Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-706/2026 06.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əhmədov Pərviz oğlundan ibarət tərkibdə, Əliyev Orxan Ismayil oğlunun katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinin direktoru Nümayəndə iştirakı ilə, Işin halları: Iddiaçı İddiaçı cavabdeh Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Həsənli kənd ümumi tam orta məktəbinin *5 aprel 2025-ci il tarixli, *2 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və boşdayanmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətanmə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, iddiaçı İddiaçı ## ###### 20*5-ci il tarixdə əmək fəaliyyətinə başlamaqla Cəlilabad rayon Həsənli tam orta məktəbinə gözətçi vəzifəsinə təyin edilmişdir. Lakin, *5 aprel 2025-ci il tarixdə əsassız olaraq Cəlilabad rayon Həsənli tam orta məktəbinin müvafiq əmri ilə işdən azad edilmişdir. Iddiaçının işdən azad edilməyi barədə cavabdeh qanunsuz verdiyi əmrlə hüquqlarının pozulmasına şərait yaratmışdır. Cavabdeh əmrin verilməsində əhəmiyyətli olan tam, hərtərəfli və obyektiv araşdırılmasını həqiqətə nail olmaq üçün işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğunluğunu əsaslandırmamışdır. Işdə iddiaçının əmək funksiyasını yerinə yetirməməyi, yaxud keyiyyətsiz yerinə yetirməyi, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirməməsini təsdiq edən heç bir mötəbər yazılı sübut yoxdur. Bundan başqa əmrdən görünür ki, intizam tənbehi verilməmişdən əvvəl cavabdeh iddiaçıdan yazılı izahat belə tələb etməmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin *87-ci maddəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən izahat verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndində göstərilir ki, əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Həmin Məcəllənin 7*-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci madəsinin “Ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunun (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, halebə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Cavabdeh bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Göründüyü kimi qeyd olunan maddələrə görə işəgötürən qeyd olunan əsasla işçi ilə bağlanmış əmək müqaviləsini o, vaxt ləğv edə bilər ki, işçinin qəsdi, səhlənkarlığı, etinasızlığı sübuta yetirilsin və nəticədə işçinin əmək funksiyasını yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürmənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənefelərinə hər hansı formada ziyan dəymiş olsun. Iddiaçı İddiaçı ## ###### 20*5-ci il tarixdən bu günə kimi qüsursuz işləmiş və əmək funksiyasının yerinə yetirərkən iş ahəngini pozmamış cavabdehə, əmək kollektivinə hər hansı bir formada ziyan vurmamış və ziyanları təsdiq edən heç bir sübut yoxdur. Göründüyü kimi onun əmək münasibətlərinə xitam verilməsi barədə cavabdehin ## ###### 20*7-ci il tarixli ** saylı əmrinin hüquqi əsası yoxdur. Iddiaçı cavabdehin qanunsuz əmri ilə işdən azad edilməsinə əsas verən bəzi amilləri cavabdeh hallandırmağa çalışmış, işinin öhdəsindən lazımi səviyyədə gələ bilmədiyini qeyd edərək qanunları bilərəkdən pozulmasına şərait yaratmışdır. Iddiaçı tərəfindən bu barədə X3 Xidməti Lənkəran- Astara regional Şöbəsinə müraciət etmişdir. Müfəttişlik tərəfindən (*0.09.2025-ci il tarixli məktub) cavabdehin barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə cərimə edilmiş və eyni zamanda cavabdehə iddiaçını 30 gün ərzində işinə bərpa edilməyi barədə göstəriş verilmişdir. Lakin, cavabdeh buna məhəl qoymadığı üçün iddiaçı mediasiya təşkilatına müraciət etmişdir. Lakin, cavabdeh mediasiyada iştirak etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinin nümayəndəsi Nümayəndə iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, o, *995-ci ilin sentyabr ayından Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin direktoru vəzifəsində işləyir. Iddiaçı İddiaçı ilə ## ###### 20*5-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən onu məktəbdə gözətçi vəzifəsinə işə götürmüşdür. İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən əmək funksiyasını və məktəb daxili intizam qaydalarını kobud şəkildə pozmuşdur. Bu barədə ona dəfələrlə şifahi xəbərdarlıq edilmiş, intizama dəvət edilməsi istiqamətində məktəb həmkarlar təşkilatı üzvlərinin iştirakı ilə söhbətlər aparılmışdır. Lakin, İddiaçı əmək müqaviləsindən irəli gələn öhdəliklərini pozmağa davam etmişdir. Bu səbəbdən ididaçıya *9 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86.2- ci maddəsinin "a” bəndinə əsasən töhmət verilmişdir. Aparılmış söhbətlər, verilən cəzadan heç bir nəticə çıxarmamış, təkrarən müəssisədaxili nizam-intizam qaydalarını pozmağa davam etmişdir. Səbəb kimi isə əmisi oğlu Cəlal Əliyevin mal-qoyununu otardığını bildirmişdir və bu səbəbdən işə gələ bilmədiyini söyləmişdir. Təkrar nizamintizam qaydalarını pozduğuna görə *5 yanvar 2025-ci il tarixdə ona Əmək Məcəlləsinin *86.2-ci maddəsinin “b” bəndinə əsasən sonucu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bütün bunlara baxmayaraq X* intizamsız hərəkətlərinə davam etmiş, iş vaxtı məktəbə gəlməmişdir. Işə gəlməməyinin səbəbinə görə izahat verməsini tələb etdikdə əmisi Əliyev Bayandurun ona izahat verməməyi və heç bir sənədə qol çəkməməyi tapşırdığını bildirmişdir. Bu barədə akt tərtib olunmuşdur. Məktəbdə daxili nizam-intizam qaydalarına nəzarət məqsədi ilə ## ###### 2025-ci il tarixdə və ## ###### 2025-ci il tarixdə yoxlama aparılmış və İddiaçı bütün iş günü ərzində işdə olmaması müəyyən olunmuşdur. Tərəflərindən akt tərtib olunmuşdur. Bundan sonra iddiaçı ümumiyyətlə işə gəlməmiş və onu heç kimin işdən çıxara bilməyəcəyini bildirmişdir. Bu səbəbdən aktlar tərtib olunmuş, ona fevral, mart və aprel ayının əmək haqqı ödənilməmişdir. Məktəb rəhbərliyi tərəfindən ## ##### 2025-ci il tarixində ilk həmkarlar təşkilatına İddiaçı işə çıxmaması haqqında məktub göndərilmişdir. *0 aprel 2025-ci il tarixdə məktəb X5 qərarı ilə Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən *5 aprel 2025-ci ildə o, işdən azad edilmişdir. Işçinin əmək kitabçası özünə təqdim edilmişdir. Bu barədə məktəbin əmr kitabında və işçinin əmək kitabçasında qeydlər aparılmışdır. Lakin elektron sistemdə texniki olaraq səhvə yol verilərək işdən çıxma səbəbi kimi Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi qeyd edilmişdir. Bununla bağlı həmin yanlışlığa düzəliş edilməsi üçün ## ###### 2025-ci il tarixli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Lənkəran-Astara regional şöbəsinə müraciət də etmişlər. İddiaçı şikayəti ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Lənkəran-Astara regional şöbəsində araşdırma aparılarkən də o, bu barədə onlara verdiyi izahatda da İddiaçı işdən azad edərkən müvafiq qanunvericiliyin bütün tələblərinə riayət etdiyini bildirmişdir.o, Cəlilabad rayonu Cavabdeh direktor vəzifəsində işləyir. Bundan əlavə iddiaçı İddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı *5 aprel 2025-ci il tarixli, *2 saylı əmrlə işdən azad edilsə də, lakin, öz iddiasını qanunvericiliklə nəzərdə tutulmuş * (bir) ay müddətinə deyil, məhz bundan 6 (altı) ay keçdikdən sonra, yəni 2025-ci ilin oktyabr ayında Mediasiya Təşkilatına müraciət etməklə mübahisələndirmişdir və məhkəməyə isə *0 ay keçdikdən sonra müraciət etmişdir. Hazırda da iddiaçı ilə onun təmsil etdiyi məktəb arasında hər hansı bir əmək münasibətləri mövcud deyildir. Azərbaycan Respublikası Əmək Məcəllənin 296.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğuna aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş * (bir) aylıq iddia müddətini ötürdükdən sonra məhkəməyi müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Odur ki, əmək və mülki qanunvericiliyin tələbləri nəzərə alınaraq iddia müddətinin ötürülməsinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85-ci maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin *8 dekabr 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (Hakim Elxan Əmirəliyev) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayəti verilmişdir. Əsasları iddia tələbi ilə eynilik təşkil edən şikayət onunla əsaslandırılmışdır ki Cəlilabad Rayon Məhkəməsi öz qətnaməsində istinad etmiş olduğu müxtəlif tarixlərdə iddiaçı İddiaçı verilmiş intizam tənbeh tədbirli əmrlərin heç birindən iddiaçının məlumatı olmamışdır. Hansı ki, həmin tənbeh tədbirlərinin hər birini iddiaçının mübahisələndirmək hüququ olmuşdur. Lakin həmin halların mövcudluğu iddiaçıya məlum olmadığı üçün bunu edə bilməmişdir. Həmin hallar yəni intizam tənbeh tədbirləri tətbiq edilərkən müvafiq qaydada əsaslandırılmalı idi. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin *8 dekabr 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Iddiaçı İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinin təmin edilməsini, Cəlilabad Rayon Məhkəməsinin *8 dekabr 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinin direktoru Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, təmin edilməməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs keçirilən iclasda iştirak etməmiş, bu barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 20**-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində, Cəlilabad Rayon Məhkəməsinin *8 dekabr 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; Maddə 70, «ç» bəndi. Işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 7*, 2-ci və 3-cü bəndləri. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Maddə 80, *-ci 2.-ci hissələri. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin *-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə *, 2 və 3-cü hissələr. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu məlumat göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Maddə *86, 2-ci hissə. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının */4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə *87.* Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 294-cü maddəsinin *-ci bəndində qeyd olunur ki, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296-cı maddəsinin 2-ci hissəsində qeyd olunur ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsində qeyd edilir ki, hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Müllki Məcəllənin; 375.*-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin *8 dekabr 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı ## ###### 20*5-ci il tarixdə əmək fəaliyyətinə başlamaqla Cəlilabad rayon Həsənli tam orta məktəbinə gözətçi vəzifəsinə təyin edilmiş və *5 aprel 2025-ci il tarixdə isə Cəlilabad rayon Həsənli tam orta məktəbinin müvafiq əmri ilə işdən azad edilmişdir. Işdə olan Cəlilabad Rayon Məhkəməsinin *5 oktyabr 2025-ci il tarixli, 3(073)- *26*/2025 saylı qərarı ilə Nümayəndə şikayəti təmin edilmiş və Nümayəndə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara Regional Şöbəsinin ## ######## 2025-ci il tarixli MN******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *0 dekabr 2024-cü il tarixli aktından görünür ki, İddiaçı *0 dekabr 2024-cü il tarixində məktəbin daxili nizam-intizam qaydalarını və üzərinə düşən əmək funksiyasını yerinə yetirmədiyinə görə şifahi xəbərdarlıq edilmiş və bu hallar təkrar olunduğu halda intizam tənbehi veriləcəyi bildirilmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *2 dekabr 2024-cü il tarixli aktından görünür ki, məktəbin gözətçisi İddiaçı *2 dekabr 2024-cü il tarixdə məktəbin daxili nizamintizam qaydalarını və üzərinə düşən əmək funksiyasının yerinə yetirməmiş məktəbi iş vaxtının sonunu gözləmədən tərk etmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *6 dekabr 2024-cü il tarixli aktından görünür ki, İddiaçı *6 dekabr 2024-cü il tarixdə məktəbin daxili nizam-intizam qaydalarını və üzərinə düşən əmək funksiyasını yerinə yetirmədiyinə görə halda inzitam tənbehi töhmət veriləcəyi bildirilmiş və izahat verilməsi tələb edilmiş, lakin, izahat verməkdən imtina etmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *9 dekabr 2024-cü il tarixli ** nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin gözətçisi İddiaçı əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86.2-ci maddəsinin “a” bəndinə əsasən ona töhmət verilmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *4 yanavr 2025-ci il tarixli aktından görünür ki, İddiaçı *4 yanvar 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarını və üzərinə düşən əmək funksiyasını yerinə yetirmədiyinə görə inzitam tənbehi sonuncu xəbərdarlıq şiddətli töhmət veriləcəyi bildirilmiş və izahat verilməsi tələb edilmiş, lakin, izahat verməkdən imtina etmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *5 yanvar 2025-ci il tarixli ** nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbin gözətçisi İddiaçı *9 dekabr 2024-cü il tarixdə verilmiş inzitam tənbehi “töhmət”dən nəticə çıxarmadığı və təkrarən intizam qaydalarını pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86.2-ci maddəsinin “b” bəndinə əsasən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin ## ###### 2025-ci il tarixli aktından görünür ki, İddiaçı ## ###### 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin ## ###### 2025-ci il tarixli aktından görünür ki, İddiaçı ## ###### 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin ## ###### 2025-ci il tarixli aktından görünür ki, İddiaçı ## ###### 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin ## ###### 2025-ci il tarixli aktından görünür ki, məktəbin gözətçisi İddiaçı 04-## ###### 2025-ci il tarixlərdə üzrsüz səbəbdən işə çıxmamışdır. İddiaçı zəng vasitəsi ilə məktəbə dəvət edilmiş, aktla tanış olmuş və aktın bir nüsxəsini imza edərək qəbul etmişdir. Lakin, ondan izahat tələb edilmiş, oxuyub yaza bilmədiyini bildirərək izahat verməkdən imtina etmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin ## ###### 2025-ci il tarixli aktından görünür ki, İddiaçı ## ###### 2025-ci il tarixdə heç bir səbəb bildirmədən bütün iş günündə yerində olmamışdır. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin ## ###### 2025-ci il tarixli aktından görünür ki, İddiaçı ## ###### 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin ## ###### 2025-ci il tarixli aktından görünür ki, məktəbin gözətçisi İddiaçı 06-## ###### 2025-ci il tarixlərdə üzrsüz səbəbdən işə çıxmamışdır. İddiaçı zəng vasitəsi ilə məktəbə dəvət edilmiş, aktla tanış olmuş və aktın bir nüsxəsini imza edərək qəbul etmişdir. Lakin, ondan izahat tələb edilmiş, oxuyub yaza bilmədiyini bildirərək izahat verməkdən imtina etmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *0 fevral 2025-ci il tarixli aktından görünür ki, İddiaçı *0 fevral 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *0 fevral 2025-ci il tarixli aktından görünür ki, məktəbin gözətçisi İddiaçı ## ###### 2025-ci il tarixdən *0 fevral 2025-ci il tarixə kimi heç bir səbəb bildirmədən bütün iş günlərində iş yerinə olmamışdır. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *0 fevral 2025-ci il tarixli aktından görünür ki, məktəbin gözətçisi İddiaçı ilə telefon əlaqəsi saxlanılaraq məktəbə gəlməsini və Sima imza ilə əmək müqaviləsinin yenilənməli olduğunu və işə gəlməməsi barədə üzrlü səbəb təqdim etdiyi halda əmək haqqının ödəniləcəyi bildirimiş, lakin, İddiaçı məktəbə gəlməyə vaxtının olmadığı və onu heç kimin işdən çıxara bilməyəcəyini bildirmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbinin *0 fevral 2025-ci il tarixli, ** nömrəli əmrdən görünür ki, məktəbin gözətçisi İddiaçı ## ###### 2025-ci il tarixdən heç bir üzrlü səbəb olmadan işə çıxmadığı nəzərə alınıb, ona həmin tarixdən əmək haqqı ödənilməsin və hər hansı üzrlü səbəb təqdi etdiyi halda əmək haqqı növbəti mart ayının cədvəlidə hesablansın. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbinin texiniki işlərinin 2025- ci ilin fevral ayı üçün davamiyyət tabelindən görünür ki, İddiaçı fevral ayında işə gəlməmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin fevral 2025-ci il yardımcı heyət işçilərinin əmək haqqı hesablaşma cədvəlindən görünür ki, İddiaçı fevral ayı üçün əmək haqqı hesablanmamışdır. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin ## ###### 2025-ci il tarixli aktından görünür ki, İddiaçı ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixə kimi heç bir üzrlü səbəb bildirmədən iş günlərində iş yerində olmamışdır. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *3 mart 2025-ci il tarixli aktından görünür ki, İddiaçı ## #### 2025-ci il tarixdən *3 mart 2025-ci il tarixə kimi heç bir səbəb bildirmədən iş günlərində iş yerində olmamışdır. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbinin *3 mart 2025-ci il tarixli, *0 nömrəli əmrdən görünür ki, məktəbin gözətçisi İddiaçı ## #### 2025-ci il tarixdən heç bir üzrlü səbəb olmadan işə çıxmadığı nəzərə alınıb, ona həmin tarixdən əmək haqqı ödənilməsin və hər hansı üzrlü səbəb təqdi etdiyi halda əmək haqqı növbəti aprel ayının cədvəlidə hesablansın. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *9 mart 2025-ci il tarixli aktından görünür ki, İddiaçı ## #### 2025-ci il tarixdən *9 mart 2025-ci il tarixə kimi heç bir səbəb bildirmədən iş günlərində iş yerində olmamışdır. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbinin texiniki işlərinin 2025- ci ilin mart ayı üçün davamiyyət tabelindən görünür ki, İddiaçı mart ayında işə gəlməmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin mart 2025-ci il yardımcı heyət işçilərinin əmək haqqı hesablaşma cədvəlindən görünür ki, İddiaçı mart ayı üçün əmək haqqı hesablanmamışdır. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin ## ##### 2025-ci il tarixli aktından görünür ki, İddiaçı ## ##### 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin ## ##### 2025-ci il tarixli aktından görünür ki, İddiaçı ## ##### 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbi tərəfindən ## ##### 2025-ci il tarixdə Həsənli kənd ümumi orta məktəbin həmkarlar təşkilatına ünvanlanmış məktubdan görünür ki, ciddi nöqsanlara yol verdiyinə, əmək müqaviləsi öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilməsini məqsədəmüvafiq hesab etmiş və həmkərlar ittifaqı üzvlərinin bu məsələyə münasibət bildirməsini xahiş etmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin X5 *0 aprel 2025-ci il tarixli, ** nömrəli iclasının protokolunun qərarından görünür ki, Cəlilabad rayonu Həsənli kənd ümumi orta məktəbin direktoru Nümayəndə ## ##### 2025-ci il tarixli, ** nömrəli təqdimatı nəzərə alınmış və həmin məktəbin gözətçisi İddiaçı əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin ## ##### 2025-ci il tarixli aktından görünür ki, İddiaçı ## ##### 2025-ci il tarixdən ## ##### 2025-ci il tarixə kimi heç bir səbəb bildirmədən bütün iş günlərində iş yerində olmamışdır. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin ## ##### 2025-ci il tarixli aktından görünür ki, məktəbin gözətçisi İddiaçı ilə telefon əlaqəsi saxlanılmış, məktəbin *0 aprel 2025-ci il tarixdə X5 iclasının keçirələcəyi və həmin iclas iştirak etməsi bildirilmiş, lakin, İddiaçı məktəbə gəlməyəcəyini və iclasda iştirak etməyəcəyini söyləmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *0 aprel 2025-ci il tarixli aktından görünür ki, İddiaçı *0 aprel 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin ** aprel 2025-ci il tarixli aktından görünür ki, İddiaçı ** aprel 2025-ci il tarixdə heç bir səbəb bildirmədən bütün iş günlərində iş yerində olmamışdır. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *4 aprel 2025-ci il tarixli aktından görünür ki, İddiaçı *4 aprel 2025-ci il tarixdə məktəbin daxili nizam-intizam qaydalarına nəzərət məqsədilə aparılmış yoxlama nəticəsində iş günü boyunca iş yerində olmaması müəyyən edilmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktibinin *4 aprel 2025-ci il tarixli ** nömrəli əmrindən görünür ki, məktəbin gözətçisi İddiaçı ## ##### 2025-ci il tarixdən heç bir üzrlü səbəb olmadan işə çıxmadığı nəzərə alınıb həmin tarixdən əmək haqqı ödənilməsin. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbinin texiniki işlərinin 2025- ci ilin aprel ayı üçün davamiyyət tabelindən görünür ki, İddiaçı aprel ayında işə gəlməmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin aprel 2025-ci il yardımcı heyət işçilərinin əmək haqqı hesablaşma cədvəlindən görünür ki, İddiaçı aprel ayı üçün əmək haqqı hesablanmamışdır. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin *5 aprel 2025-ci il tarixli, *2 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı Sakti oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən *5 aprel 2025ci il tarixdən xitam verilsin və son haqq hesab hesablanaraq ödənilsin. Işdə olan *5 aprel 2025-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Lənkəran-Astara regional Təhsil Idarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə *5 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. Işdə olan Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin direktoru Nümayəndə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara Regional Şöbəsinə ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, işəgötürən mövcud vəziyyəti, məktəb göztəçisi İddiaçı törətdiyi intizam pozuntularını izah etmiş, bu pozuntulara görə işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verildiyini, lakin texniki yanlışlığa yol verilərək elektron sistemdə xitam əsası kimi 68.2-ci maddənin a) bəndinin göstərildiyini bildirmiş, bu yanlışlığın aradan qaldırılması ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Lənkəran-Astara Regional Şöbəsi tərəfindən verilmiş *0 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Cəlilabad rayon Həsənli kənd ümumi tam orta məktəbin işə götürəni ## ##### 2025-ci il tarixli, ** nömrəli təqdimatı ilə məktəbin ilk həmkarlar təşkilatına müraciət edərək iddiaçı İddiaçı işə çıxmadığına görə əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsini xahiş etmiş və Cəlilabad rayon Həsəmli kənd ümumi tam orta məktəbin X5 *0 aprel 2025-ci il tarixli, ** nömrəli iclas protokolunun qərari ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsi məqsədə müvafiq hesab edilmişdir. Işdə olan Cəlilabad Rayon Məhkəməsinin *5 oktyabr 2025-ci il tarixli, 3(073)- *26*/2025 saylı qərarından görünür ki, Nümayəndə şikayəti təmin edilərək, Nümayəndə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin *92.*-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Lənkəran-Astara Regional Şöbəsinin ## ######## 2025-ci il tarixli MN******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Işdə olan Şirvan Apellyasiya Məhkəməsinin *5 dekabr 2025-ci il tarixli, 3(*06)- ***/**** saylı qərarından görünür ki, Səlahiyyətli orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin *5 oktyabr 2025ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Kollegiya mübahisəyə hüquqi qiymət verməzdən əvvəl qeyd edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ####### tarixli Qərarı). Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin məhdud əsasları müəyyənləşdirilmiş, eləcə də həmin Məcəllənin on birinci fəsli ilə əmək müqavilələrinə xitam verilərkən işçilər üçün təminatlar təsbit olunmuşdur. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və başa düşülən qaydada müəyyən edilməsi üçün həm iddiaçı tərəfin həm də cavabdeh tərəfin təqdim etdiyi sübutları məhkəmənin müəyyən etdiyi işin həqiqi halları iiə müqayisəli tədqiq edərək aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. Işin müəyyən edilmiş hallarından görünür ki, 2025-ci ilin fevral-aprel aylarında Həsənli kənd ümumi orta məktəbinin gözətçisi İddiaçı mütəmadi olaraq iş yerində olmaması, intizam pozuntularına yol verməsi müəyyən edilmiş və bu səbəbdən Cəlilabad rayon Həsənli kənd ümumi orta məktəbin direktoru Nümayəndə tərəfindən verilmiş əmrlə *5 aprel 2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Iddiaçı İddiaçı heç bir üzrlü səbəb olmadan üzərinə düşən vəzifələri yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Iddiaçı İddiaçı işdən azad edildikdən sonra elə həmin gün, yəni *5 aprel 2025-ci il tarixdə işdən çıxması barədə əmri və müvafiq əmək kitabçasını almış, lakin ilkin mediasiya sessiyası ilə bağlı ## ####### 2025-ci il tarixdə ərizə ilə mediasiya təşkilatına və ## ###### 2025-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Qanunvercilikdə işəgötürənin işçilərlə əmək müqaviləsi bağlamaq və ona xitam vermək hüquqları eyni zamanda işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifələri, işçinin həmin vəzifələri icra etmədikdə isə əmək müqaviləsinə xitam verilməsi əsasları müəyyən edilmişdir. Qanunun tələbindən də göründüyü kimi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyası vicdanla yerinə yetirmək əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etmək işçinin vəzifəsidir, lakin iddiaçı İddiaçı Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinin gözətçisi vəzifəsində işlədiyi dövrdə əmək müqaviləsində müəyyən edilmiş əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməmiş, nəticədə iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Cavabdeh Cəlilabad rayonu Həsənli kənd ümumi tam orta məktəbinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın təmin edilməməsini xahiş etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Iş materiallarına əlavə edilmiş Masallı * saylı Mediasiya Təşkilatının 24 otkyabr 2025-ci il tarixli, MŞM/MT***/****-***** saylı ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışından görünür ki, iddiaçı İddiaçı ilkin mediasiya sessiyası üçün ərizə ilə *0 oktyabr 2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. Göründüyü kimi iddiaçı İddiaçı *5 aprel 2025-ci il tarixdə işdən azad olunmuş, *5 aprel 2025-cü il tarixdə müvafiq əmək kitabçası ona təqdim olunmuş, əmrin surətini aldıqdan sonra qanunla nəzərdə tutulmuş * ay müddət keçdikdən sonra, yəni ## ###### 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin *-ci hissəsinin. 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 202*-ci il tarixli qərarıda qeyd edtmişdir ki, Fərdi əmək mübahsiələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən Mülki məcəlləni 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.*-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Konstitusiya Məhkəməsinin Plenumu "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 ve 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" 20*3-cü il # #### tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtinda həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər. Göründüyü kimi iddiaçı işəgötürənə qarşı işə bərpa və.s tələbləri ilə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslıdır. Iddia tələbinin təmin edilməməsi əsaslarından biri də müddətin ötürülməsi ilə məhkəməyə müraciət olunması, ötürülmüş müddətin bərpası ilə bağlı ərizə verilməməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.*-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də iddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin *8 dekabr 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.*, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Iddiaçı İddiaçı nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin *8 dekabr 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-706/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-706/2026
06.07.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver