam tənbehini verib-verilməməsinə tərəddüd etmələri olmuşdur. Əmri iddiaçıya 14.11.2*25-ci il tarixdə təqdim etmişlər. Ona görə də, iddiaçı İmanova Aynurə Rəftar qızının iddiasının rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Beyləqan şəhər Namiq Allahverdiyev adına * nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru nümayəndə1 məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, Beyləqan şəhər Namiq Allahverdiyev adına * nömrəli tam orta ümumtəhsil məktəbinin sabiq tarix müəllimi İmanova Aynurə Rəftar qızı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən ona 14 noyabr 2*25-ci il tarixli *** nömrəli "sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi barədə əmri mübahisələndirir. Aynurə İmanova tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində sözügedən əmrin guya qanunsuz verildiyi, intizam tənbehinin tətbiqi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl olunmadığı iddia edilərək, həmin əmrin ləğv edilməsi xahiş olunmuşdur. İmanova Aynurə Rəftar qızı əvvəllər fəaliyyət göstərdiyi Beyləqan şəhər Namiq Allahverdiyev adına * nömrəli tam orta ümumtəhsil məktəbində əmək fəaliyyəti dövründə dəfələrlə əmək və icra intizamını pozmuş, bu hallara görə ona müvafiq qaydada intizam tənbehləri tətbiq edilmişdir. Aynurə İmanovaya 14 noyabr 2*25-ci il tarixində intizam tənbehinin verilməsinə səbəb onun üzərinə düşən vəzifə öhdəliklərini təkrarən və əsassız olaraq yerinə yetirməməsi, tədris prosesinin normal gedişinə mane olan hərəkətlərə yol verməsi və bu barədə ona edilmiş əvvəlki xəbərdarlıqlara baxmayaraq davranışında müsbət dəyişiklik olmamasıdır. Belə ki, intizam tənbehi tətbiq olunmazdan əvvəl İmanova Aynurə Rəftar qızından yazılı izahat tələb edilmiş, lakin o, izahat verməkdən imtina etmişdir. Yol verilmiş intizam pozuntusu ilə bağlı faktlar müvafiq aktlar və sübutedici sənədlərlə təsdiq edilmiş, həmçinin intizam tənbehinin seçilməsi zamanı əmək qanunvericiliyinin tələbləri, törədilmiş pozuntunun xarakteri və təkrarlanması halları nəzərə alınmışdır. Müəyyən edilmişdir ki, İmanova *2 oktyabr 2*25-ci il tarixində şagirdlərə qarşı təhsil qanunvericiliyinin tələblərinə zidd hərəkətlərə yol vermişdir. Belə ki, həmin tarixdə onun davranışı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2*24-cü il tarixli KQ-*7 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsilverənlərin etik davranış Qaydaları”nın 2.4.1-ci bəndinin (təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır) tələblərinin kobud şəkildə pozulması ilə xarakterizə olunmuşdur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndinə uyğun olaraq İmanova Aynurə Rəftar qızına "sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi tətbiq edilmişdir. Sözügedən intizam tənbehi qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud olduqda, müəyyən edilmiş qaydada və səlahiyyətli şəxs tərəfindən verilmişdir. Beləliklə, iddia ərizəsində göstərilənlərin əksinə olaraq, 14 noyabr 2*25-ci il tarixli *** nömrəli əmr qanuni, əsaslı və prosedur tələblərinə tam uyğun şəkildə qəbul edilmişdir. İş üzrə iddiaçı iddia ərizəsində həmin əmrin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinə zidd olaraq, guya intizam tənbehinin 1 ay müddətində deyil, 44 gün sonra tətbiq edildiyini göstərmişdir. Lakin bu iddia əsassızdır. Belə ki, iddiaçının törətdiyi intizam pozuntusu aidiyyəti üzrə *7 oktyabr 2*25-ci il tarixində məktəbin tədris işləri üzrə direktor müavini Lətafət Məmmədovanın apardığı xidməti araşdırma nəticəsində aşkar edilmişdir. İmanova *6 oktyabr 2*25-ci il tarixində əmək qabiliyyətini müvəqqəti itirmiş, xəstəlik vərəqəsi almış və 13 təqvim günü müddətində işdə olmamışdır. Belə ki, o, *6 oktyabr 2*25-ci il tarixindən 18 oktyabr 2*25-ci il tarixinədək (qeyriiş günləri də daxil olmaqla) əmək qabiliyyətsiz olmuşdur. "Təhsilverənlərin Etik Davranış Qaydaları”nın 2.4.1-ci bəndinə əsasən təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır. *7 oktyabr 2*25-ci il tarixində müəyyən edilmişdir ki, İmanova Aynurə məktəbin şagirdlərinə qarşı kobud surətdə etik olmayan hərəkət və ifadələr işlədərək həmin qaydaları ciddi şəkildə pozmuşdur. Buna istinadə yenə də Əmək Məcəlləsinin tələblərinə əsasən "sonuncu xəbardarlıq ilə şiddətli töhmət” elan edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 1-ci bəndinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Belə ki, "2*” dekabr 2*17-ci il tarixli "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiya qərarının VII hissəsində (Ümumi təhsil müəssisələri) müəllim vəzifəsi mütəxəssis kateqoriyasına aid edilmiş, müəllimin funksional vəzifələri konkret olaraq müəyyən edilmişdir. Beləliklə, göstərilən normativ hüquqi aktdan da göründüyü kimi, İmanovanın tutduğu müəllim vəzifəsi təhsilverən kimi peşəkar fəaliyyətin həyata keçirilməsini nəzərdə tutan mütəxəssis vəzifəsidir. Bu səbəbdən, onun əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tənzimlənməlidir. Bu baxımdan Əmək Məcəlləsində nəzərdə tutulmuş normalar, o cümlədən əmək funksiyasının mahiyyəti, vəzifə öhdəlikləri və hüquqi status nəzərə alınmaqla, İmanovaya münasibətdə tətbiq edilən hüquqi yanaşma qanunvericiliyin tələblərinə uyğundur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddiaçı İmanova Aynurə Rəftar qızının 23.12.2*25-ci il tarixli 2(*2*)- 2235/2*25 nömrəli iş üzrə iddiasının rədd edilməsini və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Beyləqan şəhər Namiq Allahverdiyev adına * nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru nümayəndə1 göstərilənləri təsdiq etmiş və iddiaçı tərəfindən verilən suallara münasibət bildirərək göstərmişdir ki, Aynurə İmanova 2* oktyabr 2*25-ci il tarixdə məhkəmə iclasına gedənə kimi məktəbdə olmuş, *2 oktyabr 2*25-ci il tarixdə şagirdlərə qarşı kobud rəftar sərgilədiyinə görə ondan izahat tələb edilmiş, lakin o, izahat verməkdən imtina etmişdir. Aynurə İmanovanın bütün gün məktəbə gəlməməsi barədə göstərdikləri əsassızdır. O, Aynurə İmanovaya yalnız məhkəmə iclasının vaxtı məhkəmənin çağırışa getməsinə icazə vermişdir. Məhkəmə iclası həmin gün saat 12:**-a təyin olunmuşdur. Əmr kitabında heç bir saxtakarlıq edilməmişdir. İddiaçıya birinci dəfə göndərilən əmrdə əmrin nömrəsinin olmaması texniki səhvdir. Əmr kitabını məhkəməyə gətirmişdir və ona baxış keçirilməsinə etiraz etmir. *2 oktyabr 2*25-ci il tarixdə baş vermiş hadisənin araşdırılması ilə bağlı əmr vermişdir. Aynurə İmanovanın şagirdləri telefon kamerasına çəkdiyini görmüşdür. Aynurə işlədiyi 5 il ərzində heç vaxt Pedaqoji Şuranın iclasında iştirak etməmişdir. Aynurə İmanova barəsində verilmiş 14 noyabr 2*25-ci il tarixli *** nömrəli əmr tam qanunik və əsaslıdır. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə iclasında izahat verən şahid X6 ifadəsində göstərmişdir ki, Beyləqan şəhər Namiq Allahverdiyev adına * nömrəli tam orta ümumtəhsil məktəbində təlim tərbiyə işləri üzrə direktor müavini işləyir. İmanova Aynurə Rəftar qızı Beyləqan şəhər Namiq Allahverdiyev adına * nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi vəzifəsində çalışmışdır. Aynurə mütamadı olaraq dərslərə gecikdiyinə və işə gəlməməyinə görə ona töhmətlər verilmişdir. Ona xəbərdarlıq veriləndən sonra dərslərə vaxtı-vaxtında gəlməyə başlamışdır. Bundan əlavə Aynurə İmanova dərs vaxtı sinifdən çıxıb telefonla danışmışdır. Həmçinin yay tətilində məktəbə gəlməli olduğu halda gəlməmişdir. *2.1*.2*25-ci il tarixdə sinifdə uşaqlarla yaratdığı münaqişəyə görə ona 14.11.2*25-ci il tarixdə “sonuncu xəbardarlıqla şiddətli töhmət” elan edilmişdir. *2.1*.2*25- ci il tarixdə 11Ç və 7D siniflərdə uşaqları məcbur etmişdir ki, deyin ki, “bura pul vermişik, bizi məcbur edirlər və biz də bunu etmişik”. *2.1*.2*25-ci il tarixdə o, və təşkilatçı Namik müəllimlə sinifə girərkən uşaqların Aynurə İmanovanın dediklərinə əks münasibət bildirəndə görmüşlər ki, Aynurə İmanova uşaqlara təzyiq göstərmiş və bu barədə ondan soruşanda ona bildirmişdir ki, “Lətafət müəllim uşaqlar mənə düzünü demirlər mən bunların qanını içəcəm”. O, bu barədə məktəb direktoruna məlumat vermiş, məktəb direktoru müəllimlə və şagirdlərlə söhbət aparmışdır. Sonra məktəb psixoloqu sinif rəhbəri ilə birlikdə sinifdə sorğu aparmışdır. *7.1*.2*25-ci il tarixdə direktora yazılı ifadə vermişdir. Sonra hər 2 sinifin şagirdlərinin valideyinləri gəlib narazılıq etmişlər. O, bu hadisə ilə bağlı Aynurə İmanovaya izahat verməsini təklif etmiş Aynurə isə izahat verməkdən imtina etmiş və ona “get direktoruna deki, ərizə olan yerdə izahat olmur” demişdir. O, da bu barədə akt tərtib etmişdir. Aynurə İmanovanın barəsində akt 2*25-ci ilin oktyabr ayında tərtib edilmişdir. Dəqiq gün yadında qalmamışdır. Aynurə İmanovanın valideynlərlə görüşməyinə imkan verməmişlər ki, validiynlə müəllimə arasında problemlər olmasın. Aynurə İmanova tez-tez direktor barəsində şikayət etmişdir. Aynurə İmanova pedoqoji şuraya çağırılmış, o, özü şəxsən Aynurəyə demiş və onun elektron poçtuna və ünvanına da məktublar göndərilmişdir. Lakin Aynurə İmanova həmin günü məktəbdə olsa da, pedoqoji şurada iştirak etməmişdir. Aynurə İmanova məktəbə gələn gündən nizam-intizama riyaət etməmişdir. Aynurə İmanovanın 3* saat dərsi olmuşdur. Aynurə tələb etimişdir ki, həmin dərsləri 4 günə keçsin, qalan günlər məktəbə gəlməsin. Aynurə İmanova ona deyirdi ki, “mənə ancaq səhər növbəsində olan dərs saatlarını ver”. Aynurə İmanovanın 2*.1*.2*25-ci il tarixdə 8C sinifində 2 saat–4 və 6-cı saatlar, 9A sinifində 4-cü saat, 9C-də 5-ci saat idi və 6C-də 1-ci saatlarda dərsləri olmuş, lakin Beyləqan Rayon Məhkəməsində məhkəmə iclasları təyin olunduğu üçün məktəbin direktorundan icazə almışdır. Həmin günü Aynurə İmanovanın dərsi saat *9:4*-da başlamışdır. O, 8C sinifində Azərbaycan tarixi və 9A sinifinin dərslərində iştirak edib və həmin günün jurnalınıda yazmışdır. İddiaçı 8C sinifində Azərbaycan tarixi dərsində iştirak edib, 1*:35-də 9A sinifində dərsində iştirak edib, sonra 5-ci dərsdə iştirak etməmişdir. Məktəbin direktoru Aynurənin məhkəməsi olduğundan ona icazə verməsini bildirmişdir. Ona Aynurənin məhkəməsinin saat 12:3*-da olmasını, həmin vaxta kimi 3-4 dərs keçə biləcəyini demişdir. Məktəbin direktoru nümayəndə1 isə ona bildirdi ki, “Aynurə məhkəməyə hazırlaşması üçün tez getməlidir”. İş üzrə şahid X12 ifadəsində göstədi ki, Beyləqan şəhər Namiq Allahverdiyev adına * nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloq vəzifəsində işləyir. İmanova Aynurə Rəftar qızı Beyləqan şəhər Namiq Allahverdiyev adına * nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəlliməsi olmuşdur. *2.1*.2*25-ci il tarixdə 11Ç sinifin şagirdləri onun yanına gələrək narazılıqlarını bildirmişlər ki, müəllimə onların icazəsi olmadan onları kameraya çəkir və nələrisə deməklərini tələb edir. O, bununla bağlı şagirdlərlə söhbət aparmışdır. Bu hal müəllimlə şagir arasında olan subardinasiya qaydaların pozulması nəticəsində baş verdiyini ehtimal etmişdir. Bu hal yaxın bir ay ərzində yalnız 11Ç sinifində yox, 7D sinifində də baş vermişdir. Bu barədə sinif şagirdləri şikayət etmişlər. Sonradan həmin şagirdlərin valideyinləri də məktəb direktorun kabinetinə yığışıb gəlmişlər və hədə qorxu ilə məktəbin direktoru ilə söhbət etmişlər. onlar valideyinləri sakitləşdirmişlər. O, Aynurə İmanovanın yanına gəlib ona valideyinlərlə görüşüb sakitləşdirməklərini təklif etmiş, lakin Aynurə İmanova valideyinlərlə görüşməkdən imtina etmişdir. O, şagirdlərin bütün müraciətlərini özündə olan konsultasiya vərəqindən qeydiyyatdan keçirmiş, hadisə ilə bağlı rəy yazmış, 7D sinifin və 11Ç sinifin şagirdlərinin fikrini öyrənmişdir. Şagirdlər onlardan məktəbdə 2**- 3** manat pul yığılması ilə bağlı şikayətlər eşitməmişlər. Eyni zamanda bu barədə ona heç bir şagird şikayət etməmişdir. Aynurə İmanova məktəbdə şagirdlərdən pərdə alınması üçün pul yığıldığını bildirsə də, həmin pərdələr 11Ç sinifin sinif rəhbəri Cəmilə Cavadova tərəfindən öz hesabına alınmışdır. O, keçirilən pedoqoji şurada iştirak etmiş, həmin vaxt orada Aynurə İmanovanın 11Ç sinifində olan məsələsi müzakirə olunmuşdur. Müəllimlərin fikirləri dinlənildikdən sonra Aynurə İmanovanın qaydalara riayət etmədiyinə görə işdən çıxarılmasını tələb edilmişdir. Lakin özü bu barədə Aynurə İmanova ilə söhbət aparmamışdır. Məhkəmə iclasında izahat verən X4 göstərdi ki, Beyləqan şəhər Namiq Allahverdiyev adına * nömrəli tam orta ümumtəhsil məktəbində hərbi rəhbər vəzifəsində işləyir. İmanova Aynurə Rəftar qızı Beyləqan şəhər Namiq Allahverdiyev adına * nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəlliməsi olmuşdur. İmanova Aynurə Rəftar qızına töhmət verilmişdir. Eşitmişdir ki, Aynurə müəllimə ilə şagirdlər arasında problemlər olmuşdur. Şagirdlərdən eşitdiyinə görə şagirdlərdən biri dönər yeməyə getmiş, bununla bağlı Aynurə İmanova ondan da Təhsil Nazirliyinə şikayət etmişdir. O, həmin vaxtı şagirdi saxlamış və ondan hardan gəldiyini soruşmuş, şagird ona dönər yeməkdən gəldiyini demişdir. Həmin şagirdə iradını bildirmişdir. Sonra eşitmişdir ki, Aynurə İmanova dərs vaxtı şagirdləri videoya çəkmiş, şagirdlər çəkilişlə bağlı məktəb direktoruna və təlim-tərbiyə üzrə direktor müavininə şikayətlər etmişlər. 2*.1*.2*25-ci il tarixdə Aynurə İmanovanın izahat verilməsindən imtina etməsi barədə akt tərtib olunmuşdur. Lətafət müəllimə Aynurə İmanovaya izahat verməyi təklif etmiş, Aynurə İmanova isə ona cavab olaraq bildirmişdir ki, “mən bunula bağlı direktora ərizə vermişəm, ərizə olan yerdə başqa bir şey lazım deyil”. Həmin gün Aynurə İmanova məktəbdə olmuşdur. Həmin vaxt orada Elvin müəllim, Lətafət müəllim və Aynurə müəllim olmuşdur. Özü də pedoqoji şurada iştirak etmiş, lakin nə vaxt keçirildiyi yadında qalmamışdır. Pedoqoji şurada Aynurə İmanovanın əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərar qəbul olunmuşdur. Məhkəmə iclasında şahid kimi ifadə verən X2 göstərdi ki, Beyləqan şəhər Namiq Allahverdiyev adına * nömrəli tam orta ümumtəhsil məktəbində təşkilatçı vəzifəsində işləyir. Aynurə İmanovanın şagirdlərlə münaqişəsinin olduğunu bilmişdir. Həmçinin 2*.1*.2*25-ci il tarixdə Lətafət müəllimin Aynurə İmanovadan izahat verməsini istəyəndə Aynurə buna etiraz etmiş və bildirmişdir ki, “mən bunula bağlı direktora ərizə ilə müraciət etmişəm, izahat verməli deyiləm”. Aynurə İmanovanın şagirdlərlə hansı problemlərinin olmasından məlumatı yoxdur. O, davamiyyətlə bağlı *2.1*.2*25-ci il tarixdə sinifə girərkən Aynurə İmanovanın 11ci sinif şagirdləri ilə nə isə problemlərinin yarandığını görmüşdür. Həmin vaxt Aynurə bildirmişdir ki, “şagirdlər özlərini apara bilmir, direktor sinifə gəlsin”. Keçirilən pedoqoji şurada da iştirak etmişdir. Həmin vaxt Aynurə İmanovanın hərəkətləri müzakirə edilmiş və onun əmək müqaviləsinə xitam verilməsinə dair qərar qəbul olunmuşdur. 2*.1*.2*25-ci il tarixdə Aynurə İmanovanın izahat verilməsindən imtina etməsi barədə akt tərtib olunmuş və həmin akta imza etmişdir. Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2*26-cı il tarixli, 2(*2*)-2235/2*25 qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2*26-cı il tarixli, 2(*2*)-2235/2*25 qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməsinin 22.*4.2*26-cı il tarixli, 2(*2*)-2235/2*25 nömrəli qətnaməsi qanunsuz və əsassızdır. O Beyləqan şəhər N.Allahverdiyev adına * saylı tam orta məktəbdə 2*2*-ci ildən pedaqoji fəaliyyətlə məşğul olur, 6* üzvü olan kollektivdə müəllim kimi çalışır və 2*23-cü ildə Beyləqan Şəfqət qəsəbəsində yaşayan məktəbin 5-ci sinif şagirdləri Gülnər Rəhimova və Nur Baxşəliyevanın məktəbə gəlmədikləri halda onlara direktorluq tərəfindən davamiyyət yazılması ilə bağlı məsələni qaldırdıqdan sonra məktəb direktoru tərəfindən ona qarşı ardıcıl qanunsuz intizam tənbehləri tətbiq edilmişdir. Bildirmişdir ki, əvvəlcə *6.*5.2*25-ci il tarixli yazılı xəbərdarlıq, daha sonra 3*.*6.2*25-ci il tarixli şiddətli töhmət, 14.11.2*25-ci il tarixli *** nömrəli şiddətli töhmət və *4.12.2*25-ci il tarixli 17* nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət” əmrləri verilmiş, halbuki həmin əmrlərin verilməsi üçün qanuni əsas olmamışdır. *6.*5.2*25-ci il tarixli yazılı xəbərdarlıq və 13.*5.2*25-ci il tarixli töhmət əmri artıq məhkəmə qaydasında ləğv edilmiş, buna baxmayaraq əvvəlki qanunsuz əmrlər sonrakı intizam tənbehlərinə əsas kimi istifadə edilmişdir. O, həmçinin qeyd etmişdir ki, məktəb direktoru barəsində nəticə etibarilə İnzibati Xətalar Məcəlləsinin 555.1-ci və 198.1.7-ci maddələri ilə inzibati məsuliyyət tədbiri tətbiq olunmasına baxmayaraq, həmin şəxs yenə də ona qarşı qərəzli münasibət göstərmiş, əmək hüquqlarını məhdudlaşdırmaq və işdən uzaqlaşdırmaq məqsədilə ardıcıl intizam tədbirləri tətbiq etmişdir. Birinci instansiya məhkəməsi əmək qanunvericiliyinin ayrı-seçkiliyin yolverilməzliyi, əmək münasibətlərində bərabərlik və hüquqların müdafiəsinə dair normalarını düzgün tətbiq etməmiş, təqdim etdiyi sübutlara lazımi hüquqi qiymət verməmiş və nəticədə iddia tələbini əsassız olaraq rədd etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş videoçəkilişlərə, DVD diskə, yazılı sübutlara, əvvəlki məhkəmə qətnamələrinə və digər sənədlərə obyektiv qiymət verməmiş, yalnız cavabdehin izahatlarına üstünlük vermişdir. 14.11.2*25-ci il tarixli *** nömrəli şiddətli töhmət əmri əmək funksiyalarını yerinə yetirməməsi, etik davranış qaydalarını pozması və şagirdlər arasında narazılıq yaratması kimi əsassız iddialarla verilmişdir, lakin bu halların heç biri mötəbər sübutlarla təsdiq olunmamışdır. O, həmçinin göstərmişdir ki, iş materiallarında olan videogörüntülərdən şagirdlərə qarşı təhqir və ya etik davranış qaydalarının pozulması müəyyən edilmir, əksinə məktəb rəhbərliyinin mövqeyində ziddiyyətlər mövcuddur. Şikayətçinin fikrincə, məhkəmə MPM-in 77, 88 və 217-ci maddələrinin tələblərini pozaraq sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Bu səbəbdən Beyləqan Rayon Məhkəməsinin 22.*4.2*26-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçı İmanova Aynurə Rəftar qızı apellyasiya şikayətini müdafiə etmiş və onun dəlillərinin məzmununa uyğun izahat vermişdir. Həmçinin əlavə olaraq göstərmişdir ki, 14 noyabr tarixində onun barəsində əmək intizamının pozduğuna dair çıxarılan əmr Əmək Məcəlləsinin tələblərinə uyğun tərtib edilməyib, çünki sırf hansı davranış qaydalarını pozması qeyd edilməmişdir və hər-hansı bir sübuta əsaslanmır, yəni onun intizam xətasına yol verməyi heç bir mötəbər sübutlarla öz əksini tapmamışdır. İzahatı alınan 29 uşaq, 8 valideyn və Pedaqoji Şuranın iclasında iştirak etməməklə bağlı 4 müəllimin izahatı məktəb direktrounun təsiri ilə verilib. Belə ki, məktəb direktoru həmin məktəbdə nüfuz sahibidir və bu izahatlar onun təsiri ilə verilmişdir. İş materiallarına əlavə edilən video görüntülər hadisədən 3-4 ay sonra çəkilmişdir. İntizam tənbehi baradə əmr, 14 noyabrda çıxarılmasına və onun həmin günü bütün iş günü ərzində məktəbdə olmağına baxmayaraq ona verilməmişdir. Qanunvericliyə görə işçiyə intizam tənbehi işdə olduğu iş günü ərzində verilməlidir. Digər məqam isə odur ki, əmək məcəlləsinə görə intizam tənbehi verilməmişdən əvvəl işçinin izahatı alınmalıdır, bəlkə o, elə izahat verəcəkdi ki, burda təmbehə ehtiyac qalmayacaqdı. O, hətta həmin sinifdə davamiyyət zəif olduğu üçün məktəb direktrouna təqdimat da vermişdir. O, 2* oktyabr tarixində isə ümumiyyətlə məktəbdə olmamış, jurnal isə sonradan yazılmışdır, yəni jurnalın yazılı olmağı həmin jurnalın onun tərəfindən həmin günü yazıldığı anlamına gəlmir. Yəni əslində siniflər üzrə iki jurnal olmuşdur, birincisi müvəqqəti ikincisi isə daimi jurnal. Çünki, Elm və Təhsil Nazirliyii daimi jurnalların verilməsini çap məsələlərinə görə gecikdirmişdi. O, 6-dan 17-nə qədər xəstəlik məzuniyyətində olmuşdur. 28 oktyabr 2*25-ci ildə keçirilməsi deyilən Pedaqoji Şuranın iclasına çağırılmamışdır. Yəni onun 14 noyabrda barəsində intizam tənbehinin verilməsindən ümumiyyətlə xəbəri olmayıb. Onun kobud pozuntusunun nədən ibarət olması açıqlanmamışdır. Yəni məktəbdə 15** şagird var, o, sırf hansı şagirdə qarşı kobud davranması, yaxud bu kobud davranışın mahiyyətinin nədən ibarət olması ona aydın deyil. Digər tərəfədən isə əmrin verilməsinə əsas səbəb kimi pedaqoji şuranın qərarı olduğu göstərilir. Amma nədənsə həmin pedaqoji şuranın qərarı məhkəməyə təqdim edilməyib. Yəni bəlkə ümumiyyətlə pedaqoji şura keçirilməyib, keçirilbsə kimlər imzalayıb, bütün bunlar bilinməldiir. 29 oktyabrda müəllim yoldaşları deyirdi ki, dünən sənin barəndə pedaqoji şura keçirilirdi. Məndə həmin əmri məktəbdən istədim, amma verilmədi. Birinci instansiya məhkəmədində qarşı tərəf iddia edir ki, intizam tənbehi 2 oktyabrda aşkar edilib. Amma sonuncu xəbərdarlıqla şiddətli töhmət ona noyabr ayının 14-də verilib, həmin əmr isə ona noyabr ayının 21-i çatmışdır. Burda da intizam xətası ilə bağlı müddət ötürülüb (Belə ki, intizam xətası aşkar edildiyi gündən 1 ay müddətində verilməlidir). Kollegiyanın əvvəlki iclasında iştirak edən cavabdeh Beyləqan şəhəri, N.Allahverdiyev adına * saylı orta məktəbinin direktoru nümayəndə1 apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, intizam tənbehinin verilməsinə səbəb 2 oktyarda baş verən hadisədir. Belə ki, həmin gün ona demişlər ki, bəs uşaqlarla müəllimə arasında problem var. Otağa girəndə gördü ki, müəllimə uşaqları videoya çəkir. Aynurənin məqsədi də uşaqların pərdələrin onlardan pul yığıb alınmasını deməklərini istəməsi olub. Uşaqlar isə 11-ci sinif şagirdləri idilər və üzlərini örtüb deyirdilər ki, bizi videoya çəkmə. Hamısı müəllimənin üzərinə gedirdi. Həmin zaman uşaqlar sinifi tərk etdilər və demişlər ki, Aynurə müəllimənin dərsinə girmirik. Mən daha sonra müavinə tapşırıq verdim ki, bu işlə maraqlansınlar. O da psixoloqla bir yerdə uşaqları sinfə apardı və müavin araşdırmadan sonra məlumat verdi ki, bəli belə bir hadisə olub. Aynurə xanım rəhbərliyə qarşı etik davranış qaydalarını və nizam-intizamı pozmuşdur. Bundan sonra yazılı sürətdə Mil-Muğan Regional Təhsil idarəsinə də müəllimə ilə bağlı müraciət etdi. Bundan əvvəldə Aynurə xanıma töhmət və şiddətli töhmət vermişdir. Pedaqoji şuranın qərarı Beyləqan Rayon Məhkəməsində verilib və iş materiallarına əlavə edilib. Aynurə 6 oktyabrdan 17-i oktyabra qədər xəstə olduğundan işdə olmayıb. Pedaqoji şuranın iclası keçirilib və müəllimlər iclasda iştirak edib. Müəlliməyə həm e-maillə, həm də whatsaap vasitəsilə pedaqoji şuranın iclasının keçirilməsi ilə bağlı məlumat verilib. Aynurə xanım işlədiyi vaxtdan axıra qədər heç bir pedaqoji şuranın iclasında iştirak etməyib. 28 oktyabr 2*25-ci ildə keçirilən pedaqoji şuranın iclasında Aynurə xanım iştirak etməyib, lakin biz ona məlumat vermişik. Keçirilən pedaqoji şurada qərara alındı ki, müəlliməyə intizam tənbehi verilsin. Maraqlı şəxs Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. O, cavabdeh Beyləqan şəhəri, N.Allahverdiyev adına * saylı orta məktəbinin direktoru nümayəndə1 izahatına uyğun izahat vermişdir. İşin əsas mahiyyəti isə odur ki, qarşı tərəf "Təhsilverənlərin Etik Davranış Qaydaları”nın 2.4.1-ci bəndinin (təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır) tələblərini və Təhsil haqqında Qanunun 33.3.5 və 33.3.6-cı maddələrinin tələblərini pozaraq uşaqları onların razılığı olmadan videoya çəkmişdir. İntizam tənbehi ona görə verilir ki, yenidən tənbehə məruz qalan şəxs belə hərəkətləri təkrarlamasın. Amma intizam tənbehi verildikdən 1-2 ay sonra iddiaçının məktəb direktrouna qarşı yenidən eyni pozuntunun verilməsi ilə bağlı sübutlar var. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2* may 2*11-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı işdə iddiaçı apellyasiya şikayətində Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2*26-cı il tarixli, 2(*2*)-2235/2*25 qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddiaçının apellyasiya şikayətinə münasibətdə qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1*-cu maddəsinin b) bəndinə görə əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. 16-cı maddəsinin 1-ci hissəsinə görə əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, etnik mənsubiyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, yaşına, ailə vəziyyətinə və ailə vəzifələrinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Həmin maddənin 3-cü hissəsinə görə əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. 186-cı maddəsinin 1-ci hissəsinə görə İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin maddənin 2-ci hissəsinin b) bəndinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək intizam tənbehlərindən birini verə bilər. 187-ci maddəsinin 1-ci hissəsinə görə İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Maddənin 2-ci hissəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2*24-cü il tarixli, KQ-*7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydalarının 2.4.1-ci bəndinə görə təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır. 2.7.1-ci bəndinə görə təhsilverən insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar nüfuzunu ləkələyə biləcək qərarlar qəbul etməməli və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Azərbaycan Respublikasının Təhsil haqqında Qanunun 33.3.5-ci maddəsinə görə etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, həmin Qanunun 33.3.6-cı maddəsinə görə təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək təhsilverənlərin vəzifələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 1*-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, bəhs qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Beyləqan Rayon Məhkəməsinin 22.*4.2*26-cı il tarixli, 2(*2*)-2235/2*25 nömrəli qətnaməsi qanunsuz və əsassızdır. O, Beyləqan şəhər N.Allahverdiyev adına * saylı tam orta məktəbdə 2*2*-ci ildən pedaqoji fəaliyyətlə məşğul olur, 6* üzvü olan kollektivdə müəllim kimi çalışır və 2*23-cü ildə Beyləqan Şəfqət qəsəbəsində yaşayan məktəbin 5-ci sinif şagirdləri Gülnər Rəhimova və Nur Baxşəliyevanın məktəbə gəlmədikləri halda onlara direktorluq tərəfindən davamiyyət yazılması ilə bağlı məsələni qaldırdıqdan sonra məktəb direktoru tərəfindən ona qarşı ardıcıl qanunsuz intizam tənbehləri tətbiq edilmişdir. Bildirmişdir ki, əvvəlcə *6.*5.2*25-ci il tarixli yazılı xəbərdarlıq, daha sonra 3*.*6.2*25-ci il tarixli şiddətli töhmət, 14.11.2*25-ci il tarixli *** nömrəli şiddətli töhmət və *4.12.2*25-ci il tarixli 17* nömrəli “sonuncu xəbərdarlıqla şiddətli töhmət” əmrləri verilmiş, halbuki həmin əmrlərin verilməsi üçün qanuni əsas olmamışdır. *6.*5.2*25-ci il tarixli yazılı xəbərdarlıq və 13.*5.2*25-ci il tarixli töhmət əmri artıq məhkəmə qaydasında ləğv edilmiş, buna baxmayaraq əvvəlki qanunsuz əmrlər sonrakı intizam tənbehlərinə əsas kimi istifadə edilmişdir. O, həmçinin qeyd etmişdir ki, məktəb direktoru barəsində nəticə etibarilə İnzibati Xətalar Məcəlləsinin 555.1-ci və 198.1.7-ci maddələri ilə inzibati məsuliyyət tədbiri tətbiq olunmasına baxmayaraq, həmin şəxs yenə də ona qarşı qərəzli münasibət göstərmiş, əmək hüquqlarını məhdudlaşdırmaq və işdən uzaqlaşdırmaq məqsədilə ardıcıl intizam tədbirləri tətbiq etmişdir. Birinci instansiya məhkəməsi əmək qanunvericiliyinin ayrı-seçkiliyin yolverilməzliyi, əmək münasibətlərində bərabərlik və hüquqların müdafiəsinə dair normalarını düzgün tətbiq etməmiş, təqdim etdiyi sübutlara lazımi hüquqi qiymət verməmiş və nəticədə iddia tələbini əsassız olaraq rədd etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş videoçəkilişlərə, DVD diskə, yazılı sübutlara, əvvəlki məhkəmə qətnamələrinə və digər sənədlərə obyektiv qiymət verməmiş, yalnız cavabdehin izahatlarına üstünlük vermişdir. 14.11.2*25-ci il tarixli *** nömrəli şiddətli töhmət əmri əmək funksiyalarını yerinə yetirməməsi, etik davranış qaydalarını pozması və şagirdlər arasında narazılıq yaratması kimi əsassız iddialarla verilmişdir, lakin bu halların heç biri mötəbər sübutlarla təsdiq olunmamışdır. O, həmçinin göstərmişdir ki, iş materiallarında olan videogörüntülərdən şagirdlərə qarşı təhqir və ya etik davranış qaydalarının pozulması müəyyən edilmir, əksinə məktəb rəhbərliyinin mövqeyində ziddiyyətlər mövcuddur. Şikayətçinin fikrincə, məhkəmə MPM-in 77, 88 və 217-ci maddələrinin tələblərini pozaraq sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Bu səbəbdən Beyləqan Rayon Məhkəməsinin 22.*4.2*26-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları bildirir.

1. İş materiallarından görünür ki, cavabdeh tərəfindən intizam tənbehinin tətbiq edilməsinə əsas kimi *2 oktyabr 2*25-ci il tarixində iddiaçının şagirdlərlə davranışı göstərilmiş, həmin davranışın Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2*24-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Təhsilverənlərin etik davranış Qaydaları"nın 2.4.1-ci bəndinin və Təhsil haqqında Qanunun 33.3.5 və 33.3.6-cı maddələrinin tələblərini pozulması kimi qiymətləndirildiyi qeyd olunmuşdur. Həmin pozuntu ilə bağlı *7.1*.2*25-ci il tarixdə xidməti araşdırma aparıldığı, işçidən yazılı izahat tələb edildiyi, onun izahat verməkdən imtina etdiyi, bu halın müvafiq aktlarla rəsmiləşdirildiyi və bundan sonra Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin "b" bəndi əsasında "sonuncu xəbərdarlıqla şiddətli töhmət" intizam tənbehinin tətbiq olunduğu müəyyən edilir.

2. Apellyasiya şikayətində iddiaçı əsasən 14 noyabr 2*25-ci il tarixli *** nömrəli "sonuncu xəbərdarlıqla şiddətli töhmət" əmrinin qərəzli qaydada verildiyini, həmin intizam tənbehinin onun məktəb rəhbərliyi və direktor nümayəndə1 fəaliyyəti ilə bağlı müxtəlif dövlət orqanlarına etdiyi müraciətlərə cavab olaraq tətbiq edildiyini, pozuntunun aşkar edilməsindən bir ay keçdikdən sonra intizam tənbehinin verildiyini, izahat alma qaydasına əməl edilmədiyini, şagirdlərin video və səs yazılarının qanunsuz əldə edildiyini, aktların sonradan tərtib olunduğunu, eləcə də əmrin əvvəlcə nömrəsiz göndərildiyini, sonradan isə texniki səhv adı altında yenidən rəsmiləşdirildiyini göstərərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

3. Lakin həmin dəlillər iş materialları ilə müqayisəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, birinci instansiya məhkəməsi iddiaçının istinad etdiyi bütün halları araşdırmış, həm iddiaçının, həm cavabdehin, həm də maraqlı şəxsin izahatlarını dinləmiş, təqdim olunmuş sənədləri, xidməti araşdırma materiallarını və digər sübutları qarşılıqlı əlaqədə qiymətləndirmişdir. Məhkəmə yalnız iddiaçının izahatlarına deyil, cavabdeh tərəfindən təqdim olunmuş sübutlara da hüquqi qiymət vermiş və nəticədə intizam tənbehinin qanunvericiliyin tələblərinə uyğun tətbiq edildiyi qənaətinə gəlmişdir.

4. Apellyasiya şikayətinin əsas dəlillərindən biri intizam tənbehinin guya 44 gün sonra tətbiq olunması ilə bağlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehinin verilməsi üçün nəzərdə tutulan bir aylıq müddətin hesablanmasına işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi və ya məzuniyyətdə olduğu dövr daxil edilmir. İş materialları ilə müəyyən olunmuşdur ki, pozuntu barədə təsdiqedici məlumatlar məktəb rəhbərliyinə *7 oktyabr 2*25ci ildə məlum olmuş, iddiaçı isə *6 oktyabr-18 oktyabr 2*25-ci il tarixlərində əmək qabiliyyətsiz olmuşdur. Buna görə də intizam tənbehinin 14 noyabr 2*25-ci ildə tətbiq edilməsi qanunla müəyyən edilmiş müddətin pozulması kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin bu nəticəsi Əmək Məcəlləsinin 187-ci maddəsinin məzmununa tam uyğundur və apellyasiya şikayətində həmin hüquqi nəticəni təkzib edən hər hansı yeni sübut təqdim edilməmişdir.

5. Belə ki, 14 noyabr 2*25-ci il tarixli *** nömrəli "sonuncu xəbərdarlıqla şiddətli töhmət"in verilməsi ilə bağlı əmrin verilməsinə əsas olan hadisə *2.1*.2*25-ci il tarixdə baş vermişdir. Cavabdeh tərəfindən baş vermiş hadisədə intizam məsuliyyətinin müəyyən edilməsi üçün xidməti araşdırma başlanılmış və bu araşdırma həmin məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini X6 həvalə edilmişdir. Onun tərəfindən araşdırma aparılmış və *7.1*.2*25-ci il tarixdə rəhbərliyə xidməti məlumat verilmişdir. Deməli *2.1*.2*25-ci il tarixdə baş vermiş hadisədə intizam pozuntusunun olması *7.1*.2*25-ci il tarixdə aşkar edilmişdir.

6. Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir. Müəyyən edilir ki, iddiaçı *6.1*.2*25-dən 17.1*.2*25dək əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün işdə olmamışdır. Deməli, iddiaçı 12 gün ərzində işdə olmamışdır və buna görə də həmin müddət (işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər) intizam məsuliyyəti verilməsi üçün müddətə daxil edilmir.

7. Belə olduqda iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün işdə olmadığı 12 müddət 1 aylıq müddətə hesablanmamalıdır. Bu halda intizam tədbiri 27-ci gün verilmiş olur ki, bu da qanunvericiliyin müddəalarına zidd deyildir. Belə ki, iddiaçı 18.1*.2*25-dən işə çıxmış və işdə olmuşdur. Deməli oktyabr ayında 13 (31-18=13) gün və üstəgəl noyabr ayının 14 günü (13+14=27) cəmi 27 gün olmaqla 1 aylıq müddət ötürülməmiş olur. Beləliklə kollegiya belə qənaətə gəlir ki, iddiaçı barəsində verilmiş 14.11.2*25-ci il tarixli tənbeh tədbiri qanuni olmuşdur.

8. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İşin İ cild 125-ci səhifədə olan “Akt”-dan görünür ki, iddiaçıya məlum hadisə ilə bağlı izahat verməsi tələb olunmuş, lakin iddiaçı izahat verməkdən imtina etmişdir.

9. Həmçinin iddiaçı bildirir ki, o, ümumiyyətlə 2*.1*.2*25-ci il tarixdə məktəbdə olmamışdır. Lakin bildirir ki, həmin gün üçün dərs jurnallarını sonradan o özü doldurub. Bundan başqa işdə olan 18.1*.2*25-ci il tarixli cavabdeh nümayəndə1 tərəfindən iddiaçıya göndərilmiş mail-dən (İ cild səh 68-69) görünür ki, iddiaçı 2*.1*.2*25-ci il tarixdə saat 12:**dan sonra məhkəmədə iştirak üçün işdən azad edilmişdir. Qeyd edək ki, iddiaçının həmin gün məhkəmə prosesi Beyləqan Rayon Məhkəməsinin inzibati binasında saat 12:3*-a təyin edilmiş olmuşdur. Göründüyü kimi bütün bu şərh edilənlər iddiaçının 2*.1*.2*25-ci tarixdə məktəbdə olmasını təsdiq edir. İddiaçı bütün bunların həqiqi olmamasını təsdiq edən hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. 1*. Kollegiya həmçinin apellyasiya şikayətində irəli sürülən, intizam tənbehinin iddiaçının korrupsiya və digər qanun pozuntuları barədə etdiyi müraciətlərə görə qisas məqsədilə tətbiq olunması barədə dəlili də əsaslı hesab etmir. İş materiallarında iddiaçının müxtəlif dövlət orqanlarına müraciət etməsi, eləcə də direktor barəsində inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi barədə məlumatlar mövcud olsa da, həmin hallar özlüyündə mübahisələndirilən intizam tənbehinin qanunsuz tətbiq edildiyini təsdiq etmir. İş üzrə araşdırılmış sübutlar intizam tənbehinin konkret xidməti araşdırmanın nəticələrinə, 4 müəllim, 8 valideyinin və 29 şagirdin - şagirdlərlə davranışla bağlı daxil olmuş məlumatlara və etik davranış qaydalarının pozulması ilə əlaqələndirildiyini göstərir. Buna görə də iddiaçının qeyd etdiyi hallar yalnız ehtimal xarakterli mülahizə olmaqla, mübahisələndirilən əmrin məhz qisas məqsədilə qəbul edilməsini təsdiq edən kifayət qədər mötəbər sübut hesab edilə bilməz.

11. Apellyasiya şikayətində video və səs yazılarının qanunsuz əldə olunması, aktların həqiqətə uyğun tərtib edilməməsi, əmrin nömrələndirilməsi zamanı texniki dəyişikliklərin edilməsi barədə göstərilənlər də qətnamənin ləğvi üçün əsas vermir. Çünki birinci instansiya məhkəməsi mübahisəni yalnız həmin sübutlara əsaslanmaqla həll etməmiş, bütün sübutları məcmu halında qiymətləndirmişdir. Həmçinin iddiaçının istinad etdiyi texniki xarakterli nöqsanlar intizam tənbehinin mahiyyətinə və qanuniliyinə təsir edən, onun etibarsız hesab edilməsinə səbəb ola biləcək xarakter daşımır. Apellyasiya şikayətində də bu halların intizam tənbehinin hüquqi əsaslarını aradan qaldırdığını təsdiq edən yeni və mötəbər sübutlar təqdim edilməmişdir.

12. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 1*, 186 və 187-ci maddələrinin tələblərini düzgün tətbiq etmiş, işçinin əmək funksiyalarını yerinə yetirərkən etik davranış qaydalarına riayət etmək və əmək intizamını gözləmək vəzifəsini, eləcə də işəgötürənin intizam məsuliyyəti tətbiq etmək səlahiyyətini düzgün qiymətləndirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar iş üzrə toplanmış sübutlarla təsdiq olunduğundan və həmin sübutların qiymətləndirilməsində MPM-in 88-ci maddəsinin tələblərinin pozulması müəyyən edilmədiyindən, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin səhv olmasını göstərmir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.*.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4*2.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Mülki və Kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.*.1-ci, 392-ci, 4*2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 22 aprel 2*26-cı il tarixli, 2(*2*)-2235/2*25 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar