Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-746/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar iddiaçı6, iddiaçı3, iddiaçı1, iddiaçı5, iddiaçı2 və iddiaçı4 cavabdeh Neftçala rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Neftçala rayon Notariat Ofisinə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən (hakim Ə.Tağıyev) qətnamə hüquq və maraqlarına toxunan şəxs X4 qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi (vəkili) vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Neftçala rayon Aqrar İslahat Komissiyasının ## ######## 2002-cü il tarixli, ** saylı (JN- 1476 F kod ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) qərarı ilə miras qoyan mərhum X9 ünvan 1 ünvanında 0,04 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Miras qoyan X9 ##.##.2004-cü ildə, onun həyat yoldaşı isə ##.##.1990-cı ildə vəfat etmiş, birgə nikahlarından iddiaçı6, iddiaçı3, iddiaçı1, X2 və X5 adlı 5 övladı olmuşdur. Vərəsələrdən iddiaçı6, iddiaçı3 və iddiaçı1 sağdırlar. Lakin vərəsələr X2 ##.##.2009-cu, X5 isə ##.##.2018-ci il tarixlərində vəfat etmişdir. ##.##.2009-cu ildə ölmüş X2 vəfatından sonra arvadıiddiaçı5, övladları: iddiaçı2 və iddiaçı4 adında vərəsələri qalmışdır. ##.##.2018-ci ildə ölmüş X5 isə X4 adında vərəsəsi qalmışdır. Neftçala Rayon Məhkəməsinin *(**)-***/**** saylı, ## #### 2010-cu il tarixli qətnaməsi ilə X5 atası X9 verilmiş ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1999-cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 m2 , yaşayış sahəsi 134,4 m2 , köməkçi sahəsi 85,9 m2 olan 6 otaqlı yaşayış evinin miras əmlakı kimi qəbul etməsi faktı müəyyən edilmiş, mərhum atasından qalmış həmin torpaq sahəsi və yaşayış evinin X5 adına qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi qət edilmişdir (X5 ##.##.2010-cu il tarixdə ******* nömrəli çıxarış verilmişdir). Qətnamədən X5 ## #### 2009-cu il tarixdə vəfat etmiş qardaşı X2 vərəsələri - maraqlı şəxslər iddiaçı5, iddiaçı2 və iddiaçı4 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin *(**)-***/**** saylı, ## #### 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd edilən qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2022-ci il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin *(**)-***/**** saylı, ## #### 2010-cu il tarixli qətnaməsinin icrasında dönüş edilmiş, həmin qətnamə əsasında X5 verilmiş ##.##.2010-cu il tarixli çıxarış və Daşınmaz Əmlakın Texniki Pasportu ləğv edilmişdir. Birinci instansiya məhkəməsində icraat: Neftçala Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2022-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – Ə.Tağıyev). Məhkəmə tərəflərin izahatları və iş materiallarına ilə müəyyən etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1159.1.1, 1243, 1246, 1248.1, 1321.1, 1321.2-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 80, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya məhkəməsindəki birinci icraat: Qətnamədən hüquq və maraqlarına toxunan şəxs X4 qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş və iddia qismən təmin edilərək X9 məxsus ünvan 1 ünvanında yerləşən 0,04153 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçı6 1/5 hissə, iddiaçı3 1/5 hissə, iddiaçı1 1/5 hissə, X2 1/5 hissə və X5 1/5 hissədə paylarının müəyyən edilməsinin və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Neftçala rayon notariat ofisinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər: C.İmanov – sədrlik edən və məruzəçi, Q.Əliyev və T.Kərimov). İddiaçı iddiaçı6 kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsində yerləşən 1999-cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 m2 , yaşayış sahəsi 134,5 m2 , köməkçi sahəsi 85,9 m2 olan 6 otaqlı ikimərtəbəli yaşayış evinə münasibətdə olan hissəsinin ləğv edilməsi və iddiaçı iddiaçı6 tərəfindən irəli sürülmüş iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi qismən, ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsində yerləşən 1999-cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 m2 , yaşayış sahəsi 134,5 m2 , köməkçi sahəsi 85,9 m2 olan 6 otaqlı ikimərtəbəli yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilərək iş həmin hissədə təkrar apellyasiya baxışına qaytarılması, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb edilən fərdi yaşayış evi, ümumiyyətlə, mərhum Mehtiyev Məmmədin mülkiyyətində olmamışdır. Qətnamədə fərdi yaşayış evinin tikintisinin 1999-cu il olduğu göstərilsə də, evin tikintisi 2010-cu ildə başa çatdırılmışdır. Bu tarix də Mehtiyev Məmmədin ölümündən sonrakı dövrə təsadüf edir. Bu kimi halları araşdırmadan məhkəmənin fərdi yaşayış evinin paylara bölünməsi və mülkiyyət hüququnun tanınması haqqında qətnamə qəbul etməsi tamamilə qanunsuzdur. X5 şəhəri, Asif Mütəllimov küçəsi, ev 49 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüquqları tanındıqdan sonra həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmiş və ## #### 2010-cu il tarixində də həmin fərdi yaşayış evinə texniki pasport tərtib etdirmişdir. Həmin fərdi yaşayış evi də 2018-ci ildə Vidadi Mehtiyevin ölümündən sonra qızı Luiza Mehtiyeva vərəsəlik qaydasında miras əmlak olaraq qalmışdır. Fərdi yaşayış evinin çıxarışı hal-hazırda X4 mənsubdur. Beləliklə, fərdi yaşayış evi X6 babası X9 qalan miras əmlak olmamışdır. Həmin fərdi yaşayış evi Mehtiyev Vidadi tərəfindən inşa etdirildiyindən, texniki pasport da məhz Mehtiyev Vidadinin adına tərtib edilmişdir. Onun ölümündən sonra da qızı X4 miras olaraq qalmışdır. Arvadı ilə sağ ikən boşandığından da ona miras əmlak qalmamışdır. Ümumiyyətlə ## #### 2010-cu il tarixində Neftçala Rayon Məhkəməsinin *(**)-***/**** saylı qətnaməsindən başqa digər işlər üzrə mərhum X5 qızı X4 icraata cəlb edilməmişdir. Belə ki, nə Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** saylı qərardadı qəbul edilən zaman, nə də Neftçala Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi qəbul edilən zaman hüquqlarına və mənafelərinə toxunulan X4 (qanuni nümayəndəsi X7) işə cəlb edilməmiş, onun iştirakı olmadan hazırkı qətnamə ilə atasına məxsus olan fərdi yaşayış evi üzərində əsassız olaraq paylar müəyyən edilmişdir. Bu da hakim tərəfindən prosessual və maddi normaların pozulmasının bariz nümunəsidir. X4 qərəzli olaraq məhkəmə proseslərindən uzaq tutulmağa çalışılmışdır. İşlə bağlı iki məhkəmə iclası keçirilmiş olsa da, X4 və onun qanuni nümayəndəsi X7 heç bir məlumat verilməmişdir Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayətin qəbul edilməməsini və iddianın təmin edilməsini xahiş etdi. Digər proses iştirakçılarına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1245. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Maddə 1255. Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ünvan 2 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsində 1999cu ildə inşa edilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 kv.m, yaşayış sahəsi 134,5 kv.m, köməkçi sahəsi 85,9 kv.m olan 6 otaqlı yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, işə təkrar apellyasiya baxışı yalnız qətnamənin ləğv edilmiş hissəsi üzrə, kassasiya instansiyası məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqe və göstərişlər nəzərə alınmaqla keçirilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin və onların nümayəndələrinin izahatlarını, iş materiallarında olan yazılı sübutları ayrı-ayrılıqda və qarşılıqlı əlaqədə qiymətləndirərək, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə qərarında ifadə olunmuş hüquqi mövqeyi və verilmiş göstərişləri rəhbər tutaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilmiş göstərişlər işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsindəki, texniki sənədlərdə inşa ili 1999-cu il kimi göstərilmiş, ikimərtəbəli, ümumi sahəsi 220,4 kv.m, yaşayış sahəsi 134,5 kv.m, köməkçi sahəsi 85,9 kv.m olan altıotaqlı yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə təkrar apellyasiya baxışına qaytarılmışdır. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Buna görə təkrar apellyasiya baxışının predmetini miras qoyanın qanun üzrə vərəsələrinin dairəsinin və 0,04 hektar torpaq sahəsinin miras əmlakına daxil olubolmamasının sıfırdan araşdırılması deyil, həmin torpaq sahəsində hazırda mövcud olan 220,4 kv.m ümumi sahəli fərdi yaşayış evinin hüquqi statusunun, bu əmlakın əvvəl mövcud olmuş miras yaşayış evi ilə hüquqi əlaqəsinin və miras əmlakındakı payların tam dairəsinin müəyyən edilməsi təşkil edir. Kassasiya instansiyası məhkəməsi təkrar baxış zamanı yeni tikilinin əvvəllər mövcud olmuş yaşayış evinin əvəzinə istifadə edilən yaşayış obyekti olub-olmamasına, tikintidə X5 başqa digər vərəsələrin iştirak və köməyinin olub-olmamasına, habelə həmin halların əmlakın hüquqi statusuna təsirinə qiymət verilməsini zəruri hesab etmişdir. İş materiallarında olan Neftçala Rayon Aqrar İslahat Komissiyasının ## ######## 2002ci il tarixli, ** saylı qərarı və JN-1476, F kod ******** nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X9 ünvan 1 ünvanında 0,04 hektar həyətyanı torpaq sahəsinin verildiyi müəyyən olunur. Neftçala Rayon VVADQ şöbəsi tərəfindən verilmiş ## ### 2004-cü il tarixli, AZ-İ № ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən X9 ## ### 2004-cü ildə vəfat etdiyi, bu barədə ölüm haqqında akt qeydləri kitabında da ## ### 2004-cü ildə qeydiyyat aparıldığı görünür. Beləliklə, ## ### 2004-cü il ölüm haqqında şəhadətnamənin verildiyi, ## ### 2004-cü il isə şəxsin öldüyü və mirasın açıldığı tarixdir. Miras qoyanın həyat yoldaşı X3 ondan əvvəl, ## ######## 1990-cı ildə vəfat etdiyindən mirasın açıldığı vaxt vərəsəliyə çağırılan şəxslər miras qoyanın beş övladı olmuşdur: iddiaçı6, iddiaçı3, iddiaçı1, X2 və X5. İşdə olan doğum və nikah haqqında akt qeydləri, şəhadətnamələr və arayışlar Məhin, Xədicə, Alimə, Vaqif və Vidadinin miras qoyan X9 övladları olduğunu, sonradan soyadları dəyişmiş şəxslərin şəxsiyyət eyniliyini və qohumluq münasibətlərini təsdiq edir. X2 ## #### 2009-cu ildə vəfat etmişdir. Onun ölümündən sonra arvadı iddiaçı5, övladları iddiaçı2 və iddiaçı4 vərəsələri olmuşlar. ##.##.2018-ci ildə ölmüş X5 vərəsəsi X4r. Qətnamədən X5 ## #### 2009-cu il tarixdə vəfat etmiş qardaşı X2 vərəsələri - maraqlı şəxslər iddiaçı5, iddiaçı2 və iddiaçı4 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Neftçala Rayon Məhkəməsinin *(**)-***/**** saylı, ## #### 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd edilən qərardaddan kassasiya şikayəti verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ##### 2022-ci il tarixli qərardadı ilə Neftçala Rayon Məhkəməsinin *(**)-***/**** saylı, ## #### 2010-cu il tarixli qətnaməsinin icrasında dönüş edilmiş, həmin qətnamə əsasında X5 verilmiş ##.##.2010-cu il tarixli çıxarış və Daşınmaz Əmlakın Texniki Pasportu ləğv edilmişdir. İddiaçılar hazırkı iddia ərizəsi ilə # #### 2022-ci ildə Neftçala Rayon Məhkəməsinə müraciət etmişlər. Neftçala Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 0,04 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsindəki 220,4 kv.m ümumi sahəli yaşayış evinə münasibətdə iddiaçı6 1/5, iddiaçı3 1/5, iddiaçı1 1/5, iddiaçı5 1/15, iddiaçı2 1/15 və iddiaçı4 1/15 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Neftçala Rayon Notariat Ofisinə həvalə edilmişdir. Lakin birinci instansiya məhkəməsi miras qoyanın oğlu Vidadi Mehtiyevin vərəsəsi X4 nə cavabdeh, nə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Luiza Mehtiyevaya və onun qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmədən, onların izahat və etirazları alınmadan mübahisəli əmlak üzərində digər şəxslərin paylarını müəyyən edən yekun məhkəmə aktı qəbul edilmişdir. Halbuki X6 Mehtiyevin vərəsəsi olmaqla həm atasının miras qoyandan əldə etdiyi paya hüquq iddia etmiş, həm də apellyasiya şikayətində yaşayış evinin bütövlükdə atasına məxsus ayrıca əmlak olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi həmin iddianın hüquqi əsasına və Luiza Mehtiyevanın əmlak üzərindəki hüququnun həcminə birbaşa təsir etmişdir. MPM-in 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə, bu hal qətnamənin ləğv edilməsi üçün şikayətin dəlillərindən asılı olmayan əsasdır. MPM-in 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan Luiza Mehtiyevanın işə cəlb edilməməsi sadəcə formal xarakterli prosessual çatışmazlıq deyil. Nefçala Rayon Məhkəməsi bəhsi keçən qətnaməni qəbul edərkən Mülki Prоsessuаl Məcəlləsinin tələblərinin kobud surətdə pozulması hallarına yol verilmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrin toplusu daxildir. Mülki Məcəllənin 1157-ci maddəsinə görə bir neçə vərəsə olduqda miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən vərəsələr miras qoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər. Bu normaların qarşılıqlı əlaqədə təhlilindən görünür ki, vərəsəlik hüququnun yaranması sonradan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və ya əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə deyil, miras qoyanın ölümü ilə bağlıdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət qeydiyyatı artıq yaranmış hüququ təsdiq və rəsmiləşdirir. Miras qoyan X9 vəfat etdiyi ## ### 2004-cü il tarixdə onun beş övladının hamısı sağ olduğundan, onların hər biri miras əmlakında ilkin olaraq 1/5 hissədə hüquq əldə etmişdir. Beləliklə, mirasın açıldığı anda ilkin paylar bu qaydada yaranmışdır: iddiaçı6 — 1/5, aloğlanova Xədicə Məmməd qızı — 1/5, iddiaçı1 — 1/5, X2 — 1/5, X5 — 1/5. Vaqif Mehtiyevin ## #### 2009-cu ildə vəfat etməsi onun 2004-cü ildə əldə etdiyi 1/5 miras payını aradan qaldırmamışdır. Həmin pay Vaqif Mehtiyevin öz miras kütləsinə daxil olmuş və onun vərəsələri olan arvadı iddiaçı5, övladları iddiaçı2 və iddiaçı4 arasında bərabər bölünməklə hər birinə 1/15 hissə keçmişdir. Deməli, iddiaçı5, iddiaçı2 və iddiaçı4 miras qoyan Məmməd Mehtiyevin ## ### 2004-cü ildə birbaşa vərəsələri kimi deyil, həmin tarixdə 1/5 pay əldə etmiş Vaqif Mehtiyevin sonrakı vərəsələri kimi hüquq əldə etmişlər. Eyni hüquqi ardıcıllıq Vidadi Mehtiyevə münasibətdə də tətbiq edilməlidir. Vidadi Mehtiyev mirasın açıldığı tarixdə sağ olduğundan miras qoyanın digər övladları ilə bərabər 1/5 hissədə miras hüququ əldə etmişdir. Vidadi Mehtiyevin sonradan vəfat etməsi ilə həmin 1/5 pay onun vərəsəsi Luiza Mehtiyevaya keçmişdir. Birinci instansiya məhkəməsi Vaqif Mehtiyevin mirasın açılmasından sonra vəfat etməsini və onun payının sonrakı vərəsələrinə keçməsini nəzərə alaraq Lətifə, Emil və Turalın hər birinin payını 1/15 hissədə müəyyən etmiş, lakin hüquqi vəziyyəti eyni olan Vidadi Mehtiyevin vərəsəsi Luiza Mehtiyevaya münasibətdə həmin hüquqi ardıcıllığı tətbiq etməmişdir. Vaqif və Vidadinin hər ikisi mirasın açıldığı vaxt sağ olmuş, hər ikisi miras qoyanın övladı kimi 1/5 hissədə hüquq əldə etmiş və hər ikisi sonradan vəfat etmişdir. Buna görə həmin şəxslərin əldə etdikləri payların öz vərəsələrinə keçməsi eyni maddi hüquq normaları əsasında qiymətləndirilməlidir. Bir vərəsəlik qoluna münasibətdə hüquq varisliyinin nəzərə alınıb, eyni hüquqi vəziyyətdə olan digər vərəsəlik qoluna münasibətdə nəzərə alınmaması vərəsələrin tam dairəsinin və miras paylarının natamam müəyyən edilməsi ilə nəticələnmişdir. X4 apellyasiya şikayətində yaşayış evinin bütövlükdə atasına məxsus olduğu və həmin əmlakın atasından ona miras qaldığı bildirilmiş, iddianın tamamilə rədd edilməsi tələb edilmişdir. Məhkəmə kollegiyası yaşayış evinin bütünlüklə Vidadi Mehtiyevin müstəsna mülkiyyətində olması barədə dəlili əsaslı hesab etməsə də, Vidadi Mehtiyevin miras qoyanın övladı kimi həmin əmlakda 1/5 pay əldə etməsini və həmin payın Luiza Mehtiyevaya keçməsini müəyyən edir. Luiza Mehtiyevanın bütün yaşayış evinə hüquq iddia etməsi onun atasından keçən daha məhdud həcmdə — 1/5 hissədə hüququnun araşdırılmasını da ehtiva edir. Bütövlükdə əmlaka hüquq iddiasının rədd edilməsi həmin hüququn qanunla təsdiq olunan daha az həcmdə mövcudluğunun da inkar edilməsini tələb etmir. Başqa sözlə, Luiza Mehtiyevanın 1/5 payının tanınması apellyasiya şikayətinin predmetindən kənar yeni əmlak tələbinin həlli deyil. Bu, onun apellyasiya şikayətində irəli sürdüyü bütöv əmlaka dair hüquq iddiasının qanunla əsaslandırılan həcmdə qismən qəbul edilməsidir. Bundan başqa, hazırkı mübahisənin predmeti konkret miras əmlakının hansı şəxslərə və hansı paylarda mənsub olmasıdır. Bu hüquq münasibətinin düzgün həlli üçün mirasın açıldığı vaxt vərəsəliyə çağırılan şəxslərin, sonradan baş vermiş hüquq varisliyinin və miras əmlakındakı payların tam dairəsinin müəyyən edilməsi zəruridir. Məhkəmə tərkibi xüsusilə qeyd edir ki, vərəsələrdən birinin payı nəzərə alınmadan yalnız digər vərəsələrin hüquqlarının müəyyən edilməsi miras əmlakının hüquqi rejimini natamam saxlayar, müəyyən edilən payların cəmi ilə miras əmlakının bütövlüyü arasında uyğunsuzluq yaradar və eyni daşınmaz əmlak barədə yeni mübahisələrə səbəb olardı. Buna görə Luiza Mehtiyevanın 1/5 payının müəyyən edilməsi iddia və apellyasiya şikayətinin predmetindən kənara çıxılması deyil, eyni miras hüquq münasibətinin tam və ziddiyyətsiz həllinin, habelə apellyasiya şikayətinin qanuni əsasları mövcud olan hissədə qismən təmin edilməsinin nəticəsidir. İşin mübahisəsiz hallarından biri - miras qoyanın vəfat etdiyi tarixdə mübahisəli torpaq sahəsində yaşayış evinin mövcud olması və bu evin miras əmlakına aid olmasıdır. Kassasiya instansiyası məhkəməsi də həmin halı işin mübahisəsiz halı kimi qəbul etmişdir. Beləliklə, mirasın açıldığı anda həm 0,04 hektar torpaq sahəsi, həm də həmin sahədə mövcud olmuş 69 kv.m sahəli yaşayış evi miras əmlakının tərkibinə daxil olmuş və miras bölüşdürülənədək vahid əmlak şəklində miras qoyanın beş övladına mənsub olmuşdur. İş materiallarında miras əmlakının vərəsələr arasında bölüşdürülməsini, digər vərəsələrin öz paylarını Vidadi Mehtiyevə vermələrini, onun xeyrinə mirasdan imtina etmələrini və ya bütün torpaq sahəsi ilə yaşayış evinin Vidadinin müstəsna mülkiyyətinə keçməsi barədə razılaşmanın mövcudluğunu təsdiq edən mötəbər sübut yoxdur. Buna görə Vidadi Mehtiyevin miras əmlakında 1/5 paya hüquq əldə etməsi onun bütün miras əmlakının müstəsna mülkiyyətçisi olması ilə eyniləşdirilə bilməz. Apellyasiya şikayətində göstərilir ki, hazırda mövcud olan 220,4 kv.m ümumi sahəli fərdi yaşayış evi miras qoyanın sağlığında mövcud olmamış, köhnə ev 2008-ci ildə sökülmüş və hazırkı yaşayış evi 2008–2010-cu illərdə Vidadi Mehtiyev tərəfindən tikilmişdir. Bu səbəbdən şikayətçi hazırkı evin babadan qalmış miras əmlakı deyil, Vidadi Mehtiyevin ayrıca əmlakı olduğunu bildirir. Məhkəmə tərkibi həmin dəlillə tam həcmdə razılaşmır. Doğrudur ki, miras qoyanın vəfat etdiyi vaxt mövcud olmuş 69 kv.m sahəli üçotaqlı ev ilə hazırkı 220,4 kv.m sahəli ikimərtəbəli ev eyni fiziki və texniki göstəricilərə malik deyildir. Əvvəlki yaşayış evi sonradan sökülmüş və onun yerləşdiyi torpaq sahəsində daha böyük yaşayış evi tikilmişdir. Lakin əmlakın fiziki və texniki vəziyyətinin dəyişməsi ilə həmin əmlak üzərindəki hüquqların hüquqi mənsubiyyətinin dəyişməsi eyniləşdirilə bilməz. Belə ki, miras əmlakının tərkibi miras qoyanın ölümü anında mövcud olan əmlak hüquqları əsasında müəyyən edilir. Mirasın açılmasından sonra miras əmlakında təmir, yenidənqurma, genişləndirmə və ya sökülüb yenidən tikilmə işlərinin aparılması əmlakın faktiki vəziyyətini dəyişə bilər. Lakin digər vərəsələrin hüquqlarına qanunda nəzərdə tutulmuş qaydada xitam verilmədiyi halda həmin dəyişikliklər onların mirasın açıldığı anda yaranmış əmlak hüquqlarını aradan qaldırmır. Hazırkı yaşayış evi miras əmlakı ilə əlaqəsi olmayan başqa torpaq sahəsində və Vidadi Mehtiyevə ayrıca hüquqi əsasla verilmiş ərazidə inşa edilməmişdir. O, məhz miras qoyana məxsus olmuş və vərəsələr arasında bölüşdürülməmiş 0,04 hektar torpaq sahəsində, əvvəlki yaşayış evi söküldükdən sonra həmin yaşayış obyektinin əvəzində tikilmişdir. Həm əvvəlki, həm də hazırkı tikilinin funksional təyinatı yaşayış evi olmuş, eyni həyətyanı sahənin yaşayış məqsədli istifadəsi davam etmişdir. Yeni yaşayış evinin inşası ilə torpaq sahəsinin və həmin sahənin yaşayış məqsədli istifadəsinin hüquqi mənsubiyyəti dəyişməmişdir. Bu halların məcmusu hazırkı 220,4 kv.m sahəli yaşayış evinin əvvəlki miras yaşayış evindən və miras torpaq sahəsindən tamamilə müstəqil hüquqi əsasla yaradılmış ayrıca əmlak deyil, əvvəlki yaşayış obyektinin sökülməsindən sonra eyni torpaq sahəsində onu əvəz edən yaşayış obyekti olduğu qənaətinə gəlməyə əsas verir. Vərəsələrin hüquqları da yalnız əvvəlki yaşayış evinin konkret hissəsinə, tikinti materiallarına və konstruksiyalarına və s. hissələrinə münasibətdə deyil, miras qoyanın həmin torpaq sahəsi və onun üzərindəki yaşayış əmlakı ilə bağlı malik olduğu əmlak hüquqlarına münasibətdə yaranmışdır. Əks yanaşma qəbul edildiyi təqdirdə bölüşdürülməmiş miras əmlakından faktiki istifadə edən vərəsə həmin əmlak üzərindəki tikilini digər vərəsələrin razılığı olmadan sökməklə və onun yerində yeni tikili inşa etməklə digər vərəsələrin paylarını birtərəfli qaydada aradan qaldıra bilərdi. Belə nəticə Mülki Məcəllənin 1157-ci maddəsində təsbit edilmiş mirasın bölüşdürülənədək vahid əmlak kimi bütün vərəsələrə mənsub olması prinsipini təsirsiz hala gətirərdi. Kassasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə hüquqi mövqeyi də ondan ibarətdir ki, vərəsələr tərəfindən miras əmlakının yaxşılaşdırılması, sökülərək yenidən tikilməsi və ya genişləndirilməsi həmin əmlakın hüquqi təbiətini dəyişmir və onu miras kütləsindən çıxarmır. Sonradan həyata keçirilən dəyişikliklər əmlakın hüquqi statusuna deyil, onun faktiki vəziyyətinə təsir göstərir. Apellyasiya şikayətində hazırkı yaşayış evinin yalnız Vidadi Mehtiyevin vəsaiti hesabına inşa edildiyi, digər vərəsələrin tikintidə hər hansı iştirak və köməyinin olmadığı bildirilmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə yaşayış evinin yalnız Vidadi Mehtiyevin şəxsi vəsaiti hesabına yaradılmış və bütünlüklə onun ayrıca mülkiyyətində olmuş əmlak olduğunu iddia edən tərəf həmin halları mötəbər, obyektiv və qarşılıqlı əlaqəli sübutlarla təsdiq etməli idi. Lakin iş materiallarında tikinti materiallarının yalnız Vidadi Mehtiyevin vəsaiti hesabına alınmasını, tikinti və podrat işlərinin yalnız onun tərəfindən maliyyələşdirilməsini, tikintinin maliyyə mənbəyini, digər vərəsələrin tikintidə maddi, fiziki və ya təşkilati iştirakının olmadığını, habelə digər vərəsələrin bütün yaşayış evinin Vidadinin müstəsna mülkiyyəti kimi yaradılmasına razılıq verdiklərini təsdiq edən kifayət qədər mötəbər sübut yoxdur. İddiaçılar isə yaşayış evinin tikintisində onların da kömək və iştirakının olduğunu bildirmiş, evin yalnız Vidadi tərəfindən tikilməsi və digər vərəsələrin heç bir yardım göstərməməsi barədə qarşı tərəfin mövqeyini etiraf etməmişlər. Kassasiya instansiyası məhkəməsi də müəyyən etmişdir ki, evin yalnız Vidadi tərəfindən inşa edilməsi halı işin mübahisəsiz halı kimi qiymətləndirilə bilməz. Çünki bu mövqe yalnız Luiza Mehtiyevanın nümayəndəsinin izahatında ifadə edilmiş, iddiaçılar isə həmin izahatı təsdiq etməyərək əksinə, tikintidə iştirak etdiklərini bildirmişlər. Bir tərəfin və ya onun nümayəndəsinin izahatı qarşı tərəfin həmin halı mübahisələndirdiyi və izahatın başqa obyektiv sübutlarla təsdiq edilmədiyi halda mübahisəli faktın müəyyən edilməsi üçün özü-özlüyündə kifayət etmir. Mülki məhkəmə icraatında iş üzrə mübahisəsiz hesab olunan hallar dedikdə, ilk növbədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən sübut edilməsinə ehtiyac olmayan hallar nəzərdə tutulur. Bununla yanaşı, tərəflərdən birinin etiraf etdiyi və digər tərəfin mübahisə predmetinə çevirmədiyi faktiki hallar da, bir qayda olaraq, işin mübahisəsiz halları sırasında qiymətləndirilir. Qeyd edilməlidir ki, tərəflərin mübahisələndirmədiyi halların hüquqi statusu Mülki Prosessual Məcəllədə ayrıca və ətraflı şəkildə tənzimlənməsə də, formalaşmış məhkəmə təcrübəsində belə faktlar iş üzrə tərəflər arasında ixtilaf doğurmayan hallar kimi qəbul edilir. Bu isə məhkəməyə həmin halları yenidən geniş sübutetmə predmetinə çevirmədən işin digər mübahisəli məsələlərinin araşdırılmasına imkan verir. Bununla belə, tərəflərin hər hansı faktı etiraf etməsi və ya həmin fakta etiraz etməməsi bütün hallarda məhkəmə üçün mütləq əsas hesab edilə bilməz. İşin mübahisəsiz halları müəyyənləşdirilərkən MPM-in 81-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydaları və məhdudiyyətləri də mütləq nəzərə alınmalıdır. Belə ki, qanunla müəyyən faktın yalnız xüsusi sübut vasitəsi ilə təsdiq edilməsi tələb olunduğu halda, tərəflərin həmin faktı etiraf etməsi və ya mübahisələndirməməsi müvafiq sübutun təqdim edilməsini əvəz etmir. Başqa sözlə, MPM-in 81-ci maddəsinin təsir dairəsinə düşən hallar tərəflərin subyektiv mövqeyi, razılığı və ya etirafı əsasında deyil, yalnız qanunvericilikdə nəzərdə tutulmuş mötəbər və yol verilən sübutetmə vasitələri ilə təsdiq olunmalıdır. Buna görə də məhkəmə tərəflərin mübahisələndirmədiyi və ya etiraf etdiyi halları qiymətləndirərkən həmin faktların xüsusi sübutetmə qaydasına tabe olub-olmadığını ayrıca yoxlamalıdır. Məhkəmə tərkibi qeyd edir ki, ailə münasibətləri daxilində tikintiyə göstərilən iştirak yalnız birbaşa pul vəsaitinin verilməsi ilə məhdudlaşmır. Tikinti materiallarının alınmasına yardım, fiziki əmək, ustaların tapılması, işlərin təşkili, tikinti materiallarının daşınması, əmlakın qorunması və ümumi miras torpaq sahəsinin tikinti üçün təqdim edilməsi də iştirak formaları kimi qiymətləndirilə bilər. Bununla yanaşı, hətta Vidadi Mehtiyevin tikintinin təşkilində və maliyyələşdirilməsində digər vərəsələrdən daha fəal iştirak etdiyi qəbul edilsə belə, həmin hal bütün yaşayış evinin avtomatik olaraq onun müstəsna mülkiyyətinə keçməsi nəticəsini yaratmır. Ümumi əmlaka ayrılmaz yaxşılaşdırmalar etmiş paylı mülkiyyətçinin, qanunda nəzərdə tutulmuş şərtlər və müvafiq tələb olduqda, öz payının artırılmasını və ya çəkdiyi xərclərin nəzərə alınmasını tələb etmək hüququ yarana bilər. Lakin ayrılmaz yaxşılaşdırmalar edilməsi digər paylı mülkiyyətçilərin hüquqlarını avtomatik aradan qaldıraraq bütün əmlakı yaxşılaşdırma aparan şəxsin müstəsna mülkiyyətinə çevirmir. Odur ki, Vidadi Mehtiyevin tikintiyə mümkün töhfəsi onun qanun üzrə əldə etdiyi 1/5 payın mövcudluğunu təsdiq etsə də, bütün yaşayış evinin onun müstəsna mülkiyyəti sayılması üçün kifayət edən əsas deyildir. Neftçala Rayon Məhkəməsinin ## #### 2010-cu il tarixli, *(**)-***/**** saylı qətnaməsi ilə Vidadi Mehtiyevin atasından qalmış 0,04 hektar torpaq sahəsini və həmin sahədəki yaşayış evini miras əmlakı kimi qəbul etməsi faktı müəyyən edilmiş, torpaq sahəsi və yaşayış evinin onun adına qeydiyyata alınması qət edilmişdir. Həmin qətnamə əsasında Vidadi Mehtiyevə ## #### 2010-cu il tarixli, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin tarixli texniki pasport verilmişdir. Lakin həmin məhkəmə qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin # ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə ləğv edilmiş, Vidadi Mehtiyevin ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan kassasiya şikayəti verilməmiş və məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli qərardadı ilə qətnamənin icrasında dönüş edilmiş, Vidadi Mehtiyevin adına verilmiş ## #### 2010-cu il tarixli çıxarış və texniki pasport ləğv edilmişdir. Beləliklə, Vidadi Mehtiyevin bütün torpaq sahəsi və yaşayış evi üzərində müstəsna mülkiyyət hüququnu təsdiq etmiş əvvəlki dövlət qeydiyyatının hüquqi əsası aradan qalxmışdır. Texniki pasport isə daşınmaz əmlakın sahəsini, mərtəbəliliyini, otaqlarının sayını və digər texniki göstəricilərini əks etdirən inventar sənədidir. Texniki pasportun müəyyən şəxsin adına tərtib edilməsi həmin şəxsin əmlak üzərində müstəsna mülkiyyət hüququnun hansı hüquqi əsasla yarandığını, əmlakın yalnız onun vəsaiti hesabına yaradıldığını və başqa şəxslərin əmlak üzərində hüquqlarının olmadığını özlüyündə sübut etmir. Texniki pasportun ## #### 2010-cu ildə tərtib olunması da evin məhz həmin tarixdə və yalnız Vidadi Mehtiyevin şəxsi vəsaiti hesabına inşa olunduğunu təsdiq edən həlledici sübut sayıla bilməz. Texniki inventarlaşdırma tarixi tikintinin başlanma və başa çatma tarixi, maliyyə mənbəyi və əmlakın hüquqi mənsubiyyəti ilə eyni anlayış deyil. Apellyasiya şikayətində yaşayış evinə dair çıxarışın hazırda Luiza Mehtiyevanın adına olduğu bildirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd onun qeyri-dəqiqliyi müəyyən edilənədək hüquqi əhəmiyyət daşıyır. Bununla belə, reyestr qeydinin mövcudluğu onun maddihüquqi əsasının məhkəmə tərəfindən yoxlanılmasını istisna etmir. Luiza Mehtiyevanın mübahisəli əmlaka dair hüququ Vidadi Mehtiyevin hüququndan törəmə xarakter daşıyır. Vərəsə hüquq sələfinin malik olduğundan artıq hüquq əldə edə bilməz. Vidadi Mehtiyevin bütün yaşayış evi üzərində müstəsna mülkiyyət hüququnun yaranması təsdiq edilmədiyindən, Luiza Mehtiyevanın da yalnız vərəsəlik faktına əsaslanmaqla bütün yaşayış evinə müstəsna hüquq əldə etməsi qəbul edilə bilməz. Apellyasiya şikayətində digər vərəsələrin ayrı ünvanlarda yaşadıqları, əmlaka faktiki sahiblik etmədikləri, uzun müddət miras tələbi irəli sürmədikləri, torpaq sahəsinə və evə yalnız Vidadi Mehtiyevin baxdığı, vergi və digər ödənişləri onun etdiyi bildirilmişdir. Vidadi Mehtiyevin əmlakdan istifadə etməsi, əmlaka baxması və ödənişlər etməsi onun özünün mirası faktiki qəbul etdiyini təsdiq edə bilər. Lakin həmin hərəkətlər digər vərəsələrin mirasdan imtina etdiklərini, öz paylarını Vidadiyə verdiklərini və ya onların paylarının qanuni əsasla Vidadiyə keçdiyini göstərmir. Vərəsənin başqa ünvanda yaşaması, miras əmlakından daimi istifadə etməməsi və ya müəyyən müddət ərzində məhkəməyə müraciət etməməsi özlüyündə mirasdan imtina kimi qiymətləndirilə bilməz. İş materiallarında digər vərəsələrin mirasdan imtina etmələrinə, paylarını Vidadi Mehtiyevə vermələrinə və ya əmlakın bütövlükdə ona bölünməsinə dair hər hansı hüquqi sənəd yoxdur. Mülki Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq mirası bütövlükdə qəbul etmiş sayılır. Bir vərəsənin mirası faktiki qəbul etməsi isə digər vərəsələrin hüquqlarına avtomatik xitam verilməsi demək deyil. Bundan başqa, kassasiya instansiyası məhkəməsinin qərarı ilə iş yalnız yaşayış evinə dair hissədə təkrar apellyasiya baxışına qaytarıldığından, iddiaçıların torpaq sahəsinə münasibətdə vərəsəlik hüquqlarının yenidən qiymətləndirilməsi təkrar baxışın hüdudlarından kənardadır. Apellyasiya şikayətində Mülki Məcəllənin 1160-cı maddəsinə istinad edilmişdir. Həmin norma əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğunun sonrakı növbənin vərəsəliyini istisna etməsini nəzərdə tutur. Məhkəmə tərkibi apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, hazırkı işdə müxtəlif vərəsəlik növbələri arasında rəqabət mövcud deyil. Məhin, Xədicə, Alimə, Vaqif və Vidadi miras qoyanın övladları kimi eyni, yəni birinci növbənin vərəsələri olmuşlar. Vaqif və Vidadinin sonradan vəfat etməsi ilə onların payları öz vərəsələrinə keçmişdir. Bu baxımdan Mülki Məcəllənin 1160-cı maddəsi mübahisəli yaşayış evinin bütünlüklə Vidadi Mehtiyevə və sonradan Luiza Mehtiyevaya məxsus olması nəticəsini yaratmır. Məhkəmə tərkibi iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirərək müəyyən edir ki: miras qoyan X9 vəfat etdiyi ## ### 2004-cü il tarixdə ona məxsus 0,04 hektar həyətyanı torpaq sahəsində yaşayış evi mövcud olmuş və həmin ev miras əmlakına daxil olmuşdur, mirasın açıldığı vaxt miras qoyanın beş övladı sağ olduğundan onların hər biri miras əmlakında ilkin olaraq 1/5 pay əldə etmişdir, Vaqif Mehtiyevin 1/5 payı onun sonradan vəfat etməsi ilə arvadı iddiaçı5, övladları iddiaçı2 və iddiaçı4 arasında hər birinə 1/15 olmaqla keçmişdir, Vidadi Mehtiyevin 1/5 payı isə onun sonradan vəfat etməsi ilə vərəsəsi Luiza Mehtiyevaya keçmişdir, Miras əmlakının vərəsələr arasında bölüşdürülməsi, digər vərəsələrin öz paylarını Vidadi Mehtiyevə vermələri, onun xeyrinə mirasdan imtina etmələri və ya bütün əmlakın Vidadinin müstəsna mülkiyyətinə keçməsi sübuta yetirilməmişdir, əvvəlki yaşayış evinin sonradan sökülməsi və onun yerində daha böyük yaşayış evinin inşa edilməsi digər vərəsələrin mirasın açılması ilə yaranmış hüquqlarına xitam verməmişdir. Birinci instansiya məhkəməsi Vaqifin vərəsələrinin paylarını müəyyən etdiyi halda eyni hüquqi vəziyyətdə olan Vidadinin vərəsəsi Luiza Mehtiyevanın payını müəyyən etməmiş və onu işə cəlb etmədən hüquqlarına təsir edən qətnamə qəbul etmişdir. Bu səbəbdən apellyasiya şikayəti Luiza Mehtiyevanın mübahisəli yaşayış evində hüququnun mövcud olması barədə hissədə əsaslı, yaşayış evinin bütövlükdə ona məxsus olması və iddianın tamamilə rədd edilməsi barədə hissədə isə əsassızdır. Beləliklə, birinci instansiya məhkəməsi miras qoyanın vəfat etdiyi tarixdə sağ olmuş oğlu X5 miras əmlakında 1/5 hissədə hüquq əldə etməsini və onun sonradan vəfat etməsi ilə həmin payın vərəsəsi X4 nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin tam və düzgün həlli üçün aradan qaldırılmalı hüquqi natamamlıq yalnız X4 miras əmlakındakı payının müəyyən edilməməsi ilə bağlıdır. İddiaçıların miras əmlakındakı payları birinci instansiya məhkəməsinin qətnaməsi ilə artıq müəyyən edilmiş olduğundan həmin payların təkrarən müəyyən edilməsinə zərurət yoxdur. Miras qoyanın vəfat etdiyi ## ### 2004-cü il tarixdə X5 olması, onun miras qoyanın beş övladından biri kimi miras əmlakında 1/5 hissədə hüquq əldə etməsi və sonradan vəfat etdikdən sonra həmin hüququn vərəsəsi X4 nəzərə alınaraq, Luiza Mehtiyevanın mübahisəli miras əmlakında 1/5 hissədə qanun üzrə vərəsəlik hüququ tanınmalıdır. Bu nəticə iddiaçıların birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş paylarının dəyişdirilməsi və ya yenidən hesablanması demək deyildir. Apellyasiya instansiyası yalnız birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış Vidadi Mehtiyevin vərəsəlik qoluna aid 1/5 hissənin hüquqi mənsubiyyətini müəyyən edir. Buna görə apellyasiya şikayəti X4 miras əmlakında hüququnun mövcudluğuna dair hissədə əsaslı, yaşayış evinin bütünlüklə ona məxsus olması və iddianın tamamilə rədd edilməsi barədə hissədə isə əsassız hesab edilməlidir. İddia qismən təmin edilməklə X4 mübahisəli yaşayış evində 1/5 hissədə qanun üzrə vərəsəlik hüququ tanınmalıdır. Beləliklə, mübahisəli yaşayış evinin hüquqi rejimi bütün vərəsəlik qolları nəzərə alınmaqla tam və ziddiyyətsiz şəkildə müəyyən edilir. Bu nəticə bir tərəfdən iddiaçıların miras qoyanın ölümü ilə yaranmış hüquqlarını, digər tərəfdən isə Vidadi Mehtiyevin vərəsəsi Luiza Mehtiyevanın atasından keçən 1/5 payını qoruyur. Apellyasiya şikayətinin tam təmin edilərək iddianın bütövlükdə rədd olunması digər dörd vərəsəlik qolunun mirasın açıldığı anda yaranmış hüquqlarının yalnız Vidadi Mehtiyevin sonrakı faktiki hərəkətləri əsasında aradan qaldırılması nəticəsini doğurardı. Belə yanaşma işin müəyyən edilmiş hallarına, mirasın bölüşdürülənədək bütün vərəsələrə vahid əmlak kimi mənsub olması prinsipinə və kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinə uyğun olmazdı. Eyni zamanda apellyasiya şikayətinin tam rədd edilməsi və Luiza Mehtiyevanın payının müəyyən edilməməsi də mirasın açıldığı vaxt Vidadi Mehtiyevin sağ olması, onun 1/5 pay əldə etməsi və həmin payın öz vərəsəsinə keçməsi faktlarına uyğun olmazdı. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Luiza Mehtiyevanın işə cəlb edilməməsi ilə MPM-in 387.2.4-cü maddəsində nəzərdə tutulmuş prosessual pozuntuya yol verildiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. X4 ünvan 1 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsindəki, texniki sənədlərdə inşa ili 1999-cu il kimi göstərilən, ikimərtəbəli, ümumi sahəsi 220,4 kv.m, yaşayış sahəsi 134,5 kv.m, köməkçi sahəsi 85,9 kv.m olan altıotaqlı fərdi yaşayış evində 1/5 hissədə qanun üzrə vərəsəlik hüququ tanınmalıdır. MPM-in 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: X4 qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi (vəkili) vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-9)-746/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-746/2026
16.07.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver